Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-30/2024 01.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.*956-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, təqaüdçü, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.2.3 və 308.*-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 0*.0*.20*7-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs sədri vəzifəsində işlədiyi müddətdə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci və *9-cu maddələrinə əsasən, bələdiyyənin fəaliyyəti ilə bağlı əmr və sərəncamlar vermək və bələdiyyənin qərarlarını imzalamaq səlahiyyətlərinə malik, təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olaraq ona etibar edilmiş bələdiyyə vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talama qərarına gəlib, bu məqsədlə bələdiyyə üzvlərinin ümumi iclasını keçirmədən Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin "xxxx" MMC-nin Kürdəmir rayon filialında olan AZ73AZPO9033546*200420*000*3 saylı hesabından 02.06.20*7-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 4*5 manat, 23 fevral 20*8-ci il tarixdə 003429* saylı xəzinə məxaric orderi əsasında *45 manat, *6 aprel 20*8-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında *95 manat, 23 iyul 20*8-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 72 manat pul vəsaitini təsərrüfat əməliyyatları məsrəfləri adı ilə təsdiqedici sənədlər olmadan nağdlaşdıraraq cəmi 827 manat pulu öz qulluq mövqeyindən istifadə edib mənimsəmiş, həmçinin *3.*2.202*-ci il tarixli 33-000727 nömrəli ödəniş tapşırığı əsasında 2*0 manat pul vəsaitini Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin "xxxx" MMC-nin Kürdəmir rayon filialında olan AZ73AZPO9033546*200420*000*3 saylı hesabından "xxxx" MMC-nin hesabına hər hansı bir işin görülməsi və ya xidmətin göstərilməsi ilə bağlı təsdiqedici sənədlər olmadan köçürməklə, öz qulluq mövqeyindən istifadə edib israf etmiş, ümumilikdə *037 manat məbləğində ona etibar edilmiş bələdiyyə vəsaitini vahid niyyətlə, öz qulluq mövqeyindən istifadə edib mənimsəmə və israf etmə yolu ilə talamışdır. Bundan başqa o, 0*.0*.20*7-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs sədri vəzifəsində işlədiyi müddətdə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci və *9-cu maddələrinə əsasən, bələdiyyənin fəaliyyəti ilə bağlı əmr və sərəncamlar vermək və bələdiyyənin qərarlarını imzalamaq səlahiyyətlərinə malik, təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olaraq bələdiyyə büdcəsinin formalaşdırılması üçün yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam, yerli sosial müdafiə, sosial inkişaf, iqtisadi inkişaf və ekoloji proqramlarının qəbul və icra edilməsi əvəzinə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.*-ci maddəsinə əsasən, yerli büdcələrin xərclərinin həcmini və istiqamətlərini müəyyənləşdirilməsinə və *3.*-ci maddəsinə əsasən yerli büdcənin icrasına nəzarət edilməsinə məsul rəhbər vəzifəli şəxs kimi həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş yerli büdcənin xərc istiqamətlərini müəyyən edərkən əməkhaqlarına ayırmaları ümumi büdcənin əlli faizindən çox ayırmamalı olduğu halda, həmin maddənin tələblərini pozaraq ödəniş tapşırıqlarında artıq məbləğdə əməkhaqları göstərərək vahid niyyətlə sədri olduğu Zərərçəkmiş şəxs 20*7-ci büdcə ili ərzində bələdiyyənin 4506 manat olmuş ümumi büdcəsinin yalnız 2253 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 2320 manat ayırmaqla 67 manat, 20*8-ci büdcə ili ərzində bələdiyyənin 5457,78 manat olmuş ümumi büdcəsinin yalnız 2728,89 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 390* manat ayırmaqla **72,** manat, 20*9-cu büdcə ili ərzində bələdiyyənin 5475,6 manat olmuş ümumi büdcəsinin yalnız 2787,8 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 4704 manat ayırmaqla *966,2 manat, 2020-ci büdcə ili ərzində bələdiyyənin 3922,53 manat olmuş ümumi büdcəsinin yalnız *96*,27 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 33*5 manat ayırmaqla *353,73 manat və 202*-ci büdcə ili ərzində bələdiyyənin 4934,99 manat olmuş ümumi büdcəsinin yalnız 2467,50 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 3567 manat ayırmaqla *099,50 manat, ümumilikdə isə 5658,54 (beş min altı yüz əlli səkkiz manat əlli dörd qəpik) manat məbləğində artıq yerli büdcə vəsaitini əmək haqlarına ayırmaqla sədri olduğu Zərərçəkmiş şəxs yerli büdcəsinin idarə edilməsi sahəsində qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Mollakənd kəndində yaşayır, 2000-ci ildən 4 aprel 2022-ci il tarixədək Kürdəmir rayon Mollakənd kənd bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. Hazırda da həmin bələdiyyənin üzvüdür. Bələdiyyə sədri kimi fəaliyyəti dövründə bələdiyyənin sənədlərinə dair qeydiyyat jurnalları, əmək haqqı cədvəlləri, müqavilələrin qeydiyyatı kitabı, xəzinə kitabı, əmrlərin qeydiyyatı kitabı, vətəndaşların müraciətlərinin qeydiyyatı kitabı və digər zəruri kitab və jurnallar tərtib edilməmişdir. Bu səbəbdən bələdiyyə sədrliyindən çıxdıqdan sonra onun yerinə seçilmiş X6 yalnız bələdiyyənin möhürünü təhvil vermiş, digər hər hansı sənədləri təhvil verməmişdir. Bu səbəbdən həmin sənədləri araşdırma üçün təqdim etməmişdir. 20*7- 2022-ci il tarixlərdə bələdiyyədə tək özü işləmiş və əmək haqqını özü almış, bütün işləri özü görmüşdür. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin Kürdəmir rayon filialında olan hesabından 02.06.20*7-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 4*5 manat pul vəsaiti təsərrüfat əməliyyatları məsrəfləri adı ilə bələdiyyənin hesabından nağdlaşdıraraq öz şəxsi ehtiyaclarına sərf etmişdir. 20*7-ci ildə Mollakənd bələdiyyəsinə 2*50 manat dotasiya ayrılmışdır. Həmin məbləğdən *380 manatını əmək haqqına, 560 manat ödənilməmiş DMSF xərclərinə, 200 manat isə kənd bələdiyyələrin milli assosasiyasına üzvlük haqqı kimi ödənilmişdir. Ayrılmış dotasiya təyinatı üzrə istifadə olunmamış, yalnız büdcə kəsirini və zəruri xərcləri ödəmək üçün istifadə olunmuşdur. 20*7-ci il ərzində bələdiyyə büdcəsinə daxil olan məbləğ 4496.6* manat, xərclənən məbləğ isə 4436.98 manat olmuşdur. Daxil olan vəsaitin 2320 manatını bələdiyyə sədri kimi özünə əmək haqqı yazaraq əldə etmişdir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin Kürdəmir rayon filialında olan hesabından 23 fevral 20*8-ci il tarixdə 003429* saylı xəzinə məxaric orderi əsasında *45 manat, *6 aprel 20*8-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında *95 manat, 23 iyul 20*8-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 72 manat pul vəsaiti təsərrüfat əməliyyatları məsrəfləri adı ilə bələdiyyənin hesabından nağdlaşdıraraq öz şəxsi ehtiyaclarına sərf etmişdir. 20*8-ci ildə Mollakənd bələdiyyəsinə 2*50 manat dotasiya ayrılmışdır. Həmin məbləğdən *250 manatını əmək haqqına, 249 manat ödənilməmiş DSMF xərclərinə, *20 manat 6 saylı regional mətbuatyayım idarəsinə, 350 manat illik audit keçirilməsinə, *20 manat isə kənd bələdiyyələrin milli assosasiyasına üzvlük haqqı və s. xərclər ödənilmişdir. Ayrılmış dotasiya təyinatı üzrə istifadə olunmamış, yalnız büdcə kəsirini və zəruri xərcləri ödəmək üçün istifadə olunmuşdur. 20*8-ci il ərzində bələdiyyə büdcəsinə daxil olan məbləğ 5388.77 manat, xərclənən məbləğ isə 5456.*5 manat olmuşdur. Daxil olan vəsaitin 390* manatını bələdiyyə sədri kimi özünə əmək haqqı yazaraq əldə etmişdir. 20*9-cu ildə Mollakənd bələdiyyəsinə 2050 manat dotasiya ayrılmışdır. Həmin məbləğdən *460 manatını əmək haqqına, 500 manat ödənilməmiş DMSF xərclərinə və digər xərclərə ödənilmişdir. Ayrılmış dotasiya təyinatı üzrə istifadə olunmamış, yalnız büdcə kəsirini və zəruri xərcləri ödəmək üçün istifadə olunmuşdur. 20*9-cu il ərzində bələdiyyə büdcəsinə daxil olan məbləğ 5473.97 manat, xərclənən məbləğ isə 5474.29 manat olmuşdur. Daxil olan vəsaitin 4704 manatını bələdiyyə sədri kimi özünə əmək haqqı yazaraq əldə etmişdir. 2020-ci ildə Mollakənd bələdiyyəsinə 2*50 manat dotasiya ayrılmışdır. Həmin məbləğdən *590 manatını əmək haqqına, 240 manat 6 saylı regional mətbuatyayım idarəsinə, *20 silahlı qüvvələrə yardım fonduna, *80 manat isə kənd bələdiyyələrin milli assosasiyasına üzvlük haqqı və s. xərclər ödənilmişdir. Ayrılmış dotasiya təyinatı üzrə istifadə olunmamış, yalnız büdcə kəsirini və zəruri xərcləri ödəmək üçün istifadə olunmuşdur. 2020-ci il ərzində bələdiyyə büdcəsinə daxil olan məbləğ 392*.22 manat, xərclənən məbləğ isə 39*9.78 manat olmuşdur. Daxil olan vəsaitin 33*5 manatını bələdiyyə sədri kimi özünə əmək haqqı yazaraq əldə etmişdir. 202*-ci ildə Mollakənd bələdiyyəsinə 2*50 manat dotasiya ayrılmışdır. Həmin məbləğdən **30 manatını əmək haqqına, 250 manat ödənilməmiş DSMF borclarına, 600 manat audit keçirilməsinə, *20 manat isə kənd bələdiyyələrin milli assosasiyasına üzvlük haqqı və s. xərclər ödənilmişdir. Ayrılmış dotasiya təyinatı üzrə istifadə olunmamış, yalnız büdcə kəsirini və zəruri xərcləri ödəmək üçün istifadə olunmuşdur. 202*-ci il ərzində bələdiyyə büdcəsinə daxil olan məbləğ 4932.24 manat, xərclənən məbləğ isə 4934.04 manat olmuşdur. Daxil olan vəsaitin 3567 manatını bələdiyyə sədri kimi özümə əmək haqqı yazaraq əldə etmişdir. 20*7-20*8 və 2020-ci illərdə bələdiyyədə audit yoxlaması keçirilmiş, 20*9-cu ildə isə audit yoxlaması keçirilməmişdir. Lakin keçirilmiş audit yoxlamalarının nəticələrini əks etdirən rəylər hazırda onda deyildir. Həmin sənədlərin harada olmasını bilmir. Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 saylı iclas protokolunun 4-cü səhifəsində “İclasda iştirak etmiş bələdiyyə üzvlərinin imzaları” hissəsində 6-cı sıranın qarşısında Şahid* əvəzinə və 8-ci sıranın qarşısında Şahid2 əvəzinə imzaların kim tərəfindən icra edildiyini xatırlamır, lakin həmin şəxslərin əvəzinə imzaları o icra etməmişdir. 202*-ci ildə bələdiyyə tərəfindən “Safrus Qərb MMC”-nə 2*0 manat məbləğində vəsait ödənilmişdir. Həmin pul vəsaitini kənddə işlərin görülməsi üçün şirkətin hesabına köçürmüşdür. Şirkət tərəfindən də hazırda xatırlamadığı işlər görülmüşdür. Lakin bununla bağlı şirkətlə bələdiyyə arasında xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə bağlanmamışdır. “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərindən məlumatlı olmadığı üçün qanunun 3.4.4-cü bəndinin (əmək haqqının yalnız nağdsız qaydada ödənilməli olması) tələblərini pozaraq əmək haqqı adı ilə Azərpoçtun Kürdəmir rayon filialından *38*0 manat pul vəsaitini nağd formada əldə etmişdir. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən “yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz” müddəasından məlumatı olsa da, ödəniş tapşırıqlarında artıq məbləğdə əməkhaqları göstərərək bələdiyyənin 20*7-ci büdcə ili ərzində bələdiyyənin 4506 manat olmuş ümumi büdcəsinin yalnız 2253 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 2320 manat ayırmaqla 67 manat, 20*8-ci büdcə ili ərzində bələdiyyənin 5457,78 manat olmuş ümumi büdcəsinin yalnız 2728,89 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 390* manat ayırmaqla **72,** manat, 20*9-cu büdcə ili ərzində bələdiyyənin 5475,6 manat olmuş ümumi büdcəsinin yalnız 2787,8 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 4704 manat ayırmaqla *966,2 manat, 2020-ci büdcə ili ərzində bələdiyyənin 3922,53 manat olmuş ümumi büdcəsinin yalnız *96*,27 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 33*5 manat ayırmaqla *353,73 manat və 202*-ci büdcə ili ərzində bələdiyyənin 4934,99 manat olmuş ümumi büdcəsinin yalnız 2467,50 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 3567 manat ayırmaqla *099,50 manat, ümumilikdə isə 5658,54 (beş min altı yüz əlli səkkiz manat əlli dörd qəpik) manat məbləğində artıq yerli büdcə vəsaitini bələdiyyə sədri kimi əməkhaqqı az olduğundan özünə əmək haqqı yazaraq bələdiyyənin Azərpoçtun Kürdəmir rayon filialında olan hesabından əldə edərək öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Hazırda cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.2.3-cü maddəsi ilə olan hissəsində zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edib. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ilk dəfə cinayət əməlinə yol verdiyini, törətdiyi əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, ixtisasca rus dili müəlliməsidir, 20*9-cu il bələdiyyə seçkilərindən bu günə kimi Mollakənd bələdiyyəsinin üzvüdür. Sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən *037 manat məbləğində bələdiyyəyə dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında Şahid* ifadəsində göstərdi ki, ixtisasca informatika müəllimi olmaqla Bakı şəhəri, Z.Əliyeva adına liseydə informatika müəllimi işləyir. 20*9-cu il bələdiyyə seçkilərindən bəri Mollakənd bələdiyyəsinin üzvüdür. Mollakənd bələdiyyəsinin hazırki sədri Ağamir Həsənov və əvvəlki sədri Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Mollakənd bələdiyyəsinə məxsus torpaq sahələrinin icarə müqavilələri əsasında istifadəyə verilməsi, eləcə də icarə müddəti başa çatmış torpaq sahələrinin geri alınması ilə bağlı tədbirlər görülməsi kimi məsələlər birbaşa bələdiyyə sədri tərəfindən həyata keçirilir. Onun bu işdə heç bir faktiki fəaliyyəti yoxdur. Mollakənd Bələdiyyəsinin bütün iclas protokolları ilə tanış olaraq bildirmişdir ki, bələdiyyənin fəaliyyəti ilə bağlı heç bir məlumatı yoxdur, heç bir sənədə imza etməmişdir. Bələdiyyə üzvü seçildikdən sonra bələdiyyənin heç bir iclasında iştirak etməmişdir. Buna görə də bələdiyyənin fəaliyyətindən məlumatı yoxdur. Hətta Bakı şəhərində işlədiyindən 202*-ci ildə Mollakənd bələdiyyəsinə müraciət edərək bələdiyyə üzvlüyündən ayrılmaq istədiyini bildirmişdir. Buna görə sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs ona *5.*0.202*-ci il tarixli, 205 nömrəli arayış verərək bələdiyyə üzvlüyündən azad olunduğunu bildirmişdir. Hazırda Mollakənd bələdiyyəsi hesabına əmək haqqı alan şəxslərin kim olmasını bilmir. Hazırda Mollakənd bələdiyyəsində ondan başqa 8 nəfər üzv vardır. Həmin şəxslərdən Təqsirləndirilən şəxs, X4, Nümayəndə, X2 tanıyır, digər bələdiyyə üzvlərini tanımır. Bələdiyyədən əmək haqqı almır. Bakı şəhərində Z.Əliyeva adına liseydə müəllim kimi çalışaraq əmək haqqı almaqdadır. Bələdiyyə üzvlərinin keçirdiyi heç bir iclasda iştirak etməmişdir. Bu həm bələdiyyənin sabiq sədri Təqsirləndirilən şəxs fəaliyyəti dövründə, həm də hazırki sədr Ağamir Həsənovun dövründə bu qaydada olmuşdur. Onun sadəcə bələdiyyə üzvü kimi siyahıda adı vardır. Keçirilən heç bir iclasdan və qəbul olunmuş qərarlardan məlumatı yoxdur. Ağamir Həsənov 4 aprel 2022-ci il tarixdə bələdiyyə sədri seçilmişdir. Həmin iclasda iştirak etməmişdir. Həmin vaxt o Bakı şəhərində olmuşdur. Buna görə də Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 saylı iclas protokolunun 4-cü səhifəsində “İclasda iştirak etmiş bələdiyyə üzvlərinin imzaları” hissəsində 6-cı sıranın qarşısındakı imza ona məxsus deyildir. Həmin protokolda onun əvəzinə imza çəkən şəxsin kim olmasını bilmir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, ixtisasca kimya-biologiya müəlliməsidir, repitetorluq fəaliyyəti ilə məşğul olur, 3-4 ildir ki, Mollakənd bələdiyyəsinin üzvüdür, lakin dəqiq olaraq hansı tarixdən bələdiyyə üzvü seçildiyini xatırlamır, Zərərçəkmiş şəxs hazırki sədri Ağamir Həsənov onun qardaşıdır. Mollakənd bələdiyyəsinə məxsus torpaq sahələrinin icarə müqavilələri əsasında istifadəyə verilməsi, eləcə də icarə müddəti başa çatmış torpaq sahələrinin geri alınması ilə bağlı tədbirlər görülməsi kimi məsələlər birbaşa bələdiyyə sədri tərəfindən həyata keçirilir. Onun bu işdə heç bir faktiki fəaliyyəti yoxdur. Mollakənd Bələdiyyəsinin bütün iclas protokolları ilə tanış olaraq bildirmişdir ki, bələdiyyənin fəaliyyəti ilə bağlı heç bir məlumatı yoxdur. Bələdiyyə üzvü seçildikdən sonra bələdiyyənin heç bir iclasında iştirak etməmiş, buna görə də bələdiyyənin fəaliyyətindən məlumatı yoxdur. Hazırda Mollakənd bələdiyyəsi hesabına əmək haqqı alan şəxslərin kim olmasını bilmir. Ağamir Həsənov 4 aprel 2022-ci il tarixdə bələdiyyə sədri seçilmiş, Təqsirləndirilən şəxs hansı səbəbdən bələdiyyə sədrliyindən azad edilməsindən də məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Kürdəmir rayon prokurorunun 30 mart 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs 0*.0*.20*7-ci il tarixdən 0*.0*.2023-cü il tarixədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasına dair müstəqil auditorun hesabatından görünür ki: Audit yoxlaması Kürdəmir rayon prokurorluğundan təqdim edilən sənədlər əsasında aparılıb. Zərərçəkmiş şəxs hazırki sədri X8 audit yoxlamasına xx.xx.2023-cü il tarixdə verdiyi izahatda göstərmişdir ki, əvvəlki bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən ona bələdiyyə sədri kimi fəaliyyət göstərdiyi dövrə aid mühasibat və digər sənədləri təhvil verməmişdir. Sabiq bələdiyyə sədri Qasımov X*0 rayon prokurorluğunda araşdırılan 25-C- 23 nömrəli materialda olan izahatında da göstərmişdir ki, onun Zərərçəkmiş şəxs sədri kimi fəaliyyət göstərdiyi dövrə aid heç bir təsdiqedici sənəd yoxdur. Kürdəmir rayon prokurorluğu tərəfindən audit yoxlamasına təqdim edilən sənədlər də prokurorluğun müraciəti ilə Azərpoçtun Kürdəmir rayon filialı tərəfindən təqdim edilmişdir. Dövriyyədən göründüyü kimi sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi dövr ərzində bələdiyyə büdcəsindən 20*7-ci ildə 4436.98 manat, 20*8-ci ildə 5456.*5 manat, 20*9-cu ildə 5474.29 manat, 2020-ci ildə 39*9.78 manat, 202*-ci ildə isə 4934.04 manat olmaqla cəmisi 2422*.24 manat pul vəsaiti xərclənmişdir. Xərclənən vəsaitdən sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən 20*7-ci il üzrə 4*5 manat, 20*8-ci il üzrə 4*2 manat olmaqla cəmi 827 manat məbləğində nağd pul təsərrüfat xərci adı ilə alınaraq xərclənməsi barədə bələdiyyəyə hesabat verilməmişdir. Bundan əlavə 202*-ci ildə bələdiyyə tərəfindən “Safrus Qərb MMC”-nə 2*0 manat məbləğində vəsait ödənilmişdir. Lakin həmin pulun köçürülməsi üçün əsas olan sənədlər ( müqavilə, işin yerinə yetirilməsi aktı, qaimə və s.) audit yoxlamasına təqdim edilməmişdir. Sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi dövr ərzində *7807 manat əmək haqqı ödənilmişdir. Həmin vəsaitin *38*0 manatı nağd qaydada, 3997 manatı isə köçürmə yolu ilə əmək haqqı kartlarına ödənilmişdir. Lakin həmin məbləğlərin hansı dövr üçün, hansı əmək haqqı cədvəllərinə əsasən və kimlərə ödənilməsi barədə audit yoxlamasına təqdim edilən materialda heç bir sənəd yoxdur. Sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs prokurorluğa verdiyi izahatında da göstərmişdir ki, bələdiyyədə heç bir təsdiqedici sənəd yoxdur. 0*.0*.20*7-ci il tarixdən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” AR qanunun 3.4.4-cü bəndinə əsasən əmək haqqının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir. Buna baxmayaraq sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən qanunun bu bəndi pozularaq əmək haqqı adı ilə Azərpoçtun Kürdəmir rayon filialından *38*0 manat nağd pul alınmışdır və yuxarıda göstərildiyi kimi pulun kimlərə ödənilməsi barədə heç bir sənəd yoxdur. Sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən qanunun bu bəndinin pozulmasına şəraiti Azərpoçtun Kürdəmir rayon filialının işçiləri yaratmışdılar. 0*.0*.20*7-ci il tarixdən əmək haqqının nağd ödənilməsi qanunla qadağan edildiyindən həmin təşkilat əmək haqqının nağd nağd şəkildə verilməsinə yol verməməliydi. *3.0*.2009-cu il tarixdə AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Büdcədən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması” qaydalarının *.*-ci bəndində göstərilir ki, büdcə təşkilatlarının banklardan aldıqları nağd pullar kassaya mədaxil edildikdən sonra təyinatı üzrə xərclənməlidir. Audit yoxlamasına təqdim edilən materialda Zərərçəkmiş şəxs tərəfindən mühasibatlığa aid heç bir təsdiqedici sənəd olmadığından bələdiyyədə kassa kitabının, ciddi hesabat blankı olan kassa mədaxil orderinin olubolmaması və işlənməsi barədə məlumatım olmadığına görə sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən əmək haqqı adı ilə alınmış *38*0 manat, təsərrüfat xərci adı ilə alınmış 827 manat məbləğində vəsaitə görə kassa mədaxil orderi yazıb, kassa kitabına işlənməsi barədə fikir bildirə bilmirəm. Auditlə əhatə olunan dövr ərzində sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi müddətdə bələdiyyə torpaqların mülkiyyətə, icarəyə və istifadəyə verilməsinə dair sənəd audit yoxlamasına təqdim edilmədi. Yeni sədr X5 fəaliyyət göstərdiyi dövr ərzində isə bələdiyyə büdcəsindən xx.xx.2022ci ildən 0*.0*.2023-cü il tarixədək 4552 manat əmək haqqına, 300 manat sosial müdafiəyə, *80 manat asossasiyaya, *00 manat YAP üzvlük haqqına, 230.40 manat qəzet abunəsinə, 97.20 manat X*2, *00 manat ƏT Planlaşdırma Mərkəzinə, 2500 manat Safrus Qərb MMCyə və 35.76 manat poçt xidmətinə cəmisi 8095.36 manat məbləğində pul vəsaiti xərclənmişdir. Həmin vəsaitdən 2500 manat məbləği 20 iyul 2022-ci il tarixli müqaviləyə əsasən Safrus Qərb MMC-yə su kanallarının təmizlənməsi üçün köçürülmüş və xx.xx.2022-ci il tarixli 693073 saylı, elektron qaimə alınmışdır (müqavilə və görülən işin təhvil verilməsinə dair akt olmaqla). Dövriyyədən göründüyü kimi qalan məbləğlər məcburi ödənişlərə (əmək haqqı, DSMF, Silahlı qüvvələr, asossasiya, YAP, abunə, poçt xərci və s.) sərf edilmişdir. İki halda Mollakənd bələdiyyəsi ərazisindəki torpaqların satışı üçün hərrac keçirilmiş və hərrac qalibləri X9 və X7 ilə *6 iyul 2022-ci il tarixdə notarial qaydada daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış və 2430 manat məbləğində vəsait bələdiyyənin büdcəsinə ödənilmişdir. “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Qanunun 8-ci maddəsinin 2-ci bəndinin axırıncı abzasında göstərilir ki, bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Lakin hər iki bələdiyyə sədrinin dövründə dövlət büdcəsindən ayrılan dotasiya istisna olmaqla qalan vəsaitlərin xərclənməsi zamanı bələdiyyənin ümumi iclas qərarı verilməmişdir. Yalnız hazırki bələdiyyə sədri X5 işlədiyi dövr ərzində 2500 manat su kanalının təmizlənilməsinə, *524.80 manat isə abunə haqqının ödənilməsi üçün (yalnız 230.40 manat ödənilmişdir) ümumi iclasın qərarı verilmişdir. Ümumilikdə bələdiyyədə mühasibat və vergi uçotu mövcud qanunvericiliyə uyğun işlənməmiş, hesablar üzrə sintetik və analitik uçot işlənməmiş, hesablara yekun vuraraq qalıqlar çıxarılmamış, vergi və ödənişlərin hesablanması aparılmamış və toplanmamışdır. Bələdiyyədə mühasibat uçotu bərpa edilməlidir. - məhkəmə-xətşünaslıq ekspertizasının *4.*2.2023-cü il tarixli, 4/*99* nömrəli rəyindən görünür ki: *.* Ekspertizaya təqdim edilmiş Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin xx.xx.2022-ci il tarixli ümumi iclasının 04 nömrəli protokolunun 4-cü vərəqində “İclasda iştirak etmiş bələdiyyə üzvlərinin imzaları” hissəsində 6-cı sırada “Şahid*” yazılarından əvvəl yerləşən imza - Şahid* tərəfindən yox, X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. *.2 Ekspertizaya təqdim edilmiş Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin xx.xx.2022-ci il tarixli ümumi iclasının 04 nömrəli protokolunun 4-cü vərəqində “İclasda iştirak etmiş bələdiyyə üzvlərinin imzaları” hissəsində 8-ci sırada “Şahid2” yazılarından əvvəl yerləşən imza - Şahid2 tərəfindən yox, X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin xx.xx.2022-ci il tarixli ümumi iclasının 04 nömrəli protokolunun 4-cü vərəqində “İclasda iştirak etmiş bələdiyyə üzvlərinin imzaları” hissəsində 6-cı sırada “Şahid*” və 8-ci sırada “Şahid2” yazılarından əvvəl yerləşən imzaların Təqsirləndirilən şəxs Şamıl oğlu tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. - məhkəmə-mühasibatlıq ekspertizasının 28.*2.2023-cü il tarixli, 9/9823 nömrəli rəyindən görünür ki, 20*7-2022-ci illərdə hər il üzrə bələdiyyənin gəlirləri və xərcləri audit hesabatında öz əksini tapmışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Zərərçəkmiş şəxs 0*.0*.20*7-ci il tarixdən 0*.0*.2023-cü il tarixədək olan dövrün maliyyətəsərrüfat fəaliyyətinin yoxlanılması ilə bağlı sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs Şamıl oğlu 20*7-ci il üzrə 4*5,00 manat, 20*8-ci il üzrə 4*2,00 manat olmaqla cəmi 827,00 manat məbləğində nağd pul təsərrüfat xərci adı ilə alınaraq xərclənməsi barədə bələdiyyəyə hesabat verilməmiş və həmin pul vəsaitinin şəxsi məqsədlər üçün istifadə olunması nəticəsində Zərərçəkmiş şəxsnə 827,00 manat məbləğində ziyan vurulması müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. - Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Mollakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs Şamıl oğlu müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şamıl oğlunun DİN-in Vahid məlumat-axtarış sistemində məhkumluqları barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. - iş üzrə verilmiş əməliyyat tapşırığına Kürdəmir RPŞ-dən daxil olmuş cavabdan görünür ki, Zərərçəkmiş şəxs sabiq sədri Təqsirləndirilən şəxs Şamıl oğlunun torpaq vermək adı ilə hər hansı şəxsdən pul alması, eləcə də onun qanunsuz hərəkətlərindən zərər çəkən şəxslərin olması barədə əməliyyat qrupuna məlumat daxil olmamışdır. - Maliyyə Nazirliyinin Kürdəmir rayonu üzrə Maliyyə şöbəsinin 3-23-33/2-52/2023 nömrəli, *7 mart 2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən şöbəyə yalnız 20*7, 20*8, 202* və 2022-ci illərə aid hesabatlar təqdim edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş, 3-*6-03/2-*046/*0/2023 nömrəli *0.04.2023-cü il tarixli məktubdan görünür ki, Kürdəmir rayonu Mollakənd bələdiyyəsi 08.02.200*-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və Kürdəmir rayon Mollakənd bələdiyəsinin sədri X5 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən bələdiyəyə dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu *037 manat olan ziyanın 25 faizini, yəni 260 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq AR CM-nin *79.2.3 və 308.*-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 4*.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə,təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.* və 43.*.* maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusu ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-*.2-ci maddəsinə görə bu Məcəllənin *78.2, *79.2 *86.2.*, *89-*.2-*-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və X* sədri X5 məhkəməyə təqdim etdikləri ərizələrdə Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə dəymiş maddi ziyanın ödənildiyini və Təqsirləndirilən şəxsla barışdıqlarını, ona qarşı heç bir iddiaları, şikayət və ya tələblərinin olmadığını göstərmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə mənimsəmə cinayəti üzrə vurduğu *037 manat ziyanın 25 faizini, yəni 260 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışması, cinayət nəticəsində vurduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini həll edərkən işin aşağıdakı hallarını da nəzərə almışdır. Əvvələn, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*-ci maddəsinin dispozisiyasına görə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyəti yaranır. Həmin maddənin qeyd hissəsində xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları bələdiyyə rəhbərləri və işçiləri vəzifəli şəxslər kateqoriyasına daxil edilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs 2000-ci ildən 4 aprel 2022-ci il tarixədək Kürdəmir rayon Mollakənd kənd bələdiyyəsinin sədri vəzifəsində çalışmış, həmin dövrə aid əldə edilmiş sənədlər üzrə 5658,54 manat məbləğində artıq yerli büdcə vəsaitini əmək haqlarına ayırmaqla sədri olduğu Zərərçəkmiş şəxs yerli büdcəsinin idarə edilməsi sahəsində qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.*-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 4*.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, bələdiyyəyə dəymiş maddi ziyanın tam ödənilməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq AR CMnin 308.*-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası və törətdiyi cinayət əməlinin xarakterini nəzərə alaraq, CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) *-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, CPM-in 346.*.2*-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 232 (iki yüz otuz iki) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin *93.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi *20 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 35*-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 0* (bir) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs 232 (iki yüz otuz iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi *20 (bir yüz iyirmi) manat xidmət haqqı ödənilsin. Hökm ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.*-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
SƏDRLİK EDƏN: X.X.İMANOV