Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-40/2024 03.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda ümumi təmiz çəkisi 11.01 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 17:15 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri H.Aslanov küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan boz rəngli idman gödəkçəsinin sağ ön cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,35 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tədbirlərin davamı olaraq keçirilmiş istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində onun razılıq ərizəsi əsasında yaşadığı Kürdəmir rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı evin zirzəmisində, 01 ədəd dəmir qabın içərisindən təmiz çəkisi 5.66 qram üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində yaşayır, evlidir 3 azyaşlı uşağı var, qızı Fatimə asma xəstəsi, üçüncü dərəcəli əlildirdir. Narkotik vasitə marixuanadan 3 ildir ki, aradabir istifadə edir, 2023-cü il fevral ayının ortalarında küçədə yerdən bir ədəd çətənə tumu tapmış, 2023-cü ilin mart ayının axırlarında tumu dibçəkdə əkmiş və evin arxa hissəsində gizlətmişdir 2023-cü ilin may ayının sonlarında kolun yarpaqlarını dərib qurudaraq hissə-hissə istifadə etmiş, bir hissəsini kibrit qutularına doldurub yaşadığı evin zirzəmisində gizlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:15 radələrində Kürdəmir şəhəri H.Aslanov küçəsində gəzərkən polis əməkdaşları yaxınlaşıb üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib polis şöbəsinə aparmışlar. Şöbədə üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman gödəkçəsinin cibində saxladığı kibrit qutusunu çıxarıb təqdim etmiş, soğru sual zamanı qurudulmuş marixuananın sonuncu qalan hissəsinin yaşadığı evin zirzəmisində olduğunu etiraf etmiş və yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermişdir. Polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı Kürdəmir rayonu Atakişili kəndində yerləşən evində videoçəkilişlə baxış keçirilən vaxt evin zirzəmisində dəmir qabın içərisində saxladığı qurudulmuş marixuananı təqdim etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç bir cinayət əməli törətməmişdir. Əməlindən səmimi peşmançılıq çəkir, ilk dəfə cinayət törətməsini və himayəsində yetkinlik yaşına çatmayan 3 uşağı olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Atkişili kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitə saxlaması barədə daxil olan məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Şərifov X9 şəhəri H.Aslanov küçəsində saxlayaraq polis şöbəsinə gətirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə “nəşə” yəni qudulmuş marixuana olduğunu bildirib, əynində olan boz rəngli idman gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusu müstəntiq tərəfindən açılmış içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu suallara cavab olaraq Təqsirləndirilən şəxs 2023cü ilin mart ayında yaşadığı evin həyətndə dibçəkdə 01 ədəd çətənə kolu əkib becərdiyini, qurudub istifadə etmək məqsədi ilə yaşadığı evdə və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusu zərfdə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Bundan sonra, polis əməkdaşları və müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və Yalçın həyət evinin zirzəmisindən bir ədəd dəmir qabın içərisində olan yaşıl rəngli kəskin iyli qurudulmuş marixuananı onlara təqdim etmişdir. Dəmir qabın içərisində olan kütlə müstəntiq tərəfindən polietilen torbaya qablaşdırılmış, üzəri yazılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs bu günədək kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında Şahid2 da digər Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X2, Kürdəmir RPŞ-nin CABnin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 , Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid1, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq müstəntiq X15 Şərifova şübhəli şəxs qismində hüquq və vəzifələrini izah etmiş, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə “nəşə” yəni qudulmuş marixuana olduğunu bildirib, əynində olan boz rəngli idman gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilmiş, lakin başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusun açılmış içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu elektron tərəzidə çəkildi və təxmini çəkisi 8.68 qram olması müəyyən edilmişdir. Şifahi sorğu suala cavab olarq bildirdi ki, 2023-cü ilin mart ayında yaşadığı evin həyətndə dibçəkdə 01 ədəd çətənə kolu əkib becərmişdir qurudub istifadə etmək məqsədi ilə yaşadığı evdə və üzərində saxlamışdır. Heç kimə narkotik vasitə satmamışdır, polis şöbəsinə gətirilərkən ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuanası vardır. Yaşadığı evə, evin həyətyani sahəsinə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Y,Şərifovun təqdim etdiyi kibrit qutusu zərfdə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində keçirilən baxış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X5, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 , RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid1, RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X3, Müdafiəçi1 Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs göstərməsinə əsasən polis əməkdaşları yaşayış evinin həyətinə daxil olmuşlar, Təqsirləndirilən şəxs 1 mərtəbəli kürsülü həyət evinin zirzəmisinin dəmir qapısından zirzəmiyə daxil olub, oradan bir ədəd dəmir qabın içərisində olan yaşıl rəngli kəskin iyli qurudulmuş marixuananı təqdim etmişdir. Dəmir qabın içərisində olan kütlə müstəntiq tərəfindən polietilen torbaya qablaşdırılmış, üzəri yazılaraq möhürlənib götürülmüşdür. Şifahi soğru sual zamanı Y,Şərifov bildirmişdr ki yaşadığı evin zirzəmisindən aşkar edilmiş kütlə ona məxsusdur, özü ora qoyaraq gizlətmişdir. - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/34 nömrəli rəyindən görünür ki, 1) “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5.35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) “Təqsirləndirilən şəxs yaşadığı evdən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd torbada təmiz çəkisi 5.66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd kibrit qutusunda və 01 ədəd polietilen torbada olan marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. Marixuananın təmiz çəkisi 11.01 qram, tədqiqata sərf olundu 0,04 qram, qalıq 10.97 qram. -“TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın xx.xx.2024-cü il tarixli PHŞ-618-1-49/2-29/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. -xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X17 Filialının verdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 211 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik isitifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş, ümumi təmiz çəkisi 11.01 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 10.97 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli 5(041)-01/2024 nömrəli Kürdəmir rayon Məhkəməsinin hakimi X1 qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Kürdəmir rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid3 xx.xx.2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri qanuni hesab edilmişdir. - əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək olmamışdır. Hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır. - Azercell” MMC-dən məktubla daxil olmuş telefon məlumatları barədə SD ddiskə baxış keçirilmiş, iş üçün əhəmiyyət hallar aşkar edilməmişdir. - Kürdəmir RİHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. - Kürdəmir RİHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kürdəmir rayonu Atakişili kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ailə üzvləri- xx.xx.1991-ci il təvəllüdlü arvadı X6, uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X8r. _ Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli arayışında xx.xx.2014cü il təvəllüdlü X4 üçüncü dərəcəli əlil olması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qrudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətində yerləşən tövlədən aşkar edilmiş ümumi təmiz çəkisi 11.01 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 10.97 qram qalığı iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminanlığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Son illərdə dövlət idarəçilik sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatları və cəzaların icrası sahəsində həyata keçirilən tədbirlərin ən mühüm hissəsini cəza siyasətinin humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması təşkil edir. Cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə qəbul edilmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə CM-nin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bu cəzanın mühüm xüsusiyyəti böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxsin ailənin və cəmiyyətin islahedici təsirindən istifadə edərək islah olunmasına şərait yaradılmasından ibarətdir. Qanunun müəyyən etdiyi konseptual məsələlərdən biri də cinayət qanunvericiliyində narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətmiş şəxslərə qarşı münasibətin dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düçar olmuş insanlar kimi qəbul edilirlər. Satış məqsədi olmadan narkotik vasitə əldə etmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilir. Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən azad edilir. Odur ki, həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə adlanan 74-1-ci maddə əlavə edilmişdir. Həmin maddədə göstərilir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir. Qanunun keçid müddəaları adlanan 2.2-ci maddəsində göstərilmişdir ki, bu Qanunun narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəaları müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən qanunvericiliyin yuxarıda şərh edilən müddəaları da nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsi CM-in 59.1.1-ci maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Şərifov X9 rayonu Atakişili kəndində qeydiyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Atakişili kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 18.00-dan xx.xx.2024-cü il saat 16:30-dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, lakin narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxsin narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 11.01 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 10.97 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 74 qəpik) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Atakişili kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 11.01 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalmış 10.97 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-40/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-40/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver