Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-37/2025 21.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağsu rayonu Göydəlləkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Tərtər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2-ci 178.2.4-cü maddələri ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 01 il 03 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzası müvafiq qaydada ödənilməmiş və götürülməmiş, Ağsu rayonu Göydəlləkli kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Yenikənd kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Ağsu rayonu Göydəlləkli kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Yenikənd kəndində yaşayan X3 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq elə keçirmək məqsədilə Ağsu rayonu Zergava kend sakini Zərərçəkmiş şəxs1, özünü Azərbaycan Respublikası FHN-nin əməkdaşı kimi təqdim edərək 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evini temir etdirəcəyini bile-bile yalan ve həqiqətə uyğun olmayan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifade edərək sonuncudan yalan vedlerin təsiri altında könüllü surətdə 14 fevral 2024-cü il tarixdə Ağsu rayonu Zerqava kəndində 600 manat məbləğində pulunu almaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 600 manat məbləğində nağd pulunu etibardan sui-istifadə etmə ve aldatma yolu ilə ələ keçirib ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə vahid niyyetle əhatə olunan qəsdlə Ağsu rayon Zərqava kənd sakini X2, özünü Azərbaycan Respublikası FHN-nin əməkdaşı kimi təqdim edərək 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evini təmir etdirəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib aldatmaqla, Ferahim Şıxaliyevin ona olan inam və etibarından sui-istifadə edərək sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə 14 fevral 2024-cü il tarixdə Ağsu rayonu Zergava kəndində 800 manat məbləğində, 19 fevral 2024-cü il tarixdə isə həmin ünvanda 1000 manat məbləğində olmaqla ümumilikdə zərərçəkmiş Fərahim Şıxaliyevin 1800 manat məbləğində nağd pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Ağsu rayon Nuran kənd sakini Zərərçəkmiş şəxs9 Ayəddin oğluna, özünü Azərbaycan Respublikası FHN-nin əməkdaşı kimi təqdim edarek 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evini temir etdirəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs9 ona olan inam və etibarından sui-istifadə edərək sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə 16 fevral 2024cü il tarixdə Ağsu rayon Nuran kendində şəxsiyyəti istintaqa məlum olamayan, eləcədə cinayətdən xəbəri olmayan "Mirdamət" adlı şəxsin vasitəsi ilə 1000 manat məbləğində, eləcə də 21 fevral 2024-cü il tarixdə zərəçəkmişə təqdim etdiyi özünə məxsus 4169-7388- 0210-5407 saylı "xxxx" ASC-yə aid plastik bank kartı hesabına "Birbank" tətbiqi vasitəsi ilə 500 manat olmaqla kart hesabına köçürülmüş cəmi 500 manat məbləğində pul vəsaitini, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs9 məxsus 1500 manat məbləğində pulu, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Ağsu rayon Nuran kənd sakini Zərərçəkmiş şəxs4, özünü Azərbaycan Respublikası FHN-nin əməkdaşı kimi təqdim edərək 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evini təmir etdirəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs4 ona olan inam və etibarından sui-istifade ederek sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə 28 fevral 2024-cü il tarixdə Ağsu rayon Nuran kendində 200 manat məbləğində, eləcə də həmin tarixdə həmin ünvanda zərəçəkmişə təqdim etdiyi özünə məxsus 4169-7388-0210-5407 saylı "xxxx" ASC-ye aid plastik bank kartı hesabına "Birbank tətbiqi vasitəsi ilə 500 manat olmaqla kart hesabına köçürülmüş cəmi 500 manat məbləğində pul vəsaitini, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 məxsus 700 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə vahid niyyetlə əhatə olunan qəsdlə Ağsu rayon Nuran kend sakini Zərərçəkmiş şəxs3, özünü Azərbaycan Respublikası FHN-nin əməkdaşı kimi təqdim edərək 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evini təmir etdirəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs3 ona olan inam va etibarından sui-istifadə edərək sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə 04 mart 2024-cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində 1000 manat məbləğində, eləcə də zərərçəkmişə təqdim etdiyi özünə məxsus 4169-7388-0210-5407 saylı "xxxx" ASC-yə aid plastik bank kartı hesabına 06 mart 2024-cü il tarixdə Ağsu şəhəri Vidadi küçəsində yerləşən "Ailə" marketin içərisinə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 300 manat olmaqla kart hesabına köçürülmüş cəmi 300 manat məbləğində pul vəsaitini, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 1300 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyəti ilə əvəzsiz, həmçinin qanunsuz olaraq etibardan sui-istifadə etmə ve aldatma yolu ilə ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdə səhər vaxtlarında Kürdəmir şəhəri Bakı prospektində icarəyə işlətdiyi ət mağazasında xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 sonuncuya məxsus 990 manat qiymətində olan 04 baş xırda buynuzlu quzuları, sonradan həmin quzuların pulunu verəcəyi adı ilə yalandan vəd edib aldadaraq ondan alıb ələ keçirmiş və həmin quzuları orada qəssab qismində işləmiş cinayətdən xəbəri olmayan xx.xx.1980-ci il təvəllüdlü Şahid4 kəsdirib sataraq əldə etdiyi pulu öz şəxsi maraqlarına xərcləməklə, Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurub ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz, həmçinin qanunsuz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixdə saat 17 radələrində 07 baş və xx.xx.2024-cü il tarixdə 17 radələrində 03 baş quzuları, yəni ümumi qiyməti 2088 manat olan 10 baş quzuları Kürdəmir rayonu Qarasu kəndi ərazisində pulunu sonradan verəcəyi barədə yalan vəd verib aldadaraq onu inandırıb alıb ələ keçirmiş və həmin quzuları ertəsi gün səhər saatlarında Kürdəmir şəhəri Bakı prospektində yerləşən icarəyə işlətdiyi ət mağazasında orada qəssab qismində işləmiş cinayətdən xəbəri olmayan xx.xx.1980-ci il təvəllüdlü Şahid4 kəsdirib sataraq əldə etdiyi pulu öz şəxsi maraqlarına xərcləməklə, Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurub ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə səhər saatlarında Kürdəmir şəhəri Bakı prospektində icarəyə işlətdiyi ət mağazasında xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs8 sonuncuya məxsus 900 manat qiymətində olan 04 baş quzuların pulunu sonradan verəcəyi barədə yalan vəd verib aldadaraq alıb ələ keçirmiş və həmin quzuları orada qəssab qismində işləmiş cinayətdən xəbəri olmayan xx.xx.1980-ci il təvəllüdlü Şahid4 kəsdirib sataraq əldə etdiyi pulu öz şəxsi maraqlarına xərcləməklə, Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurub ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində həmin kənd sakini xx.xx.2000-ci il təvəllüdlü X1 məxsus 850 manat qiymətində olan 01 baş erkək dananı pulunu sonradan verəcəyi barədə yalandan vəd verib aldadaraq ondan alıb ələ keçirmiş, orada qeyd olunan dananı onunla birlikdə qəssab qismində işləmiş cinayətdən xəbəri olmayan xx.xx.1980-ci il təvəllüdlü Şahid4 kəsdirib icarəyə işlətdiyi Kürdəmir şəhəri, Bakı prospektində yerləşən ət mağazasına gətirib sataraq, əldə etdiyi pulu öz şəxsi maraqlarına xərcləməklə, Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurub ona qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Fövqəladə Hallar Nazirliyinin nəzdində "xxxx" MMC-də 15 ildir fəaliyyət göstərir. 2019-cu ilin fevral ayında Ağsu rayonunda baş vermiş zəlzələ nəticəsində rayon ərazisində, əsasən də dağlıq ərazilərdə yerləşən kəndlərdə bəzi evlərə zərər dəydiyi üçün dövlət proqramı çərçivəsində zəlzələdən zərər görmüş evlər siyahıya alınaraq təmir və bərpa olunması işləri planlaşdırılmışdır. Təxminən 2021-ci ilin sentyabr ayından etibarən "xxxx" MMC-nin briqadiri olaraq Ağsu rayon Nuran, Nüydü və Zərqəva kəndlərində zəlzələ nəticəsində zərər görümüş evlərin təmir və bərpa olunması işlərində iştirak etmiş və həmin kəndlərin ərazisində 2022-ci ilin iyul ayına qədər işləyərək təxminən 70-ə yaxın evi təmir-bərpa etmişdir. Buna görə də həmin kənd sakinləri arasında zəlzələdən zərər çəkmiş evlərin bərpa və təmir edən şəxs kimi tanınmağa başlamışdır. Ağsu rayon Nuran, Nüydü və Zərqəva kəndlərində işlədiyi vaxtlarda zəlzələdən zərər çəkən bəzi evlərin hələ də təmir və bərpa olunmadığı yadında qaldığından həmin ərəfələrdə qeyd etdiyi kəndlərə səfər edərək qəzalı vəziyyətdə olan evləri qeydiyyata almağa və tikinti şirkəti vasitəsi ilə həmin evləri təmir və bərpa etdirmək qərarına gəlmişdir. 2024-cü ilin fevral ayında "xxxx" MMC-nin təmsilçisi kimi Bələdiyyə və icra hakimiyyətinin nümayəndələri ilə birlikdə kəndi gəzib zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evləri siyahıya almaq məqsədlə 14 fevral 2024-cü il tarixdə Ağsu rayon Zərqəva kəndinə getmiş, həmin kənd ərazisində olarkən Zərqəva kənd sakinləri Fərahim Şixaliyev və Zərərçəkmiş şəxs1la rastlaşmış, Fərahim və Nemanla aralarında baş tutan söhbət zamanı həmin şəxslərə yeni tikinti şirkəti quracağı və həmin şirkət vasitəsi ilə yenidən zəlzələdə zərər görmüş evləri təmir bərpa etdirəcəyini bildirmişdir. Bundan sonra Fərahim və Neman evlərinin təmir bərpa olunmasında onlara köməklik etməsini ondan xahiş etmişlər, həmin gün əvvəlcə Nemanın və adını bilmədiyi qardaşının evinə gedərək baxış keçirmiş, Neman və qardaşının evlərini qəzalı vəziyyətdə olan evlər kimi qeydiyyata almış, sonra isə Nemana evləri təmir bərpa etdirəcəyini deyərək ilkin olaraq Nemandan 200 manat öz evi üçün, 400 manat isə qardaşının evi üçün olmaqla ümumilikdə 600 manat pul almış və gəlcəkdə əlavə xərclər üçün də pul verməli olduğunu bildirmiş, bundan sonra isə birlikdə Fərahim Şıxaliyevin yaşadığı evə getmiş, həmin evə də baxış keçirdikdən sonra Fərahim Şıxaliyevin evinin təmiri üçün 1800 manat pul lazım olduğunu bildirmiş, həmin gün Fərahimdən 1800 manat pul almış və Nemanla Fərahimə evlərinin tezliklə təmir olunacağını deyərək çıxıb getmişdir. Bundan sonra 19 fevral 2024-cü il tarixdə yenidən Ağsu rayon Zərqəva kəndinə gəlmiş və orada kənd sakini Şahid1 yaxınlaşaraq onu tanıdığını, qəzalı evləri təmir etdirdiyini öyrəndiyini bildirərək evinin təmir olunmasında ona köməklik göstərməsini xahiş etmiş, bundan sonra həmin tarixdə Şahid1 yaşadığı evə gedərək evinə baxış keçirmiş və ilkin olaraq 400 manat ödəməli olduğunu, gələcəkdə də əlavə xərclərinin çıxacağını bildirmiş və Qadirdən həmin gün 400 manat pul almışdır. Bundan başqa 21 fevral 2024-cü il tarixdə səhər saatlarında Kürdəmir rayonunda olarkən hazırda xatırlamadığı mobil nömrədən Zərərçəkmiş şəxs9 adlı şəxs zəng edərək Ağsu rayon Nuran kənd sakini olduğunu, qəzalı vəziyyətdə olan evləri təmir etdirdiyini öyrəndiyini deyərək evinin qəzalı vəziyyətdə olması səbəbindən evinin təmir olunmasında ona köməklik göstərməsini istəmiş, bunun üçün ona 1500 manat pul ödəməli olduğunu bildirmişdir. Həmin gün “Mirdamət” kimi tanıdığı ancaq dərindən əlaqəsi olmayan taksi sürücüsü ilə Zərərçəkmiş şəxs9 ona 1000 manat pul yollamış, sonra isə Zərərçəkmiş şəxs9 bank kart hesabını vermiş, Səyyad həmin hesaba 500 manat pul göndərmiş, Zərərçəkmiş şəxs9 evini təmir bərpa etdirəcəyini bildirmiş və telefon danışıqlarını bitirmişlər. Bundan başqa 26 fevral 2024-cü il tarixdə Ağsu rayon Nuran kəndinə getmiş, həmin kənd ərazisində olarkən Şahid3 və Şahid2 adlı şəxlsər yaxınlaşaraq onu tanıdıqlarını və evlərinin təmir olunmasında onlara köməklik göstərməsini ondan xahiş etmiş, həmin gün Cəbrayıl və Səyyarın evinə baxış keçirmiş, evlərini qəzalı evlərin siyahısına aldığını və təmir bərpa etdirəcəyini deyərək Şahid3 140 manat, Şahid2 isə 400 manat pul almışdır. Bundan başqa 28 fevral 2024-cü il tarixdə yenidən Ağsu rayon Nuran kəndinə getmiş həmin vaxt kənd ərazisində Zərərçəkmiş şəxs4 adlı şəxs ona yaxınlaşaraq evinin təmir olunmasında ona köməklik göstərməsini istəmiş, həmin gün Ceyhunun evinə baxış keçirdərək evinin təmir bərpa olunan evlərin siyahısına salacağını və təmir etdirəcəyini bildirmiş, bunun müqabilində isə Ceyhundan əlbəəl 200 manat pul almış və həmin gün Ceyhun əlavə olaraq onun bank kartı hesabına 500 manat da pul göndərmiş, ümumilikdə Ceyhundan evinin təmir olunması müqabilində 700 manat pul almışdır. Bundan başqa 2024-cü ilin fevral ayının sonlarında Ağsu rayon Nuran kəndində olarkən Zərərçəkmiş şəxs3 hazırda adını xatırlamadığı qardaşı yaxınlaşaraq evlərinin təmir bərpa etdirməsi ondan xahiş etmiş, həmin evə baxış keçirdikdən sonra evi qəzalı evlərin siyahısına saldıracağını və təmir etdirəcəyini bildirmiş, bunun müqabilində 1300 manat pul verməli olduğunu demiş, Zərərçəkmiş şəxs3 qardaşı da həmin pulu qardaşı Poladın verəcəyini bildirmiş, 04 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 zəng edərək onunla görüşmək istədiyini bildirmiş, həmin tarixdə Zərərçəkmiş şəxs3la Ağsu rayon bazarının qarşısında görüşüb orada Poladdan 1000 manat pul almışdır. Bundan iki gün sonra, yəni 06 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 onun bank kartı hesabına əlavə olaraq 300 manat da pul göndərmiş və bununla da ümumilikdə Poladdan 1300 manat pul almışdır. Kürdəmir rayon sakinləri Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 isə əvvəllər tanımamış, onlarla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Maddi vəziyyəti pis olduğu üçün xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri Bakı prospektində ət mağazası icarəyə götürərək orada ət alveri ilə məşğul olmağa başlamışdır. Soraqlaşmış, Kürdəmir rayonu ərazisində kəndlərdə heyvan satmaq istəyən şəxslərin mobil telefon nömrələrini əldə edərək, zəng edib onlarla danışmış, heyvanlarını almaq barədə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Qarasaqqal kənd sakini Zərərçəkmiş şəxs5 zəng vurub onunla danışaraq quzularını satmaq istəməsi barədə məlumatının olduğunu demiş, Zərərçəkmiş şəxs5 quzularını satmaq istədiyini bildirmiş, onunla telefon danışığı zamanı quzuların ətinin bir kiloqaramına münasibətdə qiyməti razılaşmışlar, Razimə quzuları Kürdəmir şəhəri Bakı prospektində yerləşən işlətdiyi ət mağazasına gətirməsini bildirmiş, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs5 04 baş quzunu onun işlətdiyi ət mağazasına gətirmiş, həmin vaxt özü orada olmamış, qəssabına heyvanları kəsməsini tapşırmış, ət mağazasında qəssab işləyən Hüseyn quzuları kəsmiş, quzuların 04 başının pulu 990 manat etmiş, Razim ondan pulunu istədikdə ona bir-iki gün ərzində pulunu verəcəyini bildirmiş, Razim çıxıb getmiş, Razimin quzularını kəsərək əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Kürdəmir rayonu Qarasu kənd sakini Zərərçəkmiş şəxs7 ilə telefon əlaqəsi saxlayıb, ona quzu satması barədə məlumatının olduğunu demiş, Fuad quzularından satmaq istədiyini bildirmiş, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Kürdəmir rayonu Qarasu kəndində yerləşən evinin həyətinə gedərək onun quzularına baxmış, quzulardan 10 başını 2088 manata almaq barədə onunla razılaşmış, həmin gün quzulardan 07 başını taksi fəaliyyəti ilə məşğul olan “Mersedes 190” markalı İbad adlı şəxsin idarə etdiyi avtomobil ilə Kürdəmir şəhəri Bakı prospektinə işlətdiyi ət mağazasına gətirmiş, quzuları qəssab Hüseyn kəsmiş, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yenidən Fuadın həyətinə gedərək ondan 03 baş quzunu da gətirmiş, həmin quzuları da kəsərək ətini satmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Kürdəmir rayonu Qarasu kənd sakini Zərərçəkmiş şəxs8 zəng vuraraq ona quzu satması barədə məlumatının olduğunu demiş, Zərərçəkmiş şəxs8 quzularından satmaq istədiyini bildirmiş, ona işlətdiyi qəssabxananın yerini demiş və ertəsi gün yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şövqi işlətdiyi qəssabxanaya gəlmiş, 04 baş quzunu ona göstərmiş, həmin 04 baş quzunu 900 manata almaq barədə onunla razılaşmış, quzuları kəsdikdən sonra Şövqiyə pulunu bir-iki gün ərzində verəcəyini bildirmiş, ancaq Şövqinin quzularını kəsdikdən sonra satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmiş, Şövqinin pulunu verməmişdir. Bundan başqa Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayan Zərərçəkmiş şəxs6 ilə telefonla danışıb xx.xx.2024-cü il tarixdə günorta saatlarında Ərəbqubalı kəndində getmiş, Rəsulun yaşadığı evin həyətində sonuncu ilə ona məxsus 01 baş erkək dananı 850 manata almaq barədə razılaşmış, həmin vaxt orada 01 baş erkək dananı kəsərək getdiyi tanımadığı və xatırlamadığı taksi sürücüsü ilə işlətdiyi ət mağazasına gətirmiş, əti sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Əgər azadlığa çıxarsa onların pullarını qaytara bilər. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Ağsu rayonu Zərqava kəndində yerləşən, fərdi yaşayış evi var, 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş vermiş zəlzələ zamanı evin dam hissəsinə zərər dəymişdir. Həmin vaxt zərər dəymiş evləri siyahıya alınarkən evdə olmadığından, evi siyahıya alınmamışdır. xx.xx.2024-cü il tarixdə Ağsu rayonu ərazisində olarkən, bir nəfər şəxsin kəndə gəldiyini, zəlzələ zamanı zərər dəymiş evləri siyahıya aldığını eşidib kəndə getmiş, kənddə özünü Fövqalədə Hallar Nazirliyinin işçisi kimi təqdim edən, əslən Ağsu rayonu Göydəlləkli kəndindən olan, Vüsal Mehrəliyev adlı şəxslə görüşmüş, həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs1 da yanlarında olmuşdur. Həmkəndlisi Zərərçəkmiş şəxs1 və Vüsal Mehrəliyev ilə birlikdə ona məxsus evə getmişlər, sonra Vüsal Mehrəliyev evinə baxış keçirib evinin dam hissəsini təmir etdirəcəyini vəd edərək qarşılığında 1800 (bir min səkküz yüz) manat pul verməli olduğunu bildirmiş, Vüsal Mehrəliyevin vədinə aldanaraq həmin gün 1800 manat pulu olmadığından Vüsala 800 manat pul vermiş, bundan sonra xx.xx.2024-cü il tarixdə Vüsal Mehrəliyev yenidən yaşadığı evə gəlmiş, evini təmir edilən evlərin siyahısına saldığını, lakin elektron sistemə evi saldıra bilmədiyini, 1000 manat pul verildikdən sonra elektron sistemə salınacağını bildirmiş, bundan sonra evinin həyətində Vüsala əlavə olaraq 1000 manat pul vermiş, Vüsala pulu verdikdən sonra qısa müddət ərzində evinin təmir olunacağını vəd etsə də, vədinə əməl etməyərək onu aldatmış, verdiyi pulu ona qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir və barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağsu rayonu Zərqava kəndində fərdi yaşayış evi var, evi köhnə tikili olduğundan 2019-cu ilin fevral ayında Ağsu rayonu ərazisində baş verən zəlzələ zamanı evinin bəzi yerlərinə ziyan dəymişdir. 2024-cü ilin fevral ayının 14-də kənd ərazisində olarkən bir nəfər şəxsin kəndə gəldiyini, zəlzələ zamanı zərər dəymiş evləri siyahıya aldığını eşitmiş. Zəlzələ zamanı evinə ziyan dəydiyindən həmin şəxsə yaxınlaşaraq evinin təmir olunmasında ona köməklik göstərməsini istəmiş. Həmin şəxs adının Vüsal Mehrəliyev olduğunu, özünün isə FHN-nin işçisi olduğunu kənddə zəlzələ nəticəsində ziyan dəymiş evləri siyahıya alacağını bildirmiş. Vüsal Mehrəliyevə zəlzələ nəticəsində evinə ziyanlıq dəydiyini bildirmiş və köməklik etməsini xahiş etmişdir. Bundan sonra Vüsalla birlikdə ona məxsus evə getmiş, Vüsal evini təmir etdirə biləcəyini, evini ziyan dəymiş evlərin siyahısına sala biləcəyini bildirmiş, Vüsala evinin iki otağının və dam hissəsinin təmirə ehtiyacı olduğunu bildirmiş, Vüsal evə baxdıqdan sonra evinin təmir edilən evlərin siyahısına saldırıb, təmir etmək üçün 2000 manat pul verməli olduğunu bildirmiş, Vüsala evlərin dövlət tərəfindən təmir olunduğunu, nəyə görə pul verməli olduğumu soruşduqda, Vüsal evlərin elektron bazaya salınmalı olunduğunu, pul verilməsə həmin siyahıya salınmayacağını bildirmiş, bundan sonra Vüsala həmin məbləği imkanının çatmadığını bildirmiş, bundan sonra Vüsal 1500 manata təmir etdirə biləcəyini bildirirək, ilkin olaraq 600 manat pul verməsini, geri qalanını isə hissə-hissə verməsini təklif etmişdir. Vüsalın vədinə aldanaraq onunla razılaşmış, həmin gün yəni xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətində Vüsala 600 manat pul vermiş, sonra Vüsalla birlikdə həmkəndlisi Fərahim Şıxaliyevə məxsus evinə getmiş, Vüsal həmin gün yanında evini təmir etdirmək üçün Fərahimdən də 800 manat pul almış, Vüsala pulu verdikdən sonra o, qısa müddət ərzində evlərinin təmir olunacağını desə də, vədinə əməl etməyərək, eləcədə aldığı pulu geri qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Ondan şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Ağsu rayonu Nuran kəndində yerləşən fərdi yaşayış evinə 2019-cu ilin fevral ayında rayon ərazisində baş vermiş zəlzələ zamanı zərər dəymişdir. 2024-cü ilin fevral ayının sonlarında yaşadığı kənd ərazisində olarkən özünü Fövqalədə Hallar Nazirliyinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxsin kəndə gəldiyini və zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evləri siyahıya aldığını, nəticədə həmin evləri təmir-bərpa etdirdiyini eşitmişdir. Zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşdüyündən evinin təmir-bərpa olunmasında köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs yaxınlaşıb xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirdəcəyini və ona köməklik edəcəyini bildirərək birlikdə evinə getmişdir. Sonra Təqsirləndirilən şəxs evinə daxil olaraq, evə baxış keçirmiş, daha sonra evini təmir edilən evlərin siyahısına saldırıb, evini qəza-bərpa kimi tikdirə biləcəyini bildirmişdir. Vüsaldan bunün üçün nə etməli olduğunu soruşduqda, Vüsal evini 3000 manat qarşılığında, tikdirə biləcəyini bildirmişdirş Vüsala 3000 manat pulu olmadığını dedikdən sonra Vüsalla 2500 manat qarşılığında razılaşmış, həmin vaxt Vüsala ilkin olaraq, 1500 manat, ev tikildikdən sonra isə 1000 manat pul verəcəyini bildirmişdir. Vüsal da etiraz etməmiş, Vüsala bir neçə gün sonra pulu verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə görüşmək üçün Ağsu şəhərinə gəlmiş, həmin gün saat təxminən 19 radələrində Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Üç oğlan” adlı kafedə Vüsalla görüşüb ona 1000 manat pul vermiş, Vüsala bir neçə gün sonra qalan pulu da verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə isə Vüsalla yenidən əlaqə saxlayıb qalan pulu vermək istədiyini bildirmiş, həmin vaxt Vüsal Ağsu rayonunda olmadığını, pulu kart hesabına göndərməsini bildirmiş, Ağsu şəhəri Vidadi küçəsində yerləşən, “Ailə” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Vüsalın ona dediyi bank hesabına 300 manat pul göndərmiş, lakin sonradan həmin ödənişin qəbzini itirmiş, Vüsal pulu aldıqdan sonra qısa müddət ərzində evinin təmir olunacağını desədə, həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq Vüsal vədinə əməl etməyərək onu aldadıb pulunu ələ keçirmiş, Vüsalın mobil nömrələrinə zəng etsədə onun mobil nömrəsinə zəng çatmamışdır. Sonradan Ağsu rayonu Zərqava kənd sakinlərinin də Təqsirləndirilən şəxs barəsində polisə müraciət etdiklərini eşitdikdən sonra aldadıldığını başa düşərək Ağsu RPŞ-na ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş və hazırda da ondan şikayətçidir. Məhkəmə istintaqında iş üzrə Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Şəxsi təsərrüfatında heyvandarlıqla məşğul olur. xx.xx.2024-cü il tarixdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs zəng vuraraq onda satdıq quzuların olması barədə məlumatının olduğunu deyərək, həmin quzuları almaq istədiyini bildirmiş, Vüsala özünə məxsus quzuları satmaq istədiyini bildirmiş, telefon danışığı zamanı quzuların ətinin bir kiloqramına münasibətdə qiymətini danışıb razılaşmışlar. Ertəsi gün xx.xx.2024-cü il tarixdə 04 baş quzunu Vüsalın Kürdəmir şəhəri Bakı prospektində yerləşən ət mağazasına aparmış, quzuları orada olan qəssab kəsmiş və tərəzidə çəkmiş, 04 baş quzunun qiyməti ümumilikdə 990 manat olmuşdur. Vüsal həmin vaxt orada olmadığı üçün zəng vuraraq Vüsaldan quzularının 990 manat pulunu istədikdə Vüsal bir-iki gün ərzində pulu verəcəyini deyib onu inandırmış, Vüsalın söz verdiyi vaxt tamam olsada onu aldadaraq pulunu verməmişdir. Hazırda da pulunu qaytarmadığı üçün ondan şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Şəxsi təsərrüfatında heyvandarlıqla məşğul olur. xx.xx.2024-cü il tarixdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs zəng vuraraq satdıq heyvan olması barədə məlumatının olduğunu deyərək, həmin heyvanları almaq istədiyini bildirmiş, Vüsala quzularını satmaq istədiyini demiş, ertəsi gün xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gəlmiş, satmaq istədiyi quzulara baxmış, onlardan 10 başını 2088 manata almaq barədə onunla razılaşmış, həmin gün 07 baş quzunu aparmış, pulunu iki gün sonra verəcəyini bildirmiş, iki gün sonra xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Vüsal yenidən yaşadığı evin həyətinə gəlmiş, həmin vaxt Vüsal 03 baş quzunu aparmış, Vüsal aldığı 10 baş quzuların pulunu yaxın günlərdə verəcəyini bildirmiş, ancaq Vüsaldan nə qədər pulunu istəsədə onu aldadaraq pulunu verməmişdir. Buna görə də Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, Vüsalın cinayət məsuliyyətinə cəlb edilməsi xahiş etmişdir. Hazırda da pulunu qaytarmadığı üçün ondan şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti düşmənçiliyi olmamışdır. Şəxsi təsərrüfatında heyvandarlıqla məşğul olur. xx.xx.2024-cü il tarixdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs zəng vuraraq satdıq heyvan olması bardə məlumatının olduğunu deyərək, həmin heyvanları almaq istədiyini bildirmiş, işlətdiyi qəssabxananın yerini ona deyərək heyvanları həmin yerə gətirməsini istəmiş, xx.xx.2024cü il tarixdə saat 08 radələrində şəxsi təsərrüfatından 04 baş quzunu götürüb Kürdəmir şəhəri Bakı prospektində yerləşən Vüsalın işlətdiyi qəssabxanaya aparmış, Vüsal heyvanlara baxıb bəyənmiş və onların 04 başını 900 manata almaq barədə onunla razılaşmış, heyvanları kəsmiş, kəsdikdən sonra pulunu istədikdə Vüsal pulu qısa zamanda verəcəyini bildirmişdir. Ancaq nə qədər pulunu istəsədə Vüsal onu aldadaraq pulunu verməmişdir. Təqsirləndirilən şəxs daha əvvəl qəssab fəaliyyəti ilə məşğul olması barədə eşitməmiş, onu tanımamış, Vüsal 04 baş quzuları almağa gələrkən pulunu nəğd şəkildə verəcəyini demiş, ancaq quzuları apardıqdan sonra pulunu müxtəlif vaxtlarda verəcəyi barədə yalandan vəd verərək onu aldatmışdır. Hazırda da pulunu qaytarmadığı üçün ondan şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavəti, düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vuraraq satdıq 01 baş erkək dana olması barədə məlumatının olduğunu deyərək, həmin heyvanı almaq istədiyini bildirmiş, Vüsala özünə məxsus 01 baş erkək dananı satmaq istədiyini bildirmiş, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Vüsal yaşadığı evin həyətinə gəlmiş, satmaq istədiyi 01 baş erkək danaya baxmış, 850 manata razılaşmışlar, Vüsalın yanında gələn tanımadığı qəssab həmin erkək dananı kəsmiş, avtomobilə yüklədikdən sonra Vüsal dananın pulunu bir-iki günə verəcəyini demiş və ona inanıb razılaşmış, Vüsal çıxıb getmiş, Vüsalın söz verdiyi vaxt tamam olsada onun pulunu vermədiyini görüb nə qədər pulunu istəsə də Vüsal onu aldadaraq pulunu verməmişdir. Buna görə də Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, Vüsalın cinayət məsuliyyətinə cəlb edilməsi xahiş etmişdir. Hazırda da pulunu qaytarmadığı üçün ondan şikayətçidir. Məhkəmə istintaqında xx.xx.2024-cü il tarixdə ölmüş Zərərçəkmiş şəxs9 hüquqi varisi X4 elan edilmiş ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayında rayon ərazisində baş vermiş zəlzələ zamanı onlara məxsus, Ağsu rayonu Nuran kəndində yerləşən fərdi yaşayış evinə zərər dəymiş, ev qəzalı vəziyyətdə qalmış, 2024-cü ilin fevral ayının əvvəllərində atası Bakı şəhərində olarkən Ağsu rayon Nuran kəndində yaşayan kənd sakinlərindən özünü Fövqalədə Hallar Nazirliyinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxsin kəndə gəldiyini və zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evləri siyahıya aldığını, nəticədə həmin evləri təmir-bərpa etdirdiyini eşitmiş, zəlzələ nəticəsində onların də evi qəzalı vəziyyətə düşdüyündən evinin təmir-bərpa olunmasında ona köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələri əldə etmiş və Vüsal ilə həmin telefon nömrələri vasitəsi ilə əlaqə saxlayaraq ona evin təmir olunmasında köməklik göstərməsini xahiş etmiş, bundan sonra Təqsirləndirilən şəxs evə baxış keçirdəcəyini və köməklik edəcəyini deyərək evinə gedib, baxış keçirmiş, Təqsirləndirilən şəxs evə baxış keçirdikdən sonra atası ilə telefon əlaqəsi saxlayaraq ona evini təmir edilən evlərin siyahısına saldırmış, evini təmir edtdirəcəyini bildirmiş, lakin bunun müqabilində 2500 manat pul verməli olduğunu bildirmiş, Vüsala həmin məbləğdə pulu olmadığını, qeyd olunan məbləğdə pulu verə bilməyəcəyini bildirmiş, sonda Vüsalla 1500 manat pul qarşılığında razılaşmış, razılığa əsasən əvvəlcə ona 1000 manat, sonra isə 500 manat pul verməli olmuş, 16 fevral 2024-cü il tarixdə atası İsmayıllı rayonundan Ağsu rayonu Nuran kəndinə gedərkən yolda Təqsirləndirilən şəxs zəng edərək Ağsu rayon Nuran kəndinə gəldiyini, görüşmək istədiyini və 1000 manat pulun hazır olduğunu, həmin pulu vermək istədiyini bildirmişdir. Vüsal isə telefonda hazırda Ağsu rayonu ərazisində olmadığını, Bakı şəhərində guya iclasda olduğunu, qohumu Mirdamət adlı şəxsin Nuran kəndi ərazisində olduğunu, pulu görüşərək ona verməsini, Mirdamətin həmin pulu ona çatdıracağını bildirmiş, bundan sonra Vüsal ilə razılaşmış, Ağsu rayon Nuran kəndinin girişində Vüsalın deməsinə görə adı Mirdamət olan şəxslə görüşərək 1000 manat pulu Vüsala çatdırması üçün həmin şəxsə vermiş, 21 fevral 2024-cü il tarixdə isə Vüsal zəng edərək evini təmir ediləcək evlərin siyahısına saldığını, lakin elektron bazaya qeyd olunması üçün qalan 500 manatı da ödəməli olduğunu bildirmiş, bundan sonra telefonunda olan “Birbank” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi 416973*****5407 saylı bank kartı hesabına isə öz kart hesabından 500 manat da əlavə pul göndərmiş, Təqsirləndirilən şəxs ümumilikdə 1500 manat məbləğində pulu atasından aldıqdan sonra qısa müddət ərzində evinin təmir olunacağını desə də, vədinə əməl etməmiş, pulu da qaytarmamışdır. Buna görə də atası Ağsu RPŞ-na ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda da pullarını qaytarmadığı üçün ondan şikayətçidir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus Ağsu rayonu Nuran kəndində yerləşən fərdi yaşayış evi var. 2019-cu ildə rayon ərazisində baş vermiş zəlzələ zamanı özünə məxsus evinə zərər dəymiş, həmin vaxt zərər dəymiş evlər siyahıya salınarkən, evi siyahıya salınmamış, 26 fevral 2024-cü il tarixdə kənd ərazisində olarkən, kənd sakinləri öz aralarında danışarkən, bir nəfər şəxsin kəndə gəldiyini zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evləri, siyahıya alıb, təmir etdirdiyini eşitmiş, bundan sonra həmin şəxsə yaxınlaşmış, həmin şəxs adının Vüsal olduğunu deyərək, özünü Fövqalədə Hallar Nazirliyinin işçisi kimi təqdim etmiş, kənddə ziyan dəymiş evləri siyahıya aldığını, əgər onun da evi qəzalıdırsa həmin siyahıya sala biləcəyini bildirmiş, həmin gün Vüsal evinə baxış keçirmiş, evini təmir edəcəyi vədini verərək, bunun qarşılığında 3000 manat pul istəmiş, Vüsala həmin məbləğdə pulu olmadığını, kasıb olduğunu , pul verə bilməyəcəyini bildirmiş, sonda Vüsalla 500 manat pul qarşılığında razılaşmış, həmin gün, yəni 26 fevral 2024-cü il tarixdə tanışlarından borc alaraq əlbəəl Vüsala 300 manat pul vermiş, 14 mart 2024-cü il tarixdə isə həmkəndlisi Zərərçəkmiş şəxs4 telefonunda olan “Birbank” tətbiqi vasitəsi ilə Vüsalın ona verdiyi bank kartı hesabına əlavə olaraq 100 manat da pul göndərmiş, Vüsal onun evini 400 manata təmir etdirəcəyi barədə razılaşmış, ümumilikdə Təqsirləndirilən şəxs 400 manat pul verdikdən sonra Vüsal qısa müddət ərzində evinin təmir olunacağını desə də, vədinə əməl etməyərək, eləcədə pulunu qaytarmayaraq onu aldatmışdır. Ağsu RPŞ-na ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Ağsu rayonu Zərqava kəndində yerləşən fərdi yaşayış evinə 2019-cu ilin fevral ayında rayon ərazisində baş vermiş zəlzələ zamanı zərər dəymiş, həmin vaxt zərər dəymiş evlər siyahıya salınarkən, öz evini həmin siyahıya salsa da, bu vaxta kimi evi təmir etdirilməmiş, 2024-cü ilin fevral ayının 14-də yaşadığı kənddə olarkən, kəndə bir nəfər şəxsin gəldiyini, qəzalı vəziyyətdə olan evləri, yəni zəlzələ nəticəsində ziyanlıq dəyən evləri siyahıya aldığını, həmin evlərin dövlət tərəfindən təmir etdiriləcəyini eşitmiş, bundan sonra həmin şəxsin yanına yaxınlaşmış, adının Vüsal kimi, özünü Fövqalədə Hallar Nazirliyinin işçisi kimi təqdim edən şəxs ona kənddə ziyan dəymiş evləri siyahıya alacağını və dövlət tərəfindən həmin evlərin təmir ediləcəyini bildirmiş, həmin vaxt Vüsal Mehrəliyevə evinin zəlzələdə qəzalı vəziyyətə düşdüyünü, evinin təmir olunmasında ona köməklik etməsini xahiş etmiş, bundan sonra Vüsal Mehrəliyev ilə birlikdə yaşadığı evin olduğu yerə getmiş, sonra həmin gün Vüsal evinə baxış keçirmiş, həmin vaxt evini təmir etdirəcəyi vədini verərək, bunun qarşılığında 2500 manat pul verməli olduğunu bildirmiş. Vüsala həmin məbləğdə pulu olmadığını, kasıb adam olduğunu, həmin pulu verə bilməyəcəyini bildirmiş, bundan sonra Vüsal Mehrəliyev evini tərk edərək çıxıb getmiş, 2024-cü ilin fevral ayının 19-da Vüsal adlı şəxs yenidən evinə gəlmiş, Vüsal evini təmir etdirə biləcəyini, hansı məbləğə gücü çatdığını ondan soruşmuş, Vüsal Mehrəliyevə 400 manat pul verə biləcəyini dedikdən sonra Vüsal Mehrəliyev həmin məbləğdə pulu ona verməsini bildirmiş, bundan sonra evinin həyətində Vüsala 400 manat pul vermiş, Vüsal pulu ondan aldıqdan sonra qısa müddət ərzində evinin təmir olunacağını desə də, Vüsal vədinə əməl etməyərək onu aldatmış, pulunu ələ keçirmiş, həmçinin Vüsal Mehrəliyev ondan başqa həmin yalan vədləri verərək həmkəndliləri Zərərçəkmiş şəxs1 600 manat və Fərahim Şıxaliyevdən 1800 manat pul alaraq onları da aldatmışdır. Sonradan Vüsal ilə əlaqə saxlayaraq ondan pulunu geri istəsədə qaytaracağı barədə müxtəlif vaxtlara yalandan vəd verərək Vüsal onu aldadıb dələduzluq etmişdir. Buna görə də Ağsu RPŞ-na şikayət edərək onu aldadıb dələduzluq etdiyinə görə Vüsalın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərmişdir ki, özünə məxsus “Mersedes 190” markalı ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs onu Kürdəmir rayonu Qarasu kəndinə aparıb-gətirməsini istəmiş, Vüsalı həmin kəndə aparmış, Vüsal həmin kənddə bir həyətdən 10 baş quzu almış, həmin quzuların hamısını ümumilikdə 2088 manata almaq barədə razılaşmışlar, həmin quzuların 07 başını onun avtomobili ilə Kürdəmir şəhəri Bakı prospektində yerləşən Vüsalın işlətdiyi qəssabxanaya gətirib boşaltmış, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Vüsal yenidən onu Kürdəmir rayonu Qarasu kəndinə aparıb-gətirməsini istəmiş, Vüsalı həmin tarixdə Kürdəmir rayonu Qarasu kəndinə aparmış, orada olan 03 baş quzunu da Vüsal onun avtomobilinə qoyaraq Kürdəmir şəhəri Bakı prospektində yerləşən Vüsalın işlətdiyi qəssabxanaya gətirmiş, Vüsal Kürdəmir rayonu Qarasu kəndində 10 baş quzuları alarkən sahibinə pul verməyərək pulunu sonradan verəcəyi barədə razılaşmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.4, 177.2.3, 66.3cü maddələri ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ağsu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2, 69.3-cü maddələri ile 01 il 09 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağsu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnın 178.2.2, 66.2, 66.5, 69.3-cü maddələri ilə 02 il 03 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tərtər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2, 178.2.4, 67.1-ci maddələri ilə 03 il 06 ay azadlıqdan mehrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzası 03 il 01 aya endirilmiş, xx.xx.2023-cü il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 01 il 03 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, Gəncə ŞBPİ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi ilə xitam edilmişdir. Təqsirləndirilən şəxs əvvələr məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. -"Kürdəmir rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-698/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X13 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-174641/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. -İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri Bakı prospektində pulunu sonradan verəcəyi adı ilə qiyməti 990 manat təşkil edən 04 baş quzunu alıb, pulunu verməyərək Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs7 Kürdəmir rayonu Şilyan kəndi ərazisində pulunu sonradan verəcəyi adı ilə xx.xx.2024-cü il tarixdə 07 baş və xx.xx.2024-cü il tarixdə 03 baş olmaqla ümumi qiyməti 2088 manat təşkil edən 10 baş quzunu alıb, pulunu vermyerek Zərərçəkmiş şəxs7 qarşı dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs8 xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri Bakı prospektində pulunu sonradan verəcəyi adı ilə qiyməti 900 manat təşkil edən 04 baş quzunu alıb, pulunu vermyərək Zərərçəkmiş şəxs8 qarşı dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində pulunu sonradan verəcəyi adı ilə qiyməti 850 manat təşkil edən 01 baş inək alıb, pulunu vermyərək Zərərçəkmiş şəxs6 qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunmuş əməllərini tək etmiş, heç kimin məlumatı və köməkliyi olmamış, aldığı pullardan heç kimə hər hansı məbləğdə pul verməmiş, verəcəyi barədə heç bir sövdələşmə etməmişdir. - İş üzrə Zərərçəkmiş şəxs4 Arif oğlu ərizə ilə məhkəməyə müraciət edərək. məhkəməyə gələ bilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. - işdə olan, xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, iş üzrə Zərərçəkmiş şəxs9 xx.xx.2024-cü ildə ölmüş, xx.xx.2025ci il tarixli qərarla oğlu X9 onun hüquqi varisi qismində tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün yuxarıda qeyd edilən hallarla bağlı etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür . Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə tərbiq edilməli olan cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 39cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş 10728 manat maddi ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2, 178.2.4, 67.1-ci maddələri ilə 03 il 06 ay azadlıqdan mehrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 03 il 01 aya endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il 03 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə ki, CM-nin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökm ilə təyin edilmiş cəzadan azad edildikdən sonra həmin cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən hazırki cinayət əməlini törətməsi onun əməlində cinayətin sadə residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və sonrakı davranışını, əvvəllər törətdiyi eyni cinayət əməlini təkrar törətməklə təyin olunmuş cəmiyyətdən tam təcrid edilmədən cəzanın onun islah olunmasına kifayət etmədiyini nəzərə alaraq, ona CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəzadan şərti azad edildiyi müddət ərzində, yəni 2024-cü ilin fevral-mart aylarında 9 epizod dələduzluq əməlini törətmişdir. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 il 03 ay 25 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barəsində Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, həmin Məcəllənin 67.1-ci maddəsinə müvafiq olaraq Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 01 il 03 ay 25 gün yeni hökm üzrə təyin edilmiş cəzaya tam və ya qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməlidir. Cinayət işinə əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablanmışdır. Ona görə də, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş 10728 manat maddi ziyanın ödənilməməsi, iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 110 (yüz on) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 il 03 ay 25 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 01 il 03 ay 25 gün yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, üzərində qəti olaraq 4 (dörd) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 110 (yüz on) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-37/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-37/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver