Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-35/2024 04.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ttihamının müdafisəi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnın iştirakı ilə xx xxxxxx 1968-ci ildə Tovuz şəhərində anadna olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti və vahid niyyətlə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Kürdəmir rayonu Qağacılı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan xx.xx.1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 7000 manat pul müqabilində Bakı şəhərində İcra Hakimiyyətinə işə düzəldəcəyinə yalandan vədlər verib aldadaraq, 2020-ci ilin iyul ayında Kürdəmir şəhəri Aran qəsəbəsində yerləşən kirayədə yaşadığı evdə 2000 manat pulunu və 2021-ci mart ayında Kürdəmir rayonu Xırdapay kəndində yerləşən kirayədə yaşadığı evdə 1400 manat pulunu əlbəəl alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3400 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, öz iradəsindən asılı olmayan səbəblərə görə zərərçəkmiş şəxsə xeyli miqdarda 7000 manat ziyan vurmaqla dələduzluğu pulun qalan hissəsini ala bilmədiyindən özündən asılı olmayaraq başa çatmamış, bununla da o, aldatma və etibardan sui-istifadə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs Kürdəmir rayon sakini kimi tanıyır, onunla 2020-ci ilin iyul ayında Kürdəmir rayonu ərazisində tanış olmuşdur. Belə ki, 2020-ci ildə Azərbaycan Respublikası ərazisində pandemiya elan olduğuna görə və müəyyən məhdudiyyətlər qoyulduğuna görə, Kürdəmir rayonundan kənara çıxa bilməmiş, Kürdəmir rayonunda kirayədə tək yaşamış, həmin vaxt Murad Kürdəmir rayonu “Azərpoçt”un şöbəsində işləmişdir. Muradın işlədiyi yerə bir-iki dəfə gedib gələndən sonra onunla münasibətləri yaranmış, bir dəfə pulu olmadığına görə Muraddan 20 manat borc pul almış və ona poçta adına pul gələndə pulunu verəcəyini demiş, Murad pulu verəndən təxminən 15-20 dəqiqə sonra poçta adına pul gəlmiş, həmin pulu götürüb Muraddan aldığı 20 manatı ona geri qaytarmış, bundan sonra isə onunla münasibətləri daha da yaxşılaşmış, Murad ona etibar etməyə başlamış, Muradla danışarkən ondan hansı məbləğdə maaş aldığını soruşmuş, Murad 250 manat maaş aldığını, həmin pul ilə çətin dolandığını bildirmiş, onu ilk əvvəl Bakı şəhərində İcra Hakimiyyətində sonra isə Bakı şəhərində “Azərpoçt”da ixtisası üzrə işə düzəltməsini təklif etmiş, Murad maaşı az olduğuna görə onunla razılaşacağını, daha çox maaşlı iş təklifi onu cəlb edəcəyini bilmiş, Murad bu barədə atası ilə söhbət edib məsləhətləşəndən sonra qərarını ona bildirəcəiyini demiş, həmin vaxt bir-birinin mobil telefon nömrələrini götürmüşlər, bir müddət keçdikdən sonra atasının onunla görüşmək istədiyini deyərək Murad onu evlərinə çağırmış, həmin vaxt yanında olan tanışı İsmayıl ilə birlikdə Muradın yaşadığı evə getmiş, orada Muradın atası ilə söhbət etmiş, Muradı Bakı şəhərində işə düzəltmək üçün 7.000 manat pul lazım olacağını bildirmiş, Murad isə hazırda 2.000 manat pulunun olduğunu, qalan pulu isə işə düzəlib maaş alandan sonra hissə-hissə verə biləcəyini demiş, 2020-ci ilin iyul ayının ortalarında Murad kirayə yaşadığı Kürdəmir şəhəri Aran qəsəbəsində yerləşən evdə ona 2000 manat pul vermiş, Murada həmin vaxt oktyabr ayında işə qəbul əmri gələcəyini və işə başlayacağını demiş, bir müddət sonra Murad müharibə ilə bağlı könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibə bitdikdən sonra Murad geri qayıtmış, onunla bir neçə dəfə görüşüb iş barəsində soruşduqda işin yaxın vaxtlarda düzələcəyi barədə yalandan vədlər vermişdir. 2021-ci ilin mart ayında Kürdəmir rayonu Xırdapay kəndi ərazisində kirayədə yaşadığı evdə Muraddan 1400 manat pul almış, Murada işinin yaxın vaxtda düzələcəyi barədə yenidən yalandan söz vermişdir. Muraddan pulu aldıqdan sonra Kürdəmir rayonundan çıxıb getmiş, Murad zəng vuraraq işinin düzəlib-düzəlməməsi barədə soruşanda ona səbirli olmasını, yaxın vaxtda işinin həll olacağı barədə yalandan vədlər verib onu aldatmışdır. Muraddan aldığı pulları isə öz tələbatlarına xərcləmiş, Muradı dediyi işə düzəldə bilməmişdir. O, Muraddan alıdğı puldan cəmi 2000 manat ödəmiş,qalan 1400 manat pulu da çölə çıxandan sonra ödəyəcəkdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olduğunu və ziyanını yarsını qaytarmasını olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamış, aralarında düşmənçilik ədavət olmamışdır. Kürdəmir şəhər poçt filialının şəhər 1 saylı poçt şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmin ərəfədə 2020-ci ilin iyul ayında əvvəllər tanımadığı bir nəfər şəxs işlədiyi poçt şöbəsinə gələrək özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək, gəldiyi maşını yola salması üçün ondan 20 manat borc pul istəmiş, poçtda birazdan adına pul gələcəyini, həmin vaxt pulunu qaytaracağını demiş, Ədalət şəxsiyyət vəsiqəsini də ona vermiş, Ədalətə 20 manat pul vermiş, təxminən yarım saat sonra Ədalət ondan aldığı 20 manat pulu geri qaytarmış, Ədalətin adına poçta bir neçə dəfə pul gəldiyindən aralarında münasibət yaranmış, Ədalət ondan nə qədər əmək haqqı aldığını soruşmuş, Ədalətə əmək haqqısının 250 manat olduğunu dedikdə Ədalət onu Bakı şəhərində İcra hakimiyyətinə ixtisası üzrə işə düzəldə biləcəyini demiş, evə gələrək valideyinlərinə bununla bağlı demiş, Ədalət haqqında onlara danışaraq Ədalətin onu Bakı şəhərində İcra hakimiyyətinə ixtisası üzrə işə düzəldəcəyini demiş, bir neçə gün sonra Ədaləti yaşadığı evə dəvət etmiş, Ədalət onlara gələrək atası İslamla tanış olmuş, oturub söhbət etmişlər, Ədalət ona etdiyi təklif barədə atasına demiş, Ədalət onu işə düzəltmək müqabilində onlardan 7000 manat pul istəmiş, 2020-ci ilin iyul ayında Kürdəmir şəhəri Aran qəsəbəsində yerləşən Ədalətin kirayədə yaşadığı evdə atası İslamın yanında Ədalətə 2000 manat pul vermiş, qalan pulu işə düzələndən sonra əmək haqqısından ödəyəcəyi barədə razılaşmışlar. Ədalət onun oktyabr ayında işə düzəlmək haqqında əmrinin gələcəyini demişdir. xx.xx.2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinə getmiş, müharibə qurtardıqdan sonra xx.xx.2020-ci il tarixdə evə qayıtmış, Ədalətlə bir neçə dəfə görüşmüş, Ədalət müharibə olduğuna görə əmrinin 3 ay gecikdiyini, 2021-ci ilin aprel ayında olacağını bildirmiş, Ədalət ondan pulun qalan hissəsini istəmiş, 2021-ci ilin mart ayında 2 nömrəli məktəbin yaxınlığında yerləşən kirayədə qaldığı evində Ədalətə 1400 manat pul vermiş, bundan sonra Ədalət ilə görüşməmiş, hər dəfə telefonla danışıb ondan iş barəsində soruşanda müxtəlif vaxtlara vəd verərək, eləcədə pulunu qaytarmayaraq Ədalət onu aldadıb dələduzluq etmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, Ədalətə pul verən zaman yanlarında atası Şahid başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyandan cəmi 2000 (iki min) manatı ödəmiş, qalan 1400 manat pulu ödəməmişdir. O, hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçidir və pulunu tələb edir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək xidməti işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini. Təqsirləndirilən şəxs tərəfindən ona ödəniş edilmədiyini və Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Məmmədəli oğlu ifadəsində göstərdi ki, Murad onun oğludur. Təqsirləndirilən şəxs əvvəldən tanımamış, aralarında düşmənçilik ədavət olmamışdır. X5 şəhər poçt filialının şəhər 1 saylı poçt şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs gəldiyi maşını yola salması üçün ondan 20 manat borc pul istəmiş, poçtda birazdan adına pul gələcəyini, həmin vaxt pulunu qaytaracağını demiş, Ədalət şəxsiyyət vəsiqəsini də ona vermiş, Ədalətə 20 manat pul vermiş, təxminən yarım saat sonra Ədalət ondan aldığı 20 manat pulu geri qaytarmış, Ədalətin adına poçta bir neçə dəfə pul gəldiyindən aralarında münasibət yaranmış, Ədalət ondan nə qədər əmək haqqı aldığını soruşmuş, Ədalətə əmək haqqısının 250 manat olduğunu dedikdə Ədalət onu Bakı şəhərində İcra hakimiyyətinə ixtisası üzrə işə düzəldə biləcəyini demiş, evə gələrək valideyinlərinə bununla bağlı demiş, Ədalət haqqında onlara danışaraq Ədalətin onu Bakı şəhərində İcra hakimiyyətinə ixtisası üzrə işə düzəldəcəyini demiş, bir neçə gün sonra Ədaləti yaşadığı evə dəvət etmiş, Ədalət onlara gələrək onunla tanış olmuş, oturub söhbət etmişlər, Ədalət Muradı işə düzəltmək müqabilində onlardan 7000 manat pul istəmiş, 2020-ci ilin iyul ayında Kürdəmir şəhəri Aran qəsəbəsində yerləşən Ədalətin kirayədə yaşadığı evdə Murad onun yanında Ədalətə 2000 manat pul vermiş, qalan pulu işə düzələndən sonra əmək haqqısından ödəyəcəyi barədə razılaşmışlar. Ədalət oktyabr ayında işə düzəlmək haqqında əmrinin gələcəyini demişdir. Ədalət Muradı işə düzəltməmiş onları aldatmışdır. Ədalət Murada cəmi 2000 manat qaytarmış, qalan 1400 manat pulu qaytarmamışdır. İş materialalrına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 X4 X3 daxil olmuş xx.xx.2023-cü il tarixli 18-1-17/2-110 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər, 103) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-ci maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmişdir.xx.xx.2019-ci ildə cəriməni ödəmişdir. (bax iş vər,27) İş materiallarına əlavə edilmiş Sabunçu rayon İHB-nın Bakıxanov qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 37 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır. (bax iş vər. 100) İş materiallarına əlavə edilmiş Sabunçu rayon İHB-nın Bakıxanov qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 101) Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq AR CM-nin 29,178.2.4-ci maddəsi ilə tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 33cü bəndində göstərilir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Həmin qərarının 39-cu bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1-ci bəndində göstərildir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşman olmasını, maddi ziyanın bir qismini ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsnın şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə onun maddi və əmlak vəziyyətini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsdə müvafiq hesab edir və hesab edir ki, cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallaırna olan şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün xx.xx.2021-ci il tarixdə barəsində axtarış elan edilmişdir. (bax iş vər,30-31) İş materiallarında olan 13 dekabr 2023-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.12 2023-cü il tarixdə saat 23.00-da Bakı şəhəri ərazisində tutularaq Kürdəmir RPŞ-nə təhvil verilmişdir. İş materialalrında olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)- 121/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqında təqdimata baxılmış və onun barəsində 01 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (bax iş vər, 80-84) İş materialllarında ollan Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-35/2024 saylı qərarıdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə çağırışlarına gəlmədiyi və qaçlb gizləndiyi üçün barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir. Kürdəmir RPŞ əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qərarına əsasən tutularaq Kürdəmir RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzanın əvvəli həbs olunduğu vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə salandığı 01 ay müddət ona təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə ümumi 3400 (üç min dörd yüz) manat maddi ziyandan 2000 manatının zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 ay ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 19 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə ümumi 3400 (üç min dörd yüz) manat maddi ziyandan 2000 manatının zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-35/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-35/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver