Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-40/2025 30.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 QSC-nin nümayəndəsi və mülki iddiaçı Nümayəndə1 və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi və mülki iddiaçı Nümayəndə2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Qobustan rayonu Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 02 İİ 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 05 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Qobustan rayonu Poladlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yeni məhəllədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri Vaqif küçəsində yerləşən xx.xx.1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 işlətdiyi "Aydınoğlu" marketə tavanını sındırmaqla qanunsuz daxil olaraq marketin saxlanc yeri hesab olunan kassasından ümumi qiyməti 500 manat təşkil edən 100 ədəd 5 manatlıq danışıq kartları ve 700 manat nağd pulu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 (min iki yüz) manat maddi ziyan vurmaqla, həmçinin vahid niyyətlə əhatə olunan qəsdlə həmin vaxt marketdə quraşdırılmış "MPAY QSC-yə məxsus "E-manat" ödəmə terminalını sındırıb həmin ödəmə terminalının saxlanc yeri hesab olunan kassasından 13 manat pulu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə 13 (on üç) manat maddi ziyan vurmaqla, ümumilikdə zərərçəkmiş şəxslərə 1213 manat maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən oğurluq, yəni özgənin əmlakını gizli yolla talama məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri Babək küçəsində yerləşən xx.xx.1977-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs2 işlətdiyi "Kral" marketə tavanının sındırmaqla qanunsuz daxil olaraq, marketdən ümumi qiyməti 1000 manat təşkil edən 150 qutu "Kent" markalı və 110 qutu "Sobranie" markalı siqaretləri və ümumi qiyməti 600 manat təşkil edən Ağsu şərab zavodu istehsalı 30 ədəd arağı, eləcədə marketin saxlanc yeri hesab olunan kassasından 400 manat nağd pulu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 (iki min) manat maddi ziyan vurmaqla, eləcədə vahid niyyətlə əhatə olunmuş qəsdlə marketdə quraşdırılmış "xxxx"QSC-yə məxsus "E-manat" ödəmə terminalını sındıraraq həmin ödəmə terminalının saxlanc yeri hesab olunan kassasından 2020 manat pulu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx"QSC-yə 2020 manat maddi ziyan vurmaqla, ümumilikdə zərərçəkmiş şəxslərə 4020 manat maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən oğurluq, yəni özgənin əmlakını gizli yolla talama məqsədi və tamah niyyəti ile xx.xx.2024-cü il tarixdə saat 03.00 radələrində Saiyan rayonu Qarabağlı kəndində yerləşən xx.xx.1979-cu il təvəllüdlü, Şahid3 icarə əsasında işlətdiyi "Dəniz" marketə qanunsuz daxil olaraq marketin içərisində quraşdırılmış "xxxx"MMC-yə məxsus "E-manat ödəmə terminalını sındıraraq həmin ödəmə terminalının saxlanc yeri hesab olunan kassasından 1538 (min beş yüz otuz səkkiz) manat pulu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş hüquqi şəxs "Modenis MMC-yə 1538 manat maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, spirtli içki aludəçisidir və maddi tələbatını ödəməsi üçün oğurluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhərindən tanımadığı taksi ilə çıxaraq Kürdəmir rayonuna gəlmiş, Kürdəmir rayonu dordyol dairəsində avtomobildən düşmüş, bir neçə saat küçədə gəzmiş, saat təxminən 23 radələrində "Aydınoğlu" marketin yanına gələrək yan tərəfdən marketin arxasına keçmiş, oradan ağaca dırmaşaraq marketin damına çıxmış, damın tavan örtüyünün birini çıxararaq tavanın arasına girərək oradan marketin anbarına düşmüş, oradan marketin içərisinə keçmiş, marketdə olan "E-manat ödəmə terminalını yerə yıxaraq terminalın kassasını özü ilə gətirdiyi dəmirlə açaraq orada olan 13 manat pulu götürmüş, sonra marketin kassasında olan təxminən 700 manat pulu və təxminən 500 manat qiymətində danşıq kartlarını (konturları) götürüb torbaya yığaraq girdiyi yerdən marketdən çıxıb dordyol dairəsinə tərəf getmiş, oradan da Bakı-Qazax avtomobil yoluna gedərək tanımadığı yol maşını ilə Bakı şəhərinə getmiş, konturları tanımadığı şəxslərə özünə məxsus olduğunu deyərək satmış, konturlardan əldə etdiyi pulları və marketdən oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, həmin oğurluq hadisəsini tək etmiş, heç kim ona köməklik etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində tanımadığı taksi ilə Salyan rayonu Qarabağlı kəndinə "Dəniz" marketin yaxınlığına getmiş, taksıdən düşmüş, taksi çıxıb getmiş, ətrafda heç kim olmamış, marketin arxa tərəfinə keçərək oradan tavana qalxmış, oradan tavanın arasından marketə daxil olmuş, marketdə quraşdırılmış "E-manat" ödəmə terminalını özü ilə gətirdiyi dəmir alətlə sındıraraq içərisində olan 1538 manat pulu götürüb marketə girdiyi yerdən çıxıb getmiş, həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Kürdəmir rayonuna gəlmiş, Kürdəmir rayonu dordyol dairəsindən tanımadığı taksidən düşüb Kürdəmir şəhəri Babək küçəsində yerləşən "Kral" marketə tərəf gəlmiş, market bağlanmış, hamı çıxıb getmiş, marketin yan tərəfindən arxasına keçərək marketin damına çıxmış, damda dayanıb özü ilə gətirdiyi rezakla marketin tavanındakı lambirini kəsərək marketin içərisinə girmiş. marketin qarşı hissəsi jaluzlə bağlı olmuş, ancaq içəri tam qaranlıq olmamış, orada da əvvəlcə "E-manat ödəmə terminalını yerə yıxaraq özü ilə gətirdiyi dəmirlə terminalın kassasını açmış, orada olan 2020 manat pulu götürmüş, sonra isə marketdən müxtəlif adda və sayda siqaretlər, spirtli içki araqlar və marketin kassasından təxminən 400 manat pulu götürmüş, marketdə olarkən bir ədəd "Full" markalı plastik qabda olan içki içmiş, boş qabını marketə tullamış, bundan sonra oğurladığı pulları cibinə, digər əşyaları isə elə oradan götürdüyü torbaya yığaraq girdiyi yerdən marketdən çıxmış, dordyol dairəsinə tərəf getmiş, oradan da Bakı- Qazax avtomobil yoluna gedərək tanımadığı taksi ilə Bakı şəhərinə getmiş, siqaretləri özü çəkmiş, içkiləri də özü içmiş, pulları da şəxsi ehtiyaclarına xərcləmiş, həmin oğurluq hadisəsini də tək etmiş, heç kim ona köməklik etməmiş, heç kimin məlumatı olmamış, hadisə zamanı onu heç kim görməmiş, üzündə qara rəngli maska, əlində də əlcək olmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilməmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Kürdəmir şəhəri Babək küçəsində yerləşən "Kral" marketi icarə əsasında işlətmişdir. Orada ərzaq və digər məhsulların satışı ilə məşğul olmuş, marketdə bir nəfər X4 adlı satıcı olmuşdur. Hər gün marketi saat 08 radələrində açıb saat 23 radələrində bağlamışdır. Marketin arxa qapısı dəmir materialdan, qarşı hissəsi isə şüşəli olmuşdur. Şüşənin arxa hisəssində yuxarı açılan dəmir jalüz vardır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində marketi bağlayaraq çıxıb getmiş, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində marketin qapısını açanda içəridə sağ tərəfdə yerdə sındırılmış halda olan "E-manat" ödəmə terminalının olduğunu görmüş, içəriyə naməlum şəxsin daxil olduğunu və oğurluq etdiyini bilmiş, kassanı yoxlamış, orada olan 400 manat pulun yerində olmadığını aşkar etmiş, həmçinin kassanın arxa hissəsində olan rəfdəki siqaretləri, eləcədə divarda olan rəfdəki araqların yerində olmadığını aşkar etmiş, marketin tavan hissəsində baxdıqda kassaya yaxın hissədə tavanın 0.40x0.40 metr öçlüdə hissəsində lambirinin kəsilərək deşik açılmasını görmüş. naməlum şəxsin həmin hissədən daxil olmasını bilmiş, bundan sonra DİN-nin 102 xidmətinə və Kürdəmir RPŞ-na məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəlib hadisə yerini müayinə etmişlər. Hadisə nəticəsində ona məxsus marketdən naməlum şəxs tərəfindən ümumi qiyməti 1000 manat olan 150 qutu "Kent" və 100 blok "Sobranie" markalı siqaretlər, ümumilikdə 600 manat qiymətində Ağsu şərab zavodun 30 ədəd araqları, spirtli içkilər oğurlanmış, nəticədə ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Həmçinin marketdən oğurluq etmiş şəxs marketde olan "xxxx"QSC-yə məxsus "E-manat ödəmə terminalını sındırıb içərisində olan 2020 manat pulu da oğurlamışdır. Ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri Vaqif küçəsində yerləşən özünə məxsus "Aydınoğlu" marketi vardır. Marketi oğlanları Asif və Vasif ilə birlikdə işlədir. Marketin içərisində MPAY QSC-yə məxsus "Emanat" ödəmə terminalı var idi. Marketi hər gün saat 08 radələrində açır və saat 17 radələrində bağlamışdır. xx.xx.2023-cu il tarixdə saat 17 radələrində marketi bağlayıb evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində marketə gəlib qapısını açıb içəri girdikdə marketin içərisində olan "E-manat ödəmə terminalının aşmış halda yerdə olduğunu, həmçinin terminalın ön hissəsinin qırıq olduğunu görmüş, içərisində olan pul qabısı isə marketin anbarında olmuşdur. Marketin kassasını yoxladıqda kassada olan 100 ədəd 5 manatlıq "Azercel" danışıq kartları və 700 manat da yerində olmadığını aşkar etmişdir. "xxxx" şirkətinin əməkdaşı ilə əlaqə saxlayıb bu barədə dedikdə ona aparatın içərisində 13 manat pul olduğunu demişlər. Bundan sonra marketə oğru girməsi barədə polisə məlumat vermişdir. Röyalın atası zərəri ödəyəcəyini desə də, hələ heç bir ödəniş etməmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və mülki iddiaçı Nümayəndə1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlədiyi şirkətin müştəri xidmətlərinə "Aydınoğlu" marketdə quraşdırılmış İD-5590 nömrəli ödəmə terminalının sındırılması və içərisində olan 13 manat pulu oğurlanması barədə marketin sahibi tərəfindən məlumat verilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə səhər saatlarında şirkətin müştəri xidmətlərinə "Kral" marketdə quraşdırılmış İD-5586 nömrəli ödəmə terminalının sındırılması və içərisində olan pulların oğurlanması barədə marketin sahibi tərəfindən məlumat verilmişdir. Həmin məlumat əsasında şirkətdə müəyyən araşdırma apardıqda həmin terminalda 2020 manat pul olmasını və naməlum şəxsin terminalı sındırdıqdan sonra 2020 manat pulu aparatın içərisindən oğurlamasını aşkar etmişdir. Beləliklə Təqsirləndirilən şəxs şirkətə ümumilikdə 2830 manat ziyan vurmuşdur. Verilmiş ittihama uyğun olaraq cinayət əməli nəticəsində vurulmuş 2020 manat ziyanın ödənilməsi barədə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ərizə icraata qəbul edilmişdir. Şirkətə dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidirlər. Nümayəndə və mülki iddiaçı cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 qapalı səhmdar cəmiyyətinə vurulmuş maddi ziyanın əvəzinin tam ödənilməsini təmin edərək, cavabdeh Təqsirləndirilən şəxs 2020 manat məbləğinin və məhkəmə xərclərinin tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və mülki iddiaçı Nümayəndə2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında işlədiyi şirkətin müştəri xidmətlərinə Salyan rayonu Qarabağlı kəndi ərazisində yerləşən "Dəniz" marketdə quraşdırılmış Zərərçəkmiş şəxs4 MMC-yə məxsus İD-1735 nömrəli "E-manat" ödəmə terminalının sındırılması və içərisində olan pulların oğurlanması barədə barədə marketin sahibi tərəfindən məlumat verilmiş, həmin məlumat əsasında şirkətdə müəyyən araşdırma aparmış. sözü gedən terminalda cəmi 1538 manat pul olduğunu, naməlum şəxsin terminalı sındırdıqdan sonra 1538 manat pulu aparatın içərisindən oğurlamasını aşkar etmişdir. Bundan sonra terminala dəymiş ziyan və içərisindən oğurlanmış pul barədə şirkət tərəfindən akt tərtib olunmuş və Salyan RPŞ-na məlumat verilmişdir. Dəymiş zərər ödənilməmişdir. Şirkətə dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidirlər. Nümayəndə və mülki iddiaçı cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs4 MMC-yə vurulmuş maddi ziyanın əvəzinin tam ödənilməsini təmin edərək, cavabdeh Təqsirləndirilən şəxs 1538 manat məbləğinin və məhkəmə xərclərinin tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir şəhəri Vaqif küçəsində "Aydınoğlu" marketləri vardır, həmin marketi atası işlədir, özü və qardaşı Asif də həmin marketdə işləyir. Marketin içərisində "E-manat ödəmə terminalı vardır. Marketi hər gün saat 08 radələrində açıb, saat 17 radələrində bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində marketi bağlayıb evə getmiş. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində marketə gəlib çapısını açıb içəri girdikdə marketin içərisində olan "E-manat ödəmə terminalını aşmış halda yerdə olduğunu və terminalın ön hissəsinin qırıq olduğunu, içərisində olan pul qabısının isə marketin anbarında yerdə olduğunu görmüşdür. Marketin kassasını yoxladıqda kassada olan danışıq kartlar və pulların da yerində olmadığını aşkar etmişlər, bundan sonra marketə oğru girməsini bilib polisə məlumat vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 qardaşı-Şahid2la eyni məzmunlu ifadə vermiş və göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən: - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələrinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020ci ildə Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nın 76-cı maddəsinə əsasən 11 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş. xx.xx.2020-ci ildə cəzasını tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmış, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Xətai rayon məhkəməsinin qərarı ilə 05 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatından çıxarılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya xəstəxanası" publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 3-28-29/2-187/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya xəstəxanasında həkim psixiatrın qeydiyyatında durmur. (bax cild İİ iş vər,16) - Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-1770/2024 saylı məktubda göstərilmişdir ki, Kürdəmir RPŞ-nin xx.xx.2024-cu il tarixli, 3-13-86/2-2371/2024 nömrəli məktub vasitəsi ile xx.xx.2024-cü il tarixə keçən gecə Kürdəmir şəhəri Babək küçəsində Zərərçəkmiş şəxs2 məxsus "Kral" marketdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd "Full" markalı plastik içki qabı və 01 ədəd "Tota" şirniyyat paketi xx.xx.2024-cü il tarixdə tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli DNT tədqiqati nəticəsində müəyyən edildi ki, 01 ədəd "Full" markalı plastik içki qabı üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs (xx.xx.1998-ci il, Qobustan r.) Nəsimi RPİ-nin xx.xx.2018-ci il tarixli 082-9510-1218 nömrəli məktubu ilə KTİ-yə təqdim edilmiş) məxsusdur. (bax iş vər, 65) - iş üzrə verilmiş əməliyyat tapşırıqlarına cavablarda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, xx.xx.2024-cü il tarixə keçən gecə Kürdəmir şəhəri Babək küçəsində yerləşən Zərərçəkmiş şəxs2 icarə işlətdiyi "Kral" marketə qanunsuz daxil olaraq oradan ümumi qiyməti təxminən 1000 manat təşkil edan 150 qutu "Kent" ve 110 qutu "Sobranie" markalı siqaretlər, ümumi qiyməti təxminən 600 manat təşkil edən Ağsu şərab zavod istehsalı 30 ədəd arağı, kassadan 400 manat pulu xx.xx.1998-ci il təvəllüdlü Qobustan rayonu Poladlı kənd sakini Təqsirləndirilən şəxs gizli yolla oğurlamışdır. Həmçinin əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs ilə əlbir olmuş hər hansı şəxslərin olmadığı müəyyən edilmişdir. Bundan başqa əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil nömrənin olmaması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu ərazisinə oğurluq etmək üçün gələrkən və sonra geri qayıdıb gedərkən istifadə etdiyi avtomobilləri müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs danışıq kartlarını satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. (bax cild İ iş vər,66,84,149) -“Modenis MMC” şirkətindən daxil olmuş 11 fevral 2025-ci il tarixli, 008-EƏ-25-0200 saylı mülki iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Salyan rayonu, Qarabağlı kəndində yerləşən "Dəniz” marketə dam örtüyünü kəsməsi yolu ilə gizli olaraq marketə daxil olmuş və şirkət tərəfindən marketə əhaliyə xidmət üçün quraşdırılmış "xxxx"MMC-yə məxsus İD-1735 saylı ödəmə terminalı sındırılaraq ödəmə terminalda olan nağd 1538 (bir min beş yüz otuz səkkiz ) manat pul oğurlanmışdır.İstintaq araşdırması zamanı hadisənin X5 tərəfindən törədilməsi müəyyən edilmişdir. Cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs4 MMC-yə vurulmuş maddi ziyanın əvəzinin tam ödənilməsini təmin edərək, cavabdeh Təqsirləndirilən şəxs 1538 manat məbləğinin və məhkəmə xərclərinin tutulması məhkəmədən xahiş edilmişdir. -Zərərçəkmiş şəxs3 QSC şirkətindən daxil olmuş 11 fevral 2025-ci il tarixli, 008-EƏ- 25-0239 saylı mülki iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Kürdəmir şəhəri, Babək prospektində yerləşən "Kral” marketə dam örtüyünü kəsməsi yolu ilə gizli olaraq marketə daxil olmuş və şirkət tərəfindən marketə əhaliyə xidmət üçün quraşdırılmış "xxxx" QSC-yə məxsus İD-5586 saylı ödəmə terminalı sındırılaraq ödəmə terminalda olan nağd 2020 (iki min iyirmi ) manat pul oğurlanmışdır.İstintaq araşdırması zamanı hadisənin X5 tərəfindən törədilməsi müəyyən edilmişdır. Cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 qapalı səhmdar cəmiyyətinə vurulmuş maddi ziyanın əvəzinin tam ödənilməsini təmin edərək, cavabdeh Təqsirləndirilən şəxs 2020 manat məbləğinin və məhkəmə xərclərinin tutulması məhkəmədən xahiş edilmişdir. - 12 sentyabr 2016-cı il tarixli təşəkkür məktubunda “N” nömrəli hərbi hissənin komandiri xidmət müddətində Təqsirləndirilən şəxs nümunəvi xidmətinə görə ailəsinə təşəkkür etmişdir. - Qobustan rayon İHB Poladlı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışında və xasiyyətnamədə Təqsirləndirilən şəxs 6 nəfər ailə üzvü ilə (özü, atası. anası, qardaşı və 2 bacısı) Qobustan rayonunun Poladlı kəndində qeydiyyatda olmaqla yaşadıqları və barəsində nümayəndəliyə şikayətin daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işdə olan sənədlərlə tamamilə sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibibin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının talanması hesab edilməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələrinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020ci ildə Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nın 76-cı maddəsinə əsasən 11 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş. xx.xx.2020-ci ildə cəzasını tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmış, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Xətai rayon məhkəməsinin qərarı ilə 05 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şərti cəza çəkdiyi müddət ərzində hazırki cinayətləri törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi hesab edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətlərin resdivinə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən, məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi, cinayətin residivi cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, habelə onun törətdiyi müxtəlif cinayət əməllərinə görə əvvəllər də məhkum olunmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müddət həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 ay 29 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barəsində Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Xətai rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 05 ay 29 gün hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına tam və ya qismən birləşdirməklə, qəti cəza təyin edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə verilmiş mülki iddialara gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 185-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsində göstərilmişdir ki, mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 qapalı səhmdar cəmiyyətinin nümayəndəsi və mülki iddiaçı Nümayəndə1 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 qapalı səhmdar cəmiyyətinə vurulmuş maddi ziyanın əvəzinin tam ödənilməsini təmin edərək, cavabdeh Təqsirləndirilən şəxs 2020 manat dəymiş ziyanın və 43 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs3 qapalı səhmdar cəmiyyətinə ödənilməsini, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi və mülki iddiaçı Nümayəndə2 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs4 MMC-yə vurulmuş maddi ziyanın əvəzinin tam ödənilməsini təmin edərək, cavabdeh Təqsirləndirilən şəxs 1538 manat dəymiş ziyanın və 43 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs4 MMC-yə ödənilməsini xahiş etmişdir. Hər iki şirkətə göstərilən məbləğlərdə dəymiş ziyanın məbləği işdə olan sənədlərlə tam sübuta yetirildiyi üçün məhkəmə hesab edir ki, hər iki mülki iddia təmin edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “Full” markalı içki qabı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 6771 manat maddi ziyanın ödənilmədiyi, ekspertiza xərcinin və digər məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 187, 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 ay 29 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Xətai rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 05 ay 29 gün yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu vaxtdan, yəni 01 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 qapalı səhmdar cəmiyyətinin nümayəndəsi və mülki iddiaçı Nümayəndə1 mülki iddiası təmin edilərək, cinayət əməli nəticəsində vurulmuş 2020 (iki min iyirmi) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx üç) manat dövlət rüsumu təqsirləndirilən şəxs (cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 qapalı səhmdar cəmiyyətinə ödənilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 qapalı səhmdar cəmiyyətinin nümayəndəsi və mülki iddiaçı Nümayəndə2 mülki iddiası təmin edilərək, cinayət əməli nəticəsində vurulmuş 1538 (bir min beş yüz otuz səkkiz) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx üç) manat dövlət rüsumu təqsirləndirilən şəxs (cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 MMC-yə ödənilsin. Cinayət işi üzrə maddi sübut olan “Full” markalı içki qabı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə 6771 manat maddi ziyanın ödənilmədiyi, ekspertiza xərcinin və digər məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 220 (iki yüz iyirmi) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-40/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-40/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver