Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-42/2025 05.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimlan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən kəndarası yolda həmkəndlisi xx.xx.1956-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyməsini səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan plastik qabdakı benzini Zərərçəkmiş şəxs üz nahiyyəsinə qəsdən tökərək ona sağ gözün hiperemiyası və görmənin zəifləməsi ilə müşayiət olunan, sağ gözdə görmənin zəifləməsi nəticəsində əmək qabiliyyətinin 5 faizinə qədərinin daimi dayanıqlı pozulmasına yəni ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildirərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Karrar kəndində yaşayır, fərdi əməklə məşğul olur, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Sərhəd təxminən 03 il bundan əvvəl yaşadığı evdən 2100 manat pul və 01 cüt qızıl sırğa oğurlamış, sonradan oğurladığı pulun 600 manat hissəsini qaytarsa da qalan 1500 manat pulunu və bir cüt qızıl sırğanı qaytarmamışdır. Sərhəd hər dəfə onu kəndarası yolda görəndə onu söyüb təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadıqları kənd ərazisində kəndarası yolda Zərərçəkmiş şəxs ilə rastlaşmış, ondan 01 cüt qızıl sırğa və 1500 manat pulunu qaytarmasını istəmiş, bu zaman Sərhəd onu söyüb təhqir etdiyinə və onu vurmaq istədiyinə görə üzərində gəzdirdiyi plastik “Fanta” qabındakı benzini Sərhədin üstünə tullamışdır. Benzin Sərhədin üzünə yox, aşağı nahiyyəsinə tökülmüşdür. Məqsədi Sərhədə xəsarət yetirmək olmamışdır. Hazırda Zərərçəkmiş şəxsla aralarında barışıq yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Karrar kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla yanaşı kəndin mollası kimi tanınır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, əri ilə normal münasibətdə olublar. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı kəndin ərazisində olan çayxanaya gedərkən Sevda ilə rastlaşmış, aralarında gedən söhbət əsnasında Sevda guya onun evindən qızıl və pul oğurladığını deyərək həmin qızılları və pulu verməsini istəmiş, Sevdaya evindən qızıl və pul oğurlamadığını desə də Sevda israrla dediklərini təkrarlayaraq onun ünvanına nalayiq ifadələr işlətmiş, Sevdanın cavabını qaytaranda Sevda qəflətən əlində olan plastik qabdakı benzini onun üz nahiyyəndən tökərək ona xəsarət yetirmişdir. Sevda oradan qaçıb gedəndən sonra arvadı Naibəyə zəng vuraraq yerini deyib yanına çağırmış, Naibəyə baş verənlər barədə danışdıqdan sonra birlikdə Kürdəmir RMX-na getmişlər. Hadisə qısa zaman kəsiyində yaşadıqları kənd ərazisində yerləşən küçədə baş vermiş, ətrafda heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmayıb, onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Sevda ilə aralarında normal münasibətləri olmuş, ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadıqları kənd ərazisində evdə olarkən əri S. Orucov ona zəng edərək kənd məscidinin yanında olduğunu, həmin yerdə Sevdanın onun üz nahiyyəsinə qəsdən benzin tökərək gözlərinə xəsarət yetirdiyini deyərək yanına çağırmışdir. Dərhal deyilən yerə getmiş, orada əri Sərhədin əli ilə gözlərini tutduğunu görüb nə baş verdiyini soruşanda Sərhəd Sevda ilə rastlaşdığını, Sevdanın əlində olan benzini onun üz nahiyyəsinə tökdüyünü, həmin vaxt gözlərində kəskin ağrı hiss etdiyini demişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmayıblar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 526 saylı rəyindən görünür ki, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətlər vardır: sağ gözün hiperemiyası və görmənin zəifləməsi xəsarəti. Qeyd olunan xəsarət kimyəvi təsirə malik olan maddənin (benzinin) təsirindən əmələ gəlməyə uyğundur, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur. Qeyd olunan xəsarət dərəcəsinə görə sağ gözdə görmənin zəifləməsi əmək qabiliyyətinin 5 faizinə qədərinin daimi dayanıqlı pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərərvurmaya aid edilir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -“Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin verdiyi xx.xx.2025-ci il tarixli 18-1-49/2-39/2025 nömrəli məktubdan görünür ki, Quliyeva X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən kəndarası yolda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəmnində mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki plastik qabdakı benzini qəsdən Zərərçəkmiş şəxs üz nahiyyəsindən tökərək ona xəsarət yetirmişdir. - Kürdəmir RİHB-nın Karrar kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü ilə (özü. əri və 2 qızı) Karrar kəndində yaşayır, özünü kənd sakinləri arasında yaxşı tərəfdən göstərməmiş, onlar arasında nüfuzu yoxdur, nümayəndəliyə onun barəsində mütəmadi şifahi şikayətlər daxil olur, həmçinin başqa təşkilatlara lüzumsuz məlumatlar verməyə meyllidir. - Kürdəmir RİHB-nın Karrar kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən məlum olur ki, Zərərçəkmiş şəxs 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 qızı və 2 oğlu) Karrar kəndində yaşayır, kənd sakini kimi müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 526 nömrəli nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə mənfi xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, habelə onun yaşayış yeri üzrə mənfi xarakterizə olmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müddət həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonunun Karrar kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Karrar kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi qızına 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Karrar kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-42/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-42/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver