Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-3/2024 06.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbacan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi3 iştirakı ilə xx xxxxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, subay, Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə massivi ev 64, mənzil 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,321 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 13 avqust 2022-ci il tarixdə Kürdəmir rayonu ərazisində, tanışı Şahid2 qanunsuz olaraq pay qismində, təmənnasız əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın qabaq sağ cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 1,321 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il taixdə saat 15 radələrində dostları X20 birlikdə Bakı şəhərindən Gəncə şəhərinə doğru yola çıxmışlar. Həmin günü saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yerləşən BDYPİ-nin stasionar postuna çatanda DYPX-nin əməkdaşı maşını saxlatdırmış, əvvəlcə onları Hacıqqbul RPŞ-yə oradan isə onları Kürdəmir RPŞ-yə gətimişlər. Həmin vaxtı onun üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Hacıqabul və Kürdəmir RPŞ-də onlara fiziki təsir göstərərk psixotrop maddəni boynuna almasını və əgər üzərində psixotrop maddəni olmasını boynuna alacağı təqdirdə onun işi yüngülləşəcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi deyilmiş və o, da polis əməkdaşlarına inanaraq üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Əslində isə onun üzərində heç bir narkotik vasitə olmamışdır. Odur ki, ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda video çəkilişlə, müdafiəçinin iştirakı ilə sərbəst şəkildə veriyi izahatında göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. 2016-ci ildə Azərbaycan Respublikası CM-nin 126.1-ci və 228.4-ci maddələri ilə X15 məhkəməsi tərəfindən təqsirli bilinərərək 4 il müddətində azadlıqdan məhrum edilmişdir. Şahid2 və X13 tanışlarıdır. Kənanı təxminən 3-4 ildir ki tanıyır, Orxanı isə uşaqlıqdan tanıyır. Təxminən 9-10 aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Şahid2 maşın alveri ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Kənanla telefonda danışanda o Bakı şəhərinə getmək üçün hazırlaşdığını, oradan maşın gətirəcəyini demiş, və ona da “ gedək Bakı şəhərinə sən maşını sürüb gətirərsən”demişdir. Ona “mənim sürücülük hüququm məhdudlaşdırılıb, hazırda dostum Orxanla ehsanda oturmuşuq, istəyirsənsə Orxanı götürüm gedək gələk, Orxanın sürücülük vəsiqəsi var”demişdir. Kənan da razılaşmışdır. Həmin gün gecə saatlarında Orxan, o və Kənan, Kənana məxsus “Range Rover” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə yola çıxmışlar. Bakı şəhərinə saat təxminən 2-3 radələrində çatmışlar. Kənan gedib maşını götürmüş, maşını qaytaranda başqa adam tapıb ona həmin maşını depozitə sürmək üçün vermişdir. Kənan işlərini görüb qayıtmaq istəyəndə, ağrıları başladığına görə, Kənandan “səndə kakos ya metamfetamin varsa ver istifadə edim, uzaq yol çıxırıq ağrınıram ”demişdir. Kənan da “yoxumdur” demişdir. Kənana bu zaman zəng gəlmiş, Kənan onunla danışdıqdan sonra üzərilərində pulun olub-olmamasını soruşmuşdur. Orxanla pullarının olmadığını demişlər. Kənanda kiminləsə telefonda danışıb 200 manat borca pul istəmişdir. Həmin şəxs pulu Kənana göndərmişdir. Kənan maşını Zərifə Əliyeva adına xəstəxananın yanına maşın sürənlərdən biri ilə görüşmək üçün sürmüşdür. Kənan maşının saxlayıb aşağı düşərək, telefonla danışan danışa gedib 10-15 dəqiqə sonra qayıtmışdır. Kənan maşına minib yola çıxmışdır. Yolda olarkən, Kənan maşının stəkan yerini göstərib “bu bəs edərmi üçümüzə?” demişdir. Baxanda maşının stəkan yerində 3-4 ədəd “patı” olduğunu görmüşdür. Bunu görüb “hə bəsdir bu bizə” demişdir. Stəkan yerində olan metamfetaminləri götürüb trubuçkaya doldurub yandırıb çəkmişlər. Qalanıda orada qalmışdır. xx.xx.2022-ci il taixdə saat 15 radələrində Bakı şəhərindən Gəncə şəhərinə doğru yola çıxmışlar. Həmin günü saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yerləşən BDYPİ-nin stasionar postuna çatanda DYPX-nin əməkdaşı maşını saxlamaq üçün işarə vermişdir. Maşını postda saxlamışlar. Bu zaman Kənana Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq özləri təqdim edib, üzərilərində və gəldikləri nəqliyyat vasitəsində narkotik vasitə saxlamaqlarında şübhəli olduqlarını bildirmişlər. Video çəçkilişdən istifadə etməklə, Kənana məxsus **-EE-*** dövlət qeydiyyat nişanlı “RANGE ROVER” markalı avtomobilə baxış keçirilməsinə başlanılmış, Kənanda nəqliyyat vasitəsinə baxış keçirilməsinə etiraz etməmişdir. İlkin olaraq Kənandan avtomobilində hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş vardırsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Kənan “üzərində olan (çiynindən asılmış) qara rəngli çantanın içərsində psixotrop maddə metametamin” olduğunu etiraf etmişdir. Kənan üzərində olan (çiynindən asılmış) qara rəngli çatnanın içərisindən 01 ədəd polietilen kəsiyi çıxarıb təqdim etmişdir. Həmin polietilen kəsiyin içərisinə baxış keçirilmiş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra çantanın içərisinə baxış keçirilmiş 03 ədəd mobil telefon, sənədlər və müxtəlif kartlar aşkar olunmuşdur. Ardınca avtomobilə baxış keçirilmiş, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra 01 ədəd polietilen kəsik 01 ədəd içi boş zərfə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Bundan sonra üzəriləriə şəxsi axtarış keçirilməsi üçün Kürdəmir RPŞ-yə gətirilmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra əynində olan şalvarının sağ ön cibindən 01 ədəd polietilen bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, üzərindən başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. 01 ədəd polietilen büküm müstəntiq tərəfindən açılmış, içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan 01 ədəd polietilen bükümün içərisində olan kütlə ilə birgə 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№137” möhürü ilə möhürlənmişdir. Bundan sonra sorğu-sual aparılmaqla şəxsi axtarış sonlandırılmışdır. Daha sonra çəkilmiş görüntü nümayiş etdirilmişdir. Şahid2 məxsus nəqliyyat vasitəsinə baxış keçirilən zaman, Kənanın təqdim etdiyi təmiz çəkisi, 59, 066 qram, psixotrop maddə metamfetamini haradan əldə etdiyini bilməmiş, lakin tutulandan sonra Kənanın İran vətəndaşı ilə danışandan sonra ondan aldığını öyrənmiş, həmin metamfetamin o qədər olmasından xəbəri olmamışdır. Üzərindən aşkar edilmiş metamfetamini Kənanla birgə istifadə etdikdən sonra, Kənan bir hissəsini ona pulsuz pay qismində vermişdir. Heç bir vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İran vətəndşının kimliyi barədə heç bir məlumatı olmamışdır. Kənan onunla danışmışdır. Ona heç bir formada təzyiq göstərilməmişdir. Kənan psixotrop maddəni özü əldə edib, ondan xəbəri olmamışdır. Kənan haradansa əldə etdikdən sonra, gətirmiş və birlikdə istifadə etmişlər. Nə Kənan nədə ki özü narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışlar. İstifadəsində olan mobil telefonun nömrəsi ***-***-**-** olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il taixdə saat 15 radələrində dostları Seymur və Orxanla birlikdə Bakı şəhərindən Gəncə şəhərinə doğru yola çıxmışlar. Həmin günü saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yerləşən BDYPİ-nin stasionar postuna çatanda DYPX-nin əməkdaşı maşını saxlatdırmış, əvvəlcə onları Hacıqabul RPŞ-yə oradan isə onları Kürdəmir RPŞ-yə gətimişlər. Həmin vaxtı onun üzərində hec bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Hacıqabul və Kürdəmir RPŞ-də onlara fiziki təsir göstərərək psixotrop maddəni boynuna almasını və əgər üzərində psixotrop maddəni boynuna alacağı təqdirdə işi yüngülləşəcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi deyilmiş və onlar da polis əməkdaşlarına inanaraq üzərində narkotik vasitə olmasını etiraf etmişlər. İbtidai istintaqda şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, maşın alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs və X13 tanışlarıdır. Seymuru təxminən 1 ildir ki tanıyır, Orxanı isə Seymura görə tanıyır. Seymur narkotik vasitələrdən istifadə edir, Orxanı isə narkotik vasitələrdən istifadə etdiyini görməmişdir. Maşın alverindən başqa, Bakı şəhərində taksi şirkətində işləyir, taksilərin təmiri işlərinə nəzarət edir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində taksi sürücüsü zəng edib “gəl maşını götür, depozit yazmasın özüm gedirəm müalicə olunmağa” demişdir. Bakı şəhərinə hazırlaşıb çıxmaq istəyərkən, Seymur ona zəng edib hal əhval tutmuş, ona Bakı şəhərinə getmək üçün hazırlaşdığını demişdir. Seymur da “istəyirsənsə gedək mən maşını sürüb gətirərəm” demişdir. Onunla razılaşmış, Seymur da “onun sürücülük hüququ məhdudlaşdırılıb, istəyirsənsə Orxanı götürüm” demişdir. Seymura “Orxanın sürücülük hüququ varsa Orxanda bizimlə getsin” demişdir. Həmin günü gecə saatlarında Orxan, o və Seymur ona məxsus “Range Rover” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə yola çıxmışlar. Bakı şəhərinə saat təxminən 2-3 radələrində çatmışlar. Gedib maşını götürmüş, başqa adam tapıb ona həmin maşını depozitə sürmək üçün vermişdir. İşlərini görüb qayıtmaq istəyəndə, Seymur ona ağrındığını onun üçün istifadə etmək məqsədi ilə “patı” yəni metamfetamin tapmasını xahiş etmişdir. Seymurun xahişlərinə məhəl qoymamışdır. Bu zaman İranlı narkotacir kimi tanıdığı, adını Məmməd kimi deyən şəxs zəng vurmuşdur. “Məmməd” onunla hal əhval tutub iti qısa zamanda göndərəcəyini demişdir. Məmməddə özü üçün 200 manatlıq “Patı” metamfetamin ata biləcəyini soruşmuşdur. Məmməd ata biləcəyini demişdir. Məmməd ona Vatsapda kartın şəkilini atmış, Vüqar adlı dostundan borc pul alıb Məmmədin kartına yükləmişdir. Məmməd metamfetamini Bakı şəhərində Zərifə Əliyeva adına göz xəstəxanasının qarşısına qoyduğunu deyib və həmin yerin şəkilini çəkib ona atmışdır. Həmin yerə gedərək metamfetamini götürmüşdür. Metanfetamini götürəndən sonra, onun üzərindən bir qismini götürüb istifadə etmişdir. Bir qismini isə Seymurla Orxana pay vermişdir. Qalan hissəsini isə maşına qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhərindən Gəncə şəhərinə doğru yola çıxmışlar. Həmin günü saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yerləşən BDYPİ-nin stasionar postuna çatanda DYPX-nin əməkdaşı ona maşını saxlamaq üçün işarə vermişdir. Maşını postda saxlamışdır. Bu zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib, üzərilərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə saxlamaqlarında şübhəli olduqlarını bildirmişlər. Videoçəkilişdən istifadə etməklə, idarə etdiyi **-EE-*** dövlət qeydiyyat nişanlı “RANGE ROVER” markalı avtomobilə baxış keçirilməsinə başlanılmış, nəqliyyat vasitəsinə baxış keçirilməsinə etriaz etməmişdir. İlkin olaraq ondan avtomobilində hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş vardırsa təqdim etməsi bildirilmişdir. Bundan sonra üzərində olan (çiynindən asılmış) qara rəngli çantanın içərsində psixotrop maddə metametamin olduğunu etiraf etmişdir. Üzərində olan (çiynindən asılmış) qara rəngli çatnanın içərisindən 01 ədəd polietilen kəsiyi çıxarıb təqdim etmişdir. Həmin polietilen kəsiyin içərisində baxış keçirilmiş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra çantanın içərisinə baxış keçirilmiş 03 ədəd mobil telefon, sənədlər və müxtəlif kartlar aşkar olunmuşdur. Ardınca avtomobilə baxış keçirilmiş, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra 01 ədəd polietilen kəsik 01 ədəd içi boş zərfə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Bundan sonra üzərilərinə şəxsi axtarış keçirilməsi üçün Kürdəmir RPŞnə gətirilmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olubolmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra əynində olan şalvarının sol ön cibindən 01 ədəd polietilen bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 10 ədəd 5 manatlıq, 6 ədəd 1 manatlıq pul əskinazları, 02 ədəd siqaret və özünə məxsus sürcülük vəsiqəsi aşkar olunmuşdur. Sürücülük vəsiqəsi ayrıca götürülmüş, digər aşkar olunanlar iş üçün əhəmiyyət kəsb etmədiyindən qaytarılmışdır. 01 ədəd polietilen büküm müstəntiq tərəfindən açılmış, içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan 01 ədəd polietilen bükümün içərisində olan kütlə ilə birgə 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№137” möhürü ilə möhürlənmişdir. Bundan sonra sorğu-sual aparılmaqla şəxsi axtarış sonlandırılmışdır. Daha sonra çəkilmiş görüntü nümaiş etdirilmişdir. Üzərindən aşkar olunan metamfetaminlər özünə məxsusdur. Həmin metamfetaminləri yuxarıda qeyd etdiyi kimi, İran vətəndaşı Məmməd adlı şəxsdən Seymurla birgə istifadə etmək üçün 200 manata almışdır. Bir qismini istifadə etmişlər, bir qismini onlara pay kimi pulsuz vermişdir. Qalanını isə maşınında olan belindən həmişə asdığı çantanın içərisinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,321 qram psixotrop maddə metamfetamini istifadə etməsi üçün vermişdir. X7 üzərindən aşkar edilmiş 0,061 qram çəkidə psixotrop maddə metamfetamini istifadə etməsi üçün pulsuz vermişdir. Heç bir vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İran vətəndaşı adını ona Məmməd kimi demiş, onunla Vatsap proqramı ilə danışmış, onun vatsapda atdığı bank kartına 200 manat pul göndərib metamfetamin almışdır. Məmməd adını telefonunda “MM” kimi yazmışdır. Polis şöbəsinə gətirilərkən heç bir formada təzyiq göstərilməmişdir. Seymur narkotik vasitələrdən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Seymurla birgə psixotrop maddə metamfetamini əldə etməkdə məqsədi istifadə etmək olmuşdur. Nə o nədə ki özü narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər sakinləri Şahid2 üzərində və idarə etdiyi nəqliyyat vasitəsində, Təqsirləndirilən şəxs və X7 üzərində narkotik vasitə saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatların yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. Bundan sonra Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən BDYPİ-nin YPXA-nın 7-ci tağımının stasionar postuna yaxınlaşaraq, Gəncə şəhər sakinləri Şahid2 üzərində və idarə etdiyi nəqliyyat vasitəsində, Təqsirləndirilən şəxs və X7 üzərində narkotik vasitə saxlamalarında əsaslı şübhələr olduğuna görə qəbul etdikləri əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarlarla tanış etmişlər. Bundan sonra X11 və X14 ilə birgə Şahid2 məxsus avtomobilin markası və dövlət qeydiyyat nişanı yoxlanılarkən onun “Range Rover” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi müəyyən edilmişdir. Həmin günü saat 17:00 radələrində Şahid2 idarə etdiyi avtomobillə birlikdə BDYPİ-nin YPXA-nın 7-ci tağımın stasionar postunda saxlanılmışdır. Avtomobilə baxış keçirilməsi üçün müstəntiq İbrahim Nəcəfli gəlmişdir. İbrahim Nəcəfli videokameradan istifadə edərək avtomobilə baxış keçirtmişdir. Baxış zamanı Şahid2 idarə etdiyi **-EE-*** dövlət qeydiyyat nişanlı “RANGE ROVER” markalı avtomobilə baxış keçirilməsinə başlanılmış, ilkin olaraq Şahid2 avtomobilində hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş vardırsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Şahid2 bildirmişdir ki, üzərində olan (çiynindən aılmış) qara rəngli çantasının içərsində psixotrop maddə metametamin vardır. O üzərində olan (çiynindən asılmış) qara rəngli çatnasının içərisindən 01 ədəd polietilen kəsiyi çıxarıb təqdim etmişdir. Həmin polietilen kəsiyin içərisinə baxış keçirilmiş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra çantanın içərisinə baxış keçirilmiş 03 ədəd mobil telefon, sənədlər və müxtəlif kartlar aşkar olunmuşdur. Ardınca avtomobilə baxış keçirilmiş, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra 01 ədəd polietilen kəsik 01 ədəd içi boş zərfə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması, Şahid2, Təqsirləndirilən şəxs və X6 Kürdəmir RPŞ-yə aparılaraq şübhəli şəxs qismində tutulmaları üçün sonlandırılmışdır. Bundan sonra Polis şöbəsində İB-nin baş müstəntiqi İbrahim Nəcəfli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarının sağ ön cibindən 01 ədəd polietilen bükümü şalvarının sol ön cibindən isə bir ədəd “Sobraniya“ markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa qanunsuz əşya və predmet aşkar edilməmiş, siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, 01 ədəd polietilen büküm açılmış, içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan 01 ədəd polietilen bükümün içərisində olan kütlə ilə birgə 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№137” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ilə aparılan sorğu-sual zamanı bildirmişdir ki, avtomobildən aşkar olunan psixotrop maddə metamfetamin Kənana məxsusdur, üzərindən aşkar olunan kütlə isə onun özünə məxsusdur, təxminən 2-3 gün əvvəl tanımadığı taksi sürücüsü ona əvəsiz pay qismində vermişdir. Kənanla heç bir əlaqəsi yoxdur. X20 bağlı narktotik vasitələrin dövriyyəsi ilə bağlı heç razılıqlarının olmadığını, onlarla əlbir olmadığını, Kənandan aşkar olunan psixotrop maddə ilə bağlı məlumatının olmadığını bildirmişdir. Şahid2 Təqsirləndirilən şəxs və X13 ilə heç bir münasibəti olmamış, və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Onları əvvəllər tanımamışdır. Şahid2 Təqsirləndirilən şəxs və X9 qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, işləmiş, hazırda Sumqayıt ŞPİ-də xidmət edən polis serjantı Şahid1 da Şahid3 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq müstəntiq İbrahim Nəcəfli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra O bildirmişdir ki, üzərində psixotrop maddə metamfetamin vardır. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ ön cibindən 01 ədəd polietilen bükümü şalvarının sol ön cibindən isə bir ədəd “Sobraniya“ markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş lakin başqa qanunsuz əşya və predmet aşkar edilməmiş, siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. 01 ədəd polietilen büküm açılmış, içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan 01 ədəd polietilen bükümün içərisində olan kütlə ilə birgə 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№137” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ilə aparılan sorğu-sual zamanı bildirmişdir ki, avtomobildən aşkar olunan psixotrop maddə metamfetamin Kənana məxsusdur. Üzərindən aşkar olunan kütlə isə onun özünə məxsusdur. Təxminən 2-3 gün əvvəl tanımadığı taksi sürücüsü ona əvəsiz pay qismində vermişdir. Kənanla heç bir əlaqəsi yoxdur. X20 bağlı narkotik vasitələrin dövriyyəsi ilə bağlı heç razılıqlarının olmadığını, onlarla əlbir olmadığını, Kənandan aşkar olunan psixotrop maddə ilə bağlı məlumatının olmadığını bildirmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddəni təqdim etməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. (bax cild 1 i/v 88-90) İş materiallarına əlavə edilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, agentlərə faktla bağlı şifahi sorğular verilmiş Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, Təqsirləndirilən şəxs yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyən edilmişdir ki,
1. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini pay qismində pulsuz, təmənnasız Şahid2 əldə etmişdir.
2. Təqsirləndirilən şəxs və Şahid2 arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid2 1,321 qram çəkidə olan metamfetamini Təqsirləndirilən şəxs pulsuz, əvəzsiz olaraq, heç bir mənfəət əldə etmədən pay qismində vermişdir.
3. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatları daxil olmamışdır. (bax cild 2 i/v 102) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli T/S-09/2022 nömrəli Kürdəmir rayon Məhkməsinin qərarına əsasən, Şahid2 Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında Kürdəmir RPŞ-nin rəisi polis polkovniki Arzu Rzayevin xx.xx.2022-ci il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. (bax cild 1 i/v 199-200) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/872 nömrəli rəyinə əsasən, 1) tədqiqata təqdim edilmiş üzərində “...Şahid2 əl çantasından...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 59,066 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2) Tədqiqata təqdim edilmiş üzərində” Şahid2 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,358 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3) Tədqiqata təqdim edilmiş üzərində” Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,321 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4) Tədqiqata təqdim edilmiş üzərində” X7 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,061 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 5) Şahid2 əl çantasından, üzərindən, Təqsirləndirilən şəxs üzərindən, X7 üzərindən aşkar edilmiş metamfetamin eyni tərkiblidir. Metamfetaminin ümumi çəkisi-30,42 qram, tədqiqata sərf olundu 0,01 qram (hər ob.0,05 qram), 60,324 qram qalıq qalmışdır. Metamfetaminin ümumi çəkisi-1,321 qram, tədqiqata sərf olundu 0,05 qram, 1,271 qram qalıq qalmışdır. Metamfetaminin ümumi çəkisi-0,061 qram, tədqiqata sərf olundu 0,03, 0,031 qram qalıq qalmışdır. (bax cild 1, iş vər 116-119) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1578 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax cild 1,iş vər 237) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci, 228.4-cü, 66.3-cü maddələri təqsirli bilinərək 04 il AME cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə tarixdə Bakı şəhər Nizami rayon Məhkməsinin qərarına əsasən 09 ay vaxtından əvvəl şərti azad edilib. xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilib. xx.xx.2022-ci il tarixli 77069/18 nömrəli Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş məktuba əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhəkəməsinin 7(007)-727-2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə 09 ay müddətində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs ona təyin olunmuş 09 ay müddətində cəza xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı xx.xx.2018-ci il tarixdə çəkib qurtardığına görə, məhkumluğu ödənilmədən onun qəsdən cinayət törətməsi cinayətin residivini yaratmışdır. (bax cild 2,iş vər, 40-41 və 57,103-130) İş materiallarına əlavə edilmiş Gəncə şəhər, İcra Hakimiyyəti Mənzil kommunal Təsərrüfat İstehsalat birliyi Kooperativ binlar üzrə Xidmət Sahəsinin xx.xx.2022-ci il tarixli, 220 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şhəri, Yeni Gəncə qəsəbəsi, 64, mən 20-də yaşayır. (bax cild 2, iş vər. 59) İş materiallarına əlavə edilmiş Gəncə şəhər, İcra Hakimiyyəti Mənzil kommunal Təsərrüfat İstehsalat birliyi Kooperativ binlar üzrə Xidmət Sahəsinin xx.xx.2022-ci il tarixli, 221 nömrəli arayışından görünür Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax cild 2,iş vər. 60) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19.25-də şübhəli şəxs kimi tutulmuşdur. (bax cild 1, iş vər.70-71) İş materialalrına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Kürdəmir rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (bax cil 1, iş vər 176-177) xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və həbsdən azad edilmişdir. (bax cild 1 i/v 202-205) xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs haqqında seçilmiş ev dustaqlığı qətimkan tədbiri 03 ay, yəni 13 fevral 2023-cü il tarixədək uzadılmışdır. (bax cild 1 i/v 245-247) xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (bax cild 2 i/v 71-72) İş materiallarında olan “Baksell MMC”-nin xx.xx.2023-ci il tarixli BKC/LGL-8301/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Baksell şəbəkəsində istifadə olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli 3-13-78/2-8565/202 nömrəli hacıqabul RPŞ-nin məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs və X1 RPŞ-yə gətirilməmişdir.(bax.cil 2 i/v-115) İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 3(041)- 635/2023 saylı qərarı X13 Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-63/2023 saylı qərrından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və icra edilməsi üçün Kürdəmir RŞ-nə göndərilmişdir. Kürdəmir RPŞ-nin xx.xx.2024-cü il tarixli,3-xx-xx/25977/2024 saylı məktubu ilə məhkəməyə daxil olmuş “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13.00-da Gəncə şəhəri ərazisində tutularaq Kürdəmir RPŞ MSY-yə təhvil verilmişdir. Azərbaycan Respuliaksı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli,3-16-17/41/2-1492/2024 saylı məktubundan görünür ki, Cəfərov X5 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2024-cü il tarixdə müəsissəyə daxil olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, onlar saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığöını, polis əməkdaşlarının ona fiziki təsir göstərdiklərinə görə narkotikin onun üzərindən aşkar olunmasını etiraf etməsini bildirsə də, iş üzrə dindirilmiş şahid ifadələri, habelə iş materialları ilə, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ilk izahatı ilə sübut olundu ki, o, satış məqsədi olmadan, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,321 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 13 avqust 2022-ci il tarixdə Kürdəmir rayonu ərazisində, tanışı Şahid2 qanunsuz olaraq pay qismində, təmənnasız əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın qabaq sağ cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 1,321 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq, onların göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, Təqsirləndirilən şəxs ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri, xx.xx.2022ci il tarixli şəxsi axtarış protokolu, şəxsi axtarış zamanı çəkilmiş DVD disk və toplanmış digər sənədlərlə bir daha təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirlidir və onlara müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, onun əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, onun sonuncu cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gundən altı il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində müəyyən edilmiş qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs Ərazi narkoloji dispanseridə qeydiyyata alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək saxlandığı müddət, ona təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,271 qram psixotrop maddə oaln metamfetamin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi3 ibtidai məhkəmə prosesində iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 07 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən 42 (qırx iki) manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 06 (altı) ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,271 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 dövlət hesabına 30 saat hər iş saatına 06 manat hesab edilməklə 180 ( bir yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 isə 42 (qırx iki) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Müseyib Bayramov