Məhkəmə qərarları › İş №1(041)-36/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-36/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-36/2023 16.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il ildə Ağsu rayonu Göydəlləkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağsu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1, 177.2.3, 67.1 və 68.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün 02 il 06 ay azadlıqdan məhrum etmə və 3950 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağsu rayonu, Bozavand ərazi dairəsi, Ağarx kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən “Astara” adlı kafenin kənarında, kənar şəxslərin olmadığı yerdə, Zərərçəkmiş şəxs1 bir qədər əvvəl dayısının nəvəsi Şahid3 ilə aralarında şəxsi münasibətləri zəmnində baş vermiş mübahisə zamanı onun ünvanına nalayiq söyüş söyməsini bəhanə edərək, sonuncu ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək, xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən yumruqla bir dəfə vurub yerə yıxaraq, ona sağ bazunun qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan, həmçinin alt çənə sümüyünün sağ hissəsinin yerdəyişən və sol hissəsinin yerdəyişməyən sınıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, 02 oktyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Kürdəmir şəhəri Bakı prospektində yerləşən “Avtoş dönər” adlı dönərxanaya müştəri kimi daxil olaraq oradakı soyuducunun üzərində olan, xx.xx.1978-ci il təvəllüdlü, Kürdəmir rayonu Xırdapay kənd sakini Zərərçəkmiş şəxs2 məxsus “İphone 11 pro” markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 750 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli, CM-nın 127.2.3-cü maddəsi ilə təqsirli bilmədiyini bildirərək göstərdi ki, Ağsu rayonu Ağarx kəndində qeydiyatda olmaqla yaşayır, daimi iş yeri olmadığına görə Bakı şəhərində fərdi əməklə məşğul olur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında dayısı oğlu Şahid1 ilə birlikdə Bakı şəhərində işdə olduqları zaman Fuadın oğlu Elnur atasına zəng edərək Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Astara” adlı kafesində aralarında baş vermiş mübahisə zamanı onu döyərək xəsarət yetirdiyini və onun ünvanına da təhqiramiz ifadələr işlətdiyini bildirmişdir. Bundan sonra Elnurun atası Fuad və o, işdən çıxıb Qobu qəsəbəsinə “Astara” adlı kafeyə getmək üçün yola düşmüşlər. X4 adlı taksi sürücüsünə zəng edərək, oğlu Elnuru da “Astara” adlı kafeyə gətirməsini bildirmişdir. Onlar kafenin qarşısına çatmış və həmin vaxt həqiqətən də Elnurun boyun və sifət nahiyyəsində xəsarət izlərinin olduğunu görüb Elvinin onu nə səbəbə döydüyünü soruşmuşlar. Bu zaman Elnur bir qədər əvvəl xalası oğlu Şahid4 ilə birlikdə Elvinə məxsus həmin “Astara” adlı kafedə olduqları zaman Elvin ona bir neçə gün əvvəl yuyucu sexini təhvil vermədən işdən çıxıb getdiyinə və telefon zənglərinə cavab vermədiyinə görə iradını bildirmiş, həmçinin ona olan 5 manat borcunu nə üçün ödəmədiyini deyib mübahisə edərək onu döyüb xəsarət yetirdiyini bildirmişdir. Həmçinin Elnur ona bildirmişdir ki, Elvin onu döyməklə yanaşı onun arxasınca da danışaraq ünvanına təhqiramiz ifadələr işlətmişdir. Ona görə də o, “Astara” adlı kafeyə gedərək onun arxasınca söyüş söyməsinin səbəbini aydınlaşdırmaqdan ötrü Elvini kafedən bayıra çağırmış, kafenin qarşısında kənara çəkilərək Elvindən Elnurun yanında onun ünvanına söyüş söyməsinin səbəbini soruşduqda ona 5 manat borcu olduğuna görə Elnuru döydüyünü və onun ünvanına da söyüş söydüyünü etiraf etmişdir. Ona görə də o, əsəblərini cilovlaya bilməyib Elvinin ağız nahiyəsindən bir dəfə yumruqla vurmuş, zərbənin təsirindən Elvin yerə yıxılmışdır. Bundan sonra onlar hamısı oradan uzaqlaşmışdır. Həmin vaxt onun əlində beşbarmaq olmamış, hadisə baş verən anda kənarda Fuad, Elnur, xalası oğlu Səxavət və Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Şahid2 adlı tanışı olmuşdur. Həmin hadisə təxminən 5 dəqiqə davam etmiş, ətrafa başqa tanımadığı bir neçə nəfər də toplaşmışdır. Onun Elvinin ağız nahiyəsindən yumruqla vurmağına başlıca səbəb onun dayısı nəvəsi Elnurun yanında onun arxasınca söyüş söyməsi və ona qarşı söyüş söydüyünü və üzünə də etiraf etməsi olmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə qardaşı Şahid5la birlikdə Kürdəmir şəhər ərazisində sərxoş halda gəzərkən acdıqları üçün “Avtoş dönər” adlı dönər satılan yerə daxil olmuşlar, 2 ədəd dönər sifariş etmişlər. Sifarişi gözləyərkən soyuducunun üzərində “İphone 11 pro” markalı mobil telefon olduğunu görmüş, dönərçinin başı müştərilərə qarışdığı və qardaşı Elvinin də çöldə olmasını fürsət bilib telefonu gələcəkdə satmaq üçün oğurlamaq qərarına gəlmiş və ordan götürüb şalvarının cibinə qoymuşdur. Dönər sifarişini gözləmədən tələsik ordan çıxmış, həmin vaxt qardaşı Elvin onunla getməyəcəyini dediyindən orda tanımadığı taksiyə əyləşib Ağsu rayonuna getmişdir. Ağsu rayonunda oğurladığı telefonu satmaq üçün telefon dükanına yaxınlaşmaq istəyərkən telefonun cibində olmadığını, haradasa itirdiyinin şahidi olmuşdur. Kürdəmir rayonu “Bakı prospektində yerləşən “Avtoş dönər” adlı dönərxanadan “İphone 11 pro” markalı mobil telefon oğurlamağı barədə heç kimə heç nə deməmişdir. Onun telefon oğurlamağı barədə qardaşı və qeyrilərinin xəbəri olmamış, telefonu oğurlayarkən onu heç kim görməmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra mobil telefonun Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilmiş, bundan sonra telefonun dəyərini zərərçəkmiş şəxsə ödəmişdir. Zərərçəkmiş şəxs2 hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs1 gəldikdə isə onunla da barışıq əldə etmək istəmiş, lakin onların şərtləri imkanları daxilində olmadığına görə buna nail ola bilməmişdir. Hesab edir ki, Zərərçəkmiş şəxs1 döyməsi ilə bağlı əməli istintaq orqanı tərəfindən əsassız olaraq Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, mübahisə edərkən onların yanında başqa şəxslər olmamış, yuxarıda adını çəkdiyi şəxslər onlardan aralı yerdə dayanmışdılar. Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə yox, arxasınca onu “peysər” adlandırdığı üçün vurmuşdur. Odur ki, törətdiyi əməli CM-nın 127.1-ci maddəsinə tövsif edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Astara rayonu, Miki kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, Ç.Mustafayev küçəsi ev 189-da tək yaşayır, qəsəbədə “Astara” adlı kafe işlədir. Səxavəti evində kirayədə qaldığı, Elnuru isə ona məxsus yuyucu sexində işlədiyi üçün əvvəlcədən tanıyırdı. Təqsirləndirilən şəxsla şəxsi tanışlığı olmasa da, bir-neçə dəfə onu işlətdiyi kafedə görmüşdür. xx.xx.2022ci il tarixdə saat 16 radələrində yaşadığı evin qarşısında yerləşən, özünə məxsus “Astara” adlı kafedə olduğu zaman əvvəllər ona məxsus evdə kirayədə yaşamış Səxavət adlı şəxs və ona məxsus yuyucu sexini aralarında olan şifahi razılaşmaya əsasən işlədən Elnur adlı şəxs həmin kafeyə pivə içmək üçün gəlmiş, həmin vaxt Elnura bir neçə gün əvvəl yuyucu sexini ona təhvil vermədən işdən çıxıb getdiyinə və telefon zənglərinə cavab vermədiyinə görə iradını bildirmiş, Elnur isə yaxşı hərəkət etdiyini deyib onunla mübahisə etməyə başlamış, bu səbəbdən əli ilə Elnurun yaxasından tutub onu itələyərək kafeni tərk etməsini tələb etmişdir. Elnurun qohumu Səxavət iradını bildirib onun ünvanına nalayiq ifadələr işlədərək oradan çıxıb getmişlər. Bundan təxminən yarım saat sonra Təqsirləndirilən şəxs bir tanışı ilə kafeyə gəlib onu kafenin qarşısına çağırmışlar. Kafenin qarşısına çıxdıqdan sonra Əmir ona heç bir söz demədən sağ çənə nahiyəsindən bir dəfə əlində olan kustar üsulla hazırlanmış beşbarmaq ilə vurmuş, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Ayağa qalxan zaman isə Səxavət, Elnur və Elnurun atası Fuad adlı şəxslər, həmçinin tanımadığı bir neçə nəfər şəxs də ona yaxınlaşıb onu söyüb-təhqir etmişlər. Həmçinin Elnurun atası Fuad da həmin vaxt kürək nahiyəsinə bir dəfə təpiklə vurduqdan sonra oradan çıxıb getmişlər. Həmin vaxt orada təxminən 15 nəfərədək adam olmuşdur. Təqsirləndirilən şəxs verdiyi ifadələr yalandır, onun kafeyə heç bir borcu olmamışdır. Döyüləndən bir müddət sonra özünə gəlib, qonşusu Əmrahla xəstəxanaya getmişdir. Kafenin ətrafında quraşdırılmış kameraları hadisədən 5-10 gün əvvəl ərazidə oğurluq olduğu üçün Abşeron RPİ-nin Qobu PB-nin rəisi tərəfindən çıxarılıb aparıldığından görüntüləri istintaqa təqdim etmək mümkün olmamışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs bir dəfə də olsun onunla maraqlanmamışdır. Sonradan özü Əmiri tanımadığı üçün Səxavətə zəng edib dəymiş ziyanla bağlı ona maddi köməklik göstərməsini xahiş etmiş, lakin bu günə kimi ona heç bir yardım göstərməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs törətdiyi xuliqanlıq əməlinə də istintaq orqanı qiymət verməmiş, şikayətçi olduğu Fuad, Elnur və Səxavət barəsində heç bir tədbir görülməmişdir. Ümumiyyətlə hazırki cinayət işindən narazıdır, iş tam araşdırılmamış, onun şikayətlərinə lazımi qaydada baxılmamışdır. Hazırda da şikayətlərində israrlıdır, Təqsirləndirilən şəxs və onun döyülməsində iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb edilərək ağır cəza ilə cəzalandırılmasını tələb edir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə əlavə olaraq Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsi də əlavə edilməlidir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə daxil olmuş ərizəsində səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş maddi ziyan ödənildiyi üçün təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki Kürdəmir rayonu Xırdapay kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci ildə Bakı şəhərində mobil telefon satış dükanından 850 manata “İphone 11 pro” markalı mobil telefon almış, həmin telefonu xx.xx.2022-ci il tarixədək işlətmişdir. Son zamanlar telefonun ekranında nasazlıq yarandığına görə 02 oktyabr 2022-ci il tarixdə həmin telefonu gətirib Kürdəmir şəhəri H.Əliyev prospektinin kənarında yerləşən mobil telefon təmiri yerində işləyən Çingiz adlı şəxsə vermişdir ki, telefonu təmir etsin. Çingiz adlı şəxs də telefonu götürərərk demişdir ki, telefonu dördyol deyilən yerdə Sədi adlı telefon təmiri ustasına göndərəcək və sonra ona xəbər verəcək. Çingiz adlı şəxs telefonu düzəltmək üçün ondan 60 manat da pul almışdır. Lakin üç gündən sonra ona məlumat verilmişdir ki, 02 oktyabr 2022-ci il tarixdə təmir üçün verdiyi özünə məxsus “İphone 11 pro” markalı mobil telefonu Kürdəmir rayonu “dördyol” deyilən ərazidə yerləşən dönərxanadan dönərçinin səhlənkarlığı üzündən naməlum şəxs tərəfindən oğurlanmışdır. Buna görə də o, 10 oktyabr 2022-ci il tarixdə bu barədə polisə ərizə yazmışdır. Həmin telefonu xx.xx.2022-ci ildə Bakı şəhərindən mobil telefon satış dükanından 850 manata almış və xx.xx.2022-ci il tarixədək istifadə etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 750 manat maddi ziyan dəymişdir. Telefonu təmir etməsi üçün Çingiz adlı şəxsə vermiş, xx.xx.2022-ci il tarixdə “İphone 11 pro” markalı mobil telefonu 850 manata alsa da telefonun köhnəlməsini və xx.xx.2022-ci il tarixdə nasaz olmasını nəzərə alaraq ona 750 manat ziyan dəymişdir. Məhkəmə istintaqında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, oğlu Elnur əvvəllər Elvinə məxsus avtomobil yuma yerində işləmiş və hadisədən təxminən 10 gün əvvəl oradan çıxmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində oğlu Elnur ona zəng edərək, Elvinə məxsus “Astara” kafesində Elvin tərəfindən döyüldüyünü bildirmişdir. Bundan sonra o, Rövşən adlı taksi sürücüsünə zəng edərək, oğlu Elnuru evdən götürüb Elvinə məxsus “Astara” kafesinə aparmasını bildirmiş və işdən çıxaraq avtomobil ilə dostu Əmirlə birlikdə gəlib “Astara” kafesinin qarşısında düşmüşlər. Elnurun Elvin tərəfindən döyüldüyünün bilmişdir. Həmin vaxt Əmir kafeyə daxil olub Elvini çölə çağırmış və kafenin qarşısında Elvinin qoluna girərək kənara çəkilmişdir. Əmir onu söyüb-söymədiyini, ona “peysər” deməsini soruşduqda Elvin söydüyünü demiş, bu an Əmir ona yumruq vurmuş və Elvin yerə yıxılmışdır. Bundan sonra onlar hamısı oradan uzaqlaşmışdır. Hadisə zamanı Əmirin əlində beşbarmaq olmamışdır. Elvini yalnız Əmir yumruqla vurub yıxmış və o, Elvini vurmamışdır. O, ilkin izahatında Əmir məsuliyyətə cəlb olunmasın deyə Elvini tək vurduğunu bildirmiş, lakin hal-hazırda səmimi olaraq bildirir ki, Elvini yalnız Əmir yumruqla vurmuş, o, isə vurmamışdır. Əmir ilə Elvinin mübahisəsi 1-2 dəqiqə kimi davam etmişdir. Əmir ilə Elvinin mübahisəsi zamanı kafedə müştərilər olsa da bayıra heç kim çıxmamışdır. Hadisə zamanı oğlu Elnur, Səxavət və Rövşən kənarda dayanmış, Əmir ilə Elvin onlardan uzaqlaşaraq söhbət etmişlər. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Abşeron rayonu Qobu qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olur. Elvini əvvəllər tanımamış, Əmiri isə tanıyır. xx.xx.2022-ci il tarixdə evdə olduğu zaman dostu Fuad ona zəng edərək oğlu Elnuru evdən götürüb Zərərçəkmiş şəxs1 məxsus “Astara” kafesinə aparmağını istəmişdir. Dərhal Fuadgilə gedərək Elnur və Səxavət adlı şəxsləri götürərərk “Astara” adlı kafeyə aparmışdır. Onlar ora çatdıqda Fuad və Əmir də kafenin qarşısında olmuşlar. Həmin vaxt Əmir kafeyə daxil olub Elvini çölə çağırmış və kafenin qarşısında Elvinin qoluna girərək kənara çəkilmişdir. Həmin vaxt ətrafda 15 nəfərdən çox adam var idi. Maşının yanında isə o və əlavə olaraq 7-8 nəfər dayanmışdılar. Çox keçmədən kafenin yanında çaxnaşma düşdüyünü görüb ora getmiş və onları aralaşdırmışlar. Əmirin Elvini döydüyünü şəxsən görməmiş, onlara yaxınlaşanda isə Əmirin əlində beşbarmaq deyilən bir şey olmamışdır. Əmir ilə Elvinin mübahisəsi 1-2 dəqiqə kimi davam etmişdir. Əmir ilə Elvinin mübahisəsi zamanı kafedə müştərilər toplaşsa da bayıra heç kim çıxmamışdır. O, Fuad və Elnur dayanmış, Əmir ilə Elvin onlardan uzaqlaşaraq söhbət etmişlər. Yolda Elnur ona demişdir ki, Səxavət borcunu istədiyi üçün işlədiyi yerin sahibi Elvin tərəfindən döyülmüşdür. Hadisədən sonra məlum oldu ki, Elvin Əmirin arxasınca nalayiq ifadələr işlətdiyinə görə Əmir onu döymüşdür. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yaşayır. Elvini təxminən 4-5 ildir ki, tanıyır, uzun müddət Elvinin Abşeron rayonu, Qobu qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən evində kirayədə yaşadığından münasibətləri yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o, Elvinin yaşadığı evin qarşısında yerləşən “Astara” adlı kafesində Elvinin evində apardığı təmirlə bağlı onu gözləmiş, həmin vaxt Qobu qəsəbəsində yaşayan qohumu Elnur da həmin kafeyə gəlmiş, Elnur da onunla eyni masada əyləşib çay içərkən Elvin kafeyə gəlmiş və həmin vaxt Elvin Elnura ona salam verməyib hörmətsiszlik etməsinin səbəbini soruşmuş, həmçinin Elnura axmağın nə üçün gətirib borcunu vermədiyini dediyini eşitmişdir. Elvin həmin vaxt axmaq dedikdə Təqsirləndirilən şəxs nəzərdə tutmuşdur. Elnur da Elvinə qısa müddət ərzində gətirib borcunu verəcəyini demişdir. Həmçinin bundan sonra Elvin Elnura bir neçə gün əvvəl yuyucu sexini ona təhvil vermədən işdən çıxıb getdiyinə və telefon zənglərinə cavab vermədiyinə də iradını bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə vaxtı Elvin Elnurun sifət nahiyəsindən bir dəfə şillə ilə vurmuş və boğaz nahiyəsindən tutub masadan qaldırmışdır. Bu zaman onların arasına girib mübahisəni sakitləşdirməyə başlamış və Elnuru kafedən bayıra çıxardaraq evlərinə aparmışdır. Bundan sonra Elnur atası Fuada zəng edərək Elvinin onu döydüyünü bildirmişdir. Fuad da oğlu Elnura işdən çıxıb Elvinin işlədiyi kafeyə gəldiyini bildirmişdir. Sonra o, Elnurla birlikdə həmin kafenin yanına gəlmiş və bir neçə dəqiqədən sonra Fuadla Əmir də ora gəlmiş, kirayədə yaşadığı evin qapısını bağlamaq üçün evə getmiş və geri qayıdan zaman həmin kafenin qarşısındakı yolun kənarında Elvinin yerdə oturduğunu, Əmirin, Fuadın və Elnurun da onun yanında olduqlarını görmüşdür. Onlara yaxınlıaşan zaman Elvinin ağız nahiyəsindən qan axdığını gördükdə onun döyüldüyünü bilmişdir. Bundan sonra Əmir, Fuad və oğlu Elnur həmin yerdən uzaqlaşıb getmişlər. O, da Elvinin qolundan tutaraq onu ayağa qaldırmaq istədikdə ona təhqiredici ifadələr işlədib onu döyən şəxsləri ona görə tanıdığını bildirmişdir. O, da onun döyülməsində heç bir günahının olmadığını deyib Elvinin söyüşlərinə söyüşlə cavab verib həmin yerdən çıxıb getmişdir. Elvinin konkret olaraq kimin döyüdüyünü, hadisə yerinə yaxınlaşan zaman Əmirin əlində beşbarmaq görməmişdir. Əmirin Elvini döyməyində onun heç bir günahı və sifarişi olmamışdır. Çünki, həmin ərəfədə o, Elvinin evində kirayədə yaşamış və aralarında heç bir ədavəti və söz-söhbəti olmamışdır. Sonradan məlum olmuşdur ki, arxasınca nalayiq ifadə işlətdiyinə görə Əmir Elvini döymüşdür. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, ataları birdir, lakin anaları ayrıdır. Əmir Ağsu rayonunda anasının yanında yaşayır. 02 oktyabr 2022-ci il tarixdə təxminən saat 15 radələrində ögey qardaşı Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində içkili vəziyyətdə gəzdiyini görüb öz evlərində qalmasını ona təklif etmişdir. Əmir ac olduğunu deyərək dönər yemək üçün dönərxanaya girmişlər. Dönərçi sifarişin çox olmasını dediyi üçün o dönərxanadan çölə çıxmış və qardaşı Əmiri gözləmişdir. Əmir təxminən iki dəqiq sonra yanına gəlmiş və yenidən içəri qayıtmışdır. Əmir təkrar çölə çıxıb dönər lazım olmadığını deyərək yanına gəlmiş, Ağsuya gedəcəyini demiş və taksiyə minərək Ağsu rayonuna getmişdir. Həmin günü axşam Əmirdən şikayət olunduğunu eşitmişdir. Soyuducunun üzərinə diqqət etmədiyi üçün orada telefon olub-olmamasını, həmçinin sifarişdən sonra çölə çıxdığı üçün Əmirin soyuducuya yaxınlaşıb yaxınlaşmadığını bilmir.Telefonun haqqını ödədikləri üçün sahibi ərizə ilə məhkəməyə müraciət etmiş və Əmirdən şikayətçi olmadığını bildirmişdir. İş üzrə Şahid8 məhkəməyə ünvanladığı teleqramada işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid8 məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən Şahid6 məxsus telefon təmiri dükanında satıcı işləyir. 02 oktyabr 2022-ci il tarixdə təxminən saat 11 radələrində bir nəfər tanımadığı qadın gəlib ona 1 ədəd “İpone 11 pro” markalı mobil telefonu Sədiyə verməsini, təmirə ehtiyacı olduğunu bildirmişdir. Təxminən saat 14 radələrində telefonu götürüb dördyol deyilən yerə getmiş, Sədinin telefon təmiri müğazasının bağlı olduğunu görmüşdür. Buna görə də onun yanındakı dönərxanaya girmiş və telefonu Sədiyə verməsi üçün dönərçi Elsevər vermişdir. Elsevər də telefonu götürüb yanındakı soyuducunun üstünə qoymuşdur. Sonradan həmin telefonun oğurlandığını eşitmişdir. Elsevərə telefonu verdikdən sonra Sədiyə zəng etsə də o, telefonu açmadığı üçün məlumat verə bilməmişdir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: - məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1457 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər – alt çənə sümüyünün sağ hissəsinin yerdəyişən və sol hissəsinin yerdəyişməyən sınıqları, sağ bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 04 iyul 2022-ci il tarixdə qeyd olunan nahiyyələrə kənar şəxs(lər)in bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər. Qeyd olunan xəsarətlərdən alt çənənin sınıqları həm ayrı ayrılıqda, həm də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Sağ bazunun qançırı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - “Yaşar Telekom” mağazanın satıcısı F.Şükürovun arayışında 1 ədəd işlənmiş İppone 11 pro markalı mobil telefonun dükanda satış qiymətinin 850 manat olması qeyd edilmişdir. - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 noyabr 2023-cü il tarixli 9/7768 saylı rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, qərarın təsviri hissəsində göstərilən mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 750,0 manat müəyyən olunur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Tərtər hərbi məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 331.2-ci maddəsi ilə 3 ay h/hissədə saxlama cəzasına, 2) Səbail rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2-ci maddəsi ilə 4000 manat cərimə cəzasına; 3) Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3 -ci maddəsi ilə 4 il 6 ay müddətinə A.M.E və 3950 manat cərimə cəzasına; 4) Ağsu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 185.2.1, 177.2.3, 67.1, 68.2 -ci maddələri ilə 02 il 06 ay AME və 3950 manat cərimə cəzasına məhkum edilmişdir. - “Ağsu rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6-25/2-66/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhiəsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. - Ağsu rayon İHB Bozavand kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında Təqsirləndirilən şəxs Ağarx kəndində qeydiyyatda olmaqla anası Babaşova İnnab Əlcabbar qızı ilə yaşadığı qeyd edilmişdir. - Ağsu rayon İHB Bozavand kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnamədə Ağarx kəndində qeydiyyatda Təqsirləndirilən şəxs 2 dəfə həbsdə olması, həbsdən qayıtdıqdan sonra onun haqqında Nümayəndəliyə ərizə və şikayətin daxil olmadığı göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli sayması və CM-nın 127.2.3-cü maddəsi ilə təqsirli saymaması, habelə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə əlavə olaraq Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsinin də əlavə edilməsi barədə ifadələrinə məhkəmə istintaqında müəyyən edilmiş hallara və işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvələn, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittihamın məzmunu ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmadan ibarətdir. Burada əsas diqqət yetirilməli olan hal təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qəsdən sağlamlığa az ağır zərər vurmada niyyətinin, yəni cinayətin subyektiv cəhətinin müəyyən edilməsidir. Əvvələn qeyd edilməlidir ki, xuliqanlıq dedikdə, öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayət başa düşülür. Deməli əməlin xuliqanlıq hadisəsi olması üçün 3 şərt mövcud olmalıdır: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Hazırki iş üzrə də, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığa az ağır zərər vurması mübahisə edilmir. Lakin bu zərərin təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirildiyi təqdirdə, əməl Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə, əks halda Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qohumu Şahid1 ilə birlikdə hadisə yerinə- Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Astara” kafesinə Fuadın oğlu Elnurun kafenin sahibi Zərərçəkmiş şəxs1 tərəfindən döyüldüyü barədə atasına etdiyi zənglə bağlı olmuşdur. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında Təqsirləndirilən şəxs verdiyi ifadəsində Elvinin zənginə görə kafeyə getdiyini, lakin Zərərçəkmiş şəxs1 döyməsi sonuncunun onun arxasınca ünvanına “peysər” sözünün işlətməsi ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, onun ünvanına nalayiq ifadələr işlətmədiyini və eləcə də, onun kafeyə heç bir borcunun olmadığını, Əmirin kafedən onu çağıraraq qoluna girib kənara çəkilib söhbət etmək bəhanəsilə çölə çıxardaraq heç bir sorğu-sual olmadan, yanında gələn və kənarda dayanan şəxslərin gözü qabağında qəflətən onu yumruqla vurub xəsarət yetirməsi ilə bağlı xüsusatlar iş üzrə dindirilən şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məsələn, hadisə yerində olan iş üzrə şahid, Abşeron rayonu Qobu qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan Şahid2 ifadəsində bildirdi ki, Fuadın oğlu Elnuru evdən götürüb Zərərçəkmiş şəxs1 məxsus “Astara” kafesinə çatanda ətrafda 15 nəfərdən çox adam var idi, maşının yanında isə o və əlavə olaraq 7-8 nəfər dayanmışdılar. Çox keçmədən kafenin yanında çaxnaşma düşdüyünü görüb ora getmiş və onları aralaşdırmışlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs verilən suallara da cavab olaraq Zərərçəkmiş şəxs1 qohumu Fuadın oğli Elnuru döyməsinə görə onunla dalaşmamış, bu barədə onların arasında da heç bir söhbətləri olmamışdır. Törədilən cinayət hadisəsi ilə bağlı mümkün olan ehtimallar, yəni qohumu Fuadın oğlu Elnuru döyməsi ilə bağlı yaranan şəxsi ədavət və qisasçılıq amili olmadığı halda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 döyməkdə və ona az ağır bədən xəsarətləri yetirməkdə niyyətinin ictimai qaydanı kobud surətdə pozmaq, cəmiyyətə açıqca hörmətsizliyini ifadə etmək, habelə Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq etməsi öz təsdiqini tapır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının preambulasında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının 2000-ci il 1 sentyabr tarixdən qüvvədə olan Cinayət Məcəlləsində xuliqanlığa görə məsuliyyət nəzərdə tutan 221-ci maddə əvvəlkindən əhəmiyyətli dərəcədə fərqli olan məzmunda verilmişdir. Həmin maddəyə yeni tövsüfedici əlamətlər əlavə olunmuş, ilk dəfə olaraq qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətlərinin xuliqanlıq niyyətilə törədilməsi müvafiq olaraq 126.2.4 və 127.2.3-cü maddələrin tövsüfedici əlamətləri kimi Cinayət Məcəlləsinə daxil edilmişdir. Qanunvericilikdə olan yeniliklər, habelə xuliqanlıq cinayətinin obyektiv tərəfinin zəruri əlaməti olan fəal hərəkətlərin bir sıra başqa cinayətlərin də törədilməsinə səbəb olması və bu zaman cinayətlərin ideal və ya real məcmuunun yaranması və beləliklə, cinayət hüququ rəqabətinin əmələ gəlməsi və s. xuliqanlıq işləri üzrə yeni cinayət qanununun məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin öyrənilməsinə səbəb olmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Odur ki, hazırki iş üzrə də, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tam əhatə edildiyindən, həmin əmələ görə Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsinin əlavə edilməsi və eləcə də, əməlin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməsi üçün faktiki və hüquqi əsas yoxdur. Bundan əlavə, Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən ona məxsus “Astara” adlı kafenin qarşısında onun sağ çənə nahiyəsinə bir dəfə kustar üsulla hazırlanmış beşbarmaq ilə vurmasını, həmçinin İ.Y.Rəhimovun və onun qohumları Səxavət, Elnur və Elnurun atası Fuad adlı şəxslərin qrup halında onu vurmalarını bildirsə də, həmin hallar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin izahatı, şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, 02 oktyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Kürdəmir şəhəri Bakı prospektində yerləşən “Avtoş dönər” adlı dönərxanaya müştəri kimi daxil olaraq oradakı soyuducunun üzərində olan, xx.xx.1978-ci il təvəllüdlü, Kürdəmir rayonu Xırdapay kənd sakini Zərərçəkmiş şəxs2 məxsus “İphone 11 pro” markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 750 manat məbləğində maddi ziyan vurmaqla etdiyi oğurluq cinayəti özünün etirafından əlavə, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən hadisə yerinin fotoşəkilləri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibibin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının talanması hesab edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən “Astara” adlı kafenin kənarında, kənar şəxslərin olmadığı yerdə onun ünvanına nalayiq söyüş söyməsini bəhanə edərək, Zərərçəkmiş şəxs1lə heç bir əsaslı səbəb olmadan mübahisə edərək, xuliqanlıq niyyəti ilə qəsdən onun ağız nahiyəsindən yumruqla bir dəfə vurub yerə yıxaraq, ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi və 02 oktyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Kürdəmir şəhəri Bakı prospektində yerləşən “Avtoş dönər” adlı dönərxanadan Zərərçəkmiş şəxs2 məxsus “İphone 11 pro” markalı mobil telefonu gizli yolla talayıb, oğurluq etməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 127.2.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3 -ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3950 manat cərimə cəzasına məhkum edilmiş, Ağsu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 185.2.1, 177.2.3, 67.1, 68.2 -ci maddələri ilə 02 il 06 ay azadlıqdan məhrum etmə və 3950 manat cərimə cəzasına məhkum edilmişdir. Ağsu rayon icra və probasiya şöbəsinin işə əlavə edilmiş arayışından məlum olur ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasını ödəməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzanı çəkib qurtarsa da, cərimə cəzasını ödəmədiyi üçün, onun Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli və Ağsu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs törətdiyi sonuncu cinayət əməli cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda. Residivə görə cəzanın təyin edilməsi məsələsinə gəldikdə isə Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, lakin əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasının və CM-nın 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuna müvafiq hesab edir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-704/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(041)-119/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixə qədər uzadılmışdır. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-27/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixə qədər uzadılmışdır. Təqsirləndirilən şəxs qəti cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-68-ci maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən, məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs2 oğurluq nəticəsində dəymiş 750 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən dönərxanada videoçəkilişə alınan görüntüyə dair baxış keçirmə və götürmə haqqında protokola qoşma 1 ədəd və mobil telefon nömrəsinə dair 1 ədəd CD Disk cinayət işinin materiallarına əlavə edilməli, iş üzrə mülki iddia, digər maddi sübut və məhkəmə xərclərinin olmaması, habelə dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanmaqla Təqsirləndirilən şəxs 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağsu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş 3950 (üç min doqquz yüz əlli) manat cərimə cəzası yeni hökmlə təyin edilən cəzaya tam birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və 3950 (üç min doqquz yüz əlli) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əasən 3950 (üç min doqquz yüz əlli) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülsün. xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən dönərxanada videoçəkilişə alınan görüntüyə dair baxış keçirmə və götürmə haqqında protokola qoşma 1 ədəd və mobil telefon nömrəsinə dair 1 ədəd CD Disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə mülki iddia, digər maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar