Məhkəmə qərarları › İş №1(041)-46/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-46/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-46/2025 11.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə, satış məqsədi ilə təmiz çəkisi - 0.083 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananın 0.05 qram hissəsini 5 manat pul müqabilində xx.xx.2024cü il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində, tanışı Şahid1 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra ona qanunsuz satmış, xx.xx.2024-cü il saat 17:18 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid1 Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanıldıqdan sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın ön sağ kiçik cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi - 0.05 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində tədbirlərin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yeri müəyyən edilərək RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş 01 ədəd qış gödəkçəsinin cibindən təmiz çəkisi – 0,033 qram, tərkibinə görə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuana ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır, narkotik vasitə olan qrudulmuş marixuanadan aradabir istifadə edir. Şahid1 həmkəndlisi kimi tanıyır, aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur. xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində yaşadığı Sığırlı kəndində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxlayaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-nə aparmış, üzərində qanunsuz heç bir əşyasının olmadığını bildirərək əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd “West” markalı siqaret paketi və 01 ədəd alışqan, əynində olan şalvarın sağ ön cibindən 01 ədəd 10 manatlıq pul əsginazını çıxarıb təqdim etmişdir. Müstəntiq tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra əynində olan qış gödəkçəsinin sol iç cibindən yerə siqaret tütünün hissəciklərini tökdüyü üçün müstəntiq tərəfindən əynində olan qış gödəkçəsi götürülərək ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqdim etdiyi 01 ədəd “West” markalı siqaret paketi, 01 ədəd alışqan və 01 ədəd 10 manatlıq pul əsginazı iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Əynində olan qış gödəkçəsinin sağ yan cibindən aşkar olunan 0.033 qram narkotik vasitə qurudulmuş marixuana ona məxsus deyil. Həmin narkotik vasitəni polis əməkdaşları tərəfindən cibinə qoymuşdur. Həmkəndlisi Elməddinin yalan danışdığını, Elməddinə heç vaxt narkotik vasitə qurudulmuş marixuana satmadığını, ona hər hansı formada narkotik maddə vermədiyini, eləcə də Elməddinlə birlikdə narkotik vasitə istifadə etmədiyini bildirir, hesab edir ki, Elməddin məsuliyyətdən yayınmaq üçün onun üzərinə şər atır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. Bu günə qədər narkotik vasitələrin satışı ilə məşğul olmamış, eləcə də Kürdəmir rayonu və Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19-20 radələrində o digər kənd sakininə məxsus nar bağında nar yığımı ilə məşğul olan vaxtı Kürdəmir RPŞ-nin əməkdaşı Şahid3, Şahid4 və Seymur adlı polis əməkdaşları VAZ 2107 markalı avtomobillə, mülki formada yaşadığı evə gəlib atası Arif Məmmədovdan bir yeşik nar və bir yeşik heyva istəmiş, atası polis əməkdaşlarını istədiklərini verməkdən imtina etmişdir. Növbəti gün, yəni xx.xx.2024 tarixdə saat 20-21 radələrində RPŞ-nin Orxan Ağayev, Seymur və Zamik adlı polis əməkdaşları təkrarən yaşadığız evə gəlmiş və atası Təqsirləndirilən şəxs guya onun vəzifəli bir şəxsin qızı Sevinc Məmmədovanı telefonla narahat etdiyini, buna görə də polis şöbəsinə gəlib izahat verərək Sevincdən üzr istəməli olduğunu bildirmişlər. Həmin vaxt da o evdə olmamış, Bir müddət sonra evə gəlib yemək yeyərkən həmin polis əməkdaşları yenidən onun evinə gəlib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinin inzibati binasına girdikdən sonra birinci mərtəbədə yerləşən təhqiqatçı Orxan Ağayevin xidməti otağına aparılmılş, orada Şahid3, Orxan Ağayev, Seymur və Zamik adlı polis əməkdaşlarının iştirakı ilə həmkəndlisi Şahid1 narkotik vasitə satdığını bildirmişlər. Bunun yalan olduğunu bildirəndə əlini qandallayıb təpiklə qarın və sinə nahiyəsinə zərbələr vuraraq Şahid1 narkotik vasitə satdığını etiraf etməyini istəmişlər. Şahid1 onunla üzləşdirmişlər. Şahid1 polislərin qorxusundan yalandan ona narkotik vasitə satdığını bildirmiş, bundan sonra şöbənin rəis müavini Anar Əliyev həmin otağa gələrək ona törətmədiyi əməli boynuma almağını, alacağı halda ona köməklik göstərəcəklərini bildirmişlər. O yenə də etiraf etməmiş, bundan sonra 48 saat müddətində polis şöbəsində saxlanılmış, həmin müddətdə müstəntiq tərəfindən dindirilmiş və evə buraxılmışdır. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrəyə Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində xx.xx.2024-cü il tarixdə zəng etməmiş, onunla əlaqə saxlamamaışdır. İfadəsinin sonunda üzərindən narkotik vasitə olmadığını və bu günə qədər heç kimə narkotik vasitə satmadığını, bütün bunların polis əməkdaşları tərəfindən ona qarşı qurulmuş plan olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid X2 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid1 və Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sığırlı kənd sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş məlumatın yoxlanılması təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Şahid1 bir qədər kənardan izləyib, saat 17 radələrində Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması izah edilmiş, Şahid1 isə müdafiəçi istəmədiyini bildirdikdən sonra üstündə yoxlama və götürmə aparılmasından əvvəl etdikləri təkliflərə uyğun olaraq əynində olan boz rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Baş əməliyyat müvəkkili tərəfindən bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Şahid1 üstünü yoxlayarkən şalvarın sol ön cibindən 01 ədəd “Samsung Galaxy A11” markalı mobil telefon, əynində olan qış gödəkçəsinin sol iç cibindən 01 ədəd alışqan və 01 ədəd “LD” markalı siqaret paketi aşkar edilmişdir. Sonra həmin kütlə və üzərində ***-***-**-** saylı nömrə olan 01 ədəd “Samsung Galaxy A11” markalı mobil telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 01 ədəd alışqan və 01 ədəd “LD” markalı siqaret paketi iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şahid1 verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni Arifin oğlu Askadan 5 manat pul qarşılığında aldığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Şahid1 RPŞ-nə gətirmişlər. xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlayıb, özlərini təqdim edərək RPŞ-yə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və bundan sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində qanunsuz heç bir əşyasının olmadığını bildirərək əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd “West” markalı siqaret paketi və 01 ədəd alışqan, əynində olan şalvarın sağ ön cibindən 01 ədəd 10 manatlıq pul əsginazını çıxarıb təqdim etmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya və predmet aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qış gödəkçəsinin sol iç cibindən yerə hissəcik tökdüyü üçün müstəntiq tərəfindən həmin qış gödəkçəsi götürülərək qablaşdırılmış, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. 01 ədəd “West” markalı siqaret paketi, 01 ədəd alışqan və 01 ədəd 10 manatlıq pul əsginazı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq şahid O.F.Ələsgərov bildirdi ki, keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı nə Şahid1, nə də ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmiş, hər ikisinin üzərinə keçirilən baxış videoçəkiliş vasitəsilə fasiləsiz qeydə alınmışdır. Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı Arifin oğlu Aska adlandırdığı Təqsirləndirilən şəxs 5 manat pul qarşılığında aldığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Xəlilov X4 RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunda ifadə verdi və əlavə olaraq bildirdi ki, o, Şahid1 saxlanılması ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirində və üzərinə baxış keçirilərkən iştirak etmiş, ona heç bir psixi və fiziki güc tətbiq edilməmişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılan Şahid1 üzərinə keçirilən baxış videoçəkiliş vasitəsilə fasiləsiz qeydə alınmışdır. Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı Arifin oğlu Aska adlandırdığı Təqsirləndirilən şəxs 5 manat pul qarşılığında aldığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. Şahid1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid3 da şahid X2 və Şahid4 ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək, onlarla eyni məzmunda ifadə verdi və əlavə olaraq bildirdi ki, o,həm Şahid1, həm də Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirlərində və üzərlərinə baxış keçirilərkən iştirak etmiş, onlara heç bir psixi və fiziki güc tətbiq edilməmişdir. Verilən suallara cavab olaraq şahid A.A. Kərimov bildirdi ki, keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı saxlanılan Şahid1 üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı Arifin oğlu Aska adlandırdığı Təqsirləndirilən şəxs 5 manat pul qarşılığında aldığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya və predmet aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qış gödəkçəsinin sol iç cibindən yerə hissəcik tökdüyü üçün müstəntiq tərəfindən həmin qış gödəkçəsi ekspertizaya təqdim edilməsi üçün götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə bir neçə mənbədən əməliyyat məlumatları olmuşdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur, özü narkotik vasitə olan qurudulumuş marixuanadan aradabir istifadə edir. Narkotik maddə istifadə etməsinə baxmayaraq Təqsirləndirilən şəxs bu günə kimi narkotik maddə almayıb. xx.xx.2024-cü il tarixdə yaşadığı kənddə olarkən yerdən bir büküm tapmış və həmin bükümün içərisinə baxdıqda narkotik maddə qrudulmuş marixuana olduğunu görmüş və özü istifadə etmək üçün cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17:18-də yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 (bir) ədəd kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə” olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı üstünü yoxlayarkən şalvarının sol ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan qış gödəkçəsinin sol iç cibindən 01 ədəd alışqan və 01 ədəd “LD” markalı siqaret paketi aşkar edilmişdir. Sonra həmin kütlə və üzərində ***-***-**- ** saylı nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Kürdəmir rayon polis şöbəsində həmin narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs aldığını bildirsə də, bunu polis əməkdaşlarından qorxduğu üçün demiş, əslində isə yerdən tapıb şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmədə baxılarkən verdiyi izahatında polisdən qorxduğu üçün o narkotik vasitə qurudulmuş marixuanadan aradabir istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs ilə söhbət edərkən "nəşə” yəni, narkotik vasitə qurudulmuş marixuana istifadə etmək istədiyini, Asifə 5 manat pul verdiyini, təxminən 20-40 dəqiqə sonra Asif qurudulmuş marixuana gətirdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı və üzərinə baxış keçirildiyi zaman üstündən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs 5 manata aldığını və bir hissəsini birlikdə çəkdiklərini etiraf etsə də, sonradan səhv etdiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində xx.xx.2024-cü il tarixdə saat 08-dən 12-yə kimi bir neçə dəfə zəng etmiş, lakin bu zənglər narkotik vasitənin alqı-satqısı ilə bağlı olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru X1, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 iştirakı ilə Şahid1 saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan boz rəngli şalvarın ön sağ kiçik cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Baş əməliyyat müvəkkili tərəfindən bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Şahid1 üstünü yoxlayarkən şalvarın sol ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan qış gödəkçəsinin sol iç cibindən 01 ədəd alışqan və 01 ədəd “LD” markalı siqaret paketi aşkar edilmişdir. Sonra həmin kütlə və üzərində ***-***-**-** saylı nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 01 ədəd alışqan və 01 ədəd “LD” markalı siqaret paketi iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şahid1 verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni Arifin oğlu Askadan 5 manat pul qarşılığında aldığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir.Həmçinin, xx.xx.2024-cü il tarixdə Şahid1 üstünün yoxlanılmasını özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında videoçəkilişlə Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir əşyasının olmadığını bildirərək əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd “West” markalı siqaret paketi və 01 ədəd alışqan, əynində olan şalvarın sağ ön cibindən 01 ədəd 10 manatlıq pul əsginazını çıxarıb təqdim etmişdir. Bundan sonra tərəfimdən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qış gödəkçəsinin sol iç cibindən yerə hissəcik tökdüyü üçün həmin qış gödəkçəsi götürülərək qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. 01 ədəd “West” markalı siqaret paketi, 01 ədəd alışqan və 01 ədəd 10 manatlıq pul əsginazı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə nə satmadığını, nə də ki, vermədiyini, Şahid1 yalan danışdığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/916 saylı rəyindən görünür ki: tədqiqata təqdim olunmuş üzərində: “...Şahid1...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi – 0,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr”in siyahısına (İ siyahı) daxildir. - məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/920 saylı rəyindən görünür ki: tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs əynindən...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamada 1 ədəd qış gödəkçəsinin sağ yan cibindən aşkar olunmuş təmiz çəkisi – 0.033 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən aşkar edilmiş marixuana ilə Şahid1 üzərindən aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixuana (kannabis) - 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr”in siyahısına (İ siyahı) daxildir. - "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli AZF/LGL-2461/24 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrələrin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, göndərilmiş və qəbul edilmiş SMS-lər, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirərək müəyyən edilmişdir ki, diskdə: 1) Mushteri zenglerinin detallashmasi MSİSDN 706894806; 2) SMS detallashmasi-MSİSDN_706894806; Zenglerin mexsusluq tarixcheleri MSİSDN- 706894806 (6) adlı 03 ədəd fayl vardır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olmuş məlumatlara baxış keçirilərkən “Mushteri zenglerinin detallashmasi-MSİSDN-706894806” faylı açılıb içərisinə baxılarkən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı zənglər aşkar edildi: Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində xx.xx.2024-cü il tarixdə saat 08:40:36-da 24 saniyə, xx.xx.2024-cü il tarixdə saat 08:44:37də 74 saniyə, xx.xx.2024-cü il tarixdə saat 10:42:40-da 59 saniyə, xx.xx.2024-cü il tarixdə saat 11:04:15-də 19 saniyə, xx.xx.2024-cü il tarixdə saat 11:17:20-də 28 saniyə, xx.xx.2024-cü il tarixdə saat 11:43:34-də 37 saniyə müddətində əlaqə saxlanılması müəyyən edilmişdir. Həmin zənglər Təqsirləndirilən şəxs Şahid1 ilə əlaqə saxlamasını və həmin tarixdə ona qanunsuz olaraq narkotik vasitə satmasını bir daha dəsdiq təsdiq edir. Həmin faylda olan Təqsirləndirilən şəxs Şahid1lə əlaqə saxlamasını özündə əks etdirən faylların ksero sürətləri çıxarılaraq protokola əlavə edilmişdir. - “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın verdiyi xx.xx.2024-cü il tarixli 18-1-49/2-1268/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur, narkoloji qeydiyyatda durur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X8 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2021-ci tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 68 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabından görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri keçirilərək faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmış, narkotik vasitə qurudulmuş marixuananı hansı şəraitdə və hansı mənbədən əldə etməsini, həmçinin həqiqətən də Şahid1 narkotik vasitə qurudulmuş marixuananı satıb-satmamasını müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, həqiqətən də Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində, tanışı Şahid1 narkotik vasitə qurudulmuş marixuananı 5 (beş) manat müqabilində qanunsuz olaraq satmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı mənbədən necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. - Kürdəmir rayon İHB-nın Sığırlı kənd İƏD-si üzrə icra nümayəndəsinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 5 nəfər ailə üzvü ilə (özü, arvadı və 3 oğlu-Cavid-2020, Camal-2022, Hüseyn-2024) Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli saymaması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində üzərində narkotik vasitə olmadığını və heç kimə narkotik maddə satmadığını bildirsə də, "xxxx" MMC-dən götürülmüş məlumatlar əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, göndərilmiş və qəbul edilmiş SMS-lər, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində xx.xx.2024-cü il tarixdə saat 08:40:36-da 24 saniyə, xx.xx.2024-cü il tarixdə saat 08:44:37-də 74 saniyə, xx.xx.2024-cü il tarixdə saat 10:42:40-da 59 saniyə, xx.xx.2024-cü il tarixdə saat 11:04:15-də 19 saniyə, xx.xx.2024-cü il tarixdə saat 11:17:20də 28 saniyə, xx.xx.2024-cü il tarixdə saat 11:43:34-də 37 saniyə müddətində əlaqə saxlanılmışdır. İşdə olan sübutlardan da görür ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 0.05 qram narkotik vasitə qurudulmuş marixuananı 5 manat pul müqabilində xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində, tanışı Şahid1 satmış, xx.xx.2024-cü il saat 17:18 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid1 Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanıldıqdan sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın ön sağ kiçik cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi - 0.05 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, ibtidai araşdırma zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, narkotik vasitə qurudulumuş marixuanadan aradabir istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Asiflə telefonla danışıb görüşmək qərarına gəlmişlər. Həmin tarixdə saat 12 radələrində Asiflə zəngləşib görüşmüşlər və söhbət edərkən ona “nəşə” yəni, narkotik vasitə qurudulmuş marixuana istifadə etmək istədiyini bildirmişdir. Asif də ona pul olsa narkotik vasitə tapa biləcəyini demişdir. O, bundan sonra Asifə 5 manat pul vermiş və o, pulu götürüb getmişdir. Təxminən yarım saat sonra Asif qurudulmuş marixuana gətirmişdir. Onlar birlikdə qurudulmuş marixuanadan istifadə etmiş, narkotik vasitənin qalan hissəsini isə bükümdə cibinə qoymuşdur. Bundan sonra onlar sağollaşaraq ayrılmışlar. xx.xx.2024-cü il tarixdə saat 17:18-də yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 (bir) ədəd kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə” olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı üstünü yoxlayarkən şalvarının sol ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan qış gödəkçəsinin sol iç cibindən 01 ədəd alışqan və 01 ədəd “LD” markalı siqaret paketi aşkar edilmişdir. Sonra həmin kütlə və üzərində ***-***-**-** saylı nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq o, və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. 01 ədəd alışqan və 01 ədəd “LD” markalı siqaret paketi iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Bundan əlavə, Kürdəmir rayon Məhkəməsinin hakimi Rahid Mehdiyevin qəbul etdiyi xx.xx.2025-ci il tarixli 3(041)-214/2025 saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd edilmişdir ki, “Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahid1 izahat verərək bildirmişdir ki, o narkotik vasitə qurudulmuş marixuanadan aradabir istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs ilə söhbət edərkən "nəşə” yəni, narkotik vasitə qurudulmuş marixuana istifadə etmək istədiyini bildirmişdir. Asif də ona pul olsa narkotik vasitə tapa biləcəyini demişdir. O, Asifə 5 manat pul vermiş və Asif isə pulu götürüb getmişdir. Təxminən 20-40 dəqiqə sonra Asif qurudulmuş marixuana gətirmişdir. Onlar birlikdə qurudulmuş marixuanadan istifadə etmiş, narkotik vasitənin qalan hissəsini isə bükümdə cibinə qoymuşdur. Bundan sonra onlar sağollaşaraq ayrılmışlar. xx.xx.2024-cü il tarixdə saat 17:18-də yaşadığı kənd ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 (bir) ədəd kağız bükümü çıxarıb təqdim edərək, içərisində "nəşə” olduğunu bildirmişdir. Bundan sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Sonda o, əməlindən peşiman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir.” Məhkəmə istintaqında 3(041)-214/2025 saylı inzibati iş üzrə keçirilmiş məhkəmə iclasının audio-video görüntüsü yayımlanmış və Şahid1 verdiyi izahatında xx.xx.2024-cü il tarixdə saat 12 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs 5 manat pul verdiyini təxminən 20-40 dəqiqə sonra Asif qurudulmuş marixuana gətirib ona verdiyini etiraf etmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs ilə Şahid1 xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolunda Şahid1 ifadəsində “xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Asiflə zəngləşib görüşdüklərini, söhbət edərkən ona “nəşə” yəni, narkotik vasitə qurudulmuş marixuana istifadə etmək istədiyini bildirdiyini, Asif də ona pul olsa narkotik vasitə tapa biləcəyini deməsini, bundan sonra Asifə 5 manat pul verməsini və o, pulu götürüb getməsini, təxminən yarım saat sonra Asif qurudulmuş marixuana gətirməsini, birlikdə qurudulmuş marixuanadan istifadə etmələrini, narkotik vasitənin qalan hissəsini isə bükümdə cibinə qoymasını, bundan sonra sağollaşaraq ayrılmaıarını Təqsirləndirilən şəxs üzünə demişdir. Bundan əlavə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X3 icaatında olan 2462-C-24 nömrəli material üzrə qəbul etdiyi cinayət işi başlanmasının rədd ediilməsi haqqında 17 fevral 2025-ci il tarixli qərarında müəyyən edilmişdir ki, Kürdəmir rayonu Sığırlı kənd sakini Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi, igəncə verilməklə törətmədiyi cinayət əməlinin etiraf edilməsinə məcbur edilməsi barədə müraciəti əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs göstərmişdir ki xx.xx.2024-cü il tarixdə saat 19-20 radələrində o digər kənd sakininə məxsus nar bağında nar yığımı ilə məşğul olan vaxtı Kürdəmir RPŞ-nin əməkdaşı Şahid3, Şahid4 və Seymur adlı polis əməkdaşları VAZ 2107 markalı avtomobillə, mülki formada yaşadığı evə gəlib atası Arif Məmmədovdan bir yeşik nar və bir yeşik heyva istəmiş, guya həmin məsulları onun polislərə söz verdiyini bildirmişlər. Atası polis əməkdaşlarını istədiklərini verməkdən imtina etmişdir. Növbəti gün, yəni xx.xx.2024 tarixdə saat 20-21 radələrində RPŞ-nin Orxan Ağayev, Seymur və Zamik adlı polis əməkdaşları təkrarən yaşadığız evə gəlmiş və atası Təqsirləndirilən şəxs guya onun vəzifəli bir şəxsin qızı Sevinc Məmmədovanı telefonla narahat etdiyini, buna görə də polis şöbəsinə gəlib izahat verərək Sevincdən üzr istəməli olduğunu bildirmişlər. Həmin vaxt da o evdə olmamış, Bir müddət sonra evə gəlib yemək yeyərkən həmin polis əməkdaşları yenidən onun evinə gəlib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinin inzibati binasına girdikdən sonra birinci mərtəbədə yerləşən təhqiqatçı Orxan Ağayevin xidməti otağına aparılmılş, orada Şahid3, Orxan Ağayev, Seymur və Zamik adlı polis əməkdaşlarının iştirakı ilə həmkəndli Şahid1 şəkilli sənədini onun qarşısına qoyaraq həmin şəxsi tanıyıb tanımadığını soruşanda onu tanıdığını, həmkəndli olduğunu bildirmiş, bundan sonra həmin polis əməkdaşları ona Şahid1 narkotik vasitə saldığını bildirmişlər. Bunun yalan olduğunu bildirəndə əlini qandallayıb təpiklə qarın və sinə nahiyəsinə zərbələr vuraraq Şahid1 narkotik vasitə saldığını etiraf etməyini istəmişlər. Nə qədər döysələr də boynuna almadığından onu arvadını polis şöbəsinə gətirib etiraf edənə kimi burada saxlamaqla hədələmişlər, daha sonra Şahid1 onunla üzləşdirmişlər. Şahid1 polislərin qorxusundan yalandan ona narkotik vasitə satdığını bildirmiş, bundan sonra şöbənin rəis müavini Anar Əliyev həmin otağa gələrək ona törətmədiyi əməli boynuma almağını, alacağı halda ona köməklik göstərəcəklərini bildirmişlər. O yenə də etiraf etməmiş, bundan sonra onu 48 saat müddətində polis şöbəsində saxlanılmış, həmin müddətdə müstəntiq tərəfindən dindirilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək evə buraxılmış, polis əməkdaşları tərəfindən döyülməyi nəticəsində xəsarət almamış, bədənində xəsarət və ya xəsarət izləri yoxdur. Kürdəmir RPŞ-nin polis əməkdaşları tərəfindən döyüldükdən sonra hər hansı tibb müəssisəsinə etməmişdir. İzahatı alınmış X5 övladı Təqsirləndirilən şəxsla Kürdəmir RPŞ-nin CAB-nin X2 izahatında göstərmişdir ki, 12.05 1999-cu ildə Kürdəmir rayonu Sığırlı kəndində doğulmuş Şahid1 qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamasında və daşımasında, həmçinin istifadə etməsində şübhəli bilindiyi üçun, xx.xx.2024-cü il tarixdə il tarixdə, saat 17:18-də Kürdəmir RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində piyada hərəkət edən zaman saxlanılmış və həmin tarixdə saat 17:18-dan 17:29-dak üstü yoxlanılan zaman əynində olan əynində olan boz rəngli cins şalvarın sağ ön kiçik cibindən 01(bir) ədəd kağız bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şahid1 üzərindən aşkar olunmuş kütləni həmkəndlisi Təqsirləndirilən şəxs pul qarşılığında aldığını bildirmiş, bunun əsasında Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi Əlvan Məmmədovun xx.xx.2024-cü il tarixli raportu əsasında xx.xx.2024-cu il tarixdə saat 03:00 radələrində Kürdəmir rayonu Sığırlı kənd sakini Təqsirləndirilən şəxs rayonun Sığırlı kəndi ərazisində tərəfindən müəyyən edilmiş və Kürdəmir RPŞ-nə gətirib təhvil vermiş. Təqsirləndirilən şəxs yaşadığı evə getməmiş, onun atasından hər hansı maddi nemət istəməmiş və almamışdır. Təqsirləndirilən şəxs RPŞ-da Şahid3, Orxan Ağayev, Seymur və Zamik adlı polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olmamışdır. İzahatı alınmış Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı X9 göstərmişdir ki, X10 ilə aralarında ədavət və düşmənçilik Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Orxan Ələsgərov tərəfindən müvafiq raport əsasında rayon polis şöbəsinə gətirilərək istintaqa təhvil verildiyini eşitmiş, Təqsirləndirilən şəxsla hər hansı ünsiyyəti olmamış, onun tutulduğu gün, və ya ondan əvvəli günlərdə yaşadığı ünvana getməmiş, həmçinin Təqsirləndirilən şəxs tutularaq rayon polis şöbəsinə gətirildikdən sonra o və digər polis əməkdaşları tərəfindən döyülməsi barədə izahatında göstərdikləri yalandır. İzahatarı alınmış Kürdəmir RPŞ-nin İTB-nin polis nəfəri Şahid4 və NMQ-nin əməliyyat müvəkkili Şahid3 həmkarı X9 ilə eyniməzmunlu izahat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və X6 X13 Kürdəmir rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 573 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar olunmamışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən törətmədiyi cinayət əməlinin etiraf edilməsinə məcbur edilməsi məqsədi ilə fiziki zorakılığa, işgəncəyə, qeyri-insani rəftara məruz qalması öz təsdiqini tapmamışdır. Odur ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan sənədlər və sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi arşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli şəxsi axtarış protokolları, şəxsi axtarış zamanı çəkilmiş DVD disk, "xxxx" MMC-dən daxil olmuş disklərlə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi) Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-ci maddəsinə əsasən yüngülləşdirən haldır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 04:30-dan xx.xx.2024-cü il tarixdə saat 23:50-dək müddətdə şübhəli şəxs qismində tutularaq RPŞ-nin MSY-də saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qəti cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, həmçinin o ərazi narkoloji kabinetində proflaktiki qeydiyyatdadır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən aşkar olunmuş təmiz çəkisi 0.033 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 0.018 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd qış gödəkçəsi özünə qaytarılmalı, şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 03 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut- Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş Şahid1 üstü yoxlanılan zaman aşkar edilmiş 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,05 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 0,03 qram qalığı ilə bağlı Kürdəmir rayon Məhkəməsinin hakimi Rahid Mehdiyevin qəbul etdiyi xx.xx.2025-ci il tarixli 3(041)-214/2025 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə məhv edilməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci 99.48 (doxsan doqquz manat qirx səkkiz qəpik) manatın yarısı 49.74 (qırx doqquz manat yetmiş dört) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə, ekspertiza xərcinin onlardan tutulması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın 0.018 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şahid1 üstü yoxlanılan zaman aşkar edilmiş 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,05 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 0,03 qram qalığı ilə bağlı Kürdəmir rayon Məhkəməsinin hakimi Rahid Mehdiyevin qəbul etdiyi xx.xx.2025-ci il tarixli 3(041)-214/2025 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd qış gödəkçəsi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci olan 99.48 manatın Təqsirləndirilən şəxs aid olan hissəsi, yəni yarısı 49.74 (qırx doqquz manat 74 qəpik) manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi və 01 (bir) ədəd qış gödəkcəsinin qaytarılması Kürdəmir rayon icra və probasiya şöbəsinə, ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutulması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar