Məhkəmə qərarları › İş №1(041)-30/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-30/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-30/2025 12.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə sat 14:30 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadıqları kənddə həmin kənd sakini Zərərçəkmiş şəxs nəyə görə əri Şahid söydüyünü soruşduqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əli ilə itələyərək söyüb təhqir etdiyindən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başına və qoluna ağacla bir neçə dəfə qəsdən vuraraq ona sol bazunun qançırı ilə müşaiyət olunan sağlamlığa zərərvurmayan, başın alın və ənsə nahiyəsinin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunun Şıxımlı kəndində yaşayır, Zərərçəkmiş şəxs əri Habilin əmisı qızıdır. Zərərçəkmiş şəxs ilə heç bir ədavətləri və düşmənçilikləri olmamış, Zərərçəkmiş şəxs ailəsi Bakı şəhərində yaşadığından Zərərçəkmiş şəxs təxminən 7-8 ilə yaxındır ki, Şıxımlı kəndində anası Roza ilə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Elza məktəbdən çıxıb evə gəldiyi vaxt Habil Elzadan nəyə görə pay torpaq sahəsini qaytarmadığını soruşduqda, Elza torpaq sahəsinin ona məxsus olduğunu deyərək Habili söyüb təhqir etdiyindən o, da gələrək Elzaya nəyə görə əri Habili söydüyünü demiş, Elza onu da söyüb təhqir edərək itələmiş, ona görə də əlində olan ağacla Elzanın başına və qoluna vurmuş, daha sonar Elza yenidən onları söyüb təhqir edərək çıxıb getmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin göstərdi ki, hadisəni kənardan görən və eşidən olmamış, hadisə təxminən 5 dəqiqəyə yaxın davam etmiş, hadisə zamanı istifadə etdiyi ağac sındığından tullamışdır. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuş və zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunun Şıxımlı kəndində yaşayır, Şahid əmisi oğlu, Təqsirləndirilən şəxs Habilin arvadıdır. Ailəsi Bakı şəhərində yaşadığından təxminən 7-8 ilə yaxındır ki, Şıxımlı kəndində anası Roza ilə yaşayır, Köhnəbazar tam orta məktəbində müəllimə işləyir, xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində məktəbdən çıxıb evə gəldiyi vaxt Habilgilin evinin yanı ilə gedərkən Habil ilə rastlaşmış, Habil ondan nəyə görə pay torpaqlarını başqa şəxsə verdiyini soruşduqda, anası evdə tək və xəstə olduğundan tələsik getdiyinə görə Habilə heç bir söz deməmişdir. Habil onun arxasına söyüb təhqir etmişdir. O da geri çevrilib Habildən nəyə görə söydüyünü soruşduqda, həmin vaxt Habilin arvadı Vəfa əlində ağacla onun üstünə gələrək başına və bədən nahiyəsinə vuraraq döyüb xəsarət yetirmişdir. Sonra çıxıb evə getmiş, evə getdikdən sonra özünü yaxşı hiss etmədiyindən Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, xəstəxanada ona tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Habil onu söyüb təhqir etmiş, Vəfanın onu ağacla vuraraq döyüb xəsərət yetirdiyini kənardan görən və eşidən olmamış, hadisə təxminən 5 dəqiqəyə yaxın davam etmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavabında göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında barışıq olmuşdur, ona qarşı şikayəti və tələbi olmadığını nəzərə alaraq işin icraatına xitam verilməsini, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstəmişdir ki, Kürdəmir rayonunun Şıxımlı kəndində yaşayır, Zərərçəkmiş şəxs onun əmisı qızıdır. Zərərçəkmiş şəxs ilə heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Elza məktəbdən çıxıb evə gəldiyi vaxt ondan nəyə görə pay torpaq sahəsini qaytarmadığını soruşduqda, Elza torpaq sahəsinin ona məxsus olduğunu deyərək onu söyüb təhqir etdiyindən arvadı Vəfa da gələrək Elzaya nəyə görə onu söydüyünü demiş, Elza onu da söyüb təhqir edərək itələmiş, ona görə də arvadı Vəfa əlində olan ağacla Elzanın başına və qoluna vurmuş, daha sonar Elza yenidən onları söyüb təhqir edərək çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs alının əziyi ilə xəstəxanaya daxıl olmuş və döyüldüyünü demişdir (i.v 2-3); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/2330 saylı meterial üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. (i.v.5); xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Kürdəmir rayon Şıxımlı kəndində hadisə yerinə baxış heçirilmişdir (i.v 16-18); Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-1258/2024 nömrəli məktubdan görünür ki, Bəkirova X1 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur (i.v.22); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.29-30); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X4 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-316045/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır (i.v. 31); xx.xx.2024-cü il tarixli ailə tərkibi və yaşayış haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əri Şahid (1967) və oğlu X3 (2003) ilə birlikdə yaşayır (i.v. 34-35); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin, canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 570 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- başın alın nahiyəsinin və başın ənsə nahiyəsinin hematoması sol bazunun yan səthinin qançırı. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarda göstərilən 09 dekabr 2024-cü il tarixdə əmələ gəlməyə uyğundur. Qeyd olunan xəsarətlərdən-Başın alın və ənsə nahiyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Sol bazunun qançırı sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (i.v.40-41); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyərək, Zərərçəkmiş şəxs ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlakın olmmaması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar