Məhkəmə qərarları › İş №1(041)-29/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-29/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-29/2024 06.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə xx.xx.*956-cı ildə Kürdəmir rayonu Karrar kəndində anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.2.3 308.*-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 dekabr 20*4-cü il tarixdə keçirilmiş növbəti bələdiyyə seçkilərində Kürdəmir rayon Karrar kənd bələdiyyəsinin üzvü və Karrar kənd bələdiyyəsinin 03 fevral 20*7-ci il tarixli 05 saylı iclas protokoluna əsasən bələdiyyə üzvləri sırasından Kürdəmir rayon Karrar kənd bələdiyyəsinin sədri seçilib, 03 fevral 20*7-ci il tarixdən 23 dekabr 20*9-cu il tarixədək həmin vəzifədə işlədiyi müddətdə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci və *9-cu maddələrinə əsasən, bələdiyyənin fəaliyyəti ilə bağlı əmr və sərəncamlar vermək və bələdiyyənin qərarlarını imzalamaq səlahiyyətlərinə malik, təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olaraq ona etibar edilmiş bələdiyyə vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə mənimsəmə yolu ilə talama qərarına gəlib, bu məqsədlə Kürdəmir rayonu Karrar kənd qəbiristanlığının alaq otlarından təmizlənməsi ilə əlaqədar Kürdəmir rayonu Karrar kənd sakini Şahid3 ilə Karrar kənd bələdiyyəsi arasında bağlanmış 24.05.20*7-ci il tarixli xidmət müqaviləsi üzrə 28.05.20*7-ci il tarixli kassaməxaric orderinə əsasən bələdiyyə kassasından məxaric etdiyi 330 manat məbləğində, Kürdəmir rayonu Karrar kəndi ərazisində 540 metr kənd arası arxın lildən təmizlənməsi ilə əlaqədar Kürdəmir rayonu Karrar kənd sakini Şahid* ilə Karrar kənd bələdiyyəsi arasında bağlanmış *4.06.20*7-ci il tarixli xidmət müqaviləsi üzrə *7.06.20*7-ci il tarixli kassaməxaric orderinə əsasən bələdiyyə kassasında olan pul vəsaitindən 325 manat məxaric edərək sonuncuya gördüyü işlərin müqabilində 50 manat verməklə qalan 275 manat məbləğində, Kürdəmir rayonu Karrar kəndi ərazisində kənd arası arxın lildən təmizlənməsi ilə əlaqədar Kürdəmir rayonu Karrar kənd sakini Şahid* ilə Karrar kənd bələdiyyəsi arasında bağlanmış *6.06.20*7-ci il tarixli xidmət müqaviləsi üzrə 20.06.20*7-ci il tarixli kassa-məxaric orderinə əsasən bələdiyyə kassasında olan pul vəsaitindən 290 manat məxaric edərək sonuncuya gördüyü işlərin müqabilində 50 manat verməklə qalan 240 manat məbləğində, Kürdəmir rayonu Karrar kəndi ərazisində *68 metr arx qazılması ilə əlaqədar Kürdəmir rayonu Karrar kənd sakini Şahid* ilə Karrar kənd bələdiyyəsi arasında bağlanmış *5.07.20*7-ci il tarixli xidmət müqaviləsi üzrə *8.07.20*7-ci il tarixli kassaməxaric orderinə əsasən bələdiyyə kassasında olan pul vəsaitindən 420 manat məxaric edərək sonuncuya gördüyü işlərin müqabilində 50 manat verməklə qalan 370 manat məbləğində, Kürdəmir rayonu Karrar kəndi ərazisində “Mollalar” adlanan əraziyə gedən yolda su arxına körpü salınması ilə əlaqədar Kürdəmir rayonu Karrar kənd sakini Şahid2 ilə Karrar kənd bələdiyyəsi arasında bağlanmış *2.09.20*7-ci il tarixli xidmət müqaviləsi üzrə *3.09.20*7-ci il tarixli kassa-məxaric orderinə əsasən bələdiyyə kassasında olan pul vəsaitindən 630 manat məxaric edərək sonuncuya gördüyü işlərin müqabilində *30 manat verməklə qalan 500 manat məbləğində olmaqla, ümumilikdə *7*5 manat məbləğində bələdiyyə vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib mənimsəmə və israf etmə yolu ilə talamışdır. Bundan başqa o, 03 fevral 20*7-ci il tarixdən 23 dekabr 20*9-cu il tarixədək Kürdəmir rayon Karrar kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və *9-cu maddələrinə əsasən, bələdiyyənin fəaliyyəti ilə bağlı əmr və sərəncamlar vermək və bələdiyyənin qərarlarını imzalamaq səlahiyyətlərinə malik, təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olaraq vəzifə səlahiyyətlərindən suiistifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8.*-ci maddəsinə əsasən, yerli büdcələrin xərclərinin həcmini və istiqamətlərini müəyyənləşdirilməsinə və *3.*-ci maddəsinə əsasən yerli büdcənin icrasına nəzarət edilməsinə məsul rəhbər vəzifəli şəxs kimi Kürdəmir rayonu Karrar kənd bələdiyyəsinin üzvü olan Şahid4 bələdiyyə katibi seçilməsi və ona hər ay 200 manat əmək haqqı təyin edilməsi barədə Karrar kənd bələdiyyəsinin 25.04.20*7-ci il tarixli 8 saylı qərarının bələdiyyənin 07.07.20*7-ci il tarixli *3 saylı qərarı ilə ləğv edilməsinə baxmayaraq vahid niyyətlə 20*7-ci ilin aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında Şahid4 aylıq 200 manat olmaqla cəmi *200 manat məbləğində əmək haqqı ayıraraq, həmçinin “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsində nəzərdə tutulmuş yerli büdcənin xərc istiqamətlərini müəyyən edərkən əmək haqlarına ayırmaları ümumi büdcənin əlli faizindən çox ayırmamalı olduğu halda, həmin maddənin tələblərini pozaraq artıq məbləğdə əməkhaqları göstərərək sədri olduğu Karrar kənd bələdiyyəsinin 20*8-ci büdcə ili ərzində bələdiyyənin 8300.57 manat olmuş ümumi büdcəsinin yalnız 4*50,29 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 4745.25 manat, yəni 594.96 manat məbləğində artıq yerli büdcə vəsaitini əməkhaqlarına ayıraraq sədri olduğu Kürdəmir rayon Karrar kənd bələdiyyəsinin yerli büdcəsinin idarə edilməsi sahəsində qanuni mənafelərinə vahid niyyətlə ümumilikdə *794.96 manat məbləğində mühüm zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, ailəlidir, * qızı və 3 oğlu vardır. *974-*979-cu illərdə Kirovabad X7 zootexnik fakultəsi üzrə ali təhsil almışdır, ixtisasca zootexnikdir. 2000-ci ildən 20*7-ci ilin fevral ayınadək Kürdəmir rayon Karrar kənd bələdiyyəsinin üzvü, 20*7-ci ilin fevral ayından 20*9-cu ilin dekabr ayınadək Karrar bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 20*0-cu ildə Garıs-Əyribənd bələdiyyəsi və Ərşəli bələdiyyəsi Karrar bələdiyyəsinə birləşdirildiyi üçün hazırda Karrar bələdiyyəsinə Karrar, Garıs-Əyribənd və Ərşəli kəndlərinin ərazisi daxildir. Sonuncu dəfə 23 dekabr 20*4-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində Kürdəmir rayonu Karrar bələdiyyəsinin üzvü seçilmişdir. Kürdəmir rayon Karrar kənd bələdiyyəsinin 03 fevral 20*7-ci il tarixli 05 saylı protokoluna əsasən səs çoxluğu ilə Karrar bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 03 fevral 20*7-ci il tarixdən 20*9-cu ilin dekabr ayınadək Karrar bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə bələdiyyədə ondan başqa işçi olmamışdır. Həmin dövrdə bələdiyyənin 8 üzvü olmuşdur. Həmin tarixlərdə bələdiyyədə tək özü işləmiş və özü əmək haqqı almışdır. 20*7-ci il ərzində bir neçə ay bələdiyyə üzvü olan Nümunə Abbasova əmək haqqı almışdır. Bələdiyyənin bütün sənədləşmə işlərini özü etmişdir. Karrar Bələdiyyəsinin iclaslarında bələdiyyə üzvlərinin iştirakı vacib olsa da, çox vaxt bələdiyyə üzvlərinin hamısını tam tərkibdə yığaraq iclas keçirmək mümkün olmamışdır. Bu səbəbdən bələdiyyə iclas protokollarını özü tərtib etmiş və bələdiyyə katibinə imzalatdırmışdır. İclas barədə bələdiyyə üzvlərinə şifahi məlumat vermişdir. Karrar bələdiyyəsinin sədri işlədiyi müddətdə yalnız özü əmək haqqı almışdır. 20*7-ci ildə bələdiyyə üzvü olan Nümunə Abbasova bələdiyyə katibi olduğundan və heç bir yerdə işləmədiyindən bir neçə ay əmək haqqı almışdır. Bələdiyyə büdcəsi hesabına məcburi ödənişlərə, yəni əmək haqqı, sosial sığorta haqqı, asossasiya üzvlük, Silahlı Qüvvələrə edilən ödənişlər, qəzet abunəsinə, poçt və bank xidmət haqları və sair ödənişlərə dair bələdiyyənin iclas qərarı tərtib etməmişdir. Ümumi iclasın qərarının verilmədiyi 33969,36 manat məbləğində pul vəsaitinin əksəriyyəti qeyd etdiyi ödənişlərlə bağlı olmuşdur. Bəzi xərclər və görülən işlər ola bilər ki, onlara dair bələdiyyənin ümumi iclas qərarının verilməsi yadından çıxmışdır. O, mühasibatlıq işindən yaxşı anlamadığı üçün bəzi işlərin yerinə yetirilməsinə görə ödənilmiş haqlardan ümumilikdə 6*4.25 manat məbləğində vergi və sosial ödənişlərin tutulmasını unutmuşdur. Əvvəllər “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.4-cü bəndinin (əmək haqqının yalnız nağdsız qaydada ödənilməli olması) tələblərindən məlumatlı olmamışdır. Buna görə də, 20*7-20*8-ci illərdə 6*77,25 manat məbləğində əmək haqqı kimi Azərpoçtun Kürdəmir rayon filialından nağd formada əldə etmişdir. Zərərçəkmiş şəxs *2.09.20*7-cil tarixli *6 saylı protokolu ilə əvvəlcə X*4 maddi yardım verilməsi qərara alaraq bunun surətini Göyçay Regional Ədliyyə İdarəsinə göndərmişdir. Lakin bir neçə gün sonra Kürdəmir rayonu Karrar kənd sakini X3 xəstəliyi ilə əlaqədar təcili pula ehtiyacı olduğundan bələdiyyə iclas qərarını dəyişib maddi yardımın Zülfurə Rəhimovaya verilməsini qeyd etmişdir. Lakin bu barədə Göyçay Regional Ədliyyə İdarəsinə məlumat verməmişdir. Bu səbəbdən qərarda göstərilən 250 manat maddi yardım X*4 deyil, X4 verilmişdir. Kürdəmir rayonu Karrar kəndi ərazisində 540 metr kəndarası arxın lildən təmizlənməsi ilə əlaqədar Kürdəmir rayonu Karrar kənd sakini Şahid* ilə Karrar bələdiyyəsi arasında *4.06.20*7-ci il tarixdə xidmət müqaviləsi bağlasa da, Şahid* gördüyü işlərə görə 50 manat pul vermişdir. Şahid* müqaviləyə və və digər sənədlərə imza çəkdirsə də, ona müqavilənin dəyəri barədə məlumat verməmişdir. Bələdiyyə kassasından 325 manat məxaric edərək Zahirə 50 manat verməklə, qalan 275 manatı mənimsəmişdir. Kürdəmir rayon Karrar kəndi ərazisində 26* metr kənd arası arxın lildən təmizlənməsi ilə əlaqədar Kürdəmir rayonu Karrar kənd sakini Şahid* ilə Karrar bələdiyyəsi arasında *6.06.20*7-ci il tarixdə xidmət müqaviləsi bağlamış və 20.06.20*7-ci il tarixli kassa-məxaric orderinə əsasən bələdiyyə kassasında olan pul vəsaitindən 290 manat məxaric etmişdir. Lakin həmin işlərin görülməsinə görə Şahid* 50 manat pul vermiş, qalan 240 manatı mənimsəmişdir. Şahid* müqaviləyə və digər sənədlərə imza çəkdirsə də, müqavilənin dəyəri barədə məlumat verməmişdir. Kürdəmir rayonu Karrar kəndi ərazisində *68 metr arx qazılması ilə əlaqədar Şahid*la Karrar bələdiyyəsi arasında *5.07.20*7-ci il tarixdə 420 manatlıq xidmət müqaviləsi bağlamış və *8.07.20*7-ci il tarixli kassa-məxaric orderinə əsasən bələdiyyə kassasında olan pul vəsaitindən 420 manat məxaric etmişdir. Lakin Şahid* gördüyü işlərə görə 50 manat pul vermişdir. Qalan 370 manatı mənimsəmişdir. Müqavilənin dəyərini özü elə göstərmişdir ki, Şahid* az məbləğdə pul verməklə qalanını mənimsəsin. Bundan başqa Kürdəmir rayonu Karrar kəndi ərazisində “Mollalar” adlanan əraziyə gedən yolda su arxına körpü salınması ilə əlaqədar Kürdəmir rayonu Karrar kənd sakini Şahid2 ilə Karrar bələdiyyəsi arasında *2.09.20*7-ci il tarixdə 630 manat dəyərində xidmət müqaviləsi bağlamış və həmin müqavilə üzrə *3.09.20*7-ci il tarixli kassa-məxaric orderinə əsasən bələdiyyə kassasında olan pul vəsaitindən 630 manat məxaric etmişdir. Həmin işləri gördürmək üçün bir neçə nəfər əvəzinə təkcə Şahid2 ilə müqavilə bağlamışdır. Lakin Şahid2 sadəcə olaraq dəmir boru tapıb gətirməsini demiş və ona cəmi *30 manat pul ödəmişdir. Körpü salınması ilə əlaqədar digər işləri kimlərə gördürdüyünü xatırlamasa da, qalan pulun bir qismini həmin işlərin görülməsinə, qalan hissəsini isə özünə götürmüşdür. Şahid2 müqaviləyə və digər sənədlərə imza çəkdirsə də, ona müqavilənin dəyəri barədə məlumat verməmişdir. Kürdəmir rayonu Karrar kənd qəbiristablığının alaq otlarından təmizlənməsi ilə əlaqədar Kürdəmir rayonu Karrar kənd sakini Şahid3 ilə Karrar bələdiyyəsi arasında 24.05.20*7-ci il tarixdə 330 manat dəyərində xidmət müqaviləsi bağlamış və 28.05.20*7-ci il tarixli kassa-məxaric orderinə əsasən bələdiyyə kassasından 330 manat məbləğindən pul məxaric edilmişdir. Müqaviləni Şahid3la bağlasa da, işləri Mənsur yox, onun tapıb gətirdiyi başqa fəhlə görmüşdür. O da həmin fəhləyə xatırlamadığı məbləğdə pul vermişdir. 28.05.20*7-ci il tarixli kassa-məxaric orderinə əsasən bələdiyyə kassasından 330 manat pul məxaric etsə də, Şahid3 pul verməmişdir. Məxaric etdiyi pulun bir qismini işi görən fəhləyə versə də, qalanını öz şəxsi ehtiyaclarıma xərcləmişdir. X*9 bələdiyyəsinin 25.04.20*7-ci il tarixli 8 saylı qərarı ilə bələdiyyə katibi seçilmişdir. Lakin 20*7-ci ilin iyul ayında Göyçay Regional Ədliyyə idarəsindən həmin qərarın ləğv edilməsi barədə göstəriş gəldiyi üçün həmin qərar bələdiyyənin 07.07.20*7-ci il tarixli *3 saylı qərarı ilə ləğv edilmişdir. O, qərarın ləğv edilməsi yadından çıxdığı üçün qərar ləğv edildikdən sonra da bir neçə ay Nümunə Abbasovaya əmək haqqı ayırmışdır. 20*8-ci il ərzində bələdiyyə büdcəsindən yalnız özünə əmək haqqı yazmışdır. Əməkhaqlarının bələdiyyə büdcəsinin 50%-ni keçməməli olduğunu bilirdi. Lakin o, həmin il cəmi 4745.25 manat, yəni 594.96 manat məbləğində artıq əmək haqqı ayırmışdır. Ayırdığı artıq əmək haqqını öz ehtiyaclarına sərf etmişdir. Bələdiyyə sədri işlədiyi dövrdə Karrar bələdiyyəsi ilə "xxxx" MMC arasında 03 avqust 20*7-ci il tarixdə Garıs-Əyribənd kəndində kəndin qərb hissəsində məktəbəqədər yolun təmiri ilə əlaqədar, 05 oktyabr 20*7-ci il tarixdə Karrar kənd qəbiristanlığında Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş şəhidlərin qəbirüstü abidəsində və ərazisində təmir-tikinti işlərinin yerinə yetirilməsi ilə əlaqədar, *3 dekabr 20*7-ci il tarixdə Karrar kəndində məscidin yanında kəndin şimal hissəsinə qədər yolun təmiri işlərinin görülməsi ilə əlaqədar xidmət müqavilələri bağlanmışdır. Həmin işlərin yerinə yetirilməsinə görə "xxxx" MMC-yə ümumilikdə *2380.02 manat məbləğində vəsait köçürmə yolu ilə ödənilmişdir. Ödənilmiş vəsaitə görə bələdiyyə ilə MMC arasında müqavilə bağlanmış, işin yerinə yetirilməsinə dair akt tərtib edilmiş və elektron qaimə alınmışdır. Müqavilələrdə göstərilən bütün işlər tam icra olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və CM-nin *79-cu maddəsinə münasibətdə vurulmuş ziyanın tam ödənilməsini və əlavə olaraq ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini təqsirləndirildiyi AR CM-nin *79.2.3-cü maddəsi ilə olan hissədə xitam verilməsini, AR CM-nin 308.*-ci maddəsi ilə olan hissədə isə xəstəliyi ilə əlaqədar mütəmadi olaraq rayon ərazisindən kənara getməsini və yaşını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X5 sədri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, Nümayəndə ifadəsində göstərdi ki, 05 sentyabr 20*6-cı il tarixdən *6 noyabr 202*-ci il tarixədək Kürdəmir rayonu Karrar kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. *6.**.202*-ci il tarixdən hal hazıradək Kürdəmir rayonu Ərəbqubalı kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. Həmçinin 20*4-cü ildən hal-hazıradək Kürdəmir rayonu Karrar kənd bələdiyyəsinin üzvüdür. Karrar bələdiyyəsinin sədri işləmiş Sahib Cəfərov xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra bələdiyyə sədri vəzifəsinin icrası ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs 03.02.20*7-ci il tarixdə Kürdəmir rayonu Karrar Bələdiyyəsinin sədri seçilmiş və 20*9cu ilin dekabr ayınadək Karrar bələdiyyəsinin sədri kimi işləmişdir. Təqsirləndirilən şəxs bələdiyyə sədri seçildikdən 25 aprel 20*7-ci il tarixədək o, bələdiyyə katibi kimi işləmişdir. Katib işlədiyi dövrdə bələdiyyənin iclas protokollarında bələdiyyə sədri ilə yanaşı onun da imzası olmuşdur. Ondan sonra bələdiyyə katibi vəzifəsinə X*. Karrar bələdiyyəsi tərəfindən keçirilən iclaslarda arabir iştirak etmişdir. Təqsirləndirilən şəxs Karrar bələdiyyəsinin sədri işlədiyi müddətdə özü əmək haqqı almışdır. Bundan başqa 20*7-ci ildə bələdiyyə üzvü olan Nümunə Abbasova bələdiyyə katibi işlədiyinə görə bir neçə ay əmək haqqı almışdır. 0*.0*.20*7-ci il tarixdə 0*.0*.2020-ci il tarixədək ümumi iclasın qərarının verilmədiyi 33969,36 manat məbləğində pul vəsaitinin əksəriyyəti bələdiyyənin məcburi ödənişləri ilə bağlı olmuşdur. Belə ödənişlərə sosial sığorta haqqı, asossasiya üzvlük, Silahlı Qüvvələrə edilən ödənişlər, qəzet abunəsinə, poçt və bank xidmət haqları və sair ödənişlər aid olmuşdur. Bu ödənişlərlə bağlı Təqsirləndirilən şəxs bələdiyyə iclası keçirməmişdir. Bələdiyyə katibi işlədiyi dövrdə bələdiyyənin iclas protokolları elə bələdiyyə sədrinin, yəni Təqsirləndirilən şəxs özü tərəfindən tərtib olunmuş və bəzi hallarda imza etdirilməsi üçün ona təqdim olunmuşdur. Kürdəmir rayonu Karrar kəndində 540 metr kəndarası arxın lildən təmizlənməsi ilə əlaqədar, 26* metr kənd arası arxın lildən təmizlənməsi ilə əlaqədar və *68 metr arx qazılması ilə əlaqədar Kürdəmir rayonu Karrar kənd sakini Şahid* ilə Karrar bələdiyyəsi 20*7-ci ilin iyun-iyul aylarında bələdiyyə iclasının keçirildiyini və işlərin görülməsini xatırlasa da, həmin işlərin kimə gördürülməsini və nə qədər pul ödənilməsini bilməmişdir. 20*7-ci ildə Kürdəmir rayonu Karrar kənd qəbiristablığının alaq otlarından təmizlənməsi işlərinin görülməsini xatırlasa da, həmin işlərin kimə gördürülməsini və nə qədər pul ödənilməsini bilməmişdir. 20*7-ci ildə Kürdəmir rayonu Karrar kəndi ərazisində “Mollalar” adlanan əraziyə gedən yolda su arxına turbaların atılması işləri görülsə də, həmin işlərin kimə gördürülməsini və nə qədər pul ödənilməsini bilməmişdir. Garıs- Əyribənd kəndində kəndin qərb hissəsində məktəbəqədər yolun təmiri ilə əlaqədar, Karrar kənd qəbiristanlığında Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş şəhidlərin qəbirüstü abidəsində və ərazisində təmir-tikinti işlərinin yerinə yetirilməsi ilə əlaqədar və Karrar kəndində məscidin yanında kəndin şimal hissəsinə qədər yolun təmiri işlərinin görülməsi ilə əlaqədar Karrar bələdiyyəsinin iclası keçirilmişdir. Xidmət müqavilələrində göstərilən işlər icra olunmuşdur. Nümayəndə ifadəsində həmçinin göstərmişdir ki, Karrar bələdiyyəsinin *5.05.20*7-ci il tarixli 09 saylı iclas protokolundakı imza ona məxsus deyildir. Karrar bələdiyyəsinin 23 may 20*7-ci il tarixli *0 saylı iclas protokolundakı imzanı isə özünün icra edib-etməməsini dəqiq bilməmişdir. Zərərçəkmiş şəxs sədri tərəfindən təsdiq edilmiş 20.*2.20*7-ci il tarixli İşlərin və xidmətlərin təhvil-təslim aktının aşağı hissəsində Nümayəndə yazısının qarşısındakı imza ona məxsus deyildir. Lakin aktda göstərilən işlərin görüldüyünü xatırlayır. Zərərçəkmiş şəxs sədri tərəfindən təsdiq edilmiş 24.*0.20*7-ci il tarixli İşlərin və xidmətlərin təhvil-təslim aktına əsasən Qarabağ müharibəsi şəhidlərinin qəbrinin ətrafının abadlaşdırılması ilə əlaqədar Çeşmə-S MMC tərəfindən 6232 manatlıq iş görülmüşdür. Karrar kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsində şəhid olmuş 7 şəhidin məzarlarının ətrafı abadlaşdırılmışdır. Həmin aktdakı imza ona məxsusdur. Dəymiş ziyan tam ödənilmişdir. Hazırda da Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir maddi tələbləri və şikayətləri yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Karrar bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddət ərzində, 20*7ci ilin yay aylarında bir neçə dəfə onun tapşırığı ilə Karrar kəndində özünə məxsus traktorla arx təmizləmişdir. Həmin işləri gördüyü vaxt Təqsirləndirilən şəxs ona bir neçə sənəd imzalatmışdır. Təqsirləndirilən şəxs tapşırığı ilə 20*7-ci ilin yay aylarında bir neçə dəfə Karrar kəndi ərazisində arxların lildən təmizlənməsi işlərini görmüşdür. Belə ki, *4 iyun 20*7-ci il tarixli xidmət müqaviləsinə əsasən Karrar kəndi ərazisində 540 metr kəndarası arxın lildən təmizlənməsi işlərini görmüşdür. Həmin müqavilənin dəyərinin 325 manat olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona 325 manat deyil, 50 manat pul vermişdir. Qalan 275 manatın hara sərf edilməsindən məlumatı yoxdur. Hər dəfə iş gördüyü vaxtlarda Təqsirləndirilən şəxs ona hansısa sənədlərə imza çəkdirmişdir. *6 iyun 20*7-ci il tarixli xidmət müqaviləsinə əsasən Karrar kəndi ərazisində 26* metr kəndarası arxın lildən təmizlənməsi işlərini görmüşdür. Həmin müqavilənin dəyərinin 290 manat olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona 290 manat deyil, 50 manat pul vermişdir. Qalan 240 manatın hara sərf edilməsindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs ona iş gördürdüyü vaxtlarda 50 manatdan çox pul verməmişdir. *5 iyul 20*7-ci il tarixli xidmət müqaviləsinə əsasən Karrar kəndi ərazisində *68 metr arx qazılması işlərini icra etsə də, Təqsirləndirilən şəxs ona 420 manat deyil, 50 manat pul vermişdir. Təqsirləndirilən şəxs iş görməyi ilə əlaqədar ona bir sıra sənədlərə imza çəkdirsə də, onun həmin müqavilənin dəyərinin 420 manat olmasından məlumatı olmamışdır. Ona 50 manat pul verilmişdir. Qalan 370 manatın hara sərf edilməsindən məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Karrar bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddət ərzində, 20*7ci ilin sentyabr ayında Karrar kəndində dəmiryolunun yaxınlığında, “Mollalar” deyilən ərazidə su arxının üzərinə körpü salınması üçün ondan dəmir boru istəmişdir. O da xatırlmadığı şəxslərdən tapdığı təxminən 5 metr uzunluğunda olan dəmir borunu gətirib həmin arxa atdırmışdır. Həmin borunu alıb gətirməsinə görə Təqsirləndirilən şəxs ona *30 manat pul vermişdir. Təqsirləndirilən şəxs tapşırığı ilə 20*7-ci ilin sentyabr ayında Karrar kəndində Mollalar deyilən əraziyə gedən yolda su arxına körpü salınması ilə əlaqədar təxminən 5 metr uzunluğunda dəmir boru alıb gətirmişdir. Buna görə Təqsirləndirilən şəxs ona *30 manat pul ödəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs borunu gətirən və su arxını qazdıran traktora, fəhlələrin pulunu və borunun kənarına tökülən çınqıl daşlarına ödənilən pulları Təqsirləndirilən şəxs özü ödəmişdir. Təqsirləndirilən şəxs ona bir neçə sənədə imza çəkdirsə də, ona 630 manat deyil, *30 manat pul ödəmişdir. Müqavilənin dəyərinin 630 manat olmasından məlumatı olmamışdır. *2 sentyabr 20*7-ci il tarixdə Karrar bələdiyyəsi ilə xidmət müqaviləsi bağlanılan zaman o, vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X*5 onun atasıdır. Atası Saleh 07 iyun 2022-ci il tarixdə ürək xəstəliyindən vəfat etmişdir. Ailədə 7 qardaş və 2 bacı olmuşlar. O, ən kiçik oğlan övladı olduğu üçün atası onunla yaşamışdır. X2 *994-cü ilin yanvar ayında Ağdam rayonu Gülnisə kəndində müddətli həqiqi hərbi xidmətdə olarkən şəhid olmuşdur. 20*7-ci ildə atası Karrar bələdiyyəsi tərəfindən maddi yardım verilib-verilməməsi barədə dəqiq məlumatı olmamışdır. 20*7-ci ilin may ayında Karrar kənd qəbiristanlığının alaq otlarından təmizlənməsi işi ilə əlaqədar Təqsirləndirilən şəxs onun adına sənədləşdirmə işlərini aparsa da, həmin işləri Asim adlı fəhləyə gördürmüşdür. Bunun müqabilində Təqsirləndirilən şəxs Asimə 250 manat pul vermişdir. Bu işlərin müqabilində Təqsirləndirilən şəxs ona pul verməmişdir. 28.05.20*7-ci il tarixli kaasaməxaric orderində göstərilən pul vəsaiti ona verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, *987-*992-ci illərdə X7 aqronom ixtisası üzrə ali təhsil almışdır. 2009-cu ildən 20*9-cu ilədək Zərərçəkmiş şəxs üzvü olmuşdur. Təqsirləndirilən şəxs 03.02.20*7-ci il tarixdə Kürdəmir rayonu Karrar Bələdiyyəsinin sədri seçilmiş və 20*9-cu ilin dekabr ayınadək Karrar bələdiyyəsinin sədri kimi işləmişdir. Karrar bələdiyyəsinin 25 aprel 20*7-ci il tarixli iclas qərarı ilə o, bələdiyyə katibi seçilmiş və ona 200 manat əmək haqqı yazılmışdır. Əmək haqqından vergilər tutulduqdan sonra *87.70 manat əmək haqqı almışdır. Bir neçə ay əmək haqqını aldıqdan sonra bələdiyyənin iclas qərarı ilə ona əmək haqqı verilməsi dayandırılmışdır. Katib işlədiyi dövrdə bələdiyyənin iclas protokollarında iştirak etmiş və bələdiyyə sədri ilə yanaşı onun da imzası olmuşdur. Bələdiyyə sədri Təqsirləndirilən şəxs ona məlumat verdiyi vaxtlarda iclaslarda iştirak etmişdir. Bəzi hallarda Təqsirləndirilən şəxs özü iclas qərarını tərtib etdikdən sonra məzmunu barədə ona şifahi məlumat vermişdir. Həmin iclaslarda iştirak etməmişdir. Şahid4 ifadəsində həmçinin göstərmişdir ki, bələdiyyə katibi işlədiyi dövrdə bəzi hallarda iclas protokollarını o, tərtib etsə də, əksər hallarda iclas protokolları bələdiyyə sədrinin özü tərəfindən tərtib olunmuşdur. Bələdiyyənin iclas protokollarında bələdiyyə üzvlərinin iştirakının təmin olunubolunmamasını dəqiq bilməmişdir. O, özü bəzi iclaslarda iştirak etməmişdir. Karrar bələdiyyəsinin hesabına əmək haqqını bələdiyyə sədri özü almışdır. O, özü 20*7-ci ilin aprel-sentyabr aylarında əmək haqqı almışdır. O, sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs fəaliyyəti dövründə bələdiyyə üzvlərinin keçirdiyi iclasların bəzilərində iştirak etməmişdir. Bəzən isə Təqsirləndirilən şəxs iclas protokolunu özü tərtib etmiş, bələdiyyə üzvlərinə və ona sonradan bu barədə məlumat vermişdir. Karrar bələdiyyəsinin 25.04.20*7-ci il tarixli iclas qərarı ilə ona 200 manat əmək haqqı təyin edilsə də, bu qərar sonradan ləğv edilmişdir. Həmin iclas qərarının ləğv edilməsi barədə onun sonradan məlumatı olmuşdur. 6 ay əmək haqqı aldıqdan sonra 20*7-ci ilin sentyabr ayında bələdiyyə sədri Təqsirləndirilən şəxs əmək haqqını ləğv edilməsi barədə ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, *986-*990-cı illərdə X7 aqronom ixtisası üzrə ali təhsil almışdır. Öz ixtisası üzrə Karrar kəndində kolxozda bir müddət sahə aqronomu işləmişdir. 20*4-cü ildən 20*9-cu ilədək Zərərçəkmiş şəxs üzvü olmuşdur. Təqsirləndirilən şəxs 20*7-ci ilin fevral ayından Kürdəmir rayonu Karrar Bələdiyyəsinin sədri seçilmiş və 20*9-cu ilin dekabr ayınadək Karrar bələdiyyəsinin sədri kimi işləmişdir. Karrar Bələdiyyəsinin 20*7-20*9-cu illərə aid iclas protokolları ilə tanış olaraq bildirmişdir ki, həmin dövrdə bələdiyyənin bəzi iclaslarında iştirak etmişdir. Təqsirləndirilən şəxs iclas olduğu vaxtlarda ona məlumat vermiş və o, həmin iclaslarda iştirak etmişdir. Lakin bəzi iclaslarda iştirak etməmişdir. İştirak etmədiyi iclas protokollarında qeyd edilən məlumatlar barədə Təqsirləndirilən şəxs sonradan ona şifahi məlumat vermişdir. Bələdiyyə üzvü olduğu dövrdə Karrar bələdiyyəsinin sədrdən başqa 7 üzvü olmuşdur. 20*7-20*9-cu illərdə bələdiyyə üzvləri Nümayəndə, Şahid4, Gülzar Qəniyevanı tanımışdır. 20*8-ci ildə bələdiyyə sədri Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu vaxtlarda onu əvəz etmiş və həmin dövrdə əmək haqqı almışdır. Karrar bələdiyyəsinin *8.07.20*7-ci il tarixli iclas qərarı ilə ona 200 manat pul mükafatı təyin edilməklə verilmişdir. Həmin pul vəsaiti ona tam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 20*4-cü ildən 202*-ci ilin sonunadək Kürdəmir rayonu X23 Mərkəzində aparıcı aqronom, aparıcı mütəxəssis və direktor müavini vəzifələrində işləmişdir. 20*5-ci ildən 20*9-cu ilin sonunadək Kürdəmir rayonu Karrar kənd bələdiyyəsinin üzvü olmuşdur. Təqsirləndirilən şəxs 03.02.20*7-ci il tarixdə Kürdəmir rayonu Karrar Bələdiyyəsinin sədri seçilmiş və 20*9cu ilin dekabr ayınadək Karrar bələdiyyəsinin sədri kimi işləmişdir. Karrar bələdiyyəsinə məxsus torpaq sahələrinin icarə müqavilələri əsasında istifadəyə verilməsi, eləcə də icarə müddəti başa çatmış torpaq sahələrinin geri alınması ilə bağlı tədbirlər görülməsi kimi məsələlər birbaşa bələdiyyə sədri tərəfindən həyata keçirilmişdir. Karrar Bələdiyyəsinin 20*7-20*9-cu illərə aid iclas protokolları ilə tanış olaraq bildirmişdir ki, həmin dövrdə bələdiyyənin cəmi *-2 iclasından başqa digər iclaslarda iştirak etməmişdir. İclas protokollarında qeyd edilən məlumatların bəziləri barədə, məsələn maddi yardım edilməsi və ya bələdiyyə ərazisində hansısa işlərin görülməsi üçün pul ayrılması barədə bələdiyyə sədri Təqsirləndirilən şəxs ona şifahi məlumat vermişdir. Şahid6 ifadəsində həmçinin göstərmişdir ki, bələdiyyə üzvü olduğu dövrdə Karrar bələdiyyəsinin sədrdən başqa 7 üzvü olmuşdur. 20*7-20*9-cu illərdə bələdiyyə üzvləri Nümayəndə, Şahid4, Şahid5, Gülzar Qəniyevanı və Şahid7 tanımışdır. Bələdiyyədən əmək haqqı almamışdır. O, sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs fəaliyyəti dövründə bələdiyyə üzvlərinin keçirdiyi iclaslarda iştirak etməmişdir. Onun sadəcə bələdiyyə üzvü kimi adı siyahıda olmuşdur. Keçirilən iclaslardan və qəbul olunmuş qərarlardan şifahi formada, bələdiyyə sədrinin ona deməsinə görə məlumatı olmuşdur. Onun iclaslarda iştirak etmədiyi halda protokollarda iştirak etmiş kimi göstərilməyinin səbəbi bələdiyyə sədri olmuşdur. Həmin sənədləri Təqsirləndirilən şəxs tərtib etmişdir. Keçirilən iclaslarda iştirak etmədiyindən bu barədə heç bir məlumatı yoxdur. Bələdiyyə sədri Təqsirləndirilən şəxs ona verdiyi şifahi məlumata əsasən bələdiyyə büdcəsindən vəsaitlər əsasən bələdiyyə ərazisindəki yolların təmiri ilə bağlı, ehtiyacı olan şəxslərə maddi yardım verilməsinə xərclənmişdir. Ona təqdim olunan 20.*2.20*7-ci il tarixli İşlərin və xidmətlərin təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həmin aktın aşağı hissəsində Şahid6 yazısının qarşısındakı imza ona məxsus deyildir. Garıs-Əyribənd kəndində məktəbə gedən yol təmir edisə də, həmin yol təmirinə nə qədər xərc çəkilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 202*-ci ilin aprel ayından Kürdəmir rayonu Karrar kənd orta məktəbində gənclərin çağırışa qədərki hazırlığı üzrə hərbi rəhbər işləyir. 20*5-ci ildən Kürdəmir rayonu Karrar kənd bələdiyyəsinin üzvü olmuşdur. Təqsirləndirilən şəxs 03.02.20*7-ci il tarixdə Kürdəmir rayonu Karrar Bələdiyyəsinin sədri seçilmiş və 20*9-cu ilin dekabr ayınadək Karrar bələdiyyəsinin sədri kimi işləmişdir. Karrar bələdiyyəsinə məxsus torpaq sahələrinin icarə müqavilələri əsasında istifadəyə verilməsi, eləcə də icarə müddəti başa çatmış torpaq sahələrinin geri alınması ilə bağlı tədbirlər görülməsi kimi məsələlər birbaşa bələdiyyə sədri tərəfindən həyata keçirilmişdir. Karrar Bələdiyyəsinin 20*7-20*9-cu illərə aid iclas protokolları ilə tanış olaraq bildirmişdir ki, həmin dövrdə bələdiyyənin iclaslarında iştirak etməmişdir. İclas protokollarında qeyd edilən məlumatların bəziləri barədə məlumatı olmasa da, Karrar bələdiyyəsinin kənddə gördüyü bəzi işlər barədə məlumatı olmuşdur. Belə ki, Karrar bələdiyyəsi tərəfindən 20*7-ci ildə Qarabağ müharibəsi şəhidlərinin qəbrinin ətrafının abadlaşdırılmışdır. Bələdiyyənin fəaliyyətindən yalnız bu formada məlumatı olmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon prokurorunun 30 mart 2023-cü il tarixli qərarı ilə Kürdəmir rayon Karrar kənd bələdiyyəsinin 0*.0*.20*7-ci il tarixdə 0*.0*.2020-ci il tarixədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasına dair müstəqil auditorun hesabatında göstərilir ki, “Auditlə əhatə olunan dövr ərzində bələdiyyə büdcəsindən 20*7-ci ildə 2790*,62 manat, 20*8-ci ildə 7745,*8 manat, 20*9-cu ildə *6*88,56 manat olmaqla cəmisi 5*835,36 manat pul vəsaiti xərclənmişdir. Xərclənən vəsaitdən "xxxx" MMC-yə göstərilən müxtəlif xidmətlərin müqabilində *2380.02 manat məbləğində vəsait ödənilmişdir. Ödənilmiş vəsaitə görə bələdiyyə ilə MMC arasında müqavilə bağlanmış, işin yerinə yetirilməsinə dair akt tərtib edilmiş və elektron qaimə alınmışdır. Ayrı-ayrı VÖEN təqdim etməyən fiziki şəxslərlə bağlanmış mülki hüquqi xarakterli müqavilələrə görə isə bağlanmış müqavilələrin şərtinə görə yerinə yetirilmiş işlər üçün onlara 22*5 manat haqq ödənilmiş, lakin Vergi Məcəlləsinə və Sosial Sığorta haqqında qanuna görə onlardan ÖDM vergi və Sosial Sığorta haqları tutulmamışdır. Beləliklə bu səbəbdən dövlət büdcəsinə 863,85 manat zərər vurulmuşdur (tərtib edilmiş cədvəl audit aktına əlavə edilmişdir). Qalan digər hallarda isə ödənişlər əsasən məcburi ödənişlərin bağlanmasına sərf edilmişdir (əmək haqqı, sosial sığorta haqqı, asossasiya üzvlük haqqı, abunə haqqı, bank və poçt xidməti haqqı və s.). 0*.0*.20*7-ci il tarixdən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” AR qanununun 3.4.4-cü bəndinə əsasən əmək haqqının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir. Buna baxmayaraq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən qanunun bu bəndi pozularaq 20*7-20*8-ci illər ərzində 6*77,25 manat məbləğində əmək haqqı adı ilə Azərpoçtun Kürdəmir rayon filialından nağd pul alaraq əmək haqqına ödəmişdir. Qanunun bu bəndinin pozulmasına şəraiti Azərpoçtun Kürdəmir rayon filialının işçiləri yaratmışdılar. 0*.0*.20*7-ci il tarixdən əmək haqqının nağd ödənilməsi qanunla qadağan edildiyinə baxmayaraq həmin təşkilat əmək haqqının nağd şəkildə verilməsinə şərait yaratmışdır. Auditlə əhatə olunan dövr üzrə bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, icarəyə və istifadəyə verilməsinə dair sənədlər audit yoxlamasına təqdim edilməmişdir. Bələdiyyənin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 2-ci bəndinin axrıncı abzasında göstərilir ki, bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Bələdiyyədə qanunun bu bəndinə aşağıdakı kimi əməl edilmişdir: 20*7-ci il üzrə 23.0*.20*7-ci il tarixli 03 saylı protokola əsasən 640 manat təsərrüfat, 200 manat odun xərci. 23.05.20*7-ci il tarixli *0 saylı protokola əsasən 330 manat qəbristanlığın təmizlənməsi. *3.06.20*7-ci il tarixli ** saylı protokola əsasən 850 manat maddi yardım, 325 manat su arxının təmizlənməsi. 20.06.20*7-cil il tarixli *2 saylı protokola əsasən 850 manat maddi yardım, 290 manat su arxının təmizlənməsi. *8.07.20*7-ci il tarixli *4 saylı protokola əsasən 480 manat yol təmirinə, 200 manat maddi yardım, 420 manat su arxının təmizlənməsi. 04.08.20*7-ci il tarixli *5 saylı protokola əsasən 220* manat yol təmirinə. *2.09.20*7-ci il tarixli *6 saylı protokola əsasən 250 manat maddi yardım, 650 manat su keçidinin təmirinə. 04.*0.20*7-ci il tarixli *7 saylı protokola əsasən 6232 manat şəhidin qəbirüstü abidəsinin düzəldilməsi. *3.*2.20*7-ci il tarixli 20 saylı protokola əsasən *748 manat yol təmirinə. Cəmi *5666 manat pulun xərclənməsi üçün ümumi iclasın qərarı verilmişdir. 20*8-ci il üzrə Pul vəsaitlərinin alınmasına dair ümumi iclasın qərarı yoxdur. 20*9-cu il üzrə 28.**.20*9-cu il tarixli ** saylı protokola əsasən 2200 manat yol təmiri xərcinə. 20*7-ci ildə xərclənmiş 2790*,62 manat pul vəsaitinin *5666 manatının xərclənməsi üçün ümumi iclasın qərarı verilmişdir. 20*8-ci ildə 7745,*8 manat xərclənmiş pul vəsaiti üçün ümumi iclasın qərarı verilməmişdir. 20*9-cu ildə isə xərclənmiş *6*88,56 manatın cəmisi 2200 manatına ümumi iclasın qərarı verilmişdir. Beləliklə auditlə əhatə olunan dövr ərzində ümumilikdə 33969,36 manat məbləğində pul vəsaitinin xərclənməsinə dair ümumi iclasın qərarı verilmədiyi müəyyən edildi. Bələdiyyənin ümumi iclas protokolları AR Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsindən Kürdəmir rayon prokurorluğuna göndərilmiş Zərərçəkmiş şəxs ümumi iclas protokollarının kserosurətləri ilə üzləşdirərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 29.0*.20*7-ci il tarixli 4 saylı və 23.03.20*7-ci il tarixli *0 saylı protokolları Karrar bələdiyyəsi tərəfindən Göyçay Regional Ədliyyə İdarəsinə təqdim edilməyib. *2.09.20*7-ci il tarixli *6 saylı protokolun gündəliyin *-ci bəndində 250 manat maddi yardımın X4 ayrılması göstərilsədə, Göyçay Regional Ədliyyə İdarəsinə göndərilən protokolda həmin yardımın X*2 ayrıldığı kimi göstərilmişdir. Ümumilikdə bələdiyyədə mühasibat və vergi uçotu mövcud qanunvericiliyə uyğun işlənməmiş, əməliyyatlara mühasibat yazılışı verilsə də sistemləşdirilərək sintetik və analtik hesablara yekun vurulub qalıqlar çıxarılmamış və maliyyə hesabatları tərtib edilməmişdir (balans, gəlir və xərclər hesabatı). ”(bax cild V,vər *-*9) İş materialalrına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 dekabr 2023-cü il tarixli 9/9824 nömrəli rəyindən görünür ki, müstəqil auditorun hesabatı, ona əlavə edilmiş maliyyə sənədlərinə və istintaq zamanı toplanmış materialların düzgünlüyü istintaq tərəfindən nəzərə alınmaqla müəyyən edilmiş çatışmazlıqlar aşağıdakı kimidir: 20*7-20*9-cu illərdə hər il üzrə Karrar bələdiyyəsinin gəlirləri və xərcləri audit rəyində öz əksini tapmışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kürdəmir rayon prokurorluğunun *8 dekabr 2023-cü il tarixli qərarından göründüyü kimi, Zərərçəkmiş şəxs 03.02.20*7-ci il tarixdə 0*.0*.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə dəymiş ümumi ziyanın məbləği *7*5,00 manat məbləğində müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyindən yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. (bax cild V, vər *63-*7*) İş materialalrına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının *4 dekabr 2023cü il tarixli 4/*97* saylı rəyindən görünür ki, *. Ekspertizaya təqdim edilmiş, Karrar bələdiyyəsinin *5 may 20*7-ci il tarixli 09 saylı və 23 may 20*7-ci il tarixli *0 saylı iclas protokollarında “İclasın katibi:” qraflarında “Nümayəndə” yazılarından əvvəl yerləşən imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2.*. Ekspertizaya təqdim edilmiş, Karrar bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 20.*2.20*7-ci il tarixli işlərin və xidmətlərin təhvil-təslim aktında “Nümayəndə” yazısından əvvəl yerləşən imza – Nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, Karrar bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 20.*2.20*7-ci il tarixli işlərin və xidmətlərin təhvil-təslim aktında “Təhvil aldı:” qrafasında “Şahid6” yazısından əvvəl yerləşən imza – Şahid6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, Karrar bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 20.*2.20*7-ci il tarixli işlərin və xidmətlərin təhvil-təslim aktında “Nümayəndə” yazısından əvvəl yerləşən imzanın və “Təhvil aldı:” qrafasında “Şahid6” yazısından əvvəl yerləşən imzanın – Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. (bax cild V,vər *2*-*26) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 63 saylı Hacıqabul-Kürdəmir Seçki dairəsinin dairə seçki komissiyasından daxil olmuş 26 dekabr 2023-cü il tarixli 92 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 23 dekabr 20*4-cü il tarixdə keçirilən Bələdiyyə seçkilərində Zərərçəkmiş şəxsnə üzv seçilmişdir. (bax cild V, vər *55) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 03 fevral 20*7-ci il tarixli 05 saylı protokoluna əsasən Təqsirləndirilən şəxs səs çoxluğu ilə Karrar kənd bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. (bax cild *,vər *36-*37) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş **.*2.2023-cü il tarixli 2-2-428/2-039653/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. (bax cild V, vər*20) İş materiallarına əlavə edilmiş İstintaq materiallarına əlavə edilmiş Maliyyə Nazirliyinin Kürdəmir rayonu üzrə Maliyyə şöbəsinin 3-23-33/2-5*/2023 nömrəli, *7 mart 2023-cü il tarixli məktubuna əsasən, Kürdəmir rayon Karrar kənd bələdiyyəsi tərəfindən şöbəyə 20*7 və 20*8-ci illərə aid hesabatlar təqdim edilsə də, 20*9-cu il üçün hesabat şöbəyə təqdim edilməmişdir.(bax cild İV, vər, *43-*47) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsindən rayon prokurorluğuna daxil olmuş 3*.03.2023-cü il tarixli 3- *6/03/2-949/*0/2023 nömrəli məktubuna əlavə edilmiş Kürdəmir rayonu Karrar kənd bələdiyyəsinin nizamnaməsindən görünür ki, Kürdəmir rayonu Karrar kənd bələdiyyəsinin Nizamnaməsi xx.xx.2002-ci il tarixdə 2863 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. (bax cild İV, vər, 248-259) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli *0-**2 nömrəli məktubla Kürdəmir rayonu Karrar kənd bələdiyyəsi tərəfindən 0*.0*.20*7-ci il tarixdən 3*.*2.20*9-cu il tarixədək idarəyə göndərilmiş protokollar iş materiallarına əlavə edilmişdir. (bax cild İV, vər, *52-246) İş materiallarına əlavə edilmiş 28.*2.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (bax V cild, iş vər.205-207) İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli Azərpoçt MMC-nin ********* nömrəli məxaric qəbzindən görünür ki, Səlimov X9 rayon Karrar blədiyyəsinə dəymiş *7*5 manat ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, o, dövlət büdcəsinə 430 (dörd yüz otuz) manat ödəniş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8.*-ci maddəsinə əsasən, yerli büdcələrin xərclərinin həcmini və istiqamətlərini müəyyənləşdirilməsinə və *3.*-ci maddəsinə əsasən yerli büdcənin icrasına nəzarət edilməsinə məsul rəhbər vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Kürdəmir rayonu Karrar kənd bələdiyyəsinin üzvü olan Şahid4 bələdiyyə katibi seçilməsi və ona hər ay 200 manat əmək haqqı təyin edilməsi barədə Karrar kənd bələdiyyəsinin 25.04.20*7-ci il tarixli 8 saylı qərarının bələdiyyənin 07.07.20*7-ci il tarixli *3 saylı qərarı ilə ləğv edilməsinə baxmayaraq vahid niyyətlə 20*7-ci ilin aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında Şahid4 aylıq 200 manat olmaqla *200 manat əmək haqqı ayıraraq, həmçinin “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsində nəzərdə tutulmuş yerli büdcənin xərc istiqamətlərini müəyyən edərkən əməkhaqlarına ayırmaları ümumi büdcənin əlli faizindən çox ayırmamalı olduğu halda, həmin maddənin tələblərini pozaraq artıq məbləğdə əməkhaqları göstərərək vahid niyyətlə sədri olduğu Karrar kənd bələdiyyəsinin 20*8-ci büdcə ili ərzində bələdiyyənin 8300.57 manat olmuş ümumi büdcəsinin yalnız 4*50,29 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 4745.25 manat, yəni 594.96 manat məbləğində artıq yerli büdcə vəsaitini əməkhaqlarına ayıraraq sədri olduğu Kürdəmir rayon Karrar kənd bələdiyyəsinin yerli büdcəsinin idarə edilməsi sahəsində qanuni mənafelərinə vahid niyyətlə ümumilikdə *794.96 manat məbləğində mühüm zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq AR CM-nin *79.2.3 və 308.*-ci maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirlidir və ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 4*.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə,təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.* və 43.*.* maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusu ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-*.2-ci maddəsinə görə bu Məcəllənin *78.2, *79.2 *86.2.*, *89-*.2-*-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxsin hüquqi şəxsin nümayəndəsi X5 sədri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, Nümayəndə məhkəməyə təqdim etdiki ərizəsində Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə dəymiş maddi ziyanın ödənildiyini və C.Səlimavla barışdıqlarını, ona qarşı heç bir iddiaları, şikayət və ya tələblərinin olmadığını göstərmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə mənimsəmə cinayəti üzrə vurduğu *7*5 manat ziyanın 25 faizini, yəni 430 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi şəxslə barışmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəməsini və cinayət nəticəsində vurduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.*-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 4*.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini və maddi ziyanın tam ödənilməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 308.*-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər ay qazancından dövlət nəfinə tutulmaqla islah işləri cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları və X8 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) *-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. İslah işləri cəzasının icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 232 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 35*-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.2.3-cü maddəsi ilə olan hissədə zərərçəkmiş şəxsin hüquqi şəxsə barışması və dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.2.3-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 0* il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarda müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə hər ay qazancının *5 faizi dövlət nəfinə tutulmaqla, 0* il 06 ay müddətə islah işləri cəzasına məhkum edilsin. İslah işləri cəzasının əvvəli məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 232 (iki yüz otuz iki ) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-*70032662*, Hesab № 208850*, X6, KOD-2*0005 VÖEN- *40*55507* Müxbir hesab AZ85NABZ0*60*00000003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar