Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-37/2024 14.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, Atatürk küçəsi,ev 6-da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-cü il tarixdə, saat 21 radələrində yaşadıqları Kürdəmir şəhəri Atatürk küçəsi ev 6-da arvadı Zərərçəkmiş şəxs telefona “Tik-Tok” sosial şəbəkəsi yükləməsi səbəbindən aralarında ailə münasibətləri zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs boğazından tutaraq başına, sifətinə, qoluna yumruqla və bədəninin müxtəlif nahiyələrinə təpiklə bir neçə dəfə qəsdən vuraraq ona alın, təpə, boyunun sol yan səthi, sol saiddə sıyrıqlar, başın təpə nahiyəsində, hər iki gözaltı-almacıq nahiyələrinə şişkinlik-qançır, hər iki kürək nahiyəsində qaçnır, sağ əldə V-ci barmağın gərilməsi, şişkinliyi və hərəkət məhdudluğu ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək göstərdi ki, Elnarə onun arvadıdır və onlar 2016-cı ildə evlənib ailə qurmuş və onların 3 azyaşlı uşaqları vardır. Elnarə ilə münasibətləri normal olmuş, aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə o, evə gəlmiş və Elnarənin “Tik-Tok” sosial şəbəkəsindən istifadə etdiyini görüb əsəbləşəmiş mübasiə etmişdir. Elnarə ona cavab qaytardığına görə o, əli ilə Elnarənin boğazıdan tututaraq əli ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdr. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. O, Zərərçəkmiş şəxs ilə barışmış və ondan üzr istəmişdir. Arvadı Elnarə də onu bağışlamışdır. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxs arvadı Elnarə ilə barışmasını və sonuncuya vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Elşən onun əridir. Onlar 2016-cı ilı tarixdə evlənmiş və onların birgə evilikdən 3 azyaşlı uşaqları vardır. Münasibətləri normal olmuş və indi də normaldır. O, özü istifadə etdiyi “Tik-Tok” proqramını yükləmiş və xx.xx.2024-cü il tarixdə,saat təxminən 21 radələrində Elşən evə gəlmiş və onun “Tik-Tok”a baxdığını görüb əsəbləşmiş və aralarında mübahisə olmuşduir. Mübahisə zamanı Elşad əli ilə onun boğaından tutraq bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Hazırda əməli törətmiş şəxs əri Elşən üzr istəyib onunla barışmış, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ona görə də Elşənə qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, Elşən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, əməli törətmiş şəxs Elşənlə barışmasını və Elşənin ona vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 31 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən olunmuş xəsarətlər: alın, təpə, boynun sol yan səthi, sol saiddə sıyrıqlar, başın təpə nahiyəsində, hər iki gözaltı-almacıq nahiələrində şişkinlik-qançır, hər iki kürək nahiyəsində qançır, sağ əldə V-ci barmağın gərilməsi, şişkinliyi və hərəkət məhdudluğun küt əşyanın təsirindən törənməsi, törəmə müddətinin xx.xx.2021-cü il tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olduğu göstərilmişdir. (bax iş vər. 43-45). İş materiallarına əlavə olunmuş Kürdəmir RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 11 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqları vardır. (bax iş vər.29) İş materiallarında olan və Kürdəmir rayon İHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 30) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (bax iş vər.26). Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-cü il tarixdə, saat 21 radələrində yaşadıqları Kürdəmir şəhəri, Atatürk küçəsi ev 6-da arvadı Zərərçəkmiş şəxs telefona “Tik-Tok” sosial şəbəkəsi yükləməsi səbəbindən aralarında ailə münasibətləri zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs boğazından tutaraq başına, sifətinə, qoluna yumruqla və bədəninin müxtəlif nahiyələrinə təpiklə bir neçə dəfə qəsdən vuraraq ona alın,təpə, boyunun sol yan səthi, sol saiddə sıyrıqlar, başın təpə nahiyəsində, hər iki gözaltı-almacıq nahiyələrinə şişkinlik-qançır, hər iki kürək nahiyəsində qaçnır, sağ əldə V-ci barmağın gərilməsi, şişkinliyi və hərəkət məhdudluğu ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bi lər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-37/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-37/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver