Məhkəmə qərarları › İş №1(041)-46/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-46/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-46/2024 04.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1992-ci ildə Kürdəmir rayonu Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi 30 dekabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(041)-1057/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 11 aprel 2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 18 may 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 8200,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, həqiqətən o, 2016-cı ilin may ayında Zərərçəkmiş şəxs ilə rəsmi nikah olmadan ailə qurmuşdur. Nikahlarını isə 13 noyabr 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 24 yanvar 2017-ci il tarixdə Əli, 12 aprel 2018-ci il tarixdə isə Tunar adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan bir müddət sonra Lamiyyə ilə aralarında tez-tez söz-söhbət yaranmış və hiss etmişdir ki, xasiyyətləri uyğun gəlmir. Buna görə də Lamiyyədən ayrılmaq qərarına gəlmiş və Gəncə şəhərində yaşadıqları evdən çıxıb Bakı şəhərinə getmişdir. Faktiki olaraq ayrılıb bir müddət ayrı yaşadıqdan sonra Lamiyyə aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Kürdəmir Rayon Məhkəməsi nikahın pozulması, həmçinin ondan cavabdeh kimi 30 dekabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 30 dekabr 2019-cu il tarixli qətnamə çıxarmışdır. Həmin qətnamənin icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin qətnaməni icra etmədiyinə görə inzibati qaydada həbs edilmişdir. Lakin Zərərçəkmiş şəxs ilə aralarında olan münasibətlərə görə, həmçinin maddi imkanı zəif olduğuna görə alimenti ödəməmişdir. 18 may 2023-cü il tarixə 8200,00 manat məbləğində aliment borcunun yarandığını bilir. Hazırda yaranmış aliment borcunu ödəyə bilmir. Əgər gələcəkdə maddi imkanı olarsa ödənişlər edəcəkdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs L.R.Əbiloaya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmənin təşəbbüsü ilə onun istifadəsində olan ***-***-**-** nömrəli telefonda Vatsap vasitəsi ilə əlaqə yaradılmış və video görüntülü danışıq zamanı ona aliment borcunun ödənilmədiyini və dəfələrlə Təqsirləndirilən şəxs aliment borcunu ödəməsini xahiş etsə də Təqsirləndirilən şəxs alimenti ödəməyəcəyini bidirmiş və uşaqlarının taleyi ilə maraqlanmamışdır. Bundan başqa zərərçəkmiş şəxs Lamiyə Əbilova ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, Şahid ifadəsində göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1057/2019 saylı 30 dekabr 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 30 dekabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra sənədi üzrə 23 yanvar 2020-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlakı və gəlirləri müəyyən edilməmişdir. Borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah edilmiş, alimentin ödənilməsi tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Lakin borclu hər dəfə müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İşə məhkəmədə baxılan zaman borclu alimentin hər ay 150,00 manat olmaqla ödəyəcəyi barədə tələbkarla razılıq əldə etmiş və buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin bundan sonra da borclu heç bir ödəniş etməmiş, həmçinin görülmüş icra tədbirləri nəticəsində olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Odur ki, borclu barəsində xx.xx.2021-ci il tarixli qərarla axtarış elan edilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində bir daha qətnamə üzrə yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, həmçinin məsuliyyəti barədə xəbərdarlıq verilmişdir. Lakin borclu yenə də müəyyən edilmiş aliment məbləğindən ödəniş etməmiş, qətnamənin icrasından yayınmaqda davam etmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün heç bir tədbir görməmiş, icra sənədinin icrasına etinasız yanaşmışdır. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılsa da o, açıq şəkildə aliment borcunu ödəmək fikrində olmadığını bildirmişdir. Həmçinin icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə və cinayət məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqların edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış, qətnamə ilə müəyyən edilmiş aliment məbləğindən heç bir ödəniş etməmişdir. Nəticədə borclunun 18 may 2023-cü il tarixədək 8200,00 manat aliment borcu yaranmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək maddi vəziyyətinin ağır olduğunu və uşaqların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1057/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşalrına çatanadək saxlanmalaır üçn xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər ay uşağa görə 100 (yüz) manat miqdarında aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materialalrına əlavə edilmiş Kürdəmirrayon mhkəməsinin 03.023.02023-cü il tarixli, 3 (041)-252/2023 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokola baxılmış və onun barəsində 10 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 92) İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədini qərəzli olaraq icra etmədiyi üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.(bax iş vər,35) İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs icra sənəndinin icrası ilə əlaqədar olaraq icra məmurunun çağırışlarına gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (bax iş vər.40) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 61) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02.30-da tutularaq Şəki RPŞ-nin MSY-yə təhvil verilmiş, tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şəki RPŞ-nin X3 azad edilmişdir. (iş vər. 113,135) İş materialllarında ollan Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)- 46/2024 saylı qərarıdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə çağırışlarına gəlmədiyi və qaçlb gizləndiyi üçün barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətikan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir. Kürdəmir RPŞ əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qərarına əsasən tutularaq Kürdəmir RPŞ-nin MSY-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2 oktyabr 2012-ci il tarixli qərarına əsasən, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirlidir və ona təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq az ağır cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan Hüquqları və X1 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin başlanğıcı həbs olunduğu gündən, yəni 15 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə 8200 manat aliment borcunun ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət onun cəzasından çıxarılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 15 may 2024-cü il tarxdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə 8200 manat aliment borcunun ödənilməməsi, maddi sübut, məhkəmə xərcləri və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar