Məhkəmə qərarları › İş №1(041)-29/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-29/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-29/2023 20.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1996-cıildə Kürdəmir rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə, tamah niyyəti və satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq ümumilikdə 305,15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlayaraq daşımış, həmin narkotik maddənin bir qismini, yəni 0,15 qramını 05 yanvar 2023-ci il tarixdə saat 21 radələrində Kürdəmir şəhəri X.S.İslamzadə küçəsində, Kürdəmir rayon Mərkəzi xəstəxananın qarşısında, tanışı xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, məhkumluğu olmayan, subay, Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olmaqla, Kürdəmir şəhəri M.Ə.Sabir küçəsində nömrəsiz evdə yaşayan Şahid4 qanunsuz olaraq 15 manat müqabilində satmış, xx.xx.2023-ci il tarixdə saat 21 radələrində isə Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid4 Kürdəmir şəhəri, X.S.İslamzadə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, şöbənin inzibati binasında sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın ön sağ cibindən 01 ədəd ağ rəngli salfet bükümündə təmiz çəkisi 0,15 qram kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, əməliyyat təqdbirlərinin davamı olaraq 05 yanvar 2023-ci il tarixdə saat 23 radələrində o, Kürdəmir şəhəri X.S İslamzadə küçəsində, Kürdəmir rayon mərkəzi xəstəxananın qarşısında saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd rəngli polietilen torbanın içərisindən təmiz çəkisi 305 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, valideynləri ilə birlikdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayır. O, narkotik vasitə istifadəçisi olmamış, Rəşadı da tanımamışdır. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon mərkəzi Xəstəxanasının yanında olarkən polis əməkdaşları onu polis şöbəsinə aparmışlar və polis şöbəsində olarkən ona təziq göstərildiyi üçün ifadə vermiş, ifadəsinə nə yazıldığını bilməmişdir. Əslində ittiham aktında göstərilən kimi o, Rəşada narkotik satmamışdır. Ona ittiham elan olunduğu gün Kürdəmir rayon məhkəməsinə gətirilərkən onun halı özündə olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, Kürdəmir rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə aparılmış və orada həkim tərəfindən müayinə olunduqdan sonra Gəncə şəhərinə istintaq təcridxanasına göndərilmişdir. O, təcridxana rəhbərliyinə xəsarət alması barədə məlumat versə də, ona heç bir əhəmiyyət verilməmiş və o, təcridxanaya salınmışdır. Odur ki, barəsində olan ittihamı rədd edilməsi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Lakin son sözündə isə özünü təqsirli olduğunu bildirdi. Təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və göstərmişdir ki, 2022-ci ilin əvəllərində özü istifadə etmək üçün Kürdəmir rayonu Qağacılı kəndində yerləşən qəbirstanlıq ərazisində 5 ədəd marixuana çətənə kolu əkdiyini, 2022-ci ilin may ayında ağacları dərərək qəbirstanlıq ərazisində gizlətdiyini, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Rəşad adlı dostuna 15 manat pul borcu olduğu üçün marixuananı gizlətdiyi yerdən götürüb Kürdəmir rayonu X.S.İslamzadə küçəsində, Mərkəzi xəstəxananın yanında 01 ədəd bükümdə 15 manat pul borcunun yerinə Rəşad adlı dostuna satdığını və qalan hissəsini özü ilə evə apararkən Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirdiklərini, Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu və əgər varsa təqdim etməsi bildirildiyini, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını deyərək əlində olan 01 ədəd rəngli polietilen torbanı müstəntiqə təqdim etdiyini, müstəntiq tərəfindən polietilen torbanın içərisinə baxış keçirilən zaman yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edildiyini, 01 ədəd rəngli polietilen torba içərisindəki kütlələrlə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkilərək təxmini çəkisinin 321 qram olması müəyyən olunduğunu, aşkar edilmiş 01 ədəd rəngli polietilen torba içərisindəki kütlə ilə birgə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№137” möhürü ilə möhürləndiyini, zərf iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirildiyini, üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuana olduğunu, 2022-ci ilin əvəllərində özü istifadə etmək üçün Kürdəmir rayonu Qağacılı kəndində yerləşən qəbirstanlıq ərazisində 5 ədəd marixuana çətənə kolu əkdiyini, uzun müddətidir ki, narkotik vasitədən istifadə etdiyini və üzərində olan qurudulmuş marixuananı istifadə etmək üçün üzərində saxladığını,narkotik vasitələrin satışı ilə məşğul olmadığını, heç bir cinayət əməli törətmədiyini, həmin kütlənin ona məxsus olduğunu, ona heç bir formada təzyiq göstərilmədiyini, Rəşadla üzbə üz görüşdüyünü, Rəşada zəng etmədiyini və Rəşada 15 manat borcu olduğu üçün narkotik vasitəni 15 manat pul borcunun əvəzinə Rəşada satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Kürdəmir şəhəri M.Ə.Sabir küçəsində yaşayan Şahid4 rayon sakini kimi tanıdığını, xx.xx.2023-ci il tarixdə X5 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2023-ci il tarixdə saat 22.00 radələrində Kürdəmir şəhəri, X.S.İslamzadə küçəsində Şahid4 yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirdiklərini, Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra Rəşadın üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, Şahid4 üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu və əgər varsa təqdim etməsi bildirildiyini, Rəşadın üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirərək əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd ağ rəngli salfetə bükülüsünü çıxarıb təqdim etdiyini, bundan sonra üzərində axtarış aparıldığını və qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmədiyini, 01 ədəd bükümün içərisinə baxış keçirilərək içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edildiyini, 01 ədəd rəngli büküm içərisindəki kütlələrlə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkildiyini və təxmini çəkisinin 1.1 qram olması müəyyən olunduğunu, Rəşad Məmməli üzərində aşkar edilən 01 ədəd bükümün narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr içərisi boş ağ rəngli poçt zərfinə qablaşdırılaraq möhürləndiyini və iştirakçlar tərəfindən imzalandığını,bundan sonra Şahid4 üzərində aşkar olunan narkotik vasitəni Coşqun adlı şəxsdən 10 manat pul müqabilində almasını bildirdiyini,həmin tədbirlərin davamı kimi xx.xx.2023-ci il tarixdə saat 23.00 radələrində Kürdəmir şəhəri, X.S.İslamzadə küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirdiklərini, Coşqunun Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını deyərək əlində olan 01 ədəd rəngli polietilen torbanı müstəntiqə təqdim etdiyini, müstəntiq tərəfindən polietilen torbanın içərisinə baxış keçirilən zaman yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edildiyini, 01 ədəd rəngli polietilen torba içərisindəki kütlələrlə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkildiyini və təxmini çəkisinin 321 qram olması müəyyən olunduğunu, aşkar edilmiş 01 ədəd rəngli polietilen torba içərisindəki kütlə ilə birgə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№137” möhürü ilə möhürləndiyini, zərf iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı bildirildiyini, Coşqundan üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu və əgər varsa təqdim etməsi bildirildiyini, Təqsirləndirilən şəxs və X6 rayon sakini kimi tanıdığını, lakin onlarla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, ona qarşı heç bir zor və güc tətbiq edilmədiyini, X5 narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, lakin Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumatı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 ilə birlikdə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdilər. X7 Respublikasında “N” saylı hərbi xidmətdə olan və onlayn sistemi vasitəsi ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Həmçinin ifadəsində göstərdi ki, Coşqunu tanıyır və münasibətləri normal olmuşdur. Özü narkotik vasitə marixuanadan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində tanışı Coşqun adlı şəxsin ona 15 manat borcu olduğu üçün ondan pulunu istədiyini, Coşqunun 15 manata marixuana satdığını əgər istəyirsə ona sata biləcəyini dediyini, Coşqunla razılaşaraq Kürdəmir şəhəri, X.S.İslamzadə küçəsində görüşüb 15 manat pul qarşılığında 01 ədəd salfet bükümdə marixuana aldığını, həmin tarixdə saat 22 radələrində Kürdəmir şəhəri, X.S.İslamzadə küçəsində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirdiklərini, Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, üzərində narkotik vasitə olub-olmaması soruşularaq varsa təqdim etməsi bildirildiyini, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd ağ rəngli salfetə bükülüsünü çıxarıb təqdim etdiyini, bundan sonra üzərində axtarış aparılaraq qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmədiyini, 01 ədəd bükümün içərisinə baxış keçirildiyini, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edildiyini,01 ədəd rəngli büküm içərisindəki kütlələrlə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkilərək təxmini çəkisinin 1.1 qram olması müəyyən olunduğunu, 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürləndiyini, zərf iştirakçılar tərəfindən imzalandığını və Ekspertizaya təqdim olunacağı bildirildiyini, üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuana olduğunu, 1 ildir ki, marixuanadan istifadə etdiyini, üzərində olan qurudulmuş marixuananı istifadə etmək üçün saxladığını, həmin zaman həyəcanlı olduğu üçün 10 manat dediyini, lakin əslində Coşqun 1 ay əvvəl ondan 15 manat borca pul aldığını, Coşquna zəng edib 15 manat borcunun əvəzində ona narkotik vasitə qurudulmuş marixuana verməsini istədiyini və Coşqunun da onunla razılaşdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, heç bir cinayət əməli törətmədiyini, həmin kütlə ona məxsus olduğunu, ona heç bir formada təzyiq göstərilmədiyini bildirmişdir. İş üzrə təyin edilərək keçirilmiş kompleks Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-ci il tarixli 18/09 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda : “Təqsirləndirilən şəxs Rafayıl oğlunun üzərindən. Sözləri yazılmış və imzalar olan polietilen torbadakı 1 ədəd polietilen torbada təmiz çəkisi-305,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “Şahid4 üzərindan...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd salfet bükümündə təmiz çəkisi-0,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs Rafayıl oğlunun üzərindən və Şahid4 üzərindən götürüldüyü qeyd edilən ümumi çəkisi-305,15 qram olan marixuanalar eyni tərkiblidir. Marixuananın ümumi çəkisi – 305,15 qram, tədqiqata istifadə olundu-0,4 qram, (hər ob 0,02 qram) qalıq-305,11 qram qalmışdır. (bax iş vər. 70-72) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 359 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Rafayıl oğlunda narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Nakomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəsəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülmür. (bax iş vər. 165) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 167-168) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 134 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla valideynləri ilə birlikdə Kürdəmir ayonu Xırdapay kəndində yaşayır. (bax iş vər. 156) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 157) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-ci il tarixli PHŞ-6-49/2-72/2023 nömrəli məktubdan görünür ki, Əhmədov X4 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər 159) Məhkəmə iclasında təqsirləndirilən şəxs R.R.Məmmədovun vəsatətinə əsasən təyin edilərək keçirilmiş kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli 239 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən anlaqlı olması, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onu idarə etmək qabiliyyəti olması, cinayət əməlini törətdikdən sonra və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malik olması, onun hər hansı psixi xəstəliyinin aşkar edilmədiyi, onda müşahidə olunan xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psoxioatrik çizgiləri) baxmayaraq onun məcburi müalicə tədbirlətinə ehtiyacının olamadığı, onun cinayət hadisəsini törədərkən adi psixi-emasional vəziyyətdə olması,cinayət törədərkən psixoloji affekt halında olmaması, onda psixi xəstəliyin aşkar edilmədiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid4 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı Şahid4 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Şahid4 əynində olan qara rəngli şalvarın ön sağ cibindən 01 ədəd ağ rəngli salfet bükümü çıxarıb təqdim etdi. Şahid4 təqdim etdiyi bükümə baxış keçirilən zaman yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edildi.Şifahi soğru zamanı Şahid4 həmin ağ rəngli salfet bükümdə “nəşə” yəni narkotik vasitə qurudulmuş marixuana olmasını,həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Coşqun adlı tanışının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək Kürdəmir şəhəri X.S.İslamzadə küçəsində görüşüb 10 manat pul qarşılığında aldığını bildirmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfnindən Şahid4 üzərinə şəxsi axtarış keçirildi və qanunla qadağan edilən əşya və predmet aşkar edilmədi. Aşkar edilmiş 01 ədəd ağ rəngli salfet büküm içərisindəki kütlə ilə birgə qablaşdırıldı, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürüldü. (bax: - i/v 31-32) İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan 01 ədəd rəngli polietilen torbanı təqdim etdi. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və qanunla qadağan edilən əşya və predmet aşkar edilmədi.Şifahi soğru zamanı Təqsirləndirilən şəxs həmin rəngli polietilen torbada “nəşə” yəni narkotik vasitə qurudulmuş marixuana olmasını, özü istifadə etmək üçün Kürdəmir rayonu Qağacılı kəndində yerləşən qəbirstanlıq ərazisində əkdiyini, 2022-ci ilin may ayında dərərək qəbirstanlıq ərazisində gizlətdiyini, bu gün, yəni xx.xx.2023-cü il tarixdə Rəşad adlı dostuna 15 manat borcu olduğu üçün gizlətdiyi yerdən götürüb Kürdəmir rayonu X.S.İslamzadə küçəsində, Mərkəzi xəstəxananın yanında 01 bükümdə 15 manat borcunun yerinə Rəşad adlı dostuna satmasını və qalan hissəsini özü ilə evə apararkən polis əməkdaşlarının onu saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd rəngli polietilen torbanın içərisinə baxış keçirilən zaman yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edildi. 01 ədəd rəngli polietilen torba içərisindəki kütlələrlə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkildi və təxmini çəkisinin 321 qram olması müəyyən olundu.Aşkar edilmiş 01 ədəd rəngli polietilen torba içərisindəki kütlə ilə birgə qablaşdırıldı, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürüldü. (bax: - i/v 62-63) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı, hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Şahid4 üzərində aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs 15 manat borcun müqabilində Kürdəmir şəhəri X.S.İslamzadə küçəsində, Kürdəmir rayon mərkəzi xəstəxananın qarşısında əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da onun həmin narkotik vasitəni naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, o üzərindən aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə saxlamışdır. (bax:- i/v 164) Məhkəmənin sorğusuna əsasən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/39/2-3608/2023 nömrəli arayışından görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasına ilk tibbi baxış zamanı onda sol biləyində öz-özünə, sol bazu nahiyədə öz-özünə köhnə çapıq toxuma aşkar olunmuşdur. Həmin xəsarət tutulduqdan cox əvvəl yaranmış, narkotik vasitə görə tutulması ilə bağlı olmamışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şahid4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddə ilə təqsirli bilinərək 350 manat məbləğdə cərimə edilmişdir.(bax iş vər 137-138) Həmin qərarın təsviri hissəsinə əsasən Şahid4 məhkəmədə verdiyi izahatında üzərindən aşkar olunduğu 0,15 qram qurudulmuş marixuananı Coşqundan 15 manat borcun qarşılığında aldığını bildirmişdir. Hazırda həmin qərar qanuni qüvvədəir. Yuxarıda məhkəmə instansiyasında mübahisələndirilməmişdir. Bundan əlavə Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs baəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında 4(041)-01 /2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu göstərmişdir. (bax iş vər 100-101) İfadələri arasında ziddiyyət olduğundan müdafiəçinin iştirakı ilə Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid4 həqiqən 0,15 qram qurudulmuş marixuananı Coşqundan 15 manat borcun qarşılığında aldığını, Coşqun isə həmin marixuananı ona satdığını ifadələrində bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitəni borcu müqabilində Şahid4 vermədiyini, Şahid4dn aşkar olunan narkotik vasitədən məlumatı olmadığını, Şahid4 ona böhtan atmasını bildirsə də, iş üzrə dindirilmiş şahid ifadələri, habelə iş materialları ilə, ibtidai istintaq zamanı video çəkilişlə verdiyi ilk izahatı ilə sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə, tamah niyyəti və satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq ümumilikdə 305,15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlayaraq daşımış, həmin narkotik maddənin bir qismini, yəni 0,15 qramını 05 yanvar 2023-ci il tarixdə saat 21 radələrində Kürdəmir şəhəri X.S.İslamzadə küçəsində, Kürdəmir rayon Mərkəzi xəstəxananın qarşısında, tanışı Şahid4 qanunsuz olaraq 15 manat müqabilində satmışdır. Bununla məhkəmə təqsirləndirilən şəxs ibtidai istintaqda Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilsə də lakin sonradan öz müdafiəsi üçün dəlil gətirərək üzləşmə zamanı, narkoloji qərarla, rəylə və cinayət işinin materialları ilə tanış olma zamanı öz müdafiəsi üçün dəlil gətirərək özünü Azərbaycan Respiblikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini bildirməsi və protokolları imzalamaqdan imtina etməsi vəsatət kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs öz müdafisə ücün gətirdiyi xüsusat, Şahid4 şəxsi axtarış zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs 15 manat borcunun qarşlığında əldə etməsini bildirməsi, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittihamda özünü təqsirli bilməsi, həmçinin Rəşad Məmmədova narkotik vasitəni 15 manat borcun qarşılığında verməsini bildirməsi, xx.xx.2023-ci il tarixli, 18/09 nömrəli məhkəmə-bioloji ekspertizanın rəyində Rəşad Məmmədovun üzərindən aşkar olunan narkotik vasitənin Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə ilə eyni tərkibli olması ilə, həmçinin barəsində həbs qətimkan tədbiri seçilən zaman Kürdəmir rayon Məhkəməsində baxış zamanı özünü təqsirli bilməsi və əməlindən peşman olduğunu bildirməsi ilə təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağıraşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları gündən, yəni 05 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materillarına əlavə edilmiş Kürdəmirr ayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 305.11 qram qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişlər. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilkdə 50 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən hər iş saatı üçün 06 manat ödənilməlidir. Qeyd olunanlara əsasən Müdafiəçi2 dövlət hesabına hər iş saatı üçün 06 manat olmaqla, hər birini 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkməsinin başlanğıcı 05 yanvar 2023-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədk dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 305.11 qram qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs və Rəşad Məmmədovun üzərlərinə şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 50 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 300 (üç yüz) manat ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar