Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-45/2024 16.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi3 qzının iştirakı ilə xx.xx.1997-ci ildə Kürdəmir şəhərində anadan olmuş, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məkum olunmamış, Kürdəmir rayonu Mürtütü kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə: xx.xx.1990-cı ildə Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Mürtülü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri Babək küçəsində yerləşən “Emil Market” adlı mağazanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində xeyli miqdarda ümumi təmiz çəkisi 0.318 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.318 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə xeyli miqdarda, ümumi təmiz çəkisi 0,701 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin psixotrop maddə metamfetaminin 0.318 qram çəkidə olan hissəsini xx.xx.2024-ci il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri Babək küçəsində “Emil Market” adlı mağazanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra ona 10 manat pul müqabilində satmış, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.318 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin gün saat 23:10 radələrində tədbirlərin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.383 qram kustar üsulla hazırlanmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni tərkibli olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, psixotrop maddə metamfetamindən təxminən 1 ildir ki istifadə edir. Bu günki günə qədər təxminən 3-4 dəfə metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 4-5 ildir ki tanıyır. Həmin vaxt Əli hərbçi olmuşdur. Əli ilə ortaq dostlarının sayəsində tanış olmuşdur. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Təxminən 4- 5 ay əvvəl Əlinin psixotrop maddələrdən istifadə etdiyini öyrənmişdir. Həmin ərəfələrdə Əli ilə görüşüb ondan 10 manat pul müqabilində psixotrop maddə metamfetamin almışdır. Əlidən əldə etdiyi metamfetamini çəkmə yolu ilə istifadə edib qurtarmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında özünə məxsus ***-***-**-** saylı nömrənin Whatsap ani mesajla proqramı ilə Əlinin istifadəsində olan ***-***-**-** saylı nömrənin Whatsap ani mesajla proqramına mesaj yazıb hal əlhval tutduqdan sonra ona 10 manat pul müqabilində metamfetamin satmasını istəmişdir. Əli onunla razılaşıb, Kürdəmir şəhəri Babək küçəsində yerləşən “Emil” marketin qarşısına gəlməsini, onunla orada görüşüb alqı satqı edəcəyini bildirmişdir. Həmin günü saat 16 radələrində Əlinin dediyi yerə gəlmiş, onunla görüşüb ona 10 manat pul vermiş, qarşılığında isə 01 ədəd siqaret kağızı bükümündə olan metamfetamini almışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayonu Atakişili kəndində piyada olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Üzərində psixotrop maddə olduğunu polis əməkdaşları bildiyini başa düşmüşdür. Buna görə də bu təklifdən sonra əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sol cibində saxladığı bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoyub, içərisində “Patı” yəni metamfetamin olduğunu bildirmişdir. Bundan sonra həmin büküm müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilmiş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı həmin metamfetamini Əlidən 10 manat pul müqabilində aldığını etiraf etmişdir. Təqdim etdiyi büküm müstəntiq tərəfindən qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Üzərindən aşkar olunan 0.318 qram çəkidə olan psixotrop maddə metamfetamin özünündür. Həmin metamfetamini xx.xx.2024-cü il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs2lə Kürdəmir şəhəri Babək küçəsində yerləşən “Emil” marketin yaınlığında görüşüb 10 manat pul müqabilində almışdır. Metamfetamindən 1 ildir ki çəkmə yolu ilə istifadə edir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Ona heç bir formada təzyiq göstərilməmişdir. istifadəsində ***-***-**-**, ***-***-**-** saylı nömrələr vardır, həmin nömrələrin isə dəqiq bilmir kimin adınadır, Çünki təxminən 6-7 il əvvəl Bakı şəhərində işləyərkən orada birlikdə işləyən şəxslərin adına almışdır. Əli ilə mesajlaşmış, mesajları isə pozmamışdır, telefonunda hamısı qalıbdır. O, əvvəlki ifadələrində Əlinin ona narkotik vasitə satmadığını etiraf etməməsinin səbəbi Əli müdfiə etmək olmuşdur. Əlinin onun ifadəsi əsasında tutulmasını istəməmişdir. Lakin həqiqətən də narkotik vasitəni Əli ona 10 manata satmışdrır və o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan olmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, ozü, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. O, Təqsirləndirilən şəxs1 əvvəldən tanımış və onunla münasibəti olmuşdur. O, Familin də narkotik vasitədən və psixotrop maddədən istifadə etdiyini bilmiş, ona görə də Famil ondan psixotrop vasitə olan metamfetamin istəmiş, o, da Familə metamfetamini təmənnasız vermişdir. O, özünü təqsirləndirildiyi maddə ilə deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Polis şöbəsində ona təzyiq olunduğu üçün 10 manat müqabilində narkotik vasitəni Familə satdığını demişdir. İbtidai araşdırma zamanı polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələrin verilməsinə məcbur olmuşdur, bununla bağlı heç bir yerə şikayət etməmişdir. Kimlər tərəfindən təzyiq edilməsini isə bilmir. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. 2008-ci ildən 2021-ci ilə kimi müddətdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandirinin müavini vəzifəsində işləmişdir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyinə görə işdən azad olunmuşdur. 2020-ci ildən etibarən psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 təxminən 3-4 ildir ki tanıyır. Famillə ortaq dostlarının sayəsində tanış olmuşdur. Hazırda ***-***-**-**, ***-***-**-** saylı nömrələri istifadə edir. Hər iki nömrənin vatsapı var. Arada bir isə Famillə də danışmış və mesajlaşmışdır. Psixotro maddə metamfetamini “Rəsul” Adlı İran vətəndaşından alır. “Rəsul”la instaqramda tanış olmuşdur. Rəsul ona Kürdəmir rayonu ərazisində istədiyi yerə onu üçün metamfetamin çatdıra biləcəyini demişdir. Buna görə də o İran nömrəsini vermiş, Rəsulun adını telefonunun kontaktında “Elə odur” kimi yazmışdır. Rəsulun verdiyi nömrə ilə əlaqə saxlayıb, onun verdiyi kart hesab nömrələrinə “Million” vasitəsi ilə pul köçürmüş, bunun qarşılığında isə o psixotrop maddəni qoyduğu yerin fotoşəkilini çəkib atmış, həmin yerə gedib metamfetamini götürmüşdür. Rəsuldan metamfetaminin qramını 70 manatdan almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Rəsulla danışmış ona 30 manat pul göndərmiş, 30 manatın qarşılığında isə o təxminən yarım qram metamfetaminin şəkilini göndərmişdir. Həmin yer Kürdəmir şəhəri 1 May küçəsinin sonunda olduğuna görə ora gedib, ağacın arxasından sellofan bükümdə olan metamfetamini götürmüşdür. Götürdüyü bükümdə olan metamfetaminləri özü 2 ədəd kağız bükümə bölmüşdür. Rəsula özü istifadə etmək məqsədi ilə aldığını qabaqcadan demişdir. Həmin günü saat 15-16 radələrində Famil vatsapına mesaj yazaraq 10 manat pul müqabilində metamfetamin satmağı istəmişdir. Famili tanıdığına görə, onunla razılaşmışdır. Famillə razılaşmış Kürdəmir şəhəri Babək küçəsində olan “Emil “marketin yaxınlığında görüşək, ondan 10 manat almış, bir ədəd kağız bükümdə olan metamfetamini satmışdır. Famil metamfetamini əldə edəndən sonra çıxıb getmişdir. Həmin gün saat 23:10 radələrində Kürdəmir rayonu Atakişili kəndində piyada olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sol cibində saxladığı kağız bükümü çıxarıb təqdim etmiş və içərisində “Patı” yəni psixotrop maddə metamfetami olmasını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümə müstəntiq tərəfindən baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Familə 10 manat pul müqabilində metamfetamin satdığını səmimi etiraf etmişdir.Üzərindən aşkar olunan 0.383 qram çəkidə olan metamfetamin özünündür. Həmin metamfetamini xx.xx.2024-cü il tarixdə saat 11 radələrində İran vətəndaşı kimi tanıdığı Rəsul adlı şəxsin verdiyi hesab nömrəsinə 30 manat pu göndərdikdən sonra, əldə etmişdir. Həmin metamfetamini satmaq və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Arada bir psixotrop maddələrin satışı ilə məşğul olduğuna görə Familə də psixotrop maddəni satmışdır. Famil ilə telefonla mesajlaşaraq razılaşdıqdan sonra, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində 10 manat pul müqabilində Kürdəmir şəhəri Babək küçəsində yerləşən “Emil” marketin yaxınlığında görüşüb satmışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində başqa bir cinayət əməli törətməmişdir. İstifadəsində ***-***-**-**, ***-***-**-** saylı nömələr olmuşdur. ***-***-**-** saylı nömrə anasının adına olsada özü istifadə edir. Təqsirləndirilən şəxs1 başqa heç kimə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Famil və Əli saxlanılan vaxt Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkilli vəzifəsində işləmiş, hazırda isə Göyçay RAPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024cü il tarixdə Kürdəmir rayonu Mürtülü kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində İB-nin baş müstəntiqi Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs1 yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində “pati” yəni psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra müstəntiq Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə müstəntiq tərəfindən qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki psixotrop maddədən arada bir istifadə edir, həmin kütləni xx.xx.2024cü il tarixdə tanışı Əli adlı Kürdəmir rayon sakinindən 10 manata almışdır. Şəxsi istifadəsi üçün üzərində saxlamışdır, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Atakişili kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində Təqsirləndirilən şəxs2 Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda və satışı ilə məşğul olmasında şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində İB-nin baş müstəntiqi Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi2 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs2 yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində “pati” yəni psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra müstəntiq Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə müstəntiq tərəfindən qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki psixotrop maddədən istifadə edir, həmin kütləni İran vətəndaşı olan “Rəsul”adlı şəxsdən almışdır, Rəsulla vatsap proqramı vasitəsi ilə əlaqə yaratmışdır. Rəsul adlı şəxsdən əldə etdiyi psixotrop maddə metamfetaminin bir hissəsini Təqsirləndirilən şəxs1 10 manata satmışdır. Qalan hissəsin isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rayon sakini kimi tanıyır, onlarla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı onlara qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 başqa kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Baxış keçirilməsi ilə əlaqədar olaraq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamış, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin PPXB-nin manqa komandiri polis serjantı Şahid1 da Şahid2 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/17 nömrəli rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs1 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.318 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2) Təqsirləndirilən şəxs2 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.383 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3) Tədqiqata təqim olunmuş 02 bükümdə olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkiblidir. Metamfetminin təmiz çəkisi 0.701 qram, tədqiqata sərf olundu 0,10 qram, 0.601 qram qalıq qalmışdır. (bax iş vər 73-76) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 166 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər,166) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 170 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər,225) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X7 Filialından alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. (bax iş vər, 175) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Kürdəmir rayon X3 Hüquqi şəxs tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Habiıl oğlu “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmurlar. (bax iş vər, 174) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmayıblar. (bax iş vər,165,166) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs1 adına ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, valideynləri ilə birlikdə Kürdəmir rayonu Mürtülü kəndində yaşayır. (bax iş vər. 200) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Muradxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs1 adına ünvanlanmış xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 201) İş materiallarına əlavə edilmiş AZ-İV 329921 nömrəli doğum haqqınd şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il təvəllüdlü Rasim adlı oğlu vardır. (bax iş vər 197) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs2 adına ünvanlanmış xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 193) Cinayət işində olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in baş müstəntiqi X6, RPŞnin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, RPŞ-nin PPXB-nin manqa komandiri polis serjantı Şahid1, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzədən qabaq müstəntiq X8 Əzizova şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli qış gödəkçəsinin qabaq sol cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində “pati” yəni psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə Fuad Babayev tərəfindən qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki həmin kütləni xx.xx.2024-cü il tarixdə tanışı Kürdəmir rayon sakini Əli adlı şəxsdən 10 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 psixotrop maddəni təqdim etməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. (bax iş vər, 31-32) Cinayət işində olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in baş müstəntiqi X6, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, RPŞ-nin PPXB-nin manqa komandiri polis serjantı Şahid1, Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzədən qabaq müstəntiq X10 Əliyevə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli qış gödəkçəsinin qabaq sol cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində “pati” yəni psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə Fuad Babayev tərəfindən qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki həmin kütləni İran vətəndaşı Rəsul adlı şəxsdən almışdır, Kürdəmir rayon sakini Famil adlı şəxsə 10 manat pul müqabilində psixotrop maddə metmfetamin satmışdır, üzərindən aşkar olunan kütləni isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. (bax iş vər, 64-65) Təqsirləndirilən şəxs1 məxsus mobil telefona keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2lə Whatsap ani mesajlaşma proqramı vasitəsi ilə danışdığını, Əlinin ***-***-**-** saylı nömrəsini öz telefonunda “Eli Wsimmm” kimi yazmışdır. Yazışmalara baxılarkən isə onun Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə mesajlaşaraq ondan 10 manat müqabilində psixotrop maddə alması öz təsdiqini tapmışdır. Həmçinin xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. (bax: cild 1 - i/153-155) İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş və Təqsirləndirilən şəxs1 satdığı psixotrop maddə metamfetamini əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Təqsirləndirilən şəxs1 başqa bir şəxsə psixotrop maddə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. (bax: cild 1 - i/v 217) İş materiallarında olan Azərsell MMC-dən daxil olmuş 29 yanvar 2024-ci il tarixli 2302 nömrəli məktuba əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəyə narkotik vasitələrin satılması ilə bağlı daxil olmuş SMS-in mətnləri mövcuddur.(bax.iş.vər.210-212) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 4(041)-2/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham edilən əməldə özünü təqsirli bilmişdir.(bax.iş.vər.135-139) Məhkəmə komputer texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/80 nömrəli rəyinə əsasən, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A20s” markalı mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A20s” markalı mobil smartfonun “ımeı” kodunu və modelini müəyyən etmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A20s” markalı mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol-password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin “tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A20 S” markalı mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, SMS mesaj, foto, audio,video fayllar, “Whatsapp” proqram təminatı və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil msartfonun yaddaşından hər hansı məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiq olunan “Samsung Galaxy A20s” markalı mobil smartfonun “İnternet”ə çıxış üçün texniki imkanları mövcuddur. (bax: cild 1 - i/v 228-231) Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələrinə qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın bütün mərhələsində onunla bağlı olan istintaq hərəkətlərində vəkil iştirak etmiş, cinayətin törədilməsini etiraf etmiş, nə vəkilinə, nə videoçəkilişdə narazılığını və ya etirazını bildirməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək, narkotik vasitəni Təqsirləndirilən şəxs1 təmənnasız verdiyini göstərsə də, iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs1 özünün ifadəsi, şahid ifadələri, habelə iş materialları ilə, həmçinin Təqsirləndirilən şəxs2 özünün ibtidai istintaqda verdiyi ilk izahatı və ifadələri ilə sübut olunmuşdur ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə xeyli miqdarda, ümumi təmiz çəkisi 0,701 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin psixotrop maddə metamfetaminin 0.318 qram çəkidə olan hissəsini xx.xx.2024-ci il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri Babək küçəsində “Emil Market” adlı mağazanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra ona 10 manat pul müqabilində satmış, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.318 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin gün saat 23:10 radələrində tədbirlərin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.383 qram kustar üsulla hazırlanmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni tərkibli olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxr Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə tövsif olunmuşdur. Onlar həmin maddələrlə təqsirlidir və onlara müvafiq olaraq təqsirləndirildikləri maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır kateqoriyasına daxil olan cinayət əməli törətməsini, onun yaşayı yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağıraşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını və onun yaşayı yeri üzrə müsbət xaraktyerizə olunmasını da cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadığın məhdudlaşdırılması növündə cəzaya, Təqsirləndirilən şəxs2 isə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi əsaslarını rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanseridə qeydiyyata götürülməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respubliaksı CM-nin 52-ci maddəsinə əsasən oğlu ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə, Təqsirləndirilən şəxs2 isə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Əzizov X4 rayonu Mürtülü kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu gündən, yəni 07 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0.701 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0.601 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə kimyəvi ekspertizasının xərci olan 31,95 manat müştərək qaydada, əlavə olaraq Təqsirləndirilən şəxs2 ona aid “Samsung Galaxy A20s” markalı mobil smartfonun məhkəmə kompyuter ekspertiza xərci olan 80 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Mürtlü kəndində yerləşən evi gecə saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Əzizov X4 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən yəni 07 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə edilsin. Əliyev X5 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,601 qram qalan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd və Təqsirləndirilən şəxs1 mobil telefonun baxış keçirilməsi barədə 01 ədəd disklər cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə kimyəvi ekspertizasının xərci olan 31,95 manat müştərək qaydada, əlavə olaraq Təqsirləndirilən şəxs2 ona aid “Samsung Galaxy A20s” markalı mobil smartfonun məhkəmə kompyuter ekspertiza xərci olan 80 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X1, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-45/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-45/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver