Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-47/2023 31.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci ildə Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi- 470.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2023-ci il tarixdə saat 13:00-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Kürdəmir şəhəri, 20 yanvar küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin içərisindən 01 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 470.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, ailəlidir, lakin övladı yoxdur. Özü fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə paket lazım olduğu üçün Kürdəmir şəhəri M.Ə.Sabir küçəsində zibil qutusunun yanında yerdə olan 01 ədəd selofan paketi götürmüş, içərisinə baxdıqda qurudulmuş marixuana olduğunu görərək özü istifadə etmək üçün torbanı içərisindəki marixuana ilə birlikdə götürmüş, həmin marixuanadan istifadə etdikdən sonra qalan hissəsini evə aparıb gizlətmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Kürdəmir şəhəri, 20 Yanvar küçəsində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Kürdəmir RPŞ-yə gətirib, Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, üzərində narkotik vasitə olub-olmaması soruşularaq varsa təqdim etməsi bildirilmiş, təklifdən sonra əynində olan qara rəngli qış gödəkçəsinin içərisindən 01 ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim edərək içərisində “nəşə” yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitəni də özü istifadə etmək üçün saxlamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, Kürdəmir RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2023-ci il tarixdə, saat 13 radələrində Kürdəmir şəhəri, 20 Yanvar küçəsi ilə hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək İlhamı Kürdəmir RPŞ-yə gətirmiş, Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşularaq əgər varsa təqdim etməsi bildirilmiş, bu təklifdən sonra İlhamın əynində olan qara rəngli qış gödəkçəsinin içərisindən 01 ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmiş,təqdim etdiyi sellofan torbaya müstəntiq tərəfindən baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, daha sonra İlham əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən 01 ədəd alışqan, sağ cibindən 01 ədəd “King” markalı siqaret və 01 ədəd alışqan çıxarıb təqdim etmiş, müstəntiq tərəfindən İlhamın üzərinə şəxsi axtarış keçirilərək qara rəngli qış gödəkçəsinin sol iç cibindən 01 ədəd brelok, 01 paket cib salfeti aşkar edilmiş, başqa qanunla qadağan edilən əşya və predmet aşkar edilməmiş, 01 ədəd “King” markalı siqaret, 02 ədəd alışqan, 01 ədəd brelok və 01 paket cib salfeti iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. 01 ədəd göy rəngli polietilen torba içərisindəki kütlə ilə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş, təxmini çəkisinin 494 qram olması müəyyən olunmuş, aşkar edilmiş 01 ədəd göy rəngli polietilen torba içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmuşdür. O, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitməmiş və bu barədə məlumat da daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 Ağabaı oğlu ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-ci il tarixli 18/264 nömrəli rəyində qeyd olunmuşdur ki, "Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan 1 ədəd polietilen torbadakı təmiz çəkisi-470,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 470,0 qram, tədqiqata cəmi 0,05 qram sərf edildikdən sonra 469,95 qram qalıq qalmışdır. (bax iş vər. 41-42) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023ci il tarixli 789 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 101) Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-ci il tarixli 6-49/2-215/2023 nömrəli məktubdan görünür ki, Əliyev X5 RMX-nin poliklinika şöbəsində həkim pisixiatırın qeydiyyatında yoxdur. Lakin həkim narkoloqun qeydiyyatında durur. (bax iş vər.91) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Əliyev X6-Qubadlı məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilərək N ay iltizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Fizuli-Qubadlı məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci, 333.2-ci və 334.1-ci maddələri ilə təqsirli bilinib 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-ci il tarixli “Amnistiya” qərarının 4-ci bəndini tətbiq edilərək cəzası 06 ay azaldılıb. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (bax iş vər. 80-83) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 480-2 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir şəhəri, 20 yanvar küçəsi, ev 14-də yaşayır. (bax iş vər. 89) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 90) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, özünün etirafı və şahidlərin ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarınldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-ci il tarixdə barəsində Kürdəmir rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. cəza çəkməsinin başlanğıcı 02 mart 2023-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Əliyev X5 rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata olması nəzərə alınmalı, o Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə edilməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 469,95 qram narkotik vasitə qrudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs 49,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 469,95 qram narkotik vasitə olan qrudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın və ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 49,95 (qırx doqquz manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-47/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-47/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver