Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-39/2025 23.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, X8, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi və vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Göygöl rayonu Balçılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs 04 iyul 2024-cü il tarixdə saat 10:20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə riayət etməyərək 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 120 km/saat sürətlə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prıus» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən 176-cı kilometirliyində Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin təhlükəsiz idarə olunması üçün lazımı əməliyyatları vaxtında və düzgün yerinə yetirməli, avtomobilin idarə olunması ilə əlaqədar hər hansı bir çətinlik (xəstəlik, əzginlik, yorğunluq və sair) olduğu halda avtomobili idarə etməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməyib sükan arxasında yuxuladığından avtomobil yolun sol kənarına çıxıb sağa doğru istiqamətlənərək onunla eyni istiqamətdə yolun sağ zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olan 1975-ci il təvəllədlü sürücü Şahid1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Corolla» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol yan hissəsi ilə toqquşub yoldan sağ tərəfə çıxaraq aşmış, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Toyota Prıus» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini Pakistan İslam Respublikasının vətəndaşı 1977-ci il təvəllüdlü X13 Başhır Malik oğlunun baş beyinin diffuz travması, beyin əsası sümüyünün sınığı, baş beyin maddəsinə qansızma, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı, iki tərəfli qabırğa sınıqları, alında və sol üzdə kəsilmiş-çapılmış yaralar kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin hadisə yerində ölümünə, digər sərnişin 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ mil sümüyü və çənənin sol şaxəsinin sınığı, alında sıyrıq xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, BC kateqoriyalı sürücüdür, «Toyota Prıus» markalı **- UP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhərindən hər ay 900 manata icarəyə götürüb etibarnamə əsasında idarə edir. 04 iyul 2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhər avtovağzalında Bakı şəhərinə gedən Pakistan İslam Respublikasının vətəndaşları bir kişi, bir qadın və bir uşaq olmaqla üç nəfər sərnişini götürüb yola düşmüşdür. Sərnişinlər hər üçü arxa oturacaqda, sonradan adını bildiyi X14 sağda, onun arvadı Tania Amin solda, oğlan uşağı isə ortada əyləşmişlər. Saat 10:20 radələrində yolun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsinə çatmış, hava günəşli, yol quru, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yolun sol zolağında üzü Bakı istiqamətində 120 km/saat sürətlə hərəkət etmişdir. Qarşıda sağ zolaqla sonradan adını bildiyi sürücü Şahid1 hərəkət etmiş, ona avtomobilin qabaq işıqlarını yandırıb söndürməklə ötmədə olduğunu deyib işarə etmiş, Şahid1 avtomobilinə yaxınlaşarkən onun sola çıxdığını zənn edib sukanı sola burmuş, avtomobilinin yolun sol kənarındakı beton səddə dəydiyini görüb, sükanı sağa qaytarmış və sağ zolaqda hərəkət edən Şahid1 avtomobilinin sol qabaq yan hissəsindən avtomobilinin sağ qabaq yan hissəi ilə vurmuşdur. Zərbədən onun avtomobili sağa istiqamətlənmiş, sağ kənara çıxaraq ehtiyat hissədə çökəkliyə düşüb sol yanı üzərində 3 dəfə çevrilib aşaraq dayanmışdır. Avtomobilində olan X14 almış olduğu xəsarətlərdən hadisə yerində ölmüş, özü, Tania Amin və uşağı xəsarət almışlar. Hadisə yerinə toplaşan tanımadığı yol adamları onlara köməklik edib təcili tibbi yardım və polis çağırmışlar. Təcili tibbi yardım maşını gəlib onu və sərnişini olan ananı və uşağı Kürdəmir rayon xəstəxanasına aparmışdır. O, sol qolundan yara xəsarəti almış, həkimlər onu müayinə edib evə buraxmışlar. Bir nəfərin ölümü, digərlərinin xəsarət almaları ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməyi ilə əlaqədar səmimi peşmanlıq çəkir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin törətmiş olduğu cinayət əməlindən peşman olmasını, mərhumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, X11 nəşini Pakistan İslam Respublikasına aparmaq üçün bilet pullarını və digər xərclərini atası qarşılamış, zərəçəkmiş şəxslərə mütəmadi maddi yardım göstərməyə imkanları yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6 tərcüməçinin iştirakı və video görüntü vasitəsilə ifadəsində göstərdi ki, xx.xx.1977-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı mərhum X13 Başhır Malik oğlu onun həyat yoldaşı, xəsarət alan xx.xx.2018-ci il təvəllüdlü Alı Zum E Malik onun oğuludur. Təxminən 2 il əvvəl Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına turist kimi gəlsələr də sonradan qalıb işləmək istəmişlər. Daha sonra Azərbaycanda qaçqın statusu almağa çalışmışlar və bu məqsədlə Miqrasiya orqanına müraciət etmişlər. 14-15 ay Bakı şəhərində yaşamış, bir neçə gün Qəbələ rayonunda qalıb, 2023-cü ilin sentyabr ayından Göygöl rayonunun Balçılı kəndinə gedib orada yaşayıb təsərrüfatla məşğul olmağa başlamışlar. Uşaqları həmin kəndin məktəbində təhsil almışlar. 04 iyul 2024-cü il tarixdə saat 07 radələrində o, həyat yoladşı Malik Kamranla birlikdə balaca oğlanları Zam E Alını da götürüb müvəqqəti yaşamaq hüquqnun uzadılması kimi sənədləşmə işi ilə bağlı Bakı şəhərinə getmək üçün Göygöl rayonundan Gəncə şəhərinə gəlmişlər. Saat 08:30 radələrində Gəncə avtovağzalında Bakı şəhərinə getmək üçün sərnişin kimi əvvəllər tanımadıqları və münasibətləri olmadığı sonradan adını bildikləri Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prıus» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşmişlər. Qabaq oturacaqda əşya olduğu üçün hər üçü arxada əyləşmişlər. Həyat yoldaşı solda, o, sağda, oğulu isə ortada əyləşmişdir. Sürücü yola çıxıb hərəkət etməyə başlamışdır. Bir qədər yol gedəndən sonra sürücünün sükan arxasında yuxuladığını görüb iki dəfə ona yatmasın deyə xəbərdarlıq etmişlər. Bir qədər də gedəndən sonra sürücünün yatdığını, avtomobilin sola yolun kənarındakı betona tərəf getdiyini görmüşdür. Sürücü ani olaraq ayılmış, tez sükanı sağa çəkmişdir. Avtomobil yoldan çıxıb aşmış, bir neçə dəfə çevrilmişdir. Birinci dəfə aşanda həyat yoldaşı Malik Kamran, ikinci dəfə aşanda o özü avtomobildən düşmüş, oğlu isə salonda qalmışdır. Adamlar onlara köməklik etmişlər. Hadisə yerində həyat yoldaşı tərpənməmişdir. Təcili yardım maşını onu və oğulunu Kürdəmir rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada bir neçə saatdan sonra həyat yoldaşının almış ollduğu xəsarətlərdən hadisə yerində öldüyünü bilmişdir. Onlar hadisədən sonra 3 gün xəstəxanada qalsalar da sürücü və onun ailəsi tərəfindən onlara heç bir yardım göstərilməmişdir. Bütün xərcləri özü çəkmişdir. Təqsirləndirilən şəxslə barışmamaış, ondan şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili Müdafiəçi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sükan arxasında yuxulaması nəticəsində avtomaşının idarəetməsini itirmiş və dəhşətli bir yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, o, sürücüyə iki dəfə xəbərdarlıq etmiş, lakin təqsirləndirilən şəxs bu xəbərdarlıqlara məhəl qoymayaraq, sükan arxasında yuxularmağa davam etmiş və nəticədə ölümlə nəticələnənə yol nəqliyyat hadisəsi baş vermişdir. Bu qəza nəticəsində ailənin başçısı, X14, həyatını itirmiş, ailənin üç azyaşlı uşağı isə atasız, yetim qalmışdır. X12 Khan öz ailəsi ilə maddi çətinliklərdən və ağır sosial vəziyyətdən qaçaraq Azərbaycana Respublikasına sığınmışdı. Lakin, baş vermiş bu qəza onların həyatını daha da çətinləşdirmişdir. Ailənin başçısının itirilməsi, həm maddi, həm də mənəvi baxımdan onları çıxılmaz vəziyyətə salmış, bu hadisə bir ailənin üzləşdiyi faciə olmaqla, dövlətin adından qərar vermək səlahiyyətinə malik olan məhkəmənin ciddi müdaxiləsini tələb edən bir məsələdir. Bundan əlavə, təqsirləndirilən şəxsin bu qəzanın ardından zərərçəkmiş ailə ilə heç bir əlaqə saxlamaması, onların vəziyyəti ilə maraqlanmaması, bu günə qədər maddi yardım etməməsi, mənəvi zərərin daha da dərinləşməsinə səbəb olmuşdur. Bu hadisənin yaratdığı çətinliklər yalnız maddi deyil, həm də mənəvi baxımdan zərərçəkmiş ailəyə öz ciddi təsirini göstərməklə uzun illər üç uşaqlı ailənin maddi-mənəvi problemlər yaşamasına səbəb olacaqdır. Təqsirləndirilən şəxs özünün iki uşağı olmasına baxmayaraq, o, zərərçəkmiş ailəyə qarşı tamamilə laqeyd yanaşmışdır. X14, həyatını itirərək, üç uşağının gələcəyini əlində saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs isə öz uşaqlarına atalıq etməyə davam edir, lakin zərərçəkmiş ailənin üç uşağı üçün artıq bu imkanının təmin edilməsi mümkün deyildir. Bu hadisə təkcə maddi itkilərə səbəb olmamış, həm də böyük mənəvi zərərə yol açmışdır. Zərərçəkmiş ailə, həyatlarını yenidən qurmaq üçün böyük çətinliklərlə üzləşir, bu zaman təqsirləndirilən şəxs isə onların dərdləri ilə maraqlanmaq əvəzinə, bunu etməyərək ailəyə daha da mənəvi zərər verməyə davam etməkdədir. Zərərçəkmiş ailənin hüquqlarının müdafiə edərək təqsirləndirilən şəxsin məsuliyyətə cəlb edilməsi üçün ciddi cəza verilməsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş 5 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsini tələb edirik. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, B kateqoriyalı sürücüdür, «Toyota Corolla» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini baş etibarnamə əsasında idarə edir. 04 iyul 2024-cü il tarixdə idarə etdiyi həmin avtomobillə Ağdaş şəhərindən çıxıb 2005-ci il təvəllüdlü qızı Cülnazla birlikdə Bakı şəhərinə yola düşmüşdür. Qızı qabaq oturacaqda əyləşmişdir. Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna daxil olub həmin yolda hərəkətini davam etdirərək Kürdəmir rayonunun Karrar kəndi ərazisinə çatmış, saat 10:20 radələrində öz yolunda sağ zolaqla 90 km/saat sürətlə düzünə hərəkətdə olan zaman arxadan gələn «Toyota Prıus» markalı avtomobil onun idarə etdiyi avtomobilin qabaq sol yan hissəsinə vurub yoldan çıxartmış, daha sonra həmin avtomobil yoldan çıxıb aşmışdır. Hadisə zamanı özü və maşında olan qızı heç bir xəsarət almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Şahid2 lazimi qaydada məlumat verilməsinə baxmayartaq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirtakı olamdan məhkəmə iclasınının keçirilməsini mümkün hesab etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən: - «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» publik hüquqi şəxsi Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli meyitin məhkəmətibbi ekspertizasına dair 27 nömrəli ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü X13 Başhir Malik oğlunun meyitinin xarici və daxili müayinsi zamanı aşkar olunan xəsarətlər – baş beyinin diffuz travması, beyin əsası sümüyünün sınığı, baş beyin maddəsinə qansızma, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı, iki tərəfli qabırğa sınıqları, alında və sol üzdə kəsilmiş-çapılmış yaralar – küt əşyanın zərbəvi təsirindən törənmiş, həyatidir, 04 iyul 2024-cü il tarixdə hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində avtomaşının interyerindəki detallara zərblə çırpılma nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilir. X13 Başhir Malik oğlunun ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 4-6 saat əvvəl baş vermişdir. Mərhum X13 Başhir Malik oğlu ölümündən az əvvəl spirtli içki və narkotik vasitələr qəbul etməmişdir ki, bu da onun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatının nəticələri ilə sübut olunur. (bax iş vər,90-93) - «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» publik hüquqi şəxsi Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 283 nömrəli ekspert rəyindən görünür ki, 2018-ci il təvəllüüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlər – sağ mil sümüyü və çənənin sol şaxəsinin sınığı, alında sıyrıq – küt əşyanın təsirindən törənmiş, 04 iyul 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (bax iş vər,94-96) - Yol nəqliyyat hadisəsi ilə əlaqədar «Toyota Prıus» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə «Toyota Corolla» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hansı bucaq altında toqquşduğunu, avtomobillər üzərində nə kimi zədələrin olduğunu müəyyən etmək məqsədi məhkəmə-trasaloji ekspertizasının 13 sentyabr 2024-cü il tarixli 8/2026 №-li məhkəmə ekspertizasının rəyində göstərilir ki,
1. Təqdim edilmiş «Toyota Prıus» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperdə kapotda, qabaq sağ farada, qabaq sağ təkərdə) və «Toyota Corolla» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sol qanadda, qabaq bamperdə, qabaq sol qapıda, qabaq sol dönmə işığında) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən avtomobillərin biribirləri ilə toqquşması nəticəsində yaranması mümkündür. - Təqdim edilmiş «Toyota Prıus» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ və sol qandda, qabaq sağ və sol qapıda, arxa sağ və sol qapıda, arxa sağ və sol qanadda, banında) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən avtomobillərin aşması nəticəsində yaranması mümkündür.
2. İlkin kontakt ananda toqquşma «Toyota Prıus» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə «Toyota Corolla» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. (bax iş vər,100-104) - Yol nəqliyyat hadisəsi ilə əlaqədar «Toyota Prıus» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və «Toyota Corolla» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olubolmaması, onların hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmadığı müəyyənləşdirilməsi üçün yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası 23 dekabr 2024-cü il tarixli 8/2957 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, -1. istintaq tərəfindən təqdim olunan məlumatlara görə «Toyota Prıus» markalı **- UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yolda 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. (bax iş vər,115-118) - Tibbi ərazi bölmələrini idarəetmə birliyinin «Kürdəmir rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 04 iyul 2024-cü il tarixli 178 №-li aktda Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da alkoqol sərxoşluğu vəziyyətinin olmadığı qeyd edilmişdir.(bax iş vər,26) - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsi tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixli 3-13-16/2-121070/2024 №-li məktubunda DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) “AC” seriyalı 647786 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumatın qeydə alınmadığı göstərilmişdir. (bax iş vər,85) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 87) - AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Müzəffər adlı oğlu vardır. (bax iş vər,124) - AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Sara adlı qızı vardır.(bax iş vər,124) - Göygöl rayon İcra Haimiyyəti Başçısının Balçılı kənd İnzibati Ərazi Dairəsi üzrə Nmayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 123) Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və eyni zamanda zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahid ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bənbinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin təlbələrinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş, Azərbaycan Respublikası Qanununun qeyd edilən maddəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 68-ci maddəsinin İ hissəsində göstərilir ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, zərər çəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır. Tərəflərin barışmasının cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi yalnız konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər üzrə yol verilir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6 məhkəmə iclasında ifadə verərək Təqsirləndirilən şəxsla barışmadığını, baş vermiş hadisədən ağır sarsıntı keçirdiyini və ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini zərərçəkmiş şəxsin hüquqi varisi və eyni zamanda zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin fikrini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməli, cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut olan “Toyota Prtius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibində saxlanılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 238 (iki yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X7 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2025-ci il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi X4 ibtidai məhkəmə prosesində iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən 240 (iki yüz qırx) manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 238 (iki yüz otuz səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan “Toyota Prtius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibində saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 240 (iki yüz qırx) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN X.X.İMANOV