Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-28/2024 30.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cərayılzadə Fərid Bəybala oğlunun katibliyi,Azərbaycan Respublikası Baş prokurorluğun X4 üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxx 1987-ci ildə Kürdəmir rayonu Pirili kəndində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; xx xxx 1991-ci ildə Kürdəmir rayonu Sor-Sor kəndində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan xeyli miqdarda, yəni 155.35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində həmin kütlənin 5.35 qram çəkidə olan hissəsini tanışı-xx.xx.1991-ci ildə Kürdəmir rayonu Sor-Sor kəndində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 pay qismində heç bir mənfəət güdmədən vermiş, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs2 Kürdəmir şəhəri Vaqif küçəsində saxlanılaraq RPŞ-yə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5.35 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün saat 23:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri Babək prospekti ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin içərisində saxladığı 01 ədəd polietilen torbada xeyli miqdarda təmiz çəkisi 150.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs1 pay qismində satış məqsədi olmadan xeyli miqdarda, ümumi təmiz çəkisi-5.35 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri Vaqif küçəsi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 5.35 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan 8-9 aydır ki, istifadə edir, 2022-ci ilin oktyabr ayının sonlarında yaşadığı kənd ərazisində çöl sahəsində heyvan otaran zaman su kanalının kənarından iki ədəd çətənə bitkisi aşkar etmiş, həmin bitkilərin yarpaqlarını toplayıb şəxsi istifadə etmək üçün özündə saxlamış, yaşadığı evin həyətində gizlətmiş, bundan heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 tanışıdır, onunla münasibətləri normal olmuş, hərdən birlikdə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişlər, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində Bilal ilə rastlaşdıqda ondan istifadə etməsi üçün narkotik vasitə qurudulmuş marixuana istəmiş, özündə olan 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı çıxarıb pay qismində Bilala vermiş, Bilal çıxıb getmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində özündə qalan narkotik vasitə qurudulmuş marixuananı götürüb yerini dəyişib gizlətmək üçün apardıqda Kürdəmir şəhəri, Babək prospektində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu RPŞ-yə gətirmişlər, şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra əynində olan qara rəngli gödəkcənin içəri tərəfindən 01 ədəd polietilen torbanı çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, təqdim etdiyi torbaya müstəntiq tərəfindən baxış keçirilən zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, polietilen torba içərisindəki kütlə ilə birlikdə müstəntiq tərəfindən qablaşdırılaraq, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində əməlindən peşman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan olmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, narkotik vasitə qurudulumuş marixuanadan hərdən istifadə edir, Kürdəmir rayonu Pirili kənd sakini Təqsirləndirilən şəxs1 tanışıdır, onunla münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Nəzirin də narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi barədə məlumatı olmuş, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 ilə Kürdəmir şəhəri H.Əliyev prospekti ərazisində rastlaşdıqda ondan özü şəxsi istifadə etməsi üçün bir qədər qurudulmuş marixuana istəmiş, Nəzir üzərində özü istifadə etməsi üçün bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu deyərək ona vermiş, həmin 01 ədəd kibrit qutusunu cibinə qoyub şəxsi istifadə etməsi üçün saxlamış, Nəzir həmin narkotik vasitəyə görə ondan pul və ya heç nə istəməmiş, eləcədə Nəzirə aldığı narkotik vasitə qurudulmuş marixuanaya görə pul eləcədə heç nə verməmiş, Nəzir həmin narkotik vasitə qurudulmuş marixuananı ona hər hansı qarşılıq olmadan vermiş, sonra çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri, Vaqif küçəsində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək RPŞ-yə gətirmişlər, şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, kibrit qutusunun içərisinə müstəntiq tərəfindən baxış keçirilən zaman orada qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuş, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən üzərindən heç nə aşkar edilməmiş, aşkar edilmiş 01 ədəd kibrit qutusunda kütlə qablaşdırılaraq üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində əməlindən peşman olmasını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkilli vəzifəsində işləyir. Kürdəmir rayonu Sor- Sor kənd sakini Təqsirləndirilən şəxs2 rayon sakini kimi tanıyır, onunla münasibətləri normaldır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edərək məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs2 Kürdəmir şəhəri Vaqif küçəsində saxlanılıb Kürdəmir RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs2 seçdiyi müdafiəçi təyin olunmuş, RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs2dən üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, bundan sonra əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi qutuya baxış keçirilən zaman içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023cü il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri ərazisində tanışı Nəzirin ona pay qismində verdiyini, bununla bağlı Nəzirə heç nə vermədiyini bildirmişdir. Həmin kütlə 01 ədəd zərfə qoyularaq üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kiməsə narkotik vasitə satdıqlarını eşitməmiş və bu barədə hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etmişlər. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-ci il tarixli 18/871 nömrəli rəyində göstərilir ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi-5.35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş üzərində ağ kağızda “Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı 01 ədəd polietilen torbada təmiz çəkisi 150.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 üzərindən və Təqsirləndirilən şəxs1 üzərindən götürüldüyü qeyd edilən marixuanalar eyni tərkiblidir. Marixuananın ümumi təmiz çəkisi 155.35 qram, tədqiqata 0,04 qram sərf edildikdən sonra 155,31 qram qalıq qalmışdır. (bax iş vər. 72-76) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1906 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər,197) İş işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1907 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 200) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (bax iş vər 151-152) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (bax iş vər 148-149) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 18-1-49/2-605/2023 nömrəli məktubdan görünür ki, Kərimov X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. (bax iş vər,151) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 18-1-49/2-604/2023 nömrəli məktubdan görünür ki, Rəhimov X5 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. (bax iş vər,150) İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X6 Filialından daxil olan xx.xx.2023-cü il tarixli 17-1/2-22/097-2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. (bax iş vər,153) İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X6 Filialından daxil olan xx.xx.2023-cü il tarixli 17-1/2-22/099-2023 nömrəli məktubdan görünr ki, Təqsirləndirilən şəxs2 əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. (bax iş vər, 1490 İş materiallarında olan Kürdəmir rayon İHB-nin Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 294 nömrəli arayışından görünür ki, Kərimov X3 rayonunun Pirili kəndində yaşamaqla, 3 nəfərdən ibarət ailə üzvü olmaqla himayəsində 2 azyaşlı uşaqları vardır. (bax iş vər. 129) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Pirrli kənd İnzibati Ərazi Dairəsi üzrə Nmayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 128) İş materiallarında olan Kürdəmir rayon İHB-nin Muradxan kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1558 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 valideynləri ilə birlikdə Kürdəmir raonunun Sor-Sor kəndində yaşayır. (bax iş vər. 204) İş materiallarına əlavə edilmiş İş materiallarında olan Kürdəmir rayon İHB-nin Muradxan kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 205) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 23.55-də şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.43-44) İş materialalrına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək, xx.xx.2023-cü il tarixdə,saat 17.20-də saxlandığı Kürdəmir rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. (bax iş vər.111-112,119-120) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 18.15-də şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.12-13) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdə, saat 17.10-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (bax iş vər. 95,115) İş materiallarına əlavə edilmiş 27 noyabr 2023-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin günü tutularaq istintaqa təqdim edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlamaları özlərinin etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onların cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışlaını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlandıqları müddət onların cəzaçəkmə müddətinə daxil edilməli və onlara qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasınını CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tutma altında saxlanıldığı 02 gün müddət və Təqsirləndirilən şəxs2 tutma altında saxlanıldığı 03 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, həmin müddətlər ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu ünvan Kürdəmir rayonu Pirili kəndində, Təqsirləndirilən şəxs2 isə Kürdəmir rayonunun Sor- Sor kəndində yaşayırlar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 prfofilaktika məqsədilə Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 prfofilaktika məqsədilə Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın 5.33 qram qalığı və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın 149.98 qram qalığı hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 49,74 manat məbləğində ekspertiza tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 gün ona hazırki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Pirili kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Kərimov X3 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında saxlanıldığı 02 (iki) gün və xx.xx.2023-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 06 (altı) gün müddət olaraq hesablansın, ona hazırki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın 5.33 qram qalığı və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın 149.98 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə şəxsi axtarış aparılması barədə videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) ekspertiza xərci tutularaq dövlət büdcəsinə (X1, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SFİFT-BİK CTREAZ22, VÖEN-**********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu:142319 büdcə səviyyəsinin kodu:3 nömrəli hesaba) keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-28/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-28/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver