Məhkəmə qərarları › İş №1(041)-39/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-39/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-39/2024 06.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “Azəriqaz” İB-də işləyən, subay, məhkumluğu olmayan, ikinci qrup əlil, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 17.30 radələrində yaşadığları Kürdəmir rayonu Mollakənd kəndi ərazisində yerləşən “Oba” ticarət mərkəzinin qarşısında, heç bir əsaslı səbəb olmadan içtimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən hərəkətlər edib Zərərçəkmiş şəxs söyüb təhqir etməklə yumruqla baş nahiyyəsinə bir neçə dəfə qəsdən zərbə vuraraq ona alın nahiyyəsində şişkinlikhemotoma ilə müşayiət olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin sədri kimi tanıyır. xx.xx.2024-ci il tarixdə səhər vaxtı yemək yeyərkən bir qədər spirtli içki qəbul etmiş və kəndin mərkəzi hissəsində yerləşən “Oba” marketin qarşısına gələrkən Zərərçəkmiş şəxs görmüş, ona yaxınlaşaraq əkin əkmək üçün çöl sahədə torpaq verməsini xahiş etmişdir. Ağamir də ona hazırda boş torpaq sahəsinin olmadığını, gələcəkdə boş sahə olsa köməklik edəcəyini bildirmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs əl çəkməyərək torpaq tələb etmiş və ünvanına nalayiq sözlər dediyinə görə aralarında mübahisə yaranmış, yumruqla bir neçə dəfə Ağamirin alın və baş nahiyyəsinə vurmuşdur. Ağamir də təpik və yumruqla onu vuraraq özündən uzaqlaşdırmışdır. Həmin vaxt orada olan şəxslər onları aralaşdırmış, mübahisələri 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs sonda törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, özü Kürdəmir rayonu Mollakənd kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir, 24 yanvar 2024-ci il tarixdə saat 17.10 radələrində Mollakənd kəndinin mərkəzi hissəsində yerləşən “Oba” marketə ərzaq almaq üçün getmiş, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əkib becərmək üçün torpaq istəmişdir, ona hazırda boş torpaq olmadığını, gələcəkdə boş sahə olsa köməklik edəcəyini bildirmişdir. Lakin Təbriz əl çəkməyərək ona nalayiq sözlər dediyinə görə aralarında mübahisə yaranmış, ucadan onu sözlə öldürəcəyi ilə hədələyərək yumruqla bir neçə dəfə baş nahiyyəsinə vurmuşdur. Həmin vaxt əli ilə Təbrizi itələyərək özündən uzaqlaşdırmış, həmin vaxt marketin qabağında olan kənd sakinləri yaxınlaşaraq onları aralaşdırmış, bundan sonra baş verənlərlə bağlı şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Onların mübahisəsi təxminən 10 dəqiqə davam etmiş, orada Mirnailin, Sahilin, Rüstəmin və bir neçə həmkəndliləri olmuş, habelə yol ilə keçib gedən şəxslərin də bu hadisəni görüb müşahidə etmişlər. Hadisə zamanı əsəbi olduğundan Təbrizin əlində bıçaq olması barədə 102 xidmətinə məlumat vermiş, lakin əslində onun əlində bıçaq görməmişdir. Sonradan Təqsirləndirilən şəxs bağışlamış və onlar barışmışlar. Hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Şahid2 məhkəmə iclasında elan edilmiş ibtidai təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləri olduğunu, 24 yanvar 2024-ci il tarixdə saat 17.30 radələrində Kürdəmir rayonu Mollakənd kəndi ərazisində “Oba” marketin yanında olduğunu, bu vaxt Zərərçəkmiş şəxs marketdən çıxıb öz avtomobilinə tərəf getməsini gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs Ağamirə yaxınlaşaraq onunla mübahisə etməyə başladığını, Təbriz ucadan nalayiq söyüşlər söyərək yumruqla bir necə dəfə Zərərçəkmiş şəxs vurduğunu, Zərərçəkmiş şəxs əli ilə Təbrizi özündən aralaşdırdığını, Təbriz Ağamiri sözlə hədələdiyini, o və orada olan digər şəxslərin onları aralaşdırdıqlarını, bu hadisəni o, eləcə də yolun hər iki tərəfində olan digər şəxslər eyni zamanda “Oba” ticarət mərkəzinə girib-çıxan və həmçinin yol ilə keçib gedən avtomobillərdəki adamlar da görüb müşahidə etdiklərini, hadisə zamanı və dərhal sonra hadisə yerinə çoxlu sayda adamların toplaşdığını, bir qədər müşahidə etdikdən sonra çıxıb işinə getdiyini göstərmişdir. Məhkəmə istintaqında ifadələri elan edilmiş şahidlər X3 və Şahid3 da təhqiqatda verdikləri ifadələrində Şahid2 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş: - məhkəmə-tibb ekspertinin xx.xx.2024-ci il tarixli 46 nömrəli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarəti müəyyən edilmişdir: alın nahiyəsində şişkinlik-hemotoma. Həmin xəsarət küt əşya təsirindən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2024-ci il tarixinə uyğundur, kənar şəxs tərəfindən yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs xx.xx.2024-ci il tarixdə məhkəmə-tibb ekspertizasından müayinədən keçərkən həmkəndlisi Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə onu yumruqla vuraraq xəsarət yetirməsini bildirmişdir. - məhkəmə-tibb ekspertinin xx.xx.2024-ci il tarixli 47 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar edilmədi. - 30 yanvar 2024-ci il tarixli əməliyyat tapşırığına alınmış cavab məktubundan görünür ki, Kürdəmir rayonu Mollakənd kəndində yaşayan Təqsirləndirilən şəxs 24 yanvar 2024-ci il tarixdə saat 17.30 radələrində Mollakənd kəndi ərazisində “Oba” marketin qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs ilə torpaq üstündə mübahisə edib ucadan nalayiq söyüşlər söyərək yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs baş nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs döyməsi faktı müəyyən edilməmişdir. Hadisəni həmin vaxt orada olan Mirnail, Sahil, Rüstəm və digər şəxslər görərək müşahidə etmişdilər. Hadisə zamanı və dərhal sonra hadisə yerinə kənar şəxslər toplaşmış və ictimai qayda pozulmuşdur. - Kürdəmir İHB-nın Mollakənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü kənd-məhlə arasında nizam intizamsız aparmış, kənd sakinləri tərəfindən dəfələrlə şifahi şikayətlər daxil olmuşdur, Təqsirləndirilən şəxs barəsində dəfələrlə neqtiv hərəkətlər müşahidə olunmuş, onun kənd daxilində heç bir ictimai fəaliyyəti olmamış və verilən tapşırıq və tövsiyyələrə əməl etməmişdir. - Kürdəmir İHB-nın Mollakənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 113 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda işləmir və aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1) anası X1-xx.xx.1968, 20 qardaşı X4xx.xx.1998 (həbsdədir). - 094952 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət vəzifəsini yerinə yetirərkən yaralanmış və ikinci qrup əlillik dərəcəsi almışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Qənbərov X2 rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilərək, 1 il müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə qazancının 15% dövlət nəfinə keçrilməklə 01 il islah işləri cəzasına məhkum edilmişdir. - 21 may 2013-cü il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarla Qənbərov X2 rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin olunmuş islah işləri cəzasından azad edilmişdir. - sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə dair xx.xx.2024-cü il tarixli 13 nömrəli protokolda Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yüngül dərəcədə müəyyən edilmişdir. - iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 17.30 radələrində yaşadığı Kürdəmir rayonu Mollakənd kəndi ərazisində yerləşən “Oba” ticarət mərkəzinin qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən hərəkətlər edib Zərərçəkmiş şəxs söyüb təhqir etməklə yumruqla baş nahiyyəsinə bir neçə dəfə qəsdən zərbə vuraraq ona alın nahiyyəsində şişkinlikhemotoma ilə müşayiət olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə törədilmiş əməlin və buna uyğun olaraq ibtidai təhqiqat orqanı tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə elan edilmiş ittihamın düzgünlüyünü müəyyən etmək məqsədilə aparılmış məhkəmə istintaqının yekunu olaraq aşağıdakı nəticəyə gəlir. Əvvələn, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Məhkəmə ilk növbədə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəliliyinin və onun tərkib əlamətlərinin nəzərdən keçirilməsini zəruri hesab edir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Hazırki sadələşdirilmiş icraat materialında zərərçəkmiş şəxsə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərin yetirilməsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi aşağıdakı əsaslara görə mümkün sayılmır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Burada xüsusilə nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin heç bir əsas olmadan, zərərçəkmiş şəxslə aralarında olan mübahisə zamanı orada olan kənar şəxslərə əhəmiyyət verməməsi, ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu təsdiq edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 4-cü bəndində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Beləliklə, məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-ci il tarixli 46 nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cinayət əməli törətmiş şəxsə cəza təyin edərkən onun əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışıb ona dəymiş maddi ziyanı tamamilə ödəməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi kimi nəzərə alır. Məsuliyyəti ağırlıaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində, ittiham olunduğu maddənin sanksiyasında digər cəzalar da nəzərdə tutulmasına baxmayaraq, sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Mollakənd kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Mollakənd kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməli, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 15 saat üçün cəmi 90 manat məbləğində əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Mollakənd kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar