Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-34/2023 19.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs 22 mart 2023-cü il tarixdə, saat 01 radələrində qaynatası Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanındakı evdə, arvadı və uşaqları ilə birlikdə başqa yerdə yaşamalarına imkan verməməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən bir neçə dəfə vuraraq ona sol gözətrafı yumşaq toxumanın şişkinlik-qançırı, sol göz yarığının daralması, sol gözün ağlı qişasına qansızma, burun əsasında sıyrıqla müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qaynatası, Şahid2 isə qaynanasıdır, 2018-ci ildə Zərərçəkmiş şəxs qızı Şahid1 ilə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından iki uşaqları var. Şahid1 ilə bir müddət Şabran şəhərində, sonra Bakı şəhərində və son iki ildir ki, qaynatasına məxsus Kürdəmir şəhəri T.İsmayılov 12-də ünvanda, qaynatası və qaynanası ilə birlikdə yaşamışlar. 22 mart 2023-cü il tarixdə, gecə saat 01 radələrində yaşadığları evdə yeyib içib Novruz bayramını qeyd etdikləri vaxt qaynatası Nəzərə nə vaxta kimi onların evində qalacaqlarını demiş, Nəzər isə ona “qalmısınız da” bildirdiyi üçün əsəbləşib qaynatasının ünvanına nalayiq ifadələr işlətmiş, ona cavab qaytardığına görə yumruqla bir neçə dəfə Nəzərin sifət nahiyyəsinə vurmuşdur. Mübahisə vaxtı onun üstünə yeridiyi üçün qaynanası Yeganəyə də bir neçə dəfə yumruq zərbələri endirmişdir. Arvadı Fərqanə araya girib mübahisənin böyüməsinin qarşısını almış, onları sakitləşdirmişdir. Mübahisəni onladan başqa heç kimin görməmiş və eşitməmişdir. İçkinin təsirindən etdiyi əmələ görə sonradan peşman olduğu üçün bir neçə dəfə qaynatası Zərərçəkmiş şəxsla barışmaq istəmiş, lakin Zərərçəkmiş şəxs onunla barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir, 2018-ci ildə qızı Şahid1 kürəkəni Təqsirləndirilən şəxslə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar, iki azyaşlı uşaqları var, ailə qurduqdan sonra qızı ilə kürəkəni bir müddət Şabran şəhərində, sonra Bakı şəhərində və ən sonda onun yanında, yəni ünvan 2-də yerləşən evində yaşamışlar. 22 mart 2023-cü il tarixdə gecə saat 01 radələrində yaşadığları evdə Novruz bayramını qeyd edərkən kürəkəni Ramin onunla mübahisə edərək özünün, arvadı Fərqanənin və uşaqlarının nə vaxta qədər onun yanında qalacağını demiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Cavab qaytardığı üçün Təqsirləndirilən şəxs üzərinə yeriyərək yumruqla bir neçə dəfə onun sifət nahiyyəsinə vuraraq xəsarət yetirmiş, həmin vaxt arvadı Yeganə Raminə iradlarını bildirmiş, Ramin yumruqla Yeganənin də sifətinə bir neçə dəfə vurmuşdur. Orda olan qızı Fərqanə araya girərək əri Ramini sakitləşdirib aralamışdır. Mübahisə vaxtı orada qızı Fərqanə, arvadı Yeganə olmuş, iki azyşalı nəvəsi isə digər otaqda yatmışlar. Hadisəni onlardan başqa heç kim görməmiş və eşitməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmayıb, onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir, 2018-ci ildə qızı Şahid1 ilə Təqsirləndirilən şəxs ailə qurmuş, son iki ildir ki, onların yanında yaşayırlar. 22 mart 2023-cü il tarixdə gecə saat 01 radələrində yaşadığları evdə Novruz bayramını qeyd etdikləri vaxt kürəkəni Ramin əri Nəzərlə mübahisə edib nalayiq söz dediyinə görə aralarında mübahisə düşmüş, mübahisə vaxtı Ramin yumruqla bir neçə dəfə Nəzərin sifət nahiyyəsinə vurmuşdur. Raminin üstünə gedib onu danladıqda Ramin çevrilib yumruqla onun da sifətindən bir neçə dəfə vurmuşdur. Orada olan qızı Fərqanə araya girərək əri Ramini sakitləşdirmiş, mübahisənin böyüməsinə imkan verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 da Şahid2 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. İş materiallarında olan, məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 96 nömrəli rəyindən görünür ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: sol gözətrafı yumşaq toxumanın şişkinlik-qançırı, sol göz yarığının daralması, sol gözün ağlı qişasına qansızma, burun əsasında sıyrıq. Həmin xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2023-cü il tarixinə uyğundur, kənar şəxs tərəfindən yumruqla vurma nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə-tibb ekspertizasından müayinədən keçərkən kürəkəni Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə evdə yumruqla sifətinə vurması nəticəsində xəsarət almasını bildirmişdir. . İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnın 221-ci maddəsinin əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs adına alınmış tələbnamədən görünür ki, onun barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 96 nömrəli nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsinə gəldikdə, CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışlarını, himayəsində az yaşlı uşaqlarının olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını gecə saat 22-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 20 saat üçün cəmi 120 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini gecə saat 22-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-34/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-34/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver