Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-44/2024 21.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Cinayət işi üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.2000-ci ildə Laçın rayonu Kaha kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Laçın rayonu Kaha kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş – X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə xx.xx.1975-ci il təvəllüdlü, Kürdəmir rayonu Sor- Sor kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona “Kapital bank”da olan kredit qrafikindəki ödəniş gecikməsini adından sildirəcəyi barədə yalandan vədlər verib xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə isə 70 manat olmaqla vahid niyyətlə ümumilikdə 670 manat pulunu atası X3 adına rəsmiləşmiş, ancaq özünün istifadə etdiyi “**********788837” nömrəli “Kapital bank” plastik kart hesabına Kürdəmir şəhəri ərazisindən köçürtdürməklə alıb ələ keçirib aldadaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməli etiraf edərək göstərdi ki, Kürdəmir rayon Sor-Sor kənd sakini Zərərçəkmiş şəxs1 tanıyır, İlhamın oğlu Elvinlə birlikdə vətən müharibəsində iştirak etmiş, həmin vaxtdan tanışlıqları yaranmış, 2023-cü ilin oktyabr ayında Elvinlə söhbət edən zaman sonuncu ona atası İlhamın bir neçə il əvvəl bankdan götürdüyü krediti gec ödədiyi üçün adına gecikmə düşdüyünü, bu səbəbdən də bankdan kredit götürə bilmədiyini demiş, həmin vaxt Elvinin atası İlhamı aldadıb pulunu ələ keçirmək fikrinə düşmüş və atası İlhamın adını bank sistemində təmiz edə biləcəyi barədə Elvinə yalandan bildirmiş, Elvin bu barədə atasına deyəcəyini bildirmiş, bir neçə gün sonra Elvinin atası İlham zəng vuraraq həmin məsələ ilə bağlı ondan maraqlandıqda İlhama adını gecikmədən təmizləyə biləcəyini demiş, bunun müqabilində İlhamdan 670 manat pul istəmiş, İlham razılaşmış, pulu çatdırması üçün atasının adına rəsmiləşmiş ancaq özünün istifadə etdiyi “Kapital bank” plastik kartını İlhama yollamış, İlham tanışı Xəyyamın kart hesabından atasına məxsus həmin “4169 7388 5374 9517” saylı kart hesabına xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat və xx.xx.2023-cü il tarixdə isə 70 manat olmaqla ümumilikdə 670 manat pul göndərmiş, həmin pulları Kürdəmir rayonu ərazisində kartdan çıxarıb əldə edərək şəxsi ehtiyaclarına xərcləmiş, İlhama verdiyi vədə əməl etməmiş, eləcədə pulunu qaytarmayıb ona qarşı dələduzluq etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. O, Zərərçəkmiş şəxs1 ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri normal olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs oğlu Elvin vasitəsilə tanımışdır. Belə ki, Elcan ilə oğlu Elvin vətən müharibəsində birlikdə xidmətdə olmuşlar. Təxminən 5 il bundan qabaq “Kapital Bank”-ın Kürdəmir rayon filialından kreditə pul götürmüş, krediti vaxtında ödəmədiyi üçün bank sistemində adına gecikmə düşmüşdür. 2023-cü ilin oktyabr ayında “Kapital Bank”-ın Kürdəmir rayon filialından kreditə pul götürmək istəyəndə gecikmə olduğunu bildirərək ona kreditə puıl verməmişlər, Elvinin də bu barədə məlumatı olmuşdur. Bir müddət sonra Elvin bankda adına gecikmənin silinməsi ilə bağlı Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs dediyini, Elcanın da həmin gecikmənin silinməsinin mümkün olduğunu, həmin işdə olan kömək edəcək tanışlarının olduğunu dediyini bildirmiş, Elvin Elcanın mobil nömrəsini ona vermiş, Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng vuraraq, onunla danışmış, Elcan telefonda bankda olan gecikməni adından sildirəcəyi barədə vədlər verərək onu əmin etmiş, bunun üçün ona 670 manat pul verməli olduğunu demişdir. Elcanın dedikləri ilə razılaşmış, Elcan atası Nizaminin adına rəsmiləşmiş “4169 7388 5374 9517” saylı “Kapital bank” plastik bank kartı hesabını ona yollamış, xx.xx.2023cü il tarixdə Elcanın atası Nizaminin kart hesabına 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023cü il tarixdə 70 manat pul göndərmiş, hər dəfə və sonda pulları yollayanda Elcanla danışmış, Elcan ona yolladığı 670 manat pulu kartdan çıxarıb əldə etdiyini və yaxın vaxtda bankda olan gecikməni sildirəcəyini bildirmişdir. Hər dəfə Elcandan bankda olan gecikməni sildirib-sildirməməsini soruşanda Elcan yaxın vaxtda həll edəcəyini bildirsədə ancaq onun işini həll etməmiş, pulunu da qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Bu görə də Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla cəmi 670 manat pul yollamış, həmin pulları tanışı Xəyyamın plastik bank kartından yollamış, bu barədə oğlu Elvin və Xəyyamdan başqa heç kimin məlumatı olmamışdır. Hazırda təqsirləndirilən şəxs Elcan ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ona görə də Elcanla barışmışdır. Elcana qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, onun barəsində olan cinayət üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirlmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 doğma atasıdır. Təqsirləndirilən şəxs ikinci qarabağ döyüşləri zamanı tanımış, onunla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. Bir müddət əvvəl atası İlham bankdan kredit götürmək istədikdə bankda atasının adına gecikmə olduğu bildirilərək pul verməmişlər. Söhbət zamanı bu barədə Elcan bank sistemində tanışının olduğunu, atası İlhamın adında olan gecikməni həll edə biləcəyini demişdir. Bu barədə atası İlhama deyərək Elcanın mobil nömrəsini ona vermişdir. Atası İlham da zəng vuraraq Elcanla danışmış, Elcan bu məsələsini həll edəcəyi müqabilində atasından 670 manat pul istəmiş, atası da həmin pulu Elcanın atasına yolladığı “Kapital bank” kart hesabına köçürmüş, Elcan atasının ona yolladığı pulları kartdan çıxarıb əldə etmiş, ancaq atasına verdiyi vədə əməl etməyərək onu aldadıb dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində didnirlmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanışıdır, onunla münasibətləri normaldır, düşmənçilik ədavətləri yoxdur. Təqsirləndirilən şəxs isə əvvəldən tanımayıb, 2023-cü ilin oktyabr ayında İlham oğlu Elvinin tanışı olan Təqsirləndirilən şəxs 670 manat pul müqabilində onun adına bank sistemində olan gecikməni siləcəyini demiş, eləcədə Elcanın ona pul yollaması üçün Kapital bank karet hesabı da göndərdiyini demişdir. Bundan sonra İlham ona kartından Elcanın göndərdiyi karta pul yollamasını xahiş etmiş, Elcanın İlhama yolladığı karta xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 70 manat pul yollamış, Elcanın kartına yolladığı 670 manat pulları İlham ona vermişdir. Hər dəfə pulları yolladıqdan sonra İlham Elcanla telefonla danışmış, Elcan pulları çıxardıb əldə etdiyini bildirirmişdir. Daha sonra İlham Elcanın verdiyi vədə əməl etməyərək onu aldadıb dələduzluq etməsini bildirmişdir. “Ağcaədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-23/2-151/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur.(iş vər,88) İşə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. (bax iş vər. 74-76) İş materiallarına əlavə olunmuş Laçın RİHB-nın Daşlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə məcburi köçkün olmaqla Ağcəbədi rayonu X8 qəsəbəsində yaşayır. (bax iş vər.72) İş materiallarında olan və Laçın RİHB-nın Daşlı kənd İnzibati Ərazi Dairəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 73) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə xx.xx.1975-ci il təvəllüdlü, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona “Kapital bank”da olan kredit qrafikindəki ödəniş gecikməsini adından sildirəcəyi barədə yalandan vədlər verib xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə isə 70 manat olmaqla vahid niyyətlə ümumilikdə 670 manat pulunu atası X3 adına rəsmiləşmiş, ancaq özünün istifadə etdiyi “**********788837” nömrəli “Kapital bank” plastik kart hesabına Kürdəmir şəhəri ərazisindən köçürtdürməklə alıb ələ keçirib aldadaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Elcanla barışdıqlarını və sonuncu tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı hec bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə 670 manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-44/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-44/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver