Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-4/2025 01.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsayev Orxan Mahir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X6, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi X1 iştirakları ilə, xx.xx.2002-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi sürücülük fəaliyyəti ilə məşğul olan, Balakən rayonu Qullar kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saat 01 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit” markalı **-VF- *** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən 178.5-ci kilometrliyində Bakı şəhəri istiqamətində 80 km/saat sürətlə hərəkət etdirərəkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmamasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Kamaz-65115 markalı avtombillə hərəkətin təhlükəsizliyini təmin edən lazimi ara məsafə seçərək hərəkət etməli olduğu halda, bunları etməyib sürücü Şahid1 Bakı şəhəri istiqamətində təxminən 70 km/saat sürətlə idarə etdiyi Kamaz- 65115 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqda “Ford Transit” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs kəllə tağı sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinin dağılası, sol bazuda qançırlar xəsarətləri ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs hüquqi varisi X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, yaşadıqları rayon ərazisindən kənd məhsullarını toplayıb “Ford Transit” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli» bazarına aparıb satmış, əldə etdiyi gəliri ailəsinə xərcləmişdirdır. 29 iyul 2023-cü il tarixdə oğlu Anar qudası Zərərçəkmiş şəxslə rayon ərazisindən avtomobilə təxminən 2 ton çəkidə alma, armud meyvəsi yükləyərək saat 19 radələrində Balakən rayonundan Qaradağ rayonuna yola düşmüşdür. İyulun 30-u gecə saatlarında Anarın mobil telefonuna bir neçə dəfə zəng etmiş, üçüncü zəngdə tanımadığı bir nəfər Anarın mobil telefonunu açıb telefonun sahibinin yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü bildirmişdir. Dərhal qohumları ilə birlikdə Kürdəmir rayon xəstəxanaya getmişlər, Anarın və qudası Eldarın meyitlərinin morqa yerləşdirildiyini bilmişlər. Xəstəxanada olarkən oğlunun idarə etdiyi avtomobilin Kamaz markalı yük avtomobili ilə toqquşduğunu, oğlunun və qudasının hadisə yerində öldüyünü bilmişdir. Ekspert müayinəsində sonra qohumları ilə birlikdə Balakən rayonuna aparıb və həmin gün kənd qəbiristanlığında dəfn etmişlər. Hadisədən sonra istintaqın gedişindən narazı olduğu üçün hadisədə iştirakı olan Kamaz markalı avtomobilin sürücüsü Şahid1 da cinayət məsuliyyətinə cəlb edilməli olduğunu tələb etmiş, məhkəmə tərəfindən yəyin edilən ekspert rəyindən sonra hesab edir ki, oğlu Təqsirləndirilən şəxs öldüyü üçün onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır, Təqsirləndirilən şəxs isə qohumudur. 29 iyul 2023-cü il tarixdə atası Zərərçəkmiş şəxslə qohumu Təqsirləndirilən şəxs rayon ərazisində müxtəlif meyvələr alaraq Anara məxsus “Ford Transit” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində Meyvəli bazarına tərəf yola düşmüşlər. 30 iyul 2023cü il tarixdə saat təxminən 02 radələrində xatırlamadığı şəxs ona zəng edərək Anarın Kürdəmir rayonunda yol nəqliyyat hadisəsi törətdiyini, atasının da həmin hadisə nəticəsində xəsarət aldığını bildirmişdir. Dərhal hazırlaşıb yola çıxdığı zaman təkrar ona zəng gəlmiş və ona həmin vaxtı atasının və Anarın yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü bildirmişlər. Bundan sonra o, taksi ilə Kürdəmir rayonuna getmiş və orada atası ilə Anarın meyitinin Kürdəmir rayon xəstəxanasında morqda olduğunu görmüşdür. Hadisə ilə bağlı maraqlandıqda Anarın idarə etdiyi avtomobilin Kürdəmir rayonu ərazisində Kamaz markalı avtomobillə toqquşduğunu və hər ikisinin hadisə yerində öldüyünü bilmişlər. Bundan sonra atasının meyitini Balakən rayonuna gətirərək rayonunun Talalar kəndində qəbirstanlıqda dəfn etmişlər. E.Zərərçəkmiş şəxs ifadəsinin sonunda iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, BC kateqoriyalı sürücüdür, 29 iyul 2023-cü il tarixdə özünə məxsus Kamaz-65115 markalı ** BP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə Ağsu rayonunda qum yüklətdirib Qaradağ rayonuna yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. 30 iyul 2023-cü il tarixdə saat 01 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində sağ zolaqla 70 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin arxa hissəsinə guppultu ilə nəsə dəymiş, zərbənin təsirindən avtomobilin sürəti artmış və irəliyə doğru getməkdə davam etmişdir. Həyəcanlı olduğundan çətinliklədə olsa təxminən 150 metr məsafədə avtomobili saxlayıb yerə düşərək özünə gəlməyə çalışmışdır. Hadisə yerinə yaxınlaşarkən çoxlu yol adamlarının olduğunu və polislərin gəldiyini görmüşdür. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım avtomobili gələrək ölən şəxsləri xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə gələn müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilərkən iştirak etmiş, toqquşma yerini göstərərək tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Onun avtomobili ilə toqquşan avtomobilin sürücüsünü və sərnişinini tanımamış, onlarla və onların ailə üzvləri ilə heç bir ədavəti olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, Balakən rayonunun Qullar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Seyfulla Qarayev həmkəndlisidir. X4 özünə məxsus “Ford Transit” markalı ** VF *** dövlət qeydiyyat nişanlı yük avtomobilini qəzadan 4-5 ay əvvəl almışdır. 29 iyul 2023-cü il tarixində Balakən rayonundan Bakı şəhərinə yola düşmüş, artıq 30 iyul 2023-cü il tarixi saat təxminən 01-05 radələrində Kürdəmir rayon ərazisindən keçən Bakı- Qazax yolunda Bakı istiqamətində hərəkətdə olarkən Bakı istiqamətində hərəkət hissəsində əks hərəkət zolağından Bakı istiqamətində hərəkət zolağına keçən tanımadığı adamların və Bakı istiqamətində hərəkət hissəsində iki yük avtomobilini görmüşdür. Avtomobili hərəkət hissəsinin sağ kənarına saxlayıb, avtomobilindən düşmüş, adamların toplaşdığı yerə yəni hadisə olan yerə yaxınlaşmışdır. Bakı istiqamətində sağ hərəkət zolağında tormoz izlərini və ağ rəngli “Ford Transit” markalı yük avtomobili görmüş, nömrəsinə baxdıqda Anarın avtomobili olduğunu bilmişdir. Avtomobilin qabaq hissəsi tamamilə əzilmiş, qapılar kipləşmiş və sərnişinlərin öldüyünü görmüşdür. Hadisə yerində bir müddət qaldıqdan sonra fövqalədənin əməkdaşları gəlmiş və o yoluna davam etmişdir. Yol-nəqliyyat hadisəsinin baş vermə anını görməmiş, hadisə baş verdikdən təxminən 3-5 dəqiqə sonra hadisə yerində olmuşdur. Həmçinin hadisə yerində olarkən “Ford Transit” markalı yük avtomobilinin toqquşduğu Kamaz markalı yük avtomobilini görməmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, DİN Bİ və Tİ YNHDİ üzər İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi vəzifəsində çalışır. 30 iyul 2023-cü il tarixdə saat 01:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən 178,5-ci kilometrliyində Balakən rayonunun Qullar kəndinin sakini xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə ediyi “Ford Transit” markalı ** VF *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı istiqamətində idarə edib hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuşdur. Belə ki, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmuş, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayıraraq, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Kamaz-65115 markalı avtomobillə hərəkətin təhlükəsizliyini təmin edən lazımi ara məsafə seçərək hərəkət etməli olduğu halda, bunu etməyərək nəticədə avtomobilinin qabaq hissəsi qarşıda eyni istiqamətdə eyni zolaqda hərəkətdə olan Ağdam rayonunun Çullu kəndində qeydiyyatda olmaqla Ağdaş rayonunun Qaradağlı kəndində məskunlaşmış xx.xx.1993-cü il təvəllüdlü Şahid1 idarə etdiyi Kamaz-65115 markalı 02- BP402 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılmış «Ford Tranzit» markalı avtomobilin sərnişini Balakən rayonunun Talalar kəndinin sakini xx.xx.1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ölümünə bilavasitə səbəb olan kəllə tağı sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinin dağılması, sol bazuda qançırlar, travmvtik şok olmuşdur. Təqsirləndirilən şəxs ölümünə bilavasitə səbəb baş beyinin diffuz travması, alın və sol gicgah sümüklərinin açıq qəlpəli sınıqları, sağ baldır sümüklərinin qapalı sınıqları, kəsici dişlərin sınması, alın-sol gicah nahiyələrinin yumşaq toxumalarının və üst dodağın əzilmiş-cırılmış yaraları sağ bazuda və sağ dizdə sıyrıqlar xəsarətlərindən ölmüşdür. Aparılan istintaq hərəkətlərindən narazı qalan Təqsirləndirilən şəxs atası ayrı-ayrı ünvanlara ondan şikayət etdiyinə görə işin istintaqını müstəntiq Vüqar Emçiyev davam etdirmişdir. İş üzrə zəruri hesab edilən bütün istintaq hərəkətləri aparılmış, Təqsirləndirilən şəxs hüquqi varisi X1 razılığı olmadığına görə bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Balakən rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Yol nəqliyyat hadisəsinin baş vermə anını görməmişdir. 30 iyul 2025-ci il tarixdə baş vermiş hadisəni eşitdikdən sonra rayona gəlmiş, günorta saatlarında Bakı şəhərinə geri qayıdarkən hadisə yerinə gəlmiş, hadisə yerinin videogörüntüsünü telefon vasitəsilə qeydə almışdır. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli meyitin məhkəmə-tibbi ekspertizasına dair 21 nömrəli eksperti rəyi ilə müəyyən edilmişdir ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs meyitində aşkar olunan xəsarətlər - baş beyinin diffuz travması, alın və sol gicgah sümüklərinin açıq qəlpəli sınıqları, sağ baldır sümüklərinin qapalı sınıqları, kəsici dişlərin sınması, alın-sol gicah nahiyələrinin yumşaq toxumalarının və üst dodağın əzilmiş-cırılmış yaraları sağ bazuda və sağ dizdə sıyrıqlar - küt əşyanın zərbəvi təsirindən törənmiş qərarın təsviri hissəsində göstərilən 30 iyul 2023-cü il tarixdə hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilir. Təqsirləndirilən şəxs ölümünə səbəb qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Ölüm meyit müayinə olunandan 8-12 saat əvvəl baş vermişdir. Təqsirləndirilən şəxs ölümündən əvvvəl spirtli içki və nvrkotik vasitələr qəbul etməmişdir ki, bu da onun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatının nəticələri ilə sübut olununur. - “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli meyitin məhkəmə-tibbi ekspertizasına dair 22 nömrəli eksperti rəyi ilə müəyyən edilmişdir ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər - kəllə tağı sümüklərinin açıq qılpıli sınıqları, baş beyin maddəsinin dağılması, sol bazuda qançırlar - küt əşyanın zərbəvi təsirindən törənmiş qərarın təsviri hissəsində göstərilən 30 iyul 2023-cü il tarixdə hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilir. Zərərçəkmiş şəxs ölümünə səbəb qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Ölüm meyit müayinə olunandan 8-12 saat əvvəl baş vermişdir. - “Ford Tranzit” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və Kamaz-65115 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərində nə kimi zədələrin olduğu, həmin zədələrin yaranma mexanizminin müəyyən edilməsi, hadisə anında avtomobillərin biri-birinə qarşı hansı istiqamətdə olmasını, avtomobillərin hansı bucaq altında toqquşmasını müəyyənləşdirmək məqsədi ilə cinayət işi üzrə məhkəmətrasoloji ekspertiza təyin edilərək ekspert rəyi alınmışdır. Məhkəmə trasoloji ekspertizasının 26 sentyabr 2023-cü il tarixli 8/2523 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,
1. 2. təqdim edilmiş nəqliyyat vasitələrinin üzərində olan zədələr və onların xarakteri rəyin tədqiqi hissəsində göstərilmişdir. Nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma “Ford Transit” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə Kamaz-65115 markalı 02-BP402 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. - “Ford Tranzit” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Kamaz-65115 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq və onların hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə 27 sentyabr 2023-cü il tarixdə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. Məhkəmə ekspertizasının 12 oktyabr 2023-cü il tarixli 8/2986 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Ford Tranzit” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz-65115 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. - “Məhkəmə-tibbi ekspertiza və X7» X12 məhkəmə-kimya şöbəsi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli 2800/K nömrəli maddi sübutların ekspertizası rəyindən görünür ki, Şahid1 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək İlkin yoxlama zamanı cinayət hadisənin baş verdiyi yerə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən 178,5-ci kilometrliyində baş vermişdir, hadisə baş verən yolun iki hərəkət hissəsi mövcuddur. Bakı istiqamətində hərəkət hissəsi iki zolaqdan ibarət olub eni 7,5 metrdir. Zolaqlar qırıq-qırıq ağ rəngli xəttlərlə bölünmüşdür. Hərəkət hissəsinin hər iki kənarı sarı rəngli bötöv xəttlə rənglənmişdir. Beton bordürdən Bakı istiqamətində olan hərəkət hissəsinin sol kənarındakı sarı rəngli bütöv xəttə qədər olan məsafə 2,2 metrdir. Hərəkət hissəsinin sağ çiyinində eni 3,5 metr olan çınqıl örtüklü ehtiyat hissə vardır. Hərəkət hissəsi asfalt örtüklü olmaqla asfalt örtük düz, quru, hamar və üfüqi vəziyyətdədir. Asfalt örtük üzərində heç bir defekt yoxdur. Hadisə yeri yaşayış məntəqəsindən kənardadır. Hadisə baş verən yerdə nəqliyyat vasitələrinin hərəkət sürəti 110 km/saatdır. Hadisə zamanı «Ford Tranzit>> markalı **-VF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində bir nəfər sərnişin olmaqla iki ton yük olmuş, Kamaz-65115 markalı 02- BP402 dövlət qeydiyyat nişanlı yük avtomobili tam yüklü olmaqla sərnişin olmamışdır. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək fotoşəkil və sxemi çəkilərək iş materiallarına əlavə olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli 3-13-16/2-116367/2023 №-li məktubunda DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD seriyalı 706098 nömrəli BC katoqoriyalı sürücülük vəsiqəsinin verildiyi, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumatın qeydə alınmadığı göstərilmişdir. - DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - “Ford Tranzit” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinə təhvil verilmişdir. - Məhkəmə tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi ilə əlaqədar 10 iyul 2024-cü il tarixli qərarı ilə ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/3337 nömrəli, 5 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Transit markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz-65115 markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Ekspertizanın aparılması ilə əlaqədar məhkəməyə 23 avqust 2024-cü il tarixdə Ford Transit markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı və Kamaz-65115 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillər hadisədən sonra təmir və istismar olunmadığı şəraitdə baxış keçirilməsi göstərilmişdir. Lakin avtomobillərə baxış keçirilməsi barədə ekspert vəsatəti təmin edilməmişdir. Ona görədə qeyd olunan sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 və Təqsirləndirilən şəxs hüquqi varisi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.5-ci maddəsinə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir . Azərbaycan Respublikası CPM-nin 41.1-ci maddəsinə görə təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə,təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1 maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihaşçısı və xüsusu ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir Məhkəmə, Təqsirləndirilən şəxs ölməsini, həmçinin onun hüquqi varisinin və zərərçəkmiş şəxsin hüquqi varisinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadığına görə xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadığından xitam verilməlidir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan “Ford Transit” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin X2 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxs öldüyünə görə məhkəmə məsrəfi (ekspertiza xərci) dövlət büdcəsinə aid edilməlidir. Belə ki, CPM-in 198.6-cı maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə maddi sübut olan “Ford Transit” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin X2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 386 (üç yüz səksən altı) manat məhkəmə məsrəfi (ekspertiza xərci) dövlət büdcəsinə aid edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV