Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-34/2025 25.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnın,Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kürdəmir rayonunda fərdi qaydada vəkillik fəaliyyəti göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1969-ci ildə Biləsuvar rayonu, Fioletovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla Biləsuvar şəhəri H.Aslanov küçəsi ev 14-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə, saat 18:30 radələrində Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə və münaqişə zamanı kürəkəni X3 bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə və bel taxtası ilə qəsdən vurub ona başın ənsə nahiyəsində yara ilə müşayət edilən xəsarətlər yetirərək sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Səlimova Nuranə onun qızıdır. Nuranə Kürdəmir rayonu, Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. 2024-ci ilin sentyabr ayının 8-də Nuranə kürəkəni Vüsal ilə onlara qonaq gəlmişdir. Vüsal həmin günü Kürdəmir rayonuna geri qayıtmış, qızı Nuranə isə onun yanında qalmışdır. Nuranə bir neçə gün qaldıqdan sonra 14 sentyabr 2024-cü il tarixdə onu Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən evinə gətirmişdir. Qapıdan həyətə girmiş, Nuranə Vüsaldan “nəyə görə gəlib onu aparmadığını” soruşmuşdur. Bu vaxt Vüsalın anası Məlahət onları söymüş və təhqir etmiş, Nuranənin üstünə cummuşdur. Əl çantası ilə Nuranənin sifət nahiyəsinə vurmuş, sonra Vüsal anası ilə birilikdə onu və qızı Nuranəni döymüşdür. Hadisə zamanı Vüsal Nuranəni tutduğuna görə Məlahət turşu bankasını götürüb onun başına vurmuşdur. Məlahət daş parçası ilə Nuranəni vurmaq istəmiş, daş parçası Vüsala dəymişdir. Vüsal bankanın sınmış şüşəsi ilə Nuranənin qoluna vurmuş və ona xəsarət yetirmişdir. Sonra hadisə barədə DİNnin “102” xidmətinə məlumat vermişlər. Hadisə zamanı onlardan başqa ətrafada heç kim olamamış, Nuranənin qayınatası İlyas hadisədən sonra gəlmişdir. Ona qarşı danışılanlar şər və böhtandır. O, Vüsalı vurmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Biləsuvar şəhərində yaşayan X2 ilə 2023-cü ilin dekabr ayında telefon vasitəsilə təsadüfən tanış olmuşdur. Nuranə ilə nişanlanmış 2024-ci ilin iyun ayının 29-da ailə qurmuşdur. 2024-ci ilin sentyabr ayının 8-də Nuranənin Biləsuvar şəhərində olan anasıgilə qonaq getmiş, həmin günü Kürdəmir rayonuna geri qayıtmış, Nuranə isə anasıgildə qalmışdır. 14 sentyabr 2024-cü il tarixdə Nuranə anası Rübabə ilə Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən evinə gəlmişdir. Onlar evin həyətinə girmiş, Nuranə onun sinəsindən itələmiş və onun arxası ilə niyə gəlmədiyini soruşmuş, sonra anası ilə evə qalxmışdır. Evin şüşələrini əli ilə vurararq sındırmışdır. Rübabə də onun anası Məlahəti nəlayiq söyüşlərlə söyüb təhqir etmişdir. Nuranə Məlahətin üstünə cumaraq boğazından tutmuş və yerə yıxmışdır. Rübabə döşəmənin üstündə olan turşu bankasını götürüb öz başına vurmuşdur. Sonra bankanın qırılmış şüşəsini götürmüş Məlahətin üstünə cumaraq vurmaq istəmiş və o da Rübabənin əlindən şüşə parçasını alarkən əli kəsilmişdir. Nuranə də şüşə parçasını götürüb onun üstünə gəlmişdir. O özünü müdafiə edərək şüşə parçasını Nuranənin əlindən almışdır. Anası da kömək üçün qonşuya qaçmışdır. Nuranə ilə o həyətdə olarkən Rübabə əlinə dəmir parçası götürüb onun baş nahiyyəsinə bir dəfə vuraraq xəsarət yetirmişdir. O, Rübabədən dəmir parcasını almış, sonra Rübabə beli götürərək sapı ilə onun kürək nahiyyəsinə bir neçə dəfə vurmuşdur. Bu vaxt Nuranə onu tutmuşdur. Hadisə zamanı qonşuları Arifə və Təvəkkül gələrək Rübabədən əlindən belin sapını almışlar. O hadisə barədə DİN- nin 102 xidmətinə məlumat vermişdir. O, həmçinin bildirdi ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayan Şahid4 ilə qonşuluqda yaşayır. Vüsal Məlahətin oğlu olmaqla qonşusu, Rübabə Vüsalın qaynanası, Nuranə isə Rübabənin qızıdır. 14 sentyabr 2024-cü il tarixdə Məlahətgilin həyətindən gələn səs-küyü eşidib küçəyə çıxmışdır. O ara yolla gedib Məlahətgilin həyətinə qıraqdan boylanıb baxmışdır. Nuranənin əli ilə evin şüşələrini sındırdığını, anası Rübabənin Məlahəti söyüb təhqir edərək özünü öldürüb üstlərinə şər-böhtan atıb tutduracağını dediyini, bu zaman Rübabə evin eyvanında olan şüşə balonu götürərək öz başına vurduğunu görmüşdür. X5 yerə yıxıb boğmaq istəmişdir. Vüsal onları ayırdıqdan sonra Məlahət küçəyə qaçmış, onları köməyə çağırmışdır. Onlarda Məlahətin arxasınca həyətə girmişdir. Rübabə dəmir parçası ilə Vüsalın başına vurmuşdur. Nuranə əlində bellə Vüsalı və Məlahəti vurmaq istəmiş, Rübabə həmin beli Nuranədən alıb onun sapı ilə Vüsalı vurmuşdur. Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Şahid1 Hacı qızı ifadəsində göstərdi ki, o, 14 sentyabr .2024-cü il tarixdə atası evinə gəlmişdir. Həmin ev Məlahət gilin qonşuluğundadır. Saat təxminən 18 radələrində Məlahətin qışqırtısını və kömək istəməsini eşitmişdir. O, evin ikinci mərtəbəsində olmuşdur. Məlahət gilin həyətinə açılan nəfəslikdən boylanıb baxmış, gəlin Nuranənin pəncərələrin şüşələrini sındırdığını, Nuranənin anası Rübabənin isə şüşə balonunu götürüb öz başına vurduğunu görmüşdür. Bu vaxt Rübabə qışqıraraq onları şərləyib tutduracaqlarını demişdir. Nuranə isə Vüsala onu məhv edəcəyini və öldürəcəyini yüksək səslə demişdir. O dərhal köməyə getmişdir. O, Məlahət gilə çatanda Nuranənin və onun anasının yüksək səslə nalayiq ifadələr işlətdiyini və Vüsalın qan içərisində başının yarıldığını görmüşdür. Polislər gəlmiş, sonra o yaşadığı evə qaytmışdır. Şahid6 oğli ifadəsində göstərdi ki, Vüsal onun oğlu, Məlahət isə arvadıdır. Təqsirləndirilən şəxs qızı Nurənə onun gəlinidir. 14 sentyabr 2024-ci il tarixdə o, işdə olmuşdur. Arvadı Məlahət zəng vuraraq evə gəlməsini demiş, o evinə qayıdarkən artıq dava qurtarmışdı. Oğlu Vüsalın başında yara var idi. Vüsal və Məlahət bildirdiyinə görə, Vüsalın başına Rübabə dəmir parçası ilə vurmuşdur. Nuranə onun evinin pəncərəsinin şüşələrini qırmış, pərdələri cirmiş və ona maddi zərər vurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materialında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 424 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər- başın ənsə nahiysində yara, hər iki əlin iç səthində kiçik ölçülü, sıyrıqlar, sol bazunun ön səthində tikişə ehtiyacı olmayan yara, döş qəfəsinin arxa səthinin sağ yarısında qançırdır. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdir, törədilmə vaxtı 14 sentyabr 2024-cü il tarixdə əmələ gəlməyə uyğundurlar. Xəsarətlərdən - başın ənsə nahiyəsindəki yara sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Axundova X1 rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Biləsuvar rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancının 10 faizi dövlət nəfinə tutulmaqlıa 06 ay islah işləri cəzasına məhkum olunmuş, .xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən təyin edilmiş islah işləri cəzasından azad edilmiş, Biləsuvar RPŞ-nin ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maadəsi ilə cinayət işinə xitam olunmuşdur. Məhkumluğu ödənilmişdir. Məhkəmə ittiham tərəfindən təqdim edilmiş, təqsirləndirilən şəxsə elan olunmuş ittihamın əsasını təşkil edən sübutları məhkəmə iclasında ayrı-ayrılıqda, eləcə də bir biri ilə müqayisəli təhlil edərək, Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəsində gətirdiyi arqumentləri özünü müdafiə cəhdi kimi qiyməıtləndirir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində V. Səlimovu vurmadığını, əksinə Vüsal və onun anası Məlahətin onu və qızını döyməsi barədə bildirdikləri iş üzrə zərər çəkmiş şəxsin ifadəsi, bu ifadəyə uyğun gələn və onu tamamlayan şahidlərin ifadələri ilə tam təkzib olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxsnun hərəkətlərini təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ona istinad edilən maddənin dispozisiyasında göstərilən əlamətlərlə üst-üstə düşür və onun cinayət əməli zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Beləliklə məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam subuta yetir.Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-nin 128ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən CM-nin 128-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi cəzalar nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs əvvəllər eyni xarakterli cinayət əməli törətdiyinə görə islah işləri cəzasına məhkum edilmişdir, dəfələrlə eyni xarakterli cinayət əməlləri törətməklə bəraətverici əsaslar olmadan məsuliyyətdən azad edilmişdir, məkumluğu ödənilsədə məhkəmə hesab edir ki, cərimə və islah işləri cəzalarından hər hansı birinin təqsirləndirilən şəxsə yenidən təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından yeterli hesab edilə bilməz. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxsnun barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmaqla ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırlması növündə cəza təyin edilməsini daha ədalətli və sosial ədalətin bərpası, onun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, üzərinə məhdudiyyətlər qoyulmalı, barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq 25 fevral 2025-ci il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən, bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 60 manat ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Biləsivar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 14 -ü gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 10 saat, hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 60 manat ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(041)-34/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-34/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver