Məhkəmə qərarları › İş №1(041)-31/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-31/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-31/2025 28.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:30-da idarə etdiyi “Ford Transit” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir şəhəri Bakı prospektində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman işıqforun qarşısında avtomobili dayandırıb «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-ci hissəsinin tələblərini pozaraq, yəni geriyə manevirin təhlukəsizliyini təmin etmədən dayandığı yerdən geriyə doğru hərəkət etdirərək yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olan piyada xx.xx.1958-cı il təvəllüdlü, Bakı şəhəri Gəncə prospekti ev 20 A, mənzil 10-da qeydiyyatda olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, baş beyinin diffuz travması, sağ gicgah sümüyünün sınığı, sağ gicgah nahiyəsində əzilmişcırılmış yara, alın-burunüstü nahiyədə sıyrıqlar, hər iki göz ətrafı nahiyələrinin hematomaları, travmatik şok ilə müşahidə olunan ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri alaraq, ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi və şahid ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, “Ford Transit” markalı **-SU-*** dövlət qeydiyyat nömrəli sərnişin avtomobili ona məxsusdur. Həmin sərnişin avtomobili ilə sifarişlə işləmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 15:30 radələrində avtomobilinin yağını dəyişmək üçün Kürdəmir şəhəri Bakı prospekti ilə hərəkət etmişdir. İşiqfora çatmağına az qalmış qırmızı işığın yandığını görmüş, avtomobili yolun sağ kənarına çəkərək arxaya doğru hərəkət etdirmişdir. Bu zaman arxadan anidən avtomobilin nəyəsə toxunma səsi eşitmişdir. O, dərhal avtomobili saxlamış, yerə düşmüş arxa hissəsinə qaçmış, bu zaman yerdə bir nəfər şəxsin uzandığını görmüşdür. Həmin şəxsə dərhal yaxınlaşmış, ilkin yardım göstərərək ətrafda olan şəxslərin köməkliyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin şəxs xəstəxanada ölmüşdür. O avtomobili idarə edən zaman tək olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin göstərdi ki, o, 15-16 ildir avtomobil idarə edir. Hadisə zamanı içkili olmamışdır. Avtomobili arxaya hərəkət etdirən zaman Zərərçəkmiş şəxs görməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X2 ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, evli və üç azyaşlı övladının olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. O, 2015-ci ildən Bakı şəhərində yaşayır. Atası Rasim xx.xx.2024-cü il tarixdə anası Şahid Bakı şəhərinə yola salacaqmış. Atası Zərərçəkmiş şəxs anası ilə birlikdə Kürdəmir şəhəri H.Əliyev prospektində yol kənarında dayanıb avtomobil gözləyən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Fort Transit” markalı **-SU- *** dövlət qeydiyyat nişanlı avtomobillə geriyə hərəkət edən zaman Zərərçəkmiş şəxs vurmuşdur. O, həmin zaman Bakı şəhərində olduğundan hadisəni görməmişdir. Lakin hadisəni anası Şahid görmüşdür və o, hadisəni ona danışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən atasının vəfatı ilə bağlı onlara dəyən ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində əri Rasimlə Bakı şəhərinə getmək üçün H.Əliyev prospektində yol kənarında dayanaraq avtomobil gözləmişdir. Rasim onlarla birlikdə piyadalar üçün nəzərdə tutulan yerdə dayanmışdır. Sonra Rasim Bakı şəhərinə gedən avtomobilin gəlib-gəlmədiyinə baxmaq üçün yolun kənarına asfalt üzərinə çıxmışdır. Onların dayandıqları yerdə yük avtomobili dayandığından Rasim “dörd yol” adlandırılan yeri görməsi üçün və gələn taksini onları görməsi üçün yol kənarına çıxmışdır. Birdən Təqsirləndirilən şəxs idarə etdiyi “Fort Transit” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxaya hərəkət etmiş və Rasimi vurmuşdur. Həmin zaman yüksək səslə o “Fort Transit” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə səslənmişdir. Asif də həmin zaman avtomobili dayandırmış, avtomobilin arxasına gəlmişdir. Sonra Asif həmin ərazidə olan polislərin köməkliyi ilə Kürdəmir RMX-ya aparılmışdır. Verilmiş suallara cavabında Şahid həmçinin bildirmişdir ki, hadisə olan zaman ondan başqa ətrafda heç kim olmamışdır. Həmin zaman orada hərəkətdə olan avtomobillər həmin hadisəni görə bilərdilər. Təqsirləndirilən şəxs idarə etdiyi “Fort Transit” markalı **- SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxaya hərəkətdə olan zaman sürəti təxminən 30-40 km/saat olmuşdur. Həmin zaman avtomobil Rasimi arxa yük yerinin qapı hissəsi ilə vurmuşdur. Rasim həmin zaman zərbənin təsirindən yerə yıxılıb və başı asfalt örtüyə çırpılmışdır. Həmin zaman Rasim huşsuz vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v.1); xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmıəsi haqqında protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Kürdəmir şəhəri Bakı prospekti ünvanında avtomobil yolu olması, yolun örtüyünün eni 16.80 metr, hərəkət zolağının sayı 2, hərəkət hissəsinin 8.40 metr olması, yolun asfalt beton örtüklü və quru olması müəyyən edilmişdir (i.v.6-18); xx.xx.2024-cü il tarixli 206 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktına əsasən müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur (i.v.19); Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal tarixi 2005 olan “Fort Transit” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur (i.v.25); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.61-62); xx.xx.2024-cü il tarixli 3-13-86/1-20448/2024 nömrəli Kürdəmir RPŞ-nin DYPB-nin məktubunda görünür ki, xx.xx.1989-ci ildə Kürdəmir şəhəri A.Şakir küçəsi ev 27-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs AC 854524 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hazırda aktivdir, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Sürücülük vəsiqəsinin etibarlıq müddəti xx.xx.2027-dir. (i.v.67); xx.xx.2024-ci il tarixli 32 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X8 meyitin ekspertizası ekspert rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər- açıq kəllə beyin travması, baş beyinin diffuz travması, sağ gicgah sümüyünün sınığı, sağ gicgah nahiyəsində əzilmiş-cırılmış yara, alın-burunüstü nahiyədə sıyrıqlar, hər iki göz ətrafı nahiyələrinin hematomaları -küt əşyanın zərbəvi təsirindən törənmiş, həyatidir, qərarın təsviri hissəsində göstərilən 27 iyul 2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin piyada ilə (onunla) toqquşması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aid edilir.

2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatikşok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir.

3. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilmədi.

4. Mərhum Zərərçəkmiş şəxs bədən səthində yol-nəqliyyat travmasından başqa digər xəsarət aşkar olunmadı (i.v.68-71); Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən gorünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, ailə üzvləri arvadı- A.Ə.Mamedova (1994), qızı xx.xx.2014-cü il təvəllüdlü F.Təqsirləndirilən şəxs, qızı- xx.xx.2016-cı il təvəllüdlü G.Təqsirləndirilən şəxs, oğlu- xx.xx.2018-ci il təvəllüdlü Ö.Təqsirləndirilən şəxs ibarətdir (i.v.73-75); xx.xx.2024-cü il tarixli 2619/K saylı məhkəmə-kimyəvi ekspertinin rəyində göstərilmişdir ki: - Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. - Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixatrop maddələrin təyinatını aparmaq mümkün olmadı (i.v.83- 84); xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-1112/2024 nömrəli “Kürdəmir rayon mərkəzi xəstəxanası” X8dən daxil olan məktubunda görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur (i.v.88); xx.xx.2024-cü il tarixli 8/2818 saylı yol-nəqliyyat hadisəsiləri hadisələri ekspertizasının rəyindən görünür ki, 1,2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Transit markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tətqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir (i.v.90-92); xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Fort Transit” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil işin hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmış və DYP-nin duracağında saxlanılması nəzərə alınmışdır. Həmçinin “Təhlükəsizlik şəhər kamerasından” götrülmüş video görüntü olan 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır (i.v.124-127); X2 tərəfindən Kürdəmir Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən atası – Zərərçəkmiş şəxs vəfatı ilə bağlı onlara dəyən ziyan tamamilə ödənilmişdir və onlar barışmışlar. Onun Təqsirləndirilən şəxsn qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində üç azyaşlı uşaqların olmasını (59.1.4), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan «Fort Transit» minik markalı **-SU-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Təqsirləndirilən şəxs oğluna qaytarılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Fort Transit» minik markalı **-SU-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar