Məhkəmə qərarları › İş №1(041)-32/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-32/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-32/2025 14.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunda nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 və zərər çəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1963-cü ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10.15 radələrində yaşadıqları Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı qonşusu X1 nahiyəsinə başı ilə qəsdən bir neçə dəfə, əlində olan ağacla isə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona başın təpə-ənsə nahiyəsinin yarası, alın nahiyəsinin yarası, burun nahiyəsinin üst hissəsində yara, üst dodaqda yara ilə müşayət olunan xəsarətlar yetirərək sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və göstərdi ki, X7 qonşüsudur. Onların münasibətləri normal olmuşdur.10 dekabr 2024-cü il tarixdə onun iti Azadın arvadına hürmüş, o qorxmuş, Azad da onun ünvanına söyüş söymüşdür. Səhəri gün, yəni 11 dekabr 2024-cü il tarixdə Azadla qarşılaşmış, yenidən aralarında mübahisə düşmüş, başı ilə Azadın sifət nahiyəsinə, əlindəki ağacla bədəninə vurmuşdur. O, Azadla barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Zərər çəkmiş şəxs X7 ifadəsində göstərdi ki, Yahya qonşusudur. Onların münasibətləri normal olmuş, aralarında heç bir ədavətləri olmamışdır. 10 dekabr 2024-cü il tarixdə evdə olarkən arvadı Südabə qışqırmış və dərhal çölə çıxmışdır. Yahyanın itinin Südabəyə hürdüyünü və Südabənin qorxduğunu görüb it yiyəsi Yahyanın dalıyca danışaraq itini niyə açıq saxladığını demişdir. Səhəri günü onlar qarşılaşmış və Yahya onun ünvanına danışdığı üçün əsəbi halda onunla mübahisə etmiş, başı ilə və əlindəki ağacla onun bədəniin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Hazırda onlar barışmışlar. Yahya ona dəyən ziyanı ödəmişdir. Onun Yahyaya qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid X3 ifadəsində göstərdi ki, Yahya onun qonşusu, Azad isə əridir. Onların qonşuluq münasibətləri normal olmuş, aralarında heç bir ədaavətləri olmamışdır. 10 dekabr 2024-cü il tarixdə yol ilə evlərinə gələrkən Azadın iti onun üstünə cummuş və o, qorxmuşdur. Sabahısı gün yəni 11 dekabr 2024-cü il tarixdə səs-küyə küçəyə çıxmış və Yahya ilə Aazdın mübahisə etdiyini görmüş, onları aralaya bilməmidir. Mübahisə zamanı Yahya əlindəki ağacla və əli ilə Azadın bədənin müxtəlif yerlərinə vurmuşdur. Azadın ağzında, başında xəsarətlər olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyədək icraat zamanı əldə edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan sənədləri və digər iş materiallarını da iş üzrə mötəbər sübutlar kimi qəbul edir. Materialda olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş : - Hadisə yerinə baxış istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri, Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində yerləşən kənddaxili yoldur. Yol piyada və maşınların gediş-gəliş yoludiur. Yolun ətrafında yaşayış evləri yerləşir. Baxış zamanı hər hansı iz və ya sübut aşkar edilməmişdir. Baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmiş, həmin fotolarda Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərmiş, şəkillər protokola əlavə edilmişdir. -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-ci il tarixli, 576 nömrəli rəyindən görünür ki, 1963-cü təvəllüdlü X5 bədənində aşağıdakı xəsarətləri müəyyən edilmişdir: başın təpə nahiyəsində sıyrıq, sol saidin ön səthində, sol saidin arxa səthində sıyrığ. Həmin xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2024-ci il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. -Kürdəmir rayon İHB-nin Yenikənd kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 321 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 2 nəfərdən ibartdir. - Kürdəmir rayon İHB-nin Yenikənd kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. - “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-1237/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-ninxx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AR CM-nin 127.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və zərər çəkmiş şəxslə barışadığı üçün AR CM-nin 73.2-ci maddəsinə əsasən Kürdəmir rayon məhkəməsinin 29.05.219-cu il tarixli qərarı ilə barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində Kürdəmi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün azadlığın məhdudlaşdırılaması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci mil tarixdə cəza müddəti başa çatdığı üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi, sağlamğılın qısa müddətə pozulması və ya əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edir. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özünün etirafı, zərər çəkmiş şəxsin və şahid ifadəsi, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla təsdiq edilmişdir. Məhkəmə toplanmış sübutları bir-biri ilə və məcmu halında müqayisəli təhlil edib qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10.15 radələrində yaşadıqları Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı başı və ağacla qonşusu X6 vuraraq ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Ona görə də, onun əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini həll edərkən aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrə izah etmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Ali Məhkəmə Plenumunun həmin Qərarının 1-ci bəndində daha sonra göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarda məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sübut edilməlidir. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinin tələblərindən və cinayət qanunu normasının izahı ilə bağlı Ali Məhkəmə Plenumunun qərarında nəzərdə tutulan müddəalarından görünür ki, cinayət törətməkdə təqsiri olan şəxsə cəza təyin edilərkən aşağıdakılar mütləq nəzərə alınmalıdır : - Qəsdin obyekti, təqsirin forması və cinayətin ağırlıq dərəcəsi (cinayətin xarakteri); -Cinayətin nəticəsinin ağırlığı, törədilməsi üsulu, vurulmuş zərərin həcmi və s. (cinayətin ictimai təhlükəlilk dərəcəsi); - Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; - Təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar; - Cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (cəzanın məqsədi). Məhkəmə iclasınsda zərərçəkmiş şəxs X7 əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdırığını və ona dəymiş ziyanı ödədiyini bildirmiş və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materilına xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işinə Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsi ilə yəni zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət işiə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsin görə ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, maddi vəziyyətini və onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdlrlması cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Məhkəmədək sadələşdirilmiş icraat materialı xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2025-ci il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 60 manat ödənilməlidir. Mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 10 saat, hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 60 manat ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən : Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar