Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-42/2024 12.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1982-ci ildə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi 8.53 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri Babək küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol içəri cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 8.53 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Kürdəmir rayonu Xıdapay kəndində ailəsi ilə birlikdə yaşayır. 2023-cü ilin dekabr ayının ortalarında yaşadığı kənd ərazisində yerdə dolu vəziyyətdə siqaret qutusu görmüş, siqaret qutusu maraq doğurduğuna görə həmin qutunu götürmüşdür. İçərisinə baxdıqda yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olmasını görmüşdür. Həmin siqaret qutusunu içində kütlə ilə birgə götürüb istifadə etmək məqsədi ilə həmin vaxt əynində olan qara rəngli qış gödəkçəsinin cibinə qoymuşdur. Sonradan isə həmin qış gödəkçəsini geyinmədiyinə görə yadından çıxıb qalmışdır. xx.xx.2024-cü il tarixdə qış gödəkçəsini geyinib küçəyə çıxmışdır. Həmin gün saat 20:00 radələrində Kürdəmir şəhəri Babək küçəsində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları saxlayıb, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Əynində olan qara rəngli qış gödəkcəsinin sol içəri cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd “Sobranie” siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin qutunun içərisinə baxdıqda kəskin iyli yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, bundan başqa üzərində şəxsi axtarış keçrilən zaman heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bir ədəd siqaret qutusu bir ədəd zərfə qoyulmuş,üzəri möhürlənmiş, zərf onun, müdafiəçi və şahidlər tərəfindən imzalanmışdır. O, həmin narkotik vastəni şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Ona polis şöbəsinədə və kənarda heç bir formada təzyiq göstərilməmişdir. Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa cinayət əməli törətməmişdir. Narkotik vasitənin heç bir növünün satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını və himayəsində 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşaqlarının və ailənin yeganə qazanc gətirən şəxs olmasını, özünə məxsus yaşayış evinin yandığını, tək otaq daxma evdə yaşadığını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il Kürdəmir rayonu Xırdapay kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri Babək küçəsində piyada gəzərkən saxlanılmış, ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın məzmunu ilə tanış edib RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş və özünün seçdiyi vəkil Müdafiəçila təmin edilmişdir. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan qara rəngli qış gödəkçəsinin sol içəri cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutu müstəntiq tərəfindən açılıb içərisinə baxılarkən içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunda olan kütlə ağ rəngli zərfdə qablaşdırılmış üzəri yazılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı Şahid1 da Şahid2 il eyni məzmunda ifadə evrib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/56 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs üzərindən ..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi 8.53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi-8,53 qram, tədqiqata sərf edildi-0,02qram, qalıq 8,51 qram qalmışdır.(bax iş vər.39-41) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli 212 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik isitifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər.109) İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında RPŞ-nin İB-in baş müstəntiqi X9, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, RPŞ-nin PPXBnün polis nəfəri, polis serjantı Şahid1, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq müstəntiq X14 Cəbrayılova şübhəli şəxs qismində hüquq və vəzifələrini izah etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib əynində olan qara rəngli qış gödəkçəsinin sol içəri cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin siqaret qutusu müstəntiq tərəfindən açılmış içərisinə baxış keçirilmiş və içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunda olan kütlə ağ rəngli zərfdə qablaşdırılmış üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 2023-cü ilin qış aylarında yaşadığı kənd ərazisində yerdən tapmışdır. İstifadə etmək məqsədi ilə götürüb üzərində saxlamışdır. Polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini юзцндя якс етдирян 01 ədəd disk protokola əlavə edilmişdir.(bax: cild 1 - i/v 31-33) İş materiallarında olan “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49-2-44/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 94) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2021-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 91) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X10 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. (bax iş vər.95) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 52 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 uşağı vardır və onlardan 1-si azyaşlıdır. (bax iş vər. 50) İş materiallarına əlavə edilmiş AZE 11877569 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2008-ci il təvəllüdlidir. (bax iş vər. 53) İş materiallarına əlavə edilmiş AZE 11877567 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.2010-ci il təvəllüdlidir. (bax iş vər. 53) İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.2019-ci il təvəllüdlidir. (bax iş vər. 53) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.51) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20.30-da şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.13-14) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16.30-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (bax iş vər. 71-72) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadəsi, məhkəməbioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağlarının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını və onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20.30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 16.30-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs profilaktika məqsədilə Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ekspertiza tədqiqatından sonra ümumilikdə marixuananın 8,51 qram qalığı hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli, 31,95 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videoçəkiliş qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ekspertiza tədqiqatından sonra ümumilikdə marixuananın 8,51 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videoçəkiliş qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-42/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-42/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver