Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-33/2025 22.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Kürdəmir rayonu, Karrar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2024-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinə əsasən 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə, xeyli miqdarda, 01 ədəd bükümdə, təmiz çəkisi – 12.56 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində qohumu xx.xx.2005-ci il təvəllüdlü, Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 ilə narkotik vasitə qurudulmuş marixuananın – 12.56 qram çəkidə olan hissəsini 40 manat pul müqabilində satacağı barədə razılaşma əldə etdikdən sonra, Kürdəmir rayonu, Karrar kəndi ərazisində ona qanunsuz satmış, Şahid1 ondan əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı şərtləşmələrinə əsasən aralarında təxmini bölərək verdiyi 20 manat pula görə narkotik vasitə qurudulmuş marixuananın - 5,47 qramını özünə götürmüş, 15 manat pul müqabilində olan narkotik vasitə qurudulmuş marixuananın - 6,96 qramını Şahid2, 5 manat pul müqabilində olan narkotik vasitə qurudulmuş marixuananın - 0,13 qramını isə Şahid3 heç bir mənfəət və gəlir əldə etmədən vermiş, xx.xx.2024-cü il tarixdə saat 19:11 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 Kürdəmir rayonu, Karrar kəndi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan boz rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd kağız bükümdə, az miqdarda, təmiz çəkisi - 0.13 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 21:25 radələrində istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid2 Kürdəmir rayonu, Karrar kəndi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan göy rəngli şalvarın ön sağ cibindən 01 ədəd polietilen bükümdə, xeyli miqdarda, təmiz çəkisi – 6.96 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid1 Kürdəmir rayonu, Karrar kəndi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunda, xeyli miqdarda, təmiz çəkisi – 5,47 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Karrar kəndində yaşayır, uzun müddətdir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, bir müddət əvvəl narkotik tərkibli çətənə kolları əkib becərdiyi üçün Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid1, Şahid2, Şahid3 həmkədliləri kimi tanıyır, həm də qohumdurlar, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. xx.xx.2024-cü il tarixdə kənd sakinlərindən Cəbrayılın polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı kənd ərazisində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə aparmışlar. Şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu günə qədər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Cəbrayıl ifadəsində yalan demişdir. Ümumiyətlə Cəbrayıla narkotik vasitə qurudulmuş marixuana verməmiş və satmamışdır. Cəbrayıldan aldığı 40 manat pulu borc olaraq almışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda üzərindən narkotik vasitə olmadığını və bu günə qədər heç kimə narkotik vasitə vermədiyini və satmadığını, bütün bunların polis əməkdaşları tərəfindən ona qarşı qurulmuş plan olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Soltan İbrahimov onun dayısıdır, dayısının narkotik maddələrdən istifadə etdiyini bilir, özü də arabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı kəndin ərazisində həmkənliləri Şahid2 və Şahid3 ilə görüşüb söhbət edərkən birbirindən narkotik maddə marixuana istəmişlər. Lakin hər üçündə də narkotik maddə marixuana olmadığından qərara gəlmişlər ki, dayısı Təqsirləndirilən şəxs ayrı-ayrılıqda özlərinin istifadəsi üçün narkotik maddə marixuana əldə etsinlər. 20 manat özü, Riyad 15 manat, Qubad isə 5 manat pul qoyaraq narkotik maddə olan qrudulmuş marixuana almaqla bağlı və alacaqları narkotik maddəni qoyduqları pula görə bölməklə bağlı öz aralarında razılığa gəlmişlər və üçü də dayısı Soltanın yaşadığı evə getmişlər. Yolda Qubad onları gözləmiş, onunla Riyad piyada Soltanın evinə getmişlər. Riyad küçədə dayanmış, o, isə dayısının darvazasını açıb evinə girmişdir. Evdə Soltandan narkotik maddə marixuana olub-olmadığını soruşduqda, Soltan ona bir bükümlük narkotik maddə marixuana olduğunu və həmin bükümü 50 manat pul müqabilində sata biləcəyini demişdir. Aralarında gedən söhbət zamanı üstündə 40 manat pulu olduğunu və həmin pulu Soltana təkif etmişdir. Soltan da onunla razılaşaraq 40 manat pulu alıb bir büküm qurudulmuş marixuananı ona vermişdir. Aldığı marixuananı razılaşdıqları kimi Qubad və Riyadla öz aralarında bölmüşlər. Payına düşən marixuananın üzərindən 1 dəfə götürüb istifadə etmiş və qalan hissəsini diqqət çəkməsin deyə kibrit qutusuna yığıb şəxsi istifadə etmək üçün cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə aparmışlar. Verilmiş suallara cavabında Şahid1 həmçinin bildirdi ki, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar edərək götürmüşlər. Polis əməkdaşları aşkar edilmiş kibrit qutusunu 01 ədəd içərisi boş ağ rəngli zərfə qoymuşlar, üzəri yazıldıqdan sonra imzalanaraq ekspertizaya təqdim olunacağını bildirmişlər. Qubad, Riyad və o, birlikdə pul atışıb cəmi 40 manata dayısından narkotik vasitə almışdır, o, Riyada və ya qeyrisinə narkotik vasitə satmamışdır. Şahid2 və Şahid3 həmkəndliləridir, onlarla münasibəti normaldır və onlarla heç bir ədavəti düşmənçiliyi olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə yoxdur. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Karrar kəndində yaşayır, təxminən 2-3 aydır ki, narkotik vasitə qurudulumuş marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı kəndin ərazisində həmkəndliləri Şahid1 və Şahid3 ilə görüşüb söhbət zamanı bir-birindən narkotik maddə marixuana istəmişlər. Lakin hər üçündə də narkotik maddə marixuana olmadığından qərara gəlmişlər ki, Cəbrayılın dayısı Təqsirləndirilən şəxs ayrı-ayrılıqda özlərinin istifadəsi üçün narkotik maddə marixuana əldə etsinlər. O, özünə aid 15 manat, Cəbrayıl 20 manat, Qubad isə 5 manat pul qoyumuş və razılığa gəlmişlər ki, qoyduqları pula görə narkotik maddəni bölsünlər. Qubad ona bir papirosluq lazım olduğunu demişdir. Bir sözlə aralarında razılıq əldə etdikdən sonra onlar Soltanın yaşadığı evə getmişlər, Qubadla o çöldə gözləmiş, Cəbrayıl Soltangilin darvazasını açıb evinə girmiş, bir müddət sonra Cəbrayıl Soltanın evindən küçəyə birlikdə kəndin mərkəzinə tərəf getmişlər. Cəbrayıl cibindən Soltandan aldığı narkotik maddəni çıxardaraq razılaşdıqları kimi aralarında bölmüşlər. Bölgü zamanı Qubad özünə yalnız bir papirosluq marixuna götürmüş, bundan sonra onlar sağollaşmış və o, yaşadığı evə tərəf getmişdir. O, payına düşən narkotik vasitə marixuananın üzərindən 1 dəfə götürüb istifadə etmiş və qalan hissəsini siqaret qutusunun selofanına büküb cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:25 radələrində yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan cins şalvarın ön sağ cibindən 01 ədəd selofan bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə” olduğunu bildirmişdir. Verilmiş suallara cavabında Şahid2 həmçinin bildirdi ki, üzərindən aşkar olunan 01 ədəd polietilen büküm içərisindəki təmiz çəkisi – 6.96 qram olan narkotik vasitə qurudulmuş marixuananı həmkəndliləri Şahid1 və Şahid3 ilə pul qoyaraq xx.xx.2024-cü il tarixdə Cəbrayılın dayısı Təqsirləndirilən şəxs 40 manat pul qarşılığında almışlar. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Narkotik vasitənin heç bir növünün satışı ilə məşğul olmamışdır. Onun marixuanasının olmasından, yalnız Qubad və Cəbrayılın məlumatı olmuş, başqa heç kimə deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 şahidlər Şahid2 və Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Məhkəmə istintaqında Şahid9 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Karrar kənd sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Karrar kəndi ərazisində saxlayıb, özlərini təqdim edərək RPŞ-yə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş və axtarış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitəni pay verdiyini, satmadığını və 40 manat da borc olaraq pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs Şahid1 başqa kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid3 və Şahid2 Kürdəmir rayonu Karrar kənd sakinləri kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Şahid3 qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında həmin tarixdə Şahid3 Kürdəmir rayonu Karrar kəndi ərazisində saxlayıb Kürdəmir rayon polis şöbəsinə gətirmişlər. Hüquq vəzifələri izah olunduqdan sonra Şahid3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 əynində olan boz rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış və üzəri imzalanaraq götürülmüşdür. Daha sonra Şahid3 üstünü yoxlayarkən şalvarın sol ön cibindən 01 ədəd “Milano” markalı siqaret paketi, 01 ədəd alışqan, şalvarın sağ ön cibindən 01 ədəd mobil telefon və həmin şalvarın ön sağ kiçik cibindən 01 ədəd kağız bükümdə çətənə bitkisinin toxumuna bənzər toxum aşkar edilmişdir. Sonra həmin kütlələr və telefon qablaşdırılmış və üzəri imzalanaraq götürülmüşdür. Şifahi soğru zamanı Şahid3 üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni dayısı oğlu X3 ilə istifadə etdikdən sonra artıq qalan hissəsi olduğunu və şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Vahid Qubadovu RPŞ-nə gətirmişlər. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Şahid2 qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən daxil olmuş məlumat əsasında həmin tarixdə Şahid2 Kürdəmir rayonu Karrar kəndi ərazisində saxlayıb Kürdəmir rayon polis şöbəsinə aparmışlar. Hüquq vəzifələri izah olunduqdan sonra Şahid2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Şahid2 əynində olan cins şalvarın ön sağ cibindən 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Şahid2 üstünü yoxlayarkən şalvarın sol ön cibindən 01 ədəd mobil telefon və həmin şalvarın sol arxa cibindən 01 ədəd pul qabı içərisindəki 02 ədəd bank kartı aşkar edilmişdir. 01 ədəd polietilen bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 7.32 qram müəyyən olunmuşdur. Sonra həmin kütlə və telefon qablaşdırılmış və üzəri imzalanaraq götürülmüşdür. 02 ədəd plastik kart isə ayrıca götürülmüşdür. Şifahi soğru zamanı Şahid2 üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni 3 gün öncə Şahid1 20 manata aldığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Vahid Qubadovu RPŞ-nə gətirmişlər. Şahid3 və Şahid2 üstü yoxlanılan zaman onlara qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Şahid3 və Şahid2 kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5, Şahid6 və Şahid7 da Şahid4 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid5 və Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid7 iştirakı ilə Şahid3 saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Şahid3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 əynində olan boz rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Şahid3 üstünü yoxlayarkən şalvarın sol ön cibindən 01 ədəd “Milano” markalı siqaret paketi, 01 ədəd alışqan, şalvarın sağ ön cibindən 01 ədəd mobil telefon və həmin şalvarın ön sağ kiçik cibindən 01 ədəd kağız bükümdə çətənə bitkisinin toxumuna bənzər toxum aşkar edilmişdir. Sonra həmin kütlə və telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür (cild 1 - i/v. 10-12); - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid5, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 və Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid7 iştirakı ilə Şahid2 saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Şahid2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 əynində olan cins şalvarın ön sağ cibindən 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Şahid2 üstünü yoxlayarkən şalvarın sol ön cibindən 01 ədəd mobil telefon və həmin şalvarın sol arxa cibindən 01 ədəd pul qabı içərisindəki 02 ədəd bank kartı aşkar edilmişdir. 01 ədəd polietilen bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 7.32 qram müəyyən olunmuşdur. Sonra həmin kütlə və telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 02 ədəd plastik kart isə ayrıca götürülmüşdür (cild 1 - i/v 48-50); - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid5, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 və Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid7 iştirakı ilə Şahid1 saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Şahid1 üstünü yoxlayarkən əynində olan gödəkçəsinin ön sol cibindən 01 ədəd mobil telefon və əynində olan şalvarın sol cibindən 02 ədəd 1 manatlıq pul əsginazı aşkar edilmişdir. 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 8.82 qram müəyyən olunmuşdur. Sonra həmin kütlə və telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 02 ədəd 1 manatlıq pul əsginazı Şahid1 geri qaytarılmışdır (cild 1 - i/v. 86-88). - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında videoçəkilişlə Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir (cild 1 - i/v 183-185); - Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirilərkən, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir (cild 1 - i/v 190-191); - məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/832 saylı rəyindən görünür ki,
1. Tədqiqata təqdim olunmuş üzərində: “...Şahid3 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi – 0.13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd bükümdə təmiz çəkisi – 0.02 qram olan bitki toxumu, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumudur, narkotik vasitələrə aid deyildir.
2. Tədqiqata təqdim olunmuş üzərində: “...Şahid2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketin içərisində 1 ədəd tamlığı pozulmuş möhürlü kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 6.96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.
3. Tədqiqata təqdim olunmuş üzərində: “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 5.47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Şahid3 üzərindən, Şahid2 üzərindən və Şahid1 üzərindən götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. (kannabis) - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (cild İ - i/v 124-128); -"xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 24155 nömrəli məktubdan görünür ki, Azercell Telekom MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, göndərilmiş və qəbul edilmiş SMS-lər, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirərək müəyyən edilmişdir ki, diskdə 1) 505889114_SMS.txt 2) 508076804_SMS.txt 3) 9945********.txt 4) 9945********.txt 5) Abuneciler15160.xlsx 6) Antenna15160.xlsx adlı 06 ədəd fayl vardır. 01 ədəd CD diskdə olan 06 ədəd fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (bax: cild İİ - i/v 43-65). - “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-1266/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. Narkoloji qeydiyyatda durur. - Kürdəmir rayon Məhkəməsinin 4(041)-78/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında əsasən S.İ.İbrahimovun barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 2 - i/v 16-18). -xx.xx.2024-cü il tarixli Kürdəmir rayon məhkəməsinin 1(041)-117/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 2- i/v 20-27). İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1797 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 2 - i/v 33); -Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayətin predmeti olan Şahid2 üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın ön sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi – 6.96 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 6.94 qram qalığının, Şahid3 üstü yoxlanılan zaman əynində olan boz rəngli rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd kağız paketdə təmiz çəkisi - 0.13 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.11 qram qalığının ********* saylı cinayət işi üzrə və Şahid1 üstü yoxlanılan zaman əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunda, təmiz çəkisi – 5,47 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 5.45 qram qalığının ********* saylı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır (cild İİ - i/v 107- 124); - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabından görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri keçirilərək faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmış, narkotik vasitə qurudulmuş marixuananı hansı şəraitdə və hansı mənbədən əldə etməsini, həmçinin həqiqətən də Şahid1 narkotik vasitə qurudulmuş marixuananı satıb-satmamasını müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Şahid1 xx.xx.2024-cü il tarixdə saat 13 radələrində tanışları Şahid2 və Şahid3 ilə ayrı-ayrılıqda özlərinin istifadəsi üçün narkotik maddə marixuana əldə etməkdən ötrü birlikdə 40 manat pul toplayaraq, həmin günü saat 14 radələrində Təqsirləndirilən şəxs 40 manat pul müqabilində 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana əldə edərək şərtləşmələrinə əsasən həmin narkotik maddəni aralarında bölmüşlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı mənbədən necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir (cild 2 - i/v: 79). Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin 29 sentyabr 2024-cü il tarixdə qeydə alınmış audio-video iclasının tədqiqi zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, ona qarşı polis şöbəsində heç qanunsuz hərəkətlər edilməmiş, narkotik vasitəni Şahid1 pul müqabilində deyil, pulsuz vermişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli saymaması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində üzərində narkotik vasitə olmadığını və heç kimə narkotik maddə satmadığını, vermədiyini bildirsə də məhkəmə istintaqında elan edilmiş 29 sentyabr 2024-cü il tarixli, 4(041)-78/2024 nömrəli qərardan görünür ki, onun barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən Təqsirləndirilən şəxs özünü təqsirli biləməyərək göstərmişdir ki, o, göstərilən cinayət əməlini törətməmişdir. Narkotik maddəni pul müqabilində deyil, pulsuz vermişdir. Onun həmin maddə ilə ittiham olunmasına heç bir əsas yoxdur. Onun heç kimə də təsir göstərmək və istintaqın gedişinə mane olmaq fikri yoxdur. Hesab edir ki, qərəzli olaraq barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat verilmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, narkotik maddəni pay olaraq verilsə də “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli 8 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin tərkibini yaradır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünü təqsirli bilməsə də iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış protokolları, şəxsi axtarış zamanı çəkilmiş DVD disk, bank kartından çıxarış, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, S.İ.İbrahimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam olaraq sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs istintaq zamanı dindirilərkən bacısı oğlu Şahid1 narkotik vasitə qurudulmuş marixuana satmadığını, ona pay verdiyini, 40 manat pulu isə Şahid1 borc aldığını bildirməsi cinayət işi üzrə ibtidai və məhkəmə istintaqı zamanı təsdiq olunmadığından, onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edilmiş və cinayət işinin materiallarına uyğun olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar əsassız olduğu üçün məhkəmə tərəfindən qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs S.İ.İbrahimov Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs S.İ.İbrahimovun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-117/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)- 117/2024 saylı hökmü ilə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, S.İ.İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ona tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar Şahid2 üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın ön sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi – 6.96 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 6.94 qram qalığının, Şahid3 üstü yoxlanılan zaman əynində olan boz rəngli rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd kağız paketdə təmiz çəkisi - 0.13 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.11 qram qalığınını ********* saylı cinayət işi üzrə və Şahid1 üstü yoxlanılan zaman əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunda, təmiz çəkisi – 5,47 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 5.45 qram qalığının ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 üstünün yoxlanılması və baxış zamanı çəkilmiş videoçəkilişin qeydə alındığı 07 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 49.74 manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) Şahid2, Şahid1 və Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitələrlə bağlı olduğundan, həmin xərcin tutulması S.İ.İbrahimova aid edilməməlidir. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində xidmət haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-117/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş hazırki cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)- 117/2024 saylı hökmü ilə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar – Şahid2 üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın ön sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi – 6.96 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 6.94 qram qalığı, Şahid3 üstü yoxlanılan zaman əynində olan boz rəngli rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd kağız paketdə təmiz çəkisi - 0.13 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.11 qram qalığının ********* saylı cinayət işi üzrə və Şahid1 üstü yoxlanılan zaman əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunda, təmiz çəkisi – 5,47 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 5.45 qram qalığının digər cinayət işləri üzrə maddi sübut kimi tanınması nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 üstünün yoxlanılması və baxış zamanı çəkilmiş videoçəkilişin qeydə alındığı 07 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərci) Şahid2, Şahid1 və Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitələrlə bağlı olduğundan, həmin xərcin S.İ.İbrahimovdan tutulmaması nəzərə alınsın. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının və narkomaniya xəstəliyindən məcburi müalicənin icra edilməsi hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması hissəsində isə icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rahid Mehdiyev