Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-43/2023 16.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə 09 avqust 1989-cu ildə Kürdəmir rayonunun Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla, Kürdəmir şəhəri, A.Abdullayev küçəsi, ev 21-də yaşayan- Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddələri ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18.20 radələrində Kürdəmir şəhəri, Xanlar küçəsində tanışı Zərərçəkmiş şəxs həmin günü saat 13.30 radələrində stomotoloq həkim X3 şəhəri, H.Əliyev prospektində yerləşən stomotoloji mərkəzində onu görüb söyüb təhqir etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə, başın təpəənsə nahiyələrində əzilmiş-cırılmış yaralar, sağ əlində şişkinlik-hematoma, əldə hərəkət məhdudluğu ilə müşayət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2 il bundan qabaq Aytənlə tanış olmuş, bir müddət qeyr-rəsmi ər-arvad kimi bir yerdə yaşamışlar. Sonradan münasibətləri pozlduğu üçün onlar ayrılmışlar. Aytən dəfələrlə ondan Kürdəmir RPŞ-nə şikayətlər etmişdir. Snuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrindən Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yerləşən və əvvəldən tanıdığı diş həkimi Rəsulun yanına getmiş və orada Aytəni görmüşdür. Həkim hazırda yanında xəstə olduğunu və ona 1 saatdan sonra gəlməsini demiş, o, da çıxıb getmiş, saat təxminən 13.30 radələrində həmin yerə qayıtmış və Aytənin hələ də orada olduğunu görmüşdür. Aytən onu görən kimi nalayiq ifadələrlə təhqir etdiyi üçün çıxıb oradan getmişdir. Həmin günü saat təxminən 18 radələrində o, əmisigildən çıxıb gedərkən Kürdəmir şəhəri, Xanlar küçəsində Aytənlə rastlaşmış, Atyən yenə də onu görən kimi nalayiq ifadələrlə onu təhqir etmiş, o, Aytənə onu söyməməsini xahiş etsə də Aytən öz hərəkətlərinə davam etmiş, o, da əsəbləşərək yerdə olan ağac parçasını götürüb Aytənin baş nahiyəsinə bir dəfə vurmuşdur. Həmin vaxtı yanlarında heç kim olmamışdır. Hazırda əməlindən peşmandır. O, Aytənlə barışmaq istəsə də Aytənin valideynləri onu barışmağa qoymamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Elnuru tanıyır. Belə ki, təxminən 2 il bundan qabaq Elnur evlənmək məqsədi ilə onu Bakı şəhərinə qaçırmış və onlar 10 gün bir yerdə yaşamışlar. Sonradan Elnurun ailəsi müdaxilə etdiyinə görə onlar ayrılmışlar. Hazırda da münasibətləri norml deyildir. Çünki onlar ayrıldıqdan sonra Elnur dəfələrlə onu ölümlə hədələmiş və o, hər dəfə də Kürdəmir RPŞ-nə şikayət etsə də sonra barışmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, dişlərini düzəldirmək üçün Kürdəmir şəhəri, H.Əliyev prospektində Rəsulun stomotoloji kabinetinə getmiş və o, orada olarkən saat təxminən 13 radələrində Elnur da həmin yerə gəlmiş, həkim ona məşğul olduğunu demiş, Elnur isə ona sən varsan deyə mən dişimi düzəltdirməməliyəm” demiş və aralarında mübahisə olmuş, Elnur onu nalayiq ifadələrlə təhqir etmiş, həkim Rəsul də Elnuru otqadan çıxarmış, Elnur çıxıb getmişdir. Həmin günü saat 18 radələrində o, Kürdəmir şəhəri, Xanlar küçəsi ilə evlərinə gedərkən Elnur əlndə ağac onun arxasınca gəlib “sənə dedim axı balanı yetim qoyacam” deyərək əlindəki ağacla bir dəfə başına vurmuş, o, zərbədən yerə yıxılmış, o, yerdə olarkən Elnur əlindəki ağacla bir neçə dəfə də əlinə, kürəyinə zərbələr yetirmişdir. Tanımadığı bir nəfər yaşlı qadın ona tərəf gələrək qışqır-bağır saldığı üçün Elnur oradan uzaqlaşıb getmişdir. Tanımadığı adın Təcili Tibbi yardıma zəng etmiş və təcili tibbi yardım gəlib onu xəstəxanaya aparmışdır. O, 16 gün xəstəxanada müalicə olunduqdan sonra evlərinə gəlmişdir. Onlar barışmamışlar və barışmaq da istəmir. Odur ki, Elnura qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstəri ki, Aytən onun qızıdır. Təxminən 2 il bundan qabaq Elnur Aytəni qaçırmış və onlar 13 gün bir yerdə Bakı şəhərində yaşasalar da sonradan Elnurun ailəsinin müdaxiləsinə görə onlar ayrılmışlar. Onlar ayrılqıdları gündən Elnur daima Aytəni öldürəcəyi ilə hədələmiş, Aytən hər dəfə şikayət etsə də sonran barışmışlar. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, o, işdə olarkən ona zəng olunmuş və Aytəni Elnurun vuraraq ona xəsarət yetirdiyi bildirlmiş, o, da bir baş xəstəanaya gəlmiş və Aytənin vəziyyətinin yaxşı olmadığını görmüşdür. Aytən 16 gün xəstəxanda müalicə olunmuşdur. Sonrdan Aytənin deməsinə görə Elnurun Kürdəmir şəhəri, Xanalr küçəsində əlindəki ağacla onun başına vurduğunu demişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Elnur və Aytən onun pasiyentləridir. Onun Kürdəmir şəhəri, H.Əliyev prospektində stomotoloji kabineti vardır və özü də stomotoloq kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Aytən onun yanına gəlib dişini müalicə etdirmək üçün gəlmiş, o, Aytənin dişlərini müalicə edərkən Elnur da oraya gəlmiş və dişinin ağrıdığını demiş, o, isə hazırda xəstəsi olduğunu deyərək 1 saat sonra gəlməsini Elnurdan xahiş etmişdir. Elnur saat təxminən 13 radələrində təkrar gəlmiş və Aytəni orada görəndə sən burdasan mən dişimi düzəltdirməməliyəm” demiş və buna görə də aralarında mübahisə olmuşdur. Onlar mübahisə etdiklərinə görə o, Elnuru kabinetdən çıxarmış və Elnur çıxıb getmişdir. X5 şəhəri, Xanalr küçəsində Aytənə xəsarət yetirdiyini eşitmişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 115 nömrəli aktından görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi,başın təpə-ənsə nahiyələrində əzilmiş-cırılmış yaralar, sağ əlində şişkinlik-hematoma, əldə hərəkət məhdudluğunun bərk küt əşya təsirindən törənmişdir, törənmə müddətinin xx.xx.2023-cü tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (bax iş vər. 49-50) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Pirili kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 182 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 5 nəfərdən ibarət ailə tərkibi vardır və onlardan 4 nəfəri azyaşlıdır. (bax iş vər. 35) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Pirili kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (bax iş vər. 36) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 şəxs Kürdəmir rayon X4 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-49/2-240/2023 saylı arayışından görünür ki, Hüseynov X8 rayon X4 X6 şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. (bax iş vər.39) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (bax iş vər.30-31) Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18.20 radələrində Kürdəmir şəhəri, Xanlar küçəsində tanışı Zərərçəkmiş şəxs həmin günü saat 13.30 radələrində stomotoloq həkim X3 şəhəri, H.Əliyev prospektində yerləşən stomotoloji mərkəzində onu görüb söyüb təhqir etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə, başın təpə-ənsə nahiyələrində əzilmiş-cırılmış yaralar, sağ əlində şişkinlik-hematoma, əldə hərəkət məhdudluğu ilə müşayət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən qismən peşmançılıq çəkməsini, himayəsində 4 azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və barışıq əldə etməyə cəhd etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Hüseynov X8 rayonu Pirili kəndində qeydiyyatda olsa da Kürdəmir şəhəri, A.Abdullayev küçəsi, ev 21-də yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir şəhəri, A.Abdullayev küçəsi,ev 21-də yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-43/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-43/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver