Məhkəmə qərarları › İş №1(041)-30/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-30/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-30/2023 03.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Xalıq oğlunun sədrliyi, məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1955-ci ildə Kürdəmir royonu, Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqlayaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08:10 radələrində ayıq, həmçinin gümrah halda, texniki cəhətdən saz və yüksüz vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyi oğlu Şahid1 xx.xx.2016-cı il tarixdə verilmiş AC 767912 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan “Vaz 21061” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsində yerləşən avtomobil yolu üçün nəzərdə tutulmuş körpünün üzəri ilə Kürdəmir şəhəri istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cümaddəsinin 4-cü hissəsinin, 36-cımaddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni daim diqqətini dəyişən yol şəraitindən və avtomobilli idarə etməsindən ayırmamalı, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlər etməməli, avtomobili öz zolağı ilə hərəkət etdirməli və əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxmamalı olduğu halda, bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, idarə etdiyi nəqliyyat vasitəsini qeyd olunan yol şəraitində hərəkət etdirərkən 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxmış, həmin vaxt əks istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi Vaz 2107 markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, nəticədə ehtiyatsızlıqdan özü idarə etdiyi Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan zərərçəkmiş şəxs xx.xx.2006-cı ildə Kürdəmir rayonu Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 sağ dirsək nahiyyəsinin qançırı ilə müşayət olunan, sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti və Vaz 2107 markalı avtomobildə sərnişin qismində olmuş zərərçəkmiş şəxs xx.xx.1995-ci ildə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 bel və çanaq nahiyyənin əzilməsi, çanaq və oma sümüyünün çoxqəlpəli və çoxsaylı sınıqları ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almalarına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, nəqliyyat vasitələrini idarə etmək üçün sürüclük vəsiqəsi yoxdur, VAZ 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil övladı Şahid1 məxsusdur, Vaz 2107 markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Şahid2 əvvəllər tanımamış, onunla heç bir ədavəti düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 07:40 radələrində oğlu Rövşən ilə birlikdə həmin avtomobillə Kürdəmir şəhərinə getmiş, Rövşənin səhhəti pis olduğu üçün avtomobili o idarə etmiş, həmkəndliləri X5 və Zərərçəkmiş şəxs2 da onlarla birlikdə eyni avtomobildə olmuşlar. Həmin gün təxminən saat 08:00 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsində avtomobillərin keçidi üçün yer üstü körpünün üzəri ilə təxminən 40 km/saat surətlə Kürdəmir şəhəri istiqamətində hərəkət edərkən həmin hissədə yol yoxuşlu və döngəli olduğu üçün qarşıdan avtomobil gəlibgəlmədiyini görə bilməmiş, hərəkət zamanı əks hərəkət zolağına keçmiş, həmin vaxt Vaz 2107 markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobil öz zolağı ilə yəni həmin vaxt hərəkət etdiyi zolaqla ona tərəf gəldiyini görüb öz hərəkət zolağına geri qayıtmış, Vaz 2107 markalı avtomobilin sürücüsü də öz zolağına qayıtdığı üçün avtomobillər həmin zolaqda toqquşmuşdur. Hadisə vaxtı Vaz 2107 markalı avtomobildə arxa sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs1 xəsarət aldığından təcili tibbi yardım çağırılmış, Zərərçəkmiş şəxs1 ilkin tibbi yardım göstərilib Kürdəmir RMX-na aparılmışdır. Hadisədən qabaq spirtli içki və ya güclü təsir edən maddə qəbul etməmişdir. Zərərçəkmiş şəxs1 bütün müalicəsi dövründə onun yanında olmuş, maddi yardım göstərmiş, bununla bağlı aralarında heç bir fikir ayrılığı olmamışdır. Buna baxmayaraq, törətmiş olduğu cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasının nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olan Şahid2 onun tanışıdır, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən “Nicat Plaza” şadlıq evində işlədiyi üçün Elmir onu və tanışlarını işə aparıb-gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində Elmirin avtomobili ilə o və iş yoldaşları Şahid5, Şahid4, Şahid3 işlədikləri “Nicat Plaza” şadlıq sarayına tərəf yola düşmüş, o avtomobildə arxa sağ tərəfdə əyləşmişdir. Hərəkətdə olarkən Xırdapay kəndi ərazisində Bakı-Qazax avtomobil yolunun üzərindən keçən avtomobillər üçün nəzərdə tutulmuş körpünün üzərində Elmir ilə əks istiqamətdə hərəkət edən Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobili Elmirin idarə etdiyi avtomobilin hərəkət zolağına çıxdığı üçün Elmir toqquşmadan yayınmaq üçün qarşı hərəkət zolağına çıxmış, həmin vaxt Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil öz yoluna qayıtdığından hər iki avtomobil toqquşmuşdur. Hadisə vaxtı xəsarət aldığından onu təcili tibbi yardım avtomobili ilə Kürdəmir RMX-na aparmışlar. Müayinə zamanı onun bel və çanaq nahiyyənin əzilməsi, çanaq və oma sümüyünün çoxqəlpəli və çoxsaylı sınıqları aşkar edilmiş və aldığı xəsarətlərə görə müalicəsi hal-hazıra kimi davam edir. Müayinə və müalicəsi ilə bağlı xərclərin bir hissəsini Təqsirləndirilən şəxs qarşılamış, ona dəymiş ziyanı qismən ödəmişdir. Hadisə zamanı içərisində olduğu avtomobildə başqa xəsarət alan şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomoibillə Kürdəmir şəhərinə getmək üçün qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadığı kənddən çıxmış, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsində avtomobil körpüsünün üzərində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil qarşıdan gələn VAZ 2107 markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna keçmiş, Vaz 2107 markalı avtomobil toqquşmamaq üçün öz yolunu dəyişərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yoluna keçdiyi üçün avtomobillər toqquşmuş, nəticədə qızı Böyükxanım dirsək nahiyyəsindən sağlamlığa zərərvurmayan xəsarət almışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, özünə məxsus Vaz 2107 markalı ** MV *** dövlət qeydiyyat nişanlı minik avtomobili var, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində həmin avtomobillə tanışları Elvin, Rahid, Zülfüqar və Novruzu Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən “Nicat Plaza” şadlıq sarayına işə apararkən Bakı-Qazax avtomobil yolunda avtomobillərin keçidi üçün nəzərdə tutulmuş körpünün üzərində Bakı-Qazax avtomobil yoluna tərəf hərəkət edərkən qarşıdan gələn Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət etdiyi zolaqla ona tərəf hərəkət etdiyini görmüş, toqquşmadan yayınmaq məqsədilə həmin avtomobilin hərəkət etməli olduğu zolağa keçmiş, həmin avtomobil də öz zolağına qayıtdığı üçün toqquşma baş vermiş, hadisə zamanı avtomobilində arxa sağ tərəfdə sərnişin qismində əyləşmiş Zülfüqar xəsarət almış, hadisədən sonra avtomobillərin yerini dəyişməyərək, X10i əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları hadisə yerinə gəlib, zəruri hesab edilən sənədləşmə işlərini aparandan sonra ona məlum olmuşdur ki, hadisəni törədən Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. Hadisə nəticəsində avtomobilinə dəymiş ziyanla bağlı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Şahid2 onun tanışıdır, Elmir taksi fəaliyyəti ilə məşğul olur, “Nicat Plaza” şadlıq evində işlədiyi üçün iş yerinə Elmirin avtomobili ilə gedib-gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində iş yerinə getmək üçün Elmirin idarə etdiyi Vaz 2107 markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq otiracaqda əyləşmiş, avtomobildə ondan başqa iş yoldaşları Şahid4, Zərərçəkmiş şəxs1, Şahid3 da olmuşdur. Elmir onları “Nicat Plaza” şadlıq evinə apararkən Kürdəmir rayonu Xırdapay kəndi ərazisində avtomobillər üçün nəzərdə tutulmuş körpünün üzərində əks istiqamətdə hərəkət edən Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobili Elmirin idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmış, Elmir qəzadan yayınmaq üçün qarşı hərəkət zolağına yəni həmin avtomobilin hərəkət zolağına keçmiş, Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil də həmin vaxt öz hərəkət zolağına qayıtdığı üçün qəza baş vermiş, hadisə zamanı özü heç bir xəsarət almasa da avtomobilin arxa sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 xəsarət aldığından onu təcili tibbi yardım avtomobili ilə Kürdəmir RMX-na aparmışlar. Hadisə zamanı içərisində olduğu avtomobildə başqa xəsarət alan şəxs olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 və Şahid4 da Şahid5 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3304 saylı rəyindən görünür ki, 1) 1a2a. Təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2) Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cümaddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3) 1b2b.Təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 2107 markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. - məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 600 nömrəli rəyindən görünür ki,, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət, sağ dirsək nahiyyəsinin qanırı, küt əşya (əşyalar) təsirindən avtomobil qəzası zamanı avtomobilin içərisində gedərkən salonun küt hissələrinin təsirindən əmələ gələ bilər, törənmə müddəti qərarda göstərilən vaxta-yəni xx.xx.2022-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsaərət olduğu üçün dərcəsi təyin edilmir. - məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 647 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, bel və çanaq nahiyyəsinin əzilməsi, çanaq və oma sümüyünün çoxqəlpəli və çoxsaylı sınıqları, küt əşya (əşyalar) təsirindən avtomobil qəzası zamanı avtomobilin içərisində gedərkən salonun küt hissələrinin təsirindən əmələ gəlməyə uyğundur, törənmə müddəti qərarda göstərilən vaxta-yəni xx.xx.2022-ci il tarixinə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - xx.xx.2022-ci il tarixli 319 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. - xx.xx.2022-ci il tarixli 322 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, keçirilmiş müayinə zamanı Şahid2 ayıq vəziyyətdə olmuşdur. - Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-ci il tarixli 6-49/2-157/2023 məktubdan görünür ki, Zalov X4 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Kürdəmir RPŞ-nin X10 Bölməsinin xx.xx.2023-cü il tarixli 171-15689-1122 saylı məktubunda qeyd edilmişdir ki, həmin yolda hər hansı müşahidə və təhlükəsiz şəhər kameraları quraşdırılmamışdır. Eyni zamanda Kürdəmir rayonu Şilyan kənd sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur, həmçinin Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayan Şahid2 2109.2016-cı ildə Ağsu RQİTBŞ tərəfindən 10 il müddətə verilmiş BC kateqoriyalı AE 960141 nömrəli sürücülük vəsiqəsi vardır, onun barəsində əvvəllər yol-hərəkəti və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaya dair hər hansı tədbirlər görülməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını, onun zərərçəkmiş şəxslərə yardım etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənn sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində cəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını və onun hökmün icrasına maneçilik törətməyəcəyini nəzərə alaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, E.M.Zalovdan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə E.M.Zalova göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra onun cəzaçəkmə müəssisəsinə göndərilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar