Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-31/2023 18.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ttihamının müdafisəi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnın və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1964-ci il tarixdə Beyləqan rayonu 1-ci Aşıqlı kəndində anadan olmuş, məhkumluğu olmayan, evli, təqaüdçü, fərdi əməklə məşğul olan, Beyləqan rayonu 1- ci Aşıqlı kəndində qeydiyyatda olmaqla, hazırda Sumqayt şəhəri, məhəllə 44, bina 1, mənzil 13-də kirayədə yaşayan, barəsində başqa yerə yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək ona arvadı X1 dayandırılmış təqaüdünü bərpa edəcəyinə vəd verərək 2500 manat məbləğində pul alıb ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Belə ki, o, xx.xx.1967-ci il təvəllüdlü Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək ona arvadı X1 dayandırılmış təqaüdünü 2500 manat pul müqabilində bərpa etdirəcəyini yalandan vəd edib, tamah və vahid niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində 100 manat pulu, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Kürdəmir rayonu, Yeni Şıxımlı kəndi ərazisində yerləşən “Asan Xidmət»in qarşısında Zərərçəkmiş şəxs oğlu Şahid1 vasitəsi ilə göndərdiyi 500 manat pulu, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs oğlu Şahid1 Kürdəmir rayonu Sığırlı kəndi ərazisində olan “Edu” marketdə yerləşən “E-Manat” aparatı vasitəsilə ilə onun kart hesabına göndərdiyi 200 manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs oğlu Şahid1 vasitəsi ilə göndərdiyi 170 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində Zərərçəkmiş şəxs özündən 1500 manat pulu və nəqliyyat xərcləri adı ilə 30 manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə Müslüm adlı tanışı ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasının qarşısında görüşdüyünü, Müslümün Kürdəmir rayon Mərkəzi xəstəxanasında işi olduğunu və sənədlərinə möhür vurdurmaq üçün Müslümün ondan onunla getməsini istədiyini, Müslümlə birlikdə Kürdəmir rayon Mərkəzi xəstəxanasın içərisində olan zaman Müslümün həmkəndlisi Şahin adlı şəxslə qarşılaşdığını, həmin zaman Şahinin yanında yoldaşı Rühəngizin olduğunu, Şahinin ona yoldaşı Rühəngizin pensiyasının kəsildiyini dediyini, Şahinə pensiyanı bərpa etdirməyə köməklik edə biləcəyini dediyini, bir az söhbətləşəndən sonra Şahinə onu Mollakənd körpüsü adlandırılan yerə düşürməsini dediyini, Şahinin onunla razılaşdığını, Şahinlə birlikdə avtomobilə əyləşən zaman Şahinin arvadı Rühəngiz xəstəxanada qaldığını, yol gedən zaman Şahindən onun arvadının təqaüdünün düzəlməsi üçün 2500 manat pul lazım olmasını dedikdə Şahinin onunla razılaşdığını, Şahin ona avtomobildə Kürdəmir-Mollakənd yolunda “Mollakənd“ körpüsü adlandırılan yerdə saat təxminən 12 radələrində ona 2500 manat puldan 100 manat pul verdiyini, bundan sonra yoldan keçən avtomobillərdən birinə əyləşib Beyləqan rayonuna getdiyini, tez-tez Şahinlə telefon əlaqəsi saxlayaraq qısa zaman ərzində arvadının təqaüdünü bərpa etdirəcəyini dediyini, təxminən 1 aydan sonra 2021-ci ilin iyun-iyul aylarında Şahinə zəng edib arvadı ilə oğlunun Bakı şəhərinə gəlməsini və tez-tez xəstəxanaya gedəcəyini dediyini, Şahin onların gələ bilməyəcəyini dedikdə Şahinə ailəsi gələ bilmədiyi üçün ona etibarnamə verməsini istədiyini, sonra Şahinin oğlu Qafqazla telefonla danışanda təqaüdün bərpası üçün 500 manat pul lazım olmasını dediyini, Qafqaz atası Şahinlə məsləhətləşdikdən sonra ona deyəcəyini bildirdiyini, təxminən 2 gün sonra xx.xx.2021-ci il tarixdə Kürdəmir rayonuna gəldiyini, “Asan Xidmətdə” Şahinin arvadı Rühəngiz və onun oğlu Qafqazla görüşdüyünü, “Asan Xidmətdə” olan zaman Rühəngiz ona 6 aylıq etibarnamə verdiyini, sonra “Asan Xidmətin” həyətində saat təxminən 13 radələrində 500 manat pulu Qafqazın ona verdiyini, bundan sonra Bakı şəhərinə getdiyini, təxminən 5 ay sonra Qafqaza zəng edib təqaüdünün bərpası üçün analizlərin istədiyi kimi olmadığını, cavablarını dəyişmək üçün 200 manat pul lazım olmasını dediyini, Qafqazın atası ilə məsləhətləşib ona xəbər edəcəyini dediyini, təxminən 15 dekabr 2021-ci il tarixdə Qafqazın ona zəng edərək 200 manat pulu necə göndərəcəyini soruşduğunu, Qafqaza kartının şəklini göndərdiyni, saat təxminən 15 radələrində Qafqaz ona 200 manat pulu “E-manat” vasitəsi ilə göndərdiyini, bundan sonra həmin pulu şəxsi etiyacları üçün xərclədiyini, təxminən 2022-ci ilin fevral ayında Qafqaza zəng edib anası Rühəngizin analiz verməsi lazım olduğunu və Bakı şəhərinə gəlməsini istədiyini, xx.xx.2022-ci il tarixdə Qafqaz və anası Rühəngiz Bakı şəhərinə gəldiklərini, birlikdə Mirqasımov adına Respublika kilinik xəstəxananın qarşısında görüşərək həmin xəstəxanada Rühəngizin analiz verdiyini, sonra xəstəxanın qarşısında olan zaman analizlər üçün əlavə 200 manat lazım olduğunu dediyini, həmin zaman Qafqaz ona 170 manat pulu olduğunu dedikdə həmin pulu verməsini Qafqazdan istədiyini, bundan sonra saat təxminən 14 radələrində 170 manat pulu alıb onları yola saldığını, yaşadığı evə qayıdaraq 2022-ci ilin mart ayında Şahinə zəng edib təqaüdün bərpası üçün 1500 manat pul lazım olduğunu dediyini, Şahində ona həll edəcəyini bildirdiyini, Şahinə Beyləqan rayonuna gedəcəyini qayıdan zaman xəbər edəcəyini dediyini, Şahində onunla razılaşaraq qaydanda ona xəbər etməsini istədiyini, həmin zaman Beyləqan rayonunda olduğunu, təxminən xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gedən zaman Şahinə zəng edib yola çıxdığını dediyini, Kürdəmir rayonu Sığırlı kəndinə çatıb Şahinə zəng etdiyini, saat təxminən 14 radələrində Şahinlə Kürdəmir rayonu Sığırlı kəndi ərazisində görüşdüyünü, həmin zaman Şahinin yanında oğlu Qafqazda olduğunu, Şahin ona 1500 manat pulu verdikdən sonra Bakı şəhərinə getdiyini, Şahinlə tez tez telefon əlaqəsi saxladıqda təqaüdünü düzəldəcəyini dediyini, pula ehtiyacı olduğundan 2500 manat pula Şahinə təqaüd düzəldəcəyini dediyini, Şahinin də ona inandığını görüb pulları şəxsi ehtiyaclarını ödəmək üçün aldığını, Şahin Ağaməmmədova ümumilikdə 2500 manat pul aldığını, həmin pullarıda şəxsi ehtiyacları üçün xərclədiyini, Şahin Ağaməmmədovdan başqa heç kimdən pul almadığını, göstərdiklərindən başqa hər hansı cinayət törətmədiyini, heç kimə təqaüd düzətmədiyini və düzəldən tanışı olmadığını, Şahinin ona inandığını görüb onu aldadmaq qərarına gəldiyini, Şahinə 2500 manat pul müqabilində təqaüd düzəldəcəyini yalandan vəd etdiyini bildirmişdir. O, hazırda həmin pulu qayratmamışdır və birdəfəlik də qaytarmaq imkanı yoxdur. Gələcəkdə 2500 manatı hissə-hissə ödəyə bilər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olduğunu və müharibə veteranı olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır. Təxminən 1 il bundan əvvəl oğlu Qafqazla Kürdəmir RMX-na yoldaşı Rühəngizin kəsilən əlillik təqüdünü bərpa etdirmək üçün getdiklərini, xəstəxanaya gedən zaman həmkəndliləri Şahid3 xəstəxanada gördüklərini, Müslümün yanında tanımadığı bir nəfər şəxs də olduğunu, Müslüm ondan nə səbəbə xəstəxanada olduqlarını soruşduqda arvadı Rühəngizin təqaüdünü bərpa etdirmək üçün gəldiyini dediyini, bu zaman Müslümün yanında olan əvvəllərdə tanımadığı bir nəfər şəxs ona təqaüdü bərpa edə biləcəyini dediyini, həmin şəxsdən adını soruşanda Məlik olmasını, Qarabağ veteranı, qazi, müharibə iştirakçısı, qeydiyyat üzrə Beyləqan rayonunda olsa da Sumqayıt şəhərində yaşadığını, istənilən yerdən istənilən xəstəlik sənədini almağa gücü çatdığını dediyini, arvadı Rühəngizə təqaüd düzəltmək üçün nə lazım olmasını Məlikdən soruşduqda Məlik onu Kürdəmir rayonu 4 yol adlandırılan əraziyə aparmağını ondan xahiş etdiyini və Məliki həmin əraziyə apardıqlarını, Məlikin yolda təqaüdün bərpası üçün 2500 manat pul lazım olmasını dediyini, bundan sonra Məlikə 2500 manat puldan 100 manatını verdiyini, sonra Məliyin Bakı şəhərinə gedən avtomobillərdən birinə əyləşib getdiyini, 1 ay sonra Məlik oğlu Qafqaza zəng edərək Rühəngizin ona etibarnamə verməsini və 500 manat istədiyini dediyini, Qafqaz onunla məsləhətləşəndən sonra Kürdəmir rayonu “Asan Xidmətdə” Rühəngiz Məlikə 6 aylıq etibarnamə və “ASAN Xidmətin” qarşısında Qafqazın ona 500 manat pul verdiyini, , bundan sonra Malik Qafqaza zəng edərək analizin alınmadığını əlavə olaraq 200 manat lazım olmasını dediyini, Malikə inanıb onunla razılaşdıqlarını, təxminən 2021-ci ilin dekabr ayında Kürdəmir rayonu Sığırlı kəndində “EDU” marketdə Qafqazın Malikin kartına 200 manat pul göndərdiyini, təxminən 2 ay sonra Məlikin oğlu Qafqaza zəng edərək Rühəngizi Bakı şəhərinə analizlər vermək üçün gətirməsini dediyini, oğlu Qafqazla Rühəngiz Bakı şəhərində Maliklə görüşüb Mirqasımov adına Respublika kilinik xəstəxananın getdiklərini, lakin növbə çox olduğundan Malik onlardan analizləri həll etmək üçün 170 manat pul istədiyini, Malikə inanıb pulu ona verərək Kürdəmir rayonuna gəldiklərini bundan sonra 2022-ci ilin mart ayında Məlik ona zəng edərək təqaüdün bərpası üçün əlavə 1500 manat pulun lazım olmasını dedikdə Məliklə razılaşdığını, 2022-ci ilin mart ayında Kürdəmir rayonu Sığırlı kəndində Məliklə oğlu Qafqazla birlikdə görüşdüklərini, Məlikə təqaüdün bərpası üçün 1500 manat pul verdiyini, Məlikin pulu aldıqdan sonra Bakı şəhərinə gedəcəyini deyərək çıxıb getdiyini, bundan sonra Məlikə dəfələrlə zəng edib danışsalarda Məlikin müxtəlif bəhanələr gətirdiyini, Məliyin onları aldatdığını sonradan başa düşüb bu barədə polisə məlumat verdiklərini,Məlikin ona kəsilmiş təqaüdünü 2500 manat pul müqabilində düzəldəcəyini vəd etdiyini, həmin pulun da 2470 manatını təqaüdünü bərpası, qalan 30 manatı isə yol xərci adı ilə Məlikə verdiyini, ona cəmi 2500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurduu ziyanı ödəməmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərdi ki, hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçidir və pulunu tələb edir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində təxminən 1 il bundan atası Şahinlə Kürdəmir RMX-na anası Rühəngizin kəsilən əlillik təqüdünü bərpa etdirmək üçün getdiklərini, xəstəxanaya gedən zaman həmkəndliləri Şahid3 xəstəxanada gördüklərini, Müslümün yanında tanımadıqları bir nəfər şəxs də olduğunu, Müslüm ondan nə səbəbə xəstəxanada olduqlarını soruşduqda atası arvadı Rühəngizin təqaüdünü bərpa etdirmək üçün gəldiyini dediyini, bu zaman Müslümün yanında olan əvvəllərdə tanımadığı bir nəfər şəxs ona təqaüdü bərpa edə biləcəyini dediyini, həmin şəxsdən adını soruşanda Məlik olmasını, Qarabağ veteranı, qazi, müharibə iştirakçısı, qeydiyyat üzrə Beyləqan rayonunda olsa da Sumqayıt şəhərində yaşadığını, istənilən yerdən istənilən xəstəlik sənədini almağa gücü çatdığını dediyini, təqaüd düzəltmək üçün nə lazım olmasını Məlikdən soruşduqda Məlik onu Kürdəmir rayonu 4 yol adlandırılan əraziyə aparmağını ondan xahiş etdiyini və Məliki həmin əraziyə apardıqlarını, Məlikin yolda təqaüdün bərpası üçün 2500 manat pul lazım olmasını dediyini, bundan sonra Məlikə 2500 manat puldan 100 manatını verdiyini, sonra Məliyin Bakı şəhərinə gedən avtomobillərdən birinə əyləşib getdiyini, 1 ay sonra Məlik ona zəng edərək Rühəngizin ona etibarnamə verməsini və 500 manat istədiyini dediyini, o, da Məliklə məsləhətləşəndən sonra Kürdəmir rayonu “Asan Xidmətdə” Rühəngiz Məlikə 6 aylıq etibarnamə və “ASAN Xidmətin” qarşısında Məlikə 500 manat pul verdiyini, , bundan sonra Məlik ona zəng edərək analizin alınmadığını əlavə olaraq 200 manat lazım olmasını dediyini, Məlikə inanıb onunla razılaşdıqlarını, təxminən 2021-ci ilin dekabr ayında Kürdəmir rayonu Sığırlı kəndində “EDU” marketdə o, Məlikin kartına 200 manat pul göndərdiyini, təxminən 2 ay sonra Məlik ona zəng edərək Rühəngizi Bakı şəhərinə analizlər vermək üçün gətirməsini dediyini, o,da anası Rühəngiz Bakı şəhərində Məliklə görüşüb Mirqasımov adına Respublika kilinik xəstəxananın getdiklərini, lakin növbə çox olduğundan Məlik onlardan analizləri həll etmək üçün 170 manat pul istədiyini, Malikə inanıb pulu ona verərək Kürdəmir rayonuna gəldiklərini bundan sonra 2022-ci ilin mart ayında Məlik atası Şahinə zəng edərək təqaüdün bərpası üçün əlavə 1500 manat pulun lazım olmasını dedikdə Məliklə razılaşdığını, 2022-ci ilin mart ayında Kürdəmir rayonu Sığırlı kəndində Məliklə atası Şahinlə birlikdə görüşdüklərini, Məlikə təqaüdün bərpası üçün 1500 manat pul verdiyini, Məlikin pulu aldıqdan sonra Bakı şəhərinə gedəcəyini deyərək çıxıb getdiyini, bundan sonra Məlikə dəfələrlə zəng edib danışsalarda Məlikin müxtəlif bəhanələr gətirdiyini, Məliyin onları aldatdığını sonradan başa düşüb bu barədə polisə məlumat verdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindiriliş Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2021-ci ildə Bakı şəhəri Mirqasımov adına xəstəxanada Məlik adlı şəxslə tanış olduğunu, Məliklə xəstəxanada bir otaqda müalicə aldığını, Məliklə çoxda ünsiyyəti olmadığını, təxminən 2021-ci il tarixdə bundan əvvəl Kürdəmir RMX-da Məlik ilə birlikdə həkim komissiyasında bir yerdə olduğunu, həmin zaman Zərərçəkmiş şəxs da xəstəxanada olduğunu, Təqsirləndirilən şəxs Şahinlə orada tanış olduqlarını, 2022-ci ilin iyul ayında həmkəndlisi Zərərçəkmiş şəxs ona 2500 manat pulu təqaüd bərpa etdirməyinə görə Məlikə verməsini dediyini, əvvəldən bu pul barədə heç bir xəbəri olmadığını, yalnız 2022- ci ilin iyul ayında Şahinin 2500 manat pulu pensiyanı bərpa etdirməsinə görə Məlikə verdiyini dediyini, o gündən Təqsirləndirilən şəxsla əlaqə saxlamadığını və onu görmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nın Birinci Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 131 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2 nəfərdən ibarət ailə üzvü vardır (bax iş vər. 97) İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nın Birinci Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 98) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs xx.xx.2003-ci il tarixli Sumqayıt Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 341.1-ci və 313-ci maddələri ilə təqsirləndirilərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixli Sumqayıt Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci, 179.2.2-ci və 179.2.3-ci maddələri ilə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci il tarixdə Qaradağ rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 04 ay 25 gün şərti azad olunub.Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli Beyləqan rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilərək qazancının 10% dövlət nəfinə keçrilməklə 01 il islah cəzasına məhkum edilmişdir. Sumqayt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Məhkumluğu ödənilmişdir.(bax iş vər. 50-52) İş materiallarında olan Beyləqan Mərkəzi rayon X6 Şəxsdən alınmış sorğuya cavab məktubundan görünür ki, Sadıqov X5 MRXPHŞ-ın Polikilinika şöbəsinin narkoloq eləcədə psixiatr həkiminin qeydiyyatında durmur. (bax iş vər. 95) Təqsirləndirilən şəxs V.M.Vahidovun məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 473 nömrəli vəsiqənin surətindən görünür ki, o, “Müharibə veteranı” medalı ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs V.M.Vahidovun məhkəməyə təqdim etdiyi xx.xx.20218-ci il tarixli, 1273 nömrəli vəsiqənin surətindən görünür ki, o,”Milli Ordu-100” medalı ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs V.M.Vahidovun məhkəməyə təqdim etdiyi xx.xx.1999-cu il tarixli M/V 055734 nömrəli vəsiqənin surətindən görünür ki, müharibə vetrqanıdır. Təqsirləndirilən şəxs V.M.Vahidovun məhkəməyə təqdim etdiyi vəsiqənin surətindən görünür ki, o, “Azərbaycan Respubliaksı Silahlı Qüvvələrinin 10 illiyi “yebley medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs V.M.Vahidovun məhkəməyə təqdim etdiyi vəsiqənin surətindən görünür ki, o, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs V.M.Vahidovun məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli, MV 014385 nömrəli Azərbaycan Qarabaq Müharibəsi Əlilləri, vetranları və şəhid ailələri ictimai Birliyinin üzvüdür. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq AR CM-nin 178.1-ci maddəsi ilə tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 39-cu bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1-ci bəndində göstərildir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşman olmasını, müharibə veteranı olamsını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsnın şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə onun maddi və əmlak vəziyyətini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsdə müvafiq hesab edir və hesab edir ki, cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarında olan 21 fevral 2023-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 14:30-da Bakı şəhəri ərazisində tutularaq Kürdəmir RPŞ-nə təhvil verilmişdir. Barəsində 21 fevral 2023-ci il tarixdə saat 18:30-da başqa yerə getməmək haqqında iltizam qtimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzanın əvvəli həbs olunduğu vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilərək barəsində həbs qətikan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə saxlandığı müddət, yəni bir gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddi ziyanın ödənilməməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 08 ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 18 aprel 2023-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxsə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-31/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-31/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver