Məhkəmə qərarları › İş №1(041)-33/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-33/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-33/2024 04.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1958-ci il tarixdə Quba rayonu, İspik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, İspik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağcabədi rayonu, Hüsülü kəndində yaşayan xx.xx.1956-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs1 ala bilmədiyi sığorta pulunu düzəldəcəyi adı ilə yalan vəd verməklə aldadaraq, vahid niyyətlə 15 dekabr 2021-ci il tarixdə Ağcabədi rayonu Hüsülü kəndi ərazisində ondan 300 manat, 18 dekabr 2022-ci il tarixdə həmin kənd ərazisində 1000 manat pulu nağd şəkildə əlbəəl, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə iki dəfə 100 manat olmaqla ümumilikdə 200 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 150 manat pulu poçt vasitəsilə, xx.xx.2022-ci il tarixdə 300 manat pulu nağd şəkildə əlbəəl, xx.xx.2022ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 170 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 100 manat pulu poçt vasitəsilə, xx.xx.2022-ci il tarixdə isə 1000 manat pulu Ağcabədi rayonu Hüsülü kəndi ərazisində əlbəəl alıb aldatma və etibardan sui istifadə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3720 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.1958-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ona pul borcu olan Ağcabədi şəhəri, 28 May küçəsi, ev 64-də qeydiyyatda olan Şahid4 borcunu alacağı adı ilə yalan vəd verməklə aldadaraq vahid niyyətlə xx.xx.2021-ci il tarixdə ondan 300 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, 2022-ci ilin yanvar ayının ortalarında 950 manat pulu poçt vasitəsilə, xx.xx.2022-ci il tarixdə 300 manat pulu X9 vasitəsilə X4 adında olan "xxxx" tərəfindən verilmiş 418980******4582 saylı hesab nömrəsinə Bərdə şəhəri, Bakı küçəsi “Piramida market”də olan “E-manat” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat və xx.xx.2022-ci il tarixdə isə 200 manat pulu poçt vasitəsilə, 22 dekabr 2021-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda 100 manat və 400 manat pulu Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən iş yerində əlbəəl alıb aldatma və etibardan sui istifadə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 3800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X17 ilə sövdələşib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti ev 6, mənzil 85-də yaşayan, xx.xx.1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 oğlu Kamil Səfərəliyevi Bakı Dövlət Universitetində müəllim vəzifəsinə işə qəbul etdirmək imkanında olduğuna cinayətdən xəbərsiz X10 vasitəsi ilə inandırıb özlərinə qarşı inam yaratdıqdan sonra aldadaraq vahid niyyətlə, Azər Mehdiyevdən 2022-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində “Space” telekanalını yaxınlığında yerləşən çayxanada 3000 manat, daha sonra "xxxx" tərəfindən verilmiş **********328614 saylı hesab nömrəsinə Bakı şəhəri ərazisində yerləşən müxtəlif ödəmə məntəqələrindən ödəniş sistemləri vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 200 manat və xx.xx.2022-ci il tarixdə 100 manat pulu, daha sonra isə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində “Space” telekanalının yaxınlığında yerləşən yeməkxanada cinayətdən xəbəri olmayan Azər Mehdiyevdən 2022-ci ilin iyul ayının ortalarında 2500 və 3700 manat olmaqla ümumilikdə 15000 manat – xeyli miqdarda pul alıb vahid niyyətlə aldatma və etibardan sui istifadə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Kürdəmir rayonu Çölqubalı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus yaşayış evi qaz sızması nəticəsində yandığına görə dəymiş zərərin ödənilməsində vəkil tutaraq kömək edəcəyini yalandan vəd verməklə aldadaraq vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospektində Kürdəmir rayon Məhkəməsinin inzibati binasının yaxınlığında yerləşən kafedə ondan 300 manat, xx.xx.2022-ci il tarixdə həmin kafedə 200 manat, xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri, Vaqif küçəsində yerləşən “Nur” kafesində 300 manat, xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospektində Kürdəmir rayon Məhkəməsinin inzibati binasının yaxınlığında yerləşən kafedə isə 200 manat pulu nağd şəkildə əlbəəl alıb aldatma və etibardan sui istifadə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Rusiya Federasiyasında yaşamış, 1981-ci ildə Azərbaycana gəlib ailə qurmuş, 1986-cı il tarixdə boşanmışdır. Hazırda Quba rayonu, İspik kəndində bacısı Sevilin evində yaşayır. Hazırda heç bir rəsmi işlə məşğul olmur və heç bir vəzifə sahibi deyil. Əvvəllər bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə isə 2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirli bilinib Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə ona verilmiş cəza 05 ilə endirilmiş və cəzasının sonu ilə azadlığa çıxmışdır. 2021-ci ildə Bakı şəhərində təsadüfən Ağcabədi rayon sakini Əlibala adlı şəxslə tanış olmuş, onunla yoldaşlıq münasibəti yaranmış, həmin ilin dekabr ayında Ağcabədi rayonunda Əlibalanın qonağı olarkən Əlibalanın dostu Tahir adlı şəxslə tanış olmuşdur. Onlar birlikdə Ağcabədi rayonu Hüsülü kəndi ərazisində kafelərdən birində oturub yemək yemişlər. 13 dekabr 2021-ci il tarixdə Tahirin ad günündə iştirak etmiş və onunla söhbət əsnasında Tahirin keçmiş polis əməkdaşı olmasını öyrənmişdir. Tahir ona bildirmişdir ki, polisdə işləyən zaman xidmət vaxtı insult keçirərək xəsarət almış, lakin ona sığorta pulu verilməmişdir. O, Tahirə demişdir ki, ona köməklik edə bilər. Lakin qarşılığında ona demişdir ki, müəyyən məbləğdə pul lazım olacaq, həmin pulları o, sənəd xərci kimi, yol xərci kimi istəmişdir. İlk olaraq 15 dekabr 2021-ci il tarixdə Bakı şəhərinə yola düşən zaman Tahirdən 300 manat pul istəmiş və Tahir ona nağd şəkildə 300 manat pul vermişdir. Bakı şəhərində olan zaman Tahirə zəng edib demişdir ki, ona sığorta verilməsi üçün ilk olaraq Tahirin Ağdam rayon Polis Şöbəsində işləməsi barədə arayış lazımdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə Tahir ona sığorta pulunu almasına köməklik göstərməyi və sığorta pulunu düzəltməyi üçün 100 manat, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə 100 manat, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə 100 manat, xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə 150 manat, xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə 100 manat, xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə 170 manat, xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə 200 manat, xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə 100 manat olmaqla, ümumilikdə 1320 manat pul almışdır. Həmin pulları şəkərli diabet, ürək-damar və ağciyərin vərəmi xətəliklərinə tutulduğu üçün müalicə almaq üçün xərcləmişdir. Bundan başqa Ağcabədi rayonunda olarkən Tahir onu Sahibə adlı qadınla tanış etmiş və Sahibə ona bildirmişdir ki, uzun müddət Şahid4 adlı həkimin obyektində işləmiş, həkim onun 19000 manat borcunu qaytarmır. Məsələni öyrənib Sahibəyə bildirmişdir ki, 19000 manatı alıb ona verməkdə köməklik edər. Bundan sonra Sahibənin mobil nömrəsini götürmüş və Bakı şəhərində olan zaman yenə də maddi ehtiyacı olduğundan Sahibəyə zəng edərək pul məsələsini həll etmək üçün pula ehtiyac olmasını bildirmişdir. Sahibədən ilk olaraq 300 manat pul göndərməsini bildirmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Sahibə ona poçt vasitəsilə 300 manat pul göndərmişdir. Daha sonra Sahibə ona xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat və xx.xx.2022-ci il tarixdə isə 200 manat pulu poçt vasitəsilə göndərmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Sahibə ona kart vasitəsilə 300 manat pul göndərmişdir. Həmin vaxt o, tanımadığı şəxsdən onun kartına pul göndəriləcəyini, çıxarıb ona verməsini xahiş etmişdir. Sahibəyə də həmin şəxsin kart hesabını göndərmişdir. Sahibə də ona həmin kart hesabı vasitəsilə 300 manat pul göndərmişdir. Bundan başqa 2 dəfəyə, hər biri 50 manat olmaqla ümumilikdə 100 manat pulu isə Sahibə ona əlbəəl vermişdir. Sahibənin dediyi həkim Şahid4la 2022-ci ilin yanvar ayının əvvəllərində onun iş yerində görüşmüş, onun Sahibəyə borcu olmadığını bildirmiş, bundan sonra Rövşən həkimlə görüşməmişdir. Sahibə ona ümumilikdə onun işini həll etməyi üçün 2450 manat pul göndərmişdir. Həmin pulun 2050 manatını poçtla, 300 manatını isə ona göndərdiyi kart hesabına göndərmişdir. 100 manat pulu isə əlbəəl vermişdir. Bundan başqa, Kürdəmir şəhər sakini Fatma adlı qadınla 2012-ci ildə ikinci dəfə ailə qurmuşdur. Həmin nikahdan 12 yaşında bir oğlu var. Fatma ilə bir müddət yaşadıqdan sonra ayrılmışdır. Fatmadan ayrılsa da Kürdəmir şəhərinə arabir gedib oğlu Şəmsəddinlə görüşür. Təxminən xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Kürdəmir şəhərində yerləşən Məhkəmənin qarşısında olan çay evində oturub çay içərkən, sonradan tanıdığı Səlimağa adlı şəxs gəlib onunla bir masada oturub bir yerdə çay içmişlər. Söhbət əsnasında Səlimağa ona bildirmişdir ki, Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır, 2017-ci ildə qaz sızması nəticəsində evi yanmış, evin yanması ilə bağlı kompensasiya ala bilməmişdir. Bu məsələni həll etmək üçün ona vəkil lazımdır. Səlimağaya bu məsələdə kömək edə biləcəyini və bunun üçün evin sənədlərini və 200 manat pul verəcəyini demişdir. Səlimağa onunla razılaşmış və səhəri gün həmin yerə gələrək evinin sənədlərinin surətini və 200 manat ona pul vermişdir. Aldığı pulu özü üçün xərcləmiş və bir müddət sonra Səlimağa ilə Kürdəmir şəhəri, dördyol adlanan ərazidə görüşərkən əlavə olaraq 700 manat verəcəyini demiş, Səlimağa da ona 100 manat vermişdir. Bundan bir həftə sonra dördyol adlanan həmin ərazidə yerləşən çay evində Səlimağadan təkrar 100 manat almışdır. Bundan başqa, 2022-ci ilin aprel ayında X17 ilə hazırda adını xatırlamadığı şəxsin vasitəsi ilə Biləcəri qəsəbəsində yerləşən oteldə tanış olmuş, söhbət edərkən ona müxtəlif şəxsləri Elmlər Akademiyasının müxbir üzvü qardaşı Nizaməddin Şəmsizadənin vasitəsilə işə düzəltdiyini və bu işlə məşğul olduğunu bildirmişdir. Hafiz ona bildirmişdir ki, işə düzəltməyə adam olsa ona xəbər edəcək. 2022-ci ilin aprel ayında Hafiz ona zəng vurub bir nəfər şəxs olduğunu, yaxşı pulu olduğunu və onu Bakı Dövlət Universitetinə müəllim düzəltmək lazım olduğunu bildirmiş və ona Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən H.Cavid adına parkda görüşməyi təklif etmişdir. Həmin yerdə Hafizlə görüşmüş və dediyi məsələnin həlli üçün 15000 manat alacağını demiş, Hafiz onunla razılaşandan sonra Azər adlı şəxsə zəng vurub onların yanına çağırmışdır. Azər onların yanına gəlmiş, Hafiz onu X18 ilə tanış edəndən sonra Azərə demişdir ki, qardaşı akademikdir və Ellmlər Akademiyasının müxbir üzvüdür, Kamili Bakı Dövlət Universitetinə qardaşının vasitəsi ilə müəllim kimi düzəldə bilər. Həmin vaxt Azər Kamilin atası Hidayətə zəng vurmuş və onun dediyini ona bildirmişdir. Hidayətin telefonla razı olmasından istifadə edib Azərə ilkin olaraq 3000 manat verilməsini bildirmiş, Azər də etiraz etməmişdir. Bundan sonra Azər onlardan ayrılıb getmişdir. Təxminən 1 saatdan sonra Hafizlə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Space” telekanalın yanında yerləşən çayxanada Azərlə görüşmüşlər. Azər orada 3000 manat pulu çıxarıb Hafizə vermiş, Azər gedəndən sonra Hafiz həmin puldan 1700 manat pulu özünə götürmüş, qalan 1300 manatı ona vermişdir. Həmin vaxtdan sonra təkrar Azərlə əlaqə saxlamış və onunla “Space” telekanalının yaxınlığında yerləşən yeməkxanada görüşmüş, Azər ona 2500 manat vermiş, birlikdə yemək yedikdən sonra Azərdən ayrılıb getmişdir. Bir neçə vaxtdan sonra Azərlə əlaqə saxlamış və bildirmişdir ki, rayonda olduğu üçün ona bank kartı göndərəcək, pulun qalan hissəsini həmin kart hesabına göndərsin Azər də etiraz etməmişdir. Bundan sonra Azərə tanışına məxsus "xxxx" tərəfindən verilmiş kart göndərmiş, Azər də həmin kart hesabına müxtəlf vaxtlarda 2500, 1000, 1000, 1000 manat və başqa məbləğlərdə pul göndərmişdir. Ondan şübhələnməsinlər deyə Azərdən götürdüyü Kamilin atası Hidayətin telefon nömrəsinə zəng edərək əlaqə saxlamış və onunla “Space” telekanalının yaxınlığında yerləşən parkda görüşmüş, görüş zamanı ona Təhsil Nazirliyi ilə danışdığını və Təhsil Nazilriyinə ərizə yazmasını bildirmişdir. O, da razılaşmışdır. Bundan sonra o, Hidayətlə eyni yerdə 3-4 dəfə görüşmüş və hər dəfə ondan 100, 200, 200 manat olmaqla müalicə almaq üçün borca pul almışdır. Azər ona pul göndərdikdən bir neçə gün sonra 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən kafedə Hafizlə görüşmüş və ona 1500 manat pul vermişdir. Bir müddət keçdikdən sonra eyni yerdə təkrar Hafizlə görüşüb ona 700 manat pul vermişdir. Bir neçə vaxt keçdikdən sonra Azər onunla əlaqə saxlayıb Kamilin işinin nə yerdə olduğunu soruşmuş, yalandan Kamilin işinin həll olacağını, sentyabr ayında əmrinin veriləcəyini demişdir. Sonradan ağır xəstələnmiş və xəstəxanada müalicə almağa başlamış, telefonunu söndürmüşdür. Xəstə və maddi imkansızlığı ucbatından zərəçəkmiş şəxslərə vurduğu ziyanı ödəyə bilmir. Aldığı pulları da müalicəsinə xərcləmişdir.Hazırda da vərəm dispanserində müalicəsi davam edir. Əməlindən peşmandır, xəstəliyini və 12 yaşlı uşağını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, oğlu Səfərəliyev Kamil 2019-2020-ci illərdə Bakı Dövlət Universitetində müəllim işləmiş, pandemiya ilə əlaqədar Universitetdə dərslər dayandırıldığından Kamil işdən çıxmışdır. 2022-ci il tarixdə Kamili təkrar Bakı Dövlət Universitetinə işə düzəltmək istəmiş, bununla bağlı qohumu X13 bildirmişdir. 2022-ci ilin may ayında Azər ona telefonla zəng edərək bildirmişdir ki, Qiyaməddin adlı bir nəfər şəxs var, qardaşı Şəmsəddin Şəmsizadə Bakı Dövlət Universitetində müəllim işləyir, akademikdir, onlara köməklik edə bilər. Razılığını verəndən az sonra Azər onunla görüşmüş və Qiyaməddinin Kamili Bakı Dövlət Universitetinə müəllim kimi düzəltmək üçün 15000 manat pul istədiyini bildirmişdir. Tələb edilən pulu tam olaraq Azərə vermişdir. Bundan xeyli müddət keçəndən sonra Qiyaməddin telefon vasitəsilə əlaqə saxlayaraq onunla görüşmək istəyini bildirmiş və onlar “Space” telekanalının yaxınlığında yerləşən yeməkxanada görüşmüşlər. Birlikdə yemək yemişlər və Qiyaməddin ona bildirmişdir ki, Bakı Dövlət Universitetinə gedib ərizə formasını götürməlidirlər, tapşırdığı şəxslərdən biri onu qəbul edəcəkdir. Qiyaməddinin dediyi kimi Bakı Dövlət Universitetinə getmiş və verdiyi telefon nömrəsinə zəng edəndən sonra adını bilmədiyi cavan bir xanım onunla görüşüb ərizə formasını ona vermiş və heç bir söz demədən qayıdıb getmişdir. Qiyaməddinlə görüşən vaxtı 100-200 manat nəğd pul vermiş, əlavə olaraq verdiyi bank kartına 1000, 200 manat pul göndərmişdir. Bundan sonra bir müddət Qiyaməddinin telefonuna zəng çatmamışdır. Təxminən 1 aydan sonra X8 əlaqə saxlamış və bildirmişdir ki, ağır xəstədir, ağ ciyərində vərəm yaranmış, şəkəri yüksəlmişdir. Onlar da onun dediklərinə inanmış və soruşmuşlar ki, Kamilin işi nə yerdə qalmışdır. Qiyaməddin demişdir ki, tapşırmışdır Kamilin əmri sentyabr ayının 20-də veriləcəkdir. 2022-ci ilin iyul ayında Qiyaməddinin telefonuna zəng çatmamışdır. Onlar başa düşmüşlər ki, Qiyaməddin onları aldatmışdır. Bu günə qədər Qiyaməddin aldığı pulları geri qaytarmış, nə də ki Kamilin işlərini düzəltmişdir. Dəymiş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətcidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, qaz sızması nəticəsində 2017-ci ilin mart ayının 28-də yaşadığı Kürdəmir rayonu Çölqubalı kəndində yerləşən evi yanmış, ona yüz min manata yaxın maddi ziyan dəymişdir. Dəymiş ziyandan 36572 manat “Azəriqaz” İB-yi tərəfindən ona ödənilmiş, qalan hissəsini ala bilmədiyinə görə müxtəlif orqanlara müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Kürdəmir şəhərində yerləşən İcra və Probasiya şöbəsi ilə üzbəüz olan çay evinə çay içmək üçün getmiş, orada tanımadığı bir nəfər şəxs onu çay içmək üçün öz masasına dəvət etmiş, əvvəl tək oturmaq istəmiş, həmin şəxsin təkidli təkliflərindən sonra onun oturduğu masada əyləşmişdir. Söhbət əsnasında həmin şəxs özünü təqdim edərək adının Qiyaməddin olduğunu, əslən Quba rayonunun İspik kəndindən olduğunu və Kürdəmir şəhərində yaşadığını demişdir. Qiyaməddin onun əlində olan bir dəstə sənədləri görüb nə kimi çətinliyi olduğunu soruşmuş, evinin yanmasını və dəymiş maddi ziyanı ala bilmədiyi barədə ona danışmışdır. Qiyaməddin də qardaşı X1 müşaviri işlədiyini və Şimal bölgəsinin akademiki olduğunu demişdir. Ona dəymiş ziyanı qardaşı Nizaməddinin vasitəsilə ödətdirə biləcəyini, həmin işlə bağlı ailəvi dostları olan vəkili də tutacağını bildirmiş və işin həll olunması üçün ondan vəkilə vermək üçün 1000 (bir min) manat pul istəmişdir. Onun də pulu olmadığına görə xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhərində yerləşən “Lombard”-da qızıl əşyalarını girov qoyaraq 1300 (bir min üç yüz) manat pul götürmüşdür. Onun gəlini Lala Sadıqova ağır xəstə olduğundan pul lazım ola biləcəyini ehtiyat etmiş və götürdüyü puldan vəkilə verməsi üçün xx.xx.2022-ci il tarixdə 300 manatını, xx.xx.2022-ci il tarixdə 200 manatını Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən Azər adlı şəxsin kafesində dayısı Qeyis və oğlu Müqavilin yanında Qiyaməddinə vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri, Vaqif küçəsində yerləşən “Nur” kafesində dayısı Qeyis və oğlu Müqavilin yanında vəkilə verməsi üçün Qiyaməddinə 300 manat vermişdir. xx.xx.2022-ci il tarixdə vəkil üçün verəcəyi 1000 manat puldan qalan 200 manatını da Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən Azər adlı şəxsin kafesində dayısı Qeyisin yanında Qiyaməddinə vermişdir. Qiyaməddin isə onu aldadaraq verdiyi vədinə əməl etməyərək pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra Qiyaməddinin arvadı Fatmanın Kürdəmir şəhərində yerləşən bazarda alver etdiyini öyrənmişdir. O, da Qiyaməddinin arvadı Fatmanın yanına gedib Qiyaməddinin onu aldadaraq 1000 (bir min) manat pulunu aldığını demişdir. Fatma da ona evin sənədlərini və 1000 manat pulunu alıb verəcəyini demişdir. Lakin Fatma da onu aldadaraq sənədləri və pulu verməmişdir. O, Qiyaməddin adlı şəxsə vəkil tutması üçün verəcəyi 1000 (bir min) manat puldan 700 manatını Kürdəmir şəhərində yerləşən Azər adlı şəxsin çay evində, 300 (iki yüz) manatını isə Kürdəmir şəhəri, Vaqif küçəsində yerləşən “Nur” kafesində vermişdir. O, istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Qiyaməddinin istifadəsində olan ***-***-**-** saylı telefonla əlaqə saxlamış, lakin onun telefonuna zəng çatmamışdır. Bu barədə polisə şikayət etmiş, lakin bu günə kimi pulunu qaytarmamışdır. Qiyaməddin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvlərilə birlikdə Ağcabədi rayonunun Hüsülü kəndində yaşayır, Ağdam rayon Polis Şöbəsində işləmiş, hazırda təqaüdçüdür. Təqaüdə çıxdıqdan sonra iş vaxtı aldığı insultla, yəni xəsarətlə bağlı sığorta pulu almaq üçün bir neçə orqana müraciət etmiş, lakin ona sığorta verilməmişdir. Bununla bağlı tanışı, Ağcabədi rayonu, Kəhrizli kənd sakini X5 danışmışdır. 11 dekabr 2021-ci il tarixdə Əlibala onun əmisi oğlu Vasifi Ağcabədi şəhərinə çağırmış, Vasif də onunla birlikdə Ağcabədi şəhərinə gedib Əlibala ilə görüşərkən, yanında sonradan tanıdığı X6 da oturmuşdur. Onlar tanış olub bir qədər söhbət etdikdən sonra Qiyaməddin onun sığorta məsələsini də öyrənmiş və ona özünü baş prokurorluğun əməkdaşı kimi təqdim edib köməklik edə biləcəyini bildirmişdir. O, inanıb ona köməklik edəcəyini düşünmüşdür. Qiyaməddin bir neçə gün rayonda olacağını bildirmişdir. 15 dekabr 2021-ci il tarixdə Qiyaməddin Bakı şəhərinə yola düşən zaman sığorta məsələni həll etmək üçün 300 manat pul lazım olduğunu demişdir. 300 manat pulu Qiyaməddinə verib, onu Bakı şəhərinə yola salmışdır. 18 dekabr 2021-ci il tarixdə Qiyaməddin ona zəng edib rayona gəldiyini bildirmiş, kəndin girəcəyində onunla görüşmüş və ona sığorta məsələsinin həlli ilə bağlı daha 1000 manat lazım olduğunu bildirmişdir. O, da evdən 1000 manat pulu gətirib ona vermişdir. 21 dekabr 2021-ci il tarixdə isə yenə də ona sənəd işləri ilə bağlı 100 manat lazım olduğunu demişdir. O, da ona həmin gün poçt vasitəsilə 100 manat göndərmişdir. 23 dekabr 2021-ci il tarixdə isə yenə də ondan 200 manat pul istəmiş və o, həmin gün ona yenə də poçt vasitəsilə 100 manat bir, 100 manat da bir pul göndərmişdir. Daha sonra 28 dekabr 2021-ci il tarixdə yenə də hansısa sənəd işləri ilə bağlı ondan 100 manat pul istəmiş, o, da həmin gün yenə də poçt vasitəsilə ona 100 manat pul göndərmişdir. Bu minvalla o, Qiyaməddinə sonralar 04 yanvar 2022-ci il tarixdə 150 manat poçtla göndərmiş, həmin tarixdə əlbəəl isə 300 manatı Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində İsmayılın yeməkxanasında vermişdir. 10 yanvar 2022-ci il tarixdə 100 manat poçtla göndərmiş, 20 yanvar 2022-ci il tarixdə yenə də poçtla 170 manat, 09 fevral 2022-ci il tarixdə poçtla 200 manat, 10 fevral 2022-ci il tarixdə isə yenə də poçtla 100 manat pul göndərmişdir. 20 fevral 2022-ci il tarixdə isə 1000 manat pulu isə əlbəəl olaraq Ağcabədi şəhəri, İdman Kompleksinin yaxınlığında vermişdir. Ümumilikdə o, Qiyaməddinə 3720 manat pul vermişdir. Qiyaməddin ona 20 mart 2022-ci il tarixədək sığorta məsələsinin həll olunacağını bildirmişdir. O, həmin vaxt ona inanmışdır. Həmin ərəfələrdə isə o, insult keçirdikdən sonra müalicə məqsədilə Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs2 işlədiyi yerə masaja getmiş, masaj edilən vaxtı Sahibə Şahid4 ona 19000 manat pul borclu olması və həmin pulu qaytarmamasını bildirmişdir. O, da ona bir nəfər tanıdığı şəxsin köməklik edə biləcəyini demişdir. Həmin vaxt o, Qiyaməddinə inandığı üçün düşünmüşdür ki, Sahibəyə köməklik edə bilər. Həmin vaxt Qiyaməddin Ağcabədi rayonunda olmuş, onunla görüşüb Sahibənin məsələsini ona izah etmiş və köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Qiyaməddin də ona bildirmişdir ki, köməklik edə bilər. Bundan sonra Sahibə ilə danışmış və Qiyaməddinlə birlikdə Sahibənin iş yerinə getmişdir. Burada onları tanış etmiş və onlar öz aralarında söhbət etmişlər. Daha sonra öyrənmişdir ki, Qiyaməddin Sahibəni aldadaraq ümumilikdə ondan həmin məsələni həll edəcəyini vəd verib 3800 manat pulunu ələ keçirmişdir. Qiyaməddin ondan sığorta məsələsini həll etmək üçün ümumilikdə 3-4 min pul istəmişdir. Belə ki, o, sığorta məsələsini neçəyə həll edə biləcəyini soruşduqda o, demişdir ki, “bu işi hardasa 3-4 min manata həll edəcəm”. O, həmin vaxt Qiyaməddinin ona qarşı dələduzluq etməsini bilməmişdir. Çünki, ona inanmışdır. Buna görə də o, Sahibəyə köməklik etmək məqsədilə onları bir-biri ilə tanış etmişdir. Sahibə onun yanında ona pul verməmişdir. Hazırda ona dəymiş ziyan ödəilmədiyi üçün Qiyaməddindən şikayətcidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatdadır, lakin 15 ildir ki, Ağcabədi şəhərində yaşayır. Hazırda ünvan 1-də tək yaşayır. Ali təhsillidir, Azərbaycan tibb İnstitunun terapiya fakültəsini bitirmişdir. Hazırda tibbi masaj etməklə məşğul olur. 2010-cu ildə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən həkim Şahid4 məxsus 3 mərtəbli klinika kimi fəaliyyət göstərən binada masaj həkimi kimi işə başlamış, işə başlayan zaman Şahid4 onunla razılaşmışdır ki, qazanılacaq gəlirin yarısı Rövşənin, yarısı isə onun olmalıdır. Hər ay təxminən 200-500 manat aralığında gəlir əldə etmiş və pulları tam olaraq Şahid4 vermiş və ona bildirmişdir ki, aylıq ona pul verməsin, sonda pulu götürəcək. 2017-ci il tarixdə iş yerini dəyişmiş və “Firdovsinin apteki” deyilən yerin yanında olan obyektdə işləmişdir. Rövşənin klinikasında 7 il müddət ərzində müqaviləsiz işləmiş, həmin müddətdə hər ay gəlirləri yazmışdır. Beləcə hesablamış və Rövşənin klinikasında işlədiyi 7 il ərzində ümumi olaraq 19000 manat gəliri olmasını müəyyən etmişdir. Həmin vaxt Rövşəndən pulunu istəmiş, o isə onu təhqir edib pulunu verməyəcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən ona 19000 manat pulun yarısını verməli olmuş, lakin o, 19000 manatın bütovlükdə ondan tələb etmişdir. Çünki onu müqaviləsiz işlədib və pulunu verməmişdir. Bununla bağlı Ağcabədi rayon polis şöbəsinə müraciət etmiş, araşdırma aparılandan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu məsələni onun yanına masaja gələn Ağdam rayonunda əvvəllər işləmiş Tahir adlı polis əməkdaşına danışmış, Tahir ona bildirmişdir ki, bir tanışı var, onun pulunu alıb verə bilər. Tahir 2021-ci yanvar ayında onun hazırda işlədiyi Ağcabədi rayon prokuroluğunun yaxınlığında olan iş yerinə gəlmiş, həmin vaxt özü ilə sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi bir nəfəri gətirmiş və məsələni danışandan sonra Qiyaməddin ona bildirmişdir ki, onun pulunu alıb verəcəkdir., Qiyaməddinin mobil nömrəsini götürmüş və bundan sonra onunla birbaşa əlaqə saxlamışdır. Qiyaməddin ona bildirmişdir ki, bu işlə bağlı vəkil tutub, prokurorla danışır və həll edəcək. Hər dəfə ona zəng edərək müxtəlif bəhanələrlə ondan pul istəmişdir. Qiyaməddinə ümumilikdə 3000 manatı poçtla, 400 manat pulu və 100 manat pulu isə öz iş yerində əlbəəl vermişdir. Həmin vaxt onun yanında heç kim olmamışdır. Poçtla pulu isə özü göndərmişdir. Sonuncu dəfə, yəni xx.xx.2022-ci il tarixdə pulu olmadığına görə xahişini nəzərə alıb, vəkili Əlizamin onun adından Qiymaddinin verdiyi kart hesab nömrəsinə 300 manat pul göndərmişdir. Beləliklə, o, Qiyaməddinə onun Rövşəndə olan 19000 manat pulunu alıb ona qaytarması üçün ümumilikdə 3800 manat pul vermişdir. Lakin ona sonradan məlum olmuşdur ki, Qiyaməddin dələduzdur, onu aldadaraq 3800 manat pulunu ələ keçirmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödəilmədiyi üçün Qiyaməddindən şikayətcidir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 bacısı oğludur. Səlimağanın 2017-ci ilin mart ayının 28-də Çölqubalı kəndində yaşadığı ev qaz sızması nəticəsində yanmış evinə görə dəymiş maddi ziyanı tam ala bilmədiyinə görə Səlimağa müxtəlif orqanlara müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə Səlimağa kəndə gəldikdən sonra ona demişdir ki, Kürdəmir şəhərində yerləşən İcra və Probasiya şöbəsi ilə üzbəüz olan çay evində qardaşı Prezidentin müşaviri işləyən Qiyaməddin adlı şəxslə tanış olmuş, həmin şəxs Səlimağaya kömək edəcəyini, işlə bağlı ailəvi dostları olan vəkili də tutacağını demişdir. Qiyaməddin işin həll olunması üçün Səlimağadan min manat pul istəmişdir. Səlimağanın da pulu olmadığına görə xx.xx.2022-ci il tarixdə Səlimağa ilə birlikdə Kürdəmir şəhərində yerləşən “Lombard”a getmiş, Səlimağa qızıl əşyasını girov qoyaraq 1300 manat pul götürmüşdür. Evin sənədlərinin surətini və götürdüyü pulun 1000 manatını ayrı-ayrı vaxtlarda hissə-hissə onun yanında Qiyaməddinə vermişdir. Səlimağa Qiyaməddinlə hər dəfə kafedə görüşmüş və yediklərinin hesabını da Səlimağa vermişdir. Sonradan Qiyaməddinin onları aldatdığını bilən Səlimağa öyrənmişdir ki, Qiyaməddinin arvadı Fatma Kürdəmir şəhərində yerləşən bazarda alver edir. Səlimağa da Qiyaməddinin arvadı Fatmanın yanına gedib Qiyaməddinin onu aldadaraq 1000 (bir min) manat pulunun aldığını demişdir. Fatma da Səlimağaya demişdir ki, “sənin evini sənədlərini və 1000 pulunu alıb gətirib verəcəm”. Fatma da Səlimağanı aldadaraq sənədləri və pulu verməmişdir. Səlimağa Qiyaməddin adlı şəxsə vəkil tutması üçün verəcəyi 1000 (bir min) manat puldan 700 manatını Kürdəmir şəhərində yerləşən Azər adlı şəxsin çay evində, 300 (üç yüz) manatını isə Kürdəmir şəhəri Vaqif küçəsində yerləşən “Nur” kafesində vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1) Quba rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə AR CM-nin 123-cü maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1996-cı ildə cəzasının sonu ilə azad edilib; 2) Əli Bayramlı rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə AR CM-nin 178.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 3) Quba rayon Məhkəməsinin xx.xx.2001-cü il tarixli hökmü ilə AR CM-nin 67, 178.2.1, 178.2.2-ci maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 4) Nəsimi rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad edilib; 5) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən 08 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il qərarı ilə CM-nin 178.3.2, 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilərək 8 il cəzadan 01 il 06 ay götürülərək üzərində qəti 06 il 06 ay saxlanılmışdır. Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il qərarı ilə CMnin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə cəza 05 ilə endirilib. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. -Təqsirləndirilən şəxslər X17 ilə Təqsirləndirilən şəxs üzləşdirmə protokolunda (bax.iş 3-cü cild,səh.70-74) Hafiz bildirmişdir ki, X2 Bakı Dövlət Universitetinə müəllim düzəltmək üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Space” telekanalın yanında yerləşən çayxanada X10 ona verdiyi 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Qiyaməddin ifadəsində bildirmişdir ki, Azər orada 3000 manat pulu çıxarıb Hafizə vermiş, Azər gedəndən sonra Hafiz həmin puldan 1700 manat pulu özünə götürmüş, qalan 1300 manatı ona vermişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunda Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs X11 xx.xx.2023-cü il tarixdə saxlanıldığı kamerada ölməsi barədə məlumat verilmiş, həmin məlumata əsasən xx.xx.2023-cü il tarixli qərarla hazırki cinayət işinin təqsirləndirilən şəxs X17 barəsində olan hissəsinə hissəvi xitam verilmişdir. - Ağcabədi Rayon Məhkəməsinin hakimi X7 xx.xx.2022-ci il tarixli 4(017)-136/2022 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə, yəni 17 fevral 2023-cü ilə kimi həbs qətimkan tədbiri seçilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(041)-18/2023 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nın 178.1, 178.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 11 (on bir) gün, yəni 28 fevral 2023-cü il tarixədək uzadılmış, həbsdə saxlama müddətinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(041)-24/2023 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nın 178.1, 178.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni 28 aprel 2023-cü il tarixədək uzadılmış, həbsdə saxlama müddətinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(041)-51/2023 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nın 178.1, 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni 28 aprel 2023-cü il tarixdən 28 iyun 2023-cü il tarixədək uzadılmış, həbsdə saxlama müddətinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. - Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Azər Aslanlının 19 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nın 178.1, 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-33/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nın 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasına yerləşdirilmişdir. - Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(017)-32/2022 saylı qərarı əsasında "xxxx" ASC-dən götürülmüş hesabdan çıxarışda xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 adından 300 manat pulun X9 vasitəsilə Təqsirləndirilən şəxs təqdim etdiyi X4 adında olan "xxxx" tərəfindən verilmiş 418980******4582 saylı hesab nömrəsinə Bərdə şəhəri, Bakı küçəsi “Piramida market”də olan “E-manat” vasitəsilə köçürülməsi öz təsdiqini tapmışdır. -iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Ağcabədi rayonu, Hüsülü kəndində yaşayan Zərərçəkmiş şəxs1 ümumilikdə 3720 manat pulunu, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 3800 manat pulunu, Kürdəmir rayonu Çölqubalı kəndində yaşayan Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat pulunu, Zərərçəkmiş şəxs4 ümumilikdə 15000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. -Quba RİHB-nın İspik İƏD-i üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi barədə arayışda Təqsirləndirilən şəxs İspik kəndində qeydiyyatda olduğu, heç bir ailə üzvünün olmadığı göstərilmişdir. Həmin tarixli xasiyyətnamədə onun uzun müddət bundan əvvəl kənddən çıxması səbəbindən özünü necə aparması barədə məlumatlarının olmadığı, bəzi kənd sakinlərinin onun barəsində müsbət fikir söylədikləri qeyd edilmişdir. - ambulator, stasionar xəstənin tibb kartasından çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs sol ağ ciyərin vərəmi diaqnozu qoyulmuşdur. Bundan əlavə, cinayət işinin materiallarına zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bank kartlarına köçürülmüş məbləğləri təsdiq edən qəbzlər, pulların əlbəəl verilən hadisə yerlərinin fotoşəkilləri və digər sənədlər əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün yuxarıda qeyd edilən hallarla bağlı etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs özünü müxtəlif statusda (Prezidentin müşaviri, Baş Prokurorluğun əməkdaşı və sair) vəzifəli şəxs kimi qələmə verməklə, bəzi hallarda qardaşının adından çıxış edərək zərərçəkmiş şəxsləri və onların qohumlarını işə düzəltmək, sığorta, borc, dəymiş maddi ziyanla bağlı məsələləri həll etmək adı ilə aldadaraq, hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pullarını alıb mənimsəmişdir. Təqsirləndirilən şəxs konkret ad çəkməsə də, zərərçəkmiş şəxsləri özünə inandırmaq üçün tələb etdiyi pulla bərabər həll edəcəyi işlərə uyğun sənədləri də alaraq özündə saxlamış, X3 Bakı Dövlət Universitetinə müəllim düzəltmək üçün atası Hidayəti ərizə forması alması üçün Bakı Dövlət Universitetinə göndərmişdir. Göstərilən əsaslara və hallara görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin dələduzluq, rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq, rüşvətxorluqda yalançı vasitəçi psevdorüşvətçi və sair kimi tövsif edilməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2022-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərar, 2023-cü il 17 aprel tarixində isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Qərardad qəbul edilmişdir. Həmin Qərar və Qərardadda ifadə olunmuş Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023cü il tarixli Qərarında “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndi yeni redaksiyada verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur...” Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan suiistifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. 4. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə onu da qeyd edir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınmaqla dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ala bilmədiyi sığorta pulunu düzəldəcəyi adı ilə yalan vəd verməklə aldadaraq ondan 3720 manat pulu tək, Zərərçəkmiş şəxs2 ona pul borcu olan Şahid4 borcunu alacağı adı ilə yalan vəd verməklə aldadaraq ondan 3800 manat pulu tək, Zərərçəkmiş şəxs3 məxsus yaşayış evi qaz sızması nəticəsində yandığına görə dəymiş zərərin ödənilməsində vəkil tutaraq kömək edəcəyini yalandan vəd verməklə aldadaraq ondan 1000 manat pulu tək, Zərərçəkmiş şəxs4 isə oğlu Kamil Səfərəliyevi Bakı Dövlət Universitetində müəllim vəzifəsinə işə qəbul etdirmək imkanında olduğuna cinayətdən xəbərsiz X10 vasitəsi ilə inandırıb özlərinə qarşı inam yaratdıqdan sonra aldadaraq tanışı X17 ilə sövdələşib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir. Hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs X11 xx.xx.2023-cü il tarixdə saxlanıldığı kamerada ölməsi səbəbindən müstəntiq tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin təqsirləndirilən şəxs X17 barəsində olan hissəsinə hissəvi xitam verilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyandan bir manat belə ödəniş etməmiş, ibtidai istintaq və məhkəmə araşdırması dövründə də buna cəhd göstərməmişdir. Təqsirləndirilən şəxsə tərbiq edilməli olan cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, subay olması, işləməmsi, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, əvvəllər törətdiyi eyni cinayət əməllərinə görə məhkum olunmasını, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, sol ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini, təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq sayır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 (yeddi) ay 11 (on bir) gün müddət nəzərə alınaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə zərəçəkmiş şəxslərə vurulmuş maddi ziyan- Zərərçəkmiş şəxs1 3720 manat, Zərərçəkmiş şəxs2 3800 manat, Zərərçəkmiş şəxs4 15000 manat, Zərərçəkmiş şəxs3 1000 manat olmaqla, ümumilikdə 23520 manat puldan ödənişin olmaması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 07 (yeddi) ay 11 (on bir) gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. İş üzrə zərəçəkmiş şəxslərə vurulmuş maddi ziyan- Zərərçəkmiş şəxs1 3720 manat, Zərərçəkmiş şəxs2 3800 manat, Zərərçəkmiş şəxs4 15000 manat, Zərərçəkmiş şəxs3 1000 manat olmaqla, ümumilikdə 23520 manat ödənilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilməlidir. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar