Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-37/2023 23.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1989-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı qətimkan tədbiri” seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 177.2.2,177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə xx.xx.1972-ci ildə Kürdəmir rayonu Ərəbqubalı kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərəbqubalı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1, oğlu Şahid1 Kürdəmir qaz İstismar idarəsinə işə düzəlməsi üçün zəruri olan müvafiq sertifikatı alacağı barədə yalandan vəd verib xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri Sabir küçəsi ərazisində 300 manat və xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri Babək prospekti ərazisində oğlu Şahid1 vasitəsilə 300 manat olmaqla ümumilikdə 600 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1955-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 “Kapital bank”ın “Bir kart” bankomat kartına pul qoyaraq əlavə qazanc əldə edəcəyi barədə yalandan vəd verib xx.xx.2022-ci il tarixdə həmin adla 1200 manat pulu ondan alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus “Azərbaycan Beynəlxalq bank”ına aid təqaüd kartının rekvizitlərindən istifadə edərək həmin kart hesabındakı cəmi 7433 manat məbləğində xeyli miqdarda pulu kart sahibi Zərərçəkmiş şəxs2 məlumatı və icazəsi olmadan elektron məlumat daşıyıcılarından istifadə etməklə istintaqa məlum olmayan hesablara köçürüb talamış, “Azərbaycan Beynəlxalq bankı”nın Kürdəmir rayon filialının əməkdaşlarının vaxtında gördüyü tədbirlər nəticəsində pulun 7279 manat məbləğində hissəsi Zərərçəkmiş şəxs2 kart hesabına geri qaytarılsa da 154 manat hissəsini isə geri qaytarmaq mümkün olmamış, o, Zərərçəkmiş şəxs2 kart hesabından 154 manat məbləğində pulu ələ keçirib ona həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir, “Topaz” mərc oyunlarını oynamağın aludəcisidir, mütəmadi olaraq mərc oyunları oynayıb uduzmuş, borcları çoxalmış, borclarını ödəməsi üçün müxtəlif üsullar axtarmışdır. Rahib Cəbrayılovu çoxdan tanıyır, cari ilin sentyabr ayının sonlarında Kürdəmir şəhərində rastlaşıb onunla söhbət edən zaman sosial yardım düzəltdirmək istədiyini demiş, sosial yardım düzəltmək adı ilə Rahibi aldadıb onun pulunu ələ keçirmək fikrinə düşmüş, bu məqsədlə Rahibə sosial yardım düzəldən tanışı olması barədə yalandan vəd verib ondan 400 manat pul istəyərək xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri H.Əliyev prospekti ilə Babək küçəsinin kəsişməsində yerləşən “saat dairəsi” adlanan yerdə 400 manat pul almış, Rahibdən aldığı 400 manat pulu şəxsi ehtiyaclarına ödəmiş, daha sonra Rahib ondan düzəltməli olduğu sosial müavinət barədə soruşanda müxtəlif vaxtlara vəd verərək onu aldatmışdır. Belə ki, Rahibə sosial yardım düzəltmək üçün onun heç bir imkanı olmamış, daha əvvəl heç kimə sosial yardım düzəltməmiş, bütün bunları bilə-bilə Rahibi aldadaraq onun 400 manat pulunu ələ keçirmişdir. Rahibdən pulu alan zaman yanlarında heç kim olmamış, Rahibdən pul alması barədə heç kimin məlumatı olmamışdır. Bundan başqa Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində elektrik sayğaclarına nəzarətçi işlədiyi dövrdə həmin kənd sakini Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, münasibətləri normal olmuş, ədavətləri olmamışdır, Əzim oğlu Yusifə qaz idarəsinə düzəlməsi üçün müvafiq sertifikat lazım olduğunu deyərək həmin sertifikatı almaq imkanının olub-olmamasını soruşmuş, bununla bağlı heç bir imkanı olmadığı halda Əzimin pulunu ələ keçirmək məqsədilə yalandan vəd verərək ona oğlu Yusifin işə düzəlməsi üçün zəruri olan sertifikatı ala biləcəiyini demiş və bunun üçün Əzimdən 600 manat pul istəmişdir. Əzim razılaşmış və xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri Sabir küçəsində yerləşən “Təzə bazar”ın yaxınlığında ona 300 manat pul vermiş, qalan hissəsini də bir neçə gün sonra verəcəyini bildirmişdir. Təxminən bir həftə sonra Əzim oğlu Yusifdən 300 manat pul yollamış, həmin tarixdə Kürdəmir şəhəri Babək prospekti ərazisində Yusif ilə görüşərək ondan 300 manat pulu almış, Yusifə sertifikat düzəltməsi adı ilə Əzimdən ümumilikdə 600 manat pul almışdır. Əzimdən aldığı 600 manat pulu əvvəlcədən planlaşdırdığı kimi şəxsi ehtiyaclarına xərcləmiş, Yusifə sertifikat düzəltmək barədə heç bir hərəkət etməmişdir.Bundan başqa tanışı Zərərçəkmiş şəxs2 da pulunu alaraq aldatmış, həmçinin onun Azərbaycan Beynəlxalq bankına aid təqaüd kartında olan 7433 manat məbləğinə pullarını Arizin məlumatı və icazəsi olmadan xarici oyun hesablarına köçürmüşdür. Belə ki, Arizlə bir neçə ildir ki, tanışdır, onunla münasibətləri normaldır, heç bir ədavəti düşmənçiliyi yoxdur. 2022-ci ilin oktyabr ayında öz hesab kartına pul qoyaraq bonus qazanacağı barədə yalandan vəd verərək Arizdən 200 manat pul almış, sonra həmin pului qaytarmışdır. Təxminən bir həftə sonra Arizə Kapital bankdan “Bir kart” bankomat kartı almasını təklif etmiş, ona “həmin karta da pul köçürək və bonus olaraq pulun üzərinə pul gəlsin” demişdir. Ariz razılaşmış və xx.xx.2022-ci il tarixdə Ariz Kapital bankdan “Bir kart” bankomat kartı almış, həmin tarixdə Ariz zəng vuraraq onu Kürdəmir rayonu mərkəzi poçtunun qarşısına çağırıb ona məxsus Azərbaycan Beynəlxalq bankına aid olan təqaüd kartından pul çıxarıb həmin “Bir kart” bankomat kartına yükləməsini xahiş etmiş, Arizin yanında onun təqaüd kartından 1000 manat pul çıxarıb özünə vermiş, kartda məbləğin çox olmasını görüb həmin məbləğdən sonradan onlayn qaydada istifadə etmək üçün kartın üzərində olan 16 ədəd rəqəmləri yaddaşında saxlamışdır. Kartdan pulu çıxardıqdan sonra Arizlə birlikdə yaxınlıqda yerləşən “Gilə” marketə gedərək marketin giriş hissəsində olan “E-manat” pul köçürmə aparatının yanında dayanmışlar, özünə məxsus “Bir kart” bankomat kartına köçürməsi üçün Ariz ona 1000 manat pul vermişdir. Həmin pulu guya Arizin kartına köçürmüş, ancaq həqiqətdə həmin pulu Arizə məlum olmayan xarici oyun saytına köçürmüş, yaxın günlərdə həmin pul müqabilində bonus qazanacağını demişdir. Bundan sonra aralaşıb çıxıb getmişlər. Bir neçə gün sonra istifadə etdiyi mobil nömrə ilə Arizin mobil nömrəsinə mesaj yazaraq onun bonus qazandığını bildirmişdir. Daha sonra üzərində olan rəqəmləri öz yaddaşında saxladığı Arizin təqaüd kartında olan məbləğləri onlayn qaydada xarici oyun hesablarına köçürmək istəmiş, ancaq köçürmə prosesini özündən asılı olmayan səbəbdən başa çatdıra bilməmiş, kartda olan məbləğ bloklanmışdır. Sonradan Ariz həmin pulların 7279 manat hissəsini “Azərbaycan Beynəlxalq bankı”nın Kürdəmir rayon filialının əməkdaşlarının gördüyü tədbirlər nəticəsində geri qaytarmış, ancaq 154 mant hissəsini geri qaytara bilməmişdir. Beləliklə Zərərçəkmiş şəxs2 aldadaraq onun 1200 manat pulunu ələ keçirmiş, eləcədə onun təqaüd kartından 154 manat pulu xarici mərc oyun hesablarına köçürmüşdür.Təqsirləndirilən şəxs həmçinin ifadəsində Rahib Cəbrayılovdan, Zərərçəkmiş şəxs1 eləcədə Yusif Yolçuyevdən və Zərərçəkmiş şəxs2 pulları alan zaman yanında heç kimin olmadığını, onları aldadıb pullarını ələ keçirmək istəyindən heç kimin məlumatının və ona köməkliyinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin ilk dəfə cinayət etməsini, əməlindən səmimi peşman olmasını, dəymiş zərərləri ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alıb, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasınını vaxtı və yeri barədə Zərərçəkmiş şəxs1 lazimi qaydada məluma verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə göndərərk səhhəti ilə ələqadar məhkəmə iclasılarına gələ bilməyəcəyini, məhkəm iclasılarnın onun iştirakı oladan keçirilməsinə etiraının olmadığını, dəymiş ziyanını ona tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, lakin təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmənin mülahizıəsinə buraxdığını göstərmişdir. Məhkəmə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmiş və onun ibtidai istintaqda verdiyi ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir müddət ki, tanıyır, onunla düşmənçiliyi ədavəti yoxdur. Təqsirləndirilən şəxs tanışıdır. Onunla 2022-ci ildə yaşadığı kənd ərazisində tanış olmuş, həmin ərəfədə Elvin yaşadığı kənd ərazisində elektrik sayğaclarına nəzarətçi işləmiş, münasibətləri normal olmuş, ədavətləri olmamış, cari ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxslə yaşadıqları evin həyətində söhbət zamanı oğlu Yusifə qaz idarəsində işə qəbul olunmasına kömək olması üçün sertifikat lazım olduğunu demiş, Elvin Yusifə sertifikat ala biləcək bir tanışının olduğunu demiş, bunun müqabilində Elvin ondan 600 manat pul istəmiş, razılaşmış, xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri Sabir küçəsində yerləşən “Təzə bazarın” qarşısında Elvinlə görüşüb ona 300 manat pul vermiş, qalan hissəsini də yaxın vaxtda verəcəyini bildirmiş, Elvinlə razılaşmaqla təxminən bir həftə sonra da Elvinə verməsi üçün 300 manat pulu onunla birlikdə yaşayan oğlu Yusifə vermiş, Yusif də 300 manat pulu aparıb Kürdəmir şəhərində Kapital bankın Kürdəmir rayonu filialının yaxınlığında Elvinə vermiş, bununla da sertifikat almaq üçün Elvinə ümumilikdə 600 manat pul vermişdir. Elvin pulu alarkən Yusifin sertifikat almaq məsələsini iki ay ərzində həll edəcəyini desə də ancaq söz verdiyi vaxt çatsada, işi həll etməmiş, verdiyi vədə əməl etməmiş, aldığı 600 manat pulu geri istədikdə müxtəlif vaxtlara vəd verərək pulu da qaytarmayaraq onları aldatmışdır. Buna görə də Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, Elvinin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Elvinə pulu verən zaman yanlarında kənar şəxs olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs çoxdan tanımış, onunla münasibətləri normal olmuş, düşmənçiliyi ədavəti olmamışdır. Bir neçə ildir ki, “Topaz” mərc oyunları məntəqəsinə gedib orada Elvinlə hərdən 1-2 manat məbləğində idman mərc oyunu oynamışdır. Cari ilin oktyabr ayının əvvəlində Elvin ona demişdir ki, “mənə 200 manat ver, plastik kartıma köçmürüm, bir həftə ərzində pulun üzərinə bonus gələcək”, Elvinə Kürdəmir şəhəri ərazisində 200 manat pul vermiş, pulu verəndən bir həftə sonra Elvinlə görüşən zaman o, 200 manatın üzərinə bonus olaraq 200 manat pul gəldiyini deyərək ümumilikdə ona 400 manat pul vermişdir. Həmin vaxt Elvin ona yenidən 200 manat pul qoymağı təklif etmiş, razılaşıb Elvinə 200 manat pul vermişdir. Həmin söhbətdən təxminən 3-4 gün sonra Elvinlə görüşən zaman Elvin ona öz adına Kapital bankdan “Birkart” plastik kartı almasını, bonus üçün pulları həmin karta yükləməyi təklif etmiş, razılaşaraq xx.xx.2022-ci il tarixdə Kapital bankın Kürdəmir rayon filialına gedərək “Birkart” sifariş verib almış, kartın içərisində pul olmamış, kart boş olmuşdur. Kartı alandan sonra Kürdəmir şəhəri Poçtunun qarşısına gələrək orada yerləşən “Azərbaycan Beynəlxalq bankı”nın bankomatından özünə məxsus təqaüd kartından pul çıxarmaq istəmiş, yaşlı olduğu üçün kartdan pul çıxarmaqda çətinlik çəkdiyindən kartdan pul çıxarmaqda ona köməkliok etməsi üçün Elvinə zəng vuraraq onu yanına çağırmış, Elvin pensiya kartından 1000 manat pul çıxarıb ona vermiş, elə oradaca kartı özünə qaytarmış, həmin 1000 manat pulu yeni aldığı “Birkart” plastik kartına köçürmək üçün birlikdə yaxınlıqda yerləşən “Gilə” marketə getmişlər, orada girişdə sol tərəfdəki “E-manat” pul köçürmə aparatının qarşısında dayanmış, Elvin yeni aldığı “Birkart” plastik kartını aktiv etmək üçün kartın balansına bir manat pul köçürmək lazım olduğunu demiş, Elvinə bir manat pul vermiş, Elvin pulu aparata salaraq “sənin kartına köçürdüm” demişdir. Bundan sonra 1000 manatı istəmiş, pulu sayıb Elvinə vermiş, Elvin 1000 manatı da pul köçürmə aparatına köçürmüşdür, həmin pulu da “Birkart” plastik kartına köçürdüyünü demişdir. Elvin bir həftə ərzində onun mobil nömrəsinə bonusla bağlı mesaj gələcəyini demişdir. Sonra aralaşıb çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə istifadəçisini tanımadığı ***-***-**-** saylı nömrədən mesaj gəlmiş, həmin mesajda “Hörmətli müştəri kart əməliyyatınız uğurlu olduğu üçün 2400 AZN pul bank hesabınıza köçürülmüşdür, kart və şəxsiyyət vəsiqə ilə bir yerdə Kapital bankın Kürdəmir rayon filialından ala bilərsiniz, Uğurluq” sözləri yazılmışdır. Elvinə zəng vuraraq bu SMS barədə soruşanda SMS gəldikdən “bir neçə gün sonra karta pul köçür, hazırda bankda pulun hesablanma prosesi gedir” dediyi üçün ona inanmış və gözləmişdir. Bir neçə gün sonra özünə məxsus təqaüd kartından pul çıxarmaq üçün Poçtun qarşısındakı bankomata yaxınlaşdıqda kartın işləmədiyini görüb bir neçə gün sonra Beynəlxalq bankın Kürdəmir filialına getmişdir. Bankın əməkaşı Sadıqdən kart barədə soruşanda o, kartıda olan pula kənar müdaxilə olduğu üçün kartda olan məbləğin bank tərəfindən bloklandığını bildirmişdir. Bundan sonra bank işcisi Sadiq kartından ölkə xaricində olan mərc oyun saytlarına köçürülmək istəmiş və həmin vaxt bloklanmış məbləği kartına geri qaytarmış, ancaq həmin pullardan 100, 50, 3 və 1 manat olmaqla ümumilikdə 154 manat pulu geri qaytara bilməmişdir. Zəng vuraraq Elvinə bu barədə dedikdə o həmin pullarını mərc oyununa yönəldiyini, uduzduğunu, yaxın vaxtda geri qaytaracağını demişdir. Bundan sonra “Birkart” plastik kartını da yoxladıqda həmin kartrda cəmi bir manat pul olduğunu aşkar etmişdir. Bir manatdan başqa karta pul köçməmişdir. Bununla da Elvinin 1200 manat pulunu ələ keçirərək onu aldadıb dələduzluq etdiyini, həmçinin təqaüd kartından 154 manat pulu oğurlayaraq ələ keçirdiyini bilmiş, Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək Elvinin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Elvinlə söhbət zamanı eləcədə Elvinə pulları verən zaman yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma oğludur, birlikdə yaşayırlar. Münasibətləri normaldır. Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, “Topaz”və digər mərc oyunları oynadığı və pullar uduzduğu üçün maddi vəziyyəti pisləşmiş, borcları yaranmış, borclarını ödəməsi üçün Zərərçəkmiş şəxs1 aldadaraq oğlu Şahid1 sertifikat düzəldəcəyini söz verərək ondan 600 manat almış, Zərərçəkmiş şəxs2 aldadaraq bankomat kartına pul qoyaraq bonus əldə edəcəyi adı ilə aldadaraq ondan 1200 manat almış və eləcədə Zərərçəkmiş şəxs2 təqaüd kartının üzərində olan 16 rəqəmli kodu yaddaşında saxlayıb həmin rəqəmlərdən istifadə edərək kartda olan 154 manat pulu Zərərçəkmiş şəxs2 məlumatı və icazəsi olmadan gizli şəkildə onlayn yolla ələ keçirmişdir. Hazırda həmin pulalrı tam olaraq zərərçəkmiş şəxslərə qaytarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir müddət ki, tanıyır, onunla düşmənçiliyi ədavəti yoxdur, Təqsirləndirilən şəxs tanışıdır. Atası Əzim onunla 2022-ci ildə yaşadığı kənd ərazisində tanış olmuş, həmin ərəfədə Elvin yaşadığı kənd ərazisində elektrik sayğaclarına nəzarətçi işləmiş, münasibətləri normal olmuş, ədavətləri olmamışdır. X6 İsayevlə yaşadıqları evin həyətində söhbət zamanı Elvin ona qaz idarəsində işə qəbul olunmasına kömək olması üçün sertifikat lazım olduğunu demiş, Elvin ona sertifikat ala biləcək bir tanışının olduğunu demiş, bunun müqabilində Elvin atası Əzimdən 600 manat pul istəmiş, razılaşmış, xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri Sabir küçəsində yerləşən “Təzə bazarın” qarşısında Elvinlə görüşüb ona 300 manat pul vermiş, qalan hissəsini də yaxın vaxtda verəcəyini bildirmiş, Elvinlə razılaşmaqla təxminən bir həftə sonra da Elvinə verməsi üçün 300 manat pulu o,özü 300 manat pulu aparıb Kürdəmir şəhərində Kapital bankın Kürdəmir rayonu filialının yaxınlığında Elvinə vermiş, bununla da sertifikat almaq üçün Elvinə ümumilikdə 600 manat pul verilmişdir. Elvin pulu alarkən sertifikat almaq məsələsini iki ay ərzində həll edəcəyini desə də ancaq söz verdiyi vaxt çatsada, işi həll etməmiş, verdiyi vədə əməl etməmiş, aldığı 600 manat pulu geri istədikdə müxtəlif vaxtlara vəd verərək pulu da qaytarmayaraq onları aldatmışdır. Buna görə də Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, Elvinin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Elvinə pulu verən zaman yanlarında kənar şəxs olmamışdır.Elvin hazırda onıara dəymiş ziyanı tamailə ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid3 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə teleqram göndərərk məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəini təsdiq etidiyini göstərmişdir. Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır, birlikdə yaşayırlar. Münasibətləri normaldır. Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, “Topaz”və digər mərc oyunları oynadığı və pullar uduzduğu üçün maddi vəziyyəti pisləşmiş, borcları yaranmış, borclarını ödəməsi üçün Zərərçəkmiş şəxs1 aldadaraq oğlu Şahid1 sertifikat düzəldəcəyini söz verərək ondan 600 manat almış, Zərərçəkmiş şəxs2 aldadaraq bankomat kartına pul qoyaraq bonus əldə edəcəyi adı ilə aldadaraq ondan 1200 manat almış və eləcədə Zərərçəkmiş şəxs2 təqaüd kartının üzərində olan 16 rəqəmli kodu yaddaşında saxlayıb həmin rəqəmlərdən istifadə edərək kartda olan 154 manat pulu Zərərçəkmiş şəxs2 məlumatı və icazəsi olmadan gizli şəkildə onlayn yolla ələ keçirmiş, eləcədə aldığı pulları geri qaytarmamışdır. Həmin şəxslər də Təqsirləndirilən şəxs barəsində Kürdəmir RPŞ-na ərizə ilə müraciət etmişdirlər. Məhkəmə iclasnın vaxtı və yeri barədə Şahid2 lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, “Azərbaycan Beynəlxalq bankının”Kürdəmir rayonu filialında işləyir, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 tanıyır, onların hər ikisi ilə münasibətləri normal olmuşdur. xx.xx.2022-ci ildə Zərərçəkmiş şəxs2 onun işlədiyi banka gələrək, təqaüd kartında nasazlıq olduğunu deyərək kömək istəmiş, onun razılığı ilə təqaüd kartını yoxladıqda kartda olan pulların xarici oyun hesabına yüksək məbləğdə köçdüyü üçün kartda olan məbləğin avtomatik olaraq bloklanmasını bildirmiş, sonra həmin məbləğ onun tərəfindən yenidən Zərərçəkmiş şəxs2 kart hesabına geri qaytarılmışdır. Ancaq kartdan hissə-hissə çıxarılmış 154 manatı karta geri qaytarmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Küdəmir rayon İcra Hakimiyyəti Başçının Şəhər İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyinin xx.xx.2023 il tarixli 444 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikldə Kürdəmir şəhəri,G.Orucova küçəsi,13 saylı evdə yaşayır. (bax iş vər.144) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə X2 Elvin Elçin oğluna verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.145) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 6-49/2-115/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər.139) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 64). İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-23/20203 təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023 il tarixdən hesablanmışdır. (bax iş vər 111-116) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-29/20203 qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. (bax iş vər 134-137) Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünü etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 39-cu bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı,törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1-ci bəndində göstərildir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X1 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsnə əsasən cinayətlərin məcmuyuna cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə cəza təyin etmənin ümumi prinsiplərini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmin Məcəllənin 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İsayev X4 şəhəri, G.Orucova küçəsi, ev 13 qeydiyyatda olmaqla, valideynləri ilə birlikdə həmin ünvanda yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək AR CM-nin 178.2.2-ci maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, AR CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinə əsasən 2 il müdddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 04 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir şəhəri G.Orucova küçəsi ev 13-də yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-37/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-37/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver