Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-46/2023 21.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, cəzasını tam çəkməmiş, Kürdəmir şəhəri H.Əliyev pr. məhəllə 2 ev 6-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi- 410.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2023-ci il tarixdə saat 16:10-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əlində saxladığı göy rəngli 01 ədəd polietilen torbanın içərisində təmiz çəkisi 410.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir şəhəri H.Əliyev pr. məhəllə 2 ev 6-da yaşayır, narkotik maddələrdən istifadə etdiyinə görə 2022-ci ilin iyun ayında Kürdəmir rayon Məhkəməsinin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hazırda cəzasını çəkir, bu günə kimi qrudulmuş marixuanadan istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə aparmış, şöbədə polis əməkdaşları tərəfindən ona göy rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuana verilmiş və həmin marixuananın ona məxsus olduğunu deməsini bildirmişlər, o da qorxduğu üçün həmin torbanı götürərək əlində saxlamış, həmin vaxt polis əməkdaşları ona marixuananı 2022-ci ilin iyul ayında Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində balıq tutmaq üçün kanal kənarında gəzərkən kol halında tapdığını, balıq tutduqdan sonra evə getməmişdən öncə Kürdəmir şəhəri ərazisində “Rus qəbirstanlığı” deyilən əraziyə gedərək yolun kənarından tapdığı “kauçuk” qaba qoyaraq basdırdığını, arabir balığa gedərkən həmin yerə gedib basdırdığı narkotik vasitədən çəkmək üçün bir az götürüb sonra yenə basdırdığını, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həmin yerə gedərək basdırdığı qabı çıxardıb içərisindəki torbanı götürərək evə tərəf gedərkən saxlandığını deməsini demişlər. Həmin vaxt polis əməkdaşlarınının dedikləri ilə razılaşmışdır. Bundan sonra seçdiyi müdafiəçi ilə təmin olunmuş, vidioşəklişlə üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir, bu təklifdən sonra əlində olan göy rəngli polietilen torbanı təqdim edərək içərisində “nəşə” yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Torba içərisindəki kütlə elektron tərəzi vasitəsiylə çəkilmiş və təxmini çəkisinin 438 qram olduğu müəyyən edilmişdir. Üzərində narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus olmamışdır. O istintaqda narkotik vasitənin ilkin olaraq ona məxsus olduğunu bildirməsinə səbəb polis əməkdaşlarından qorxması olmuşdur. O hər hansı bir şəxsdən narkotik vasitə əldə etməmiş, tapmamaış və heç bir şəxsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda polis şöbəsində narkotik vasitə olan qrudulmuş marixuananın ona məxsus olmasını etiraf etsə də, məhkəmə istintaqında həmin marixuananın ona məxsus olmadığını və bütün bunların polis əməkdaşları tərəfindən ona qarşı qurulmuş plan olduğunu bildirərək, barəsində ədalətli hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs əvəllər tanımamış, onunla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə aparmış, üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan göy rəngli polietilen torbanı təqdim edərək içərisində “nəşə” yəni qurudulmuş marixuana olduğunu bildirmiş, sonra həmin torba açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar edilmiş 01 ədəd göy rəngli polietilen torba içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyi olmamış, ona qarşı heç bir zor və güc tətbiq edilməmiş, onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmaması barədə fikirləri əsassızdır. Belə ki, onun üzərinə baxış video görüntü ilə və müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı Şahid1 da Şahid2 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi və əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs və ailəsini rayon sakini kimi yaxşı tanıyır. Atası Ərəstun rayonun hörmətli şəxslərindən olmuş, ailə üzvləri ali təhsilli olmaqla müsbət tərəfdən fərqlənmişlər. Əflatun da ali təhsil almış, lakin sonradan bilmədiyi səbəblərdən narkotik aludəçisinə çevrilmiş, dəfələrlə onunla şəxsi söhbətləri olmuş, narkotikdən uzaq olmasını, atasının adına xələl gətirməməsini ona tövsiyyə etmişdir. Lakin buna baxmayaraq, Əflatun nəinki narkotikdən uzaqlaşa bilməmiş, törətdiyi eyni əmələ görə aldığı azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan cinayət əməllərini davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat axtarış tədbirində şəxsən iştirak etmiş, ona qarşı heç bir təsir və təzyiq göstərilməmiş, əməliyyat və istintaq hərəkətləri müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, bununla bağlı Təqsirləndirilən şəxs tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət olmamışdır. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-ci il tarixli 18/143 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış və imzalar olan 1 ədəd polietilen torbada təmiz çəkisi- 410,0qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 684 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsn narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-ci il tarixli 6-49/2-217/2023 nömrəli məktubdan görünür ki, Əkbərov X1 RMXnin poliklinika şöbəsində həkim pisixiatırın qeydiyyatında yoxdur. Lakin həkim narkoloqun qeydiyyatında durur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Əkbərov X1 rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilərək 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2008-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə 02 il 02 ay 10 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. xx.xx.2010-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Kürdəmir rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(041)-61/2022-saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ərastun oğlu Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 01 il 11 ay 26 gün azadlıqın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın 09 ay 27 gün müddətini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 01 il 01 ay 29 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi residiv yaratmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli saymaması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində üzərində narkotik vasitə olmadığını bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitədən istifadə etdiyi üçün Kürdəmir rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(041)-61/2022-saylı hökmü ilə azadlığın məhdudlaşdırlması cəzasına məhkum olduğunu, 2022-ci ilin iyul ayında Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində balıq tutmaq üçün kanal kənarında gəzərkən 01 ədəd ağac diqqətini cəlb etdiyini və ağaca baxdıqda “nəşə” ağacı olduğunu gördüyünü, ətrafda adam olmadığından istifadə edib həmin ağacı dərərək torbaya yığdığını, balıq tutduqdan sonra evə getməmişdən öncə Kürdəmir şəhəri ərazisində “Rus qəbirstanlığı” deyilən əraziyə gedərək torbanı içərisindəki narkotik vasitə ilə birlikdə yolun kənarından tapdığı “kauçuk” qaba qoyaraq basdırdığını, arabir balığa gedərkən həmin yerə gedib basdırdığı narkotik vasitədən çəkmək üçün bir az götürüb sonra yenə basdırdığını, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həmin yerə gedərək basdırdığı “kauçuk” qabı çıxardıb içərisindəki torbanı götürərək yaşadığı evə tərəf gedərkən Kürdəmir şəhəri, H.Əliyev prospektində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir rayon polis şöbəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyinin olmadığını, ona qarşı heç bir zor və güc tətbiq etmədən Kürdəmir rayon polis şöbəsinə apardıqlarını, şöbədə şübhəli şəxs qismində tutulub seçdiyi müdafiəçi ilə təmin olunandan sonra videoçəkiliş vasitəsi ilə şəxsi axtarış zamanı üzərində narkotik vasitə olub-olmamasının soruşulduğunu, həmin vaxt Təqsirləndirilən şəxs əlində olan göy rəngli polietilen torbanı təqdim edərək içərisində “nəşə” yəni qurudulmuş marixuana olduğunu bildirdiyini, bununla bağlı protokol tərtib edilib iştirakçılara ucadan oxunulan vaxt Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən heç bir narazılıq, əlavələrin və qeydlərin daxil olmadığını, protokolun doğru hesab edilərək orada iştirak edən şəxslər tərəfindən imzalandığını bildirmişdir. Bundan başqa, məhkəmə istintaqında cinayət işinə əlavə edilmiş, Kürdəmir rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videoçəkilişin köçürüldüyü disk tədqiq edilərkən, Təqsirləndirilən şəxs əlində olan göy rəngli polietilen torbanı təqdim edərək içərisində “nəşə” yəni qurudulmuş marixuana olduğunu və 2022-ci ilin iyul ayında Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində balıq tutmaq üçün kanal kənarında gəzərkən 01 ədəd ağac halında tapdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən bununla bağlı bir dəfə də olsun vəsatət verilməmiş, məhkəməyə verdiyi ifadəsində göstərilən halların araşdırılması tələb edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi təkrarən arşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, lakin Kürdəmir rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(041)-61/2022-saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 01 il 11 ay 26 gün azadlıqın məhdudlaşdırma cəzasına məhkum edilməsini və cəzasını çəkib qurtarmadan yenidən cinayət hadisəsi törətməsini şəxsiyyətini mənfi səciyələndirən hall kimi nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 409.95 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halların olmamasını və şəxsiyyətini mənfi səciyələndirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesablanmaqla tam və ya qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət təyin olunmuş cəzadan çıxarılaraq, üzərində qəti olaraq cəza saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, həmçinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin onun narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 409.95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 49.95 (qırx doqquz manat 95 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 01 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesablanmaqla qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət təyin olunmuş cəzadan çıxarılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 409.95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49.94 (qirx doqquz manat 94 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-46/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-46/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver