Məhkəmə qərarları › İş №1(041)-28/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-28/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-28/2023 10.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şirvan regional vəkili bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-cı ildə Kürdəmir rayonunun Qurdbayram kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu omayan, Kürdəmir rayonu, Qurdbayram kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Kürdəmir rayonu Qurdbayram kəndi ərazisində yerləşən körpünün yanında yaşayış massivi olmayan yerdə, həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yəni 30 mart 2023-cü tarixdə saat 19:30 radələrində qardaşları X4, X5 və X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs qızı X2 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə oğurladıqları üçün qardaşlarının həbs olunmaları səbəbindən, barışıq niyyəti ilə ondan ərizə istəməsi və sonuncunun ona ərizə verməyəcəklərini kobud şəkildə deməsi nəticəsində aralarında olan ədavət və düşmənçilik zəmnində yaranmış münaqişə və dava dalaş zamanı, yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq ona sağ gözün yan bucaq hissəsinin sıyrığı və döş qəfəsinin ön səthinin sıyrığı ilə müşaiyət olunan sağlamlığa zərərvurmayan, üst çənə sümüyünün sol yarısının sol göz yuvasının aşağı və yan hissəsinə keçən yerdəyişmiş sınığı, sol gözaltı nahiyyənin sol almacıq nahiyyəsini əhatə edən göz yuvasının daralmasına səbəb olan hematoması, həmin gözün ağlı qişasına qansızma, sol gözdə görmənin zəifləməsi ilə müşaiyət olunan, insan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Qurdbayram kəndində yaşayır, Zərərçəkmiş şəxs qardaşı Babəkin qayınatasıdır. Qardaşı Bəxtiyar, Araz və Aqil təxminən 8 ay əvvəl Məhərrəmin qızı Firuzəni ailə qurmaq niyyəti ilə qaçırdıqları, Firuzə şikayətçi olduğuna görə hər üç qardaşının tutulmasından sonra hər iki ailə arasında münasibətlər pozulmuşdur. Dəfələrlə barışıb, münasibətləri bərpa etmək üçün etdikləri cəhdlərə baxmayaraq, Məhərrəm və onun ailə üzvləri onları qəbul etməmişdir. xx.xx.2022ci il tarixdə saat 16 radələrində kəndlərinə gələn yolda körpünün yanında Məhərrəmin öz avtomobili ilə kəndə tərəf gəldiyini görüb, aralarında yaranmış münasibətlərin düşmənçiliyə keçməməsi məqsədilə söhbət aparmaq üçün əl edib maşını saxlaması üçün işarə vermiş, Məhərrəm maşını saxlayanda qardaşı Babəkin oğlu Ayxanın da maşında olduğunu görüb, onunla görüşmək istəyərkən Ayxan ağladığına görə ona yaxınlaşa bilməmişdir. Həmin vaxt Məhərrəm onun ünvanına xoşa gəlməyən ifadələr işlətdiyinə görə aralarında mübahisə düşmüş, mübahisə vaxtı Məhərrəm onun üzərinə gəlib üz və baş nahiyyələrindən şillə ilə vurmuşdur. Həmin vaxt sahədə işləyən qardaşı Cahangir də onların yanına gələrək onları aralayan zaman, özünü müdafiə etmək üçün yumruqla bir neçə dəfə Məhərrəmin üz sifət nahiyyəsinə vurmuş, təxminən 5-10 dəqiqədən sonra Cahangir onları aralaşdırmışdır. Sonradan səhvini başa düşüb Zərərçəkmiş şəxs ilə barışmış, Məhərrəm də onu bağışlamışdır. Biri-birilərinə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Etdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, X11 həmkənlisi və qudasıdır. X6 həyat yoldaşıdır. Təxminən 8 ay əvvəl Adilin uşaqları Bəxtiyar, Aqil və Araz onun digər qızı Firuzəyə zor tətbiq edərək qaçırdıqları üçün həbs olunmuşlar. Hal-hazırda istintaq yekunlaşmış və cinayət işi məhkməyə göndərilmişdir. Həmin gündən etibarən bu günə kimi Adil və oğlanları Şəhriyar və Cahangir onunla ədavət aparmışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində özünə məxsus Mersedes markalı ** ZK *** dövlət qeydiyat nişanlı minik avtomobili ilə yaşadığı kəndə gələrkən körpünün yanında Şəhriyar idarə etdiyi avtomobilin qarşısına çıxmış, həmin vaxt avtomobildə olan azyaşlı nəvəsi Ayxan onları görüb qorxduğundan qışqıraraq ağlamışdır. Avtomobilinin şüşəsini aşağı salaraq Şəhriyarı yanına çağırmış, Şəhriyara nəyə görə avomobilin qarşısına keçdiyini soruşmuş və avtomobildən aşağı düşmüşdür. Aralarında gedən söhbət əsnasında Şəhriyar anasının onlara getdiyini və qızı Füruzənin onu söyüb təhqir etdiyini bildirərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə vaxtı Şəhriyar ani olaraq yumruqla onun sifət nahiyyəsindən bir dəfə vurmuşdur, orada olan Cahangir isə onu aralamaq üçün tutmuş, Şəhriyar da sərbəst olaraq yumruqla bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə ilə ilə vuraraq onu döyüb xəsarət yetirmişdir. Hadisədən bir müddət sonra onlar barışmış, ona dəymiş ziyan ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertin xx.xx.2022-ci il tarixli 561 nömrəli rəyindın görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəssrətlər: üst çənə sümüyünün sol yarısının sol göz yuvasının aşağı və yan hissəsinə keçən yerdəyişmiş sınığı. Sol gözətrafı nahiyyənin sol almacıq nahiyyəsini əhatə edən göz yuvasının daralmasına səbəb olan hematoması, həmin gözün ağlı qişasına qansızma, sol gözdə görmənin zəifləməsi ilə sağ gözün yan bucaq hissəsinin sıyrığı, döş qəfəsinin ön səthinin sıyrığı, qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, törənmə müddəti qərarda göstərilən şəraitə və vaxta yəni xx.xx.2022-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə üst çənə sümüyünün sol yarısının sol göz yuvasının aşağı və yan hissəsininə keçən yerdəyişmiş sınığı, sol gözətrafı nahiyyənin sol almacıq nahiyyəsini əhatə edən göz yuvasının daralmasına səbəb oan hematoması, həmin gözün ağlı qişasına qansızma, sol gözdə görmənin zəifləməsi –sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Sağ gözün yan bucaq hissəsinin sıyrığı, döş qəfəsinin ön səthinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 578 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsidən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsidən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2014-cü il tarixli Fizuli Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan, xx.xx.2022-ci il tarixli 853 nömrəli “Kürdəmir rayon Mərkəzi Xətəxanası” PHŞən daxil olmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs RMX-nın şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. - Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə -üzünün, burunun, sol göz yuvasını ətrafı nahiyyənin əzikləri, sol gözə qansızma, döş qəfəsinin ön səthinin sıyrığı, sol göz yuvası ətrafı nahiyyənin hematoması diaqnozu ilə Kürdəmir RMX PHŞ-in X9 müraciət etmişdir. - Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi hər hansı bir xəstəliklə əlaqədar Kürdəmir RMX PHŞ-nə müraciət etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1 maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusu ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını, heç bir şikayət və tələb olmadığını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və Təqsirləndirilən şəxs onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanda hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan regional vəkili bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 15 saat üçün cəmi 90 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321.2.1 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etdiyi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan regional vəkili bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində əmək haqqı ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar