Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-27/2025 03.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-cu ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdə saat 23 radələrində yaşadıqları Kürdəmir rayon Atakişili kəndindəki evində, həyat yoldaşı Zərərçəkmiş şəxs su qabını su ilə doldurmaması səbəbindən aralarında ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumuruq və təpiklə, həmçinin evdə olan taxdadan hazırlanmış oturacaqla başına və sifətinə qəsdən bir neçə dəfə vurmaqla ona sağ bazunun yan səthinin qançırı, doş qəfəsinin ön səthinin qançırı sol budun və sağ baldırın qançırları ilə müşaiyət olunan sağlamlığa zərərvurmayan, alının sağ yarsının və üst dodağın yarası sol budun iç səthinin hematoması ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Həyat yoldaşı Günayla 2016-cı ildə rəsmi olaraq ailə qurmuş, birgə nikahlarından iki azyaşlı övladları olmuşdur. 18 dekabr 2024-cü il tarixdə nahar vaxtı Kürdəmir şəhərində yerləşən yeməkxanaların birində yemək yeyərkən bir qədər spirtli içki qəbul etmişdir. Həmin günü saat 23 radələrində evlərinə gəlmiş, həmin vaxtı evdə olan su qabından su içmək istəyərkən su qabında su olmadığını görüb Günaya bu barədə öz iradını bildirdirmişdir, bu vaxtı Günay ona cavab qaytardığından, həmin vaxtı əsəbləşərək onun üzərinə getmişdir. Yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmuşdur. Sonra evlərində olan taxtadan hazırlanmış oturacağı əlinə götürərək onun üzərinə gedərək başına və sifətinə bir neçə dəfə vuraraq ona xəsarətlər yetirmişdir. Daha sonra üzünün qanadığını görmüş, kömək etmək üçün yaxınlaşmışdır. Lakin Günay istəməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, səhəri günü arvadının onun barəsində polisə şikayət etdiyini eşitmiş, arvadını döyməsini heç kim görməmiş, həmin vaxt orada heç kim olmadığından onları ayıran olmamışdır. Zərərçəkmiş şəxs ilə barışmamışdır. Etdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla münasibətiləri həmişə pis olmuş, səbəb isə odur ki, Fərid həmişə onun şəxsi işlərinə qarışmışdır. Onlar 2016-cı ildən rəsmi olaraq evlənmişlər. 2 azyaşlı övladıları var. 18 dekabr axşam saat 23 radələrində Fərid evə içkili vəziyyətdə gəlmişdir. Su qabından su içmək istəyərkən onun boş olduğunu görmüş və ona qışqırmışdır. O da su qabının bayaq dolu olduğunu, uşaqların suyu içdiyini, yenidən dolduracağını demişdir. Həmin vaxt Fərid əsəbləşmiş və üzərinə gələrək yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Daha sonra evdəki taxtadan hazırlanmış stulu götürərək başına və üzünə zərbələr endirmişdir. Telefonu götürüb qardaşına zəng etmək istəmiş, lakin Fərid telefonu əlindən almışdır. Onu vurduqdan sonra Fərid evdən çıxıb getmişdir. Daha sonra aldığı zərbələrdən huşunu itirmişdir. Ayıldıqdan sonra üzünün telefonla şəklini çəkmiş ki, sübut edə bilsin. O, qardaşına zəng edərək Fəridin onu döydüyünü, gəlib onu xəstəxanaya aparmasını demişdir. Bir qədər sonra qardaşı Yusif gəlmiş və onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fərid onu birinci təpiklə vurmuş, sonra da stolu götürüb başına vurmuşdur. Fəridin onu döydüyünü başqa heç kim görməyib, həmin vaxt ətrafda heç kim olmamışdır. Qardaşı gəldikdən sonra hər yerin qan içində olduğunu görüb Fəridin qardaşına zəng vurmuşdur. Onlar gəlib kömək etmək əvəzinə onun qardaşına hücum etmişdir. Həmin xəsarətlərdən sonra dodağına və üzünə tikişlər qoyulmuşdur. O, Təqsirləndirilən şəxs ilə barışmamışdır, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostu olmuşdur. Həmçinin bacısının yoldaşıdır. Gecə saat 12-yə işləmiş telefona Günaydan zəng gəlmiş, cavab verəndə görmüşdür ki, ağlayır. Anası və yoldaşını götürüb Günayın evinə getmişdir. Evin divarları və döşəmə qan içində olmuşdur. O, böyük qardaşına zəng etmişdir ki, o da gəlsin. Daha sonra Fəridin qardaşlarına zəng etmişdir ki, onlar da gəlsin, Fəridin qardaşı Əhəd gəlmişdir. İlk öncə susmuşlar. Çünki belə hadisələr dəfələrlə olmuş və bir yerdə çörək kəsdikləri üçün ailənin dağılmamasını istəmişlər. Ona görə də o, həkimə müraciət etməmək üçün yaranı leykoplastrla yapışdırmaq istəmişdir, lakin qanı saxlamaq mümkün olmadığına görə Günayı xəstəxanaya aparmışlar. Dodağına 4 yerdən tikiş düşmüşdür. Həkimlər vəziyyətin qorxulu olduğunu, qansızma ola biləcəyini deyib Günayı evə buraxmamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Mənafova X4 RPŞ-nə müraciət edərək, birgə yaşadıqları evdə əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü demişdir (i.v 1); Məhkəmə tibb ekspertinin xx.xx.2024-cü il tarixli 587 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər–Alın nahiyəsinin və üst dodağın yarası, sağ bazunun yan səthində qançır, doş qəfəsinin ön səthinin qançırı, sol budun iç səthinin hematoması, sol budun, sağ baldırın qançırları. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdilər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməyə uyğundurlar. Xəsarətlərdən-Alnın sağ yarsının və üst dodağın yarası, sol budun iç səthinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Sağ bazunun yan səthinin qançırı, doş qəfəsinin ön səthinin qançırı, sol budun və sağ baldırın qançırları sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (i.v.12-13); xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon X3 Hüquqi Şəxsdən alınmış 18-1-49\2- 1275\2024 nömrəli məktubda görünür ki, Kürdəmir rayon Atakişili kənd sakini Təqsirləndirilən şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmadığı göstərilmişdir ( i.v. 27); xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu 1 saylı X6 Filialından alınmış 3-17-1\2-317885\2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Fondun 1 saylı X6 filialından heç bir növ pensiya, müavinət və ya təqaüd almadığı göstərilmişdir ( i.v. 28); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur ( i.v. 29); xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına alınmış cavabda göstərilmişdir ki, 18 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Mənafov X2 rayonu Atakişili kəndində yaşadıqları evdə, arvadı Zərərçəkmiş şəxs döyərək xəsarətlər yetirmiş, hadisə yerinə kənar şəxslər toplaşmamış və ictimai qayda pozulmamış, hadisəni başqa heç kim görməmişdir ( i.v. 30); Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Atakişi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 dekabr 2024-cü il tarixli, 1348 №-li arayışlarından görünür ki, Mənafov X2 rayonunun Atakişili kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi həyat yoldaşı Zərərçəkmiş şəxs (1996) və uşaqları- qızı F.F.Mənaflı (2017) və oğlu F.F.Mənaflı (2019) ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v.34-38); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsinin T 298/2025 nömrəli canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun kimissiya nəticəyə gəlir: 1,2,4,6,7,9 vətəndaş Zərərçəkmiş şəxs alın sağ yarısının və üst dodağın yarası, sağ bazunun yan səthinin döş qəfəsinin ön səthinin, sol budun, sağ baldırın qançırları, sol budun iç səthinin hematoması oluşdur. Qeyd olunan xəsarətlər qərarda, eləcə də zərərçəkmişin ifadəsində göstərilən tarixdə və şəraitdə, yəni 18..12.2024-cü il arixdə kənar şəxs tərəfindən yumruq, təpik və taxta oturacaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdirlər, dərəcəsinə görə alının sağ yarısının və üst dodağın yarası, sol budun iç səthinin hematoması sağlamalığın qısa müddətə polulamasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmişr.
3. vətəndaş Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 587 saylı ekspert rəyinin nəticə hissəsi təsviri hissəyə uyğun tərtib edilmişdir.
5. vətəndaş Zərərçəkmiş şəxs alının sağ yarısında və üst dodaqda olan çapıq sifətdə deformasiya, asimmetriya və mimika pozğunluğu yatarmadığından silinən hesab edilir. Eybəcərləşmə tibbi məfhum olmadığından onun həlli məhkəmə-tibbi ekspertlərinin səlahiyyətindən kənara çıxır.
8. Xəsarətin yetirildiyi anda Zərərçəkmiş şəxs ilə xəsarət yetirilən şəxs müxtəlif duruş vəziyyətində ola bilərdi. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2), himayəsində iki azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran- Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiə etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 24 (iyirmi dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən 29 aprel 2025-ci il tarixə kimi 17 saat, 29 aprel 2025-ci il tarixdən hazırki vaxta qədər 7 saat vaxt sərf etməklə hüquqi yardım göstərdiyindən, 17 saat vaxta görə 102 manat, 7 saat vaxta görə 77 manat olmaqla, ümumilikdə Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 179 (yüz yetmiş doqquz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən 29 aprel 2025-ci il tarixə kimi 17 saat, 29 aprel 2025-ci il tarixdən hazırki vaxta qədər 7 saat vaxt sərf etməklə hüquqi yardım göstərdiyindən, 17 saat vaxta görə 102 manat, 7 saat vaxta görə 77 manat olmaqla, ümumilikdə Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 179 (yüz yetmiş doqquz) manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rahid Mehdiyev