Məhkəmə qərarları › İş №1(041)-43/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-43/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-43/2024 15.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22-də yerləşən məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi 80.91 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin içərisindən 01 ədəd üzərində “dokta” yazısı olan polietilen torbada açıq halda təmiz çəkisi 0.46 qram, 02 ədəd polietilen bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 0.57 qram, 1.27 qram, 01 ədəd karton qutuda təmiz çəkisi 17.05 qram, 11 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2.82 qram, 3.72 qram, 5.41 qram, 5.16 qram, 3.75 qram, 4.40 qram, 4.42 qram, 5.51 qram, 3.93 qram, 4.23 qram, 5.59 qram ümumi təmiz çəkisi 68.29 qram, gödəkcənin qoltuq hissəsindən bir ədəd polietilen paketdə içərisində xeyli miqdarda təmiz çəkisi 9.32 qram, həmin polietilen paketin içərisində bir ədəd salfet bükümdə təmiz çəkisi 0.64 qram, həmin polietilen paketin içərisində bir ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 2.23 qram ümumi təmiz çəkisi xeyli miqdarda 12.19 qram və əynində olan qara rəngli şalvarın arxa sol cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.43 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 6-7 ildir ki istifadə edir, heç kimdən narkotik vasitə almaması üçün, 2023-cü ilin may ayında Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində özünə məxsus çöl pay torpaq sahəsində gizlincə 02 ədəd narkotik tərkibli çətənə toxumu əkib yetişdirmiş, 2023-cü ilin oktyabr ayında çətənə kolları yetişdiyinə görə qırıb həmin sahədə qurutmuş, qurudulmuş marixuananın baş hissəsini kibrit qutularına doldurmuş, qalan yarpaqlarını isə polietilen torbalara yığıb, yaşadığı evə gətirib həyətdə gizlətmiş, kötüyünü isə elə oradaca yandırmış, əldə etdiyi qurudulmuş marixuanadan hissə-hissə istifadə etməyə başlamış, bir neçə gün bundan qabaq narkotik vasitə marixuanadan istifadə etməsi və saxlaması barədə polis əməkdaşlarının ondan şübhələndiklərini və yaxın vaxtda yaşadığı evə baxış keçirəcəklərini düşünüb yaşadığı evdə gizli saxladığı narkotik vasitə qurudulmuş marixuananı götürüb gələcəkdə şəxsi istifadə etməsi üçün yaşadığı kənd ərazisində yerləşən özünə məxsus çöl əkin sahəsinə aparıb orada gizlətmək istəmiş, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində həmin narkotik vasitələri yaşadığı evdən götürüb üzərində saxlamaqla çöl sahəsinə yaşadığı kənd ərazisində piyada gedərkən, polis əməkdaşları yanında dayanıb onu saxlayaraq üzərində narkotik vasitə saxlamağında əsaslı şübhəli olduğunu bildirib onu RPŞ-yə dəvət etmişlər. Onlara etiraz etməyib, onlarla birlikdə RPŞyə gəlmiş, RPŞ-yə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına pulsuz müdafiəçi tutmaq hüququnun olması bildirildiyinə görə təqdim edilmiş vəkil Müdafiəçila təmin edilmiş, videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə varsa çıxarıb təqdim etməsi bildirilmiş, bu təklifdən sonra üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, əynində olan gödəkçənin içərisindən 01 ədəd “dokta” sözləri yazılmış torbada olan 11 ədəd kibrit qutusunda, 01 ədəd karton qutuda və 03 ədəd polietilen bükümün içərisində, gödəkcəmin qoltuq hissəsində içəridə 01 ədəd polietilen bükümünün içərisindən salfet bükümdə və polietilen bükümdə, şalvarının arxa sol cibindən isə bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaları çıxarıb masanın üzərinə qoymuş, Müstəntiq tərəfindən həmin bükümlərə, kibrit qutularına bir-bir baxış keçirildi və içərilərində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edildi. Təqdim etdiyi kütlələr ekspertizaya təqdim edilməsi üçün ayrı-ayrı qablaşdırılmış, üzəri yazılaraq götürülmüş, şifahi sorğu-sual zamanı üzərindən aşkar edilmiş kütlələrin ona məxsus olduğunu, 2023-cü ilin may ayında Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində yerləşən pay torpaq sahəsində əkib becərdiyi 02 ədəd çətənə kolundan əldə etdiyini, heç kimə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, narkotik vasitə saxlaması barədə heç kimin məlumatı olmamış, saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əməlindən səmimi peşman olmasını, himayəsində 4 övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını bildirib ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Qarasaqqal kənd sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla münasibətləri normaldır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edərək məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində küçədə saxlanılıb Kürdəmir RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, bundan sonra əynində olan gödəkçənin içərisindən 01 ədəd üzərində “dokta” sözləri yazılmış torbacıqda olan 11 ədəd kibrit qutusunda, 1 ədəd karton qutuda və 03 ədəd polietilen bükümdə, qoltuğunun altından bir ədəd polietilen bükümün içərisindən salfet bükümdə və polietilen bükümdə, şalvarının arxa sol cibindən isə bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, heç nə aşkar edilməmişdir. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən çıxarıb təqdim etdiyi kütlələr özünə məxsusdur, 2023-cü ilin may ayında Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində yerləşən pay torpaq sahəsində əkib-becərdiyi 02 ədəd çətənə kolundan qırıb toplayaraq əldə etmiş, şəxsi istifadə etmək üçün üzərində saxlamış, yerini dəyişmək istəyərkən polis əməkdaşları onu saxlamışlar. Heç kimə narkotik vasitə satmamış və belə bir məqsədi olmamışdır. Polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamışdır. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşı X7 da Şahid1la eyni məzmunda ifadə verib onun göstərdikləri xesauasatları təsdiq etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Müdafiəçi iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olduğunu bildirib, gödəkçənin içərisindən 01 ədəd üzərində “dokta” sözləri yazılmış torbacıqda olan 11 ədəd kibrit qutusunu, 01 ədəd karton qutu və 03 ədəd polietilen bükümü, qoltuğunun altından 01 ədəd polietilen bükümü çıxararaq təqdim etmiş, qutular və bükümlər müstəntiq tərəfindən açılmış, içərilərində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. (bax: i/v 32-33) İş materiallarında olan əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan xeyli miqdarda, yəni 80.91 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, həmin kütlələrin yerini dəyişmək istəyərkən xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində saxlanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış, bu barədə heç bir məlumat daxil olmamışdır. (bax: - i/v 135) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/91 nömrəli rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd ağ rəngli paketdə təmiz çəkisi-0.43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş üzərində ağ kağızda “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı təmiz çəkisi-9.32 qram, həmin polietilen torbanın içərisində 01 ədəd salfet bükümündə təmiz çəksi-0.64 qram, həmin polietilen torbanın içərisində 01 ədəd polietilen kəsiyi bükülüsündə təmiz çəkisi-2.32 qram, ümumi çəkisi -12.19 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 3) Tədqiqata təqdim olunmuş üzərində ağ kağızda “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamada 01 ədəd üzərində “dokta” yazısı olan polietilen torbada açıq halda təmiz çəkisi-0.46 qram, 02 ədəd polietilen torba bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri-0.57 qram, 1.27 qram, 01 ədəd karton qutuda təmiz çəkisi-17.05 qram, 11 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-2.82 qram, 3.72 qram, 5.41 qram, 5.16 qram, 3.75 qram, 4.40 qram, 4.42 qram, 5.51 qram, 3.93 qram, 4.23 qram, 5.59 qram, ümumi çəkisi 68.29 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi çəkisi 80.91 qram olan marixuanalar eyni tərkiblidir. Marixuananın ümumi təiz çəkisi-80,91 qram, tədqiqata istifadə olundu-0,38 qram(hər obyektdən), 80,53 qram qalıq qalmışdır.(bax iş vər.41-44) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 133) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığora üzrə X14 Ərazi Bölmələrinin İdarətetmə Birliyi Kürdəmir rayon X10 Hüquqi Şəxsin xx.xx.2024cü il tarixli 18-1-49/2-132/2024 nömrəli məktubdan görünür ki, Məmmədov X6 RMX-nin poliklinika şöbəsində həkim psixiatr qeydiyyatında durmur. Məmmədov X6 RMX-nin poliklinika şöbəsində narkoloqun qeydiyyatında durur. (bax iş vər.127) İş materialalrına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X17 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 17-1/2-27930-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır.(bax iş vər.126) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə Kürdəmir rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasının sonu ilə azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş və götürülmüşdür.(bax iş vər.131-132) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Qarasaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 34 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 4 uşaqları vardır və onlardan bir nəfəri az yaşlı, üç nəfəri isə yetkinlik yaşına çatmayandır. (bax iş vər. 115) İş materiallarına əlavə edilmiş AA5566546 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X11 xx.xx.2007-ci il təvəllüdlidir. (bax iş vər. 121) İş materiallarına əlavə edilmiş AA4559240 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.2006-ci il təvəllüdlidir. (bax iş vər. 122) İş materiallarına əlavə edilmiş AZE 11350531 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.2009-ci il təvəllüdlidir. (bax iş vər. 123) İş materiallarına əlavə edilmiş AZE 11350209 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2011-ci il təvəllüdlidir. (bax iş vər. 121) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına verilmiş Kürdəmir RİHBnın Qarasaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 117) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə,saat 13.50-də şübhəli şəxs qismində tutulmuşdur.(bax iş vər. 13-14) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10.15-də Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (bax iş vər. 66-67) İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerıə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərarın ləğv edilməsi haqqında qrardan görnür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatla Kürdəmir rayon məhkəməsinə müraciət edilmişdir.(bax iş .vər.72-73) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli,4(041)-08/2024 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (bax iş vər.63-64) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan qrudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində dord övladı olmaqla, birinin azyaşlı, üçünün yetkinlik yaşına çatmamasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi və həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və on qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon prokuroru tərəfində Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatla məhkəməyə müraciət edilmiş və Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs AR CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə edilməli, onun narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 80,53 qram narkotik vasitə olan qrudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilməlididir. İş üzrə olan 49,74 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi və həbsdə saxlanıldığı 01 ay 21 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən evi gecə saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən nakomaniyadan məcburi müalicə edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 80,53 qram narkotik vasitə olan qrudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar