Məhkəmə qərarları › İş №1(041)-38/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-38/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-38/2025 20.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-ci ildə Bakı şəhəri, Qaradağ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay şossesi küçəsi, ev 11, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “həbs”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs vahid qəsdlə əhatə edən tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.1981-ci il təvəllüdlü Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs 7500 manat müqabilində hərracdan ucuz avtomobil alacağı barədə inandıraraq yalandan vəd edib, sonuncunun xx.xx.2024-cü il tarixdə saat 22:39-da Kürdəmir rayonu, Atakişli kəndində yerləşən “Million” ödəmə terminalı vasitəsi ilə ona məxsus “Leo” banka aid 4098-5844-6500-3729 saylı bank kartına göndərdiyi 5000 manat pulu və həmin günü eyni yerdən saat 22:41-də göndərdiyi 2500 manat pulu, yəni ümumilikdə 7500 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs aldatma və etibardan sui-istifadə etməklə xeyli miqdarda maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ot daşıma fəslindən tanıyır. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu, Muradxan kəndində Zərərçəkmiş şəxs məxsus ot tayalarını daşımaq üçün həmin kəndə getmiş, Kürdəmir rayonu, Muradxan kəndində olan zaman İsmətlə söhbət zamanı o, Pikap modelli avtomobili almaq istəməsini dedikdə, İsmətə hərracdanda ucuz avtomobil ala biləcəyini bildirmişdir. İsmətdə ona fikirləşib bir cavab deyəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Turkiyə Respublikasında olan zaman İsmətə zəng edib ona Gürcüstan Respublikasına keçdiyini və avtomobil istəyib-istəmədiyini soruşduqda, İsmət onunla razılaşmış, sonra İsmətdən onun “Leo” bank kartına 7500 manat pul göndərməsini istəmiş, İsmət də ona avtomobil alınması üçün 7500 manat pul göndərmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, sonra həmin pulu İsmətə qaytarmağı düşünsə də, maddi imkanı olmadığından pulu İsmətə qaytara bilməmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavabında göstərmişdir ki, məqsədi İsmət üçün 7500 manata maşın gətirmək olmuşdur. Lakin şəxsi ehtiyacları üçün lazım olduğundan pulu xərcləmişdir. Daha sonra İsmətdən vaxt istmiş, lakin pulu geri qaytara bilməmişdir. O, sonradan Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödəmiş, onunla barışmışdır. Cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Kürdəmir rayonu, Muradxan kəndi ərazisində əkin işləri ilə məşğul olur, bu məqsədlə özü üçün “pikap” modelli avtomobil almaq istəmişdir. Bunu tanışı Təqsirləndirilən şəxs da demişdir. Azad ona hərracda “Mitsubishi L200” markalı avtomobil olduğunu bildirmiş, istədiyi təqdirdə həmin avtomobillərdən birini onun üçün gətirə biləcəyini, bu məqsədlə gün ərzində ondan 7500 manat pul göndərməsini istəmişdir. Azadın ona göndərdiyi bank hesabına Kürdəmir rayonu, Atakişili kəndində yerləşən “Oba” mağazasının qarşısındakı “million” terminalı vasitəsilə 5000 manat, sonra isə əlavə olaraq 2500 manat göndərməklə, ümumilikdə 7500 manat pul göndərmiş, Azad ona həmin avtomobili uzağı iki həftə ərzində təhvil verəcəyini bildirmişdir. İki ay keçməsinə baxmayaraq ona avtomobili təhvil vermədiyindən, Azaddan pulunu geri istəmişdir. Azad da hər dəfə müxtəlif bəhalərlə qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavabında göstərmişdir ki, Təqsirləndirilən şəxs 7500 manat pulu onun üçün hərracdan avtomobil alması məqsədilə vermişdir. Lakin sonradan Azadın onu aldatmasını gördükdə, Azaddan pulunu geri qaytarmasını istəmiş, lakin Azad pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs sonradan ona vurulmuş ziyanı tamamilə ödədiyindən onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, hadisəyə qədər təqsirləndirən şəxs Təqsirləndirilən şəxs cəmi bir dəfə görmüşdür. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs isə əmisi oğludur. Zərərçəkmiş şəxs kənd təsərüfatı ilə məşğuldur, əkin əkir, becərir. İsmət “pikap” markalı avtomobil almaq istiyirdi. Sonra ona demişdir ki, Azad adlı şəxs ona hərracda pikap olduğunu bildirmişdir. Öz başına dələduzluq hadisəsi gəldiyi üçün, İsmətə ilk öncə dəqiqləşdirməsini demişdir. İsmət də ona Azadın tanıdığı, çörək kəsdiyi adam olduğunu bildirmişdir. Onların ağsaqqal Cahid dayıları var, onun da qohumu olduğunu demişdir. O da İsmətə etibarlı adamdısa, problem olmadığını demişdir. İsmət maşınsız olduğu üçün onunla getməsini istəmiş, Kürdəmirdə 4 yol dairəsi adlanan yerdə Cavidan marketin yanından, “milliön” ödəmə terminalı vasitəsi ilə 7500 manat pulu Azadın göndərdiyi bank hesabına göndərmişdir. Şahid verilmiş suallara cavabında bildirmişdir ki, Zərərçəkmiş şəxs ona demişdir ki, pikap avtomobili almaq istəyir. O da Zərərçəkmiş şəxs ehtiyatlı olmasını, aldana biləcəyini, ilk öncə dəqiqləşdirməsini demişdir. Onun yanında İsmət Azadla zənglə danışdıqdan sonra onlar razılaşmışlar. Bundan sonra “milliön” ödəmə terminalı vasitəsi ilə 7500 manat pulu Azadın göndərdiyi bank hesabına göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir (i.v.1); - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onun üçün ölkə daxilində keçirilən hərracdan avtomobil alacağını vəd etmiş, xx.xx.2024-cü il tarixdə “Milliön” terminalı vasitəsi ilə göndərdiyi 7500 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (i.v.3); - xx.xx.2024-cü il tarxili protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 18:30-da tutulmuşdur (i.v.35-36); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuşdur (i.v.53); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən dərhal azad edilmişdir (i.v. 63-65); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsidən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail RPİ-nin ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilərək xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü madəsi ilə cinayət işi xitam olunmuşdur (i.v.69-71); - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ödəniş qəbzlərinin surəti və “Leo” banka aid 4098-5844-6500-3729 saylı bank kartının çıxarışı iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır (i.v.88-91); - Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərüfatı Birliyi 156 saylı Mənzil- Kommunal İstismar Sahəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Torağay yolu küçəsində yerləşən 11 saylı binanın 6 №-li mənzilində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, himayəsində bir azyaşlı uşağı vardır (oğlu-2012-ci il təvəllüdlü İ.Təqsirləndirilən şəxs) (i.v.79-81); - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs Soktanəli oğlunun məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur; - xx.xx.2024-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ümumilikdə 7500 manat olan ziyanın 25 faizini, yəni 1875 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1 maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusu ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində və təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayət və ya tələbinin olmadığını və onunla barışdığını göstərmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ümumilikdə 7500 manat ziyanın 25 faizini, yəni 1875 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. İş üzrə maddi sübutlar – ödəniş qəbzlərinin surətləri və “Leo” banka aid 4098-5844- 6500-3729 saylı bank kartının çıxarışı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyanın ödənilməsi, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat üzrə hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 93 (doxsan üç) manat xidmət haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321.2.1 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü madəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə maddi sübutlar – ödəniş qəbzlərinin surətləri və “Leo” banka aid 4098-5844- 6500-3729 saylı bank kartının çıxarışı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi ziyanın ödənilməsi, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 93 (doxan üç) manat xidmət haqqı ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar