Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-33/2023 10.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cərayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğun rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər X12 və onun müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü, vəkil X6, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X7 iştirakı ilə xx xxxxx 1983-ci ildə Kürdəmir rayonu Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci, 69.3-cü maddələri ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək 01 il 04 ay 18 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş - X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; xx.xx.1973-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatda olan hazırda Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22 ev 10-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məqsədi olmadan, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 14,56 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 22 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində, tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq pay qismində, təmənnasız əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ ön cibindən 01 ədəd “Bakı” markalı siqaret qutusunun içərisində olan salfet bükümdə təmiz çəkisi 14,56 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 14,56 qram 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan 14,56 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində Təqsirləndirilən şəxs1 14,56 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı pay qismində, pulsuz və təmənnasız vermiş, həmin günü saat 23 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ ön cibindən 01 ədəd “Bakı” markalı siqaret qutusunun içərisində olan salfet bükümdə təmiz çəkisi 14,56 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olsa da, ünvan 3 ünvanında kirayədə ailəsilə birlikdə yaşayır. Təxminən 10 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Bir dəfə də, 2019-cu ildə narkotik vasitəni üzərində saxladığına görə, xx.xx.2019-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək 01 il 04 ay 18 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmışdır. Bakı şəhərində təkər sexində usta işləyir. Təqsirləndirilən şəxs2 5-6 aydır ki tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Xəqanini təsadüfən yanında maşın düzəltdir vaxt tanımışdır. Xəqani ilə bir neçə dəfə birlikdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə ifadəsini özünü müdafiə etmək məqsədi ilə özündən uyduraraq vermişdir. Lakin həqiqətdə isə narkotik vasitəni Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində almamışdır. Xəqani ilə ədavəti və düşmənçiliyi yoxdur. Xəqanini təxminən 7-8 aydır ki tanıyır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində özünə məxsus ***-***-**-** saylı nömrə ilə Xəqaniyə məxsus ***-***-**-** saylı nömrəsinə zəng edib Kürdəmir rayonuna gedəcəyini demişdir. Xəqani evdə darıxdığını və onunla birlikdə Kürdəmir rayonuna getmək istədiyini demişdir. Xəqani ilə razılaşmışdır. Kürdəmir rayonu Şahsevən kəndində yaşayan anası Solmaz Hacıyeva xəstə olduğuna görə, Bakı şəhərində avtovağzaldan tanımadıqları taksi ilə Kürdəmir rayonuna gəlmişlər. Həmin günü saat 22 radələrində Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində kafedə olarkən Xəqani ilə söhbət edən zaman ondan varıdırsa ona qurudulmuş marixuana verməsini istəmişdir. Xəqani üzərində olduğunu deyib, cibində saxladığı narkotik vasitə qurudulmuş marixuananı çıxarıb ona vermişdir. Həmin günü saat 23 radələrində, kafedən çıxıb küçədə siqaret çəkərkən, Kürdəmir RPŞnin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirib RPŞ-nə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra vəkil Müdafiəçi2 seçmiş, vəkil Müdafiəçi2 dəvət edilmiş və ona təqdim edilmişdir. Üzərində videoçəkilişdən istifadə etməklə, şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olubolmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğuna görə, əynində olan qara rəngli gödəkçəsinin sağ ön cibindən bir ədəd “Bakı” siqaret qutusunu çıxarıb masanın üzərində qoymuşdur. Bundan sonra üzərində olan 55 manat pulu və topa açarları təqdim etmişdir. Pul və açarlar iş üçün əhəmiyyət kəsb etmədiyinə görə geri qaytarılmışdır. Təqdim etdiyi siqaret qutusu müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçirilərkən salfet bükümdə olan yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olduğu müyyən edilmişdir. 01 ədəd büküm içindəki kütlə ilə birgə 01 ədəd zərfə qoyulmuş üzəri Azərbaycan Respublikası DİN “№137” möhürü ilə möhürlənmişdir. Zərf imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kütləni tapdığını bildirmişdir. Daha sonra barəsində məhkəmə həbs qətimkan tədbiri seçərkən, hakim narkotik vasitəni haradan və kimdən əldə etdiyini soruşmuş, əldə etdiyi mənbəni dediyi halda cəzasının yüngülləşəcəyini bildirmişdir. Buna görə də, yalandan üzərindən aşkar edilmiş narkotik vasitəni 20 manat pul müqabilində Xəqanidən əldə etməsi barədə ifadə vermişdir. Lakin, Xəqani Abasov tutulduqdan sonra onunla üzləşərkən, həqiqətləri bildirmiş və ondan narkotik vasitəni pay qismində aldığını bildirmişdir. Xəqaniyə narkotik vasitənin müqabilində pul, digər hədiyyə verməmiş və verəcəyi barədə vəd etməmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Qurudulmuş marixuana özünə məxsusdur, ona heç bir formada təzyiq göstərilməmişdir. Özünü müdafə edib törətdiyi cinayətdən yayınmaq üçün narkotik vasitəni tapdığını şəxsi axtarış zamanı və şübhəli və ilkin təqsirli kimi ifadəsi alınarkən demişdir. Lakin sonradan məsuliyyətinin yüngülləşəcəyini güman edib narkotik vasitəni Təqsirləndirilən şəxs2 20 manata aldığını bildirmişdir. Həqiqətdə isə həmin narkotik vasitəni Xəqani ona pulsuz, heç bir mənfəət əldə etmədən vermişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində əməlindən peşman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan olmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Bakı şəhərində Aliminium Emalı zavodunda fəhlə işləyir. Təqsirləndirilən şəxs1 5-6 aydır ki tanıyır. Ramin Bakı şəhərində Babək prospektində təkər ustası işləyir. Onunla dostunun maşınının təkərini düzəltdirəndə tanış olmuşdur. Raminlə ədavəti və düşmənçiliyi yoxdur. Özü 16 yaşından narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin yaz aylarında yaşadığı evdə dibçəkdə bir ədəd çətənə kolu əkmişdir. Həmin çətənə kolunun dibini boşaldıb, su və peyin vermişdir. Həmin çətənə kolunu dərib quruduraq kötüyünü yandırmışdır. Əldə etdiyi qurudulmuş marixuananı hissə-hissə istifadə etməyə başlamışdır. Raminlə də bir dəfə maşının təkərini düzəltdirəndə birlikdə qurudulmuş marixuanadan istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə Ramin ona zəng edərək Kürdəmir rayonuna gedib qayıdacağını demişdir. Söhbət zaman darıxdığını və onunla birlikdə Kürdəmir rayonuna getməyi təklif etmişdir. Ramin razılaşdığına görə, evində saxladığı qurudulmuş marixuananın sonuncu qalan hissəsini götürüb rayonda istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. Raminlə görüşüb Bakı şəhəri Beynəlxalq avtovağzaldan tanımadığı taksi ilə Kürdəmir rayonuna gəlmişlər. Kürdəmir rayonu Qaraqocalı kəndinə Raminlə kafeyə getmişlər. Raminlə orada çörək yeyərkən ondan qurudulmuş marixuana istəmişdir. Raminə üzərində olan qurudulmuş marixuananı pulsuz vermişdir. Biraz keçəndən sonra saat təxminən 23 radələrində Ramin küçədə siqaret çəkərkən ona polis əməkdaşları yaxınlaşıb özləri ilə aparmışlar. Buna görə də qorxub tez Bakı şəhərinə qayıtmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla birlikdə RPŞ-nə gəlməsini təklif etmişlər. Onlara etiraz etməyib birlikdə Kürdəmir RPŞ-nə gəlmişdir. RPŞ-də Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, hüquq vəzifələri izah edilmişdir. Ona təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olub Müdafiəçi1 seçmişdir. Müdafiəçi təqdim olunandan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 02 ədəd LD siqareti iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Raminə narkotik vasitəni 20 manata satmamışdır. Ona narkotik vasitəni pulsuz pay qismində vermişdir, üzləşdirmə zamanıda o narkotik vasitəni pulsuz aldığını etiraf etmişdir. Heç kimə narkotik vasitə satmamışdır.Raminə narkotik vasitəni pulsuz pay qismində vermiş, heç bir mənfəət güdməmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində əməlindən peşman olmasını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olan , ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi2 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs1 yenidən hüquq və vəzifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkcəsinin sağ ön cibindən 01 ədəd “Bakı” markalı siqaret qutusunu çıxarıb təqdim edib içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o qış gödəkcəsinin ön sağ cibindən 04 ədəd açar qara rəngli şalvarının arxa sağ cibindən 55 manat pul təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 04 ədəd açar və 55 manat pul baxış keçirildikdən sonra iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd “Bakı” markalı siqaret qutusunun içərisinə baxış keçirilmiş, içərisində 01 ədəd salfet büküm olduğu və həmin büküm açıldıqda içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. 01 ədəd salfet büküm içərisində olan kütlə ilə birlikdə “Bakı” markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş, siqaret qurusu içərisində olan kütlə ilə birlikdə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin kütlə ona məxsusdur və yerdən tapmışdır. xx.xx.2023-cü il tarixdə icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırıq əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Xəqani adlı şəxs xx.xx.1973-cü ildə Bərdə rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2dur. Bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 yeri Bakı şəhərindən müəyyən olunaraq Kürdəmir RPŞ-nə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiq Natiq Həsənov tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs2 üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs2 tanımır, heç bir münasibəti hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs2 kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş rayon polis şöbəsinin əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etmişlər. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 18/75 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ”...Təqsirləndirilən şəxs1 üzərindən..” sözləri və imzalar olan kağız paketdəki siqaret qutusunda 1 ədəd salfet bükümündə təmiz çəkisi 14,56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 14,56 qram, tədqiqata 0,02 qram sərf edildikdən sonra 14,54 qram qalıq qalmışdır. (bax iş vər. 41) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2023-cü il tarixli 213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik isitifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 156) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 27 fevral 2023-cü il tarixli 338 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik isitifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 159) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, X1 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. (bax iş vər 153-154) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (bax iş vər 155) İş materiallarına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-42/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər 149) İş materiallarında olan Kürdəmir rayon İHB-nin Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 524 nömrəli arayışından görünür ki, Hacıyev X11 rayonunun Şahsevən kəndində yaşamaqla, 3 nəfərdən ibarət ailə üzvü olmaqla himayəsində 2 azyaşlı uşaqları vardır. (bax iş vər. 164) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nmayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 168) İş materiallarında olan Kürdəmir rayon İHB-nin Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli, 496 nömrəli arayışından görünür ki, X8 3 nəfərdən ibarət ailə üzvü var, onlardan 2 nəfəri azyaşlıdır. (bax iş vər. 163) İş materiallarında olan Bakı şəhər İH-i nəzdində 109 saylı MKT-nin xx.xx.2023-cü il tarixli, 398 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22 ev 10-da yaşamaqla, 5 nəfərdən ibarət ailə üzvü vardır. (bax iş vər. 168) İş materiallarına əlavə edilmiş Bakı şəhər İH-i nəzdində 109 saylı MKT tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 168) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 23.300-da şübhəli şəxs qismində tutulmuş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-11/2023 saylı qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (bax iş vər.13-14,72-74) İş materialalrına əlavə edilmiş Kürdəmir Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-13/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli,4(041)-11/2023 saylı qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. (bax iş vər.87-90) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 19.55-də şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.96-97) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə xx.xx.2023-ü il tarixdə, saat 18.00-da Kürdəmir RPŞ-nin MSYdən azad edilmişdir. (bax iş vər. 139-14) Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan qrudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlamaları özlərinin etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onların cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışlaını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlandıqları müddət onların cəzaçəkmə müddətinə daxil edilməli və onlara qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasınını CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 23.30-da şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)- 11/2023 saylı qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-13/2023 saylı qərrından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-11/2023 saylı qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 19.55-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə xx.xx.2023-ü il tarixdə, saat 18.00-da Kürdəmir RPŞ-nin MSYdən azad edilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı dövründə 22 yanvar 2023-cü il tarixdən hal-hazıradək, yəni 10 may 2023-cü il tarixədək tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 18 gün müddət həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 07 ay 06 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 01 fevral 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 04 gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu ünvan ünvan 4bəsi, D massivi, ev 34, m 334-də, Təqsirləndirilən şəxs2 isə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22 ev 10-da yaşayırlar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 prfofilaktika məqsədilə Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 prfofilaktika məqsədilə Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalan 14,54 qram qalığı hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 49,74 manat məbləğində ekspertiza tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkili X6 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkili X9 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 35 saat üçün nəzərdə tutulan 210 manat pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün müddət, həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 07 (yeddi) ay 06 (altı) gün müddət olaraq hesablansın, ona hazırki hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1-də yerləşən evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hacıyev X11 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında saxlanıldığı 02 (iki) gün müddət, həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 04 (dörd) gün müddət olaraq hesablansın, ona hazırki hökmlə təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi, Sarayeva küçəsi, bina 22, ev 10-da yerləşən evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 14,454 qram olan qrudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) ekspertiza xərci tutularaq dövlət büdcəsinə (X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SFİFT-BİK CTREAZ22, VÖEN-**********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu:142319 büdcə səviyyəsinin kodu:3 nömrəli hesaba) keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 35 saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkili X9 isə dövlət büdcəsi vəsaiti hesabına 35 saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-33/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-33/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver