Məhkəmə qərarları › İş №1(041)-39/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-39/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-39/2023 25.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 və Nümayəndə2 İskəndər oğlunun iştirakı ilə xx.xx.1962-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMCnin direktoru vəzifəsində işləmiş və hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, 25 aprel 2008-ci il tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan və hüquqi şəxsin müraciətinə əsasən 18 yanvar 2023-cü il tarixdən fəaliyyəti dayandırılan, hüquqi ünvanı Kürdəmir şəhəri, H.Əliyev prospekti, ev 41 olan "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi və faktiki rəhbəri olmaqla həmin Cəmiyyətin 23 aprel 2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati-sərəncamverici səlahiyyətləri öz üzərinə götürməklə faktiki icra edən vəzifəli şəxs kimi Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş X11, Kürdəmir rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləmiş X3, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X14 ilə cinayətkar əlaqəyə girib qulluq mövqelərindən istifadə etməklə onlara etibar edilmiş əmlakı vahid niyyətlə mənimsəməklə talamaq məqsədilə X6 verdiyi tapşırıq əsasında aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar şəbəkə üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində qəsdən zidd olaraq istifadə edərək 2015-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi həmin nümayəndəliyin Kürdəmir rayonu, Topalhəsənli kəndində yerləşən inzibati binasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Rasim Rəsulovla qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə sonuncu tərəfindən tərtib edilmiş kassa məxaric orderlərinin məzmununa həmin nümayəndəliyə, həmçinin maliyyə-təsərrüfat fəaliyyəti nümayəndəlik tərəfindən həyata keçirilən Topalhəsənli kənd körpələr evi-uşaq bağçasına və kənd tam orta məktəbinə guya müxtəlif təsərrüfat malları və qiymətlilərin alınması görüntüsü yaratmaqla Rasim Rəsulovun tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 2015-ci ilin mart ayından 2020-ci ilin avqust ayına qədər olan tarixləri əhatə edən qaimə-fakturaları və elektron qaimələri tərtib edərək mal-material qiymətliləri almaq üçün qeyd edilən müddət ərzində cəmi 32.896,05 manat məbləğində pul vəsaitini Kürdəmir rayonu üzrə Maliyyə Şöbəsi vasitəsilə rəhbəri olduğu cəmiyyətin "xxxx" ASC-nin Kürdəmir filialında olan h/hAZ34İBAZ******************** nömrəli hesablaşma hesabına köçürüb, yalnız 18 may 2020-ci il tarixli 015778 nömrəli elektron qaimə ilə 3 adda 1.083,05 manat məbləğində mal-material qiymətliləri alınaraq Nümayəndəlik üzrə maddi-məsul şəxsin hesabına mədaxil edilərək, qalan, o cümlədən, həmin nümayəndəlik üzrə 2.432 manat, Topalhəsənli kənd körpələr evi-uşaq bağçası üzrə 27.276 manat və Topalhəsənli kənd tam orta məktəbi üzrə 2.105 manat, cəmi 31.813 manat məbləğində pul vəsaitini Kürdəmir rayonu ərazisində həmin müddətdə bankdan çıxararaq nağdlaşdırılıb Rasim Rəsulova verməklə həmin pul vəsaitini əlbir olduğu Ceyhun Cəfərov, Tacəddin Novruzov və Rasim Rəsulov ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Ceyhun Cəfərov, Tacəddin Novruzov və Rasim Rəsulovla qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək Kürdəmir rayonu üzrə Maliyyə Şöbəsinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 31.813 (otuz bir min səkkiz yüz on üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, vəzifəli şəxs kimi Ceyhun Cəfərov, Tacəddin Novruzov və Rasim Rəsulovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Rasim Rəsulovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatını əhali arasında nüfuzdan salıb, sakinlər qarşısında etimadsızlığına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə və əmlak hüquqlarına vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş X11, Kürdəmir rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləmiş X3 və Kürdəmir rayon Mənzil İstismarı sahəsinin rəisi vəzifəsində işləmiş Şahid1 ilə cinayətkar əlaqəyə girib qulluq mövqelərindən istifadə etməklə onlara etibar edilmiş əmlakı mənimsəməklə talamaq məqsədilə X6 verdiyi tapşırıq əsasında aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar şəbəkə üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 2018-2020-ci illər ərzində Sahənin ünvan 4 ünvanda yerləşən inzibati binasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Şahid1la Mənzil İstismarı sahəsinə nəqliyyat vasitələrinin ehtiyat hissələrinin alınması görüntüsü yaratmaqla formal alqı-satqı müqavilələri bağlayıb, bununla əlaqədar ödəniləcək pul vəsaitini ələ keçirməkdən ibarət aralarındakı cinayətkar tamah niyyətinə uyğun olaraq, Şahid1 ilə arasında alqı-satqı müqavilələri bağlanaraq həmin müqavilələrin məzmununa sonuncu tərəfindən həmin sahənin ünvan 4 ünvanında yerləşən inzibati binasında rəhbəri olduğu cəmiyyətdən həmin Sahəyə guya 2018-ci ilin dekabr ayında dəyəri 2.560 manat olan 1(bir) ədəd dirsəkli valın, 2019-cu ilin may ayında dəyəri 1.300 manat olan 1(bir) ədəd kompressorun və dəyəri 2.200 manat olan 1(bir) ədəd remkomplektin, 2019-cu ilin iyul ayında dəyəri 880 manat olan 2 (iki) ədəd təkərin, 2020-ci ilin aprel-iyul aylarında dəyəri 1.850 manat olan 5 (beş) ədəd təkərin, dəyəri 267 manat olan 1(bir) ədəd feredokun, dəyəri 1.110 manat olan 1 (bir) ədəd nakladkanın, dəyəri 1.025 manat olan 1 (bir) ədəd muftanın, dəyəri 855 manat olan 1 (bir) ədəd rulavoy kalonkanın və dəyəri 780 manat olan 1 (bir) ədəd ressor olan nəqliyyat vasitələrinin ehtiyat hissələrinin alınması görüntüsü yaratmaqla tamah niyyətilə məzmununa ünvan 4 ünvanında yerləşən inzibati binasında bilə-bilə yalan məlumatlar daxil edilən saxta rəsmi sənədləri - 2018-2020-ci il tarixli ödəniş tapşırıqlarını təsdiq etdirərək 12.827 manat məbləğində pul vəsaitinin Kürdəmir rayonu üzrə Maliyyə Şöbəsi vasitəsilə rəhbəri olduğu cəmiyyətin "xxxx" ASC-nin Kürdəmir filialında olan AZ73AZPO******************** nömrəli hesabına köçürülüb Kürdəmir rayonu ərazisində tərəfindən bankdan həmin müddətlərə uyğun çıxararaq nağdlaşdırmaqla, ümumilikdə 12.827 manat məbləğində pul vəsaitini əlbir olduğu Ceyhun Cəfərov, Tacəddin Novruzov və Şahid1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək Kürdəmir rayonu üzrə Maliyyə Şöbəsinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 12.827 (on iki min səkkiz yüz iyirmi yeddi) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, vəzifəli şəxs kimi Ceyhun Cəfərov, Tacəddin Novruzov və Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatını əhali arasında nüfuzdan salıb, sakinlər qarşısında etimadsızlığına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə və əmlak hüquqlarına vahid niyyətlə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, 25 aprel 2008-ci il tarixdə "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçirərək təsis etmiş, faktiki rəhbəri də özü olmuşdur. "xxxx" MMC-nin vergi ödəyicisinin edintifikasiya nömrəsi ********** olmuşdur. Cəmiyyətin hüquqi ünvanı ünvan 5azimatları və qarışıq malların satışı fəaliyyətidir. Cəmiyətin nizamnaməsinə əsasən fəaliyyətinə cəmiyyətə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və s. aiddir. Kürdəmir rayon İcra Hakimiyyəti, o cümlədən Mənzil İstismarı sahəsinə nəqliyyat vasitələrinin ehtiyat hissələrinin və Topalhəsənli kənd körpələr evi-uşaq bağçasına və kənd tam orta məktəbinə təsərrüfat malları və qiymətlilərin alınması üçün 2015-2020-ci illərdə müraciət olunmuş və mal-material alınması üçün "xxxx" ASC-nin Kürdəmir filialında olan h/hAZ34İBAZ******************** nömrəli və "xxxx" ASC-nin Kürdəmir filialında olan AZ73AZPO******************** nömrəli hesablaşma hesablarına köçürülən pul vəsaitlərinin əvəzinə malları təhvil vermiş, lakin köçürülən pul vəsaitindən cəmi 10 faizini özündə saxlamışdır. Belə ki, həmin 10 faizdən 5 faizini vergi, 1.5 faizini bank xərcləri ödəmiş, qalan 3.5 faizi isə özünə şəxsi istifadə üçün saxlamışdır. Kürdəmir rayon İcra Hakimiyyətinin və onun nəzdində olan müəssisələrin hər hansı bir vəzifəli şəxsinə pul vəsaitini nağdlaşdırıb təqdim etməmiş, yalnız qeyd etdiyi kimi əlavə olaraq köçürülməli olan pul vəsaitini 10 faiz şişirdib pul vəsaitini sənədlərdə artıq göstərərək həmin pul vəsaitini mənimsəmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və iş üzrə vurulmuş ziyanın digər şəxslər tərəfindən tam ödənilməsini nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyə Nəzarəti Xidmətinin baş məsləhətçisi Nümayəndə1 izahatında göstərdi ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2015-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi olan dövrdə büdcə vəsaiti hesabına malsatan təşkilatlardan alındığı rəsmiləşdirilmiş 32.896,05 manat məbləğində mal-material qiymətlilərindən faktiki olaraq "xxxx" MMC-dən alındığı rəsmiləşdirilmiş 18 may 2020-ci il tarixli 015778 nömrəli elektron qaimə ilə 3 adda 1.083,05 manat məbləğində mal-material qiymətliləri alınaraq Nümayəndəlik üzrə maddi-məsul şəxsin hesabına mədaxil edilmiş, qalan 31.813,05 manat məbləğində, o cümlədən Nümayəndəlik üzrə 2.432 manat, Topalhəsənli kənd körpələr evi-uşaq bağçası üzrə 27.276 manat və Topalhəsənli kənd tam orta məktəbi üzrə 2.105 manat məbləğində mal-material qiymətliləri faktiki olaraq verilməmişdir. Dəymiş ziyan fakitiki olaraq başqa şəxslər tərəfindən ödənilmişdir. Hazırda da Təqsirləndirilən şəxs qarşı heç bir maddi tələbləri və şikayətləri yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Nümayəndə2 ifadəsində göstərdi ki, 21 iyul 2020-ci il və 21 avqust 2020-ci il tarixli qərarları ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə dövlət büdcəsindən Kürdəmir Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, kənd ərazi nümayəndəliklərinə (seçmə qaydada), habelə rayonun abadlığına ayrılmış vəsaitlərin və dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən (əsaslı kapital qoyuluşu (investisiya xərcləri) üzrə nəzərdə tutulan vəsaitlərdən, dövlət büdcəsinin Ehtiyat Fondundan, X4) rayona ayrılmış vəsaitlərin, haqqı ödənilən ictimai işlərin həyata keçirilməsinə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitlərin təyinatına xərclənməsi, həmçinin Kürdəmir Kommunal Müəssisələri Kombinatının, X10 İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətləri üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmaqla kompleks yoxlamalar təyin edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 12 oktyabr 2020-ci il tarixli aktından görünür ki, Kürdəmir rayon Mənzil İstismarı Sahəsində 2019-cu ildə dəyəri 2.560 manat olan 1(bir) ədəd dirsəkli valın, dəyəri 1.300 manat olan 1(bir) ədəd kompressorun, dəyəri 2.200 manat olan 1(bir) ədəd remkomplektin, dəyəri 880 manat olan 2 (iki) ədəd təkərin, 2020-ci ilin yanvar-iyul aylarında dəyəri 1.850 manat olan 5(beş) ədəd təkərin, dəyəri 267 manat olan 1(bir) ədəd feredokun, dəyəri 1.110 manat olan 1(bir) ədəd nakladkanın, dəyəri 1.025 manat olan 1 (bir) ədəd muftanın, dəyəri 855 manat olan 1(bir) ədəd rulavoy kalonkanın və dəyəri 780 manat olan 1(bir) ədəd ressorun, ümumilikdə 12.827 manat dəyərində ehtiyat hissələrinin nəqliyyat vasitələrinin üzərinə quraşdırılmadığı və sürücülərə verilmədiyi aşkar edilmişdir.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 22 oktyabr 2020-ci il tarixli aktından görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2015-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi olan dövrdə büdcə vəsaiti hesabına malsatan təşkilatlardan alındığı rəsmiləşdirilmiş 32.896,05 manat məbləğində mal-material qiymətlilərindən faktiki olaraq "xxxx" MMC-dən alındığı rəsmiləşdirilmiş 18 may 2020-ci il tarixli 015778 nömrəli elektron qaimə ilə 3 adda 1.083,05 manat məbləğində mal-material qiymətliləri alınaraq Nümayəndəlik üzrə maddi-məsul şəxsin hesabına mədaxil edilmiş, qalan 31.813,05 manat məbləğində, o cümlədən Nümayəndəlik üzrə 2.432 manat, Topalhəsənli kənd körpələr evi-uşaq bağçası üzrə 27.276 manat və Topalhəsənli kənd tam orta məktəbi üzrə 2.105 manat məbləğində mal-material qiymətliləri faktiki olaraq verilməmişdir. Cinayət işi üzrə nəqliyyat vasitələrinin ehtiyat hissələrinin alınması ilə bağlı Kürdəmir rayon Mənzil İstismarı sahəsindən 2018-2020-ci il tarixli ödəniş tapşırıqları, müqavilələr götürülərək cinayət işinə əlavə edilmişdir. Həmin ödəniş tapşırıqarından görünür ki, 2018-2020-ci il tarixlərində müxtəlif məbləğlərdə pul vəsaitləri hüquqi şəxsin hesabına köçürülmüşdür. Belə ki, "xxxx" MMC-nin "xxxx" ASC-nin Kürdəmir filialında olan AZ73AZPO******************** nömrəli hesabına köçürülməklə cəmi 12.827 manat məbləğində pul vəsaitləri nağdlaşdırılaraq ələ keçirilmişdir. Dəymiş ziyan fakitiki olaraq başqa şəxslər tərəfindən ödənilmişdir. Hazırda da Təqsirləndirilən şəxs qarşı heç bir maddi tələbləri və şikayətləri yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2015-ci ilin fevral ayından 17 oktyabr 2019-cu ilədək, həmçinin 09 dekabr 2019-cu il tarixdən hazırki günə qədər Kürdəmir rayon Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləyir. Kürdəmir rayon icra başçısının İ müavini Tacəddin Novruzov onu xidməti otağına dəvət edərək icra başçısı Ceyhun Cəfərovun göstərişi olduğu üçün rayonda abdalıq işləri üçün ona hər ay təxminən ***-**** manat məbləğləri arasında pul verməsi barədə göstəriş vermiş, icra başçısının göstərişi olduğu üçün özünün maddi imkanı olmadığından idarə üçün ayrılmış pul vəsaitindən müəyyən məbləğlərdə pul vəsaitini sənədləşdirərək nağdlaşdırıb vermək məcburiyyətində qalmışdır. Buna görə 2019-cu ildə idarə tərəfindən dəyəri 2560,00 manat olan 1(bir) ədəd dirsəkli val, 2019-cu ildə dəyəri 1300,00 manat olan 1(bir) ədəd kompressor, dəyəri 2200,00 manat olan 1(bir) ədəd remkomplekt, dəyəri 880,00 manat olan 2 (iki) ədəd təkər, 2020-ci ilin yanvar-iyul aylarında dəyəri 1850,00 manat olan 5(beş) ədəd təkər, dəyəri 267,00 manat olan 1 (bir) ədəd feredok, dəyəri 1110,00 manat olan 1(bir) ədəd nakladkan, dəyəri 1025,00 manat olan 1 (bir) ədəd mufta, dəyəri 855,00 manat olan 1 (bir) ədəd rulavoy kalonka və dəyəri 780,00 manat olan 1 (bir) ədəd ressor, ümumlikdə 12827,00 manat dəyərində avtomobil üçün ehtiyat vasitələrinin alınması barədə sənədləşmə işləri görmüş, lakin faktiki olaraq həmin əşyalar idarəyə alınmamışdır. Həmin pul vəsaiti nağdlaşdırılmaq üçün "xxxx" MMC-nin bank hesabına köçürülmüş, ona nağd şəkildə vermişdir. Ona nağd şəkildə verilmiş 10.261,6 manat pulun hamısını 2019- 2020-ci illər ərzində Tacəddin Novruzovun xidməti otağında ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, 01 aprel 2008-ci il tarixdən Kürdəmir rayonu Topalhəsənli kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyir. Topalhəsənli kənd körpələr evi-uşaq bağçasına "xxxx" MMC və "xxxx" MMC-dən alındığı ümumilikdə 2015-2020-ci illər ərzində 27.276 manat məbləğində malmaterial qiymətlilərin dövlət büdcəsi vəsaiti hesabına verilməsi göstərilsə də həmin qaiməfakturalarda göstərilmiş inventarlar ona icra nümayəndəliyi tərəfindən heç vaxt verilməmişdir. Bu barədə yalnız maliyyə yoxlaması gedən zaman öyrənmişdir ki, bağçaya müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə inventar verilməsi rəsmiləşdirilmiş, lakin əslində isə bunlardan xəbəri və məlumatı olamamış, həmin inventarlar bağçaya verilməmişdir. Göstərilən qaima-fakturalardan yalnız "xxxx" MMC-dən alındığı rəsmiləşdirilmiş xx.xx.2019-cü il tarixli 231669 nömrəli elektron qaimə ilə 7 adda 1458 manat məbləğində, xx.xx.2019-cu il tarixli 324259 nömrəli elektron qaimə ilə 10 adda 300 manat məbləğində, xx.xx.2019-cu il tarixli 584569 nömrəli elektron qaimə ilə 16 adda 400 manat məbləğində mal-material təhvil alınmasına dair qaimədə “təhvil aldım” qrafasındakı imza ona məxsusdur, digər heç bir qaimədəki imza ona məxsus deyildir, həmin imzaların ona məxsus olmasına baxmayaraq həmin qaimədə göstərilmiş inventarlar da ona verilməmişdir. Sadəcə olaraq icra nümayəndəsi Rasim Rəsulovun təhdidi və hədə qorxu gəlməsi nəticəsində həmin qaimələrə imza etmişdir. İmza edən zaman da həmin materialları bağçaya verilməsini tələb etmiş, lakin Rasim Rəsulov onları verməmiş, öz vəsaiti hesabına alınıb qoyulmasını ondan tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2014-cü ilin oktyabr ayından Kürdəmir rayonu Topalhəsənli kənd icra nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsində işləyir. Topalhəsənli kənd körpələr evi-uşaq bağçasına "xxxx" MMC və "xxxx" MMC-dən alındığı ümumilikdə 2015-2020-ci illər ərzində 27.276 manat məbləğində mal-material qiymətlilərin dövlət büdcəsi vəsaiti hesabına verilməsi rəsmiləşdirilsə də həmin qaimə-fakturalarda göstərilmiş inventarlar uşaq bağçasına heç vaxt verilməmişdir. Topalhəsənli kənd icra nümayəndəliyi tərəfindən 2015-ci ilin mart ayından 2020-ci ilin avqust ayına qədər olan dövrdə büdcə vəsaiti hesabına malsatan təşkilatlardan alındığı rəsmiləşdirilmiş 32.896,05 manat məbləğində mal-material qiymətlilərindən "xxxx" MMC-dən alındığı rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli 015778 nömrəli elekton qaimə ilə 3 adda 1083,05 manat məbləğində mal-material qiymətliləri alınaraq nümayəndəlik üzrə maddi-məsul şəxsin hesabına mədaxil edilmiş, qalan 31.803,05 manat məbləğində, o cümlədən nümayəndəlik üzrə 2432 manat, uşaq bağçası üzrə 27.276 manat və kənd tam orta məktəbi üzrə 2105 manat məbləğində mal-material qiymətliləri faktiki olaraq ona verilməmiş və bu qiymətlilər barədə məlumatı olmamışdır. Qiymətlilərin təhvil alınmasına dair bəzi qaimə-fakturalarda imza etməsinə baxmayaraq həmin qiymətlilər ona təhvil verilməmişdir. Yuxarıda qeyd edilən dövr ərzində alınması rəsmiləşdirilmiş qaima-fakturaları icra nümayəndəsi Rasim Rəsulov ona təqdim etmiş, baş mühasib kimi qiymətlilərin alınması üçün büdcədən vəsaitin köçürülməsini və həmin qaima-fakturalarda göstərilmiş qiymətlilərin faktiki olaraq alınmadığı halda paylanmasını rəsmiləşdirilməsini tapşırmış, o da onun göstərişini icra etmişdir. Nümayəndə Rasim Rəsulovun göstərişi əsasında həmin hüquqi və fiziki şəxslərin hesabına fakturalarda göstərilmiş pul vəsaitlərini bank vasitəsilə köçürmüş, buna görə Rasim Rəsulov ona heç vaxt pul verməmişdir. İş materiallarına əlavə edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" MMC xx.xx.2008-ci il tarixdə, ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. (bax X cild,iş vr,35-37) İş materiallarına əlavə edilmiş cinayət işi üzrə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbovun 21 iyul 2020-ci il və 21 avqust 2020-ci il tarixli qərarları ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə dövlət büdcəsindən Kürdəmir Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, kənd ərazi nümayəndəliklərinə (seçmə qaydada), habelə rayonun abadlığına ayrılmış vəsaitlərin və dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən (əsaslı kapital qoyuluşu (investisiya xərcləri) üzrə nəzərdə tutulan vəsaitlərdən, dövlət büdcəsinin Ehtiyat Fondundan, X4) rayona ayrılmış vəsaitlərin, haqqı ödənilən ictimai işlərin həyata keçirilməsinə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitlərin təyinatına xərclənməsi, həmçinin Kürdəmir Kommunal Müəssisələri Kombinatının, X10 İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətləri üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmaqla kompleks yoxlamalar təyin edilmişdir. (bax iş İ cild vər. 25-27, 82-84) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 12 oktyabr 2020-ci il tarixli aktından görünür ki, Kürdəmir rayon Mənzil İstismarı Sahəsində 2019-cu ildə dəyəri 2.560 manat olan 1 (bir) ədəd dirsəkli valın, dəyəri 1.300 manat olan 1 (bir) ədəd kompressorun, dəyəri 2.200 manat olan 1 (bir) ədəd remkomplektin, dəyəri 880 manat olan 2 (iki) ədəd təkərin, 2020-ci ilin yanvar-iyul aylarında dəyəri 1.850 manat olan 5 (beş) ədəd təkərin, dəyəri 267 manat olan 1 (bir) ədəd feredokun, dəyəri 1.110 manat olan 1 (bir) ədəd nakladkanın, dəyəri 1.025 manat olan 1 (bir) ədəd muftanın, dəyəri 855 manat olan 1 (bir) ədəd rulavoy kalonkanın və dəyəri 780 manat olan 1 (bir) ədəd ressorun, ümumilikdə 12.827 manat dəyərində ehtiyat hissələrinin nəqliyyat vasitələrinin üzərinə quraşdırılmadığı və sürücülərə verilmədiyi aşkar edilmişdir. (bax iş İİ cild vər. 1-5) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 22 oktyabr 2020-ci il tarixli aktından görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2015-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi olan dövrdə büdcə vəsaiti hesabına malsatan təşkilatlardan alındığı rəsmiləşdirilmiş 32.896,05 manat məbləğində mal-material qiymətlilərindən faktiki olaraq "xxxx" MMC-dən alındığı rəsmiləşdirilmiş 18 may 2020-ci il tarixli 015778 nömrəli elektron qaimə ilə 3 adda 1.083,05 manat məbləğində mal-material qiymətliləri alınaraq Nümayəndəlik üzrə maddiməsul şəxsin hesabına mədaxil edilmiş, qalan 31.813,05 manat məbləğində, o cümlədən Nümayəndəlik üzrə 2.432 manat, Topalhəsənli kənd körpələr evi-uşaq bağçası üzrə 27.276 manat və Topalhəsənli kənd tam orta məktəbi üzrə 2.105 manat məbləğində malmaterial qiymətliləri faktiki olaraq verilməmişdir. (bax iş Vİ cild vər. 1-11) İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin ehtiyat hissələrinin alınması ilə bağlı Kürdəmir rayon Mənzil İstismarı sahəsindən 2018-2020-ci il tarixli ödəniş tapşırıqları, müqavilələr və ödəniş tapşırıqarından görünür ki, 2018-2020-ci il tarixlərində müxtəlif məbləğlərdə pul vəsaitləri hüquqi şəxsin hesabına köçürülmüş və "xxxx" MMC-nin "xxxx" ASC-nin Kürdəmir filialında olan AZ73AZPO******************** nömrəli hesabına köçürülməklə cəmi 12.827 manat məbləğində pul vəsaitləri nağdlaşdırılaraq ələ keçirilmişdir. (bax iş İ cild vər. 185-193) İş materialarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsindən götürülmüş "xxxx" MMC-nə aid təsis sənədlərindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) 25 aprel 2008-ci il tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olmuş, təsisiçisi Təqsirləndirilən şəxsdur, hüquqi şəxsin müraciətinə əsasən 18 yanvar 2023-cü il tarixdən fəaliyyəti dayandırılmışdır. (bax iş X cild vər. 9,11,14-34) İş materiallarına əlavə edilmiş 13 iyul 2020-ci il tarixli 123 nömrəli sərəncamdan görünür ki, X1 rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir.(bax İ cild,iş vər 208) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin 13 fevral 2021ci il tarixli arayışından görünür ki, X14 xx.xx.2020-ci il tarixdə “Covid-19 virus, pnevmaniya” xəstəliyi nəticəsində vəfat etmişdir. (bax İ cild,iş vər,249) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkm olunmamışdır. (bax iş X cild vər. 2) İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Lnkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə 101,949 manat maddi ziyanın X11 və 14.000 manat maddi ziyanın X2 oğlu tərəfindən ödənilməsi göstərilmişdir. (bax X cild,iş vər,157) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qətikan tədbiri seçilməsi haqqında qərardan görünür ki, X7 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (bax X cild, iş vər.80-81) İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökm, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəmənin 28 iyul 2023-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs ittiham verildiyi epizodlar üzrə X11 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3-ci maddələri və Şahid1 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1ci maddələri ilə təqsirli bilinib barələrində ittiham hökmləri çıxarılmışdır. İş materiallarında olan Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(106)- 202/2023 saylı qərarında işə apelyasiya məhkəməsində baxılarkən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş X6 112.000 (yüz on iki min) manat, Şahid1 12.839 (on iki min səkkiz yüz otuz doqquz) manat, yəni mənimsəmə cinayət işi üzrə vurulmuş ziyanın tam ödənildiyi göstərilmişdir. (bax İX cild, səh, 252) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq AR CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirlidir və ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi AR CM-nin 313-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün o,cinayət məsuliyyətinə cəlb edilə bilməz və həmin maddə üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək hazırki cinayət üzrə ittiham olunduğu AR CM-nin 313-cü maddəsi ilə özünü təqsirli bildiyini və həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini nəzərə alaraq həmin hissə üzrə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz. İş materialalrında da görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2023-cü il tarixdə isitnta yekunlaşaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayo məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini və maddi ziyanın cinayətdə əlbir olan başqa şəxslər tərəfindən tam ödənilməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbacan Respubliaksı Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş cəzalar qismən tolpanmalı və ona əti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altina vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Cərimə cəzasının icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia, o, cümlədən ekspertiza və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarda vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüquundan məhrum edilməklə 5.000 manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarda vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüquundan məhrum edilməklə 3.000 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən müddətin keçməsi əsası ilə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarda vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 7.000 (yeddi min) manat cərimə cəzaları təyin edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Cərimə cəzasının icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aktları və yoxlama materialları, Kürdəmir rayon Mənzil İstismar sahəsinə aid kassa məxaric orderləri, ödəniş tapşırıqları, müqavilələr, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının sərəncamları, axtarış və götürmə protokolları, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş "xxxx" MMC-yə aid qeydiyyat, təsis və vergi sənədləri cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 179-ci maddəsinə əsasən vurulmuş 44.640 manat ziyanın istintaqı yekunlaşdırılaraq aidiyyəti üzrə xx.xx.2021-ci il tarixdə ittiham aktı təsdiq edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə X6 112.000 (yüz on iki min) manat, Şahid1 12.839 (on iki min səkkiz yüz otuz doqquz) manat ödənilməsi nəzərə alınsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia, o, cümlədən ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar