Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-4/2024 30.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respubliaksı Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada vəkillik fəaliyyəti göstərən X3 iştirakı ilə xx xxxxxx 1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 244-1.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda cəmi - 433,25 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana əldə edərək bir qismini yaşadığı evdə, bir qismini isə üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxsin yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evinin həyətində yerləşən otağa keçirilən baxış zaman 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi - 410.0 qram, 06 (altı) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 1,73 qram, 3,83 qram, 4,02 qram, 3,91 qram, 2,93 qram, 2,18 qram, 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.16 qram, 0.19 qram, 0.39 qram, 0.33 qram və 0.60 qram, ümumi təmiz çəkisi 430.27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, istintaq tədbirlərinin davamı olaraq həmin günü saat 02 radələrində Kürdəmir rayon polis şöbəsinin inzibati binasında sonuncunun üzərinə keçirilən axtarış və götürmə zamanı əynində olan qara gödəkçənin sol qoltuq cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 2.98 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 13 fevral 2023-cü il tarixdə saat 23 radələrində həmkəndliləri Şahid13, Şahid16, Şahid15 və Şahid14 bir-biriləri ilə nəğd pulla kart oyunu olan “Poker” qumar oyununu oynamaq üçün qabaqcadan oyunçular arasında oyun zamanı xalların bərabərliyi olduğu halda ortada olan pul vəsaitindən 1 manat əldə etmək şərti ilə yaşadığı evin həyat yanı sahəsində yerləşən otaqda qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib qazanc olaraq 6 manat pul əldə etmişdir. Bundan başqa o, təkrarən 14 fevral 2023-cü il tarixdə saat 01 radələrində tanışları Şahid11 və Şahid7 bir-biriləri ilə pulla kart vasitə ilə “Poker” qumar oyununu oynamaq üçün yaşadığı evin həyatyanı sahəsində yerləşən otaqda oyun zamanı oyunçılar arasında xalların bərabərliyi olduğu halda 1 manat əldə etmək şərti ilə yaşadığı evin həyat yanı sahəsində yerləşən otaqda qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib pul əldə etmiş, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxsin yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evinin həyətində yerləşən otağa keçirilən baxış zamanı həmin qumarxana aşkar olunmaqla, orada olan masanın üzərində müxtəlif əsginazlarda olan 225 manat pul, 36 ədəddən ibarət kart kolodası aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, ittiham aktında göstərilən şəxsəri tanıyır. Həmin şəxslər onun evinə qonaq gəlmiş və onlar qumar oynayan vaxtı isə özü orada olmamışdır. xx.xx.2023-cü il tarixdə anidən polis əməkdaşları həyətə daxil olaraq orada olan bütün şəxsləri üzü üstə yerə yıxmış və sonradan da həmin otaqda olan selofan torbada olan nanəni marixuana adı ilə götürərək onun adına rəsmiləşdirmişlər. Polis əməkdaşları orada olan zaman o, polis əməkdaşlarına həmin torbada nanə olduğunu demişdir. Bundan başqa onun təkidi ilə şahid qismində dəvət edilmiş kənd icra nümayəndəsi və kənd bələdiyyəsinin sədrinin yanında da o, torbada marixuana deyil nanə olduğunu bildirmişdir. Hesab edir ki, ona qarşı irəli sürülünən ittiham əsassızdır və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaqda sərbəst şəkildə müdafiəçinin iştiakı ilə video çəkiliş zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonu Yenikənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində darvazadan girişdə sol tərəfdə bir mərtəbəli yardımçı tikili vardır, həmin tikili iki otaqdan ibarətdir. Otağın birinə giriş digər otaqdandır. Həmin otaq öz zövqünə uyğun olaraq düzəltmişdir, divarlarında müxtəlif işarələr və şəkillər vardır. 2022-ci ilin yay aylarında yaşadığı kənd ərazisində çöl sahəsində gəzərkən 02 ədəd çətənə kolu tapmış, həmin kolları qırıb yaşadığı evə gətirmiş, şəxsi istifadə etmək üçün onlarıın yarpaqlarını dərib qurudaraq saxlamış, kötüklərini isə yandıraraq məhv etmişdir. Bundan sonra isə şəxsi istifadəsi üçün qurutduğu marixuananı qutulara, bükümlərə və sellafon torbaya yığaraq saxlamışdır. Həmin gündən etibarən isə hissə-hissə qurutduğu marixuanadan istifadə etməyə başlamışdır. Sonuncu qalan hissəsini isə yaşadığı evdə gizlətmiş, orada narkotik vasitə olmasından heç kimin xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 22:50 radələrində həmkəndlisi Şahid13 ona zəng edərək evində qumar oynamaq istədiyini və bunun müqabilində isə ona seka pulu verəcəyini demişdir. O, onunla razılaşmış və təxminən 5 dəqiqə sonra həmkəndliləri Elşad, Şahid14, Şahid15 və Şahid16 evinə gəlmişlər. Onlar oturub qumar oynamış və o, onlar qumar oynayan zaman bir baş “nəşə”ni kazbekə dolduraraq Elşadla birlikdə istifadə etmişdir. Onlar təxminən 20-30 dəqiqə ərzində qumar oynamışlar. Elşadgil qumar oynamağına görə ona 3 manat pul vermişlər. Onlar çıxıb getdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində yaşadığı evdə olan zaman tanışı Elçin onlara gəlmiş, onun yanında Elvin, Fuad, Zaur, Aqşin və Ağakərim də olmuşdur. Onlar otağa keçib oturmuş, kart oynamaq istədiklərini, bunun müqabilində isə ona seka pulu verməyi təklif etmişlər. O, da razılaşmış və onlar evinə girib kart oynamağa başlamışlar. Onlar kağız kartla poker oyunu oynamış və oyun zamanı hər dəfə hesab bərabər olduqda, yəni oyun dilində “seka” olanda yerdə olan puldan bir manat onun üçün ayrılmışdır. Təxminən 1 saat ərzində onlar qumar oynamış və hər sekadan 01 manatdan pulu ayırıb onun üçün kənara yığmışlar. Lakin, orada nə qədər pul yığılıdığını bilmir. Oyun davam edən zaman xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində polis əməkdaşları gəlib qapını döymüş, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək yaşadığı həmin otağa baxış keçirmək istədiklərini demişlər. O, razılaşdıqdan sonra onlar həyətə girmiş və həmin otağa keçmişlər. Polislər otağa daxil olan zaman masada qumar oynanılmış və onlar qumar oynalınmasını da aşkar etmişlər. Həmçinin yaşadığı həmin otağa dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər. Oradan özünə məxsus şəxsi istifadə etmək üçün əldə edib saxladığı 06 ədəd kibrit qutusunda, 05 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd sellafon torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmüşlər. Həmin kütlələr 01 ədəd sellafon torbaya qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Kürdəmir RPŞ-yə gətirilmiş, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri izah olunmuş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunsuz olaraq əşya və ya predmet eləcə də narkotik vasitə varsa çıxarıb təqdim etsin. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkcənin sol içəri cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində axtarış aparılmış, başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. Müstəntiq tərəfindən kibrit qutusunun içərisinə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Aşkar olunan kibrit qutusundakı kütlə 01 ədəd içərisi boş zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №-137” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı evin həyətindəki yardımçı tikilidən yaşayış üçün istifadə edirə və orada tək yaşayır. 2022-ci ilin yay aylarında yaşadığı kənd ərazisində çöl sahəsində gəzərkən iki ədəd çətənə kolu tapmış, həmin kolları qırıb yaşadığı evə gətirmiş, şəxsi istifadə etmək üçün saxlamaq məqsədilə qutulara, bükümlərə və sellafon torbaya yığaraq saxlamışdır. Bu barədə heç kimin məlumatı olmamışdır. Üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, yaşadığı evdə olan narkotik vasitələrin bir hisəsidir, şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə tanışları olan Elvin, Elçin, Fuad, Aqşin, Ağakərim və Zaur yanına gəlmiş, qumar oynamaq istədiklərini demiş və o, da oynamaq üçün icazə vermişdir. Bunun müqabilində ona yuxarıda qeyd etdiyi kimi seka pulu verilirdi. Lakin, Elşad, Xəzər, Saleh və Şamil qumar oyununu onun evində oynadıqlarına görə ona 3 manat pul vermişlər. Oyun kartlarını o, təşkil etmişdir. Oyun üçün ona “Seka” zamanı pul verilmiş, o, həmin pulun konkret olaraq nə qədər olması barədə oyun oynayan şəxslərə heç nə deməmişdir. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa da onun evində qumar oynayan olmuşdur. Lakin dəqiq yadında deyil ki, kimlər və nə vaxt oynamışdır. Həmçinin bunun müqabilində ona nə qədər pul verdiklərini də xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Kürdəmir RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi küçədə həyətin giriş qapısının qarşısına gəlmişlər. Həmin ünvanın giriş qapısı tərəflərindən döyülmüşdür. Giriş qapısını Təqsirləndirilən şəxs açmış və onlar xidməti vəsiqələrini Təqsirləndirilən şəxs nümayiş etdirərək, özlərini təqdim etmişlər. Müstəntiq Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirərək hüquq və vəzifələrini izah edərək, ona yaşadığı evə və həyətə baxış keçirmək istədiyini demişdir. Təqsirləndirilən şəxs buna etiraz etməyərək ərizə ilə razılığını bildirmiş və narkotik vasitələrinin olduğunu, onları göstərə biləcəyini demişdir. Onlar bundan sonra hal şahidlərinin iştirakları ilə baxışa başlamışlar. Təqsirləndirilən şəxs göstərməsinə əsasən yaşayış evinin həyətinə daxil olmuşlar. Həyətin sol tərəfində bir mərtəbəli yardımçı tikili olmuş, həmin tikiliyə giriş qapısından daxil olduqda sol tərəfdə və qarşıda taxta mebellər, sağ tərəfdə isə taxta şkaf və şkafın içərisindən digər otağa keçid olmuşdur. Otağa girdikdə Təqsirləndirilən şəxs həmin otaqda yerləşən dolabın içərisindən 06 ədəd kibrit qutusu, 05 ədəd gümüşü rəngli kağız büküm və 01 ədəd polietilen torba çıxarıb içərisində narkotik vasitə olduğunu bildirərək təqdim etmişdir. Həmin qutular, bükümlər və polietilen torba müstəntiq tərəfindən açılaraq içərilərinə baxılmış və içərilərində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 06 ədəd kibrit qutusu, 05 ədəd gümüşü rəngli kağız büküm və 01 ədəd polietilen torba müstəntiq tərəfindən 01 ədəd polietilen torbada qablaşdırılaraq üzəri yazılmış və iştirak edən şəxslər tərəfindən imzalanaraq üzəri “Azərbaycan Respublikası DİN-in №-137” möhürü ilə möhürlənmişdir. Bundan başqa baxış zamanı otaqda Təqsirləndirilən şəxs başqa bir neçə şəxsin olması, masanın üzərində 01 ədəd koloda oyun kartı və oyunda istifadə edilmiş 225 (iki yüz iyirmi beş) manat pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin oyun kartının ona məxsus olduğunu, pulun isə oyunda istifadə edilmiş pul əskinazları olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, baxışın keçirilməsi ilə bağlı hər hansı bir etirazı yoxdur. Polis şöbəsində İB-nin baş müstəntiqi Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs əgər üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd üzərində “Spiçki” sözləri yazılmış kibrit qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya və predment aşkar olunmamışdır. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçirilmiş və içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi qaydada sorğu-sual olunan zaman Təqsirləndirilən şəxs 01 ədəd kibrit qutusunda olan narkotik vasitəni 2022-ci ilin yay aylarında yaşadığı Yenikənd kəndi ərazisində yerləşən çöl sahəsində tapdığı 2 ədəd narkotik maddə çətənə kolundan topladığını, narkotik maddə qurudulmuş marixuana olduğunu, həmin marixuananın bir hissəsinin yaşadığı evdə aşkar olunduğunu, digər hissəsini də üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd kibrit qutusu içərisindəki kütlə ilə birlikdə içərisi boş zərfə qoyularaq üzəri möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişəm. Təqsirləndirilən şəxs əvəllər də yaşadığı evdə qumarxana təşkil edibetmədiyini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşları Şahid3, Şahid5 və Şahid6 da Şahid1 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixdə Kürdəmir rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə qumar oynayan zaman polis əməkdaşları onları aşkar etmişlər. Belə ki, Talehi yaxın vaxtlarda tanımış, onun yaşadığı evin həyətindəki yardımçı tikilidə həmin tarixdə qumar oynamışdır. xx.xx.2023-cü il tarixdə Elçin Talehə zəng edib Elvin, Fuad, Zaur, Ağakərim və onunla bir yerdə olduğunu bildirərək çay içmək üçün çayxanaya getməyi təklif etmişdir. Taleh isə gecə vaxtı çayxanaların bağlı olduğunu bildirərək çay içmək üçün onları evinə dəvət etmişdir. Elçin də onunla razılaşmış və xx.xx.2023-cü il tarixə keçən gecə saat 23:30 radələrində Elvin, Fuad, Zaur, Ağakərim, Elçin və o, birlikdə Talehin yaşadığı evin həyətinə getmişlər. Taleh onları qarşılamış və həyətdə olan yardımçı tikilidəki otağa girmişlər. O, Elçinlə orada pul ilə kart, yəni qumar oynamaq qərarına gəlmişdir. Taleh onlara təzə açılmamış kart kolodası vermiş və demişdir ki, qumar oyunu təşkil etdiyi üçün oyun zamanı kartlarda olan xallar bərabər olan zaman, o, 1 manat ortada olan puldan özünə götürəcəkdir. Onlar Talehin qoyduğu şərt ilə razılaşmışlar. Onlar oyuna başlamış və hər oyun üçün yer pulu 5 manat olmuşdur. Taleh onlara çay gətirmiş və onlara “seka” zamanı Talehə vermək üçün hər dəfə 1 manat pul kənara qoymaq üçün razılaşmışlar. Elvin, Fuad, Zaur və Ağakərim çay içsələr də qumar oynamamışlar. Bir müddət sonra polis əməkdaşları gəlmiş və onları qumar oynayan zaman aşkar etmişlər. Polis əməkdaşları stolun üzərində olan kart kolodasını və pulları götürərərk onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Onunla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Talehin evinin həyətindəki yardımçı tikilidə qumar oynamaqları müqabilində Talehə hər “seka” olanda 1 manat vermişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs əvəllər yaşadığı evdə qumarxana təşkil edibetmədiyini eşitməmişdir. O, Elçinlə birlikdə qumar oynasa da Elvin, Fuad, Zaur və Ağakərim qumar oynamamışlar. Onlar otaqda olsalar da yalnız çay içmişlər. Onlar otaqda olan müddətdə orada narkotik vasitə istifadə edilməmişdir. Lakin, polis əməkdaşları gəldikdən sonra hal şahidlərinin iştirakı ilə Talehin evinə baxış keçirilmiş, oradan Talehə məxsus 06 ədəd kibrit qutusunda, 05 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd sellafon torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmüşlər, həmin kütlələr 01 ədəd sellafon torbaya qoyulmuş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Talehi Kürdəmir RPŞ-yə aparmışlar və onları da dəvət etmişlər. Onlar polis şöbəsində izahat vermiş və evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə Aqşinlə Elçin qumar oynayan zaman polis əməkdaşları onları aşkar etmişlər. Belə ki, Talehi yaxın vaxtlarda tanımış, onun yaşadığı evin həyətindəki yardımçı tikilidə həmin tarixdə qumar oynamışdır. xx.xx.2023-cü il tarixdə Elçin Talehə zəng edib Elvin, Fuad, Aqşin, Ağakərim və onunla bir yerdə olduğunu bildirərək çay içmək üçün çayxanaya getməyi təklif etmişdir. Taleh isə gecə vaxtı çayxanaların bağlı olduğunu bildirərək çay içmək üçün onları evinə dəvət etmişdir. Elçin də onunla razılaşmış və xx.xx.2023-cü il tarixə keçən gecə saat 23:30 radələrində Elvin, Fuad, Ağakərim Elçin və o, birlikdə Talehin yaşadığı evin həyətinə getmişlər. Taleh onları qarşılamış və həyətdə olan yardımçı tikilidəki otağa girmişlər. Aqşin Elçinlə orada pul ilə kart, yəni qumar oynamaq qərarına gəlmişdir. Taleh onlara təzə açılmamış kart kolodası vermiş və demişdir ki, qumar oyunu təşkil etdiyi üçün oyun zamanı kartlarda olan xallar bərabər olan zaman, o, 1 manat ortada olan puldan özünə götürəcəkdir. Onlar Talehin qoyduğu şərt ilə razılaşmışlar. Onlar oyuna başlamış və hər oyun üçün yer pulu 5 manat olmuşdur. Taleh onlara çay gətirmiş və onlara “seka” zamanı Talehə vermək üçün hər dəfə 1 manat pul kənara qoymaq üçün razılaşmışlar. O, Elvin, Fuad və Ağakərim çay içsələr də qumar oynamamışlar. Bir müddət sonra polis əməkdaşları gəlmiş və Aqşinlə Elçini qumar oynayan zaman aşkar etmişlər. Polis əməkdaşları stolun üzərində olan kart kolodasını və pulları götürərərk onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Onunla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Talehin evinin həyətindəki yardımçı tikilidə qumar oynanılan zaman Talehə hər “seka” olanda 1 manat vermişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs əvəllər yaşadığı evdə qumarxana təşkil edib-etmədiyini eşitməmişdir. Aqşin Elçinlə birlikdə qumar oynasa da o, Elvin, Fuad və Ağakərim qumar oynamamışlar. Onlar otaqda olsalar da yalnız çay içmişlər. Onlar otaqda olan müddətdə orada narkotik vasitə istifadə edilməmişdir. Lakin, polis əməkdaşları gəldikdən sonra hal şahidlərinin iştirakı ilə Talehin evinə baxış keçirilmiş, oradan Talehə məxsus 06 ədəd kibrit qutusunda, 05 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd sellafon torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmüşlər, həmin kütlələr 01 ədəd sellafon torbaya qoyulmuş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Talehi Kürdəmir RPŞ-na aparmışlar və onları da dəvət etmişlər. Onlar polis şöbəsində izahat vermiş və evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə Aqşinlə Elçin qumar oynayan zaman polis əməkdaşları onları aşkar etmişlər. Belə ki, Talehi yaxın vaxtlarda tanımış, onun yaşadığı evin həyətindəki yardımçı tikilidə həmin tarixdə qumar oynamışdır. xx.xx.2023-cü il tarixdə Elçin Talehə zəng edib o, Elvin, Aqşin, Zaur, Ağakərim və onunla bir yerdə olduğunu bildirərək çay içmək üçün çayxanaya getməyi təklif etmişdir. Taleh isə gecə vaxtı çayxanaların bağlı olduğunu bildirərək çay içmək üçün onları evinə dəvət etmişdir. Elçin də onunla razılaşmış və xx.xx.2023-cü il tarixə keçən gecə saat 23:30 radələrində Elvin, Aqşin, Zaur, Ağakərim Elçin və o, birlikdə Talehin yaşadığı evin həyətinə getmişlər. Taleh onları qarşılamış və həyətdə olan yardımçı tikilidəki otağa girmişlər. Aqşin Elçinlə orada pul ilə kart, yəni qumar oynamaq qərarına gəlmişdir. Taleh onlara təzə açılmamış kart kolodası vermiş və demişdir ki, qumar oyunu təşkil etdiyi üçün oyun zamanı kartlarda olan xallar bərabər olan zaman, o, 1 manat ortada olan puldan özünə götürəcəkdir. Onlar Talehin qoyduğu şərt ilə razılaşmışlar. Onlar oyuna başlamış və hər oyun üçün yer pulu 5 manat olmuşdur. Taleh onlara çay gətirmiş və onlara “seka” zamanı Talehə vermək üçün hər dəfə 1 manat pul kənara qoymaq üçün razılaşmışlar. O, Elvin, Zaur və Ağakərim çay içsələr də qumar oynamamışlar. Bir müddət sonra polis əməkdaşları gəlmiş və onları qumar oynayan zaman aşkar etmişlər. Polis əməkdaşları stolun üzərində olan kart kolodasını və pulları götürərərk onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Onunla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Talehin evinin həyətindəki yardımçı tikilidə qumar oynamaqları müqabilində Talehə hər “seka” olanda 1 manat vermişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs əvəllər yaşadığı evdə qumarxana təşkil edib-etmədiyini eşitməmişdir. Aqşin Elçinlə birlikdə qumar oynasa da o, Elvin, Zaur və Ağakərim qumar oynamamışlar. Onlar otaqda olsalar da yalnız çay içmişlər. Onlar otaqda olan müddətdə orada narkotik vasitə istifadə edilməmişdir. Lakin, polis əməkdaşları gəldikdən sonra hal şahidlərinin iştirakı ilə Talehin evinə baxış keçirilmiş, oradan Talehə məxsus 06 ədəd kibrit qutusunda, 05 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd sellafon torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmüşlər, həmin kütlələr 01 ədəd sellafon torbaya qoyulmuş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Talehi Kürdəmir RPŞ-na aparmışlar və onları da dəvət etmişlər. Onlar polis şöbəsində izahat vermiş və evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə Aqşinlə Elçin qumar oynayan zaman polis əməkdaşları onları aşkar etmişlər. Belə ki, Talehi yaxın vaxtlarda tanımış, onun yaşadığı evin həyətindəki yardımçı tikilidə həmin tarixdə qumar oynamışdır. xx.xx.2023-cü il tarixdə Elçin Talehə zəng edib o, Fuad, Zaur, Ağakərim və onunla bir yerdə olduğunu bildirərək çay içmək üçün çayxanaya getməyi təklif etmişdir. Taleh isə gecə vaxtı çayxanaların bağlı olduğunu bildirərək çay içmək üçün onları evinə dəvət etmişdir. Elçin də onunla razılaşmış və xx.xx.2023-cü il tarixə keçən gecə saat 23:30 radələrində Fuad, Zaur, Ağakərim Elçin və o, birlikdə Talehin yaşadığı evin həyətinə getmişlər. Taleh onları qarşılamış və həyətdə olan yardımçı tikilidəki otağa girmişlər. Aqşin Elçinlə orada pul ilə kart, yəni qumar oynamaq qərarına gəlmişdir. Taleh onlara təzə açılmamış kart kolodası vermiş və demişdir ki, qumar oyunu təşkil etdiyi üçün oyun zamanı kartlarda olan xallar bərabər olan zaman, o, 1 manat ortada olan puldan özünə götürəcəkdir. Aqşin və Elçin Talehin qoyduğu şərt ilə razılaşmışlar. Onlar oyuna başlamış və hər oyun üçün yer pulu 5 manat olmuşdur. Taleh onlara çay gətirmiş və onlara “seka” zamanı Talehə vermək üçün hər dəfə 1 manat pul kənara qoymaq üçün razılaşmışlar. O, Fuad, Zaur və Ağakərim çay içsələr də qumar oynamamışlar. Bir müddət sonra polis əməkdaşları gəlmiş və onları qumar oynayan zaman aşkar etmişlər. Polis əməkdaşları stolun üzərində olan kart kolodasını və pulları götürərərk onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Onunla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Talehin evinin həyətindəki yardımçı tikilidə qumar oynamaqları müqabilində Talehə hər “seka” olanda 1 manat vermişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs əvəllər yaşadığı evdə qumarxana təşkil edib-etmədiyini eşitməmişdir. Aqşin Elçinlə birlikdə qumar oynasa da o, Fuad, Zaur və Ağakərim qumar oynamamışlar. Onlar otaqda olsalar da yalnız çay içmişlər. Onlar otaqda olan müddətdə orada narkotik vasitə istifadə edilməmişdir. Lakin, polis əməkdaşları gəldikdən sonra hal şahidlərinin iştirakı ilə Talehin evinə baxış keçirilmiş, oradan Talehə məxsus 06 ədəd kibrit qutusunda, 05 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd sellafon torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmüşlər, həmin kütlələr 01 ədəd sellafon torbaya qoyulmuş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Talehi Kürdəmir RPŞ-na aparmışlar və onları da dəvət etmişlər. Onlar polis şöbəsində izahat vermiş və evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində gösərdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə qumar oynayan zaman polis əməkdaşları onları aşkar etmişlər. Belə ki, Talehi yaxın vaxtlarda tanımış, onun yaşadığı evin həyətindəki yardımçı tikilidə həmin tarixdə qumar oynamışdır. xx.xx.2023-cü il tarixdə o, Talehə zəng edib Aqşin, Elvin, Fuad, Zaur, Ağakərim və onunla bir yerdə olduğunu bildirərək çay içmək üçün çayxanaya getməyi təklif etmişdir. Taleh isə gecə vaxtı çayxanaların bağlı olduğunu bildirərək çay içmək üçün onları evinə dəvət etmişdir. Elçin də onunla razılaşmış və xx.xx.2023-cü il tarixə keçən gecə saat 23:30 radələrində Elvin, Fuad, Zaur, Ağakərim və o, birlikdə Talehin yaşadığı evin həyətinə getmişlər. Taleh onları qarşılamış və həyətdə olan yardımçı tikilidəki otağa girmişlər. O, Aqşinlə orada pul ilə kart, yəni qumar oynamaq qərarına gəlmişdir. Taleh onlara təzə açılmamış kart kolodası vermiş və demişdir ki, qumar oyunu təşkil etdiyi üçün oyun zamanı kartlarda olan xallar bərabər olan zaman, o, 1 manat ortada olan puldan özünə götürəcəkdir. Onlar Talehin qoyduğu şərt ilə razılaşmışlar. Onlar oyuna başlamış və hər oyun üçün yer pulu 5 manat olmuşdur. Taleh onlara çay gətirmiş və onlara “seka” zamanı Talehə vermək üçün hər dəfə 1 manat pul kənara qoymaq üçün razılaşmışlar. Elvin, Fuad, Zaur və Ağakərim çay içsələr də qumar oynamamışlar. Bir müddət sonra polis əməkdaşları gəlmiş və onları qumar oynayan zaman aşkar etmişlər. Polis əməkdaşları stolun üzərində olan kart kolodasını və pulları götürərərk onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Onunla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Talehin evinin həyətindəki yardımçı tikilidə qumar oynamaqları müqabilində Talehə hər “seka” olanda 1 manat vermişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs əvəllər yaşadığı evdə qumarxana təşkil edib-etmədiyini eşitməmişdir. O, Aqşinlə birlikdə qumar oynasa da Elvin, Fuad, Zaur və Ağakərim qumar oynamamışlar. Onlar otaqda olsalar da yalnız çay içmişlər. Onlar otaqda olan müddətdə orada narkotik vasitə istifadə edilməmişdir. Lakin, polis əməkdaşları gəldikdən sonra hal şahidlərinin iştirakı ilə Talehin evinə baxış keçirilmiş, oradan Talehə məxsus 06 ədəd kibrit qutusunda, 05 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd sellafon torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmüşlər, həmin kütlələr 01 ədəd sellafon torbaya qoyulmuş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Talehi Kürdəmir RPŞ-na aparmışlar və onları da dəvət etmişlər. Onlar polis şöbəsində izahat vermiş və evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə Aqşinlə Elçin qumar oynayan zaman polis əməkdaşları onları aşkar etmişlər. Belə ki, Talehi yaxın vaxtlarda tanımış, onun yaşadığı evin həyətindəki yardımçı tikilidə həmin tarixdə qumar oynamışdır. xx.xx.2023-cü il tarixdə Elçin Talehə zəng edib onun,Elvinin, Fuadın və Zaurun onunla bir yerdə olduğunu bildirərək çay içmək üçün çayxanaya getməyi təklif etmişdir. Taleh isə gecə vaxtı çayxanaların bağlı olduğunu bildirərək çay içmək üçün onları evinə dəvət etmişdir. Elçin də onunla razılaşmış və xx.xx.2023-cü il tarixə keçən gecə saat 23:30 radələrində Elvin, Fuad, Zaur, Elçin və o, birlikdə Talehin yaşadığı evin həyətinə getmişlər. Taleh onları qarşılamış və həyətdə olan yardımçı tikilidəki otağa girmişlər. Aqşin Elçinlə orada pul ilə kart, yəni qumar oynamaq qərarına gəlmişdir. Taleh onlara təzə açılmamış kart kolodası vermiş və demişdir ki, qumar oyunu təşkil etdiyi üçün oyun zamanı kartlarda olan xallar bərabər olan zaman, o, 1 manat ortada olan puldan özünə götürəcəkdir. X14 qoyduğu şərt ilə razılaşmışlar. Onlar oyuna başlamış və hər oyun üçün yer pulu 5 manat olmuşdur. Taleh onlara çay gətirmiş və onlara “seka” zamanı Talehə vermək üçün hər dəfə 1 manat pul kənara qoymaq üçün razılaşmışlar. O, Elvin, Fuad və Zaur çay içsələr də qumar oynamamışlar. Bir müddət sonra polis əməkdaşları gəlmiş və onları qumar oynayan zaman aşkar etmişlər. Polis əməkdaşları stolun üzərində olan kart kolodasını və pulları götürərərk onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Onunla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Talehin evinin həyətindəki yardımçı tikilidə qumar oynamaqları müqabilində Talehə hər “seka” olanda 1 manat vermişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs əvəllər yaşadığı evdə qumarxana təşkil edib-etmədiyini eşitməmişdir. Aqşin Elçinlə birlikdə qumar oynasa da Elvin, Fuad, Zaur və o qumar oynamamışlar, otaqda olsalar da yalnız çay içmişlər. Onlar otaqda olan müddətdə orada narkotik vasitə istifadə edilməmişdir. Lakin, polis əməkdaşları gəldikdən sonra hal şahidlərinin iştirakı ilə Talehin evinə baxış keçirilmiş, oradan Talehə məxsus 06 ədəd kibrit qutusunda, 05 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd sellafon torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmüşlər, həmin kütlələr 01 ədəd sellafon torbaya qoyulmuş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Talehi Kürdəmir RPŞ-na aparmışlar və onları da dəvət etmişlər. Onlar polis şöbəsində izahat vermiş və evlərinə getmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid13 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Şifahi sorğu zamanı onun Rusiya Federasiyasında olduğu müəyyən edilmişdir. Məhkəmə iclası zalında onun istifadəsində olan 007-***-***-**-** nömrəli telefonla vatsap vasitəsi ilə əlaqə saxlanılmış və ifadəsində göstərdi ki, taleh onun xalası nəvəsidir. xx.xx.2023-cü il tarixdə Saleh və Şamillə birlikdə Talehgilə getmiş və orada çay içərək nərd oynamışlar. Onlar orada olan zaman Taleh ona marixuana verməmişdir və ümumiyyətlə onlar orada qumar oynamamışlar. Sabahısı günü polis onu şöbəyə dəvət etmiş və ona nə yazıldığı bilmədiyi kağıza imza etdirmişlər. O, taleh əleyinə heç bir ifadə verməmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid13 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 13 fevral 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı kənddə yerləşən çayxanada həmkəndliləri Şahid15, Şahid14 və Şahid16 ilə eyni masa arxasında oturaraq çay içib domino oynamışdır. Orada onlar qərara gəlmişlər ki, aralarında “Poker” kart oyununu qumar şəkilində oynasınlar. Lakin çay içib oturduğu çayxananın sahibi ümumiyyətlə qumar oyunu oynamağa icazə vermədiyindən onlar orada qumar oynamamaq qərarına gəlmişlər. Bu zaman çayxananın işığı sönmüş və onlar oradan durub, qumar oynamaq üçün həmkəndlisi Təqsirləndirilən şəxs zəng edib kartla qumar oynamaq üçün onlara gəldiklərini bildirmişdir. Taleh də onlarla razılaşmışdır. Onlar dördü də Talehin yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evinə getmişlər. Taleh onları yaşadığı evin giriş qapısında gözləmişdir. Onlar Talehin dəvəti ilə onun yaşadığı evə girmişlər. Əvvəlcə nərd oynamışlar, sonra isə Taleh onlara təzə açılmamış kart kolodası verərək qumar oyunu təşkil etdiyi üçün oyun zamanı kartlarda olan xallar bərabər olan zaman, o, 1 manat ortada olan puldan özünə götürəcəyini bildirmişdir. Onlar Talehin qoyduğu şərt ilə razılaşmışlar. Təxminən 20-25 dəqiqə oynamışlar ki, oyun zamanı Taleh kartların xalları bərabər olduğu üçün 6 manat pul götürmüşdür. Sonra Taleh onda yaxşı qurudulmuş narkotik olduğunu deyərək onlara təklif etmişdir. Təkcə o, narkotik vasitə olan marixuananı çəkməyə razılıq vermişdir. Taleh doldurulmuş halda siqaret gilizinin içərisində olan marixuananı yandırıb ona uzatmışdır. O, Taleh ilə birlikdə həmin bir “papirosluq” narkotik vasitə olan marixuananı çəkib qutarmışdır. Onlar təxminən 5 dəqiqə oyun oynamışlar ki, Talehə zəng gəlmişdir. Taleh danışa-danışa həyətə çıxmış və içəri girib onlara qonağı gəldiyini bildirərək xahiş etmişdir ki, evi tərk etsinlər. Onlar da oynadıqları qumarı yarımçıq qoyub Talehin evini tərk etmişlər. Səhəri gün onları polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Onunla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Talehin evində o, Saleh, Şamil və Xəzər ilə birlikdə qumar oynamışdır. Talehin evinin həyətindəki yardımçı tikilidə qumar oynanılması müqabilində Talehə hər “seka” olanda 1 manat vermək üçün razılaşmışlar. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs əvəllər də yaşadığı evdə qumarxana təşkil edib-etmədiyini eşitməmişdir. O, otaqda olan müddətdə Talehin pay verdiyi marixuanadan istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, 13 fevral 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı kənddə yerləşən çayxanada həmkəndliləri o, Şahid15 və Şahid16 ilə eyni masa arxasında oturaraq çay içib domino oynamışdır. Orada onlar qərara gəlmişlər ki, aralarında “Poker” kart oyununu qumar şəkilində oynasınlar. Lakin çay içib oturduğu çayxananın sahibi ümumiyyətlə qumar oyunu oynamağa icazə vermədiyindən onlar orada qumar oynamamaq qərarına gəlmişlər. Bu zaman çayxananın işığı sönmüş və onlar oradan durub, qumar oynamaq üçün həmkəndlisi Təqsirləndirilən şəxs zəng edib kartla qumar oynamaq üçün onlara gəldiklərini bildirmişdir. Taleh də onlarla razılaşmışdır. Onlar dördü də Talehin yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evinə getmişlər. Taleh onları yaşadığı evin giriş qapısında gözləmişdir. Onlar Talehin dəvəti ilə onun yaşadığı evə girmişlər. Əvvəlcə nərd oynamışlar, sonra isə Taleh onlara təzə açılmamış kart kolodası verərək qumar oyunu təşkil etdiyi üçün oyun zamanı kartlarda olan xallar bərabər olan zaman, o, 1 manat ortada olan puldan özünə götürəcəyini bildirmişdir. Onlar Talehin qoyduğu şərt ilə razılaşmışlar. Təxminən 20-25 dəqiqə oynamışlar ki, oyun zamanı Taleh kartların xalları bərabər olduğu üçün 6 manat pul götürmüşdür. Sonra Taleh onda yaxşı qurudulmuş narkotik olduğunu deyərək onlara təklif etmişdir. Təkcə Elşad narkotik vasitə olan marixuananı çəkməyə razılıq vermişdir. Taleh doldurulmuş halda siqaret gilizinin içərisində olan marixuananı yandırıb ona uzatmışdır. Elşad Taleh ilə birlikdə həmin bir “papirosluq” narkotik vasitə olan marixuananı çəkib qutarmışdır. Onlar təxminən 5 dəqiqə oyun oynamışlar ki, Talehə zəng gəlmişdir. Taleh danışa-danışa həyətə çıxmış və içəri girib onlara qonağı gəldiyini bildirərək xahiş etmişdir ki, evi tərk etsinlər. Onlar da oynadıqları qumarı yarımçıq qoyub Talehin evini tərk etmişlər. Səhəri gün onları polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Onunla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Talehin evində o, Saleh, Şamil və Elşadla birlikdə qumar oynamışdır. Talehin evinin həyətindəki yardımçı tikilidə qumar oynanılması müqabilində Talehə hər “seka” olanda 1 manat vermək üçün razılaşmışlar. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs əvəllər də yaşadığı evdə qumarxana təşkil edib-etmədiyini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Talehin xalası oğlu Elşad ona zəng edərək Talehgilə çay içməyə getməsini demiş, o, da Şamil Elşad və Xəzərlə birlikdə konfet alıb Talehgilə getmişlər. Onlar Talehgildə nərd oynamışlar. Bundan sonra onlar 5-10 manatdan kart ilə duraka oynamışlar və 19 manat uduzmuşdur. Sabahısı günü polislərin Talehin yaşadığı evə gəldiyini eşitmişdir. Polis əməkdaşları onu şöbəyə çağırıb izahatını almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 Qalin oğlu ifadəsində göstərdi ki, Taleh onun həmkəndlisi, həm də qohumudur. xx.xx.2023-cü il tarixdə Elşad, Xəzər və Salehlə bir yerdə olarkən Talehgilə gedib çay içmək qərarına gəlmişlər. Onlar Talehgildə olarkən 10- 15 dəqiqə ərzində karla 1 manatdan pul müqabilində kart oynamışlar və o, həmin günü 10 manat uduzmuşdur. Həmin vaxtı Taleh də orada olmuşdur. Onlar orada olan vaxtı polis əməkdaşları gəlməmişlər. Sabahısı günü eşitmişdir ki, polislər Talehin yaşadığı evə gələrək orada olan adamları və Talehi tutmuşlar. Onlar Talehgildə olan vaxtı nəşə çəkən olmamışdır və və orada salafan torbada narkotik görməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə əlavə şahid qismində məhkəməyə dəvət edilmiş X10 ifadəsində göstərdi ki, o, kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu və kənd icra nümayəndəsini baxış keçirilməsi üçün Talehin yaşadığı evə dəvət etmişlər. Orada olan zaman ona selofan torbada nəşə olduğunu demişlər və şəkillərini çəkmişlər. Həmin vaxtı Taleh torbada nəşə deyil nanə olduğunu demişdir. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə əlavə şahid qismində məhkəməyə dəvət edilmiş X7 ifaədində göstədi ki, o, Kürdəmir raon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları kənd icra nümayəndəsi kimi onu da Talehin evinə baxış keçirilən zaman dəvət etmişlər. Həmin vaxtı masanın üzərində torba olmuş, lakin torbada nə olmasından məlumatı olmamışdır. Həmin vaxtı orada şəkil çəkilmiş və Talehin həmin torbada nanə olduğunu deməsi yadında deyildir. İş materialalrına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/176 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 2.98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.
1. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs...yardımçı tikilidən...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı 1 ədəd polietilen torbada təmiz çəkisi – 410.0 qram, 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkilləri – 1.73 qram, 3.83 qram, 4.02 qram, 3.91 qram, 2.93 qram, 2.18 qram, 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0.16 qram, 0.19 qram, 0.39 qram, 0.33 qram, 0.60 qram, ümumi çəkisi – 430.27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və həyətindəki yardımçı tikilidən götürülmüş, ümumi çəkisi – 433.25 qram olan marixuanalar eyni tərkiblidir. Marixuananın təmiz çəkisi – 433,25 qram, tədqiqata cəmi 0,39 qram sərf edildikdən sonra 432,86 qram qalıq qalmışdır. (bax iş vər, 58-61) İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X15 daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-85/2023 nömrəli məktubdan görünür ki, Vəliyev X9 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər,115) İş materiallarına əlavə edilmiş “Dövlət Sosial Fondu” publik hüquqi şəxsin 1 saylı Mərkəzi Aran regional filialından daxil olan xx.xx.2023-cü il tarixli 3-17-1/2-40070/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs heç bir növ pensiya, müavinət və ya təqaüd almır. (bax iş vər, 120) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128 maddəsinə əsasən aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 09 ay islah işləri cəzası təyin edilmişdir. (bax iş vər. 129-130) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Kürdəmir rayon icra və probasiya şöbəsindən” daxil olan xx.xx.2023-cü il tarixli 07-2015/5-251/2023 nömrəli məktubdan görünür ki, Kürdəmir rayon məhkəməsinin 1(041)-07/2015 saylı xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 maddəsi ilə aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 09 ay müddətə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı üçün xx.xx.2016-cı il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsindən qeydiyyatdan çıxarılmışdır. (bax iş vər. 195) İş materiallarına əlavə edilmiş iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 465 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 145) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 101 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1962-ci il təvəllüdlü anası ilə birlikdə yaşayır. (bax iş vər. 252) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə xarakterizə olunur. (bax iş vər. 253) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-ci il tarixdə saat 02.10da tutulmuşdur. (bax iş vər. 27-28) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-20/2023 saylı qərrın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbiriini müddəti xx.xx.2023-cü tarixədək həddində müəyyən edilmiş və əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (bax iş vər. 100-103) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqına qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (bax iş vər. 212-213) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(041)-17/2023 nömrəli qərara əsasən, Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında Kürdəmir RPŞ-nin rəisi, polis polkovniki Arzu Rzayevin xx.xx.2023-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. (bax: İ cild, i/v: 127-128) İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olan xx.xx.2023-cü il tarixli 7748 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrənin Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. ***-***-**-** saylı nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində istifadəsi zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (bax: İ cild, i/v: 166-189) İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olan xx.xx.2023-cü il tarixli BKC/LGL-6345/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrənin "xxxx" şəbəkəsində istifadəsi aşkar edilməmişdir. ***-***-**-** saylı nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində istifadəsi zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (bax: İ cild, i/v: 220-231) İş materiallarına əlavə edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və həyətindəki yardımçı tikilidən aşkar edilmiş narkotik vasitəni nə vaxt və hansı mənbədən əldə etməsini, narkotik vasitəni hansı məqsədlə üzərində və həyətindəki yardımçı tikilidə saxlamasının, narkotik vasitənin satışı ilə məşğul olub-olmamasının, həmçinin əvəllər də yaşadığı evdə, həyətindəki yardımçı tikilidə qumar oyunu təşkil edib-etməməsinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmişdir. (bax: İ cild, i/v: 112-113) İş materiallarına əlavə edilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi dəqiq mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməkdə, daşımaqda heç kim köməklik göstərməmiş, yəni onunla heç kim əlbir olmamışdır. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə saat 23 radələrində həmkəndliləri Şahid13, Şahid16, Şahid15 və Şahid14 bir-biriləri ilə nəğd pulla kart oyunu olan “Poker” qumar oyununu oynaması üçün yaşadığı evin həyatyanı sahəsində yerləşən otaqda qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmişdir. (bax: İ cild, i/v: 237) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində yaşadığı evin yardımçı tikilindən aşkar olunmuş qurudulmuş marixuananı, yəni narkotik vasitəni istintaq zamanı özünə məxsus olduğunu təsdiq etmişdir. İbtidai istintaqdan fərqli olaraq məhkəmə istintaqında Təqsirləndirilən şəxs yaşadığı evin yardımçı tikilindən aşkar olunmuş kütlənin nanə bitkisi olduğunu israrla bildirsə də, lakin iş materialları ilə həmin hallar öz təsdiqini tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasında müayinə olunarkən, barəsində ev dustaqlığı qətimkan tədbiri keçirilən zaman törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarında o, törətdiyi əməldən peşman olduğunu, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sərbəst formada verdiyi ifadəsində üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Bundan əlavə məhkəmə Şahid13 ibtidai istintaqdan fərqli olaraq məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə qumar oynamadıqlarını, Təqsirləndirilən şəxslə narkotik vasitə olan marixuanadan istifadə etmədikləri barədə fikirlərinə tənqidi yanaşaraq, onun məhkəmdə verdiyi ifadəsini sübut kimi qəbul etmir. Belə ki, Şahid13 Təqsirləndirilən şəxs qohumudur. Məhkəmədə ibtidai istintaqdan fərqli olaraq ifadəsini dəyişdirməsində məqsəd qohumu Talehi müdafiə etməkdir. Şahid14, Şahid15 və Şahid16 ibtidai istintaqdan fərqli olaraq məhkəmə istintaqında verdikləri ifadələrində Şahid13 Təqsirləndirilən şəxslə birgə narkotik vasitə-marixuanadan istifadə etmədiklərini bildirsələrdə, həmin xüsusat işin digər hallarına uyğun gəlmir. Məhkəmə həmin hissədə ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir şübhə doğurmayan sübutlar əsasında düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 244-1.2.1-ci maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 244-1.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə müvafiq cəzalar təyin edilməli və həmin cəzaları AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsnə əsasən cinayətlərin məcmuyuna cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X6 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli həbs olunduğu gündən, yəni 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Vəliyev X9 rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yardımçı tikilidən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan çətənə bitkilərinin ekspertiza tədqiqatındn sonra qalığı 432,86 qram qrudulmuş marixuana və həyətdəki yardımçı tikilidəki otaqda qumar oynanılarkən istifadə edilmiş içərisində 36 ədəd kart olan 01 ədəd kart kolodası hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməlidir. İş üzrə maddi sübut stolun üzərindən aşkar edilmiş 225 (iki yüz iyirmi beş) manat pul vəsaiti dövlət nəfinə müsadirə edilməlidir. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqlarının müdafiə edilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X8 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi X8 Təqsirləndirilən şəxs məhkmədə hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən hər iş saatı üçün 06 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 244-1.2.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 234.1-ci maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, AR CM-nin 244-1.2.1-ci maddəsinə əsasən 06 ay müdddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbs və ev dustaqlığında saxlanıldığı 03 ay ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və həyətindəki yardımçı tikilidən götürülmüş, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra ümumilikdə 432,86 qram qalığı və qumar oynanılarkən istifadə edilmiş içərisində 36 ədəd kart olan 01 ədəd kart kolbası hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən həyətdəki yardımçı tikilidəki otaqda olan stolun üzərindən aşkar edilmiş 225 (iki yüz iyirmi beş) manat pul vəsaiti dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X4, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 30 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil X5 180 (bir yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən Müseyib Bayramov