Məhkəmə qərarları › İş №1(041)-35/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-35/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-35/2023 05.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi,Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X7, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X2 iştirakı ilə xx.xx.1975-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2017-ci il tarixdə Ağsu rayon məhkəməsinin hökmü ilə 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağsu rayonu Abasxanlı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə: xx.xx.1980-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağsu rayonu Abasxanlı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1978-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan,ödənilmiş, Ağsu rayonu Abasxanlı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Kürdəmir rayonu Bağman kəndinə gəlib, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin küçə tərəfdən giriş qapısına bağlanmış ipi açaraq qanunsuz içəri daxil olub oradan hər birinin qiyməti 230 manat olan 05 baş qoyunu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1150 manat maddi ziyan vurmaqla oğurlamışlar. Bundan başqa, o təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Kürdəmir rayonu Böyük Kəngərli kəndinə gəlib, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin, həyətyanı sahəsində yerləşən tövlənin küçə tərəfdən giriş qapısına keçirilmiş yabanı çıxardaraq qanunsuz içəri daxil olub oradan hər birinin qiyməti 250 manat olan 05 baş qoyunu gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1250 manat maddi ziyan vurmaqla oğurlamışlar. Bundan başqa o, təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Kürdəmir rayonu Bağman kəndinə gəlib, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin küçə tərəfdənqapısının ilgəyini dəmir alətlə çıxardaraq içəri qanunsuz daxil olub oradan hər birinin 150 manat qiyməti olan 04 baş qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 600 manat maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Kürdəmir rayonu Bağman kəndinə gəlib, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin küçə tərəfdən giriş qapısına bağlanmış ipi açaraq qanunsuz içəri daxil olub oradan hər birinin qiyməti 230 manat olan 05 baş qoyunu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1150 manat maddi ziyan vurmaqla oğurlamışlar. Bundan başqa, o təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Kürdəmir rayonu Böyük Kəngərli kəndinə gəlib, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin, həyətyanı sahəsində yerləş ən tövlənin küçə tərəfdən giriş qapısına keçirilmiş yabanı çıxardaraq qanunsuz içəri daxil olub oradan hər birinin qiyməti 250 manat olan 05 baş qoyunu gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1250 manat maddi ziyan vurmaqla oğurlamışlar. Bundan başqa o, təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Kürdəmir rayonu Bağman kəndinə gəlib, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin küçə tərəfdən qapısının ilgəyini dəmir alətlə çıxardaraq içəri qanunsuz daxil olub oradan hər birinin 150 manat qiyməti olan 04 baş qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 600 manat maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Kürdəmir rayonu Bağman kəndinə gəlib, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin küçə tərəfdən giriş qapısına bağlanmış ipi açaraq qanunsuz içəri daxil olub oradan hər birinin qiyməti 230 manat olan 05 baş qoyunu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1150 manat maddi ziyan vurmaqla oğurlamışlar. Bundan başqa, o təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Kürdəmir rayonu Böyük Kəngərli kəndinə gəlib, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin, həyətyanı sahəsində yerləşən tövlənin küçə tərəfdən giriş qapısına keçirilmiş yabanı çıxardaraq qanunsuz içəri daxil olub oradan hər birinin qiyməti 250 manat olan 05 baş qoyunu gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1250 manat maddi ziyan vurmaqla oğurlamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Nazimlə əvvəllər kəndlərində pivəxana işlətmiş, ona pivə içdiyinə görə 150 manata yaxın borcu yaranmışdır. Təxminən xx.xx.2021-ci il tarixdə Ağsu rayonu Abasxanlı kəndində olarkən, Nazim və Nail birlikdə görüşüb söbət etmişlər. Söhbət zaman Nazim onlara “borcumu niyə vermirsiz?” demişdir. Ona maddi durumlarının aşağı olduğunu demişlər. Nazim də “gedəyin birlikdə qoyun oğurlayaq, aparıb sataq” deyərək təklif etmişdir. Daha sonra Nazim “Kürdəmir rayonu Bağman kəndində yaşayan Rüstəm var onu tanıyıram, bir dəfə onunla mübahisəm olub, onun həyətindən heyvanları oğurlayaq” demişdir. Buna görə də həmin günü, yəni xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Nail və Nazimlə birgə piyada, özləri ip götürüb sahə ilə Kürdəmir rayonu Bağman kəndinə gəlmişlər. Kəndin sahə tərəfdən olan hissəsində olan Zərərçəkmiş şəxs2 məxsus evin tövləsini görmüşlər. X18 evdə olub-olmamasını görmək üçün həyətinə baxmışlar, Rüstəmin maşını həyətdə olmadığını görüb və onun taxılda olduğunu zənn etmişlər. Buna görə tövlənin qapısı dəmir barmaqlıqdan olduğuna görə, onun kilid yerinə keçirilmiş ipi açıb, tövləyə Nail girmişdir. Nail tövlədən qoyunları tutub Nazimə vermiş, Nazimlə özü isə hevanların ayaqlarını bağlamışlar. Ümumilikdə Rüstəmin beş baş qoyununu oğurlayıb ayaqlarını bağlayıb, su kanalının yanına aparmışlar. Orada heyvanların ayaqlarını açıb, baş-başa bağlayıb özləri ilə aparmışlar. Heyvanları aparıb Ağsu rayonu Abasxanlı kəndinə meşəlik əraziyə gətirmişlər. Nazimlə heyvanları satmaq üçün Ağsu rayonunda taksi fəaliyyəti ilə məşğul olan Amil adlı şəxsə zəng edib heyvanlarının olduğunu, Bakı şəhərinə aparıb satmaq istədiyini demişdir. Amil də razılaşmışdır. Heyvanları Amilin maşını ilə Nazimlə birlikdə aparıb diri çəkisini 5 manatdan satmışlar. Nazim borcunu çıxandan sonra ona 90 manat pul vermişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Nazim və Naillə yenidən görüşüb oğurluq etmək qərarına gəlmişlər. Bu dəfə isə öz aralarında Kürdəmir rayonunda başqa kəndə, Böyük Kəngərli kəndinə gedib oradan oğurluq etmək barədə razılaşmışlar. Çünki yenidən Bağman kəndinə getsəydilər şübhə yaradacaqdılar. Bu məqsədlə Nazim və Naillə birlikdə özləri ilə heyvanların ayaqlarını bağlamaq üçün ip götürüb piyada Böyük Kəngərli kəndinə gəlmişlər. xx.xx.2021-ci tarixdə saat 12 radələrində kəndə çatmışlar, lakin cammatın yatmasını biraz gözləmişlər. Təxminən 1-2 saat keçəndən sonra kəndə girmişlər. Gəldikləri tərəfdən birinci həyətin tövləsini görmüşlər. Tövlə yolun kənarında, qapısında isə yaba olmuşdur. Yabanı çıxardıb tövləyə girmişlər. Tövlədə təxminən 50-60 baş qoyun quzu olmuşdur. Tövlədən 5 baş qoyun oğurlayıb küçəyə çıxardıb sahəyə aparmışlar. Heyvanları kanaldan keçirib taxıllığa aparmışlar. Heyvanları yaşadıqları kənddə meşəlik əraziyə aparıb 3 başını gizlətmişlər, 2 başını isə Nailin həyətinə gətirmişlər. Öz payına düşən qoyundan bir başını Nailə 100 manat əvəzində vermişdir. Nail ona 60 manatı vermiş, lakin 40 manatı isə hələdə borclu qalmışdır. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə oğurluqları edərkən onları heç kim görməmişdir. Birinci dəfə, yəni xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus heyvanları oğurlayıb satarkən, Nazim ona olan 110 manat borcunu çıxmış və ona 90 manat pul vermişdir. 2-ci dəfə yəni xx.xx.2021-ci il tarixdə oğurluğu edib heyvanları satdıqdan sonra, ona 1 baş qoyun düşmüşdür. Bunlardan başqa oğurluq etməmişlər. Oğurluqları qazanc və mənfəət əldə etmək məqsədi ilə etmişlər. Bundan başqa, Kürdəmir rayonu Bağman kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə ədavəti və düşmənçiliyi yoxdur. Onu əvvəllər tanımamışdır. Əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 2016-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək Ağsu rayon Məhkəməsinin hökmü ilə 04 il müddətində azadlıqdan məhrum edilmişdir. xx.xx.2020-ci il tarixdə azadlığa çıxmışdır. Cəza çəkmə müəssisəsindən çıxandan sonra isə heç bir yerdə işləməmişdir. Buna görə də maddi durumu aşağıdır. Təqsirləndirilən şəxs2 həmkəndlisidir. Onunla da ədavəti və düşmənçiliyi yoxdur. Nail də onun kimi əvvəllər məhkum olunmuşdur. Nail də heç bir yerdə işləmədiyinə görə onun da maddi durumu aşağıdır. Təxminən xx.xx.2023-cü il tarixdə Nailə zəng edərək, maddi durumunun aşağı olduğunu və onunla birlikdə oğurluq etməsini təklif etmişdir. Nail də hazırda Hacıqabul rayonunda olduğunu, Ağsu rayonuna gələndən sonra bu barədə söhbət etmələrini demişdir. xx.xx.2023-cü il tarixdə Nail Ağsu rayonuna geri qayıtmışdır. xx.xx.2023-cü tarixdə saat təxminən 16 radələrində Naillə kəndlərində görüşüb söhbət edib, çörək yeyib araq içmişlər. Söhbət zamanı yenidən onunla birlikdə oğurluq etməsini təklif etmişdir. Maddi durumları aşağı olduğu üçün, razılaşmışlar. Naillə kasıbçılıq olduğundan və dolana bilmədiklərinə haradansa heyvan oğurlayıb satmaq qərarına gəlmişlər. Buna görə də, həmin günü saat 22 radələrində Naillə heyvanların ayaqlarını bağlamaq üçün ip götürüb, piyada kəsə yolla kəndin yaxınlığında olan Kürdəmir rayonu Bağman kəndinə oğurluq etmək məqsədi ilə gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində Bağman kəndinə girmişlər. Kəndə girəndə yolun kənarında balaca tövlə görmüşlər. Tövlənin qapısı taxta olmaqla asfalta olmuş və kilid yerini dəmir çomaq keçirilmişdir. Tövlənin ağzından lom kimi alət tapıb, tövlənin petləsinə keçirib qapısını açmışlar. Nail tövləyə girmişdir. Nail tövlədə olan qoyunlardan bir bir tutub küçəyə çıxartmış, o özü isə ayaqlarını özləri gətirdikləri iplə bağlamışdır. 2 baş qoyunun ayaqlarını bağlayıb, tövlədən təxminən 1-2 kilometr aralıda sahədə ağacın altında gizlədib, təkrar tövləyə qayıtmışlar. Yenidən Nail tövləyə girib, iki baş heyvanı tutub küçəyə çıxartmışdır. Küçədə heyvanların ayaqlarını bağlamışdır. Heyvana gücü çatmadığına görə Nail heyvanı qaldırıb onun çiyninə qoymuşdur. Naildə bir baş qoyunu çiyninə götürüb qabaqda getməyə başlamışlar. Tövlədən təxminən 5-10 metr məsafədə getdikdən sonra, qapıdan ev sahibinin çıxdığını görüb Nail heyvanı atıb qaçmış, özü isə qaça bilmədiyinə görə ev sahibi tutub həyətinə salmışdır. Naillə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Ağsu rayonu Abasxanlı kəndində, evində görüşüb çörək yeyərkən oğurluq etmək barədə qərara gəlmişlər. Naillə birgə iki baş qoyunu oğurlayıb aparıb sahədə gizlətdikdən sonra, yenidən iki baş qoyunu oğurlayıb tövlədən küçəyə çıxardıb, təxminən 5-10 metr məsafə qət etdikdən sonra, Aqil yəni ev sahibi onları görmüşdür. Buna görə də Nail dərhal qoyunu yerə atıb qaçmış, onu isə ev sahibi tutmuşdur. Təqsirləndirilən şəxs3 ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, maddi vəziyyəti aşağı olduğundan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanları ödəyə bilmədiyini, Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanın qismən ödənilməsini bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, 2011-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək Ağsu rayon Məhkəməsinin hökmü ilə 3.000 manat cərimə edilmişdir. Hazırda heç bir yerdə işləmir. Buna görə də maddi durumu aşağıdır. Təqsirləndirilən şəxs3 həmkəndlisidir. Onunla da ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs3 də onun kimi əvvəllər məhkum olunmuşdur. Müşfiq də heç bir yerdə işləmədiyinə görə onunda maddi durumu aşağıdır. Nazim əvvəllər kəndlərində pivəxana işlətmiş, ona pivə içdiyinə görə 200 manata yaxın borcu yaranmışdır. Təxminən xx.xx.2021-ci il tarixdə Ağsu rayonu Abasxanlı kəndində olarkən, Nazim Müşfiqlə birlikdə görüşüb söhbət etmişlər. Söhbət zaman Nazim “borcumu niyə vermirsən?”demişdir. Ona maddi durumunun aşağı olduğunu demişdir. Nazim də “gedəyin birlikdə qoyun oğurlayaq, aparıb sataq”demişdir. Nazim “Kürdəmir rayonu Bağman kəndində yaşaya Rüstəm var onu tanıyır, bir dəfə onunla nəsə mübahisəsi olub, gedək onun həyətindən heyvanları oğurlayaq”demişdir. Buna görə də həmin günü, yəni xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Müşfiq və Nazimlə birgə piyada, özləri ip götürüb sahə ilə Kürdəmir rayonu Bağman kəndinə gəlmişlər. Kəndin sahə tərəfdən olan hissəsində olan Zərərçəkmiş şəxs2 məxsus evin tövləsini görmüşlər. Nazimlə Rüstəmin həyətdə olub-olmamasını yoxlamaq üçün həyətinə baxmışlar, Rüstəmin maşını həyətdə olmadığını, taxılda olduğunu zənn etmişlər. Buna görə tövlənin qapısı dəmir barmaqlıqdan olduğuna görə, onun kilid yerinə keçirilmiş ipi açıb, tövləyə girmişdir. Tövlədən qoyunları tutub Nazimə vermiş, Nazimlə Müşfiq isə hevanların ayaqlarını bağlamışdır. Ümumilikdə Rüstəmin beş baş qoyununu oğurlayıb ayaqlarını bağlayıb, su kanalının yanına aparmışlar. Orada heyvanların ayaqlarını açıb, baş-başa bağlayıb özləri ilə aparmışlar. Heyvanları aparıb Ağsu rayonu Abasxanlı kəndinə meşəlik əraziyə gətirmişlər. Müşfiqlə Nazim heyvanları satmaq üçün tanımadığı taksi ilə Bakı şəhərinə aparmışlar. Nazimlə Müşfiq heyvanları Bakı şəhərində satmışlar, Nazim ona olan 200 manat borcunu çıxdığına görə ona pul verməmişdir. Müşfiqində Nazimə borcu olduğuna görə, borcunu çıxandan sonra ona 90 manat pul vermişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Nazim və Müşfiqlə yenidən görüşüb oğurluq etmək qərarına gəlmişlər. Bu dəfə isə şübhə yaratmamaq üçün öz aralarında Kürdəmir rayonunda başqa kəndə, Böyük Kəngərli kəndinə gedib oradan oğurluq etmək barədə razılaşmışlar. Bu məqsədlə Nazim və Müşfiqlə birgə özləri ilə heyvanların ayaqlarını bağlamaq üçün ip, götürüb piyada Böyük Kəngərli kəndinə gəlmişlər. xx.xx.2021-ci tarixdə saat 12 radələrində kəndə çatmışlar, lakin camaatın yatmasını gözləmişlər. Təxminən 1-2 saat keçəndən sonra kəndə girmişlər. Gəldikləri tərəfdən birinci həyətin tövləsini görmüşlər. Tövlə yolun kənarında, qapısında isə yaba olmuşdur. Yabanı çıxardıb tövləyə girmişlər. Tövlədə təxminən 50-60 baş qoyun quzu olmuşdur. Tövlədən 5 baş qoyun oğurlayıb küçəyə çıxardıb sahəyə aparmışlar. Heyvanları kanaldan keçirib taxıllığa aparmışlar. Heyvanları yaşadıqları kənddə meşəlik əraziyə aparıb gizlətmişlər. Bir gün sonra is heyvanları X19 rayonunda olan mal bazarına aparıb satmışlar. Ona da gətirib 200 manat pul vermişlər. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə oğurluqları edərkən onları heç kim görməmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus heyvanları oğurlayıb satarkən, Nazim ona olan 200 manat borcunu çıxmışdır. 2-ci dəfə yəni xx.xx.2021-ci il tarixdə oğurluğu edib heyvanları satdıqdan sonra, ona 200 manat pul düşmüşdür. Təxminən xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhərində M.Əsədov küçəsində yaşayan arvadı Lamiyyənin yanına getmişdir. xx.xx.2023-cü il tarixdə Müşfiq ona zəng edərək, maddi durumunun aşağı olduğunu və onunla birlikdə oğurluq etməsini təklif etmişdir. Ona hazırda Hacıqabul rayonunda olduğunu Ağsu rayonuna gələndən sonra bu barədə söhbət etmələrini demişdir. xx.xx.2023-cü il tarixdə Ağsu rayonuna geri qayıtmışdır. xx.xx.2023-cü tarixdə saat təxminən 16 radələrində Müşfiqlə kənddə görüşüb söhbət edib, çörək yeyib araq içmişlər. Söhbət zamanı Müşfiq yenidən onunla birlikdə oğurluq etməyi təklif etmişdir. Maddi durumu aşağı olduğu üçün, onunla razılaşmışdır. Buna görə də, həmin günü saat 22 radələrində Müşfiqlə heyvanların ayaqlarını bağlamaq üçün ip götürüb, piyada kəsə yolla kəndin yaxınlığında olan Kürdəmir rayonu Bağman kəndinə oğurluq etmək məqsədi ilə gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində Bağman kəndinə girmişlər. Kəndə girəndə yolun kənarında balaca tövlə görmüşlər. Tövlənin qapısı taxta olmaqla asfalta olmuş və kilid yerinə dəmir çomaq keçirilmişdir. Tövlənin ağzından lom kimi alət tapıb, tövlənin petləsinə keçirib tövlənin qapısını açıb içəri girmişdir. Tövlədə təxminən 30-35 baş xırda buynuzlu heyvan olmuşdur. Tövlədə olan qoyunlardan bir bir tutub tövlədən küçəyə çıxartmış, Müşfiq isə ayaqlarını özləri ilə gətirdikləri iplə bağlamışdır. 2 baş qoyununun ayaqlarını bağlayıb, tövlədən təxminən 1-2 kilometr aralıda sahədə ağacın altında gizlədib, təkrar tövləyə qayıtmışlar. Yenidən tövləyə girib, iki baş heyvanı tutub küçəyə çıxartmışdır. Küçədə Müşfiq heyvanların ayaqlarını bağlamışdır. Müşfiqin heyvana gücü çatmadığına görə heyvanı qaldırıb onun çiyninə qoymuşdur. Bir baş qoyunu çiyninə götürüb qabaqda getməyə başlamışlar. Bu zaman, qapıdan ev sahibinin çıxdığını görüb heyvanı atıb qaçmışdır. Müşfiq isə orada qalmışdır. Müşfiqi ev sahibi tutub həyətinə salmışdır. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 dəymiş ziyanın tam ödənildiyini, Zərərçəkmiş şəxs2 dəymiş 1150 manat maddi ziyandan 800 manatını, Zərərçəkmiş şəxs3 dəymiş 1200 manat maddi ziyandan 800 manatını Təqsirləndirilən şəxs1la birgə ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmədiyinə görə maddi durumu aşağıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmkəndliləridir. Onlarla da ədavəti və düşmənçiliyi yoxdur. Nail və Müşfiqdə onun kimi əvvəllər məhkum olunmuşlar. Nail və Müşfiq heç bir yerdə işləmədiyinə görə onlarında maddi durumu aşağıdır. 2020-ci ildən 2021-ci ilədək müddətdə Ağsu rayonu Abasxanlı kəndində pivəxana işlətmişdir. Müşfiqlə Nail pivəxanasına gəlib pivə içmişlər. Onlar çox vaxt nisyə pivə içdiklərinə görə Müşfiqin 200 manata yaxın, Nailin 110 manat borcu yaranmışdır. Lakin onlar sonradan borclarını ödəməyə imkanları olmamışdır. Təxminən xx.xx.2021-ci il tarixdə Ağsu rayonu Abasxanlı kəndində olarkən, Müşfiq və Nail birlikdə görüşüb söbət edən zaman onlara “borcumu niyə vermirsiz? “ demişdir. Onlarda maddi durumlarının aşağı olduğunu demişlər. “gedəyin birlikdə qoyun oğurlayaq, aparıb sataq”deyərək təklif etmişdir. Buna görə də həmin günü, yəni xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Nail və Müşfiqlə birlikdə piyada, özləri ip götürüb sahə ilə Kürdəmir rayonu Bağman kəndinə gəlmişlər. Kəndin sahə tərəfdən olan hissəsində olan Zərərçəkmiş şəxs2 məxsus evin tövləsini görmüşlər. Naillə birgə Rüstəmin həyətdə olub-olmamasını öyrənmək üçün baxmışlar, Rüstəmin maşını həyətdə olmadığını görüb onun taxılda olduğunu zənn etmişlər. Buna görə tövlənin qapısı dəmir barmaqlıqdan olduğuna görə, onun kilid yerinə keçirilmiş ipi açıb, tövləyə Nail girmişdir. Nail tövlədən qoyunları tutub ona verirmiş, onunla Müşfiq isə hevanların ayaqlarını bağlamışlar. Ümumilikdə Rüstəmin beş baş qoyununu oğurlayıb ayaqlarını bağlayıb, su kanalının yanına aparmışlar. Orada heyvanların ayaqlaını açıb, baş-başa bağlayıb özləri ilə aparmışlar. Heyvanları aparıb Ağsu rayonu Abasxanlı kəndinə meşəlik əraziyə gətirmişlər. Müşfiqlə heyvanları satmaq üçün Ağsu rayonunda taksi fəaliyyəti ilə məşğul olan Amil adlı şəxsə zəng edib heyvanlarının olduğunu, Bakı şəhərinə aparıb satmaq istədiklərini demişlər. Amil də Müşfiqlə razılaşmışdır. Amil yol haqqı kimi onlardan 50 manat istəmişdir. Heyvanları Amilin maşını ilə Bakı şəhərinə aparmışlar. Amil onları apardıqdan sonra, qayıdıb gəlmişdir. Müşfiqlə özü isə heyvanların diri çəkisini 5 manatdan tanımadıqları şəxsə satmışlar. Müşfiqin borcunu çıxandan sonra Müşfiqə 90 manat pul vermişdir. Nail isə sərxoş olduğuna görə ona da 90 manat pul vermişdir. Ola bilsin onun yadında qalmamışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Müşfiq və Naillə yenidən görüşüb oğurluq etmək qərarına gəlmişlər. Bu dəfə isə şübhə yaratmamaq üçün öz aralarında Kürdəmir rayonunda başqa kəndə, Böyük Kəngərli kəndinə gedib oradan oğurluq etmək barədə razılaşmışlar. Bu məqsədlə Müşfiq və Naillə birlikdə özləri ilə heyvanların ayaqlarını bağlamaq üçün ip, götürüb piyada Böyük Kəngərli kəndinə gəlmişlər. xx.xx.2021-ci tarixdə saat 12 radələrində kəndə çatmışlar, lakin camaat yatması gözləmişlər. Təxminən 1-2 saat keçəndən sonra kəndə girmişlər. Gəldikləri tərəfdən birinci həyətin tövləsini görmüşlər. Tövlə yolun kənarında, qapısında isə yaba olmuşdur. Yabanı çıxardıb tövləyə girmişlər. Tövlədə təxminən 50-60 baş qoyun quzu olmuşdur. Tövlədən 5 baş qoyun oğurlayıb küçəyə çıxardıb sahəyə aparmışlar. Heyvanları kanaldan keçirib taxıllığa aparmışlar. Heyvanları yaşadıqları kənddə meşəlik əraziyə aparıb 3 başını gizlətmişlər, 2 başını isə Nailin həyətinə gətirmişlər. Müşfiqlə Nail özünə hərəsinə bir baş qoyun götürmüşlər,özü isə 3 baş qoyun götürmüşdür. Nail tövləyə girib heyvanları küçəyə çıxarmış, onunla Müşfiq isə ayaqlarını bağlamışlar. xx.xx.2021-ci il tarixdə və xx.xx.2021ci il tarixlərdə oğurluqları edərkən onları heç kim görməmişdir. Birinci dəfə yəni xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus heyvanları oğurlayıb satarkən, Müşfiqin ona olan 110 manat borcunu çıxmış və 90 manat pul vermişdir. 2-ci dəfə yəni xx.xx.2021-ci il tarixdə oğurluğu edib heyvanları satdıqdan sonra, onların hərəsinə bir baş qoyun vermiş, 3 baş qoyun isə özünə qalmışdır. Həmin heyvanları Şamaxı bazarında tanımadığı şəxsə 150,130,120 manata satmışdır. Müşfiqə 100 manat Nailə də 50 borc kimi vermişdir. Bunlardan başqa oğurluq etməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, himayəsində 4 azyaşlı uşaqlarının olmasını, Zərərçəkmiş şəxs2 dəymiş 1150 manat maddi ziyandan 800 manatını, Zərərçəkmiş şəxs3 dəymiş 1200 manat maddi ziyandan 800 manatını Təqsirləndirilən şəxs2la birgə ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, Kürdəmir rayonu Abasxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Heç bir yerdə rəsmi olaraq işləmir. Fərdi təsərrüfatla məğul olur. Ümumilikdə 36 baş xırda buynuzlu heyvanları var. Həmin heyvanları yaşadığı evin həyətyanı sahəsində olan tövlədə saxlayır. Hazırda hava soyuq olduğuna görə heyvanlarını örüşə buraxmır. Tövləmin iki ədəd giriş qapısı var, biri həyətdən tövləyə, digəri isə küçədən tövləyədir. Küçədən tövləyə olan qapı taxtadandır, kilid yerinə zəncir və kilid bağlamışdır. xx.xx.2023cü il tarixdə heyvanlarına yem və su verib tövləyə salmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində yaşadığı evin daxilində yataq otağında yatmışdır. Küçədən səs küy eşidib nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmışdır. Küçəyə çıxanda tövlənin qapısından təxminən 10-15 metr məsafədə 2 nəfər şəxs hərəsinin çiyinlərində bir baş qoyun getdiklərini görmüşdür. Onlara səslənib arxaları ilə qaçmışdır. Onlardan biri heyvanı atıb qaçıb getmiş, digəri isə adını sonradan bildiyi Təqsirləndirilən şəxs3 isə tutub saxlamışdır. Müşfiqi tutub saxlayanda o heyvanı yerə atmış, Müşfiqi həyətinə gətirib Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşlarına Müşfiqi təhvil vermişdir. Polis əməkdaşları ilə birlikdə tövləsinə, küçədə oan heyvanlarına baxış keçirtmişdir. Heyvanların ayaqlarını ot ipi bağlandığı, və tövlənin ağzında olan təxminən uzunluğu 60-70 sm olan dəmir boru ilə tövlənin ilgəyini açıb içəri girdikləri müəyyən olunmuşdur. Müşfiq daha sonra bildirmişdir iki qoyunu oğurlayıb sahəyə aparmışlar, iki başını da oğurlayanda tutmuşdur. Buna görə də Müşfiqin dediyi yerə getmişlər və orada da 2 baş ona məxsus qoyunları ayaqları bağlı vəziyyətdə görmüşdür. Həmin heyvanların ayaqlarına bağlanmış ot ipini açıb yaşadığı evə gəlmişlər. Buna görə də, Müşfiqin heyvanların ayaqlarına bağladıqları ot ipləri və bir ədəd dəmir boru polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra heyvanları məhkəmə hökmü çıxana kimi saxlamaq üçün ərizə vermiş, buna görə də oğurlanmış 4 baş qoyun qəbzlə ona təhvil verilmişdir. Oğurlanmış qoyunları hamısı dişi cinslidir, təxmini diri çəkiləri 28-30 kq, hər birinin 150 manat qiyməti olmuşdur. Oğurluq nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Müşfiq və Naili tanımır. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. Müşfiqlə Naili görərkən onlar ona məxsus iki baş qoyunu oğurlayıb tövlədən çıxardaraq 10-15-metr məsafədə çiyinlərində aparırlarmış. Nail onu görən kimi qaçıb getmiş, Müşfiqi isə tutub saxlamışdır. Ona dəymiş maddi ziyan ödənilsə də o, şikayətçidir. Odur ki, təqsirləndiriıən şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, o,heç bir yerdə rəsmi olaraq işləmir. Şəxsi təsərrüfatında 2021-ci ildə 103 baş xırda buynuzlu heyvanı olmuşdur. Həmin heyvanları yaşadığı evin tövləsində saxlamış və həmin heyvanların hamısı ona məxsus olmuşdur. Tövlənin küçə tərəfədə qapısı olmuş, həmin qapı isə küçə tərəfdən keçmə dəmirlə bağlamışdır. Bundan başqa özünə məxsus traktorla da kənd ərazisində torpaq şumlayır. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində həmkəndliləri üçün torpaq sahələrini dırmaqlamaq üçün getmişdir. Həmin gecə sahədə iş görmüşdür. Səhəri günü xx.xx.2021-ci il tarixdə yaşadığı evə gələrkən, atası Saməli tövlədən 5 baş qoyunun olmadığını, kimsə gecə vaxtı gəlib həmin heyvanları oğurladığını demişdir. Tövləyə baxanda küçə tərəfdə olan qapının açıq olduğunu və ümumilikdə 5 baş qoyununun isə naməlum şəxslər oğurlandığını görmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ərizəsi əsasında cinayət işi başlanmış və zərərçəkmiş şəxs qismində tanınmışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində isə ona məxsus 5 baş qoyunu Ağsu rayon Abasaxanlı kənd sakinləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq oğurladıqlarını öyrənmişdir. Onlar Kürdəmir rayonu ərazisində iki dəfə də oğurluq ediblər. Hazırda ona dəymiş 1150 manat maddi ziyandan 400 manatı Təqsirləndirilən şəxs2 tərəfindən 200 manatı isə Təqsirləndirilən şəxs1 tərəfindən ödənmişdir. Lakin Təqsirləndirilən şəxs3 tərəfindən ödənmə olmamışdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır, onlarla ədavəti və düşmənçiliyi yoxdur. Onlar ilk dəfə onlar tutulandan sonra tanımışdır. Ona ümmilikdə 1150 manat maddi ziyan dəymiş,həmin ziyandan 800 manatı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Müşfiq tərəfindən ona heç bir ödəniş edilməmişdir.Ona dəymiş ziyandan 350 manat ödənilməmişdir. Onun 350 manatla bağlı şikayəti vardır. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 izahatında göstərmişdir ki, yaşadığı evin həyətində 8 baş iri buynuzlu və 11 baş xırda buynuzlu heyvan saxlamışdır. Qoyunları gündüz vaxtı kəndin qoyun növbəsinə qoşmuşdur. Axşamlar isə qoyunları həyətə gələndən sonra inəklərdən ayrı tövləyə salmışdır. Tövlənin giriş qapısını isə dəmir cəftə ilə bağlamışdır. xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində qoyunları tövləyə salıb qapısının dəmir cəftə bağlamışdır. Saat 24 radələrində qoyunları tövlədə sayıb yoxlamışdır. Səhəri günü saat 06:30 radələrində qoyunlara ot qoymaq istəyərkən tövlənn qapısının açıq olduğunu görmüşdür. Tövləyə baxanda isə 11 baş qoyundan 5 başının olmadığını aşkar etmişdir. Buna görə də qoynlarının oğurlanması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Heç kimdən şübhələnməmişdir. Ona məxsus qoyunların oğurlanması nəticəsində ona 1250 manat maddi ziyan dəymişdir. Həmin ziyandan 800 manatı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, Təqsirləndirilən şəxs3 tərəfindən ona heç bir ödəniş edilməmişdir. Ona ödənilməmiş 450 manat qalmışdır və o, həmin məbləğə görə şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Camaləddin oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 10-15 ildir ki tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Müşfiqlə münasibəti normaldır. Müşfiqlə eyni vaxtda tutulmuş, narkotik vasitələri qanunsuz olaraq üzərində saxladığına görə Müşfiq isə narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə məhkum olunmuşdur. 3 il əvvəl DAEVO Race markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobillə Ağsu Bakı marşrutu ilə sərnişin daşıyaraq ailəsini dolandırmışdır. Təxminən 2021-ci ilin iyul ayında Müşfiq ona zəng edərək 5 baş qoyunu olduğunu və onları Bakı şəhərinə satmaq üçün aparmaq istədiyini və taksi kimi maşını ilə neçəyə aparmasını soruşmuşdur. Müşfiqə 50 manata aparacağını demişdir. Müşfiqlə 50 manata razılaşmışdır. Həmin günü Ağsu rayonu Abasxanlı kəndində getmiş, Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığından 5 baş qoyunu maşınına yükləmişlər. Müşfiq və Nazimlə birlikdə Bakı şəhərinə getmişlər. Onları Bakı şəhəri Binəqədi rayonu ərazisində düşürtmüş və yol pulunu alıb qayıdıb gəlmişdir. Həmin qoyunları Nazimlə Müşfiqin kimə və hara satmasından xəbəri olmamışdır. Müşfiq ona həmin heyvanların ona məxsus olduğu demişdir. Heyvanların oğurluq olmasından heç bir xəbəri olmamışdır. İş materiallarına əlavə edilmiş Ağsu rayon İHB-nin Kəndoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-34-29/2-3-12/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Ağsu rayonunun Abasxanlı kəndində yaşayır. (bax İİ cild iş vər. 167) İş materiallarına əlavə edilmiş Ağsu rayon İHB-nin Kəndoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs3 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(bax İİ cild iş vər.168) İş materiallarına əlavə edilmiş Ağsu rayon İHB-nin Kəndoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-34-29/2-3-13/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə Ağsu rayonunun Abasxanlı kəndində yaşayır. (bax İİ cild iş vər. 170) İş materiallarına əlavə edilmiş Ağsu rayon İHB-nin Kəndoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax İİ cild iş vər.171) İş materiallarına əlavə edilmiş AZ İİİ 352929 nömrəli doğum haqqında şaəhdətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyri-rəsmi nikahdan xx.xx.2013-cü il təvəllüdlü Əli adlı uşağı vardır.(bax İİ cild,iş vər.172) İş materiallarına əlavə edilmiş Ağsu rayon İHB-nin Kəndoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-34-29/2-3-72/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə Ağsu rayonunun Abasxanlı kəndində yaşayır və onun himayəsində 4 azyaşlı uşaqları ardır. (bax İİ cild iş vər. 158) İş materiallarına əlavə edilmiş, AZ-İV 556101 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il təvəllüdlü İsmayıl adlı oğlu vardır.(bax İİ cild,iş vər 156) İş materiallarına əlavə edilmiş, AZ-İV 772199 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il təvəllüdlü Gülər adlı qızı vardır.(bax İİ cild, iş vər 156) İş materiallarına əlavə edilmiş, AZ-İV 772200 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il təvəllüdlü Nurlan adlı oğlu vardır.(bax İİ cild,iş vər 157) İş materiallarına əlavə edilmiş, AZ-İV 772201 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il təvəllüdlü Bahar adlı qızı vardır.(bax İİ cild,iş vər 157) İş materiallarına əlavə edilmiş Ağsu rayon İHB-nin Kəndoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax İİ cild iş vər.160) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.1997-ci ildə Tərtər Qarnizonu Hərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası CM-nin 226-cı maddəsinin 2-ci hissəsi 38 AR, 243-cü, ( köhnə redaksiya) maddəsi ilə təqsirli bilinərək 12 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci ildə Ağsu rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə Ağsu rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 ay 23 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (Bax İİ cild iş vər 175-178) İş materiallarına əlavə edilmiş 1(016)-29/2011 nömrəli Ağsu rayon Məhkəməsinin hakimi X3 qəbul etdiyi hökmə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç) min manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.(bax İİ cild,iş vər.217-228) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 021/2023 nömrəli Ağsu rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu rayon məhkəməsinin 7(016)-31/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində olan cərimə cəzası dəyişdirilərək aylıq qazancından 10% pul dövlət nəfinə tutulmaqla 01(bir) il müddətində islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan islah işləri cəzasını cəkib qurtarmamışdır. (bax İİ cild,iş vər.180) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1997-ci ildə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 241 M.”B” BƏN:42 AR maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. xx.xx.1999-cu ildə Qazax Qarnizonu Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 243-cü (köhnə redaksiya) maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. (bax İİ cild iş vər. 174) Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli özlərinin səmimi etirafı, zərərçəkmiş şəxslərin izahatları və şahid ifadələri ilə, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməli düzgün olaraq AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Onlar həmin maddələrlə təqsirlidirlər və cəza almalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsində göstərilir ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 34.8-ci maddəsinin tələbinə görə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən, talanmış əmlakı apararsa, törədilən cinayətin aşkar ediləcəyi hallarda, digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq, birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayət əməlini etiraf edib əməllərindən peşman olmalarını, CM-nin 59.1.14-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə vurduqları ziyanı qismən ödəmələrini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, habelə Təqsirləndirilən şəxs2 himayəsində 1, Təqsirləndirilən şəxs1 himayəsində 4 azyaşlı uşaqlarının olmasını, iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. İş mtaeriallarında olan xx.xx.2023-cü il tarixli 021/2023 nömrəli Ağsu rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu rayon məhkəməsinin 7(016)-31/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində olan cərimə cəzası dəyişdirilərək aylıq qazancından 10% pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətində islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan islah işləri cəzasını cəkib qurtarmamışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs2 yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmədən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə cinayətin residivini yaratmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci ildə Ağsu rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2020-ci ildə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 ay 23 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs3 az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gundən iki il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs3 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş yenidən qəsdən xx.xx.2021-ci il tarixdə hazırki cinayət hadisəsini törətmişdir. Beləliklə, şərh olunanlardan görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğunun ödənilməsi müddətinin axımı başlamamışdır. Belə ki, «Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və bundan sonrakı davranışını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və digər halların məcmusunu müstəsna hallar kimi hesab edərək, onun barəsində azadlıqdan məhrum etmə növündə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə cəza təyin edərkən onların şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq, onlara ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X6 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu gündən, yəni 07 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-03/2023 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbsq qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmışdır.(bax İİ cild,iş vər.46-49) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-04/2023 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmışdır.(bax İİ cild,iş vər. 50-53) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə,saat 18.50-də şübhəli şəxs kimi tutulmuşdur.(bax İİ cild,iş vər. 59-60) İşmaterillarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində başa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18.00-da Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir.(bax İİ cild,iş vər.162-163) Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağsu rayon məhkəməsinin qərarı ilə ona təyin edilmiş və ödənilməmiş 1 il müddətinə islah işləri cəzası hazirki hökmə qismən birləşdirilməlidir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X10 həbsdə saxlanıldıqları müddət bir günə iki gün hesabı ilə onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağsu rayonu Abasxanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayırlar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə Ağsu rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini gecə saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli, barələrində seçimiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində semilmiş “başqa yerə getməmək iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxslərə maddi ziyanın qismən ödənilməsi nəzrə alınmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus evin həyətyanı sahəsinə keçirilən baxış zamanı heyvanların ayaqlarına bağlanan ağ rəngli polietilen ip və bir ədəd dəmir alət hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 4 baş qoyunun sahibi Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X8, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə hüquqlarının müdaiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X9, Təqsirləndirilən şəxs1məhkəmə istintaqı dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi X8 təqsirləndirilən şəxs M.Ə.Qulieyvin məhkəmə hüquqlarının müdafisəinə 35 saat, müdafiəçi AR Vəkillər Kollegiyasının üzvü, vəkil X9 Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqularının müdafiəsi üçün 35 saat, Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdaifiəsi üçün 35 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən hər iş saatı üçün 06 manat manat ödənilməlidir. Qeyd olunanlara əsasən müdafiəçi X4 dövlət hesabına hər iş saatı üçün 06 manat olmaqla, 210 manat, müdafiəçi X5 210 manat, Müdafiəçi2 210 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 357, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən yəni 07 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il, 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Ağsu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş və ödənilməmiş 1 il müddətinə islah işləri cəzası CM-nin 68.3.1-ci maddəsinə əsasən hazırki hökmə qismən birləşdirilməklə ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 5 ay, 28 gün müddət 3 il azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 il, 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ağsu rayonu Abasxanlı kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il, 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 il, 5 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ağsu rayonu Abasxanlı kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan heyvanların ayaqlarına bağlanılmış bir ədəd ağ rəngli polietilen ip, bir ədəd dəmir alət məhv edilsin. 4 baş qoyunun Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs2 dəymiş 1150 manat maddi ziyandan 800 manatın, Zərərçəkmiş şəxs3 dəymiş 1250 manat maddi ziyandan 800 manatın ödənilməsi nəzərə alınsın. Ödənilməmiş ziyanla bağlı zərərçəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilsin. Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 35 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X4 210 (iki yüz on) manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsi edilməsi üçün dövlət hesabına 35 saat, hər iş saatına 06 manat esab edilməklə Azərbacan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X5 210 (iki yüz on) manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsi edilməsi üçün dövlət hesabına 35 saat, hər iş saatına 06 manat esab edilməklə Azərbacan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar