Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-27/2024 31.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü və 228.4-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində kənd yolunda, Kürdəmir rayonu İcra Hakimiyyəti başcısının Qarasaqqal kənd inzibati ərazisi üzrə nümayəndəsi vəzifəsində işləyən Zərərçəkmiş şəxs idarə etdiyi AUDİ A4” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxladığı 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, 1464 Ne-li, xarici çaxmaqlı, qoşalüləli yivsiz odlu, saz vəziyyətdə və təyinatı üzrə atəş açmaq üçün yararlı olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 metr məsfədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malik olan tüfəngi və ona aid 2 ədəd patronu göstərib hədənin icra ediləcəyi üçün real əsas yaradaraq “ silahı gördünmü, sənə demişdim ki evimizə gedən yola su borusu at, sənə 2 gün vaxt verirəm su borusunu at” sözlərini deməklə sonuncu öldürməklə hədələmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, vaxta və şəraitdə zavod üsulu ilə metal materialdan hazırlanmış, döyüş təyinatlı soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq əldə edib, idarə etdiyi “AUDİ A4” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq gəzdirmiş, xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Kürdəmir şəhəri, H.Əliyev proepektində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə RPŞ-nin həyətində ona məxsus “AUDİ A4” markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən zavod üsulu ilə metal materialdan hazırlanmış, saz (işlək) vəziyyətdə, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki tərəfdən itilənmiş, sol üzündə “HALMAK 1949 Krt.Sn-2101”, sağ üzündə “KOMANDO 20211221” zavod işarələri olan, orta xəttən uzunluğu 178 mm, orta hissədə eni 32 mm, maksimal qalınlığı 3.89 mm, üzərində qalıq deformasiya əlaməti müşahidə edilməyən tiyəsi olan, tiyənin davamının səthinə qara rəngli plasmasa oxşar materialdan hazırlanmış, əldə möhkəm tutulması üçün ön tərəfində məhdudlaşdırıcı rolunu oynayan iki tərəfli çıxıntılarının uzunluğu 70 mm-li metal hissəsi olan, orta hissədə diametri 35 mm, ümumi uzunluğu 125 mm dəstəyi olan, kifayət qədər məhv etmə gücünə malik, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan saz (işlək) vəziyyətdə döyüş təyinatlı soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri və qardaşı ikinci Qarabağ müharibəsinin veteranı, döyüşlərdə gözdən 1-ci qrup əlil olan X2 ilə birlikdə Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayır, subaydır, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs Kürdəmir rayonu İcra Hakimiyyəti başcısının Qarasaqqal kənd inzibati ərazisi üzrə nümayəndəsi vəzifəsində işləyir. Bir müddət əvvəl Zərərçəkmiş şəxs yaşadıqları evə gedən küçəyə su borusu atmasını xahiş etmiş, lakin bu müddət ərzində Cahid bunu etməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08.30 radələrində yaşadığı evin qarşısında olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə evinin qarşısından keçdiyini görmüş, zəng vuraraq onu saxlatmış, sonra idarə etdiyi “AUDİ A4” markalı avtomobillə Zərərçəkmiş şəxs yanına gedərək onun avtomobilinin qarşısında saxlamışdır. Avtomobildən düşən kimi Cahid Abdulalyevdən su borusunu hansı səbəbdən verməməsini soruşmuş o, isə cavab olaraq hazırda borunun olmadığını dedikdə avtomobilinin arxa yük yerini açıb ov silahını Cahidə göstərərək su borusunu gətirməsini tələb etmiş və avtomobillinə oturaraq oradan getmişdir. Ov silahını ona tuşlamamış və onu nədəsə hədələməmiş, sadəcə öz görməli olduğu işi ondan tələb etmişdir. Oradan aralanıb Kürdəmir şəhərinə daxil olanda, H.Əliyev prospektində DYPB-nin əməkdaşları onu saxlayıb Kürdəmir polis şöbəsinə aparmış, şöbənin həyətində avtomobilinə baxış keçirilmiş və avtomobilin arxa yük yerində olan bir ədəd ov tüfəngi, ona aid 5 ədəd patron və bir “komando” bıçağı aşkar olunaraq götürülmüşdür. Ona məlum olmuşdur ki, polis şöbəsinə Zərərçəkmiş şəxs şikayət etmişdir. Əməlindən səmimi peşmançılıq çəkir, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Kürdəmir rayonu İcra Hakimiyyəti başcısının Qarasaqqal kənd inzibati ərazisi üzrə nümayəndəsi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs tanıyır, onunla bir kənddə yaşayırlar, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə səhər saat 08.30 radələrində idarə etdiyi Mersedes markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhərinə gedən zaman Təqsirləndirilən şəxs ona zəng edərək dayanmasını xahiş etmiş, təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “AUDİ” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə yanına gələrək avtomobildən düşüb ona yaxınlaşmış və evlərinə gedən yola su borusunun atılmaması səbəbini soruşmuş və cavab olaraq ona bildirmişdir ki, həmin yola bir ədəd su borusu atmış, böyük diametrli su borusu olmadığına görə aidiyyəti orqanlara müraciət etdiyini, qısa müddət ərzində məsələni həll edəcəyini ona bildirmişdir. Cavab onu qane etmədiyi üçün avtomobilinin arxa yük yerini açıb oradan ov silahını götürərək silahda olan 2 ədəd patronu göstərib, silahı yenidən yük yerinə qoyub ona 2 günə su borusunu yolun evinə gedən yola atmasa, həmin silahla onu vuracağı barədə xəbərdarlıq etmiş və ondan aralanıb idarə etdiyi avtomobillə Kürdəmir şəhəri istiqamətinə hərəkət etmişdir. Təqsirləndirilən şəxs göstərdiyi ov silahını ona tuşlamamış, silahdan atəş açmamış, ona heç bir xəsarət yetirməmiş, yalnız onu sözlə hədələmişdir. Onun hədəsini real qəbul etdiyi üçün yolda Kürdəmir RPŞ-nin İTB-nin rəisi polis mayoru Ozan Babayevə zəng vurub hadisə barədə məlumat vermişdir. Halbuki, Adilin qardaşı ikinci Qarabağ müharibəsinin veteranı, döyüşlərdə gözdən 1-ci qrup əlil olan X2 qospitaldan qayıdana kimi onun yaşadığı evə gedən yolu təmir etdirmiş, küçədə abadlıq işləri görmüşdür. Lakin evlərinə gedən yola böyük diametrli su borusu olmadığından, həmin hissədə təmir işləri yarımçıq qalmışdır. Bununla bağlı rayonun icra başçısına və aidiyyəti təşkilatlara müraciət etmiş, hesab edir ki, qısa müddət ərzində həmin məsələ də həll ediləcəkdir. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-nin İTB-nin rəisi polis mayoru Ozan Babayev raportla rəisə məruzə edərək, Kürdəmir rayonu İcra Hakimiyyəti başcısının Qarasaqqal kənd inzibati ərazisi üzrə nümayəndəsi Zərərçəkmiş şəxs ona zəng edərək, Kürdəmir rayonu Qarasaqqal kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi AUDİ A4 markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə patronları ilə birlikdə ov silahı gəzdirməsini və həmin silahla onu öldürməklə hədələməsini bildirdiyinə görə, bu barədə RPŞ-nin NH-nə məlumat verimiş və 29 avqust 2023-cü il tarixdə saat 09 radələrində Kürdəmir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Kürdəmir RPŞ-nin Növbətçi Hissəsindən aldıqları göstərişə əsasən Kürdəmir rayonu, Qarasaqqal kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi AUDİ A4 markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs razılığı ilə və videoçəkilişdən istifadə etməklə avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa yük yerindən 1 ədəd qoşa lüləli ov silahı, 1 ədəd qara rəngli bıçaq və ov silahına aid 5 ədəd patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ov silahı, silaha məxsus patronlar və bıçaq ona məxsusdur. Təqsirləndirilən şəxs avtomobilinə keçirilən baxış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-ci ил тарихdə tərtib edilmiş baxış keçirilməsi protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs, RPŞ-nin PPXB-nün polis nəfəri Şahid1 iştirakı ilə RPŞ-nin TB-nin təhqiqatçısı X11 Nuriyevin avtomobilinə RPŞ-nin həyətində videoçəkilişdən istifadə etməklə baxış keçirmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 1 ədəd qoşa lüləli 1464-61 nömrəli ov silahı, 1 ədəd tiyəsinin bir tərəfində “komando 20211221”, digər tərəfində isə “Halmak 1949 Defense industry Krt.sn-2401” yazılmış qara rəngli bıçaq və ov silahına aid 5 ədəd patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ov silahı, silaha məxsus patronlar və bıçaq ona məxsusdur. Həmin 1 ədəd ov silahı, 5 ədəd patron və 1 ədəd bıçaq qablaşdırılmış və üzərinə 137 nömrəli möhürlə möhür vurulmuşdur (bax cild 1 vərəq 17-20). - xx.xx.2023-cü il tarixli məhkəmə ballistik ekspertizasının 3-16/2-3/1390:3/1391:3/1392 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, 1464 nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, təyinatı üzrə atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Bu modelli silahlardan zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə uçma qabiliyyətinə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsfədəki hədəfə (o cümlədən canlıhədəfə) zədəyetirmə qabiliyyətinə malikdir. Tədqiqata təqdim edilmiş və“1” rəqəmi ilə işarələnmiş bıçaq, zavod üsulu ilə istehsal edimliş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş və “2” rəqəmi ilə işarələnmiş bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı bıçaqdır, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 05(beş) ədəd patron 16 mm kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan,zavod üsulu ilə hazırlanmış patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş TOZ B modelli ov silahınn lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamş tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki həmin silahdan sonuncu təmizləmədn sonra atəş açılmışdır (bax cild 1 vərəq 56-60). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (bax cild 1 vərəq 54-55). -Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş zavod üsulu ilə metal materialdan hazırlanmış, saz (işlək) vəziyyətdə, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki tərəfdən itilənmiş, sol üzündə“HALMAK 1949 Krt.Sn-2101”, sağüzündə“KOMANDO 20211221” zavod işarələri olan, soyuq silah hesab edilən bir ədəd bıçaq cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (bax cild 1 vərəq 61) - Kürdəmir RPŞ-nin İTB-dən alınmış məktubdan görünür ki, 1464-61 nömrəli silah heç kimə məxsus deyildir (bax cild 1 vərəq 84). - əməliyyat tapşırığının 1xx-xx-230600111 saylı cavabından görünür ki, agentlərə faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş soyuq silah hesab edilən bıçağı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Bıçaq Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ölümlə hədələməmişdir, ona qarşı ov tüfəngindən atəş açmamış,ona qarşı tüfəngi tuşlamamışdır.Ov tüfəngi Zərərçəkmiş şəxs göstərib yük yerinə qoyduqdan sonra, ona yaxınlaşaraq onu sözlə hədələmişdir (bax cild 1 vərəq 85). - Kürdəmir rayonu İcra Hakimiyyəti başcısının Qarasaqqal kənd inzibati ərazisi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü ilə (atası X4, anası X6 və qardaşı X2) Qarasaqqal kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətindən məlum olur ki, X2 ikinci Qarabağ müharibəsində iştirak etmiş, “Cəsur döyüşçü”. “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsindən (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsindən (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş hər iki ittiham üzrə özünü təqsirli bilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 134, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmaması ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş digər ittiham- qanunsuz olaraq soyuq silahı əldə etmə və ya gəzdirmə adlanan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cəza təyin edərkən aşağıdakı hallara xüsusi diqqət yetirilməsini zəruri hesab edir. Məhkəmə istintaqında işin müəyyən edilən hallarından məlum olur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə zavod üsulu ilə metal materialdan hazırlanmış, döyüş təyinatlı soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq əldə edib, idarə etdiyi “AUDİ A4” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq gəzdirmiş, xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən zavod üsulu ilə metal materialdan hazırlanmış, saz (işlək) vəziyyətdə, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki tərəfdən itilənmiş, sol üzündə “HALMAK 1949 Krt.Sn-2101”, sağ üzündə“KOMANDO 20211221” zavod işarələri olan, orta xəttən uzunluğu 178 mm, orta hissədə eni 32 mm, maksimal qalınlığı 3.89 mm, üzərində qalıq deformasiya əlaməti müşahidə edilməyən tiyəsi olan, tiyənin davamının səthinə qara rəngli plasmasa oxşar materialdan hazırlanmış, əldə möhkəm tutulması üçün ön tərəfində məhdudlaşdırıcı rolunu oynayan iki tərəfli çıxıntılarının uzunluğu 70 mm-li metal hissəsi olan, orta hissədə diametri 35 mm, ümumi uzunluğu 125 mm dəstəyi olan, kifayət qədər məhv etmə gücünə malik, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan saz (işlək) vəziyyətdə döyüş təyinatlı soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür. İnsan Hüquqları və X1 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-nin 41.2-ci maddəsin əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdər hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması (CM-nin 59.2-ci maddəsi), ilk dəfə olaraq az ağır cinayət törətməsini (CM-nin 59.1.1-ci maddəsi) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CMnin 8.1-ci, 9.2-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Nuriyev X3 rayonu Qarasaqqal kəndində qeydiyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş zavod üsulu ilə metal materialdan hazırlanmış, saz (işlək) vəziyyətdə, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki tərəfdən itilənmiş, sol üzündə “HALMAK 1949 Krt.Sn-2101”, sağüzündə “KOMANDO 20211221” zavod işarələri olan, soyuq silah hesab edilən bir ədəd bıçaq döyüş (hərbi) təyinatlı sayıldığından hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməli və Azərbaycan Respublikası DİN-nin X10 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarın 9-cu bəndinə müvafiq olaraq digər maddı sübutlar-16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, 1464 nömrəli, xarici çaxmaqlı, qoşalüləli yivsiz odlu ov silahı və 5 ədəd patronla bağlı məsələnin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala baxılarkən həll edilməli olduğu nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 57 (əlli yeddi) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun- soyuq silah hesab edilən bir ədəd bıçağın müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X10 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə icraata xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 57 (əlli yeddi) manat məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. İş üzrə maddı sübut- Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş və Kürdəmir rayon polis şöbəsində saxlanılan zavod üsulu ilə metal materialdan hazırlanmış, saz (işlək) vəziyyətdə, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki tərəfdən itilənmiş, sol üzündə“HALMAK 1949 Krt.Sn-2101”, sağüzündə“KOMANDO 20211221” zavod işarələri olan, soyuq silah hesab edilən bir ədəd döyüş (hərbi) təyinatlı bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nin X10 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun- soyuq silah hesab edilən bir ədəd döyüş (hərbi) təyinatlı bıçağın müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X10 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-27/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-27/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver