Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-36/2025 19.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.2005-ci ildə Kürdəmir rayonu, Karrar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində tanışları xx.xx.2003-cü il təvəllüdlü, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla yaşayan Şahid6 və xx.xx.2003-cü il təvəllüdlü, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla yaşayan Şahid5 ilə qanunsuz olaraq satış məqsədi olmadan ayrı-ayrılıqda özlərinin istifadəsi üçün narkotik maddə marixuana əldə etməkdən ötrü qabaqcadan razılaşma əldə edib birlikdə 40 manat pul toplayaraq, həmin günü saat 14 radələrində yaşadığı kənddə dayısı xx.xx.1986-ci il təvəllüdlü, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla yaşayan X1 40 manat pul müqabilində xeyli miqdarda, 01 ədəd bükümdə, təmiz çəkisi – 12.56 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək daşıyıb üzərində saxladıqdan sonra, şərtləşmələrinə əsasən həmin narkotik maddəni aralarında təxmini bölərək verdiyi 20 manat pula görə narkotik vasitə qurudulmuş marixuananın - 5,47 qramını özünə götürmüş, 15 manat pul müqabilində olan narkotik vasitə qurudulmuş marixuananın - 6,96 qramını Şahid6, 5 manat pul müqabilində olan narkotik vasitə qurudulmuş marixuananın - 0,13 qramını isə Vahid Qubadova heç bir mənfəət və gəlir əldə etmədən vermiş, xx.xx.2024-cü il tarixdə saat 19:11 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 Kürdəmir rayonu, Karrar kəndi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan boz rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd kağız bükümdə, az miqdarda, təmiz çəkisi - 0.13 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 21:25 radələrində istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid6 Kürdəmir rayonu, Karrar kəndi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan göy rəngli şalvarın ön sağ cibindən 01 ədəd polietilen bükümdə, xeyli miqdarda, təmiz çəkisi – 6.96 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Karrar kəndi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunda, xeyli miqdarda, təmiz çəkisi – 5,47 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o, kəndin mərkəzində həmkəndliləri Şahid6 və Şahid5 ilə görüşmüşlər. Söhbət zamanı onlar birbirindən narkotik maddə marixuana istəmişlər. Lakin hər üçündə də narkotik maddə marixuana olmadığından qərara gəlmişlər ki, dayısı X1 ayrı-ayrılıqda özlərinin istifadəsi üçün narkotik maddə marixuana əldə etsinlər. O, özünə aid 20 manat, Riyad 15 manat, Qubad isə 5 manat pul qoymuş və razılığa gəlmişlər ki, qoyduqları pula görə narkotik maddəni bölsünlər. Qubad ona bir paprusluq lazım olduğunu demişdir. Onlar üçü də dayısı Soltanın yaşadığı evə tərəf istiqamətlənmişlər. Yolda Qubad onlara demişdir ki, “siz gedin evə dəyib Soltanın evinin yaxınlığına gələcəm”. Onunla Riyad piyada Soltanın evinə getmişlər. Riyad küçədə dayanmış, o, isə dayısının darvazasını açıb evinə girmişdir. Soltan onu evdə qarşılamışdır. O, ondan narkotik maddə marixuana olub-olmadığını soruşmuşdur. Soltan isə ona evdə bir bükümlük narkotik maddə marixuanası olduğunu və həmin bükümü 50 manata satdığını demişdir. O, Soltana demişdir ki, “50 manat yoxumdur, imkan varsa həmin bükümü 40 manata sat”. Soltan onunla razılaşmış və ona üçünün topladığı 40 manatı vermişdir. Soltan evə keçib 01 ədəd büküm gətirib ona vermişdir. O, həmin bükümü götürüb Soltanın evindən küçəyə çıxmışdır. Yolda onu Riyad gözləyirdi, lakin Qubad hələ ki, gəlməmişdir. Onlar ikisi, yəni o və Riyad kəndin mərkəzinə piyada gəlmişlər. Həmin vaxt, yəni saat 14 radələrində Qubad da onların yanına gəlmişdir. O, cibindən Soltandan aldığı narkotik maddəni çıxartmışdır. Həmin narkotik maddəni razılıqlarına əsasən təxmini bölmüşlər. Bölgü zamanı Qubad öz payına düşən narkotik maddənin üstündən götürüb Riyada vermiş və ona bir papirosluq marixuna lazım olduğunu demişdir. Bundan sonra onlar sağollaşmış və o, yaşadığı evə tərəf getmişdir. Öz məhlələrində payına düşən narkotik vasitə marixuananın üzərindən 1 dəfə götürüb istifadə etmiş və qalan hissəsini diqqət çəkməsin deyə cibində olan kibrit qutusuna yığıb şəxsi istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar edərək götürmüşlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin göstərdi ki, Şahid6 və Şahid5 həmkəndliləridir, onlarla münasibəti normaldır və onlarla heç bir ədavəti düşmənçiliyi olmamışdır. Üzərindən aşkar olunan 01 ədəd kibrit qutusu içərisindəki ümumi təmiz çəkisi - 5.47 qram olan narkotik vasitə qurudulmuş marixuananı həmkəndliləri Şahid6 və Şahid5 ilə pul qoyaraq dayısı Soltandan 40 manat pul qarşılığında almışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə yoxdur. Əməlindən peşmandır. Ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 01:00 radələrində Kürdəmir rayonu, Karrar kəndi ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmiş və Təqsirləndirilən şəxs müdafiəçi istəmədiyini bildirmişdir. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən əynində olan gödəkçəsinin ön sol cibindən 01 ədəd mobil telefon və əynində olan şalvarın sol cibindən 02 ədəd 1 manatlıq pul əsginazı aşkar edilmişdir. 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 8.82 qram müəyyən olunmuşdur. Sonra həmin kütlə və telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 02 ədəd 1 manatlıq pul əsginazı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişlər. Verilmiş suallara cavabında şahid qismində dindirilmiş Şahid1 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 Şahid1 ilə ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonu Karrar kəndində ailə üzvlərilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o, kəndin mərkəzində həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid5 ilə görüşmüşdür. Söhbət zamanı onlar bir-birindən narkotik maddə marixuana istəmişlər. Lakin hər üçündə də narkotik maddə marixuana olmadığından qərara gəlmişlər ki, Cəbrayılın dayısı X1 ayrı-ayrılıqda özlərinin istifadəsi üçün narkotik maddə marixuana əldə etsinlər. O, özünə aid 15 manat, Cəbrayıl 20 manat, Qubad isə 5 manat pul qoyumuş və razılığa gəlmişlər ki, qoyduqları pula görə narkotik maddəni bölsünlər. Qubad ona bir paprusluq lazım olduğunu demişdir. Bir sözlə onlar üçü də razılaşmışlar. Bundan sonra onlar Soltanın yaşadığı evə tərəf istiqamətlənmişlər. Yolda Qubad onlara demişdir ki, “siz gedin evə deyib Soltanın evinin yaxınlığına gələcəm”. O, Cəbrayıl ilə birlikdə piyada Soltanın evinə getmişlər. O, küçədə dayanmış, Cəbrayıl isə Soltangilin darvazasını açıb evinə girmişdir. Bir müddət sonra Cəbrayıl Soltanın evindən küçəyə çıxmışdır. O, Cəbrayılı yolda gözlədiyi müddətdə Qubad gəlməmişdir. Onlar ikisi, yəni o və Cəbrayıl kəndin mərkəzinə piyada gəlmişlər. Həmin vaxt, yəni saat 14 radələrində Qubad da onların yanına gəlmişdir. Cəbrayıl cibindən Soltandan aldığı narkotik maddəni çıxartmışdır. Həmin narkotik maddəni razılıqlarına əsasən aralarında təxmini bölmüşlər. Bölgü zamanı Qubad öz payına düşən narkotik maddənin üstündən götürüb ona vermiş və özünə bir papirosluq marixuna lazım olduğunu demişdir. Bundan sonra onlar sağollaşmış və o, yaşadığı evə tərəf getmişdir. O, payına düşən narkotik vasitə marixuananın üzərindən 1 dəfə götürüb istifadə etmiş və qalan hissəsini siqaret qutusunun selofanına büküb cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:25 radələrində yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, onların təklifindən sonra o, əynində olan cins şalvarın ön sağ cibindən 01 ədəd selofan bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə” olduğunu bildirmişdir. Verilmiş suallara cavabında şahid qismində dindirilmiş Şahid6 həmçinin bildirdi ki, narkotik vasitə qurudulmuş marixuananı həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid5 ilə pul qoyaraq xx.xx.2024-cü il tarixdə Cəbrayılın dayısı X1 40 manat pul qarşılığında almışlar. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus marixuana və ya hər hansı digər narkotik vasitə yoxdur. Narkotik vasitənin heç bir növünün satışı ilə məşğul olmamışdır. Onun marixuanasının olmasından, yalnız Qubad və Cəbrayılın məlumatı olmuş, başqa heç kimə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən 1 aydır ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o, kəndin mərkəzində həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid6 ilə görüşmüşdür. Söhbət zamanı onlar bibirindən narkotik maddə marixuana istəmişlər. Lakin hər üçündə də narkotik maddə marixuana olmadığından qərara gəlmişlər ki, Cəbrayılın dayısı X1 ayrı-ayrılıqda özlərinin istifadəsi üçün narkotik maddə marixuana əldə etsinlər. O, özünə aid 5 manat, Cəbrayıl 20 manat, Riyad isə 15 manat pul qoyumuş və razılığa gəlmişlər ki, qoyduqları pula görə narkotik maddəni bölsünlər. O, onlara bir paprusluq lazım olduğunu demişdir. Bir sözlə onlar üçü də razılaşmışlar. Onlar üçü də Soltanın yaşadığı evə tərəf istiqamətlənmişlər. Yolda o, onlara demişdir ki, “siz gedin evə deyib Soltanın evinin yaxınlığına gələcəm”. Riyad Cəbrayıl ilə birlikdə piyada Soltanın evinə tərəf getmişdir. O, acdığı üçün tez evə gedib yemək yemiş və saat 14 radələrində kəndin mərkəzinə Cəbrayıl və Riyadın yanına gəlmişdir. Cəbrayıl cibindən Soltandan aldığı narkotik maddəni çıxartmışdır. Həmin narkotik maddəni razılıqlarına əsasən təxmini bölmüşlər. Bölgü zamanı o, öz payına düşən narkotik maddənin üstündən götürüb Riyada vermiş və ona bir papirosluq marixuana lazım olduğunu demişdir. Bundan sonra onlar sağollaşmış və o, evə gəlmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 19:11 radələrində yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan boz rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə” olduğunu bildirmişdir. Verilmiş suallara cavabında şahid qismində dindirilmiş Şahid5 həmçinin bildirdi ki, üzərindən aşkar olunan kütlələr narkotik vasitə qurudulmuş marixuana və onun toxumudur, şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Onu həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid6 ilə pul qoyaraq xx.xx.2024-cü il tarixdə Cəbrayılın dayısı X1 40 manat pul qarşılığında almışlar. Hal-hazırda səmimi olaraq etiraf edir ki, üçü pul atışmış və Cəbrayıl gedib dayısından alıb gətirmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, Kürdəmir rayonu, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci və X3 barəsində 234.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilməklə istintaq aparılmışdır (cild 1- i.v.1-3); Cinayət işində olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid2, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən əynində olan gödəkçəsinin ön sol cibindən 01 ədəd mobil telefon və əynində olan şalvarın sol cibindən 02 ədəd 1 manatlıq pul əsginazı aşkar edilmişdir. 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 8.82 qram müəyyən olunmuşdur. Sonra həmin kütlə və telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 02 ədəd 1 manatlıq pul əsginazı Təqsirləndirilən şəxs geri qaytarılmışdır (cild 1 – i.v.88-90); xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1-i.v.105-107); Məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/832 saylı rəyindən görünür ki,
1. Tədqiqata təqdim olunmuş üzərində: “...Şahid5 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi – 0.13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd bükümdə təmiz çəkisi – 0.02 qram olan bitki toxumu, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumudur, narkotik vasitələrə aid deyildir.
2. Tədqiqata təqdim olunmuş üzərində: “...Şahid6 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketin içərisində 1 ədəd tamlığı pozulmuş möhürlü kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 6.96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.
3. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 5.47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Şahid5 üzərindən, Şahid6 üzərindən və Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. Marixuana (kannabis) - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Aparılmış tədqiqatın dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir (cild 1-i.v. 126-129); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuşdur (cild 1-i.v. 139-140); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən, Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 2-i.v. 15-17); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (cild 2 – i.v. 38-39); xx.xx.2024-cü il tarixli 1796 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 2 – i.v. 52); Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Karrar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsinə əsasən Dəmirov X8 rayonunun Karrar kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, ailə tərkibi atası- X11 (xx.xx.1971), anası-X4 (xx.xx.1981) ibarətdir (cild 2 – i.v.97-98); “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-1269/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. Narkoloji qeydiyyatda durur (cild 2 – i.v. 99); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan gödəkçəsinin ön sağ cibindən 01 ədəd kibrit qutusunda, təmiz çəkisi – 5,47 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 5.45 qram qalığı ********* saylı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə üstün yoxlanılması və baxış zamanı çəkilmiş 07 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır (cild 2 – i.v. 114-129); Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəməbioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən İ siyahının 109.1-ci bəndinə əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək peşman olmasını bildirməsini, ilk dəfə cinayət törətməsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X6 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və on qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Dəmirov X8 rayonunun Karrar kəndində qeydiyyatda olmaqla orada yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Karrar kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 5,45 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid6 üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın ön sağ cibindən aşkar edilmiş 01 ədəd bükümdə, təmiz çəkisi – 6,96 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 6,94 qram qalığı, Şahid5 üstü yoxlanılan zaman əynində olan boz rəngli rəngli şalvarın ön sağ kiçik cibindən aşkar edilmiş 01 ədəd kağız paketdə, təmiz çəkisi – 0,13 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 0,11 qram qalığının digər cinayət işi üzrə maddi sübut olması nəzərə alınmalı, keçirilən şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 07 (yeddi) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik pulun Təqsirləndirilən şəxs aid olan hissəsi, yəni 16 (on altı) manat 58 (əlli səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, xx.xx.2025-cü il tarixdən xx.xx.2025-ci tarixdək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi2 təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X2 90 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2024-ci il tarixdən 26 sentyabr 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Karrar kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 5,45 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şahid6 üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın ön sağ cibindən aşkar edilmiş 01 ədəd bükümdə, təmiz çəkisi – 6,96 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 6,94 qram qalığı, Şahid5 üstü yoxlanılan zaman əynində olan boz rəngli rəngli şalvarın ön sağ kiçik cibindən aşkar edilmiş 01 ədəd kağız paketdə, təmiz çəkisi – 0,13 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 0,11 qram qalığının digər cinayət işi üzrə maddi sübut olması nəzərə alınsın. Keçirilən şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 07 (yeddi) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik pulun Təqsirləndirilən şəxs aid olan hissəsi, yəni 16 (on altı) manat 58 (əlli səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən Rahid Mehdiyev