Məhkəmə qərarları › İş №1(041)-28/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-28/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-28/2025 28.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid6 15 manat pul verərək ona narkotik vasitə qurudulmuş marixuana tapmaq barədə xahiş etdiyinə görə Şahid6 xx.xx.2024-cü il tarixdə saat 13 radələrində 15 manat pul müqabilində X1 Kürdəmir rayonu Karrar kəndi ərazisində almaqla əldə etdiyi 6.96 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı həmin tarixdə saat 14 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində heç bir mənfəət əldə etməyən Şahid6 almaqla, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi – 6.96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 21:25 radələrində istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Karrar kəndi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan göy rəngli şalvarın ön sağ cibindən 01 ədəd polietilen bükümdə, xeyli miqdarda, təmiz çəkisi – 6.96 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Kürdəmir rayonu Karrar kəndində ailə üzvlərilə birlikdə yaşayır. Narkotik vasitə qurudulumuş marixuanadan əsgərlikdə olduğu vaxta istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o, kəndin mərkəzində həmkəndliləri Şahid6 və Şahid5 ilə görüşmüşdür. Söhbət zamanı onlar bir-birindən narkotik maddə marixuana istəmişlər. Lakin hər üçündə də narkotik maddə marixuana olmadığından qərara gəlmişlər ki, Cəbrayılın dayısı X1 ayrı-ayrılıqda özlərinin istifadəsi üçün narkotik maddə marixuana əldə etsinlər. O, özünə aid 15 manat, Cəbrayıl 20 manat, Qubad isə 5 manat pul qoymuş və razılığa gəlmişlər ki, qoyduqları pula görə narkotik maddəni bölsünlər. Qubad ona bir paprusluq lazım olduğunu demişdir. Bir sözlə onlar üçü də razılaşmışlar. Bundan sonra onlar Soltanın yaşadığı evə tərəf getmişlər. Yolda Qubad onlara demişdir ki, “siz gedin evə deyib, yanınıza gələcəm”. O, Cəbrayıl ilə birlikdə piyada Soltanın evinə tərəf getmişlər. O, küçədə dayanmış, Cəbrayıl isə Soltangilin darvazasını açıb evinə girmişdir. Bir müddət sonra Cəbrayıl Soltanın evindən küçəyə çıxmışdır. O, Cəbrayılı yolda gözlədiyi müddətdə Qubad gəlməmişdir. Onlar ikisi, yəni o və Cəbrayıl kəndin mərkəzinə piyada gəlmişlər. Həmin vaxt, yəni saat 14 radələrində Qubad da onların yanına gəlmişdir. Cəbrayıl cibindən Soltandan aldığı narkotik maddəni çıxartmış, həmin narkotik maddəni razılıqlarına əsasən aralarında bölmüşlər. Bölgü zamanı Qubad özünə yalnız bir papirosluq marixuna götürmüşdür. Bundan sonra onlar sağollaşmış və o, yaşadığı evə tərəf getmişdir. O, payına düşən narkotik vasitə marixuananın üzərindən 1 dəfə götürüb istifadə etmiş və qalan hissəsini siqaret qutusunun selofanına büküb cibinə qoymuşdur. xx.xx.2024-cü il axşam radələrində yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan cins şalvarın ön sağ cibindən 01 ədəd selofan bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə” olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı üstünü yoxlayarkən şalvarının sol ön cibindən 01 ədəd mobil telefon və həmin şalvarın sol arxa cibindən 01 ədəd pul qabı içərisindəki 02 ədəd bank kartını aşkar etmişlər. Sonra həmin kütlə və telefon qablaşdırılaraq o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. 02 ədəd plastik kart isə ayrıca götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin göstərdi ki, narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır, üzərindən aşkar olunan 01 ədəd polietilen büküm içərisindəki narkotik vasitə qurudulmuş marixuananı həmkəndliləri Şahid6 və Şahid5 ilə pul qoyaraq xx.xx.2024-cü il tarixdə Cəbrayılın dayısı X1 40 manat pul qarşılığında almışlar. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmiş, Kürdəmir rayon ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə narkotik vasitə və ya psixotrop maddə olmayıb. Əməlindən peşmandır. Ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o, kəndin mərkəzində Şahid6 və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Söhbət zamanı onlar birbirindən narkotik maddə marixuana istəmişlər. Lakin hər üçündə də narkotik maddə marixuana olmadığından qərara gəlmişlər ki, Cəbrayılın dayısı X1 ayrı-ayrılıqda özlərinin istifadəsi üçün narkotik maddə marixuana əldə etsinlər. O, özünə aid 5 manat, Cəbrayıl 20 manat, Riyad isə 15 manat pul qoyumuş və razılığa gəlmişlər ki, qoyduqları pula görə narkotik maddəni bölsünlər. O, onlara bir paprusluq lazım olduğunu demişdir. Bir sözlə onlar üçü də razılaşmışlar. Onlar üçü də Soltanın yaşadığı evə tərəf getdikləri zaman yolda o, onlara demişdir ki, “siz gedin evə deyib Soltanın evinin yaxınlığına gələcəm”. Riyad Cəbrayıl ilə birlikdə piyada Soltanın evinə tərəf getmişdir. O, acdığı üçün tez evə gedib yemək yemiş və saat 14 radələrində kəndin mərkəzinə Cəbrayıl və Riyadın yanına gəlmişdir. Cəbrayıl cibindən Soltandan aldığı narkotik maddəni çıxartmışdır. Həmin narkotik maddəni razılıqlarına əsasən təxmini bölmüşlər. Bölgü zamanı o, öz payına bir papirosluq marixuna götürmüşdür. Bundan sonra onlar sağollaşmış və o, evə gəlmişdir. O, evdə olarkən payına düşən narkotik vasitə marixuananın içərisində toxum da olduğunu görmüşdür. Toxumu və narkotik vasitəni ayrıca bükümə qoyub sakit vaxtı şəxsi istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan boz rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə” olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı üstünü yoxlayarkən şalvarının sol ön cibindən 01 ədəd “Milano” markalı siqaret paketi, 01 ədəd alışqan, şalvarın sağ ön cibindən 01 ədəd mobil telefon və həmin şalvarın ön sağ kiçik cibindən 01 ədəd kağız bükümdə çətənə toxumuna bənzər toxum aşkar etmişlər. Sonra həmin kütlə və telefon qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə qurudulmuş marixuana və çətənə toxumu olan 02 ədəd kağız bükümə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Verilmiş suallara cavabında şahid qismində dindirilmiş Şahid5 həmçinin bildirdi ki, narkotik maddəni həmkəndliləri Şahid6 və Təqsirləndirilən şəxs ilə üçü bir yerdə pul qoyaraq xx.xx.2024-cü il tarixdə Cəbrayılın dayısı X1 40 manat pul qarşılığında almışlar. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o, kəndin mərkəzində həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid5 ilə görüşmüşlər. Söhbət zamanı onlar bir-birindən narkotik maddə marixuana istəmişlər. Lakin hər üçündə də narkotik maddə marixuana olmadığından qərara gəlmişlər ki, dayısı X1 ayrı-ayrılıqda özlərinin istifadəsi üçün narkotik maddə marixuana əldə etsinlər. O, özünə aid 20 manat, Riyad 15 manat, Qubad isə 5 manat pul qoymuş və razılığa gəlmişlər ki, qoyduqları pula görə narkotik maddəni bölsünlər. Qubad ona bir paprusluq lazım olduğunu demişdir. Bir sözlə onlar razılaşmışlar. Onlar üçü də dayısı Soltanın yaşadığı evə tərəf istiqamətlənmişlər. Yolda Qubad onlara demişdir ki, “siz gedin evə dəyib Soltanın evinin yaxınlığına gələcəm”. Onunla Riyad piyada Soltanın evinə getmişlər. Riyad küçədə dayanmış, o, isə dayısının darvazasını açıb evinə girmişdir. Soltan onu evdə qarşılamışdır. O, ondan narkotik maddə marixuana olub-olmadığını soruşmuşdur. Soltan isə ona evdə bir bükümlük narkotik maddə marixuanası olduğunu və həmin bükümü 50 manata satdığını demişdir. O, Soltana demişdir ki, “50 manat yoxumdur, imkan varsa həmin bükümü 40 manata sat”. Soltan onunla razılaşmış və ona üçünün topladığı 40 manatı vermişdir. Soltan evə keçib 01 ədəd büküm gətirib ona vermişdir. O, həmin bükümü götürüb Soltanın evindən küçəyə çıxmışdır. Yolda onu Riyad gözləmişdir, lakin Qubad hələ ki, gəlməmişdir. Onlar ikisi, yəni o və Riyad kəndin mərkəzinə piyada gəlmişlər. Həmin vaxt, yəni saat 14 radələrində Qubad da onların yanına gəlmişdir. O, cibindən Soltandan aldığı narkotik maddəni çıxartmışdır. Həmin narkotik maddəni razılıqlarına əsasən təxmini bölmüşlər. Bölgü zamanı Qubad özünə yalnız bir papirosluq marixuna götürmüşdür. Bundan sonra onlar sağollaşmış və o, yaşadığı evə tərəf getmişdir. Öz məhlələrində payına düşən narkotik vasitə marixuananın üzərindən 1 dəfə götürüb istifadə etmiş və qalan hissəsini diqqət çəkməsin deyə cibində olan kibrit qutusuna yığıb şəxsi istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar edərək götürmüşlər Bundan sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Üzərindən aşkar olunan 01 ədəd kibrit qutusu içərisindəki ümumi təmiz çəkisi - 5.47 qram olan narkotik vasitə qurudulmuş marixuananı həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid5 ilə pul qoyaraq dayısı Soltandan 40 manat pul qarşılığında almışdır. Polis əməkdaşları onu saxladıqda məsuliyyətdən qorxduğu üçün çəkiliş zamanı narkotik vasitəni dayısının ona satmaq üçün verdiyini və 20 manata Riyada narkotik vasitə satmağını bildirmişdir. Lakin hal-hazırda səmimi olaraq etiraf edir ki, üçü pul atışmış və o, gedib dayısından 40 manat pul qarşılığında narkotik vasitə qurudulmuş marixuana alıb gətirmişdir. Verilmiş suallara cavabında şahid qismində dindirilmiş Şahid6 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs və Şahid5 üstləri yoxlanılarkən düz deməmişlər. Qubad, Riyad və o, birlikdə pul atışıb dayısından narkotik vasitə almışdır, o, Riyada və ya qeyrisinə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs və Şahid5 həmkəndliləridir, onlarla münasibəti normaldır və onlarla heç bir ədavəti düşmənçiliyi olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 oğlu ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 21:25 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmiş, Təqsirləndirilən şəxs müdafiəçi istəmədiyini bildirmişdir. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın ön sağ cibindən 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən şalvarın sol ön cibindən 01 ədəd mobil telefon və həmin şalvarın sol arxa cibindən 01 ədəd pul qabı içərisindəki 02 ədəd bank kartı aşkar edilmişdir. 01 ədəd polietilen bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 7.32 qram müəyyən olunmuşdur. Sonra həmin kütlə və telefon qablaşdırılmış və üzəri imzalanaraq götürülmüşdür. 02 ədəd plastik kart isə ayrıca götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni 3 gün öncə Şahid6 20 manata aldığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Vahid Qubadovu RPŞ-nə gətirmişlər. Şahid5 və Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onlarla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Şahid5 və Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman onlara qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Şahid5 və Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Verilmiş suallara cavabında şahid qismində dindirilmiş Şahid3 həmçinin bildirdi ki, Riyad İbrahimov ilk öncə narkotik maddəni Şahid6 aldığını bildirsə də sonradan etiraf edərək Cəbrayılın dayısından aldığını bildirmişdir, Şahid5 5 manat, Təqsirləndirilən şəxs 15 manat və Şahid6 20 manat pul qoyaraq 40 manat dəyərində narkotik vasitəni çəkmək məqsədi ilə Cəbrayılın dayısı X1 aldığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid2 və Şahid1 Şahid3 ilə ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallara əsasən, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v.1-2); xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 iştirakı ilə Şahid5 saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Şahid5 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 əynində olan boz rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Şahid5 üstünü yoxlayarkən şalvarın sol ön cibindən 01 ədəd “Milano” markalı siqaret paketi, 01 ədəd alışqan, şalvarın sağ ön cibindən 01 ədəd mobil telefon və həmin şalvarın ön sağ kiçik cibindən 01 ədəd kağız bükümdə çətənə bitkisinin toxumuna bənzər toxum aşkar edilmişdir. Sonra həmin kütlə və telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür (i.v 10-12); xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın ön sağ cibindən 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən şalvarın sol ön cibindən 01 ədəd mobil telefon və həmin şalvarın sol arxa cibindən 01 ədəd pul qabı içərisindəki 02 ədəd bank kartı aşkar edilmişdir. 01 ədəd polietilen bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 7.32 qram müəyyən olunmuşdur. Sonra həmin kütlə və telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, 02 ədəd plastik kart isə ayrıca götürülmüşdür (i.v. 48-50); xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20-də şübhəli şəxs qismində tutulmuşdur (i.v.65-66); Məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 18/832 saylı rəyində qeyd olunmuşdur ki,

1. Tədqiqata təqdim olunmuş üzərində: “...Şahid5 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi – 0.13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd bükümdə təmiz çəkisi – 0.02 qram olan bitki toxumu, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumudur, narkotik vasitələrə aid deyildir.

2. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketin içərisində 1 ədəd tamlığı pozulmuş möhürlü kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 6.96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.

3. Tədqiqata təqdim olunmuş üzərində: “...Şahid6 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 5.47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Şahid5 üzərindən, Təqsirləndirilən şəxs üzərindən və Şahid6 üzərindən götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. Marixuana (kannabis) - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) təşkil edir (i.v. 124-128); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 151-153); xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın ön sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi – 6.96 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 6.94 qram qalığı, Şahid5 üstü yoxlanılan zaman əynində olan boz rəngli rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd kağız paketdə təmiz çəkisi - 0.13 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.11 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.163-164); Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs Kürdəmir rayonunun Karrar kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, ailə tərkibi atası- X7 (xx.xx.1980), anası-X2 (xx.xx.1984) ibarətdir (i.v 167-168); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (i.v. 186-187); xx.xx.2024-cü il tarixli, 1798 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v.189); “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1- 49/2-1145/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur (i.v. 208); Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən İ siyahının 109.1-ci bəndinə əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək peşman olmasını bildirməsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və on qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə, saat 20:00-da “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonunun Karrar kəndində qeydiyyatda olmaqla orada yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Karrar kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 6,94 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 üzərinə keçirilən şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 06 (altı) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik pulun Təqsirləndirilən şəxs aid olan hissəsi, yəni 16 (on altı) manat 58 (əlli səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, xx.xx.2025-cü il tarixdən xx.xx.2025-ci tarixdək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi2 təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X3 90 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2024-ci il tarixdən 26 sentyabr 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Karrar kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 6,94 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 üzərinə keçirilən şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 06 (altı) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik pulun Təqsirləndirilən şəxs aid olan hissəsi, yəni 16 (on altı) manat 58 (əlli səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar