Məhkəmə qərarları › İş №1(041)-45/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-45/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-45/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiasının üzvü, vəkil X6 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Kürdəmir şəhəri, H.Hüseynov küçəsi ev 27-də yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhər, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə xx.xx.2023-ci il tarixdə, saat 19 radələrində Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin inzibati binasında nümayəndəliyə məxsus elektrik naqillərinin saxlandığı otağın arxa tərəfdən pəncərəsinin bir ədəd şüşəsinin olmadığından istifadə edərək qanunsuz daxil olub çöldən əli ilə otağın içərisindən ümumi diametri 13 mm, 3 damarlı, hər damarının diametri 5 mm olan, üzəri ağ izoliyasiyalı, istismara yararlı, 1 metrinin qiyməti 3 manat olmaqla cəmi 360 manat dəyərində 120 metir uzunluğunda “Borsan” markalı elektirik naqillərini götürüb gizli yolla talayaraq Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə ümumilikdə 360 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə xx.xx.2023-ci il tarixdə saat 19 radələrində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin inzibati binasında nümayəndəliyə məxsus elektrik naqillərinin saxlandığı otağın arxa tərəfdən pəncərəsinin bir ədəd şüşəsinin olmadığından istifadə edərək qanunsuz daxil olub çöldən əli ilə otağın içərisindən ümumi diametri 13 mm, 3 damarlı, hər damarının diametri 5 mm olan, üzəri ağ izoliyasiyalı, istismara yararlı, 1 metrinin qiyməti 3 manat olmaqla cəmi 840 manat dəyərində 280 metr uzunluğunda “Borsan” markalı elektirik naqillərini gizli yolla talayaraq Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə ümumilikdə 840 manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, 2017-ci ildən Kürdəmir rayon “Dost” xidmətində fəhlə işlədiyini, Kürdəmir şəhərində yerləşən işıq dirəkləri yenisi ilə əvəz edildiyini, köhnə dirəklərin misdən hazırlanmış elektirik naqillərini iş yoldaşları ilə birlikdə açıb şəhər nümayəndəliyinin otaqların birinə gətirib yığdıqlarını, maddi vəziyyəti pis olduğundan nümayəndəliyin inzibati binasına yığdıqları elektirik naqillərindən oğurlayıb yandırıb misini satıb pul əldə etmək qərarına gəldiyini, buna görədə naqilləri ora yiğdıqda həmin pəncərənin qırağına naqilləri oğurlamaq üçün kisə qoyduğunu, buna görə 12 yanvar 2023-cü il tarixdə saat 19 radələrində nümayəndəliyin yerləşdiyi küçəyə getdiyini, elektirik naqillərinin yığılan otağın küçəyə olan və şüşəsi olmayan pəncərəsindən əlini içəri salıb oradan bir neçə bağlama elektirik kabelini götürüb kisəyə yığdığını, sonra həmin kisəni əlində yaşadığı evə apardığını, sonra həmin naqilləri yandırıb mis halına gətirdiyini, saat 11 radələrində yaşadığı küçədə qonşusu Vasiflə görüşüb ona oğurladığı elektirik naqillərinin misini göstərib həmin misin özünə məxsus olduğunu deyib işə tələsdiyi üçün həmin misləri satmasını istədiyini, Vasifdə ona inanıb həmin misi ondan alıb satmağa getdiyini, həmin günü Vasif misi 7 manat 20 qəpik pula satıb pulu ona verdiyini,bundan başqa 18 yanvar 2023-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman pulu olmadığını görüb Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən elektirik naqilləri oğurlamaq qərarına gəldiyini,bundan sonra oğurluq etmək üçün yaşadığı küçəyə çıxıb yola düşdüyünü, həmin zaman tanışı Aqil adlı şəxslə rastlaşdığını, Aqilin taksi faəliyyəti ilə məşğul olduğundan ondan onu şəhər icra nümayəndəliyinə apamasını xahiş etdiyini, Aqil də onunla razılaşdığını, bundan sonra Aqilin avtomobilinə əyləşib onunla birlikdə nümayəndəliyə getdiklərini, icra nümayəndəliyinə çatmasına az qalmış Aqildən avtomobilini saxlamasını və onu gözləməsini xahiş etdiyini və Aqilin onunla razılaşdığını, bundan sonra avtomobildən enib nümayəndəliyin arxa hissəsinə keçib orada elektirik naqillərinin yığılan otağın küçəyə olan və şüşəsi olmayan pəncərəsindən əlini içəri salıb ordan bir neçə bağlama elektirik kabelini götürüb kənara qoyduğu kisəyə yığdığını, bundan sonra Aqilin yanına gəlib naqilləri avtomobilin arxa yük yerinə qoyaraq Aqildən yaşadığı evə onu düşürməsini xahiş etdiyini, Aqilin onu yaşadığı evə düşürdükdə Aqilə 3 manat taksi pulu verdiyini, həmin gün gecə naqilləri yaşadığı evdə yandıraraq mis halına gətirdiyini, səhər əritdiyi naqiləri Kürdəmir şəhəri ərazisində metal qəbulu ilə məşğul olan Aygün adlı şəxsin yanına apardığını, sonra həmin naqilləri 48 manata Aygünə satdığını, həmin 48 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini, həmin oğurluqu tək etdiyini, oğurluq nəticəsində təxmini olaraq 120 metr naqil oğurladığını, oğurluq naqilləri qonşu Vasifə verib ondan satmasını istədiyini, Vasif də həmin naqilləri 7 manat 20 qəpik pula satıb pulunu ona verdiyini, Vasifin naqillərin oğurluq olmasından xəbəri olmadığını, əldə etdiyi gəliri öz tələbatları üçün xərclədiyini, həmin oğurluqu tək etdiyini, ona köməklik göstərən olmadığını, təxminən 280 metr naqil oğurladığını,həmin oğurluq nəticəsində 48 manat gəlir əldə etdiyini, həmin pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini, Aqilin naqillərin oğurluq olmasından xəbəri olmadığını, Şahid3 avtomobilini nümayəndəliydən kənarda digər küçədə saxladığını, onun dayandığı yerdən icra nümayəndəliyinin görsənmədiyini, buna görə də Şahid3 onu oğurluq edən zaman görmədiyini, niyyəti bir dəfə oğurluq etmək olduğunu, ikinci oğurluqu etmək fikri olmadığını, lakin maddi vəziyyəti yaxşı olmadığından oğurluq etdiyini, 12 yanvar 2023-cü il tarixdə oğurluq etdikdən sonra oğurlamaq fikri olmamış, lakin maddi imkanı pisləşdiyindən pul əldə etmək üçün oğurluq etmək fikrinə gəlmiş, bundan sonra xx.xx.2023-ci il tarixdə də oğuluq etmişdir. Hazırda həmin ziyan tamamilə zərərçəkmiş şəxsə ödənilmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2015-ci ildən Kürdəmir rayon İcra Hakimiyyəti Başcısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin müavini vəzifəsində işlədiyini, Kürdəmir şəhərində yerləşən işıqdirəkləri yenisi ilə əvəz edildiyini,buna görə köhnə dirəklərin misdən hazırlanmış elektirik naqillərini açdırıb işlədiyi nümayəndəliyin otaqların birinə yığdırdığını, 19 yanvar 2023-cü il tarixdə saat 09:30 radələrində səhər işə gəldikdə nümayəndəliyin elektirik naqillərinin yığıldığı otaqdan elektirik naqillərinin bir hissəsinin oğurlandığını gördüyünü, həmin otaqda elektirik naqillərindən 400 metr uzunluğunda olmadığını müəyyən etdiyini, bunu gördükdən sonra hadisə barədə Kürdəmir RPŞ-nə rəsmi müraciət etdiyini, işlədiyi nümayəndəliyin inzibati binasından 400 metr uzunluğunda elektirik naqilləri oğurlandığını, oğurlanan elektirik naqillərinin metrəsi 3 manat dəyərində olan “Borsan” markalı elektirk naqilləri olduğunu, həmin naqillərin oğurlanmasında nümayəndəliyə ümumilikdə 1200 manat ziyan dəydiyini, həmin naqillərin yararlı olduğunu, Kürdəmir rayonu ərzisində yerləşən “Bayraq Meydanın” parkında oğurlanan naqilləri işıqlandırılmasında istifadə olunması üçün nəzərdə tutulduğunu bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayənəsi Zərərçəkmiş şəxs həmçinin ifadəsində onlara dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Yaşadığı kənddə əlvan metalların alqı-satqısı ilə məşğul olur. özünə məxsus evin həyətində metal qəbulu işi ilə məşğul olduğunu, səhər saat 08:00-dan axşam saat 20:00 dək metal qəbul etdiyini, 18 yanvar 2023-cü il tarixdə saat 15 radələrində rayon sakini kimi tanidiği Teymur adlı şəxsin onun yaşadığı evə gəlib misdən elektirik naqillərinin olduğunu və həmin naqilləri satdığını dediyini, yanmış elektirik naqillərini çəkdikdən sonra 5 kq olduğunu 48 manat etdiyini dediyini, Teymurun onunla razılaşıb 48 manatı aldıqdan sonra getdiyini, təqribi olaraq 16 il olar ki Atakişli kəndində yaşadığı evin həyətində metal qəbulu işi ilə məşğul olduğunu, həmin günü metalları öz həyətində qəbul etdiyini, Teymuru rayon sakini kimi tanıdığını birinci dəfə idi ki Teymurun ona metal gətirdiyini gördüyünü, bundan əvvəl Teymurun ona metal gətirmədiyini, həmin naqilləri əridilməsi üçün Bakı şəhərinə satdığını, həmin şəxsləri də tanımadığını bildirmişdir. Həmin naqillərin oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, yoldaşı Yadigarin metal tullantılarının qəbulu işi ilə məşğul olduğunu, Yadigar olmadıqda həmin metalları özü qəbul etdiyini, xx.xx.2023-ci il tarixdə saat 11 radələrində yoldaşı Yadigarın evdə olmadığını, həmin zaman bir nəfərin yaşadığı evin qapısını döyməsini gördüyünü, qapının səsinə həyətə çıxdığını, adını sonradan bildiyi Vasif adlı şəxsin gəldiyini və ona mis olduğunu dediyini, həmin şəxsi həyətə dəvət edib baxdığını, naqillərin yandırılaraq mis halına gətirildiyini gördüyünü, həmin misin kimə məxsus olduğunu soruşanda Vasifin özünə məxsus olduğunu yararsız olan naqilləri yandırıb hazırladığını bildirdiyini, bundan sonra misləri çəkdikdən sonra onun 800 qram olduğunu və 7 manat 20 qəpik olduğunu dediyini, Vasifdə onunla razılaşdığını, bundan sonra Vasifə pulu verdiyini və Vasifin getdiyini,metal tullantıları əri Yadigarın yaşadığı Kürdəmir rayonu şəhid T.Qurbanov küçəsində qəbul etdiyini, evin həyətində metal qəbulu işi ilə məşğul olduğunu, həmin günü misi öz həyətində qəbul etdiyini, həmin şəxsi tanımadığını, əvvəllərdə görmədiyini, mislərin oğurluq olmasından məlumatı olmadığını,metal tullantıları yığdıqdan sonra əri Yadigarın onları Bakı şəhərində metal əridilən yerlərə satdığını, həmin misi də metal əridilən yerə satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olduğunu, 13 yanvar 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı küçədə qonşusu Teymurun onunla görüşüb əlində olan sellofan torbaya yığdığı əridilmiş misi ona göstərib həmin misin özünə məxsus olduğunu deyib işə tələsdiyini həmin misi aparıb satıb pulunu gətirib ona verməsini xahiş etdiyini, Teymurla razılaşıb həmin əridilmiş misi Kürdəmir şəhəri şəhid T.Qurbanov küçəsində yaşayan metal tullantılarının alqı-satqısı ilə məşğul olan Yadigar adlı şəxsin evinin həyətinə aparıb Yadigarın adını bilmədiyi arvadına verdiyini, həmin vaxtı Yadigarın arvadı misi tərəzidə çəkib 800 qram çəkidə olduğunu ona deyib 7 manat 20 qəpik verdiyini, həmin pulu Teymura gətirib verdiyini, qonşusu Teymurun ona satmaq üçün verdiyi əridilmiş misin oğurluq olduğunu bilmədiyini, Teymurun misi ona verərkən özünün olduğunu dediyini, həmin misi Kürdəmir şəhəri şəhid T.Qurbanov küçəsində yaşayan metal tullantılarının alqı- satqısı ilə məşğul olan Yadigar adlı şəxsin adını bilmədiyi arvadına 7 manat 20 qəpiyə satıb pulu gətirib Teymurun özünə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun özünə məxsus ağ rəngdə “VAZ21074” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, avtomobilimlə taksi fəaliyyəti göstərib çörək pulu qazandığını, tez-tez avtomobili ilə Teymuru getdiyi yerə aparıb-gətirib pulunu aldığını, 18 yanvar 2023-cü il tarixdə saat 19 radələrində tanışı Teymurla yaşadıqları küçədə görüşüb ondan hara getdiyini soruşduğunu, Teymurda ona işlədiyi Kürdəmir rayon İcra Hakimiyyəti Başcısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə getdiyini və ondan onu həmin yerə aparmasını istədiyini, Teymurla razılaşaraq onu Kürdəmir şəhər icra nümayəndəliyinə getdiklərini, Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə çatmasına az qalmış Teymurun ondan avtomobili saxlamasını və onu gözləməsini xahiş etdiyini, bundan sonra Teymurun düşüb Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin arxasına keçdiyini, təxminən 15 dəqiqə sonra Teymurun əlində elektirik naqilləri ilə onun yanına gəldiyini, Teymurun həmin naqilləri avtomobilin yük yerinə yığdığını, sonra Teymurun ondan onu yaşadığı evə düşürməsini istədiyini və Teymuru yaşadığı evə apardığını, Teymurun elektirik naqillərini həyətinə düşürdüyünü, Teymurdan 3 manat taksi pulunu alıb geri qayıtdığını, həmin naqillərin oğurluq olmasından xəbəri olmadığını, avtomobili Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən kənarda saxladığını, avtomobili saxladığı yerdən Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin görsənmədiyini, Təqsirləndirilən şəxs oğurluq edən zaman onu görmədiyini, Teymur həmin naqilləri İcra nümayəndəliyindən ona istifadə etmək üçün verdiklərini, həmin naqillərin Teymurun özünə məxsus olmasını və ilk dəfə idi Teymuru apardığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-56-12/2-42 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himaəsində 3 nəfər vadıər və onlardan 2 nəfəri azyaşlı uşaqdır. (bax iş vər. 123) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.124) İş materiallarına olan “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2023-cü il tarixli, PHŞ-6-49/2-70/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloqun və psixiatrın qeydioyyatında durmur.(bax iş vər.98) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-ci il tarixli 9/2772 rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 1 metr, ümumi diametri 13 mm, 3 damarlı, hər damarının diametri 5 mm olan, üzəri ağ izoliyasiyalı kabelin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 3,00 manat müəyyən olunur. (bax iş vər. 140-142) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Hacıyev X5 rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə, 01 il isə şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Hacıyev X5 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Bax iş vər 115-116) İş materiallarında olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli,7(041)-13/2023 saylı qərarından görünür ki, məhkum Hacıyev X5 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə üzərinə qoyulmuş vəzifələri kobud şəkildə pozduğu üçün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 10 ay 27 gün çəkilməmiş hissəsi 11 ay 13 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Çəkilməmiş cəza müddəti 9 ay, 27 gün təşkil edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünü səmimi etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahid ifadələri ilə, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirlidir və cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edib əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı övladının olmasını və dəymiş maddi ziyanın tamamilə ödəməklə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən Təqsirləndirilən şəxs adına alınmış tələbnamədə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon Məhkməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək barəsində 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, AR CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlandığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməldir. Cəza çəkməsinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17.00-da şübhəli şəxs kimi tutlmuşdur. (Bax iş vər 31-32) İş materiallarına əlavə ediliş xx.xx.2023-cü il tarixli “tutulmuş şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10.02.202-cü il tarixdə saat 16.50-də MSY-dən azad edilmişdir.(bax iş vər 90) Zərərçəkmiş hüquqi şəxsə maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə olan 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi X6 məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafisəinə 20 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən hər iş saatı üçün 06 manat ödənilməlidir. Qeyd olunanlara əsasən müdafiəçi X3 dövlət hesabına hər iş saatı üçün 06 manat olmaqla, 120 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 357, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Kürdəmir rayon məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 11 ay 13 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 9 ay, 27 günü hazırki hökm üzrə təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilərək “həbs qətimkan” tədbiri seçilsin.Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissələrində çəksin. Maddi ziyanın zərərçəkmiş hüquqi şəxsə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 20 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X3 120 (bir yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar