Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-34/2024 24.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Mülki iddiaçı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində 18 may 2020-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək satıcı-anbardar vəzifəsində işləyərkən, həmin cəmiyyətlə arasında bağlanmış 18 may 2020-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən qulluq mövqeyinə görə ona etibar edilmiş əmlakın qorunması, saxlanması, satışı ilə əlaqədar əməliyyatların aparılması zamanı işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı cəmiyyətə vurulmuş ziyana münasibətdə maddi məsuliyyət daşımaq, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar ona etibar edilmiş əmlakın tam qeydinə qalmaqla əmlakın təhlükəsizliyi barədə məlumat vermək, cəmiyyətə maddi ziyan vurmadan dəqiq uçot aparmaq, sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşımaq və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi bunları etmək əvəzinə, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəmə və israf etməklə talamaq məqsədilə Cəmiyyət tərəfindən təhvil-təslim aktlarına əsasən ona etibar edilmiş müxtəlif gübrə məhsulların satışını həyata keçirib əldə edilməli olan gəliri Cəmiyyətin hesabına köçürməli olduğu halda, ümumilikdə 15194,20 kiloqram çəkidə, dəyəri isə 17092,68 (on yeddi min doxsan iki manat, altmış səkkiz qəpik) manat olan gübrə məhsullarının 16622,51 (on altı min altı yüz iyirmi iki manat, əlli bir qəpik) manat dəyərində - xeyli miqdarda olan hissəsini 2022-ci ilin yay aylarında Kürdəmir rayonu Yenikənd kəndində öz şəxsi məqsədləri üçün istifadə edərək, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla ona etibar edilmiş cəmi 16622,51 (on altı min altı yüz iyirmi iki manat, əlli bir qəpik) manat dəyərində əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Yenikənd kəndində yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 1976-1990-ci illərdə Kürdəmir rayonu Yenikənd kəndində Nizami Gəncəvi adına kolxozda sürücü və briqadir, 2002-2003-cü illərdə X1 nəzarətçi vəzifələrində işləmiş, 2005-2010-cu illərdə Kürdəmir rayonu Yenikənd bələdiyyəsinin üzvü olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində satıcı-anbardar vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 2020-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ASC-nin nümayəndələri Kürdəmir rayonuna gələrək rayonda gübrə satışı ilə məşğul olacaqlarını, bu səbəbdən Kürdəmir rayon sakinlərindən işçi axtardıqlarını bildirmişlər. Hər kisə satışına görə şirkət tərəfindən bonus kimi bir manat veriləcəyi, bundan da əlavə əmək haqqı veriləcəyi bildirilmişdir. O, bu barədə eşidib həmin şirkətə iş üçün müraciət etmiş, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Şahid3 adlı satış təmsilçisi ilə Kürdəmir rayonu ərazisində sənədləşmə işlərini aparmış, belə ki, onunla şirkət arasında xx.xx.2020ci il tarixdə bir ay müddətinə əmək müqaviləsi və elə həmin tarixdə də tam məsuliyyət haqqında müqavilə bağlanmışdır. Satıcı anbardar kimi vəzifələrim malların anbara qəbul olunması, saxlanılması və yerləşdirilməsini, sifarişlərin vaxtı-vaxtında toplanması və təhvil verilməsini təmin etmək, həyata keçirilmiş əməliyyatların (satış, anbarlararası yerdəyişmə və s.) real vaxt rejimində Cəmiyyətin proqram təminatı sisteminə düzgün şəkildə daxil etmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etmək və sairdən ibarət olmuşdur. Bundan əlavə ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasına görə tam maddi məsuliyyət daşımışdır. İşə götürüldüyü vaxtdan Kürdəmir rayonu, Yenikənd kəndində obyektlərdən birini icarəyə götürərək oradan anbar kimi istifadə etmişdir. İşlədiyi müddətdə şirkət tərəfindən “Ammofos”, Ammonium Nitrat”, “Nitroammofos”, “Karbamid” və s. gübrələri, arpa, buğda, yonca toxumları və bir sıra kənd təsərrüfatına aid dərmanlar verilmişdir. Anbara məhsullar şirkətə məxsus avtomobillərlə və ya müqavilə əsasında gübrə daşıyan yük maşınları ilə gətirilmişdir. O da hər dəfəsində məhsulların sayımını aparıb anbarda yerləşdirirmiş və təhvil təslim aktlarına imza etmişdir. İşə başladığı gündən satış təmsilçisi Şahid3 işlədiyi yerə gələrək ona kassa aparatı və ödəniş terminalı verərək kassa aparatından və ödəniş terminalından necə istifadə edəcəyini demişdir. Bundan əlavə Zərərçəkmiş şəxs ASC-nin nümayəndələri mütəmadi olaraq işlədiyi anbara gələrək malları yoxlayaraq üzləşdirmə aktları tərtib etmişlər. xx.xx.2022-ci il tarixdə Şahid3 iştirakı üzləşdirmə aktı tərtib edilən zaman təxminən 15 tona yaxın gübrə və toxumların əksikliyi yaranmışdır. Bundan sonra anbarda qalıq olan 1 ton məhsul ondan təhvil alınmış, həmin gündən anbar fəaliyyətini dayandırmışdır. Zərərçəkmiş şəxs ASC-də işlədiyim müddət ərzində Kürdəmir rayonu Yenikənd kəndində icarəyə götürdüyü anbara mallar şirkətin İmişli rayonunda olan regional anbarından gətirilmişdir. Malları sayıb qəbul etmiş və qəbul edərkən təhvil təslim aktı tərtib edilmişdir. Həmin akt da onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Bəzən elə olmuşdur ki, mallar şirkət tərəfindən anbara gətirildiyi bəzi vaxtlarda o, anbara gələ bilməmiş və bu hallarda malları oğlu Şahid2 təhvil almışdır. Onun tərəfindən satılan malların satışı əvvəlki dövrlərdə əsasən nağd, sonrakı dövrlərdə isə əsasən kartla həyata keçirilmişdir. Satışdan nağd vəsait əldə olunan zaman həmin vəsaiti özü ödəniş terminalları vasitəsilə Zərərçəkmiş şəxs ASC-nin bank hesabına köçürmüşdür. Subsidiya kartlarından ödənişlər isə post terminal və ya TapAgro vasitəsilə həyata keçirilmişdir. Satış həyata keçirildiyi vaxt bu 1C proqram təminatına işlənmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AT/214 saylı icazə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin onun fəaliyyətinin audit yoxlamasının nəticələri barədə Auditor hesabatında tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə yekunda 15194,20 kq – yəni xx.xx.2022-ci il tarixinə olan satış qiymətlərinə uyğun olaraq 16622,51 (on altı min altı yüz iyirmi iki 51 qəpik) manat çatışmazlıq-əskikgəlmə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Şahid3 iştirakı ilə aparılan üzləşdirmə aktı zamanı aşkar olunmuşdur. 2022-ci ilin yay aylarında anbarda olan gübrə və toxumları öz şəxsi məqsədləri üçün istifadə etmiş, belə ki, həmin il icarəyə götürdüyü 30 hektar torpaq sahəsində əkin işləri aparan zaman anbarında olan toxumlardan və gübrələrdən istifadə etmiş, bu barədə şirkət nümayəndələrinə məlumat verməmişdir. Belə ki, anbarda olan toxum və gübrələrdən istifadə etməkdə niyyəti ondan ibarət olmuşdur ki, anbarda olan keyfiyyəti aşağı düşən malları öz sahəsində istifadə edərək öz əldə etdiyi gəlirdən şirkətin həm borcunu ödəyər, həm də özü qazanc əldə edəcəkdi. Lakin əkin nəticəsində ziyana düşdüyü üçün şirkətin ona satmaq üçün təhvil verdiyi malları və ya onların dəyərini onlara qaytara bilməmişdir. xx.xx.2020-ci il tarixli AT00-004226 №-li, xx.xx.2021-ci il tarixli AT00-000096 №-li, xx.xx.2022-ci il tarixli AT02-001100 №-li təhvil təslim aktlarındakı göstərilən mallar ona təhvil verilmişdir. Lakin həmin aktlardakı “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzaların kim tərəfindən icra olunduğunu bilməmişdir. Həmin imzalar onun imzasına oxşayır. Anbara mal gətirildiyi bəzi vaxtlarda o, anbara gələ bilmədiyi üçün oğlu Şahid2 demişdir ki, gedib malları təhvil alsın və onun əvəzinə akta imza çəksin. Bu hallarda malları oğlu Etibar sayıb təhvil almış, aktlarda onun imza çəkmişdir. Lakin xx.xx.2020-ci il tarixli AT00-005406 №-li, xx.xx.2021-ci il tarixli AT00-000433 №-li təhvil-təslim aktlarındakı imzaların kim tərəfindən icra olunmasını bilməmişdir. Lakin həmin aktlarında göstərilən mallar ona təhvil verilmişdir. Hazırda vurduğu 16622.51 manat maddi ziyandan istintaq dövründə 400 manat və məhkəmə prosesi zamanı 300 manat ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı irəli sürdüyü mülki iddianı qəbul edir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ilk dəfə cinayət əməlinə yol verdiyini, törətdiyi əməlindən peşman olmasını, dəymiş ziyandan 700 manat ödədiyini, ailə vəziyyətini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixdən fəaliyyətə başlamış, həmin tarixdə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** saylı Şəhadətnamə (VÖEN) ilə qeydiyyata alınmışdır. Cəmiyyət xx.xx.2019-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qapalı Səhmdar Cəmiyyəti kimi, xx.xx.2022-ci il tarixdən bu günədək Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində satıcı-anbardar vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs vəzifəyə təyin olunduğu tarixdən onunla cəmiyyətin rəhbərliyi arasında qanunamüvafiq qaydada “Əmək müqaviləsi” və “Tam maddi-məsuliyyət haqqında” müqavilələr bağlanmışdır. Əmək müqaviləsi üzrə vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs satışdan nağd vəsait əldə olunarsa həmin vəsaiti Zərərçəkmiş şəxs ASC-nin bank hesabına köçürməli, dövlət tərəfindən verilən subsidiya kartlarından isə həmin şəxsə təhkim olunan post terminal vasitəsi ilə əldə olunmalı idi. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ASC tərəfindən Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi Kürdəmir rayonunda yerləşən anbarda keçirilən daxili audit yoxlaması zamanı çatışmazlıqlar aşkar olunmuş və 15 tona yaxın gübrə və toxumun yerində olmadığı müəyyən edilmişdir. Həmin gündən anbar fəaliyyətini dayandırmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Cəmiyyətə izahat verərək əskik gələn malların dəyərini qısa müddətdə ödəyəcəyini bildirsə də, Dərgah şirkətə ödəniş etməmişdir. Bunun nəticəsində şirkət tərəfindən Təqsirləndirilən şəxs fəaliyyət dövrünün araşdırılması üçün Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2020-ci il tarixli, AT/214 saylı icazəyə əsasən fəaliyyət göstərən "xxxx" MMC kənar auditor kimi dəvət edilmiş və yoxlama açılmışdır. "xxxx" MMC-nin audit yoxlamasının yekun nəticəsi olaraq Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 16622,51 (on altı min altı yüz iyirmi iki 51 qəpik) manat məbləğində maddi ziyan vurduğu müəyyən edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən ona etibar edilmiş əmlakı satmış və əldə olunan vəsaiti şirkətə təhvil verməmişdir. Buna görə də şirkət rəhbərliyi Təqsirləndirilən şəxs əməlinə qiymət verilməsi üçün müvafiq sənədləri toplayaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-də işlədiyi müddət ərzində şirkət tərəfindən ona “Ammofos”, “Ammonium Nitrat”, “Nitroammofos”, “Karbamid” və s. gübrələri, arpa, buğda, yonca toxumları və bir sıra kənd təsərrüfatına aid dərmanlar verilmişdir. Məhsullar anbara şirkətə məxsus avtomobillərlə və ya müqavilə əsasında gübrə daşıyan yük maşınları ilə gətirilmişdir. Həmin məhsullar Təqsirləndirilən şəxs təhvil-təslim aktları əsasında verilmiş, həmin təhvil-təslim aktları Təqsirləndirilən şəxs imzası ilə təsdiqlənmişdir. Satışlar həm nağd, həm də kartla həyata keçirilmişdir. Satışdan nağd vəsait əldə olunan zaman həmin vəsait Təqsirləndirilən şəxs tərəfindən ödəniş terminalları vasitəsilə Zərərçəkmiş şəxs ASC-nin bank hesabına köçürülmüşdür. Subsidiya kartlarından ödənişlər isə post terminal və ya TapAgro vasitəsilə həyata keçirilmişdir. Satış həyata keçirilərkən bu barədə 1C proqram təminatına müvafiq məlumatlar daxil edilmişdir. Hazırda Təqsirləndirilən şəxs vurduğu 16622.51 ziyandan 700 manat ödəsə də, mülki iddianın qismən təmin edilməklə, 750 manat məbləğində sərbəst auditor xidmətləri xərcinin, 141 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu ilə birlikdə ümumilikdə 16813.51 manat pulun təqsirləndirilən şəxs D.Ş.Əbdürəhmanovdan tutularaq dövlət Zərərçəkmiş şəxs ASC-nin hüsabına ödənilməsi barədə məhkəmədə mülki iddia qaldırmışdır. Odur ki, mülki iddianın təmin edilməsi və dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edən nümayəndə təqsirləndirilən şəxsin törətdiyi əmələ görə qanunamüvafiq qaydada məsuliyyətə cəlb edilməsini məhkəmənin öz mülahizəsinə buraxdı. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, 08 yanvar 2020-ci il tarixdən Zərərçəkmiş şəxs ASC-də işləyir, bölgə müdiri kimi vəzifəsi Kürdəmir, İmişli, Beyləqan, Biləsuvar, Saatlı, Sabirabad, Fizuli, Ağdam, Ağcabədi və Bərdə rayonları üzrə satış təmsilçilərinə nəzarət etməkdən ibarətdir.Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində İmişli regional anbarında satıcı-anbardar vəzifəsində işləmiş, Kürdəmir rayonu Yenikənd kəndi ərazisində fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs vəzifəyə təyin olunduğu tarixdən onunla cəmiyyətin rəhbərliyi arasında qanunamüvafiq qaydada “Əmək müqaviləsi” və “Tam maddi-məsuliyyət haqqında” müqavilələr bağlanmışdır. Bu müqavilələr hər iki tərəfin imzaları ilə imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiqlənmişdir. Əmək müqaviləsi üzrə vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs satışdan nağd vəsait əldə olunarsa həmin vəsaiti Zərərçəkmiş şəxs ASC-nin bank hesabına köçürməli, dövlət tərəfindən verilən subsidiya kartlarından isə həmin şəxsə təhkim olunan post terminal vasitəsi ilə əldə olunmalı idi. 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi Kürdəmir rayonunda yerləşən anbarda keçirilən daxili audit yoxlaması zamanı çatışmazlıqlar aşkar olunmuş və 15 tona yaxın gübrə və toxumun yerində olmadığı müəyyən edilmişdir. O, həmin tarixdə üzləşmə aktı tərtib edərək Təqsirləndirilən şəxs imza etdirmiş, həmin gün Təqsirləndirilən şəxs əskik gələn malların dəyərini qısa müddətdə ödəyəcəyini bildirsə də, sonuncu, bu günədək şirkətə heç bir məbləğdə ödəniş etməmişdir. Bu səbəbdən şirkət tərəfindən Təqsirləndirilən şəxs fəaliyyət dövrünün araşdırılması üçün kənar audit təyin edilmiş və audit yoxlamasının yekun nəticəsi olaraq Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 16622,51 (on altı min altı yüz iyirmi iki 51 qəpik) manat məbləğində maddi ziyan vurduğu müəyyən edilmişdir. Buna görə də şirkətin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs əməlinə qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-də işlədiyi müddət ərzində şirkət tərəfindən ona “Ammofos”, “Ammonium Nitrat”, “Nitroammofos”, “Karbamid” və s. gübrələri, arpa, buğda, yonca toxumları və bir sıra kənd təsərrüfatına aid dərmanlar verilmişdir. Məhsullar anbara şirkətə məxsus avtomobillərlə və ya müqavilə əsasında gübrə daşıyan yük maşınları ilə gətirilmişdir. Həmin məhsullar Təqsirləndirilən şəxs təhvil-təslim aktları əsasında verilmiş, həmin təhvil-təslim aktları Təqsirləndirilən şəxs imzası ilə təsdiqlənmişdir. Təqsirləndirilən şəxs tərəfindən satılan malların qeydiyyatı və ödənişi üzrə satış həm nağd, həm də kartla həyata keçirilmişdir. Satışdan nağd vəsait əldə olunan zaman həmin vəsait Təqsirləndirilən şəxs tərəfindən ödəniş terminalları vasitəsilə Zərərçəkmiş şəxs ASC-nin bank hesabına köçürülmüşdür. Subsidiya kartlarından ödənişlər isə post terminal və ya TapAgro vasitəsilə həyata keçirilirdi. Satış həyata keçirilərkən bu barədə 1C proqram təminatına müvafiq məlumatlar daxil edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi 2022-ci ilin yay aylarında anbarda olan gübrə və toxumları öz şəxsi məqsədləri üçün istifadə etmiş, həmin il icarəyə götürdüyü 30 hektar torpaq sahəsində əkin işləri aparmış və əkin zamanı anbarda olan toxumlardan və gübrələrdən istifadə etmişdir. Lakin o, əkdiyi sahədən ziyanla çıxdığı üçün şirkətə borclu qalmış bu barədə nə ona, nə də şirkət rəhbərliyinə məlumat verməmişdir. xx.xx.2022-ci il tarixli Üzləşmə aktı Cəmiyyət tərəfindən verilmiş müxtəlif növ, həcm və sayda olan gübrələrin Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasında qəbul etdiyini təsdiq edir. Həmin aktda adı və adının qarşısında olan imza onun tərəfindən icra olunmuşdur. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində satıcı-anbardar vəzifəsində işləmişdir. Atası Kürdəmir rayonu Yenikənd kəndində anbar icarəyə götürərək şirkət tərəfindən verilən malları orada saxlamışdır. Bəzi hallarda atası kənddə olmadığı vaxtlarda şirkət tərəfindən anbara gətirilən malları qəbul etmiş və təhvil-təslim aktlarında atasının əvəzinə imza etmişdir. 2022-ci ilin yay aylarında atası Dərgah yaşadıqları kənddə icarəyə götürdüyü 30 hektar torpaq sahəsində əkin əkmiş, əkin zamanı atası anbarda olan gübrələrdən istifadə etmişdir. Lakin əkindən gəlir əldə edə bilmədiyi üçün atasının şirkətə borcu yaranmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, xx.xx.2020-ci il tarixli AT00-003428 №-li, xx.xx.2020-ci il tarixli AT00-003550 №-li, xx.xx.2020-ci il tarixli AT00-005406 №-li, xx.xx.2020-ci il tarixli AT00-005742 №-li, xx.xx.2020-ci il tarixli AT00-006002 №-li, xx.xx.2021-ci il tarixli AT00-000433 №-li, xx.xx.2021-ci il tarixli AT00-002765 №-li, xx.xx.2021-ci il tarixli AT00-003180 №-li, xx.xx.2021-ci il tarixli AT01-000253 №-li, xx.xx.2021-ci il tarixli AT01-000704 №-li, xx.xx.2021-ci il tarixli AT01-000739 №-li təhvil-təslim aktlarında göstərilən malları şəxsən təhvil almış və atasının ad-soyadını və onun qarşısındakı imzaları o, icra etmişdir. Atası rayonda olmadığı bəzi hallarda anbara gətirilən malları o, təhvil almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2020-ci il tarixli, əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən 01 ay müddətinə Cəmiyyətdə əsas iş yeri kimi satıcı anbardar vəzifəsinə işə qəbul edilmişdir. - Zərərçəkmiş şəxs ASC ilə həmin Cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin üçüncü hissəsində göstərilmişdir: İşçinin əmək funksiyası: İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür, Malların anbara qəbul olunması, saxlanması və yerləşdirilməsi; Sifarişlərin vaxtlı vaxtında toplanması və təhvil verilməsi; Təhkim olunmuş post terminal və kassa aparatları vasitəsi ilə Cəmiyyətə aid olmayan əməliyyatların aparılmaması; Həyata keçirilmiş əməliyyatların (satış, anbarlararası yerdəyişmə və s.) real vaxt rejimində Cəmiyyətin proqram təminatı sisteminə düzgün şəkildə daxil edilməsi; Alıcılar haqqında məlumatın Cəmiyyətin proqram təminatı sisteminə düzgün şəkildə daxil edilməsi; Həyata keçirilən satışlara uyğun olaraq, əməliyyatın sonunda faktiki mal qalığının Cəmiyyətin proqram təminatı sistemində göstərilən miqdarla eynilik təşkil etməsinə cavabdehlikləri; Kontragent (müştəri) yaradarkən adını, FİN və kart nömrəsini düzgün qeyd etmək: Satış həyata keçirilən vaxtda realizasiya sənədini (MOBİS) üzərindən yaratmaq. Hər hansı problem yaranarsa ən geci saat 23:59:59-dək sistemə daxil etmək; Realizasiya sənədi əsasında kassa mədaxil sənədini yaratmaq. Hər hansı problem yaranarsa ən geci saat 23:59:59-dək sistemə daxil etmək; POS terminala (70%) və PKO (30%) vurulmalı məbləğlər düzgün olmalı, müştərinin borcu qalmamasına əməl etmək; Gün ərzində satıcı xəzinadar tərəfindən aparılmış əməliyyatlara nəzarət edir, günün sonunda xəzinəni sayaraq qəbul edir və şirkətin bank hesabına mədaxil edilməsini təmin etmək; Heç bir halda Banka məxsus ödəniş terminalı, kassa aparatı və 1C proqramının kodlarını başqa şəxslərə verməmək; Anbar təhlükəsizliyi tədbirlərinə əməl etmək və müvafiq təhlükəsizlik tədbirlərini görmək və mühafizə siqnalizasiyalarını işlək vəziyyətdə saxlamaq; Mal-materialların saxlanmasını, mühafizə rejiminə əməl edilməsini, əməliyyatların hesabının aparılmasını təmin etmək; Anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunu aparmaq; Müştərilərin sifarişlərinə görə malları dəstlərə komplektləşdirmək; Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsininin təmin edilməsi; Anbarda olan mal-materialların sayımının çevik həyata keçirlməsi üçün malların çeşidlər xüsusiyyətlər üzrə yığımını təmin etmək; Anbar işçilərinin təlimatlandırılması təlimatlarına əməl etmək; Anbara kənar şəxslərin girişini qadağan etmək. - Zərərçəkmiş şəxs ASC ilə həmin Cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə göstərilmişdir: İşçi – Təqsirləndirilən şəxs a) ona inzibati idarə heyyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur. b) ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır. Maddi sərvətlər dedikdə aşağıdakılar nəzərdə tutulur: Maddi məsul şəxsin istifadəsində olan kompyuter və aksesuarlar; Maddi məsul şəxsin istifadəsində olan telefon aparatı, printer və digər avadanlıqlar; Maddi məsul şəxsin tutduğu vəzifədən asılı olaraq ona təhvil verilmiş mallar və həmin malların satışından əldə edilmiş vəsait; Maddi məsul şəxsin tutduğu vəzifədən asılı olmayaraq malik olduğu istənilən növ informasiya; Maddi məsul şəxsin malik olduğu kommersiya sirri; Maddi məsul şəxsin yeni adda məsul və ya yeni layihələrlə bağlı malik olduğu məlumatlar; Maddi məsul şəxsin istifadəsində olan şirkətə məxsus texnikalar/avtonəqliyyat vasitələri. v) müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır. q) ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir. d) ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə maddi məsul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlandığı bütün dövr ərzində etibarlıdır. - cəmiyyət tərəfindən əməliyyatların düzgünlüyünün yoxlanılması məqsədi ilə Cəmiyyətin Pərakəndə satış üzrə bölgə müdiri Şahid3 iştirakı ilə xx.xx.2022-ci il tarixində “26/09” nömrəli “Üzləşmə aktı” tərtib olunmuşdur. - 18 avqust 2023-cü il tarixli audit rəyindən görünür ki, Təqsirləndirilən şəxs hesabında 16622,51 (On altı min altı yüz iyirmi iki manat əlli bir qəpik) manat kənarlaşmamənimsəmə yaranmışdır. - Zərərçəkmiş şəxs ASC-nin direktorunun xx.xx.2023-cü il tarixli 101K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrindən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklırini yerinə yetirmədikdə) xitam verilmişdir. - məhkəmə-mühasibatlıq ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 9/9946 nömrəli rəyində görünür ki, tədqiqata təqdim olunan 18 avqust 2023-cü il tarixli müstəqil auditor hesabatına, cədvəl məlumatlarına, təhvil-təslim aktları, balans və mühasibat proqramı məlumatlarına əsasən anbardan götürülmüş malların miqdarı, kassaya təhvil verilmiş satış pullarının məbləği müəyyən edilərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq tərəfindən nəzərə alınmaqla sabiq satıcı-anbardar Təqsirləndirilən şəxs hesabı üzrə 15.194,20 kg - satış qiymətlərinə uyğun olaraq 17.092,68 manat çatışmazlıq və 470,17 manat məbləğində artıq ödənilmiş vəsait nəzərə alınaraq ümumilikdə 16.622,51 (17.092,68 - 470,17) manat çatışmazlıq müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. - məhkəmə-xətşünaslıq ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 4/1972 saylı rəyindən görünür ki: 1.1. Ekspertizaya təqdim edilmiş xx.xx.2022-ci il Üzləşmə aktlarında (02 ədəd) “Təsdiq edirəm” qrafalarında “Təqsirləndirilən şəxs” yazıları qarşısında olan imzalar; xx.xx.2020-ci il tarixli AT00-002293 №-li, xx.xx.2020-ci il tarixli AT00-002644 №-li, xx.xx.2020-ci il tarixli AT00-004227 №-li, xx.xx.2020-ci il tarixli AT00-004248 №-li, xx.xx.2020-ci il tarixli AT00-004367 №-li, xx.xx.2020-ci il tarixli AT00-005367 №-li, xx.xx.2020-ci il tarixli AT00-005306 №-li, xx.xx.2020-ci il tarixli AT00-005378 №-li, xx.xx.2020-ci il tarixli AT00-006003 №-li, xx.xx.2020-ci il tarixli AT00-006004 №-li, xx.xx.2020-ci il tarixli AT00-006006 №-li, xx.xx.2020-ci il tarixli AT00-006007 №-li, xx.xx.2020-ci il tarixli AT00-006015 №-li, xx.xx.2020-ci il tarixli AT00-006372 №-li, xx.xx.2021-ci il tarixli AT00-002343 №-li, xx.xx.2021-ci il tarixli AT00-002425 №-li, xx.xx.2021-ci il tarixli AT00-002533 №-li, xx.xx.2021-ci il tarixli AT00-002583 №-li, xx.xx.2021-ci il tarixli AT00-002661 №-li, xx.xx.2021-ci il tarixli AT00-002856 №-li, xx.xx.2021-ci il tarixli AT00-003122 №-li, xx.xx.2021-ci il tarixli AT00-003175 №-li, xx.xx.2021-ci il tarixli AT00-003179 №-li, xx.xx.2021-ci il tarixli AT01-000220 №-li, xx.xx.2022-ci il tarixli AT02-001360 №-li, xx.xx.2022-ci il tarixli AT02-001577 №-li, xx.xx.2022-ci il tarixli AT02-001780 №-li təhvil təhsil aktlarındakı “Təhvil aldı” qrafalarında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzalar – Təqsirləndirilən şəxs ŞAHİ oğlu tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli AT00-003428 №-li, xx.xx.2020-ci il tarixli AT00-003550 №-li, xx.xx.2020-ci il tarixli AT00- 005742 №-li, xx.xx.2020-ci il tarixli AT00-006002 №-li, xx.xx.2021-ci il tarixli AT00-002765 №-li, xx.xx.2021-ci il tarixli AT00-003180 №-li, xx.xx.2021-ci il tarixli AT01-000253 №-li, xx.xx.2021-ci il tarixli AT01-000704 №-li, xx.xx.2021-ci il tarixli AT01-000739 №-li təhviltəslim aktlarında “Təhvil aldı” qrafalarında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzalar – Şahid2 tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli AT00-004226 №-li, xx.xx.2021-ci il tarixli AT00-000096 №-li, xx.xx.2022-ci il tarixli AT02-001100 №-li təhvil təslim aktlarındakı “Təhvil aldı” qrafalarında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzalar – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli AT00-005406 №-li, xx.xx.2021-ci il tarixli AT00-000433 №-li təhvil təslim aktlarındakı “Təhvil aldı” qrafalarında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzalar – Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. -Kürdəmir RİHB-nin Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. -Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 2-2-428/2-039650/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. -iş üzrə verilmiş əməliyyat tapşırığına Kürdəmir RPŞ-dən daxil olmuş cavabdan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2020-ci il tarixli əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində satıcı-anbardar vəzifəsində işləmiş, işlədiyi müddətdə şirkətdən aldığı gübrə və digər məhsulları Kürdəmir rayonu Yenikənd kəndində yerləşən anbarda saxlamaqla həmin məhsulların satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-yə məxsus 16622.51 manat dəyərində olan gübrə məhsullarını öz şəxsi məqsədləri üçün istifadə etməklə mənimsəməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin gübrə məhsullarını kimlərəsə satması müəyyən edilməmişdir. Qeyd olunan cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs kömək edən, yəni cinayətin digər iştirakçıları (təhrikçi, köməkçi, təşkilatçı və digər icraçı) olması müəyyən edilmədi. - Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş qəbzdən görünür ki, o Zərərçəkmiş şəxs ASCnin hesabına 700 manat pul ödəmişdir. Azərbaycan Respublikası CM-nin “İqtisadi sahədə cinayətlər” adlanan İX bölməsinin XXİİİ fəslində nəzərdə tutulan talama cinayətləri içərisində daha gеniş yayılmış ictimai təhlükəli əməllərdən biri mənimsəmə və ya israfеtmə cinayətidir. Həmin əməl CMnin 179-cu maddəsində nəzərdə tutulur. Həmin mаddədə özgə əmlаkını tаlаmаnın аşаğıdakı iki müstəqil fоrmаsı nəzərdə tutulur: - a) özgə əmlаkını mənimsəmə yоlu ilə tаlаmа; - b) özgə əmlаkını isrаfеtmə yоlu ilə tаlаmа. Mənimsəmə tаlаn еdilmiş əmlаkı özündə sахlаmаğа, оnu öz mülkiyyətinə və yа bаşqа şəхslərin əmlаkınа kеçirməyə və bu yоllа özünün və yа üçüncü şəхslərin əmlаk kütləsini аrtırmаğа еdilən cinаyətkаr qəsdi nəzərdə tutur. Оnа görə də mənimsəmə zаmаnı şəхs оnа еtibаr еdilmiş əmlаkın götürülməsini və оnu qаnunsuz оlаrаq özündə sахlаmаnı təmin еdən müхtəlif hərəkətlər еdir. İsrаfеtmə zаmаnı еtibаr еdilmiş əmlаk üzərində qаnunsuz sərəncаmlаrın (özgəninkiləşdirmə, sаtmа və yа əmlakı üçüncü şəхslərəvеrmə, özünün və yа bаşqаlаrının хеyrinə sərfеtmə, istеhlаkеtmə, bаğışlаmа və s.) vеrilməsini təmin еdən hərəkətləri yеrinə yеtirir. Bеləliklə, mənimsəmənin mövcud оlduğu hаldа еtibаr еdilmiş əmlаkın öz mülkiyyətinə qаtılmаsı аnındаn hüquqauyğun sаhiblik qеyri-hüquqi (qаnunsuz) sаhibliyə çеvrilir. İsrаfеtmə zаmanı isə hüquqаuyğun sаhiblik qаnunsuz sаhiblikdən yаn kеçərək, qаnunsuz sərəncаmvеrmə hüququnun əldə оlunmаsınа çеvrilir. Mənimsəmədən fərqli оlаrаq isrаfеtmə zаmаnı hüquqаuyğun sаhibliklə еtibаr еdilmiş özgə əmlаk üzərində qаnunsuz sərəncаmvеrmə аrаsındа hər hаnsı zаmаn fаsiləsi yаrаnmır. Çünki təqsirkаr qаnunsuz əldə еtdiyi əmlaklа öz mülkiyyəti kimi dаvrаnır və bu, hеç bir zаmаn fаsiləsi ərzində (müddətində) dеyil, bir аndа bаş vеrən prоsеs qismində təzаhür еdir. Təqsirkаrа еtibаr еdilmiş özgə əmlаkını tаlаmanın göstərilən iki müstəqil fоrmаsının hər birinin özünəməхsus хüsusiyyətləri və spеsifik cəhətləri vаrdır. Həmin оbyеktiv хüsusiyyətlər və spеsifik cəhətlər özgə əmlаkını mənimsəmə və yа isrаfеtmə yоlu ilə ələ kеçirmənin üsulundа (cinаyətkаr qəsdin törədilməsi üsulundа) özünü əks еtdirir. Bundan əlavə, mülkiyyət sosial-iqtisadi kateqoriya kimi istehsal və ya istehlak sferasında maddi dəyərlərin mənimsənilməsi münasibətlərini, həmçinin bölgü sferasında olan münasibətləri əhatə edir. Qanunda «əmlak adını almış maddi dəyərlər üzərində sahiblik və sərəncam iqtisadi azadlığın və vətəndaşların rifahının təminatı kimi çıxış edir. 10 dekabr 1948-ci il tarixli «İnsan hüquqları haqqında Ümümdünya Bəyananməsi» nin 17-ci maddəsinə əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyası (29.2-ci maddəsi) hər kəsin mülkiyyətində daşınan və daşınmaz əmlak ola bilməsini. habelə təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını təsbit etmişdir. Bununla bərabər Azərbaycan Respublikasıında dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları bərabər səviyyədə mühafizə (Azərbaycan Respublikası Konstitusiyası 13.2-ci maddəsi) olunur. Dövlət, bələdiyyə mülkiyyətinin, хüsusi və s. mülkiyyətin kоnstitusiya prinsipləri əsasında qanunun bilavasitə mühafizəsi altına kеçirilməsi mülkiyyətin müqəddəsliyini nümayiş еtdirməklə yanaşı, оnun hərtərəfli qоrunmasını, iqtisadi fəaliyyət sahəsində cinayətkarlıqla cinayət-hüquqi mübarizə aparılmasını, habеlə bir sıra prоfilaktiki tədbirlərin görülməsini labüd və zəruri еtmişdir. AR CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş mənimsəmə və ya israfеtmə əməlləri digər analоji cinayətlərlə müqayisədə özünün nisbi böyük ictimai təhlükəliliyi ilə sеçilir. Bеlə cinayətkar qəsdlər özgə əmlakı talamaqla təkcə ayrı-ayrı mülkiyyətçilərə, yaхud vətəndaşlara dеyil, bütövlükdə sərbəst bazar iqtisadi münasibətlərinə, cəmiyyət üzvlərinin azad sahibkarlıq fəaliyyətinə zərər vurur. Mənimsəmə və ya israfеtmə yоlu ilə talama cinayətlərinin mövcudluğu ölkədəki mənəvi-psiхоlоji iqlimi zəhərləyir, cəmiyyət üzvlərində ədalətlilik duyğularına dağıdıcı təsir göstərir, dövlət qulluğunu hörmətdən salır, dövlət aparatının nüfuzuna хələl gətirir və cəmiyyətin həyatında sоsial gərginliyi artırır. Оdur ki, mənimsəmə və ya israfеtmə yоlu ilə talama əməllərinin ölkəyə və cəmiyyətə vurduğu maddi, mənəvi ziyanın miqyasının azaldılması üçün, ilk növbədə, bеlə cinayətkar qəsdlərlə cinayət-hüquqi mübarizə daha qətiyyətli tədbirlərin tətbiqi ilə aparılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində 18 may 2020-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək satıcı-anbardar vəzifəsində işləyərkən, qulluq mövqeyinə görə ona etibar edilmiş xeyli miqdarda 17092,68 (on yeddi min doxsan iki manat, altmış səkkiz qəpik) manat olan gübrə məhsullarının 16622,51 (on altı min altı yüz iyirmi iki manat, əlli bir qəpik) manatını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün yuxarıda qeyd edilən hallarla bağlı etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Bundan əlavə, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin direktor müavini Anar Hüseynov mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin mülki iddiaçı kimi tanınması və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq cəmiyyətin xeyrinə 16222.51 manat maddi ziyanın, 750 manat sərbəst auditor xidmətləri xərclərinin, 141 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17113,51 manat vəsaitin tutulmasını xahiş etmişdir. İddia ərizəsinə ödəniş qəbzləri əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 89.2. Mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iddia ərizəsi icraata qəbul edilmiş və həmin tarixli qərarla Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti mülki iddiaçı kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ümumilikdə 16622,51 manat olan ziyandan cəmi 700 manat ödəniş etmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq az miqdarda olsa da qismən ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət nəticəsində vurulmuş maddi ziyanın tam olaraq ödənilməməsini nəzərə alaraq, ona CM-nin 179.2.3 və 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət törətmişdir. Məhkəmə hesab edir ki, ona əsas cəza ilə yanaşı, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası növü göstərilməmişdir, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin tələblərinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 24 aprel 2024cü il tarixdən hesablanmalıdır. CPM-nin 346.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə. mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığı məsələsinə baxaraq hesab edir ki, mülki iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırki iş üzrə də, mülki iddiaçı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq cəmiyyətin xeyrinə 16222.51 manat maddi ziyanın, 750 manat sərbəst auditor xidmətləri xərclərinin, 141 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17113,51 manat vəsaitin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxsə ümumilikdə 16622.51 manat maddi ziyan vurulmuş, məhkəmədə işə baxılan müddətdə həmin məbləğdən 700 manat ödəniş edilmişdir. İttiham üzrə ödənilməmiş maddi ziyanın məbləği 15922.51 manat təşkil edir. Mülki iddiada əlavə olaraq 750 manat sərbəst auditor xidmətləri xərcləri və 141 manat ödənilmiş dövlət rüsumunun əvəzi tələb edilmişdir. Mülki iddia qismən təmin edilərək, 16813.51 (15922.51+750+141=16813.51) manat Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 232 (iki yüz otuz iki) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. İş üzrə digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə sahibkarlıq sahəsində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanununi qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs 16813.51 (on altı min səkkiz yüz on üç manat 51 qəpik) manat pul tutularaq Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs 232 (iki yüz otuz iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat xidmət haqqı ödənilsin. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-34/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-34/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver