Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-32/2024 17.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X22 Xalıq oğlunun sədrliyi, Gülaliyev Orxan Vəzir oğlunun katibliyi, Müdafiəçi Şikayət vermiş şəxs X3 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 iştirakı ilə, X3 xüsusi ittihаm qаydаsındа şikаyətinə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, X13 Azərbaycan Respublikasının CM-nin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin Məcəllənin 147.1-ci və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X16 yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə “YouTube” sosial şəbəkəsində “Hürriyyət TV”-də canlı yayımda “Baş Prokurorla görüşməməsi üçün yaşlı qadını görün hara soxdular” və “ Əgər bu fakt təsdiqini taparsa çox kəllələr gedəcək” başlığı altında kadrlarda X3 barəsində əsaslandırılmamış yalan və böhtan xarakterli məlumatlar yaymaqla ona böhtan atmış, həmçinin onu ağır cinayətdə ittiham edərək internet informasiya ehtiyatında cinayətkar kimi göstərərək böhtan atmışdır. X13 onun barəsində yaydığı məlumatlar tamamilə böhtan xarakterlidir. Belə ki, “YouTube” sosial şəbəkəsində “Hürriyyət TV” internet kanalında xx.xx.2023-cü il tarixdə yayımlanan “Baş Prokurorla görüşməməsi üçün yaşlı qadını görün hara soxdular” və xx.xx.2023-cü il tarixdə yayımlanan “Əgər bu fakt təsdiqini taparsa çox kəllələr gedəcək” başlıqlı X13 internet kanala verdiyi müsahibəsi əsasında şər və böhtan dolu bir yayım olmuşdur. Həmin müsahibələrin qısa xülasəsi belədir: ”xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixlərində Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən ona məxsus mağaza X6 tərəfindən yandırılmış və ona 60 000 manata yaxın zərər vurulmuşdur. O,dəfələrlə bu barədə Kürdəmir RPŞ-yə məlumat vermiş, lakin rayon polis şöbəsi Səməndərin cinayətkar olduğunu bilə-bilə onun barəsində heç bir tədbir görməmişdir. Azər Niftaliyev həmçinin kənddə başqa bir şəxsin fərdi yaşayış evində baş vermiş yanğın hadisəsində də Səməndərin və əmisi oğlu Nemanın da əli olduğunu söyləmişdir. Bütün bu hadisələrdən sonra Azər Niftaliyevin özünün dediyinə görə dəfələrlə ölkə başçısına, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və digər orqanlara müraciət etsə də heç bir müsbət cavab almamışdır. Həmçinin o, müsahibəsində Səməndər Allahverdiyevin hamisi kimi Kürdəmir RPŞ-nin rəisi Arzu Rzayevin adını hallandıraraq onu Səməndər Allahverdiyevi narkokuryer kimi himayəsinə aldığını söyləmişdir. Bundan sonra o, qorxduğu üçün “Hürriyyət TV” internet kanalına müraciət etmək qəraına gəlmişdir. Azər Niftaliyevin yaydığı məlumatlar tamamilə böhtan xaraktelidir. Belə ki, Azər Niftaliyevə məxsus mağazanın onun tərəfindən yandırılması absurddur və heç bir sübutu yoxdur. Həmçinin onun narkokuryer, narkotik alverçisi olması barədə deyilən sözlər yalandır və böhtandan başqa bir şey deyildir. Azər Niftaliyevin şikayətləri əsasında dəfələrlə Kürdəmir RPŞ-də araşdırmalar aparılmış, lakin bu araşdırmalarda onun barəsində deyilən məlumatların heç bir təsdiqini tapmamışdır. Barəsində heç bir cinayət işi olmaya-olmaya, həmçinin barəsində heç bir məhkəmənin hökmü olmadığı halda, onun kütləvi informasiya vasitəsilərində cinayətkar kimi göstərilməsi, şəxsin bir başa konstitutsion hüquqlarının pozulmasıdır. Onun barəsində axırıncı dəfə olunan şikayət əsasında Səbayel rayon Məhkəməsi 30 gün inzibati həbs qərarı çıxartsa da Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv etmiş və günahsız olması bir daha sübut olunmuşdur. Göründüyü kimi Azər Niftaliyev “Hürriyyət TV” internet kanalına verdiyi müsahibə əsasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərindəki müsahibələrində “Əgər bu fakt təsdiqini taparsa çox kəllələr gedəcək” və “Baş Prokurorla görüşməməsi üçün yaşlı qadını görün hara soxdular” başlıqlı müsahibələrində dediklərinin yalan olduğunu bilə-bilə onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla böhtan atmışdır. Məhkəmənin hazırlıq iclasında X6 və onun müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, şikayətin icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X17 izahatında göstərdi ki, yaşadığı Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən mağazası naməlum şəxslər tərəfindən yandırılmış, küllü miqdarda ona ziyan dəymişdir. Həmin hadisə üzrə polis əməkdaşlarının sorğu-sualnına cavab olaraq həmkəndlisi X2 şüphələndiyini, həmin hadisəni onun tərəfindən törədilə biləcəyini bildirmişdir. Hazırda faktla bağlı aparılan istintaqın nəticələrindən narazıdır, belə ki, aradan uzun müddət keçməsinə baxmayaraq bu günə kimi mağazasını yandıran şəxs və yaxud şəxslər polis əməkdaşları tərəfindən tapılmayıb. Bu səbəbdən məcbur olub “Hürriyyət TV” internet kanalının dəvəti ilə oranın əməkdaşlrının yanına gedib və onların suallarını cavablandırıb. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, aşağıdakı əsaslara görə xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, hər hansı şikayət və ya tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi həmin şikayətə və ya tələbə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş şikayətin və ya tələbin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa şikayət və ya tələb haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Hazırki iş üzrə tərəflərin izahatlarından məlum oldu ki, X12 yaşadığı Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən mağazası 2022-ci ilin mart ayında naməlum şəxslər tərəfindən yandırılmış və bunun nəticəsində ona küllü miqdarda ziyan dəymişdir. Kürdəmir rayon polis şöbəsində araşdırılan həmin cinayət işi üzrə yanğını törədən şəxslər hal-hazıra kimi müəyyən edilməmişdir. A.Y.Niftalıyev mağazanın yandırılmasında həmkəndlisi X2 və onun əmisi oğlu X5 şübhələndiyini bildirmiş və bu barədə istintaqa verdiyi ifadəsində öz dəlillərini qeyd etmişdir. Hazırda faktla bağlı aparılan istintaqın nəticələrindən narazıdır, belə ki, aradan uzun müddət keçməsinə baxmayaraq mağazasını yandıran şəxs və yaxud şəxslər polis əməkdaşları tərəfindən tapılmadığından A.Y.Niftalıyev bu barədə ayrı-ayrı dövlət orqanlarına şikayət ərizələri göndərmiş, məsələni ictimailəşdirmək məqsədilə “YOUTUBE”-da yayımlanan “Hürriyyət tv”-də çıxış edərək qeyd edilən məsələlərə dair öz münasibətini bildirmiş, cinayətin açılmamasının səbəbi kimi şübhələndiyi S.T.Allahverdiyevin polis şöbəsi ilə əməkdaşlıq etməsində görmüşdür. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-86/2-25104/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Qaramahmudlu kənd sakini X16 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Kürdəmir rayon PŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə gecə saat 03 radələrində küçə qapısının yanında yerləşən özünə məxsus “Yusif market”in naməlum şəxs tərəfindən qəmsdən yandırılmasını bildirmişdir. X13 müraciəti xx.xx.2022-ci il tarixdə Kürdəmir RPŞ-nin Növbətçi hissəsində HK-1/485 nömrədə qeydə alınaraq araşdırılması üçün icraatına daxil olmuşdur. Araşdırma zamanı maraqlı tərəflərin izahatları alınmış, hadisə yerinə baxış keçirilmiş, ekspertizalar təyin edilmiş və müvafiq rəylər alınmış, əməliyyat tapşırığı verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində Kürdəmir rayonu Qaramahmudlu kəndi ərazisində yerləşən həmin kənd sakini X15 məxsus mağaza naməlum şəxs tərəfindən qəsdən yandırılmış, yanğın zamanı Azər Niftaliyevə məxsus mağaza içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixdə Azər Niftaliyevə məxsus mağazanın yanması faktı ilə bağlı toplanmış materialda Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin əlamətləri olduğundan faktla əlaqədar ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə X10 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixdə saat 12.20-də X1 Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işi üzrə əməliyyat tapşırığı verilmiş, əməliyyat-istintaq qrupu yaradılmış, zərərçəkmiş şəxs, şahidlər, o cümlədən iş üzrə şübhəli ola biləcək şəxslər dindirilmiş, cinayət hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Lakin bütün bunlara baxmayaraq cinayət hadisəsini törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Həmin məktuba əlavə edilmiş, Kürdəmir RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X11 şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş X1 Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1227/2023 saylı qətnaməsindən görünür ki, məhkəmənin həmin qətnaməsi ilə iddiaçı X7 cavabdeh X15 qarşı şərəf və ləyaqətin müdafiəsi, böhtan xarakterli yazıların təkzib edilməsi və üzr istəməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X7 şərəf və ləyaqətini müdafiə etməklə, xx.xx.2023-cü il tarixdə “YouTube” sosial şəbəkəsində “Hürriyyət TV”-də canlı yayımda cavabdeh X13 çıxışında “X10 cavabdehin mağazasından siqaret alarkən onun yeni maşınını görüb və guya naməlum cinayətkara bənzərliyi olduğunu bildirməsi, Allahverdiyev Səməndər, Allahverdiyev Nemanın əmsi oğludur. X10 bunun mağazinində olarkən guya həm oturuşunda, duruşundan anlayıb ki, bu Allahverdiyev Nemanın özüdür və əlavə edir ki, daha sonra geyimdə oxşarlıq aşkar edib ayaqqabı, kurtka və s. gördükdən sonra üz tutdum RPŞ-yə və qeyd etdim ki, cinayətkarı tapmışam X8r” həmin canlı yayımda barəsində danışılmış məlumatların həqiqətə uyğun olmayan məlumatlar hesab edilərək şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi hesab edilməsi, barəsində yayımlanmış məlumatların yalan olması barədə “YouTube” sosial şəbəkəsində “Hürriyyət TV”-də canlı yayımda təkzibin verilməsi və üzr istəməsi vəzifəsi cavabdeh X13 üzərinə qoyulmuşdur. İşin faktiki halları onu göstərir ki, X13 “YouTube” sosial şəbəkəsində canlı yayımlanan “Hürriyyət TV” kanalında çıxış etməsinin əsas səbəbi ona məxsus mağazanın yandırılmasında təqsirli şəxslərin müəyyən edilməməsi olmuşdur. Hazırda həmin fakt üzrə istintaqı aparılan cinayət işi üzrə 60-dan artıq kənd sakinləri dindirilmiş, keçirilmiş məhkəmə fonoskopik və məhkəmə bioloji ekspertizalarının rəylərində yanğını törədən şəxsin istifadə etdiyi maska və papağından götürülmüş tükün X9 məxsus olması müəyyən edilsə də, toplanmış sübutlar onun həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınması üçün kifayət etmədiyindən əlavə istintaq hərəkətlərinin aparılması davam etdirilir. Cinayət hüquqi məsuliyyət yaradan böhtan dedikdə-yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Zərərçəkmiş şəxs X16 ona məxsus mağazanın yandırılmasında X2 və onun əmisi oğlu X5 şübhələnməsini “YouTube” sosial şəbəkəsində yayımlanan “Hürriyyət TV”-dən əvvəl istintaqa verdiyi ifadəsində də bildirmişdir. Bu hal onu göstərir ki, X13 məqsədi “YouTube” sosial şəbəkəsində yayımlanan “Hürriyyət TV”-də çıxış edərək X4 böhtan atmaq yox, mağazasını yandıran şəxs kimi ondan şübhələndiyini və istintaq orqanının cinayət işi üzrə təqsirləndirilən şəxslərin müəyyən edilməməsinə öz etirazını bildirməsi olmuşdur. Məhkəmə qeyd edir ki, hər bir əməlin cinayət hesab edilməsi üçün formal mülahizələr yox, cinayətin bilavasitə törədilməsi ilə əlaqədar şəxsin psixi fəaliyyəti, ictimai təhlükəli əməli etməyə qətiyyət yaradan dərk edilən tələbatı, subyektiv cəhəti xarakterizə edən tərkib əlamətləri (təqsiri, motiv və məqsədi), cinayəti konkretləşdirən əlamətlər, əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə və cair zəruri cəhətlər mövcud olmalıdır. Hazırki iş üzrə X13 əməlinin cinayət kimi qiymətləndirilməsi üçün işdə olan sübutlar yetərli və kifayət hesab edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, habelə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə müvafiq olaraq məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən verilmiş xüsusi ittihаm qаydаsındа şikаyətin icrааtа qəbul еdilməsindən imtinа edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-32/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-32/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver