Məhkəmə qərarları › İş №1(041)-41/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-41/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-41/2024 11.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 iştirakı ilə xx xxxxxxx 1976-ci il tarixdə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, ali təhsilli, fərdi əməklə məşğul olan, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsmayılov X4 sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə xx.xx.1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs8 özünü, onun oğlu X27 və bacısı oğlu Şahid2 Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəltmək barədə yalandan vəd verib 2022-ci ilin oktyabr ayının sonlarında Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsi ərazisində 7200 manat və təxminən bir həftə sonra eyni yerdə 400 manat olmaqla ümumilikdə vahid niyyətlə 7600 manat pulunu əlbəəl alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Kürdəmir suvarma sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 onu Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Atakişili kəndi ərazisində 2500 manat pulunu cinayətdən xəbəri olmayan Şahid1 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Kürdəmir suvarma sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 onu Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Atakişili kəndi ərazisində 2500 manat pulunu cinayətdən xəbəri olmayan Şahid1 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Kürdəmir suvarma sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 onu Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəltmək barədə yalandan vəd verib 2023-cü ilin aprel ayının sonlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 2500 manat pulunu cinayətdən xəbəri olmayan Şahid1 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Kürdəmir suvarma sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs4 onu Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəltmək barədə yalandan vəd verib 2023-cü il aprel ayının sonlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 2500 manat pulunu cinayətdən xəbəri olmayan Şahid1 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Kürdəmir suvarma sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1960-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 onu Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəltmək barədə yalandan vəd verib 2023-cü il aprel ayının sonlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində 1500 manat pulunu cinayətdən xəbəri olmayan Şahid1 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Kürdəmir suvarma sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1962-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs9 onun oğlu X9 Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəltmək barədə yalandan vəd verib 2023-cü ilin aprel ayında Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsi ərazisində 1020 manat pulunu əlbəəl alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Kürdəmir suvarma sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1967-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan X12 onun oğlu Şahid4 Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəltmək barədə yalandan vəd verib 2023-cü ilin aprel ayında Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsi ərazisində 1020 manat pulunu əlbəəl alıb ələ keçirərək zərərçəkmiş şəxs Nazim Qaybaliyevə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Kürdəmir suvarma sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs7 onun oğlu X19 Kürdəmir süd emalı zavoduna işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsi ərazisində 2000 manat pulunu əlbəəl alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Kürdəmir suvarma sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindan istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs6 onun bacısı X13 onu Kürdəmir Asan xidmət Mərkəzinə işə düzəltmək barədə yalandan vəd verib xx.xx.2023-cü il tarixdə Dürdanə Musayevanın adına rəsmiləşmiş **********983022 nömrəli “Kapital bank” plastik kart hesabından 6000 manat pulunu özünə məxsus **********788837 nömrəli “Kapital bank” plastik kart hesabına köçürtdürməklə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir, heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs8 Söyüdmalı oğlu tanışıdır. Onunla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. 2022-ci ilin oktyabr ayında Yaşar özünü, oğlu X27 və bacısı oğlu Şahid2 işə düzəltmək istədiyini demiş, Yaşara özünü, Turalı və Anarı Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəldə biləcəyini demiş, söhbət edib Yaşarla özünü, oğlunu və qohumunu 7600 manat pula işə düzəldəcəyi barədə razılaşmış və 2022-ci ilin oktyabr ayının sonlarında Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsi ərazisində kirayədə yaşadığı evin yaxınlığında Yaşardan 7200 manat və təxminən bir həftə sonra həmin yerdə 400 manat pul almış, pulları alan zaman bir ay ərzində Yaşarı, Turalı və Anarı işə düzəldəcəyi barədə Yaşara yalandan vəd vermiş, Yaşardan aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, Yaşarı, oğlu Turalı və Anarı işə düzəltməyərək onu aldadıb dələduzluq etmişdir. Yaşardan pulu alan zaman yanlarında kənar şəxs olmamış, eləcədə bu barədə heç kimin məlumatı olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 əvvəllər tanımamış, onlarla ədavəti və düşmənçiliyi olmamışdır. X6 tanışıdır, onunla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. 2023-cü ilin aprel ayında Zöhrabla söhbət edən zaman ona Kürdəmir Suvarma sistemləri idarəsində vakant iş yerləri gələcəyini, əgər istəsə onu və ya tanışlarını işə düzəldə biləcəyini demiş, Zöhrab bununla bağlı nə qədər pul lazım olduğunu soruşmuş, Zöhraba bir nəfərin işə düzəlməsi üçün 2500 manat pul lazım olduğunu demişdir. Həmin ərəfədə Zöhrab tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Kürdəmir Suvarma sistemləri idarəsinə işə düzəltməsi üçün 2023-cü ilin aprel ayının sonlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində, Kürdəmir suvarma sistemləri idarəsinin yaxınlığında küçədə müxtəlif günlərdə ayrı-ayrı olmaqla ona ümumilikdə 11500 manat pul vermiş, həmin pulları alan zaman Zöhraba tanışlarını təxminən bir ay ərzində işə düzəldəcəyi barədə vədlər vermiş, ancaq Zöhrabdan aldığı həmin pulları şəxsi ehtiyaclarına xərcləmiş, Zöhrabın qohumlarını işə düzəltmək üçün heç bir hərəkət etməmiş, Zöhrabdan pulları alan zaman yanlarında heç kim olmamışdır. Bundan başqa X21 tanışıdır. Onunla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. Bir neçə il bundan qabaq Kürdəmir Asan xidmət mərkəzində işləmiş, 2023-cü ilin iyul ayında Dürdanə ilə söhbət zamanı Dürdanə ona Kürdəmir Asan xidmət mərkəzinə işə düzəlmək üçün ərizə yazmaq istədiyini demiş, Dürdanəyə onu Kürdəmir Asan xidmət mərkəzinə işə düzəldə biləcəyi demiş, bir neçə gün sonra Dürdanənin qardaşı Elnur zəng vuraraq, bu barədə onunla danışmış, Elnurdan Dürdanəni işə düzəltmək üçün 6000 manat pul istəmiş, Elnur bacısı Dürdanə Musayevanın adına rəsmiləşmiş **********983022 nömrəli “Kapital bank” plastik kart hesabından 6000 manat pulu ona məxsus **********788837 nömrəli “Kapital bank” kart hesabına köçürmüş, pulu Kürdəmir şəhəri ərazisində kartından çıxarmış, şəxsi ehtiyaclarına xərcləmiş, Dürdanənin işə düzəlməsi ilə bağlı heç bir hərəkət etməmiş, Elnur Dürdanənin işinin düzəlib-düzəlməməsi barədə soruşanda müxtəlif vaxtlara vəd verərək Elnuru aldatmış, Elnuru aldadaraq ondan pul almağı ilə bağlı heç kimin məlumatı olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs7 tanışıdır. Onunla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs7 ilə söhbət zamanı Xalıq X7 iş axtardığını demiş, Xalıqa oğlu Şahbazı Kürdəmir süd emalı zavoduna işə düzəldə biləcəyini dedikdə Xalıq razılaşmış, bunun müqabilində Xalıqdan Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsi ərazisində yerləşən kirayə yaşadığı evin yaxınlığında 2.000 manat pul almış, pulu alan zaman Xalıqa oğlunu 01 ay ərzində işə düzəldəcəyi barədə yalandan vəd vermiş, Xalıqdan aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, Zərərçəkmiş şəxs7 aldadaraq onun 2.000 manat pulunu ələ keçirmiş, Xalıqdan pulu alan zaman yanlarında heç kim olmamış, eləcədə bu barədə heç kimin məlumatı olmamışdır. Bundan başqa 2023-cü ilin aprel ayında tanışı Şahid3 ilə söhbət edən zaman ona Kürdəmir suvarma sistemləri idarəsinə işçi lazım olduğunu və əgər tanış adamı varsa həmin yerə işə düzəldə biləcəyini bildirmiş, Şahid3 Kürdəmir rayonu Sığırlı kənd sakinləri Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 ilə tanış etmiş, Mahirə oğlu X9, Nazimə isə oğlu X14 Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəldəcəyi barədə yalandan vədlər verib 2023-cü ilin aprel ayının sonlarında Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsi ərazisində kirayə yaşadığı evin yaxınlığında Mahirdən 1020 manat və Nazimdən isə 1020 manat pul almış, onlardan pul alan zaman yanlarında heç kim olmamış, eləcədə bu barədə heç kimin məlumatı olmamış, onlardan aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, pullarını qaytarmayaraq onları aldatmışdır. X38 sistemləri idarəsində hüquqşünas vəzifəsində işləmiş, işci qəbul etmək səlahiyyəti olmamışdır. Kürdəmir süd emalı zavodunda və Kürdəmir asan xidmət mərkəzində hər hansı vəzifədə işləməmişdir. Yuxarıda adları çəkilən şəxslərdən pulları alarkən onları hər hansı yerə işə düzəltmək imkanı olmamış, bununla bağlı ona heç kim vəd verməmiş, pulları alarkən konkret olaraq məqsədi həmin şəxsləri aldadıb pullarını ələ keçirmək olmuşdur. X24 və Şahid3 hər hansı məbləğdə pul verməmiş, heç nə vəd verməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin ilk dəfə cinayət etməsini, əməlindən səmimi peşman olmasını, müharibə veteranı olmasını, dəymiş zərərləri qismən ödəməsini və zərərləri ödənmiş zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alıb, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla 2022-ci ilin oktyabr ayında tanış olmuş, münasibətləri normal olmuş, ədavətləri olmamış, özünə və oğlu Turala iş axtararkən tanışlardan iş yeri soraqlamış, həmin ərəfədə Elşad mobil telefon nömrəsinə zəng vuraraq Kürdəmir su idarəsinə 03 nəfər işci lazım olduğunu demiş, bununla bağlı 2022-ci ilin oktyabr ayının sonlarında Kürdəmir suvarma sistemləri idarəsinin yaxınlığında Elşadla görüşmüş, bacısı oğlu Şahid2 da yanında olmuş, Elşad işə düzəlmək hər bir nəfər üçün 3000 manat pul vermək lazım olduğunu demiş və pul verildikdən 35 gün sonra işin düzələcəyini demişdir. Söhbət zamanı onu, oğlu Turalı və qohumu Anarı işə düzəltməsi üçün Elşada 7600 manat pul verəcəyi barədə razılaşmış, 2022-ci ilin oktyabr ayının sonlarında Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsi ərazisində Elşadın kirayədə yaşadığı evin yaxınlığında Elşadla görüşüb ona 03 nəfəri, yəni özünü, oğlu Turalı və qohumu Anarı işə düzəltməsi 7200 manat pul vermiş, təxminən bir həftə sonra eyni yerdə qalan 7600 manat pulun qalan 400 manat hissəsini də vermişdir. Elşad vəd verdiyi vaxt tamam olsada iş düzəlmədiyi üçün Elşada zəng vuraraq iş barəsində soruşduqda Elşad işin hələki alınmadığını, pulu qaytaracağını demiş, Elşad aldığı pulun bir hissəsini qaytarsada 1600 manat hissəsini qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Elşada pul verən zaman yanında qohumu Anardan başqa heç kim olmamış, bu barədə heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs8 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəməmiş, onun Elşadda 1600 manat pulu qalmışdır. Ona görə də Elşada ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, X6 həmkəndlisidir, onunla münasibətləri normaldır, ədavətləri yoxdur. 2023-cü ilin aprel ayının sonlarında Zöhrab ona Kürdəmir suvarma sistemləri idarəsində işci axtarıldığını, həmin idarəyə işci düzəldə bilən tanışının olduğunu demiş, Zöhrabdan həmin şəxsin bu işi hansı qiymətə düzəltdiyini soruşanda Zöhrab tanışının həmin idarəyə işcini 2500 manat pul müqabilində düzəltdiyini demişdir. Zöhrabın təklifi ilə razılaşaraq həmin ərəfədə yaşadıqları kənd ərazisində Zöhrabla görüşüb ona 2500 manat pul vermiş, Zöhrab pulu alarkən aparıb həmin tanışına verəcəyini və tanışının da 35 gün ərzində onu Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəldəcəyini demiş, Zöhrabın vəd verdiyi vaxt tamam olmuş, ancaq işi düzəlməmiş, Zöhrabdan bu barədə soruşanda Zöhrab onu pul verdiyi həmin tanışı Təqsirləndirilən şəxs yanına göndərmiş, gedib Elşadla Kürdəmir şəhəri ərazisində görüşmüş, Elşad onun 2500 manat pulunu Zöhrabın ona verdiyini, ancaq işinin hələki alınmadığını, aldığı pulu bir həftə ərzində qaytaracağını demiş, ancaq Elşadın dediyi vaxt tamam olsada müxtəlif vaxtlara vəd verərək pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmiş, buna görə Kürdəmir RPŞ-na şikayət etmişdir. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəməmiş, onun Elşadda 1000 manatı qalmışdır. Ona görə də Elşada ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, X6 həmkəndlisidir, onunla münasibətləri normaldır, ədavətləri yoxdur. xx.xx.2023-cü il tarixdə Zöhrab ona Kürdəmir suvarma sistemləri idarəsində işci axtarıldığını, həmin idarəyə işci düzəldə bilən tanışının olduğunu demiş, Zöhrabdan həmin şəxsin bu işi hansı qiymətə düzəltdiyini soruşanda Zöhrab tanışının həmin idarəyə işcini 2500 manat pul müqabilində düzəltdiyini demişdir. Zöhrabın təklifi ilə razılaşaraq həmin ərəfədə yaşadıqları kənd ərazisində Zöhrabla görüşüb ona 2500 manat pul vermiş, Zöhrab pulu alarkən aparıb həmin tanışına verəcəyini və tanışının da 35 gün ərzində onu Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəldəcəyini demiş, ancaq həmin vaxt tamam olmuş, işi düzəlməmiş, Zöhrabdan bu barədə soruşanda Zöhrab onu pul verdiyi həmin tanışı Təqsirləndirilən şəxs yanına göndərmiş, gedib Elşadla Kürdəmir şəhəri ərazisində görüşmüş, Elşad onun 2500 manat pulunu Zöhrabın ona verdiyini, ancaq işinin hələki alınmadığını, aldığı pulu bir həftə ərzində qaytaracağını demiş, ancaq Elşadın dediyi vaxt tamam olsada müxtəlif vaxtlara vəd verərək pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmiş, buna görə Kürdəmir RPŞ-yə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəməmiş, onun Elşadda 900 manatı qalmışdır. Ona görə də Elşada ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, X6 həmkəndlisidir, onunla münasibətləri normaldır, ədavətləri yoxdur. xx.xx.2023-cü il tarixdə Zöhrab ona Kürdəmir suvarma sistemləri idarəsinə işci axtarıldığını, həmin idarəyə işci düzəldə bilən tanışının olduğunu demiş, Zöhrabdan həmin şəxsin bu işi hansı qiymətə düzəltdiyini soruşanda Zöhrab tanışının həmin idarəyə işcini 2500 manat pul müqabilində düzəltdiyini demişdir. Zöhrabın təklifi ilə razılaşaraq həmin ərəfədə yaşadıqları kənd ərazisində Zöhrabla görüşüb ona 2500 manat pul vermiş, Zöhrab pulu alarkən aparıb həmin tanışına verəcəyini və tanışının da 35 gün ərzində onu Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəldəcəyini demiş, ancaq həmin vaxt tamam olmuş, işi düzəlməmiş, Zöhrabdan bu barədə soruşanda Zöhrab onu pul verdiyi həmin tanışı Təqsirləndirilən şəxs yanına göndərmiş, gedib Elşadla Kürdəmir şəhəri ərazisində görüşmüş, Elşad onun 2500 manat pulunu Zöhrabın ona verdiyini, ancaq işinin hələki alınmadığını, aldığı pulu bir həftə ərzində qaytaracağını demiş, ancaq Elşadın dediyi vaxt tamam olsada müxtəlif vaxtlara vəd verərək pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmiş, buna görə Kürdəmir RPŞ-yə şikayət etmişdir. Zərərçəkmiş şəxs3 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəməmiş, onun Elşadda 1100 manatı qalmışdır. Ona görə də Elşada ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 izahatında göstərdi ki, X6 həmkəndlisidir, onunla münasibətləri normaldır, ədavətləri yoxdur. 2023-cü ilin aprel ayının sonlarında Zöhrab ona Kürdəmir suvarma sistemləri idarəsində işci axtarıldığını, həmin idarəyə işci düzəldə bilən tanışının olduğunu demiş, Zöhrabdan həmin şəxsin bu işi hansı qiymətə düzəltdiyini soruşanda Zöhrab tanışının həmin idarəyə işcini 2500 manat pul müqabilində düzəltdiyini demişdir. Zöhrabın təklifi ilə razılaşaraq həmin ərəfədə yaşadıqları kənd ərazisində Zöhrabla görüşüb ona 2500 manat pul vermiş, Zöhrab pulu alarkən aparıb həmin tanışına verəcəyini və tanışının da 35 gün ərzində onu Kürdəmir su idarəsinə işə düzəldəcəyini demiş, ancaq həmin vaxt tamam olmuş, işi düzəlməmiş, Zöhrabdan bu barədə soruşanda Zöhrab onu pul verdiyi həmin tanışı Təqsirləndirilən şəxs yanına göndərmiş, gedib Elşadla Kürdəmir şəhəri ərazisində görüşmüş, Elşad onun 2500 manat pulunu Zöhrabın ona verdiyini, ancaq işinin hələki alınmadığını, aldığı pulu bir həftə ərzində qaytaracağını demiş, ancaq Elşadın dediyi vaxt tamam olsada müxtəlif vaxtlara vəd verərək pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmiş, buna görə Kürdəmir RPŞ-yə şikayət etmişdir. Zərərçəkmiş şəxs4 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəməmiş, onun Elşadda 1100 manatı qalmışdır. Ona görə də Elşada ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 izahatında göstərdi ki, X6 həmkəndlisidir, onunla münasibətləri normaldır, ədavətləri yoxdur. 2023-cü ilin aprel ayının sonlarında Zöhrab ona Kürdəmir suvarma sistemləri idarəsində işci axtarıldığını, həmin idarəyə işci düzəldə bilən tanışının olduğunu demiş, Zöhrabdan həmin şəxsin bu işi hansı qiymətə düzəltdiyini soruşanda Zöhrab tanışının həmin idarəyə işcini 2500 manat pul müqabilində düzəltdiyini demişdir. Zöhrabın təklifi ilə razılaşaraq həmin ərəfədə yaşadıqları kənd ərazisində Zöhrabla görüşüb ona 1500 manat pul vermiş, Zöhrab pulu alarkən aparıb həmin tanışına verəcəyini və tanışının da 35 gün ərzində onu Kürdəmir su idarəsinə işə düzəldəcəyini demiş, ancaq həmin vaxt tamam olmuş, işi düzəlməmiş, Zöhrabdan bu barədə soruşanda Zöhrab onu pul verdiyi həmin tanışı Təqsirləndirilən şəxs yanına göndərmiş, gedib Elşadla Kürdəmir şəhəri ərazisində görüşmüş, Elşad onun 1500 manat pulunu Zöhrabın ona verdiyini, ancaq işinin hələki alınmadığını, aldığı pulu bir həftə ərzində qaytaracağını demiş, ancaq Elşadın dediyi vaxt tamam olsada müxtəlif vaxtlara vəd verərək pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmiş, buna görə Kürdəmir RPŞ-na şikayət etmişdir. Zərərçəkmiş şəxs5 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəməmiş, onun Elşadda 1300 manatı qalmışdır. Ona görə də Elşada ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, tanıyır, onunla heç bir ədavəti düşmənçiliyi olmayıb. X21 doğma bacısıdır. X36 xidmət mərkəzində işə düzəlmək məqsədilə Kürdəmir Asan xidmətinə ərizə yazmış, həmin ərizənin düzgün olub-olmadığını yoxlaması üçün Dürdanə onunla əvvəllər Asan xidmətdə birlikdə işləmiş tanışı Elşada zəng vuraraq ondan məsləhət almış, telefon danışığı zamanı Elşad Asan xidmətin baş ofisində onun tanışının olduğunu, X30 xidmətə işə düzəldə biləcəyini demişdir. Elşada əgər bununla maraqlanmasını xahiş etmişdir. Elşad təxminən 5 dəqiqə sonra zəng vuraraq X30 xidmət mərkəzinə pasport şöbəsində işə düzəlməsi üçün 8.000 manat pul vermək lazım olduğunu və həmin pulun tez bir zamanda çatmalı olduğunu demişdir, Elşadla bacısı Dürdanəni 6000 manata işə düzəldəcəyi barədə razılaşmış, özünə məxsus bacısı Dürdanənin adına rəsmiləşmiş **********983022 nömrəli “Kapital bank” plastik kart hesabından 6000 manat pulunu Elşada məxsus **********788837 nömrəli “Kapital bank” bankomat kartına köçürmüş, pulu əldə etdikdən sonra Elşad Dürdanəni 03 gün ərzində işə düzəldəcəyini bildirmişdir. Ancaq Elşadın söz verdiyi vaxt tamam olanda zəng vuraraq iş barədə soruşanda Elşad işin bir neçə gün sonra düzələcəyini bildirmiş, Elşad müxtəlif vaxtlara vəd verərək eləcədə pulunu qaytarmayaraq onu aldatmış, buna görə də DİN-nin 102 xidmətinə və Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək Elşadın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Elşada Dürdanəni işə düzəltməsi üçün pul verməsi barədə heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs6 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, onun Elşada qarşı heç bir şikayt və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X22 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs tanışıdır. Onunla münasibətləri normal olmuş, ədavəti, düşmənçiliyi olmamışdır. Oğlu Şahid5 işsiz olduğu üçün ona iş axtarmış, Kürdəmir rayonu Ərəbqubalı kənd sakini tanışı Şahid3 onun Kürdəmir suvarma sistemləri idarəsində işləyən Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, Elşadın onun oğlunu işə düzəldə biləcəyini demiş və Elşadın mobil nömrəsini ona vermişdir. Zəng vurub Elşadla danışmış, Elşad oğlunu Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəldə biləcəyini demiş və bunun müqabilində Elşad ondan 2.000 manat pul istəmiş, ancaq 1020 manata razılaşmışlar. 2023-cü ilin aprel ayının sonlarında Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsində Elşadla görüşüb ona 1020 manat pul vermiş, ancaq iş düzəlməmiş, Elşaddan pulunu geri istədikdə müxtəlif vaxtlara vəd verərək Elşad onu aldatmış, buna görə də Elşad barəsində Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, Elşadın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Elşada pul verərkən yanında heç kim olmamış, bu barədə heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs M.G.Qaybalıyev həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, onun Elşada qarşı heç bir şikayt və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs tanışıdır. Onunla münasibətləri normal olmuş, ədavəti, düşmənçiliyi olmamışdır. Oğlu Şahid4 işsiz olduğu üçün ona iş axtarmış, Kürdəmir rayonu Ərəbqubalı kənd sakini tanışı Şahid3 onun Kürdəmir suvarma sistemləri idarəsində işləyən Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, Elşadın onun oğlunu işə düzəldə biləcəyini demiş və Elşadın mobil nömrəsini ona vermişdir. Zəng vurub Elşadla danışmış, Elşad oğlunu Kürdəmir su idarəsinə işə düzəldə biləcəyini demiş və bunun müqabilində Elşad ondan 2.000 manat pul istəmiş, ancaq 1020 manata razılaşmışlar. 2023-cü ilin aprel ayının sonlarında Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsində Elşadla görüşüb ona 1020 manat pul vermiş, pulu verərkən qalan hissəsini də iş düzələndən sonra verəcəyi barədə Elşadla razılaşmış, ancaq iş düzəlməmiş, Elşaddan pulunu geri istədikdə müxtəlif vaxtlara vəd verərək Elşad onu aldatmış, buna görə də Elşad barəsində Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, Elşadın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Elşada pul verərkən yanında heç kim olmamış, bu barədə heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs10 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, onun Elşada qarşı heç bir şikayt və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 1-2 ildir ki, tanıyır, onunla heç bir ədavəti düşmənçiliyi olmamışdır. X7 iş axtararkən tanışlarına soraq etmiş, 2023-cü ilin iyul ayının əvvələrində Elşad zəng vuraraq oğlu Şahbazı Kürdəmir süd emalı zavoduna işə düzəldə biləcəyini demiş, telefonla danışan zaman görüş yeri təyin etmişlər, ertəsi gün Elşadla Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsi ərazisində görüşmüş, Elşad oğlu Şahbazı Kürdəmir süd emalı zavoduna sürücü kimi işə düzəldə biləcəyini demiş, bunun müqabilində ondan 2.000 manat pul istəmiş, Elşadın təklifi ilə razılaşmış, xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsi ərazisində Elşada 2.000 manat pul vermiş, pulu alan zaman Elşad oğlu Şahbazın işini bir ay ərzində həll edəcəyini bildirsədə Elşad verdiyi vədə əməl etməmiş, eləcədə pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Elşada pulu verərkən yanında oğlu Şahbazdan başqa heç kim olmamış, heç kim olmamış, bu barədə heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs7 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, onun Elşada qarşı heç bir şikayt və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid1 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə göndərərk məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəini təsdiq etidiyini göstərmişdir. Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanımış, onunla münasibətləri normal olmuş, düşmənçiliyi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs tanışıdır, onunla münasibətləri normaldır, ədavətləri yoxdur. Təqsirləndirilən şəxs Kürdəmir suvarma sistemləri idarəsində işləməyini bilmiş, 2023-cü ilin aprel ayının sonlarında Elşadla Kürdəmir şəhəri ərazisində rastlaşıb söhbət edən zaman Elşad Kürdəmir suvarma sistemləri idarəsində bir neçə vakant iş yerləri gələcəyini, onu və ya tanışlarını Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəldə biləcəyini bildirmiş, bundan sonra tanışlarına bu barədə demiş, 2023-cü ilin aprel ayının sonlarında yaşadıqları kənd ərazisində kəndarası yolda Xəlilov X8 sistemləri idarəsinə işə düzəlməsi üçün ona 2500 manat pul vermiş, xx.xx.2023-cü il tarixdə yaşadıqları kənd ərazisində yerləşən küçədə Şükürov X5 sistemləri idarəsinə işə düzəlməsi üçün ona 2500 manat pul vermiş, xx.xx.2023-cü il tarixdə yaşadıqları kənd ərazisində yerləşən küçədə Ağayev X3 sistemləri idarəsinə işə düzəlməsi üçün ona 2500 manat pul vermiş, 2023-cü ilin aprel ayının sonlarında yaşadığımız kənd ərazisində yerləşən küçədə Allahverdiyev X1 sistemləri idarəsinə işə düzəlməsi üçün ona 2500 manat pul vermiş, 2023-cü ilin aprel ayının sonlarında yaşadıqları kənd ərazisində yerləşən küçədə Məmmədov X2 sistemləri idarəsinə işə düzəlməsi üçün ona 1500 manat pul vermiş, aldığı həmin pulları tam formada aparıb Kürdəmir suvarma sistemləri idarəsinə yaxınlığında Elşada vermiş, pul aldığı şəxslərdə onlardan aldığı pulları aparıb Elşada verməsi barədə məlumatları olmuşlar. Elşad da pulları alan zaman həmin şəxslərin işlərinin bir ay ərzində həll olunacağını bildirmiş, Elşadın verdiyi vaxt tamam olanda işlərin düzəlmədiyini görüb Elşaddan soruşmuş, Elşad müxtəlif vaxtlara vəd verərək onu aldatmış, buna görə də pulu aldığı şəxslər özləri gəlib Elşadla görüşülər, Elşad onlara da müxtəlif vaxtlara vəd verərək aldatmış, buna görə də Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, Elşadın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdi. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, tanışlarından işə düzəlmələri üçün pul alıb Elşada verərkən heç bir mənfəət əldə etməmiş, bununla bağlı heç kimlə sövdələşməmişdir. Elşada tanışlarının pullarını verən zaman yanlarında heç kim olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid3 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə göndərərk məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəini təsdiq etidiyini göstərmişdir. Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır, onunla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. 2023-cü ilin aprel ayında Elşadla rastlaşıb söhbət edən zaman Elşad Kürdəmir suvarma sistemləri idarəsində boş iş yeri olduğunu, ora işci axtarıldığını, əgər tanışları varsa həmin idarəyə işə düzəldə biləcəyini bildirmiş, bu barədə Kürdəmir rayon Sığırlı kənd sakinləri tanışları X15 və Zərərçəkmiş şəxs10 demiş, onlar iş axtardıqlarını dedikdə Elşadın mobil nömrəsini onlara vermiş, daha sonra Mahir oğlu X9 və Nazim isə oğlu Şahid4 işə düzəltməsi üçün Kürdəmir şəhəri Zərərçəkmiş şəxs5 küçəsində hər biri 1020 manat pul vermişlər, Elşad pulu alandan sonra onlara verdiyi vədə əməl etməyərək eləcədə onlardan aldığı pulu qaytarmayaraq onları aldadıb dələduzluq etdiyini öyrənmişdir. Mahir və Nazim bu barədə ona deyəndə onlara bu barədə polisə məlumat vermələrini bildirmişdir. Nazim və Mahirin Elşada pul vermələrində heç bir mənfəəti olmamışdır. İş materiallarına əlavə edilmiş Küdəmir rayon İcra Hakimiyyəti Başçının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyinin xx.xx.2023-cü il tarixli 1778 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Atakişili kəndində yaşayır. (bax iş vər. 212) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə X10 Elşad İlyas oğluna verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.214) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-50/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 268) İş materialalrına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X37 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-17072/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. Lakin o, xx.xx.2022-ci il tarixdən müharibə veteranı adına görə 80 manat Prezident təqaüdü alır. (bax iş vər 269) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 271-272). İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs kimi tutulmuşdur. (bax iş vər, 40-41) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Şübhəli şəxin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:45-də saxlandığı Kürdəmir RPŞ MSY-dən azad edilmişdir. (bax iş vər 58) İş materiallarına əlavə edilmiş İ-37662 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250 s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş İ-987 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2358 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş İ-531 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2369 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünü etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 39-cu bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı,törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1-ci bəndində göstərildir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X11 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf etməklə əməlindən peşman olmasını, Vətən Müharibəsində iştirak edərək ölkə rəhbərliyi tərəfindən müxtəlif medallarla təltif edilməsini və müharibə veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri qismən ödəməsini və ziyanı ödənmiş zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə cəza təyin etmənin ümumi prinsiplərini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldğı müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödəilməsi nəzərə alınmalı və onlara dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir. İş mülki iddia, maddi sübut, ekspertiza və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Atakişili kəndində yerləşən evi gecə saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya idarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödəilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə mülki qaydada məhkəmədə dəymiş ziyanla bağlı iddia qaldırmaq hüquqları izah edilsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar