Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-41/2025 11.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu Qarasu kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0.436 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Kürdəmir şəhəri şəhəri H.Əliyev prospektində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan boz rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd plastik qabda bir ədəd bükümdə təmiz çəkisi 0.436 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Qarasu kəndində yaşayır, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. təxminən 3 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən 3-4 ay əvvəl ozünə məxsus olan istifadə etdiyi ***-***-**-** saylı nömrənin WhatsApp-ına +98 -***-***-**-** saylı nömrədən gələn mesajı oxuyarkən həmin şəxs səs atıb el arasında narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan kola və daş istəsə təşkil edə biləcəyini demişdir. Həmin şəxslə danışıb ondan 2-3 dəfə psixotrop maddə almışdır. Belə ki, onun dediyi kart nömrəsinə pul göndərmiş, o isə psixotrop maddəni qoyduğu yerin fotoşəkilini çəkib atmış, və həmin yerə gedib götürmüşdür. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunda olarkən, patı yəni metamfetamin çəkmək istəmiş və İran vətəndaşı ilə WhatsApp-da danışıb ondan 5 qram psixotrop maddə istəmişdir. İranlıda razılaşıb 5 qram psixotrop metamfetamini tərəzidə çəkib videosunu çəkmiş, sonra isə metamfetaminin qoyulduğu yerin şəkilini çəkib atmışdır. Bunun müqavilində iranlıya 180 manat pul göndərmişdir. Həmin yerə gedib psixotrop maddəni yerdən götürüb bir hissəsini istifadə etmiş, qalan hissəsini isə orbit qutusuna qoyub əynində olan gödəkçənin iç cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Kürdəmir şəhər H.Əliyev prospektində maşınını yuyarkən polis əməkdaşları yaxınlaşıb barəsində qəbul etdikləri təxirəsalınmaz əməliyyat axtarış keçirilməsi barədə qərarla tanış etmişlər. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində “Patı” yəni metamfetamin olduğunu bildirib, əynində olan gödəkçənin iç cibində saxladığı “orbit” saqqız qutusunun içərisində olan siqaretin gümüşü kağızına qablaşdırdığı psixotrop maddə metamfetamini və onun yanında olan xörək duzunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bu günə qədər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən səmimi peşmançılıq çəkir, bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi və yaşadığı evdə saxlması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir, həmin tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu H.Əliyev prospektində saxlayaraq üzərində narkotik vasitə saxlaması barədə əsaslı şübhələr olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd “orbit” plastik saqqız qabının içərisində bir ədəd gümüşü rəngli kağız bükümə qablaşdırılmış, içərisində ağ rəngli, kristallik formalı psixotrop maddə metamfetaminə bənzər kütləni, və bir ədəd polietilen kəsiyi bükümdə duz olduğunu bildirdiyi kütləni çıxarıb təqdim etmiş, həmin bükümə baxış keçirilən zaman içərisində siqaretin gümüşü kağızına qablaşdırılmış ağ rəngli, kristallik formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparılaraq müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquq vəzifələri izah olunaraq müdafiəçi ilə təmin edilmişdir. Vidioçəkliş zamanı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kütləyə baxış keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik “patı” vəya psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni “orbit”saqqız qabının içərisində gizlətmişdir. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərf onun üzərindən aşkar edilən psixotrop maddənin qablşdırıldığı zərfdir, zərfin tamlığı pozulmamış, onun üzərində ki is öz imzasızıdr. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd “orbit” qutusu aşkar edilmişdir. Həmin qutu müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilən zaman içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü və bir ədəd polietilen sellofan bükümü aşkar edilmişdir. Gümüşü rəngli kağız büküm açılıb içərisinə baxıldıqda içərisindən ağ rəngli,kristallik formalı, psixotrop maddə metamfetaminə bəzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs duz kimi bildirdiyi polietilen kəsiyində olan kütlə müstəntiq tərəfindən açılmış içərisində ağ rəngli, kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir.Həmin kütlələr elektron tərəzidə çəkilmiş 10,85 qram və 0.65 qram olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki İran İslam Respublikasıın vətəndaşından 180 manata 5 qram psxotrop maddə metamfetamin almışdır. Üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilən zaman İran vətəndaşının istifadəsində olan +98-***-***-**-** saylı nömrəilə əlaqə saxlayıb psixotrop maddəni almışdır. X1 narkotik maddələrin satışı ilə məşğul olması barədə eşitməmişdir. Şahid3 da məhkəməyə verdiyi ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Kürdəmir şəhəri H,Əliyev prospektində Kürdəmir RPŞ-nin RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3,Kürdəmir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru X3,Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq X10 Həbilova paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd “orbit” plastik saqqız qabının içərisində bir ədəd gümüşü rəngli kağız bükümə qablaşdırılmış, içərisində ağ rəngli, kristallik formalı psixotrop maddə metamfetaminə bənzər kütləni, və bir ədəd polietilen kəsiyi bükümdə duz olduğunu bildirdiyi kütləni çıxarıb təqdim etmiş, həmin bükümə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman içərisində siqaretin gümüşü kağızına qablaşdırılmış içərisində ağ rəngli, kristallik formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi zamanı aşkar edilərək qablaşdırılmış ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Kürdəmir RPŞ-nin RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid3, Kürdəmir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru X3, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X4, Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik “patı” və ya psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni “orbit”saqqız qabının içərisində gizlətmişdir. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərf onun üzərindən aşkar edilən psixotrop maddənin qablşdırıldığı zərfdir, zərfin tamlığı pozulmamış, onun üzərində ki is öz imzasızıdr. Zərfin tamlığı qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd “orbit” qutusu aşkar edilmişdir. Həmin qutu açılmış içərisinə baxış keçirilən zaman içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü və bir ədəd polietilen sellofan bükümü aşkar edilmişdir.Gümüşü rəngli kağız büküm açılıb içərisinə baxıldıqda içərisindən ağ rəngli,kristallik formalı, psixotrop maddə metamfetaminə bəzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs duz kimi bildirdiyi polietilen kəsiyində olan kütlə tərəfimdən açıldı içərisində ağ rəngli, kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir.Həmin kütlələr elektron tərəzidə çəkilmiş,təxmini çəkiləri 10,85 qram və 0.65 qram olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki İran İslam Respublikasının vətəndaşından 180 manata 5 qram psxotrop maddə metamfetamin almışdır. Üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilə zaman İran vətəndaşının istifadəsində olan +98-***-***-**-** saylı nömrəilə əlaqə saxlayıb psixotrop maddəni almışdır. həmin şəxsə 180 manat pul göndərdikdən sonra, həmin şəxs psixotop maddə metamfetamini qoyulduğu yerin fotoşəkilini çəkib atmışdır. -məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/956 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Təqsirləndirilən şəxs üzərindən ..” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd plastik qabda 01 ədəd bükümdə təmiz çəkisi 0.436 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 10.101 qram olan ağımtıl rəngli maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. Metamfetaminin təmiz çəkisi 0.436 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0.386 qram - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan RPŞ-i tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, xx.xx.2024-cü il tarixdə cinayət işi baxışlması üçün məhkəməyə göndərilib. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Beyləqan rayon Məhkəməsinin 1(020)-49/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilmişdir. - “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-1238/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. - xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X7 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 61 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddəə metamfetamindən epizodik isitifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0.436 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0.386 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - iş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. - Kürdəmir RİHB-nin Qarasu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Kürdəmir rayonu Qarasu kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0.436 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0.386 qram qalığı Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminanlığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Həbilov X6 rayonu Qarasu kəndində qeydiyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Qarasu kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 18.00-dan xx.xx.2024-cü il saat 14:50-dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, lakin narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxsin narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 0.436 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0.386 qram qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan psixotrop maddə metamfetaminin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il, 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Qarasu kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 0.436 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0.386 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-psixotrop maddə metamfetaminin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-41/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-41/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver