Məhkəmə qərarları › İş №1(041)-41/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-41/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-41/2023 10.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs X11 və zərərçəkmiş şəxs Qanuni nümayəndə iştirakı ilə xx xxxxxx 1986-cı ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Carlı kəndində yaşayan- X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xx.xx.2023-cü il tarixdə, saat 20 radəıərində Kürdəmir rayonu Carlı kəndində yaşadığı evdə keçmiş arvadı Qanuni nümayəndə ilə evdə olan paltaryuyan maşını təmir etməməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahizə zamanı yumruqla qəsdən sonuncunun sifət nahiyəsinə bir dəfə, sol qol nahiysinə isə bir neçə dəfə vuraraq ona burun sümüyünü sınığı, sol çiyin qurşağının qançırı. alt dodaqda qansızma ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. R.Ç.Məmmədovun qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X9 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Ayşən onun arvadıdır. Onlar məhkəmə qaydaasında boşansalar da bir yerdə yaşayırlar. Onların 3 uşaqları vardır. Özü fərdi əməklə məşğul oalraq ailəsini dolandırır. Bir yerdə yaşamaqlarına baxmayaraq, Ayşən onu nalayiq ifadələrlə təhqir etdiyi üçün tez-tez aralarında mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat təxminən 20 radələrində “Sarısu” adlanan yerdən balıq tutumağa getməyə hazırlaşarkən Ayşən paltaryuyan maşını təmir etməsini ondan xahiş etmiş, o, isə paltar yeyan maşını təmir edə bilmədiyini demiş, Ayşən əsəbləşərək onu nalayiq ifadələrlə təhqir etmişdir. O, da Ayşənin söyüşlərinə döz bilməyib bir dəfə yumruqla onun sifət nahiyəsinə, sol qoluna isə bir beçə dəfə vurub evdən çıxıb getmişdir. Həmin vaxtı yanlarında azyaşlı oğlu Çingiz də olmuşdur. Hazırda əməlindən peşmandır. O, Ayşənlə barışmaq istəsə də Ayşənin valideynləri onu barışmağa qoymamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Rüstəm onun keçmiş əridir və onların 3 uşaqları vardır. Onlar 2021ci il tarixdə məhkəməqətnaməsi ilə ayrılsalar da bir yerdə yaşayırlar. Münasibətləri normal deyildir. Belə ki, dəfələrlə aralarında mübahisələri olmuş və hər dəfə də Rüstəm ona xəsarətlər yetirmişdir. Sonucu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində onlar evdə oarkən o, Rüstəmdən paltaryuyan maşını təmir etməsini xahiş etmş, Rüstəm isə paltaryuyan maşını alanı söymüş, o, da paltaryuyan maşənə anası aldığını deyərək aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Rüstəm onun üsünə gələrək yumruqla bir dəfə sifət nahiyəsinə bir neçə dəfə isə sol qol nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir.Həmin vaxtı onların yanında azyaşlı uşağı Çingiz də olmuşdur. Rüstəm onu vurandan sonra evdən çıxıb getmişdir. O, da Rüstəmin onun döyməsi barədə polis şöbəsinə şikayət etmişdir. Onlar barışmamışlar və barışmaq da istəmir.Odur ki, Rüstəmə qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında az yaşlı X10 qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilərkən xx.xx.2023-cü il tarixdə onlar evdə olarkən atası ilə anası mübahisə etmiş, atası Rüstəm anası Ayşəni döymüşdür. Onlar dava edərkən anası da Rüstəmi vurmuşdur. O, valideynləriin barışmasını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstəri ki, Ayşən onun qızı, Rüstəm isə onun keçmiş kürəkənidir. Ayşənlə Rüstəm 2010-cu il tarixdə evləniş və onların 3 uşaqları vardır. Onlar evləndikləri gündən münasibətləri yaxşı olmamışdır. Belə ki, onlar ayrılsalar da bir yerdə yaşayırlar və tez-tez də mübahisə edirlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qızı Ayşən ona zəng edərək Rüstəmin onu döydüyünü demiş, o, da DİN-nin 102 xidmət mərkəzinə zəng edərək Rüstəmin Ayşəni döyməsi barədə məlumat vermiş və qızının yaşadığı Kürəmir rayonunun Carlı kəndinə gedərək qızı Ayşənin ağız və burun nahiyəsinin qanadığını görmüşdür. O, Ayşəndən nə baş verdiyini soruşmuş, Ayşən də Rüstəmin onunla mbahisə edərək döydüyünü demişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 109 nömrəli aktından görünür ki, 1995-ci il təvəllüdlü Qanuni nümayəndə məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, burun sümüyünün sıyrığı, sol çiyin qurşağının qançırı, alt dodaqda qansızmanın küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddətinin xx.xx.2023-cü tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (bax iş vər. 55-56) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Carlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 513 nömrəli arayışından görünür ki, X9 ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Carlı kəndində yaşayır və himayəsində 3 azyaşlı uşaqları vardır. (bax iş vər. 50) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Carlı kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X6 verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (bax iş vər. 51) İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-925/2020 saylı hökmünün suətindən görünür ki, X1 Respubliaksı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş 02 il 06 ay azadlıqda məhrumetmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. (bax iş vər. 40-46) İş materiallarına əlavə edilmiş Kürdəmri ayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 25947-2021/5-223 saylı arayışından görünür ki, X7 barəsində olan cinayət işi üzrə sınaq müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. (bax iş vər.39) Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 törətmiş olduğu cinayət əməli özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs X9 xx.xx.2023-cü il tarixdə,saat 20 radələrində Kürdəmir rayonu Carlı kəndində yaşadığı evdə keçmiş arvadı Qanuni nümayəndə ilə evdə olan paltaryuyan maşını təmir etməməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahizə zamanı yumruqla qəsdən sonuncunun sifət nahiyəsinə bir dəfə, sol qol nahiysinə isə bir neçə dəfə vuraraq ona burun sümüyünün sınığı, sol çiyin qurşağının qançırı. alt dodaqda qansızma ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, X9 həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən qismən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və barışıq əldə etməyə cəhd etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxs R.Ç.Məmmədovun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Rüstəm Məmmədova Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, X4 Kürdəmir rayonu Carlı kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən X4 üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. X4 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. X4 üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X4 üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Carlı kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. X4 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar